Press "Enter" to skip to content

Iqtisadiyyatın sasları

Qonaq: 1

Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.
Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.
Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.
Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.
Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır.
Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.
Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.
Beləliklə,dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.
Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şəraitində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən bər-bəzək əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.
Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.
Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.
Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.
Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, eyni zamanda onlarda 2/3-si ABŞ-a köçmüşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya prosesinin miqyaslarını ötüb keçmişdir.
Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.
Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.
Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.
Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu.
1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.
Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.
Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yüksək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; imperializmin müstəmləkə sisteminin dağılması.
İEOÖ dünya təsərrüfatına cəlb olunur, onu əmələ gətirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır; onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində; dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.
Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.
Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir.

İstifadə olunmuş ədəbiyyat

1. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 2001
2. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. – Москва: ЮНИТИ, 2003
3. Пузакова Е.П. Международные экономические отношения. – Ростов-на-Дону: ИЦ «МарТ», 2000
4. Киреев А. Международная экономика. – Москва: Международные отношения, 1997, Ч. 1.
5. Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I

  • Teqlər:
  • dünya iqtisadiyyatı
  • , beynəlxalq iqtisadi münasibətlər

Iqtisadiyyatın sasları

Şənbə, 18.03.2023, 09:56

–>TEHSİLİN İNKİŞAFINA DESTEK OLAQ –>

–>Sizi salamlayıram , Гость | RSS

–> –>Əsas Menyu –>

–> –>Fayllar kataloqu –>

–> –>Bizim sual –>

–> –>Statistika –>

Ümumi: 1

Qonaq: 1

Istifadəçilər: 0

–> –>Informasiya –>

Iqtisadiyyatın əsasları rənnindən kitab

Iqtisadi Nəzəriyyə fənnindən çox mükəmməl dərslik.

Dərslik .doc formatındadır.

Yüklədikdən sonra şərh yazmağı unutmayın.

Порядок вывода комментариев:

27 togrul (24.09.2014 00:25) [Material]

Jfhnbcjnxf

26 togrul (24.09.2014 00:25) [Material]

25 fuzuli (08.09.2014 14:26) [Material]

Bu kitaba ehtiyyacim var yukleyen komek etsin xais edirem

24 fuzuli (08.09.2014 14:25) [Material]

yuklenmir axi

23 fuzuli (29.08.2014 17:38) [Material]

yuklenmir axi komeklik edin ne olar

22 fuzuli (29.08.2014 17:37) [Material]

21 Leyla (24.06.2014 19:12) [Material]

Zehmet olmasa geniw melumat verdiniz imtahnan ela qiymet almaq isteyirem

20 Leyla (24.06.2014 19:09) [Material]

Salam menim 5sualimi zehmet olmasa cavablandiradiniz imtahan ucun.
1.marketing strategiyasi ve taktikasi nedir?
2.reqabetin hansi formalari vardir?
3.sahibkarligim hanso formalari var?
4.Az/canda iwsizlik hansi yollarla aradan qaldirila biler?
5.nezaret ucot sisteminin formaliri?

19 ferid (26.12.2013 18:06) [Material]

Iqtisadiyyatın sasları

Dünya Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın yeni vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda dövlətimizin başçısı diqqəti pandemiyadan əvvəlki dövrün sosial-iqtisadi göstəriciləri, biznes mühitinin yaxşılaşdırılması fonunda gələcək hədəflərə yönəltmişdir

Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz hər zaman irəliyə baxmalıyıq. Ölkə Prezidentinin “İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz» kimi fikirləri də deyilənlərin təsdiqidir. Təbii ki, həyat yerində durmur. Qarşıda yeni çağırışlar, yeni vəzifələr dayanır və bu vəzifələrin uğurlu icrası istiqamətində mühüm addımlar atılır. Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Koronavirus infeksiyasının geniş yayıldığı vaxtda Azərbaycanın yaranmış sosial və iqtisadi fəsadları aradan qaldırmaq üçün davamlı Tədbirlər Planının təsdiqlənməsi, 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlanılması və sair kimi əhəmiyyətli addımlar ölkəmizin iqtisadi və sosial gücünün, bu günə qədər həyata keçirilən təkmil islahatların təqdimatı kimi dəyərləndirildi.

Dünya Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda da Azərbaycanın sosial və iqtisadi uğurları, əməkdaşlığın genişləndirilməsinə verdiyi önəm və perspektivlər diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ölkəmiz Dünya Bankının hesabatlarında hər zaman ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib. Ötən il açıqlanan “Doing Business 2020» hesabatında Azərbaycan ən islahatçı 20 ölkə arasında qərarlaşıb. Cənab İlham Əliyev qeyd olunan videokonfransda diqqəti bu məqama yönəldərək bildirmişdir ki, ” “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə hökumətin, Administrasiyanın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Qısa müddətdə çox əsaslı irəliləyişə nail olduq: «Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir.»

Neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin etdi. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi. Dövlət proqramlarında, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi. İqtisadi islahatların əsas istiqamətlərindən birinin qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin olduğunu nəzərə alsaq, bu sənədlərin icrası nəticəsində 2 milyondan artıq yeni iş yaradıldı. Təkcə ötən il 98 min yeni iş yeri yaradılıb. Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır.

Qeyd etdiyimiz kimi, uğurlara yol açan düşünülmüş və məqsədyönlü siyasət, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları, təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini təmin edir. İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycanda koronavirusun yaratdığı sosial və iqtisadi fəsadların aradan qaldırılması bu baxımdan beynəlxalq qurumların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının diqqətindədir ki, ölkəmizdə sistemli xarakter alan qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi durumun yaxşılaşdırılmasının prioritetliyi respublikamızın hər bir çətinliyi uğurlu siyasəti ilə dəf etmək qüdrətində olduğunu göstərir.

Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçiridyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar 10-20 il sonrakı Azərbaycanının soisal-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Dövlətimizin başçısının gələcəyə baxış konsepsiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan «Yeni əsrin müqaviləsi»ni 2050-ci ilədək uzatmaqla, qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara uyğunlaşdırdı. Bu gün qəbul olunan qərarlar daha çox sabahımız, gələcəyimiz üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda müstəqil Azərbaycanımızın gələcəyini daha aydın görür, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanların vəhdəti Azərbaycanın yaranmış vəziyyətdən az itki ilə çıxacağına böyük əsas verir.

Dünya Bankının nümayəndələri ilə keçirilən videokonfransda Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında beynəlxalq əməkdaşlıqdan, xüsusilə Dünya Bakı ilə əlaqələrin bugünkü səviyyəsindən də geniş bəhs olunmuşdur. «Biz Dünya Bankı ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycana və həyata keçirdiyimiz mühüm layihələrə göstərdiyi davamlı dəstəyə görə Dünya Bankına minnətdarıq. TANAP-a göstərilən dəstəyə görə xüsusi təşəkkürünü ifadə edən dövlətimizin başçısı vurğulamışdır ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır. Dünya Bankının Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən olan TANAP-ın icrasına verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu.

Videokonfransda günümüzün əsas çağırışlarından olan özünüməşğulluq proqramının uğurlu icrasına, həmçinin bu proqrama Dünya Bankının dəstəyinə də xüsusi diqqət yönəldimişdir. Bildirilmişdir ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bu istiqamətdə banklarla, maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir. Dünya Bankı ilə layihəyə başlanıb və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək.

Qarşıya qoyulan hədəflər konkret Dövlət Proqramlarının icrasını, kompleks tədbirlərin həyata keçirilməsini əsas tələbə çevirir. Cənab İlham Əliyevin vurğuladığı kimi, icrasının bir ili tamam olan dördüncü Dövlət Proqramında görə bilmədiyimiz işlər öz əksini tapıb. Statistikaya diqqət yetirsək, son 16 ildən artıq dövrdə ümumilikdə 200-dən artıq Proqram qəbul olunub. Həmin sənədlər ayrı-ayrı sahələri əhatə edərək ümumilikdə qeyri-neft sektorunun inkişafına geniş imkanlar açır. Bu uğurlarımıza yol açan təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə nəticəsində əldə olunan gəlirlərin təyinatı üzrə, sistemli və şəffaflıq prinsipi əsasında xərclənməsi iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir. İqtisadiyyatın elmi əsaslara söykənərək təkmilləşən islahatların nəticəsində davamlı inkişafının təmin edilməsi ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsində, rəqabət qabiliyyətinin artırılmasında, qeyri-neft sektorunun inkişafında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında və ölkəmizin həm neft-qaz, həm də nəqliyyat-logistika nöqteyi-nəzərindən mərkəzə çevrilməsində özünü qabarıq şəkildə nümayiş etdirir. Son 16 ildən artıq dövrün statistikasına diqqət yetirək. Ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın vəsait yatırılıb. Valyuta ehtiyatlarının həcmi 52 milyard dollara çatıb. Həmçinin yoxsulluğun səviyyəsi 49 faizdən 4,8 faizədək endirilib. Uğurlu nəticələr onu göstərir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İqtisadi islahatların güclü sosial siyasətlə tamamlanması, əhalinin hər addımda özünə diqqət və qayğının şahidi olması ölkədə sabitliyin əsas təminatçısı olan xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasını təşkil edir, bu atılan addımlardan da aydın görünür. Sahibkarlığın inkişafına yol açan əsas amillərdən biri məhz bölgələrdə infrastrukturun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevlə Dünya Bankının nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələlər, həmçinin kənd təsərrüfatının inkişafının prioritetliyi əsas diqqət mərkəzində olub. Cənab İlham Əliyev ixrac potensialının artırılmasını önə çəkərək bu hədəfi də açıqlayır: «Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin.» Bu əminlik də ifadə edilir ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq.

Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət»in fəaliyyətinin coğrafiyasının genişləndirilməsi, onun tabeliyində «ABAD» hüquqi şəxsin, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılmasında da məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» bu hədəflərə hesablanıb: İqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq, işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək və s. Bu kimi əhəmiyyətli addımlara və uğurlu nəticələrə əsaslanaraq dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq.

Yeganə Əliyeva,

«İki sahil»

Comments are closed, but trackbacks and pingbacks are open.