Iqtisadi qəzalar
Bunlar yerli bazarda fəaliyyət göstərən, eləcə də AFEZ-ın əsas müştərilərinə kommersiya, pərakəndə və məişət xidməti göstərən şirkətlərdir. Onlara da Zonanın müxtəlif ərazilərində yerləşmək imkanı veriləcək.
İqti̇sadi̇yyat
Əmtəə bazarlarında qızılın qiyməti 2 000 dollara yaxınlaşır
18 mart 2023
Dunya bazarlarında neftin qiyməti azalıb
18 mart 2023
“Azeri Light” nefti ucuzlaşıb
18 mart 2023
Nyu-York birjasında təbii qaz 6%-dən çox ucuzlaşıb
18 mart 2023
Bu gündən Şuşaya turist səfərləri başlayır – VİDEO
18 mart 2023
“PAŞA Sığorta” “Kompakt” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edib – FOTO
17 mart 2023
Baş nazir: Azərbaycanda 96-97% qazlaşma aparılıb
17 mart 2023
Hökumət büdcədə neftin qiymətinə yenidən baxa bilər
17 mart 2023
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
17 mart 2023
BTC ilə neftin nəqli 8,5% artıb
17 mart 2023
Baş nazir: Keçən il ÜDM 89 mlrd dollardan 115 mlrd dollara qalxıb
17 mart 2023
“PAŞA Həyat” və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub – FOTO
17 mart 2023
“PAŞA Sığorta”nın rəhbərliyinə yeni təyinat olub
17 mart 2023
“Şahdəniz” qazının ixracı 10%-dən çox artıb
17 mart 2023
Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə cüzi artıb
17 mart 2023
“Gələcək üçün kodlaşdır” hakatonunun qalibləri mükafatlandırılıb
17 mart 2023
Qüdrət Həsənquliyev: Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik
17 mart 2023
Ötən il ARDNF-dən büdcəyə transfert 31%-dən çox azalıb
17 mart 2023
ASA jurnalistlər arasında yazı müsabiqəsi elan edir
17 mart 2023
Deputat: Bazarda inhisarçılıq mövcuddur, süni qiymət artımı var
17 mart 2023
Zəlzələnin Türkiyəyə vurduğu zərər 100 mlrd. dollardan çoxdur
17 mart 2023
Parlamentdə bağlanmış banklardakı əmanətlərlə bağlı problem qaldırılıb
17 mart 2023
“Bakcell”dən rəqəmsal yeniliklər! – FOTO
17 mart 2023
“AzerGold” kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib
17 mart 2023
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.
Iqtisadi qəzalar
Nazirlər Kabineti “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nı təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, qaydalara əsasən yol-nəqliyyat hadisələri (bundan sonra – YNH) nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanmasının məqsədi YNH-nin insanlara, nəqliyyat vasitələrinə, daşınan yükə, yol və yol infrastrukturuna mənfi təsirlərinin aşkarlanmasını, dəymiş zərərin miqyasının və əhəmiyyətinin obyektiv qiymətləndirməsini, həmçinin YNH-nin və onların mənfi nəticələrinin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə lazım olan maddi vəsaitlərin miqdarının müəyyənləşdirilməsini təmin etməkdən ibarətdir.
YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
Bu Qaydalarla aşağıdakı zərərlər müəyyən edilir:
3.1.1. YNH nəticəsində dəyən sosial-iqtisadi zərərlər:
3.1.1.1. insan ölümü və ya müxtəlif dərəcəli bədən xəsarəti alması ilə nəticələnən zərər;
3.1.1.2. nəqliyyat vasitəsinə dəyən zərər;
3.1.1.3. daşınan yükə dəyən zərər;
3.1.1.4. yola və yol infrastrukturuna dəyən zərər;
3.1.2. YNH nəticəsində dəyən ekoloji zərərlər:
3.1.2.1. atmosferin çirklənməsi ilə bağlı zərər;
3.1.2.2. su hövzələrinin çirklənməsi ilə bağlı zərər;
3.1.2.3. torpaq örtüyünün çirklənməsi ilə bağlı zərər;
3.1.2.4. yaşıllıqların zədələnməsi və ya məhv olması ilə bağlı zərər.
YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Nazirlik tərəfindən aparılır.
YNH nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərlərin qiymətləndirilməsi və hesablanması bu Qaydalara 1 nömrəli əlavədə göstərilmiş metodologiyaya əsasən həyata keçirilir.
Iqtisadi qəzalar
Azərbaycanda yaxın vaxtlarda fəaliyyətə başlayacaqilk azad iqtisadi zonada – Ələtdə sahibkarlara və investorlara veriləçcək güzəştlər və bunnula bağlı detallar məlum olub.
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli qurumundan FED.az-a bidirilib ki, zonada investorlar vergisiz fəaliyyət şəraiti, təkmil infrastruktur və yüksək dövlət zəmanəti ilə təmin ediləcəklər. Eləcə də investorlar asanlaşdırılmış viza dəstəyi də veriləcək.
AFEZ-də investorları əla işgüzar mühit və strateji mövqedən dünya bazarlarını çıxış gözləyir. Bundan başqa, zonanın əsas müştəriləri (zonanın əsas investorları – FED.az) cəlbedici vergi və gömrük güzəştləri paketi gözləyir. Vergi, gömrük və digər xidmətlərlə bağlı güzəştlər aşağıdakı kimidir:
· 0% Korporativ Vergilər
· İxrac üçün mallara 0% gömrük və ƏDV
· Ticarətin asanlaşdırılmasına əsaslanan gömrük rejimi
· Xarici mülkiyyət məhdudiyyəti yoxdur
· Xarici valyuta və ya mənfəətin geri qaytarılması (yəni Azərbaycandan çıxarılması –FED.az) ilə bağlı heç bir məhdudiyyət yoxdur
· Xarici vətəndaşlar üçün viza alınması asanlığı
· Biznesin «bir pəncərə» vasitəsilə qiymətləndirilməsi və lisenziyalaşdırılması
· Müstəqil İdarəedici və tənzimləmə orqanı
· Mübahisələrin beynəlxalq standartlara uyğun olaraq müstəqil həlli
· Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitlə bağlı beynəlxalq standartlar
· İnvestorların tam qorunması
· Əqli mülkiyyət hüquqlarının tam qorunması.
Bu təşviqlər AFEZ-də yerləşməyi seçən beynəlxalq ticarət müəssisələri üçün əlçatan olacaq. Gələcəkdə bu şirkətlərin sonrakı genişlənməsini və böyüməsini dəstəkləmək üçün də bu qaydalardan istifadə olunacaq. «Bizim nəzərimizdə AFEZ -in müştərisi ömürlük müştəridir»-deyə şirkətin açıqlamasında bildirilir.
Kimlərə hansı güzəştlər olunacaq?
Ələt Azad İqtisadi Zonasında investorlara güzəştlər onların hansı kateqoriyaya aid olmasından və hansı ərazidə fəaliyyət göstərməsindən asılı olaraq dəyişir.
Əsas müştərilər – əsas investorlar – bütün güzəştlər aiddir
Beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixraca yönəlmiş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərdir. Onlar zonada fəaliyyət göstərirlər və buradakı güzəştlərdən istifadə edirlər,
Zonadan kənarda yerləşən və güzəşti olmayanlar
Bunlar daxili bazarı yönəlmiş şirkətlərdir, hansı ki, AFEZ-in əsas müştəriləri üçün köməkçi məhsullar (məsələn, alət hazırlayan, möhür və qablaşdırma) hazırlayan şirkətlər. Bu şirkətlərə icazə veriləcək ki, zonaya bitişik xüsusi ayrılan ərazidə yerləşsin.
Zonada yerləşən, amma güzəşti olmayanlar
Bunlar yerli bazarda fəaliyyət göstərən, eləcə də AFEZ-ın əsas müştərilərinə kommersiya, pərakəndə və məişət xidməti göstərən şirkətlərdir. Onlara da Zonanın müxtəlif ərazilərində yerləşmək imkanı veriləcək.
Qurum bildirir ki, Azad İqtisadi Zonanın Baş Planı da burada adamların və malların maneəsiz hərəkətini təmin etmək üçün hazırlanıb. Belə ki, Zonaya əsas giriş nöqtələrində daxil olan adamların və mallar üxərində gömrük nəzarətini təmin etmək üçün intellektual texnologiyalardan istifadə ediləcək.
Zonada investorlar üçün çoxsaylı güzəştlər nəzərdə tutulub. Buraya yaxşı biznes mühit və beynəlxalq bazarlara çıxış daxildir. Qurum əsas müştərilər (əsas investorlar) üçün vergi və qeyri-maliyyə stimulları zərfi də təqdim edir.
Vergilərdən və sosial sığorta haqqından azad etmə
Yuxarıda da göstərildiyi kimi – Zonada əsas üstünlüklərdən biri biznes üçün vergilərin olmamasıdır. Daxili qaydalara əsasən əsas müştərilər əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi və bütün digər vergilərdən azad edilib.
Bundan başqa, qaydalara görə, xarici investorların əməkdaşları gəlir vergisi və sosial sığorta haqqı ödəməyəcəklər. Bu investorların xərclərini azaltmaq və onlara kvalifikasiyalı əməkdaşlır cəlb etmək imkanı vermək üçün tətbiq edilir.
Digər maraqlı məqam: Xarici işçilərin Dövlət Sosial Müdafiə fondunda iştirakı, yəni bu fonda ödəniş edib etməməsi könüllü olacaq. Yəni bu ödənişləri edib etməməyə işçi və çalışdığı şirkət qərar verəcəklər.
Əsas müştərilərin Zonaya idxal etdiyi və buradan ixrac etdiyi bütün mallar da gömrük rüsumundan və ƏDV-dən azad ediləcək.
Xarici mülkiyyətə məhdudiyyət yoxdur
Qaydalara görə, xarici şirkətlər Zonada mülkiyyət məhdudiyyəti hiss etməyəcəklər. Xarici ana şirkət Ələt Azad İqtisadi Zonasında yaratdığı şirkətin 100%-nə sahib ola bilər. Yəni xarici şirkət yerli parnyor olmadan da uğurla biznesini apara bilər.
Xarici valyutanın çıxarılmasına məhdudiyyət olmayacaq
Zonada gömrük-ticarət prosedurları sadə olacaq. İnvestorun əmlakı heç bir halda milliləşdirilə və ya hər hansı formada məhdudlaşdırıla bilməz. Xarici valyutanın və mənfəətin ölkədən çıxarılmasına da məhdudiyyət qoyulmayacaq.
Ələt Azad İqtisadi Zonasında nə yerləşəcək?
AFEZ əvvəlcədən üç sahəyə ayrılmsış 850 ha ümumi sahəyə malikdir. Sahələrdən ilk ikisi – Zona 1 və Zona 2 – Bakı Limanına bitişikdir və ümumi sahəsi 639 ha təşkil edir. Üçüncü sahə, Bakı Limanından 7 km məsafədə, 3-cü Zonada yerləşir və 211 hektar sahəni əhatə edəcək.
Artıq zonanın əlverişli yerində – liminın girişində və avtomobil yolunun kənarında yerləşən – ilkin 60 hektarlıq ərazi tikilməkdədir. Burada 5 hissə olacaq. Gömrük sahəsi və AİZ-ə əsas giriş, AFEZ-in səlahiyyətli qurumunun və investorlar üçün vahid pəncərənin yerləşdiyi bina, ofisdə investorlar üçün ilkin yerləşdirilmə, investorlara icarəyə veriləcək ərazilər, kommunal xidmətlər mərkəzi.
Qurum bildirir ki, ərazinin fiziki inkişafı, qrafikə uyğun gedir. Covid-19-da bağlı da gecikmələr olmaycaq və 2022-ci ilin mart-aprelində sənaye sahələri, 2022-ci ilin iyulunda isə ofis məkanları hazır olacaq.
Zonanın yerli əhaliyə və iqtisadiyyata faydası
Azad İqisadi Zonada minlərlə Azərbaycan vətəndaşları üçün yeni iş yerləri yaradılacaq. İşçilərin sayı ildən ilə artacaq. Amma bunlar adi iş yerləri deyil – söhbət yüksək əmək haqqı olan və innovasiyaların tətqi edildi, yeni idarəetmə stilini öyrədən iş yerlərindən gedir.
Azərbaycanın ənənəvi energetika, yüngül və ağır istehsal sənayesi, yaxşı sənətkarlıq və əsas iş bacarıqları olan işçi kateqoriyasının yaranmasına kömək edib. Bundan əlavə, Azərbaycanın təhsil sistemi və ümumiyyətlə iş mühiti istənilən iş şəraiti üçün tələb olunan təhsil səviyyəsinə çatmağa imkan verib. İnvestorların iş ehtiyaclarını qarşılamağa hazır olan işçi qüvvəsi, təşviq paketimizin bir hissəsidir.
Azad iqtisadi zonada yaradılacaq istehsal sahələrində yerli vətəndaşlar çalışacaq və onlar ən müasir texnologiyalarla işləmək imkanı, əldə edəcəklər. Paralel olaraq Zonanın rəhbərliyi Azərbaycanın peşə və ali məktəbləri ilə də işləyəcək ki, onlar bu müditdə işləməyə uyğun mütəxəssislər hazırlasınlar. Bu da imkan verəcək ki, Zonada daha çox Azərbaycan vətəndaşı çalışsın və yüksək maaşla təmni olunsunlar. Nəticədə bu əməkdaşlar qlobal ticarət və rəqabət qabiliyyətli məkanda istifadə edə biləcəkləri əmək qabiliyyətləri və təcrübə əldə edəcəklər.
Maraqlı məsələlərdən biri də odur ki, burada çalışacaq yerli əməkdaşlar aldaqları təcrübədən və vərdişlərdən istifadə edərək özlərinə həm zona daxilində, həm də buradan kənarda – əsas iqtisadiyyatda yeni müəssisələr yaradacaqlar.
Comments are closed, but trackbacks and pingbacks are open.