Press "Enter" to skip to content

Iqtisadi fikir tarixi unec

Gənc alimlərlə tövsiyələrini bölüşən professor Aziz Sancar elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməsinin, onlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlara “bunu et, onu et”, deyilməməlidir”.

UNEC İQTİSADİ FORUMUNUN BİRİNCİ GÜNÜ NƏLƏR MÜZAKİRƏ OLUNDU? – Fotolar + VİDEOLAR

Dekabrın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin dəstəyi və UNEC-in təşkilatçılığı ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.

Devizi “Zəfər Yolu” olan Forumun iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

Gülüstan sarayında təşkil olunan UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Forumun açılşında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, Forumun sədri professor Ədalət Muradov iştirakçıları salamlayaraq, forumun ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla gənc tədqiqatçıların görüşünə həsr edildiyini bildirib. Aziz Sancarın gənc tədqiqatçılar, beynəlxalq olimpiada qalibləri, ali təhsil müəssisələrində təhsil alan, bilik bə bacarıqları ilə seçilən şəhid övladları ilə öz tövsiyələrini bölüşəcəyini deyən rektor, alimin həyatından söz açıb, onu hər kəsə örnək olan şəxs kimi səciyyələndirib.

Forumun devizinin “Zəfər Yolu” olduğunu diqqətə çatdıran professor Ədalət Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, Ali Baş Komandan cənab İlham Əliyevin, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın 30 ildən çox işğal altında olan torpaqlarımızın azad edilməsinin xoşbəxtliyini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.

Forumda çıxış edən Nobel mükafatı laureatı, professor Aziz Sancar yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: “Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər”.

Gənc alimlərlə tövsiyələrini bölüşən professor Aziz Sancar elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməsinin, onlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlara “bunu et, onu et”, deyilməməlidir”.

Böyük maraqla qarşılanan çıxışdan sonra Aziz Sancar iştirakçıların suallarını cavablandırıb.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.

Paneldə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov hər il keçirilməsi nəzərdə tutulan Forumun ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyət kəcb edən məsələlərin müzakirə platformasına çevrilməsini hədəflədiyini deyib. Forumun həm qlobal, həm də milli müstəvidə çox böyük tarixi hadisə və proseslərin yaşandığı bir dövrə təsadüf etdiyini, uzun illərdir həllini gözləyən ən böyük milli probleminin həll olunduğunu və Qarabağın işğaldan azad edildiyini deyib. Rektor müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş möhtəşəm Zəfərin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni perspektivlər açdığını, Qarabağın yenidənqurma prosesinə misli görülməmiş sürətlə start verilməsinin dünyanın diqqətini bir daha Azərbaycana, onun iqtisadi imkanlarına və iqtisadi qüdrətinə yönəltdiyini bildirib.

Professor Ədalət Muradov çıxışında pandemiyanın yaratdığı yeni sosial-iqtisadi problemlərə toxunub: “. Dördüncü sənaye inqilabı və bu çərçivədə baş verən rəqəmsallaşma qlobal iqtisadi artımı yeni və kifayət qədər də təcili çağırışlarla üz-üzə qoyur; qlobal vaksin siyasəti, idarəetmə problemləri, gəlir və sərvət bərabərsizliyinin dərinləşməsi, sosial və iqtisadi imkanlara çıxışda qeyri-bərabərliyin artması daha ədalətli iqtisaidyyatlar naminə daha adekvat siyasətlərin tətbiqini tələb edir. Rəqəmsallaşmanın sürətlə artması, iqtisadiyyatların rəqəmsal transformasiya prosesindəki qeyri-bərabərliklər, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan çətinliklər qlobal iqtisadi inkişaf paradiqmalarında da köklü dəyişikliklərə gətirib çıxarır. Ölkələr arasında artan rəqəmsal uçurum bir növ gələcək və həm də daha dərin iqtisadi bərabərsizliyin də təməllərini atır”.

Rektor bütün bu və digər məsələlər barədə Forumun müxtəlif panellərində üç gün ərzində dünya miqyaslı alimlər və mütəxəssislər tərəfindən ətraflı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

UNEC-in prorektoru Neman Muradlının moderatorluğu ilə keçirilən paneldə Polşanın Kozminiski Universitetinin professoru Qrzeqorz Vitold Kołodko, İsveçrənin UBS Bankının Strategiya departamentinin rəhbəri Massimiliano Castelli, Birləşmiş Krallığın Bayes Biznes Məktəbinin Strategiya və rəqəmsal transformasiya üzrə professoru Gianvito Lanzolla, “McKinsey & Company”nin Moskvadakı baş tərəfdaşı Yermolai Solzhenitsn mövzu ilə bağlı çıxış ediblər. Xarici qonaqlar bu istiqamətdə qarşıda duran problemlərdən və onların həlli yollarından danışıblar, trendləri açıqlayıblar.

Sonra Polşanın Kozminiski Universitetinin professoru Qrzeqorz Vitold Kołodkonin alimlərlə görüşü ilə keçirilib. Polşalı professor Q.V.Kołodko qloballaşma və onun sosial-iqtisadi sahəyə təsiri barədə çıxış edib, iştirakçıların mpvzu ilə bağlı suallarını cavablandırıb.

UNEC İqtisadi Forumu çərçivəsində UNEC ilə Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təhsil Mərkəzi (ÇASGEM) arasında institusional əməkdaşlıq protokolu imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və Türkiyənin Əmək və sosial müdafiə nazirinin müavini Prof. Dr. Lütfihak Alpkan arasında imzalanan sənəddə birgə elmi tədqiqatların, təlim proqramlarının və layihələrinin həyata keçirilməsi, əməkdaşların təcrübə və biliklərinin mübadiləsi, birgə tədqiqat və konsaltinq fəaliyyətləri, rəqəmsal təhsil texnologiyalarında əməkdaşlıq nəzərdə tutulub.

Forum işini sabah davam etdirəcək.

Iqtisadi fikir tarixi unec

UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb.

“Unikal” xəbər verir ki, dekabrın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin dəstəyi və UNEC-in təşkilatçılığı ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.

Iqtisadiyyat – Wikipedia

İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 İqtisadi fikir tarixi

    Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) “Ev təsərrüfatı” və ya “Ev iqtisadiyyatı” deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan “Oykonomiya” iki sözdən- “oykos” (ev, təsərrüfat) və “nomos” (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada “Ekonomika” antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində “ekonomika” ərəb dilindən alınmış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə “ekonomika” anlayışının bildirdiyi mənaya uyğundur.

    İqtisadi fikir tarixi

    “İqtisadiyyat” termini ilk dəfə “Oykonomiya” adı altında qədim yunan alimi Ksenofont (b.e.ə. 430–355-ci illər) tərəfindən işlənmiş, sonralar Aristotel tərəfindən geniş yayılmışdır. “İqtisadiyyat” sözü ərəbcə “qəsədə” (“yönəltmək”, “qənaət etmək, “çatmağa çalışmaq”) sözündən əmələ gəlmiş, bu sözdən müxtəlif mənalarda işlənən “qasid”, “məqsəd”, “qəsd” sözləri yaranmışdır. “İqtisad” sözü ərəb dilində “qənaətçilik”, “təsərrüfat” mənasında işlədilir. “Təsərrüfat” sözü ərəbcə “sərf”, “məsrəf”, “təsrif” sözləri ilə eynidir. “İqtisadiyyat” sözü “iqtisad” sözünün cəm halıdır. “İqtisadiyyat” sözü forma baxımından da fərqlənir. Nəzəri və tətbiqi iqtisadiyyat bütün iqtisad elmlərinin deyil, təsərrüfat həyatının ən mühüm proseslərinin dərk olunması və tənzimlənməsi üçün xüsusilə aktual olan istiqamətlərin özünəməxsus sintezidir. “İqtisadiyyat” anlayışında səviyyə bölgüsü mövcuddur. Bu bölgüyə aiddir: makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat. Makroiqtisadiyyat ölkənin iqtisadiyyatının bütövlükdə götürülməsi deməkdir. İqtisadiyyatın mürəkkəb, ierarxik şəkildə təşkil olunmuş sistemi kimi çıxış etməsidir. Mikroiqtisadiyyat iqtisad elminin bölməsi kimi qəbul edilə bilər, kiçik miqyaslı iqtisadi proseslərin, subyektlərin, hadisələrinin (yəni müəssisə, firma, şirkət, xidmət bölmələri, sahibkarlıq qurumları, fermer təsərrüfatı və s.) öyrənilməsi ilə məşğuldur. Mezoiqtisadiyyat makroiqtisadiyyatda bir-biri ilə üzvü surətdə bağlı olan sahələr kompleksini, birliyini bildirən anlayışdır. Məsələn, aqrar — sənaye kompleksi, hərbi-sənaye kompleksi, infrastruktur və s. Meqoiqtisadiyyat isə əsası beynəlxalq əmək bölgüsü olan dünya iqtisadiyyatını bildirən anlayışdır. İqtisadiyyat ictimai elm qrupunun tərkib hissəsidir. İqtisadi biliklər sisteminin yaradılması bilavasitə siyasi iqtisadın elm kimi meydana gəlməsi ilə bağlıdır. İqtisadi biliklərin mənbələri quldarlıq cəmiyyəti dövrünə, qədim Misir papirusları üzərində yazılmış mətnlərə, Babilistan padşahı Hammurapinin (b.e.ə. 1792–1750-ci illər) qanunlarının daş üzərində yazıldığı dövrə, qədim hind vedlərinə -dini məcmuələrinə (b.e.ə. II minilliyin sonu — I minilliyin əvvəli) aiddir [1] .

    İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.

    Makroiqtisadiyyat — bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və həlli yolları araşdırılır.

    Mikroiqtisadiyyat — istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul buraxılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.

    Mezoiqtisadiyyat — makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.

    Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür. Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.

    Meqaiqtisadiyyat — bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.

    İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir, lakin bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir.

    İqtisadiyyat insan üçün yaradılmış və ona da xidmət etməlidir. Bu baxımdan hər cür iqtisadiyyatın təbii və son məqsədi insanın, cəmiyyətin tələbatını ödəməkdir. Bunun üçün iqtisadiyyatın bütün bölmələr, sahələr ilə genişlənməsi və təkrar istehsalını keçirməsi zəruridir.

    İqtisadiyyat təkrar istehsalın istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini özündə üzvi surətdə birləşdirən bir sistemdir. Burada istehsalla istehlak arasındakı qarşılıqlı asılılıq və vəhdət mühüm yer tutur. Bu prosesdə bölgü və mübadilə formalarının aktiv və passiv təsirləri də özünü göstərir.

    Məlumdur ki, hər cür istehsal prosesində təbiət — torpaq, kapital və əmək (insan) iştirak edir. Bu üç amilin üzvi vəhdəti nəticəsində istehsal prosesi baş verə bilər. Torpaq insanın əzəli qida mənbəyidir. Əmək alətləri isə insanın özünün icad etdiyi vasitələrdir. Başqa sözlə, insan təbiətə, onun predmetlərinə — torpağa, bitkiyə və heyvanat aləminə təsir göstərmək və tələbatını ödəmək üçün əmək alətləri yaratmışdır, bəsit alətlərdən (daş, ox, kaman və s.) başlamış o, müasir mürəkkəb alətlərə qədər böyük inkişaf yolu keçmişdir. Bu prosesdə istehsalın başlıca amili olan insanın özü də inkişaf etmiş, kamilləşmiş və nəticədə çağdaş sivilizasiyalı iqtisadiyyatın yaranmasına nail olmuşdur.

    İqtisadiyyat insanların yaşayışını, həyat sürməsini təmin etmək zərurətindən yaranmışdır. Burada insan başlıca məqsəd və həlledici amildir. O, həm istehsalçı və həm də istehlakçıdır. Deməli, istehsalın fasiləsiz təkrarı və genişlənməsi də bu zərurətdən yaranır. İstehsal olunan məhsullar bölüşdürülməlidir, sonra tədavül, alqı-satqı yolu ilə istehlaka daxil olmalıdır. Bununla, sanki bütün məsələlər bitmiş olur. Elə görünür ki, bütün iqtisadi proseslər asan və rəvan bir yolla başlayır və sona çatır. Bu iqtisadiyyatın görünən tərəfləridir. Cəmiyyət həyatında isə nəyi bölmək, necə bölmək, kimə nə qədər pay vermək mürəkkəb bir iqtisadi mexanizmdir.

    İqtisadiyyatın təməl prinsiplərini təşkil edən, istehsal, bölgü, mübadilə və istehlak proseslərində milyonlarla istehsalçıların, satıcıların, alıcıların maraqları əks olunur və reallaşır. Bu münasibətlərin daşıyıcıları cəmiyyətin bütün 3 dairələrində, istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə fəaliyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi münasibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır. Əlahiddətlənmiş

    Qədim və orta əsrlərdə iqtisadi fikir və təlimlər

    İqtisad elmi XVIII əsrdən başlayaraq bu günümüzə qədər böyük bir inkişaf yolu keçmişdir. Müasir iqtisadi nəzəriyyələr sistemini əhatəli öyrənmək üçün bu elmin yaranması və inkişafı tarixinə bələd olmaq gərəkdir. İqtisadi fikir tarixi iqtisadiyyatın tarixi qədər qədimdir. Başqa sözlə, iqtisadiyyat iqtisadi fikrin və nəzəriyyələrin öyrəndiyi obyektdir. Əsil iqtisadi fikir və biliklər isə icma quruluşunun dağıldığı, ictimai əmək bölgüsünün, dövlətin və siniflərin yarandığı dövrdə meydana çıxmağa başlamışdır. Ümumiyyətlə, elm, biliklər cəmiyyətin daha yetkin mərhələsində, xüsusilə klassik quldarlıq dövründə yaranmışdır.

    İqtisadi fikir və biliklərin meydana çıxması üçün daha yetkin iqtisadiyyatın olması zəruri idi. Belə bir iqtisadi, mədəni şərait qədim Misirdə, Babilistanda, Çində, Hindistanda, İranda mövcud olmuşdur. Hələ eramızdan 4–5 min il əvvəl qədim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində — qədim şumerlərdə (indiki İraq ərazisində), Misirdə, Türkistanda və s. ölkələrdə meydana gəlmiş və nisbətən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu ölkələrdə istehsalın ən qədim və əsas sahələri olan əkinçilik, heyvandarlıq, suvarma sistemi, sənətkarlıq, ticarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. Fridrix Engels göstərir ki, Asiyanın ən qabaqcıl tayfalarında: arilərdə, semitlərdə, turanlılarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə baş vermişdir. O, “Kapital”ın III cildinə əlavədə yazır: “Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda Misirdə bizim tarixdən azı üç və ya beş min il qabaq, Babilistanda isə dörd-altı min il qabaq başlanır”.

    Tarixi mənbələr göstərir ki, Qədim Şərqdə əmək bölgüsünün və bunun əsasında əmtəə mübadiləsinin erkən inkişafı pulun da bu ölkələrdə yaranmasına səbəb olmuşdur. Belə ki, Şərq ölkələrinin əksəriyyətində qaramal, qoyun və bu kimi məhsullar mübadilədə vasitəçi rolunda çıxış etmişlər. Klassik quldarlıq sisteminə əsaslanan qədim yunanlar təbiəti, cəmiyyəti və insanı öyrənən elmlərin əsasını qoymuşlar. Qədim yunan mütəfəkkirləri elmin başqa sahələrində olduğu kimi, iqtisadiyyatın öyrənilməsi və araşdırılması sahəsində də yüksək qabiliyyət nümayiş etdirə bilmişlər. Ksenofontun (e.ə.430–355), Platonun (e.ə.427–347), Aristotelin (e.ə. 348–322) əsərlərində quldarlıq quruluşunun iqtisadi münasibətləri nəzəri baxımdan araşdırılmış və əməli tövsiyələr verilmişdir.

    İlk dəfə “İqtisadiyyat” — “Oykonomiya” anlayışını elmə gətirən də onlar olmuşlar. Bununla da təsərrüfat və onun idarəedilmə qayda-qanunlarını ifadə edən iqtisadiyyat anlayışı elm tarixinə daxil olmuşdur. Əslində “Oykonomiya” sözü Ksenofontun bir əsərinin adından alınmışdır. O, bu başlıq altında qul əməyinə əsaslanan ev təsərrüfatı və onun ağıllı idarə edilməsindən danışır. Ksenofont əmək bölgüsü, peşələr üzrə ixtisaslaşmaq və bunların insanın iş qabiliyyətinə təsiri haqqında qiymətli fikirlər yürüdür. Onun əsərlərində sərvət və ondan istifadə qaydaları, əkinçilik və onun üstünlükləri haqqında fikirlər də əks olunmuşdur. Filosofun fikrinə görə əkinçilik bütün sənətlərin anası və qida mənbəyidir. Buna görə də o, əkinçilik, bağçılıq, üzümçülüklə məşğul olmağı, ən ağıllı sənət hesab edir və bu sahələrdə işləyənlərin əməyinə yüksək qiymət verir.

    Antik dünyanın ən görkəmli zəkalarından biri olan Aristotel ilk iqtisadçı sayılmağa layiqdir. O, özünün çoxsaylı əsərlərində, xüsusilə “Siyasət” və “Etika” adlı əsərlərində “İqtisadiyyat” anlayışının nəzəri təhlilini verir, onun məqsəd və funksiyalarını göstərir. Onun fikrincə “İqtisadiyyat” insanın təsərrüfat fəaliyyəti dairəsidir. Bu, həyat üçün lazım olan məhsulların istehsalı zərurətindən doğan təbii təsərrüfat fəaliyyətidir. İqtisadiyyat anlayışlarına təsərrüfatın inkişaf qanunları və idarəedilmə qaydaları da daxildir. Aristotel quldarlıq quruluşunu təbii və qanunauyğun bir cəmiyyət hesab edirdi. O, qula, qul əməyinə də təbii hadisə kimi baxırdı. Aristotelin nəzərində qul əməyinə əsaslanan kiçik əkinçilik təsərrüfatları hər şeylə özünü təmin etməlidir, lakin tələbatın ödənilməsi üçün çatışmayan bəzi məhsulları ədalətli mübadilə yolu ilə başqalarından ala bilərlər. O, sərvətin təbii formasını da qul əməyi ilə yaradılan və pula çevrilməyən sərvət kimi təsəvvür edirdi. Beləliklə, o, qul əməyinə əsaslanan natural təsərrüfat sisteminə və onun idarə edilməsinə üstünlük verirdi. Bununla yanaşı elm tarixində ilk dəfə Aristotel əmtəə-pul münasibətlərinin mahiyyətini və qanunauyğunluqlarını araşdırmışdır. O, bir sıra əsərlərində sərvət, onun formaları, mübadilə, əmtəə, pul, qiymət, ticarət, kapital və faiz kimi kateqoriyaları nəzəri baxımdan tədqiq və təhlil edir və öz fikirlərini bildirir. Onun ən böyük xidməti əmtəənin təhlilidir. Bu yolla o, əmtəənin ikili xarakterini, istehlak dəyəri və mübadilə dəyəri olması xassələrini müəyyənləşdirmişdir.

    Yeni eranın IV əsrindən başlayaraq xristian dini rəsmi dövlət dini (Roma imperiyasında) elan edilmişdir. Bunun nəticəsində ictimai-iqtisadi həyatın yönəldilməsi və tənzimlənməsi “Bibliya” və “İncil”in ehkamlarının təsirinə məruz qalmışdır. Heç təsadüfi deyil ki, Karl Marks Avropada orta əsrlər dövründə iqtisadi fikrin inkişaf edə bilməməsinin səbəbini katolik dininin hökmranlığı nəticəsi kimi izah etmişdir.

    İlkin xristianlıqda, onun müqəddəs kitabı “İncil”də insanların əməkdə, işdə, bölgüdə bərabərliyi təbliğ olunur. İnsanlarda dözümlülük, sərvətə, var-dövlətə uymamaq fikri əsas götürülür. Xristianlıq hamının əməyinin, işinin bəhrəsi ilə həyat sürməsini vacib sayır. “İncil”də deyilir: “İşçi öz əmək haqqına layiqdir”. “…başqaları əmək sərf edirlər və siz onların əməyinə şərik olursunuz”. Müqəddəs Pavelin bir açıqlamasında deyilir: “Kim işləmirsə, onun dişləməyə haqqı yoxdur”.

    Məşhur din xadimi italiyalı rahib Foma Akvinski (1225–1274) özünün dinifəlsəfi görüşlərində cəmiyyətin təbəqələrə bölgüsünü dini ehkamlarla əsaslandırmağa çalışmışdı. O, insanların maddi və mənəvi cəhətdən aşağı və yüksək dərəcələrə, təbəqələrə bölgüsünün səbəbini ilahi qanunlarla izah etməyə çalışır. Belə bir şəraitdə o, hamını dözümlü olmağa, öz taleyi ilə barışmağa çağırırdı.

    İstinadlar

    1. İsmət Səfərov. İqtisadi Fikir Tarixi. Bakı: İqtisad Universiteti. 2018. səh. 12-16.

Comments are closed, but trackbacks and pingbacks are open.