Press "Enter" to skip to content

Isgendername nəsrlə

İskəndər məclisə yığılanlara Daranın açdığı müharibədən, döyüşlərdən söz açıb və onların bu haqda fikirlərini soruşur. Sərkərdələrin sözlərini eşidəndən sonra İskəndər anladı ki, sərkərdələr ona kömək edəcək.

Текст книги “İskəndərnamə”

Rum şahı Feyləqus vəfat edəndən sonra onun yerinə oğlu (Makedoniyalı) İskəndər taxta çıxdı. İskəndər taxta çıxan kimi Rum ölkəsində yeni dönəm başladı. O, atasından qalan köhnə və yararsız adətləri atıb, yaxşıları isə həyata keçirməkdə daha məsuliyyətli olurdu.

Qısa zamanda ölkədə yeni qanunlar qoyan və buna əməl edən İskəndər bütün ölkənin sevimlisinə çevrildi. O, hamını sevər, hamıya qayğı göstərər, ədalətin bərpa olmasına çalışardı. Hətta öz ölkəsindəki insanları bütün vergilərdən azad etmişdi. Rumda tikanların yerinə güllər əkdirən hökmdar dünyanın əsas hissəsinə sahib oldu. Qərbdə Aristotel adı ilə tanınan böyük filosof Ərəstun İskəndərin vəziri idi. Bir yerdə böyüyən, birgə təhsil alan Ərəstun İskəndərin böyüməsində ən böyük xidməti olan adamlardan idi. O, İskəndərə hər işində tədbir tökər, məsləhətlər verərdi.

Günlərin bir günü İskəndər öz sarayında məclis qurub şadlanırdı. Bu zaman bir çox məzlum insan sarayın həyətində, “Aman” – deyə səs salır. İskəndər öyrənir ki, bunlar misirlilərdir. Zəncilər onların ölkəsinə hücum edib, hər yanı dağıtmış, misli görünməmiş qanlar axıtmışdı. Əgər o köməyə getməsə, qısa zamanda Misir adlı zəngin bir ölkə yer üzündən silinə bilər.

İskəndər ağıllı, bilikli, savadlı, uzaqgörən vəziri Ərəstundan məsləhət istədi. Ərəstun dedi ki, bu sənin gücünü göstərmək üçün bir şansdır. Əgər bir ordu zəfərlər qazanarsa, onun təməli daha güclü olar.

Bunu eşidən İskəndər əmr etdi ki, qoşun hazırlansın, döyüşə başlayacağıq.

Üz-üzə gələn ordular gecəyə qədər qanlı vuruşmanı davam etdirdilər. Səhər açılanda İskəndər Tutiyanuş adlı məharətli elçisini rəqib hökmdar Zəngibar şahı Pələngərin yanına göndərdi. Elçi şaha dedi:

– İskəndər istəyir ki, siz qan tökmədən təslim olasınız və o da sizi bağışlayar!

Elçinin sözü bitməmiş Zəngibar şahı onun başını kəsib hamının gözü qarşısında qanını şüşəyə tökdürüb içdi. Tutiyanuşla birgə gedən elçililər gördükləri bu dəhşətli səhnəni İskəndərə danışırlar. İskəndər döyüşü davam etdirməli olur.

Pələngərin bu vəhşi hərəkətindən qorxan döyüşçülər məğlub olurlar.

İskəndər öz vəziri Ərəstuna bu vəziyyətdən çıxmaq üçün bir tədbir görməsi üçün müraciət edir. Ərəstun ona qoşunun gözünün qorxduğunu söyləyir və məsləhət görür ki, şah düşmən önündə möhkəm dayanmaq üçün bir yol tapıb onun Zəngibar şahından daha yırtıcı olduğunu düşmənlərə göstərsin.

İskəndər bilicinin məsləhəti ilə hamının gözü qabağında zənci əsirlərindən birinin başını kəsib bişirilmək üçün mətbəxə göndərir. Sonra isə aşbazın gətirdiyi qara qoyun başını zənci başı adıyla ləzzətlə yeyərək özünün adamyeyən olduğunu qarşı tərəfə anladır.

Zənci əsirlərindən fürsət tapıb qaçanları Rum şahının qorxunc bir adamyeyən olduğunu öz ordularına çatdırırlar. Dəhşətə gələn zəncilər inam hissini itirir və əvvəlkitək döyüşə bilmirlər. Vuruş zamanı meydanda bir neçə pəhləvanı məğlub edən İskəndər zəncilərin başçısı Pələngəri məhv edərək qalib gəlir.

Hökmdar bundan sonra Ruma qayıdır. Bu zaman onun İran şahı Dara arasında narazılıq baş verir. Daranın elçisi İskəndərin yanına gələrək onun xərac tələbini çatdırır. İskəndər xərac verməyəcəyini qəti şəkildə bildirir. Onun belə sərt cavabından qəzəblənən Dara İskəndərin top və çovkanla oynayan bir uşaq, özünün isə saysız-hesabsız qoşuna malik qüdrətli bir şah olduğunu göstərmək məqsədilə qasidə bir top, bir çovkan, bir çuval da küncüd verərək Ruma yollayır. Hədiyyənin mənasını çox gözəl anlayan İskəndər onu bilərəkdən belə yozur ki, “Dara topla yuvarlaq yer kürəsini nəzərdə tutur, çovkanı isə cahanı özümə tərəf çəkmək üçün mənə göndərib. “Sonra küncütü yerə dağıdıb saray quşlarına dənlədir və bununla Daranın saysız-hesabsız qoşunlarını məhv edəcək igid döyüşçüləri olduğunu rəqibinə çatdırır. Əvəzində isə elçiyə iki çuval üzərlik verərək yola salır. Bununla da, demək istəyir ki, üzərlik dənələri acı olduğu üçün heç bir quş onu yeməz. Yəni Rum qoşunlarına Daranın ordusu qalib gələ bilməz.

DARANIN İSKƏNDƏRLƏ MÜHARİBƏSİ

Deyilənə görə, Dara İskəndərin sahib olduğu torpaqlara qoşun göndərir. Camaatı qırıb, ölkəni viran qoyur. Daranın bu hərəkətindən İskəndər xəbər tutanda casuslardan biri İskəndərə deyir ki, düşmən qoşunu sərxoşdur, əgər qəfil hücum etsə, düşməni darmadağın edə bilər. Bunu eşidən İskəndər gülərək dedi:

– Günəş gizlənməyi sevməz, mən bunu özümə rəva bilmərəm. Böyük İskəndər adi bir quldur kimi zəfər qazana bilməz.

Digər bir casus isə dedi:

– Düşməniniz sayı-hesabı bəlli olmayan bir qoşunla üstünüzə gəlir.

İskəndər buna da belə cavab verdi:

– Bir qılınc yüz öküzün bağrını dələr.

Sərkərdənin bu sözü bütün qoşunu ruhlandırdı. O, nəzarətində olan bütün ölkələrə xəbər göndərdi ki, hər kəs durmadan dərgaha gəlsin. İskəndər Rumdan, Əfrəncədən, Misirdən, Rusdan gələnləri içkisiz bir məclisə yığdı.

İskəndər məclisə yığılanlara Daranın açdığı müharibədən, döyüşlərdən söz açıb və onların bu haqda fikirlərini soruşur. Sərkərdələrin sözlərini eşidəndən sonra İskəndər anladı ki, sərkərdələr ona kömək edəcək.

Beləliklə, o müharibəyə qərar verdi və qoşun yığmaq üçün əmr etdi. İskəndər fala baxdıraraq öz taleyinin üstün gəldiyi bir gün müharibə üçün uğurlu hesab etdi və qılıncla, qoşunla, varla, dövlətlə Daranın ölkəsinə hücuma keçdi. Daranın ölkəsində əhali İskəndərin gəlişini böyük sevinclə qarşıladı, çünki hər kəs Daranın zülmündən təngə gəlmiş və bu zalımın əlindən qurtulmaq istəyirdi. Buna görə də İskəndərə xilaskar kimi baxırdılar. Bunu eşidən Dara ağıllı kəslərdən çarə istədi və İskəndərə qalib gəlməyin yollarını axtardı. Fəribərz adlı bir pəhləvan vardı. O, Daraya, “Vaxtilə ulu babası mənə demişdir ki, vaxt gələcək Rum elindən bir sərkərdə dünyanı fəth edib, İranı da məğlub edəcək. Ola bilər ki, bu İskəndər olsun ona görə də sülh bağlayaraq onu ölkəyə buraxmamaq ən doğru yoldur” – deyə Daraya məsləhət verdi. Dara bu sözlərdən hiddətlənərək qocaya sərt cavab verdi və öz qüdrətindən söz açaraq İskəndərin ondan aciz, zəif olduğunu bildirdi. Bununla da, hirsi soyumadı və İskəndərə təhqiramiz bir məktub yazdı. İskəndər də öz növbəsində ona özünəməxsus bir cavab məktubu göndərdi. Beləliklə, iki böyük hökmdar arasında müharibə başladı.

Döyüş zamanı Daranın zülmündən cana gəlmiş iki sərkərdə ona xəyanət edərək İskəndərə sığınırlar. Onlar İskəndərə Daranı öldürəcəklərinə dair söz verirlər və əvəzində ondan çoxlu pul tələb edirlər. İskəndər onlara inanmasa da, razılaşır. Xain sərkərdələr isə Daranı öldürərək yenidən İskəndərin yanına gəlirlər. İskəndər ölüm ayağında olan Daranın yanına gəlir və onu qanlar içində torpağa sərilmiş görür. O, Daranın halına acıyır və onun üçün ağlayır. Nəhayət, Dara ölməzdən əvvəl son nəfəsdə İskgəndərdən üç şey istəyir: birincisi onunla ədalətli rəftar etməyi, ikincisi İran taxtına zərər yetirməməyi və üçüncü hərəmxanaya toxunmamağı və qızını qorumağı.

Beləliklə, İskəndər İran taxtının sahibi oldu və xəzinənin üzünü xalqa açdı. Daraya verdiyi sözlərə də əməl etdi və nəhayət, əmr etdi ki, Daranı öldürən iki xaini edam etsinlər ki, şaha xəyanət etməyin aqibətini hər kəs yaxşı anlasın. Bundan sonra İskəndər Daranın qızı Rövşənəklə evlənir və İstəxrə gələrək başına tac qoyur. Beləliklə də, o, rəsmən İran taxtının sahibi olur, ölkədəki hər cür fitnə-fəsadı aradan qaldırır, ədalətilə xalqın rəğbətini qazanır və bütün dünyaya səs salır. Bir gün o, dünyanı səyahət etmək qərarına gəlir. Buna görə də Rövşənəyi və əldə etdiyi xəzinəni Ruma göndərir. Bu qərarından sonra o ilk səfərini Ərəbistana edir. Ərəblər İskəndəri yaxşı qarşılayıb ona və hər çeşid lüzumlu yeməklər, bəslənmiş sürülər, ağır xəzinələr bağışlayırlar. Hökmdar Kəbəni ziyarət edir, Kəbənin qapılarını öpərək böyük Tanrını anır. Bundan sonra Yəmənə gəlir və Yunana dönmək üçün hazırlıq görür. Bu vaxt Azərbaycan ölkəsindən bir elçi gələrək İskəndərə deyir:

– Ey şahım, Dəvali adlı hökmdar ölkəmizə zülm edir.

Bunu eşidən İskəndər Ərmənə qoşun çəkir və burada sülhü, abadlığı bərpa edir. Abxaz şahını da özünə tabe etdikdən sonra on beş gün ov üçün çöldə, dərədə, çəməndə at sürür. Ovda gəzişərkən bu gözəl ölkəni və şah Nüşabəni görməyə can atır.

İSKƏNDƏRİN BƏRDƏYƏ GƏLMƏSİ VƏ NÜŞABƏ İLƏ GÖRÜŞMƏSİ

Çox qədim zamanlardan belə rəvayət edirlər ki, olduqca gözəl, səfalı bir diyar olan Bərdəyə Nüşabə adlı qadın hökmdarlıq edirmiş. Bu qadın çox gözəl, mətanətli, ürəyi saf, mehriban bir insan idi. Onun sarayında yalnız qızlar xidmət edərmiş. Nüşabə qadın olmasına baxmayaraq, at oynatmaqda, qılınc tutmaqda heç də kişilərdən geri qalmazmış. Buna görə də onun ölkəsində, sarayında hamı ona ehtiram göstərər, hörmət bəslərmiş. Nüşabə gözəl, mehriban olduğu qədər də ağıllı və ədalətli bir hökmdar idi.

Bir gün şahlar şahı İskəndər Bərdəyə gəlir və buranın cənnətə bənzər gözəlliyinə heyran olur. Gördüyü bu gözəlliklərdən heyrətlənən hökmdar ətrafdakılardan soruşur:

– Bu gözəl, möhtəşəm, cənnət kimi ölkə kimindir? Burada padşahlıq edən kimdir?

Ona cavab verirlər:

– Bu gözəl torpaqların sahibi bir qadındır. O elə bir qadındır ki, gözəllikdə, mərdlikdə, ədalətdə tayı-bərabəri yoxdur. Bu qadın Kəyan nəslindəndir və çox möhtəşəm bir sarayı vardır. O, hər gün öz büllur sarayında əyləşir və gəlinlər, qızlar onun xidmətində dururlar. Bu qadın öz cənnət köşkündə həm ibadətlə məşğul olar, həm də mey ilə, çalğı ilə dolu məclislərdə günlərini keçirər.

İskəndər bu sözləri eşidib təəccübləndi və bu hökmdar qadını görməyə çox maraq göstərdi.

Bu vaxt Nüşabəyə xəbər verdilər ki, böyük İskəndər onun ölkəsinə gəlib. O, tez padşahın adına layiq hədiyyələr, ləziz yeməklər, gözəlcə bəslənmiş canlı heyvanlar, növbənöv dadlı meyvələr göndərdi. Nüşabə bu hədiyyələri hər gün göndərməyə davam etdi. Nəhayət, böyük İskəndər qadının bu qədər mərdliyini görüb heyran qaldı və ürəyində onu görmək arzusu daha da artdı. O, ölkədəki bu heyrətləndirici gözəlliyin sirrini öyrənmək üçün öz kimliyini gizləyib və elçi qiyafəsində Nüşabənin sarayına gəldi.

Xidmətçi qızlar Nüşabəyə xəbər verdi ki, Rum ölkəsindən bir elçi gəlib. Nüşabə hazırlıq gördü və padşahlıq taxtına oturaraq elçinin hüzura gəlməsini əmr etdi. İskəndər elçi kimi qapıdan girdi,amma təzim etmədi. O sarayda gördüklərindən heyrətə gəldi. Hər yerdə hurilər, pərilər gəzişir, qızlar, gəlinlər bir-birindən gözəl, hər yan daş-qaşla bəzənib, bütün saray işıq saçır. Gördüklərinin və gözəl Nüşabənin qarşısında böyük İskəndərin dili tutuldu. Çox ağıllı qadın olan Nüşabə isə İskəndəri tanıdı və onun elçi olmadığını anladı, amma bunu ona bildirmədi. Elçi qiyafəsindəki İskəndər hökmdar İskəndərin adından Nüşabəyə dedi:

– Mən sənin ölkənə ayaq basmışam. Bəs nə üçün sən mənim hüzuruma gəlmədin? Başımı noğulla, kababla, meyvə, şərabla aldadırsan. Bunlar qəbuldur, amma sən gərək mənə təzim edəsən. Ona görə də səhər tezdən qəbul başlanarkən sən də mənim dərgahıma gələrsən.

Bütün bunları dinlədikdən sonra Nüşabə cavab verdi:

– Eşq olsun sənə, ey cəsur padşah. Sən özün özünə elçilik edirsən? Mən səni tanıdım, sən İskəndərsən. Sən məni toruna salmaq istəyirdin, lakin özün mənim toruma düşdün.

İskəndər özünü ələ verməmək üçün yenə dilləndi:

– Ey bu taxtın gözəl sahibi, mən İskəndər deyiləm, adi bir elçiyəm. Yəni İskəndər o qədərmi acizdir ki, özünə elçilik etsin?

Ağıllı, tədbirli Nüşabə cavab verdi:

– Niyə məni aldatmağa çalışırsan? Əgər sən, həqiqətən, elçi olsaydın, hüzura gələrkən mənə boyun əyərdin. Lakin sən bunu etmədin. Sən bizimlə hökmlə rəftar edirsən və belə rəftar ancaq hökmdarlara məxsusdur.

İskəndər cavab verdi:

– Mən İskəndər deyiləm, elçiyəm. Sizinlə hökmlə danışmağımın səbəbi də məni göndərənin belə əmr etməsidir.

Bu səfər Nüşabə kəskin bir cavab verir:

– Sənin bu davranışın yersizdir, gəl özünü bu qədər çaşdırma.

Nüşabə bu sözləri deyərək üstündə İskəndərin şəkli olan ipək parçanı ona göstərir və böyük bir məğrurluqla dilləndi:

– Bu şəklə diqqətlə bax. Bu sima kimindir? İndi inad etməyin yeri qalırmı?

İskəndər parça üzərində öz şəklini görüb ağıllı Nüşabəyə cavab verməkdə aciz qaldı. Böyük İskəndər Nüşabənin qarşısında qorxudan saraldı və ikiqat qaldı. Onu böyük bir təlaş aldı və Allaha sığındı. Nüşabə onun bu vəziyyətini görüb dedi:

– Ey uğurlu, böyük tacidar bunu bil ki, mən qadın olsam da, heç də kişilərdən geri qalmaram, dünyanın hər işi mənə yaxşı bəllidir. Mən sənə şəklini ona görə göstərdim ki, sən də mənim kim olduğumu yaxşı dərk edəsən. Amma indi bil ki, mən sənə hörmət edəcəyəm və səni adına layiq qarşılayacağam.

Bu sözlər qarşısında pərt olan İskəndər Nüşabənin ağlına, cəsarətinə və mərdliyinə heyran qaldı və heç bir söz deyə bilmədi.

Bundan sonra Nüşabə İskəndərin şərəfinə süfrə düzəltdirdi. O süfrəyə içində dörd cür ləl-cəvahirat olan xonça qoydurdu.

– Ey böyük hökmran yeyiniz ən dadlı xuruşlardan.

İskəndər heyrətlə dedi:

– Ey sadə dilbər, heç daş-qaş da yeyilərmi?

Nüşabə gülərək cavab verdi:

– Madam ki, bunlar yeyilməz onda nə üçün sən daş-qaş üçün dünyanı fəth edirsən, əgər daş-qaş yeyilmirsə, onda nə üçün bunlardan ötrü bu qədər qan tökürsən?

– Ey xanımlar xanımı, doğru söyləyirsən. Eşq olsun belə sağlam fikirli gözələ. Sən mənə mərdliyin yolunu göstərdin. Doğrudan da, sənin adın ucadır.

Beləliklə, dünyanı fəth edən böyük fatehə Azərbaycan qadını, uzaqgörən və mərd hökmdar olan Nüşabə çox ibrətamiz bir dərs verdi.

Bundan sonra İskəndər Nüşabəylə əhd-peyman bağlayaraq Bərdəni tərk etdi.

İSKƏNDƏRİN DƏRBƏND QALASINI ALMASI

Çox qədim rəvayətlərin birində deyilir ki, böyük İskəndər daim faydalı işlər görər, yaxşı insanlarla ünsiyyət qurar, şahlarla yanaşı məzlumlarla da maraqlanarmış. O, zahidlərə, hikmətli insanlara hörmət edər, onlarla məsləhətləşərmiş. Elə bir vaxt gəlir ki, onun ordusundakı əsgərlər bu işdən inciyir. Onlar İskəndərə deyir:

– Ey dünyaları sarsıdan hökmran! Sənin zəfər qazanmağının səbəbi sənin ordundur. Bəs niyə sən bizə yox, zahidlərə nəzər salırsan, dara düşəndə bizimlə yox, onlarla məsləhətləşirsən?

İskəndər bu sözlərə təəssüflənsə də əsgərlərə bir cavab vermir.

Bu əhvalatdan bir neçə vaxt keçir. İskəndər və ordusu çox yollar aşaraq Dərbəndə gəlib çatırlar. Bu vaxt görürlər ki, burada bir mötəbər qala var. Bu qalada quldurlar məskən salmışdır və yoldan keçəni talan edir, incidirlər.

İskəndər orduya bu qalanı almağı əmr edir. Ordu nə qədər çalışıb vuruşsa da bir nəticə hasil olmur. Nəhayət, onlar yorulub İskəndərin yanına gəlib ona deyirlər:

– Ey qüdrətli hökmdar, biz nə qədər çalışsaq da, qalanı ala bilmədik. Yaxşısı budur, geri dönək.

İskəndər onlardan soruşur:

– Burada yaxınlıqda bir zahid varmı?

Bir nəfər deyir:

– Bu yaxın köhüldə qoca bir zahid yaşayır. Heç kimlə ünsiyyət etmir, bir çəngə otla keçinir. Böyük hökmran bu sözləri eşidib dərhal qocanın olduğu yerə gəlir. İskəndər qocanı ehtiramla salamladıqdan sonra ona vəziyyətini izah edir. Qoca deyir:

– Zənnimcə, siz cahangir İskəndərsiniz?

İskəndər təəccüblənərək soruşur:

– Sən məni necə tanıdın?

Qoca cavab verir:

– Elə bilmə ki, dünyada tək sənin güzgün var. Mənim də qəlbim güzgüdür, ona görə də insanları tanıya bilirəm.

İskəndər qocanın müdrik, ağıllı adam olduğunu görüb deyir.

– Ey sınaqlı qoca, gəlmişəm səndən çarə istəməyə. O dağ başındakı qalanı azğın quldurlar tutub və mən də bu qalanı ələ keçirmək, quldurlardan azad etmək istəyirəm.

Vəziyyəti anlayan qoca dərindən bir ah çəkir. Onun ahından uca dağ yerindən oynayır. Qoca İskəndərə deyir:

– İndi sən qayıt. Uca dağ yerindən oynayıb. İskəndər qərargahına geri dönəndə görür ki, qalabəyi hüzura gəlib. Qalabəyi İskəndərə bildirir ki, qalanın hasarı dağılıb. Beləliklə, qala İskəndərə tabe olur. İskəndər üzünü ordusuna tutub deyir:

– Görürsünüzmü, qırx gündə daş-qalaqla ala bilmədiyiniz qala bir qocanın ahından yerlə-yeksan oldu.

Əsgərlər bu sözlərdən sonra öz səhvlərini anlayır və bir daha İskəndərin ağlı, zəkası qarşısında baş əyirlər. Bu vaxt həmin qaladan bir neçə nəfər gəlib İskəndərə şikayət edirlər:

– Bu qıpçaq xalqı dəhşətdir. Bizim əkin-biçinimizi məhv edib, qalanı da uçurub.

İskəndər əmr edir ki, qala təmir edilsin və əhaliyə əkin– biçin üçün şərait yatradılsın. Belə yorucu gündən sonra İskəndər istirahət etmək üçün bir məclis qurur və əmr edir ki, bir neçə nəfər gəlib əfsanə söyləsin. Aralarından bir nəfər deyir:

– Burada bir qala var. Deyilənə görə, bu qala həm gözəl, həm də mübarək bir qaladır. Rəvayətə görə, bu qalada Keyxosrovun taxtı, camı var. Həm də burada Keyxosrovun nəslindən bir məlikzadə padşahlıq edir və Keyxosrovun qəbrini gecə-gündüz düşməndən qoruyur.

Bu söhbəti eşidən İskəndərin əhvalı açılır və onda bu qalaya getmək həvəsi yaranır.

İSKƏNDƏRİN SƏRİR QALASINA GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ ZİYARƏT ETMƏSİ

Bir gün İskəndər qoşununu Sərir şəhərinə çəkdi. O, Keyxosrovun qəbrini görmək istəyirdi. Sərir əhalisi bunu eşidib onu çox yaxşı qarşıladılar. Çünki əhali bilirdi ki, İskəndər qüdrətli və ədalətli bir padşahdır onlara zərər verməyəcək. Beləliklə, İskəndər gəlib şəhərə yetişdi. Bütün xalq onun hüzuruna gəlib hörmətlə baş əydilər. Böyük İskəndər sərirlilərdən xahiş edir ki, onu Keyxosrovun qəbri olan yerə aparsınlar. Sərirlilər onun bu sözünə görə bir neçə qulu yoldaş olsun deyə İskəndərin əmrinə verib yola salırlar. İskəndər bu ağır yolda yorulmadan irəliləyir və nəhayət, gəlib qalaya çatır. Əhali onu Keyxosrovun taxtında əyləşdirir. İskəndər Keyxosrovun taxtında özünü çox bəxtiyar hiss edir, lakin ehtiram əlaməti olaraq taxtda çox oturmayıb və oradan tez düşür. Nəhayət, uzun məclislərdən, söhbətlərdən sonra böyük İskəndər əsl məqsədi üçün yola düzəlir. O, Keyxosrovun yatdığı yerə gəlib çatmaq üçün çox qayalar, dağlar keçir. Bir vaxt atlar yorulur və artıq gedə bilmirlər. İskəndərin yanınadakılardan biri deyir:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

İskəndərnamə

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan bu poema özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib. Əsər boyu Makedoniyalı İskəndərin sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcək, hakimiyyət və ideal cəmiyyət haqqında dəyərli fikirlərlə rastlaşacaqsan.

Полная версия

Читать онлайн

Отзывы о книге İskəndərnamə

Нет отзывов

Добавить отзыв

Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться

  • Последние новинки библиотеки
  • Совет недели

Библиотека

  • Зарубежная фантастика
  • Русская фантастика
  • Cаморазвитие, личностный рост
  • Зарубежная психология
  • Попаданцы
  • Боевая фантастика
  • Героическое фэнтези
  • Еще жанры
    • Cовременные детективы
    • Любовное фэнтези
    • Личная эффективность
    • Зарубежные детективы
    • Cовременные любовные романы
    • Боевое фэнтези
    • Триллеры
    • Cовременная русская литература
    • Практическая психология
    • Зарубежная деловая литература
    • Космическая фантастика
    • Современная зарубежная литература
    • Л. Савенко «Путешествие в неизвестность»
    • Л. А. Савров «Оставаться собой»
    • Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
    • С. Кутузов «На рубежах тысячелетий»
    • О. Е. Пауллер «Псы войны. Противостояние»
    • Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
    • В. Тутенко «Бабочки улетают в рай»

    Обратная связь

    • F.A.Q.
    • Обратная связь
    • Политика приватности данных
    • Наша почта: [email protected]

    ÇevirSözlük.com | Azerice – Rusça cümle çeviri nedir?

    Azerice dilinden Rusça diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.

    Kullanım ve Gizlilik

    Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.

    Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.

Comments are closed, but trackbacks and pingbacks are open.