Press "Enter" to skip to content

Iqtisadi tehlil nezeriyyesi

İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

Xankəndi

2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, ABŞ iqtisadiyyatında ÜDM-in artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qətər böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Konfliklərin artması iqtisadi münasibətlərə təzyiqləri daha da artırdı və kapitalın sərbəst hərəkətlərində çətinliklər yaratdı. 2017-ci il ərzində neftin qiyməti orta hesabla 25% artıb. Bununla yanaşı bu il ərzində də dünya sürətlə informasiya və texnologiyalar dövrünə daxil olmaqda davam etdi.

2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qaldı. İlk öncə onu qeyd etmək lazımdır ki, bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 mlrd dollar profisit yaranıb. 2015-ci ildə defisit 222.5 mln dollar, 2016-ci ildə isə 1.363 mlrd dollar təşkil edib. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 mln dollar və ya 5% azalıb.

2017-ci ildə ölkədə makro iqtisadi sabitlik təmin olunub, manatın məzənnəsi sabit olub və manatın məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılıb.

2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artıb. İxracın həcmi isə 50% artıb. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatıb, ixrac idxalı 4.7 mlrd dollar üstələyib.

Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artıb.

2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olub, büdcənin icrası proqnozlara uyğun olub.

Sənayeləşmə proqramı çərçivəsində Nefçala Sənaye Məhəlləsi yaradılıb və yeni sənaye məhəllələrinin yaradılması istiqamətində işlərə start verilib. Sumqayıt Kimya Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin sayı 15-ə, cəlb ediləcək investisiyaların həcmi 2.7 mlrd dollara, parkda çalışan insanların sayı isə 8 000-ə çatıb. Sənaye parkında ölkədə ilk dəfə olaraq Blokçeyn texnologiyaları əsasında müasir Data Mərkəz tikilib.

Turizmin inkişafı yönümündə atılan innovativ addımlar 2017-ci ildə öz nəticəsini verib. Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatıb.

2017-ci ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradılıb. Bununla bərabər özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı yaradılıb.

2016-cı ildə 22% azalan İnşaat Sektorunun canlandırılması üçün 2017-ci ildə mühüm işlər görülüb. Köhnə mənzillərin sökülərək onların yerində yeni binaların tikilməsi yönümündə sahibkarlar verilən dövlət dəstəyi nəticəsində Bakıda hazırda 100-ə yaxın yeni bina tikilməkdədir. Bu layihələr həm inşaat sektorunu canlandırıb, həm də yeni iş yerlərinin açılmasını təmin edib.

Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci Vise-Prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılıb. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verilib.

İlk dəfə olaraq 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

2017-ci ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu olub.

2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edilib. İslahatlar idarəetmə sahələrin əhatə etmiş və bu ildə effektiv idraetmə mexanizmlərini daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verilib. Kiçik və Orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün Kredit Zəmanəti Fondu yaradılıb.

Dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradılıb.

Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərinin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondu yaradılıb. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaqdır.

Nazirlər Kabineti strukturunda edilən dəyişiklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.

2017-ci ildə Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması mühüm hadisə kimi tarixə keçdi. “Əsrin Müqaviləsi”nin 2050-ci ilə kimi uzadılması, Azərbaycanın payının yeni müqavilədə 11%-dən 25%-ə kimi artırılması, mənfəət neftində Azərbaycanın payının 75% olması, Azərbaycan şirkətinin də müqaviləyə cəlb olunması, müqavilə çərçivəsində 40 mlrd dollara yaxın xarici investisiyanın cəlb olunması mühüm hadisə oldu.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi nəinki Azərbaycan, bütövlükdə regionun iqtisadi tarixində mühüm yer tutdu. Layihə çərçivəsində yüklərin və sərnişinlərin daşınması ölkələrə tranzitdən xeyli gəlir götürməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan ixracatçılarına öz məhsullarının şərq və qərb bazarlarına birbaşa və ucuz nəql etməyə imkan yaradıb.

2017-ci ildə Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər sürətlə davam edib. Layihəyə 2.4 mlrd dollar investisiya cəlb edilib, Azərbaycan ərazisi üzrə və Türkiyə ərazisi üzrə (TANAP) işlərin xeyli hissəsi artıq yekunlaşıb.

Şimal-Cənub dəmir yolu layihəsinin Azərbaycan ərazisində bütün işləri yekunlaşıb.

2017-ci ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Rəqabətqabiliyyətlilik indeksində Azərbaycan daha 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb.

2016-cı ildə Azərbaycanda ÜDM 3.1% azalsa da, 2017-ci ilin ÜDM həcminin ilin sonuna 0.3% artması gözlənilir. 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəkdir. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 4%-ə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci il dövlət büdcəsinin həcminin 3.3 mlrd manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaradıb. 2018-ci ildə Azərbaycan qazının Türkiyəyə nəqli planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında Socar Polimer və Karbamid kimi mühüm zavodların açılışı planlaşdırılır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar 2018-ci ildə istehsal və ixracda mühüm irəliləyişlərin əldə olunmasına imkan yaradıb. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qaldı. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da artmasıdır.

Tahir Mirkişili
Milli Məclisin deputatı

AzVision.az

Iqtisadi tehlil nezeriyyesi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

İqtisadi təhlil

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

İqtisadi təhlilin nəzəriyyəsi/İqtisadi təhlilin növlərinin, formalarının və istiqamətlərinin təsnifatı

Məlumdur ki, iqtisadi təhlilin ayrıca predmeti və metodu olduğu kimi onun növləri də vardır. Bu baxımdan iqtisadi təhlilin növlərinin nəzəri əsasları barəsində düzgün təsəvvürə malik olmadan müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində iqtisadi təhlilin hansı növündən istifadə edilməsi məqsədyönlü olmasını düzgün müəyyən etmək olmaz.
Müəssisə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti iqtisadi təhlilin obyekti hesab olunur. Lakin müəssisənin və ya birliyin təsərrüfat fəaliyyəti onların tərkibinə daxil olan ayrı-ayrı bölmələrin, təsərrüfat vahidlərinin, sexlərin və briqadaların işi ilə bilavasitə əlaqədar olduğuna görə təhlilin sonrakı mərhələlərində bu bölmələrin fəaliyyəti də onun obektinə çevrilir.

Ayrı-ayrı orqanlar, fiziki və hüquqi şəxslər tərəfindən müəssisə, idarə və təşkilatların təsərrüfat fəaliyyəti təhlilinin məqsədi, maraqları, əhatə dairəsi, aparılması müddətləri, informasiya mənbələri və s. kəskin sürətdə fərqləndiyinə görə təhlilin növləri də fərqləndirilir. Buna görə də təsərrüfat fəaliyyəti təhlilinin növləri müxtəlif əlamətlərə görə qruplaşdırılır. Mövcud iqtisadi ədəbiyyatlarda təsərrüfat fəaliyyətinin təhlili aşağıdakı kimi təsnif edilir:

Sahə əlamətinə görə: İqtisadiyyatın ayrı-ayrı sahələrində istehsal texnologiyaları, onun təşkili və idarə edilməsi formaları, istehsal fəaliyyətini xarakterizə edən göstəricilər sistemi və onların formalaşması və i.a. müəyyən spesifik əlamətlərə görə fərqlənir. Bu səbəbdən də sahə əlamətinə görə təsərrüfat fəaliyyətinin təhlili sahələrarası və sahədaxili növlərinə bölünür.

Sahələrarası təhlil, təsərrüfat fəaliyyəti təhlilinin nəzəri və metodoloji əsaslarını təşkil edir.

Sahədaxili təsərrüfat fəaliyyətinin təhlili ayrı-ayrı xalq təsərrüfat sahələrinin fəaliyyətinin spesifik xüsusiyyətlərindən irəli gəlir. İstehsal fəaliyyətində, idarəetmədə, kapitalın strukturu, istifadə istiqamətləri və i.a. mövcud olan spesifik xüsusiyyətlərinə baxmayaraq, ölkə iqtisadiyyatının bütün sahələri bir-biri ilə bağlıdır və qarşılıqlı əlaqəli sürətdə fəaliyyət göstərir. Bunalara xas olan ümumi əlamətlər çoxdur. Ayrı-ayrı sahələrin qarşılıqlı əlaqələri, daxili əlaqələr sahələrarası təhlilin köməyi ilə öyrənilir. Sahələrarası təhlil bu elmin metodoloji əsaslarını, xüsusiyyətlərini açıqlayır, müxtəlif sahələrdə mövcud olan qabaqcıl təcrübəni öyrənir.

Vaxt əlamətinə görə: Yəni, aparılması müddətə görə təhlil iki yerə ayrılır.

a) qabaqcadan təhlil
b) sonradan təhlil

Qabaqcadan təhli müəssisədə təsrrüfat əməliyyatları aparılmazdan əvvəl aparılır. Bu təhlilin başlıca məqsədi plan tapşırıqlarını, idarəetmə qərarlarını əsaslandırmaq, gələcəkdə onların yerinə yetirilməsinin mümkünlüyünü və effktivliyini təmin etməkdən ibarətdir. Qabaqcadan təhlil əksər hallarda avans edilən kapitalın daha tez və artıqlaması ilə qayıtmasında marağı olan sahibkarlar, öz kapitallarını investisiya qoyuluşuna yönəldənlər, təsərrüfat subyektlərində idarəetmə funksiyalarını icra edənlər tərəfindən aparılır. Sonradan təhlil təsərrüfat prosesində icra edildikdən sonra onların yerinə yetirilməsinə nəzarət yetirmək üçün, nəticələrini obyektiv qiymətləndirmək üçün aparılır.

Təhlilin bu iki növü bir-birilə sıx bağlıdır və biri digərini tamamlayır. Sonradan təhlilsiz qabaqcadan təhlil qeyri-mümkündür. Keçmiş dövrlərdə material, əmək və maliyyə resurslarından istifadənin nəticələrindən qarşıdakı dövr üçün iqtisadi göstəricilərin planlaşdırılmasında, idarəetmə qərarlarının hazırlanmasında istifadə edilir. Son illərdə iqtisadi təhlilin inkişafı ilə əlaqədar olaraq retrospektiv təhlil öz növbəsində cari və yekun təhlilə bölünmüş və təhlilin təsnifatında ayrıca yerlərə malikdir.

Operativ təhlil təsərrüfat əməliyyatlarının iqtisadi gedişatı zamanı yaxud başa çatan kimi qısa bir müddət ərzində norma və normativlərdən, resepturalardan və i.a. əməliyyatların gedişatı zamanı aşkar etmək məqsədilə aparılır. Bu təhlilin başlıca məqsədi işdə olan nöqsan və çatışmazlıqları operativ qaydada təyin etməklə təsərrüfat proseslərinə daha tez və əməli təsir göstərməkdir. Operativ təhlil bilavasitə təsərrüfat əməliyyatlarını icra edən, texnoloji prosesləri yaxşı bilən və onların yüksəldilməsində maddi marağı olan iş adamları tərəfindən cari uçot məlumatlarına, müşahidə materiallarına əsasən aparılır.

Yekun-son təhlil müəyyən hesabat dövründə təsərrüfat əməliyyatlarının icrası başa çatdıqdan sonra həmin dövrün hesabat əməliyyatlarına əsasən əməliyyatları icra edənlər və idarəetmək funksiyalarını icra edən vəzifəli şəxslər tərəfindən həmin dövrdə müəssisənin fəaliyyətini öyrənmək və qiymətləndirmək məqsədilə aparılır.

Məkan əlamətinə görə iqtisadi təhlilin iki növü vardır.

a) Təsərrüfatdaxili təhlil
b) Təsərrüfatlararası təhlil

Təsərrüfatdaxili təhlildə müəssisəninn, onun ayrı-ayrı struktur bölmə və şöbələrinin, digər tərkib hissələrinn fəaliyyəti öyrəilir.

Təsərrüfatlararası təhlildə eyni şəraitdə işləyən, istehsal profili və miqyasları, satış bazarları eyni olan iki və daha çox müəssisənin fəaliyyəti təhlil edilir. Təsərrüfatlararası təhlil qabaqcıl təcrübəni müəyyən etməyə, təsərrüfatdaxili ehtiyatları, nöqsan və çatışmamazlıqları aşkara çıxarmağa, habelə bunları hesaba almaqla həmin müəssisələrin fəaliyyətlərinin effektivliyini daha dəqiq qiymətləndirməyə imkan verir.

Comments are closed, but trackbacks and pingbacks are open.