Qlobal iqtisadi təhdidlər şəraitində Sumqayıt regionun aparıcı sənaye mərkəzi kimi möhkəmlənməkdədir
– Hazırda dünyada Rusiya-Ukrayna müharibəsi səbəbindən ciddi iqtisadi problemlər və siyasi böhran yaşanan geniş bir gərginlik hökm sürür. Məlumdur ki, hər böhran həm fürsətləri, həm də təhdidləri özüylə daşıyır. Yerləşdiyi coğrafiyaya görə Türkiyə ən böyük təhdidlə üzləşən ölkələrdəndir.
“Türkiyə ilə Azərbaycan üçün yeni fürsət və təhdidlər yaranıb” – Türk professor
– Mustafa bəy, dünyada ciddi bir gərginlik var. Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadi mənzərəni dəyişib və dünya iqtisadiyyatı üçün qeyri-müəyyənlikləri artırıb. Maraqlıdır, Türkiyə müharibənin təsirlərini necə hiss edir?
– Hazırda dünyada Rusiya-Ukrayna müharibəsi səbəbindən ciddi iqtisadi problemlər və siyasi böhran yaşanan geniş bir gərginlik hökm sürür. Məlumdur ki, hər böhran həm fürsətləri, həm də təhdidləri özüylə daşıyır. Yerləşdiyi coğrafiyaya görə Türkiyə ən böyük təhdidlə üzləşən ölkələrdəndir.
Çünki həm Ukrayna, həm də Rusiya bir çox cəhətdən Türkiyənin böyük ticarət əlaqələri olduğu ölkələrdir. Xüsusilə Rusiya Türkiyənin ən böyük enerji və bir sıra kənd təsərrüfatı məhsullarının tədarükçüsüdür. Eyni formada Ukrayna da ölkəmizdən böyük həcmdə kənd təsərrüfatı məhsulları alır. Digər tərəfdən turizm sektorunda Türkiyənin ən çox qonaq qəbul etdiyi bu iki ölkədir. 2021-ci ildə Türkiyə hər iki ölkədən cəmi 6.5 milyard dollarlıq turizm gəliri əldə etmişdi.
Türkiyə burada müəyyən maliyyə çətinlikləri ilə üzləşsə də, yerləşdiyi yerə görə geosiyasi imkanları yenidən kəşf edib. Birincisi, Türkiyənin NATO tərkibində və eləcə də Avropa İttifaqındakı (Aİ) əhəmiyyəti artdı. Ölkəmizin Aİ ilə ticarət əlaqələri yenidən qüvvətlənməyə başlayıb.
İkincisi, ABŞ-la ticari və siyasi əlaqələri yenidən inkişaf etdi. Son illər Amerika ilə olan xarici ticarətin həcmi artmaqda davam edir. Bundan əlavə, Türkiyənin Amerikadan uzun müddətdir istədiyi F-35 və F-16 təyyarələrin alınması ilə bağlı irəliləyişlər var. Bu gərginlik Türkiyə üçün həm təhlükə, həm də fürsət yaradan vəziyyəti ortaya qoyub.
Türkiyənin geosiyasi əhəmiyyəti səbəbindən yeni fürsətlər ortaya çıxıb. Amma iqtisadi olaraq ölkədə xüsusilə kənd təsərrüfatı məhsullarının təchizatı və enerji qiymətlərinin yüksəlməsi təzyiqi Türkiyə iqtisadiyyatı üçün yeni təhdidlər ortaya çıxarıb.
– Qeyd etdiyiniz kimi, müharibə səbəbindən enerji və ərzaq məhsullarının qiymətləri kəskin artıb. Bu tendensiyanın davam edəcəyi gözlənilir. Maraqlıdır, Türkiyə Rusiyadan əsasən hansı məhsulları ixrac edir və ixrac malları üzrə bahalaşma özünü əsasən nədə göstərir?
– Bəzi ərzaq və enerji məhsullarının qiymətinin sürətlə artmasında Rusiya və Ukraynanın ayrıca rolu var. Xüsusilə buğda. Dünya üzrə buğda istehsalının təxminən 30 faizini ixrac bazarlarına bu iki ölkə göndərir. Bu mənada Türkiyənin də buğda ixracatında ən böyük iki ölkə Rusiya və Ukraynadır. Misirdən sonra dünyada bu iki ölkədən ən çox buğda idxal edən dövlət də Türkiyədir.
Bu baxımdan Türkiyənin ən çox sıxıntı yaşadığı məsələlərdən biri də buğda olacaq. Bununla belə, Türkiyə Torpaq Məhsulları Ofisinin (TMO) anbarlarında bu ilin öhdəsindən asanlıqla gəlmək üçün kifayət qədər buğda var, amma qiymətlər təzyiq altındadır, qıtlıqsa müşahidə olunmur. Türkiyənin təxminən 20 milyon tona yaxın çıxarıla bilən buğda istehsal gücü var. Ölkəmiz təxminən 17 milyon tona yaxın buğda istehsal edir. Türkiyə bu buğda kəsirini qısa müddətdə kompensasiya edə bilər.
Amma xaricə satış üçün təxminən 4 milyon ton buğda ixrac edir, bunu un və makaron şəklində satırdı, Türkiyənin itkisi bu nöqtədə olacaqdır.
İkinci ən vacib məqam enerji idxalıdır. Türkiyənin təbii qaza olan tələbatının təxminən 30 faizi Rusiyadan gəlir. Daha sonra ən vacib ölkə Azərbaycandır. Son illər Türkiyənin Azərbaycanla əlaqələri çox sürətli şəkildə inkişaf edir. Əlaqələrin azalmasına rəğmən, Rusiya hələ də 30 faizə yaxın təbii qaz idxalında Türkiyənin bağlı olduğu bir ölkədir.
Türkiyə üçün önəmli bir problem enerji qiymətlərinin yüksəlməsi və Rusiya ilə olan əlaqələrdir. Burada həm böhran, həm fürsət tərəfləri ortaya çıxır. Avropa İttifaqı və ABŞ-ın qoyduğu iqtisadi sanksiyalar səbəbi ilə Rusiyanın dünyaya ixracında çətinlik yaşanır. Bu zaman Türkiyə kanalı vasitəsilə satış etməsi bir az daha asanlaşacaq. Bu da ölkəmiz üçün vacib bir keçid nöqtəsidir. Bu baxımdan Türkiyənin həm fürsət, həm təhdid yönü burda da ortaya çıxır.
Digər strateji məsələ neftdir. Türkiyə nefti əsasən Azərbaycan, İran və Rusiyadan tədarük edir. Rusiya əlaqələri və qiymətlərin yüksəlməsi istiqamətində də bir sıxıntı var.
Türkiyə-İsrail və Azərbaycan-İsrail arasında yeni əlaqələr yaranmağa başlayıb. Bu, Türkiyəni və Azərbaycanı bu böhrandan yeni bir fürsət əldə etməsini təmin edəcək. Hər nə qədər Türkiyə bu məsələdə sıxılmış kimi görünsə də, geosiyasi mövqeyindən irəli gələrək Avropa İttifaqının enerji təhlükəsizliyindəki kilid ölkə olması səbəbindən bir sıra iqtisadi qazanc əldə etmək fürsəti də yaranıb. Türkiyənin enerji qiymətlərindəki artım və asılılığı son aylar başlayıb. Mənfi təsirlərlə yanaşı, geosiyasi mövqeyin verdiyi fürsətlərdən bir sıra yeni əlaqələr təmin edildiyi təqdirdə Türkiyə özünü yenidən tarazlaşdıra biləcək.
– Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı son məlumata görə, mart ayında ölkədə illik inflyasiya 61,1 faizə yüksəlib. İnflyasiya ilə bağlı Türkiyə hökumətinin planı nədir?
– Hazırda Türkiyə iqtisadiyyatının ən böyük problemi inflyasiyadır. Həm qlobal tədarük qaynaqlarındakı sıxıntılar, həm də Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi təzyiq son aylarda Türkiyədə inflyasiyanı sürətli şəkildə yüksəlməsinə səbəb olub. Son 8 aydan bəri Türkiyədəki inflyasiya səviyyəsi artaraq irəliləyir. Bu, ölkəmizdə hiperinflyasiya qayğılarını artırır. Beləliklə Türkiyə iqtisadiyyatının inflyasiya problemlərini həll etməsi prioritet məsələyə çevrilib.
Hazırda Türkiyədə daha çox qısa vədəli tətbiqlər müzakirə mövzusudur. Bunlardan biri əlavə dəyər vergisi (ƏDV) endirimləridir. Bunun inflyasiya problemini həll etməkdə qalıcı təsirinin olub-olmayacağı mübahisəlidir. Çünki Türkiyədəki ƏDV endirimləri 8-10 faiz nisbətdə edilir. Amma son dövrlərdə inflyasiyanın 60 faiz üzərində olması bu endirimlərin kifayət qədər effektiv olmayacağını göstərir.
Digər vacib məqam, borclanmada inflyasiyaya indeksli sənədlərdən istifadə olunmasıdır. Bu, maliyyələşmə baxımından hökumətin özünü asanlıq təmin edir. Amma bu da qısa vədəli həll yoludur.
Burada seçim prosesindən qaynaqlanan uzun vədəli dezinflyasiya (yüksək inflyasiyadan aşağı inflyasiyaya keçid) proqramının tətbiq edilmədiyini görürük. Zamanla neft qiymətlərinin sülh səyləri və digər səbəblərdən stabilləşməsi, həmçinin yaz mövsümündə təbii qaza olan ehtiyacın azalması, eləcə də Türkiyənin daxili bazarında kənd təsərrüfatı məhsullarının istehsalındakı artım kimi faktorlar yaza doğru inflyasiyanın qismən də olsa aşağı düşəcəyini proqnozlaşdıra bilərik.
Ancaq uzunmüddətli perspektivdə Türkiyədə struktur problemlərinin həlli ilə bağlı proqram ortaya qoyulmayıb.
– Rusiya-Ukrayna müharibəsi türk lirənin məzənnəsinə necə təsir edib? TL üçün böhranlı dövrünün bitdiyini demək olarmı?
– Türk lirəsinin məzənnəsi təxminən müharibənin başladığı dövrdəki şəkildə davam edir. Hazırda rəsmi valyuta məzənnələrinə əsasən, 1 ABŞ dolları = 13-14.60 TL arasında dəyişir. Türkiyə mübadilə ilə qorunan depozit sisteminə keçib. Ona görə də hər kəs əmanətlərini türk lirəsində saxlasa, xarici valyutada yarana biləcək fərqlər ödənilir. Buna görə də həm şirkətlər, həm də ev təsərrüfatları xarici valyuta və TL depozit hesabları valyuta ilə qorunan əmanət sisteminə keçid etməyə başlayıb.
Bu rəqəm 40 milyard dollara yaxınlaşıb. Bu dövrdə türk lirəsinin sabit bir şəkildə davam etdiyini söyləyə bilərik. Qiymətləri sabit saxlamaq üçün vaxtaşırı Mərkəzi Bank müdaxilə edir.
İqtisadi nəzəriyyə baxımından TL-də böhranın bitdiyini deyə bilmərik. Çünki inflyasiya yüksək olan ölkələrlə aşağı inflyasiya olan ölkələri müqayisə edəndə aradakı fərq qədər valyutanın dəyər qazanması gözlənilir. Ona görə də iqtisadi risk olaraq Türkiyədə məzənnə artımı gözləntiləri hələ də var.
Amma valyuta məzənnəsi ilə qorunan əmanət sistemi sayəsində Türkiyədə məzənnənin sabit olduğunu deyə bilərik.
Qlobal iqtisadi təhdidlər şəraitində Sumqayıt regionun aparıcı sənaye mərkəzi kimi möhkəmlənməkdədir
Dünya səviyyəsində qlobal problemlər bir-birini əvəz etməkdədir. 2008-ci ilin sonlarından başlayan dünya maliyyə böhranının mənfi fəsadları başa çatmamış, daha təhlükəli bir qlobal problem – Covid-19 koronavirus pandemiyası sivilizasiya üçün ölüm saçmaqla bərabər, həm də iqtisadi tənəzzülə səbəb oldu. Yüz milyonlarla iş yerləri itirildi, maliyyə və investisiya resurslarının hərəkətində əsaslı məhdudiyyətlər yarandı. Dünyanın aparıcı iqtisadi güc mərkəzlərindən qaynaqlanan qlobal problemlər bütün ölkələr üçün təhdidə çevrilməkdədir. Digər tərəfdən, dünya iqtisadiyyatının postpandemiya dövrü üçün səsləndirilən inkişaf və artım proqnozları yenidən baxılmaqdadır. Təəssüfedici amil ondan ibarətdir ki, nüfuzlu beynəlxalq maliyyə institutları və təşkilatları bu istiqamətdəki proqnozları mənfiyə doğru dəyişməkdədirlər.
Belə bir şəraitdə Cənubi Qafqaz iqtisadiyyatının əsasını təşkil edən Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılması və manevrlik qabiliyyətinin artırılması strateji əhəmiyyət kəsb edir. Əsasən enerji resursları üzərində formalaşan milli iqtisadiyyatımızın strukturunun qeyri-neftqaz sektoru sahələri hesabına genişləndirilməsi hazırda və yaxın perspektivdə başlıca vəzifələrdəndir. 2022-ci il iyulun 15-də altı ayın yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, bu ilin 6 ayı ərzində iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.
Təhlillər göstərir ki, qeyri-neft sənaye sahəsində əsas artım mənbələri və istehsal gücləri Sumqayıt sənaye mərkəzində cəmləşmişdir. Dövlət başçısının daim diqqət və qayğısı nəticəsində 2009-cu ildən başlayaraq, Sumqayıtda müasir texnologiyalar əsaslı qeyri-neftqaz sənaye istehsalı infrastrukturu formalaşdırılmış, ixracyönlü istehsal sahələri yaradılmışdır. Ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkında hazırda 31 sahibkarlıq subyekti rezidentlik statusu almışdır. Ümumi ərazisi 583,5 hektar olan bu Parkda potensial investorlar üçün hər cür münbit şərait yaradılmışdır. Yatırılan ümumi investisiyaların həcmi 3270 milyon ABŞ dolları təşkil edir. Rezident statusuna malik sahibkarlıq subyektlərindən artıq 17-si öz fəaliyyətini genişləndirməkdədir və bu günlərdə onların sırasına 2 yeni müasir istehsalat müəssisələri – “Glassica” QSC və “Azərsulfat” MMC daxil olmuşlar. Bundan əlavə, Sumqayıtda elmi-texniki nailiyyətlərin son analoqlarını özündə ehtiva edən Texnologiyalar Parkı və digər iri ixracyönlü müəssisələr – SOCAR Karbamid və SOCAR Polimer fəaliyyət göstərirlər. Müxtəlif rəqabətqabiliyyətli qeyri-neftqaz sənaye məhsullarının istehsalı hesabına daxili tələbat ödənilməklə, yeni məhsuldar ixrac mənbələri və potensialı yaradılmaqdadır.
Sumqayıt həm də mərkəzdən dotasiya və ya maliyyə resursları almadan özünün büdcəsini və xərclərini formalaşdırmaq imkanına malik güclü sənaye şəhəri kimi öz statusunu artırmaqdadır. 2019-cu ildə şəhər üzrə ümümi məhsul buraxılışı 2,4 milyard manata yaxın olmuşdursa, pandemiyanın mənfi təsirinə baxmayaraq bu rəqəm 2020-ci ildə 2,7 milyard v ə 2021-ci ildə isə 3,9 milyard manat təşkil etmişdir. 2021-ci illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 44 faizdən çox armışdır. Bu kifayət qədər ciddi artım mənbəyidir və ümumilikdə milli iqtisadiyyatının məhsuldar qeyri-neftqaz mənbəyi kimi qiymətləndirilməlidir. Bunlarla bərabər, Sumqayıtın sosial-iqtisadi inkişafı yeni mərhələyə keçməkdədir. 2020-ci ildə Sumqayıt şəhəri üzrə gəlirlərin həcmi gözlənilən proqnoza qarşı 8,3 faiz çox olmuş və 46,4 milyon manat təşkil etmişdir. Şəhərin siması müasirləşməklə bərabər, əhalinin rahat yaşaması üçün sosial infrastruktur şəbəkəsi genişləndirilməkdədir. İnsanların məmnunluq şəraitində yaşaması üçün davamlı tədbirlər görülür və inamlı addımlar atılır.
Qlobal təhdidlərin artdığı bir dövrdə bu qeyd olunanlar onu deməyə əsas verir ki, Sumqayıt regionun dinamik inkişaf edən şəhəri ilə yanaşı, həm də regionun aparıcı sənaye mərkəzi kimi möhkəmlənməkdədir.
Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru.
VERGİLƏR
“Moody`s” beynəlxalq reytinq agentliyinin son hesabatında Azərbaycanda iqtisadi dayanıqlılıqla bağlı analizləri müsbətdir. Baxmayaraq ki, COVID-19 pandemiyasının əhatə dairəsinin genişlənməsi, bundan doğan səbəblərdən ötrü neft və təbii qazın dünya bazar qiymətlərində son 3 ay ərzində müşahidə edilən mərhələli enişlər baş verdi, bu çərçivədə reytinq agentliyinin ölkəmizin xarici şoklara davamlılığının hazırkı dövrdə təminatlı qiymətləndirməsi müsbət amildir.
Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
N.Hacızadə bildirib ki, maliyyə və makroiqtisadi çərçivənin cari dövrlər üçün qiymətləndirən agentlik xarici investorların sərmayə qərarvericiliyinə təsir göstərir, birbaşa və dolayı rol oynayır. “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi Azərbaycanın valyuta rezervlərini göstərir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Makroiqtisadi şoklar çərçivəsində yığılan və idarəolunan ehtiyatlar enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlılığının və sabitliyinin qorunması üçün yeganə zəmindir desək yanılmarıq. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət rolunu oynayır.
Onun sözlərinə görə, COVID-19 pandemiyasının birbaşa təsirləri nəticəsində dünya iqtisadiyyatında böyümə templərinin dayanması və ressesiyanın davam etməsi də iqtisadi canlandırmanı ləngidir. Dünya iqtisadiyyatında mənfi 5-10 faiz arasında qiymətləndirilən kiçilmə Azərbaycanın iqtisadiyyatına öz təsirlərini göstərməkdə davam edir. Bu ilin yanvar-may aylarında ÜDM istehsalı (27 milyard 480 milyon manat) 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalıb. Məhsul buraxılışında azalma templərinə təsir göstərən istehlakın düşməsi, daxili və xarici investisiyaların azalması və dayanması ilə bərabər xalis ixracın da azalmasıdır. Habelə, qeyd edilməlidir ki, ixracın azalması yalnız qlobal ticarətin diversifikasiyadan konsetrasiyaya doğru yönəlməsinə görə deyil, həmçinin makroiqtisadi sabitliyin qorunması ilə xarici ticarət tərəfdaşlarımızla əməliyyatlarda qiymət rəqabətinin zəifləməsidir. Başqa sözlə ifadə etsək, yerli və milli məhsullarımızın əsas xarici ticarət bazarında real bahalaşması, idxal əmtəələrinin isə ölkəmizdə real ucuzlaşması kimi vurğulana bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfransda bu məsələlərə toxunulub. Xüsusilə, may ayında xarici ticarət balansında (neft ixracının iqtisadi azalması birbaşa təsiri nəticəsində) müşahidə olunan mənfi saldo da azalmanı şərtləndirən əsas amillərdən biridir.
“Buna baxmayaraq, mövcud təhdidlər və çağırışlar şəraitində “Moody`s” beynəlxalq reytinq agentliyinin dövlət rezervlərinin iqtisadi sabitliyin qarantı kimi vurğulaması, mövcud kiçilmələr fonunda risk zonasından ortamüddətli dövrdə uzaqda qalmamız kimi şərh edilə bilər. “Moody`s” cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 4,6 faiz azalması ilə bağlı açıqlaması da birbaşa enerji bazarındakı enişlərlə əlaqədardır. COVID-19 pandemiyası ilə əlaqədar enerji qiymətlərinin, o cümlədən, qeyri-neft sahəsində əmtəə və xidmət ixracının azalması pandemiya davam etdiyi müddətdə aşağı rəqəmlərdə qalmasını şərtləndirəcək. Nəzərə alsaq ki, cari əməliyyatlar balansındakı profisit azalma birbaşa neft-qaz qiymətləri ilə əlaqədardır, bu baxımdan post-pandemiya dövründə qeyri-neft sənayesinin daha da böyüməsi üçün investisiya və biznes mühitinin də Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və hüquqi islahatlar daha da dərinləşəcək. Xüsusilə, vurğulamaq yerinə düşər ki, Dünya Bankı ilə həyata keçirilən videokonfransda dövlət investisiya yönümlü modellərdən özəl investisiya yönümlü modelə keçidlə bağlı təklif irəli sürüldü. 2019-cu ilin sonuncu müşavirəsində dövlət başçısı da hökumət qarşısında özəl investisiyayönümlü modelə keçid ilə əlaqədar tapşırıq qoydu. Bundan əlavə, mövcud iqtisadi təhdidlər şəraitində zamanında qəbul edilən, neft gəlirlərindən daxil olan xarici valyutaların rezerv şəklində toplanması və risksiz idarəedilməsi dövlət tərəfindən aparılan siyasətin nəticəsidir”, – deyə o qeyd edib.
N.Hacızadə deyib: “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən 2021-ci ildə bu ölkələr arasında yalnız Azərbaycanın dövlət büdcəsində profisit yaranması ilə bağlı proqnozunu müsbət xəbər hesab etmək olar. 2020-ci ildə xüsusilə neft hasilatçıları və ixracatçıları ölkələrinin büdcələrinə yenidən baxılmanın həyata keçirilməsi (xüsusilə, fiskal stimul paketləri, pandemiya nəticəsində neft-qazın satışın əldə olunan gəlirlərin və transfertlərin azalması, həmçinin zəifləyən aktivlik nəticəsində vergi tətilləri və yığımın azalması) və optimallaşdırılması həyata keçirilir. Bu baxımdan mövcud dövrdə kəsrlərin olması gözlənilən proqnoz kimi qiymətləndirilir. Buna baxmayaraq, agentlik 2021-ci il üçün neft hasilatçıları və ixracatçıları ölkələri arasında müsbət profisit proqnozunu yalnız Azərbaycanla bağlı təqdim edib. Bunun təməlində fiskal idarəetmə və inzibatçılığın, dövlət büdcəsi xərclərinin idarə olunmasındakı yeni yanaşmaların həyata keçirilməsinə inam, etibar və etimaddır. Həmçinin qeyd etmək yerinə düşər ki, vergi və gömrük adminstrasiyasında aparılan şəffaflıq, səmərəlilik və düzgün idarəetmə siyasəti nəticəsində ilk 5 ayın büdcə prosfisiti 1,1 milyard manat olub. Xüsusilə, ortamüddətli xərclər çərçivəsinin hazırlanması və nəticəəsaslı büdcəyə keçid istiqamətində aparılan siyasətə və siyasi iradəyə beynəlxalq agentlik tərəfindən inam və etibar formalaşıb”.
Comments are closed, but trackbacks and pingbacks are open.