Press "Enter" to skip to content

Gümüş göl əfsanəsi

Burada unudulmaz sairimiz Qabilin bir fikrini xatırlatmaq istəyirəm: “İsi Məlikzadə Azərbaycan nəsrinin çexovu idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq, sima, gözəllik, mütilik və kişilik poeması olan«Qatarda» onun bəsiydi”.

İsi Məlikzadə

Məlikzadə İsi Abbas oğlu ( 1 may 1934 ( 1934-05-01 ) , Ağcabədi rayonu – 12 may 1995 ( 1995-05-12 ) , Bakı ) — Azərbaycan yazıçısı, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Xatirə Məlikzadə Arzu Məlikzadə

Mündəricat

İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil almışdır (1952-1957).

Fəaliyyəti

“Əzizbəyovneft” mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), “Ulduz” jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), “Mozalan” satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983-1985). [1] Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləmişdir. Sonra ömrünün sonunadək “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir.

  1. Həsrətin sonu. Bakı: Azərnəşr, 1964, 44 səh.
  2. Özgə anası. Bakı: Gənclik, 1969, 152 səh.
  3. Kövrək qanadlar. Bakı: Gənclik, 1973, 234 səh.
  4. Küçələrə su səpmişəm. Bakı: Gənclik, 1977, 219 səh.
  5. Yaşıl gecə. Bakı: Yazıçı, 1979, 305 səh.
  6. Günəşli payız. Bakı: Yazıçı, 1982, 252 səh.
  7. Dədə palıd (povest). Bakı: Yazıçı, 1984, 413 səh.
  8. Gümüşgöl əfsanəsi. Bakı: Yazıçı, 1987, 295 səh.
  9. Şehli çəmənlərin işığı. Bakı: Yazıçı, 1991, 304 səh.
  10. Dolaşaların Novruz bayramı. Bakı: Gənclik, 1992, 119 səh.

Filmoqrafiya

  1. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) – ssenarist
  2. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) – redaktor
  3. Altı duru, üstü quru (film, 1983)
  4. Dua (film, 1982)
  5. Evin kişisi (film, 1978)
  6. Evlənmək istəyirəm (film, 1983)
  7. Gəl qohum olaq (film, 2001)
  8. Güllələnmə təxirə salınır. (film, 2002)
  9. Gümüşgöl əfsanəsi (film, 1984)
  10. Güzgü (film, 1990)(II)
  11. Hacı Qara (film, 2002)
  12. Harayacan qaçacaqlar (film, 1983)
  13. Hərənin öz payı+tayı (film, 2006)
  14. İcazə (film, 1972)
  15. İlişdim (film, 1983)
  16. Kişi sözü (film, 1987)
  17. Küçələrə su səpmişəm (film, 2004)
  18. Qanlı zəmi (film, 1985)
  19. Qatarda (film, 1981)
  20. Qoca palıdın nağılı (film, 1984)
  21. Məğlubedilməzlər (film, 1983)
  22. Müşavirə (film, 1971)
  23. Oktyabr və Azərbaycan (film, 1987)
  24. Ömrün səhifələri (film, 1972)
  25. Pəncərə (film, 1991)
  26. Vətən mənə oğul desə (film, 1996)
  27. Zərbə (film, 1983)

İstinadlar

  1. ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272-274.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • https://www.facebook.com/%C4%B0si-Melikzade-282753491786250/

Avqust 12, 2021
Ən son məqalələr

Aborigenlər

Abort

Abova (qışlaq adı)

Abovyan

Abovyan küçəsi (İrəvan)

Abovyan rayonu

Abqora

Abra

Abram Dastakyan

Abram Hannibal

Ən çox oxunan

Giləşə

Gim

Gimli planeri

Gimnaziya

Gimnastika

məlikzadə, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikipediyanı, zənginləşdirə, bilərsiniz, avqust, 2021, məlikzadə, abbas. Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz avqust 2021 Melikzade Isi Abbas oglu 1 may 1934 1934 05 01 Agcabedi rayonu 12 may 1995 1995 05 12 Baki Azerbaycan yazicisi 1968 ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Isi MelikzadeIsi Abbas oglu MelikzadeDogum tarixi 1 may 1934Dogum yeri Agcabedi rayonu Azerbaycan SSR SSRIVefat tarixi 5 dekabr 1995 61 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliHeyat yoldasi Letife MelikzadeUsagi Saleh Melikzade Xatire Melikzade Arzu MelikzadeAtasi Abbas MelikovAnasi Zeris MelikovaTehsili M Ezizbeyov adina Azerbaycan Senaye Institutunun Neft kimya fakultesiFealiyyeti yaziciEserlerinin dili azerbaycancaJanr seir poema Mundericat 1 Heyati 2 Fealiyyeti 3 Eserleri 4 Filmoqrafiya 5 Istinadlar 6 MenbeHeyati RedakteIsi Melikzade 1934 cu il mayin 1 de Azerbaycanin Agcabedi rayonunda anadan olmusdur Burada Xalfereddin orta mektebini bitirdikden sonra M Ezizbeyov adina Azerbaycan Senaye Institutunun Neft kimya fakultesinde tehsil almisdir 1952 1957 Fealiyyeti Redakte Ezizbeyovneft medenler idaresinde operator yerustu avadanliq ustasi 1957 1961 Azerbaycan Kommunal Teserrufati Nazirliyi Basqaz idaresinde boyuk muhendis sobe reisinin muavini 1961 1966 Ulduz jurnali redaksiyasinda publisistika sobesinin mudiri mesul katib 1966 1973 Azerbaycan Dovlet Nesriyyatinda redaktor Cefer Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda ssenari redaksiya heyetinin uzvu 1974 1976 Azerbaycan jurnali redaksiyasinda nesr sobesinin mudiri 1976 1980 Ulduz jurnali redaksiyasinda nesr sobesinin mudiri 1980 1981 Mozalan satirik kinojurnalinda boyuk redaktor 1981 1983 C Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda bas redaktor vezifelerinde islemisdir 1983 1985 1 Sonra bir muddet yaradiciliqla mesgul olmusdur Azerbaycan Dovlet Akademik Dram Teatrinda edebi hisse mudiri 1988 1990 islemisdir Sonra omrunun sonunadek Azerbaycan jurnalinda publisistika sobesinin mudiri 1994 cu ilden Azerbaycan Medeniyyet Fondunun Qarabag filialinin sedri 1990 ci ilden vezifelerinde calismisdir 1995 ci il dekabrin 5 de vefat etmisdir Eserleri RedakteHesretin sonu Baki Azernesr 1964 44 seh Ozge anasi Baki Genclik 1969 152 seh Kovrek qanadlar Baki Genclik 1973 234 seh Kucelere su sepmisem Baki Genclik 1977 219 seh Yasil gece Baki Yazici 1979 305 seh Gunesli payiz Baki Yazici 1982 252 seh Dede palid povest Baki Yazici 1984 413 seh Gumusgol efsanesi Baki Yazici 1987 295 seh Sehli cemenlerin isigi Baki Yazici 1991 304 seh Dolasalarin Novruz bayrami Baki Genclik 1992 119 seh Filmoqrafiya RedakteAg atli oglan film 1995 tammetrajli bedii film ssenarist Alma almaya benzer film 1975 tammetrajli bedii film redaktor Alti duru ustu quru film 1983 Dua film 1982 Evin kisisi film 1978 Evlenmek isteyirem film 1983 Gel qohum olaq film 2001 Gullelenme texire salinir film 2002 Gumusgol efsanesi film 1984 Guzgu film 1990 II Haci Qara film 2002 Harayacan qacacaqlar film 1983 Herenin oz payi tayi film 2006 Icaze film 1972 Ilisdim film 1983 Kisi sozu film 1987 Kucelere su sepmisem film 2004 Qanli zemi film 1985 Qatarda film 1981 Qoca palidin nagili film 1984 Meglubedilmezler film 1983 Musavire film 1971 Oktyabr ve Azerbaycan film 1987 Omrun sehifeleri film 1972 Pencere film 1991 Veten mene ogul dese film 1996 Zerbe film 1983 Istinadlar Redakte Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 272 274 Menbe RedakteXamis Muradov Kinofabrikden baslanan yol Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 4 https www facebook com C4 B0si Melikzade 282753491786250 Menbe https az wikipedia org w index php title Isi Melikzade amp oldid 6007185, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Gümüş göl əfsanəsi

“Əgər siz bir az öz qədrinizi bilsəydiniz, nəinki Azərbaycanda, hətta bütün dünyada ən məşhur aktyorlardan biri olardınız”.
(rus rejissoru Vadim Qorikkerin aktyor Hamlet Qurbanova dediklərndən)

Nədənsə, qəlbimizdə alışmamız bir stereotip var: qaraqaş, qaragöz azərbaycanlı özünəməxsusluğumuzu çox sevirik. Onun simasındakı həmin özəllikdən xaric mimikaları görüb niyəsə bu xanımı quru (hətta bəzən yapışıqsız) hesab edərdim. Bu o zamanlar idi ki, mən uşaqlığımdan hələ yenicə ayrılırdım və bir neçə kərə “Tütək səsi” filminə baxmışdım. Sözü gedən filmdə Şükufə xanımın (təbii ki, o vaxt mən aktrisanın ismindən xəbərsiz idim) Tutu adlı bir obrazı vardı: dilli-dilavər, necə deyərlər, od parçası. Sözünü deməkdən çəkinməyən, dilinə gələni geri qaytarmayan. Görünüş etibarilə fransız xanımlarını xatırladan aktrisayla obrazı arasında bir yaxınlıq, uyğunluq duyurdum. Düşüncələrimdə yanıldığımı universitetdə oxuduğum illərdə hiss etdim. O vaxtlar mən tez-tez Akademik Dram Teatrının binasında Şükufə Yusupova ilə rastlaşırdım. Həm də artıq çox gözəl bildiyim bir həqiqət vardı: komik bayağılığa həddən ziyadə meyl edən müasir cəmiyyətimizin fövqündə duran Azərbaycan teatrında bu tipdə, bu ampluada aktrisanı barmaqsayı tapmaq olar. Səsində yüngülcə xırıltı (həmişə səsi xırıltılı olanlara həsəd aparmışam), tutqunluğa qarışmış həzinlik, çöhrəsi məsumluğun və susqunluğun ortaq qovuşuğu. Hansı Avropa səhnəsini desən özümsəməyə qadir, potensiyasına iddialı. Şükufə xanım hamımıza nəsib olmayan dünyəvi mimik cizgilərin tamamlanması ilə, oyun estetikasının hərtərəfliliyi ilə üstündür bir çox adlı-ödüllü aktrisalarımızdan. Onu da qeyd etmək borcumdur ki, “Tütək səsi” (həmçinin “Xoşbəxtliyin qiyməti”) filmi Şükufə xanımın həyatında müəyyən rol oynayıb. Belə ki, 1975-ci ildə İncəsənət İnstitutunun kino-dram fakültəsini bitirəndən sonra (professor Mehdi Məmmədovun kursu) təyinata Şəkiyə göndərilib. Şükufə xanım bir qədər sonra sözügedən filmin çəkilişi üçün geri qayıtmalı olur və 1976-cı il sentyabrın 1-dən Akademik Milli Dram Teatrına işə götürülür. Baxmayaraq ki, o, əlli beş illik ömrünün düz otuz üç ilini teatra bağlayıb, amma çoxlarının yaddaşında kino aktrisası kimi qalıb.
“Gümüş göl əfsanəsi” filmində Səidə adlı bir xalçaçı qadın obrazı var və onu da Şükufə Yusupova yaradıb. Qadın həqiqi istedadına, əl işlərinin təbiiliyinə rəğmən unudulmuş, uzaq dağ kəndində taleyi ilə baş-başa qalıb. Aktrisanın yozumunda Səidə, doğrudan da həyatdan, diqqətsizlikdən küskün, ona çox sonralar gəlmiş (yəni ki, gecikmiş) dəvətə tamamilə laqeyd, əziyyətlə başa gələn, həmahəng ilmələrin göz qamaşdırdığı sənət əsərlərindən belə təcrid olunmuş bir imicdə. Hardasa, yetəri istedadının müqabilində yüzdə bir tamaşaçının tanıdığı Şükufə Yusupovaya bənzər.
“Qəm pəncərəsində”də oynayıb Şükufə xanım. Yeganə oğlunu erkən yaşında, adi bir səbəbdən itirən ananın obrazını C.Məmmədquluzadənin yaratdığı İzzəti canlandırıb. Eşşəyini itirən Əhmədin xiffətdən tələf olması ananın ağlını başından alır və baisin ünvanına olmazın nifrinlər yağdırır. Burda yenə də təbii, yenə də əvəzolunmaz Şükufə Yusupova sənəti öz sözünü deyir. Başqa bir ana obrazı haqqında da danışmaq mümkündür: “Ümid” filmində aktrisanın həyat bəxş elədiyi ananın balası Qarabağ uğrunda gedən vuruşlarda həlak olub. Ana yavrusunu öz əlləri ilə Şəhidlər Xiyabanında dəfn etsə belə onun ölümünə inanmır. Döyüş bölgələrindən gətirilən hər meyitə, hər yaralıya ümidlə baxır, sağ-salamat yola saldığı oğlunu axtarır.
Teatr səhnəsində bir daha vuruldum sevimli aktrisamıza. 2004-cü ildə yazıçı-dramaturq Elçinin “Qatil” pyesinin premyerasıydı. Teatrşünaslıq ixtisasının bizə verdiyi səlahiyyətdən dolayı kursumuz bütünlüklə tamaşada iştirak edirdi. Pyes son dövr Azərbaycan dramaturgiyasının nailiyyəti sayıla biləcək qədər orijinal və partlayışlı idi. Uzun zaman tənhalığa sirdaş olan, təkliyin acısını dadan müəllimə əvvəllər şagirdi olmuş gənclə rastlaşır. Onlar məktəb illərini çıxmaq şərti ilə, demək olar ki, görüşməmişdilər. Hələ yeniyetmə çağlarından müəlliminə aşiq olduğunu etiraf edən keçmiş şagird tənha qadının illərə tablamış qürurunu sındırmağa müvəffəq olur. Qadınsa bir anlığa özünü dünyanın ən xoşbəxt adamı hesab edir. Taleyin ona hazırladığı ağır sürprizdən xəbərsizcəsinə xəyalən göylərdə uçur. Gənc nə qədər içində gizlənən məkri boğmağa çalışsa da, şeytan ona qalib gəlir. Qalmağa yeri, yaşamağa imkanı olmadığı üçün yeganə vasitə qadının ömrü boyu qazandığı ev-eşiyi, çox da böyük olmayan varidatını ələ keçirməyə çalışır. Çıxış yolunu qadını öldürməkdə görür.
Milli Dram Teatrının səhnəsində onlarla rola imza atıb Şükufə xanım- hamısı da lazımınca, dəyərli. İncəsənət İnstitutunu yenicə bitirdiyi zaman Tofiq Kazımovun dəvəti ilə Dram Teatrına gəldi: “Qılınc və qələm” tamaşasında (M.S.Ordubadi) Rəna surətinə həyat vermək üçün. Sonralar Pırpız Sonanı (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Həmidə xanımı (“Sizi deyib gəlmişəm”, Anar), Xavəri (“Şeyx Sənan”, H.Cavid), Sədaqəti, Mədinəni (“Büllur sarayda”, “Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Radmilanı (“Biganələr hoteli”, R.İbrahimbəyov), Pollini (“Üç quruşluq opera”, B.Brext, K.Vayl) və adını çəkmək istəmədiyim xeyli sayda obrazı canlandırdı Şükufə Yusupova. Səhnəmizin pafosdan günü bu gün də ayrıla bilməyən çərçivəsindən çıxdığı üçün hərdən anlaşılmayan, hərdən hətta qəbul edilməyən aktrisa bacarığına, Tanrıdan gələn istedad yönümünə heç zaman xilaf çıxmadı. Tamaşaçını əldə saxlamaq üçün təkrar və yorucu replikalardan məharətlə qaçdı. Çevikliyilə, məsum, solğun bənizli görkəmiylə həmişə ciddi, dramatik, mükəmməl və qüsursuz oldu.
Əlli beş illik ömrünün yarıdan çoxunu sənətinə, tamaşaçısına fəda edən Şükufə xanımın yetərincə tanınmamasında bəlkə də biz tamaşaçılar daha çox təqsirkarıq. Dəyərli sənətkarlarımızın bir çoxu məhz informasiya çatışmazlığından tanınmır, lazımi səviyyədə qiymətləndirilmir. Efirlərimizdə ənənəvi bir hal formalaşıb. Müğənni və aktyorlarımızın bir qismi bu kanaldan o kanala, o kanaldan bu kanala (çox vaxt heç qiyafələrini belə dəyişmədən) üz tuturlar. Hansı kanala çevirirsən eyni simalar, təkrar musiqilər. Bu sözü nə qədər ürək ağrısı ilə işlətsəm də, yenə deməliyəm: bəs unudulanları (əslində unudulmağa layiq olmayanları) niyə bir proqrama dəvət edən yoxdur? Ömrə etibarmı var? Xuraman Hacıyeva kimi son dərəcə istedadlı bir xanım kirayələrdə başa vurdu ömrünü. Hamlet Qurbanov təki qüdrətli səhnə adamı xəstəxanalar küncündə, müalicəsi üçün gərəkən vəsaitə möhtac halda dəyişdi dünyasını. Səfurə İbrahimova kimi Azərbayan teatrının və kinosunun möhtəşəm bir aktrisadan xəbər-ətər yoxdur. Yadıma bu məqamda böyük dramaturqumuz Cəfər Cabbarlının “Yaylağa gedir” pyesi düşdü. Oxuyanlar biləcək ki, niyə mən söhbətimin bu yerində o pyesi xatırladım, oxumayanlara isə onu əldə etməyi məsləhət görürəm. Doğrudanmı, istedadlılar ilk növbədə özləri öz qədrini bilməlidir ki, ətrafdakılar da onu qiymətləndirməyi bacarsın? Düzdür, Şükufə xanım da əməkdar artist fəxri adına, dəfələrlə dövlət mükafatlarına layiq görülüb, ancaq kütləvi təbliğatdan çox uzaqda qalıb.
Doğum gününüz mübarək olsun, Şükufə xanım. Sizə cansağlığı, bitməyən rollar qalereyası arzulayıram. Sizi mənim qədər sevənlərin adından təbrik edirəm.

Bu kateqoriyaya aid digər yazılar

İsi Məlikzadə

Yazıçı-dramaturq İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun nəsr əsərləri haqqında istər sağlığında, istərsə də ölümündən sonra bir çox ədəbiyyatşünaslar, tənqidçilər, görkəmli alimlər, qələm dostları öz sözlərini deyib.
“İsi Məlikzadə Azərbaycan üçün Əbdürrəhim bəy Haqverdiyev səviyyəsində parlaq ədəbi sima idi” (Əkrəm Əylisli, xalq yazıçısı); “İsi Məlikzadə nəinki Azərbaycanın, həm də dünyanın maraqlı, oxuna bilən ziyalılarından və yazıçılarındandır” (Əli Rza Xələfli, şair).

Bu yazıya sığa bilməyən deyimlərlə, xatirələrlə yanaşı, dəyərli monoqrafiyalar və dissertasiya mövzuları da var. Görkəmli ədəbiyyatşünas alim Yaqub İsmayılovun “İsi Məlikzadə — söz sərrafı, nəsr ustası” monoqrafiyasını, görkəmli alim Rəhim Əliyevin «Müdrik sadəlövlük» adlı geniş həcmli məqaləsini, Sevinc Abbasovanın namizədlik dissertasiyasını və ədəbiyyatşünas Nurlana Əliyevanın «Zamanın sözü» monoqrafiyasını xüsusi qeyd etmək lazımdır.
Bununla belə, İsi Məlikzadə yaradıcılığı tam araşdırılıbmı, təhlil edilibmi? Neçə romanı, povesti, hekayəsi, pyesi var? Adbaad neçə kitabı olduğu haqda dəqiq məlumat varmı? Məlumdur ki, İsi Məlikzadə özü tərcümeyi-hal yazmamışdır. Odur ki, onun həyat və yaradıcılığı, indiyə qədər haqqında yazılanları seçib toplamaq və digər araşdırmalar aparmaqla tamamlana bilər.

Ötən ilin əvvəllərində Ağcabədidə olarkən onun ata-baba evəlrinə baş çəkdim, özünün rahatlıq tapdığı, yazıb-yaratdığı kiçik otağa girdim. Çarpayısı, yazı masası, üstündəki əşyalar hamısı öz yerində, qaydasında idi. Otaqdakı iki iri qırmızı çemodanda rus, gürcü, erməni dillərində jurnallar, səliqə ilə üst-üstə yığılmış, ağzı iplə düyünlənmiş qovluqlarda əlyazmalar, yazışmalar, məktublar və hazır, təsdiqlənmiş halda kino ssenariləri vardı. Onların arasında İsinin öz əli ilə, qələmilə yazılmış köhnə, qat kəsmiş bir kağız vərəqi diqqətimi çəkdi. Bəlkə maraqlı olar deyə, onu olduğu kimi təqdim edirəm:
«Kitablar 1. Həsrətin sonu 2. Özgə anası 3. Kövrək qanadlar 4. Küçələrə su səpmişəm 5. Yaşıl gecə 6. „Mujçina v dome“ (Moskva). „Yunost“ və „Zvezda“ jurnallarında çap olunub. Rus, ukrayna, belorus, özbək, gürcü, erməni, ingilis, fransız, ərəb, bolqar, alman dillərinə tərcümə olunub. 15 povest, 40-dan çox hekayə, 1 roman, 3 pyes, bədii film ssenarisinin müəllifidir. Haqqında respublika mətbuatında və mərkəzi mətbuatda: „Literaturnaya qazeta“da, „Drujba narodov“ və „Literaturnoye obozreniye“ jurnallarında materiallar dərc olunub. Əsərləri barədə bir neçə diplom işləri yazılıb.»

Vəssəlam. Ad, imza və tarixsiz bir yazı. Sanki harasa təqdim etmək üçün hazırlanıb. Öz əlilə və yazıldığı zamana görə ən mötəbər məlumatdır. Düzdür, «Kirpi» satirik jurnalındakı kiçik yümoristik yazıları, məqalələri və s. fəaliyyəti bura daxil edilməmişdir, o da görünür, müəllifin qənaəti və tələb olunan həcmə uyğun şəkildə edilmişdir. Bu yazı haqqında eşitmişdim. 1970-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının 5-ci cildinə hazırlıq dövründə ondan həmin yazını istəyiblərmiş ki, ora daxil etsinlər. Sonralar zəng edib dəqiqləşmə aparıblar, fəxri adı, orden və medallarını soruşublar, «yoxdur» cavabı aldıqdan sonra heç olmasa komsomol mükafatı bəlkə ola. O da deyib ki, «Komsomol mükafatı yoxdur, amma partiya „vıqovor“u var. Beləliklə, məsələ qapanıb.

Bir müddət əvvəl qohumlardan biri „Vikipediya“ açıq ensiklopediyasından bir məlumat əldə edib, onu mənə göstərdilər. Burada İsi Məlikzadənin həyat və yaradıcılığı haqqında geniş yazı vardı, „Əsərləri: (sıra ilə kitablarının adı) 10, Filmoqrafiya isə 27“ göstərilirdi. Bu sıraya Moskvada rusca çapdan çıxmış: „Mujçina v dome“ və „Zelyonaya noç“ kitablarını da əlavə etsək, həqiqətə daha yaxınlaşmış olarıq. Məlumatda 10-cu kitabın adı: „Dolaşaların novruz bayramı“ (Bakı: Gənclik, 1992, 119 səh.) kimi göstərilirdi. Bu nəcib işi vicdanla, çox səliqə-sahmanla görənlərə qəlbən minnətdarlıq duymaqla bərabər, belə bir kitabın mövcudluğuna inana bilmirdim, ona görə bir başa M.F.Axundov adına ölkə kitabxanasına yollandım. Kitabxana işçisi yarım saat ərzində əl boyda kitabı gətirib mənə verdi. Kitabdan eyni adlı təkcə povesti axıra qədər oxudum, mövzu taniş gəlirdi, amma xatırlaya bilmirdim. Evdə danışdıqça, uşaqlar mənə „Pəncərə“ filmini xatırlatdılar. Hər nəşr olunan kitabını öz ürək sözləri, o cümlədən, „Həsrətin sonu“nda ». əl boyda kitabça deyil, yumruq boyda ürəyimi bağışlayıram” yazan İsi, görəsən, dövrün ağrı-acılarından nə halətdə imiş ki, heç kitabçanın çıxdığını da bizə deməmişdi.

Yeri gəlmişkən, özünün də yazdığı kimi, “əl boyda kitabça«ların da öz tarixçəsi, öz fərziyyələri var. İsinin incə, zərif xasiyyətlərinə bələd olsam da, həmyaşıd, dost, qohum, ərk münasibətlərimizdən bəzən bir-birimizə iradlarımızı da bildirməkdən çəkinməzdik. Bir dəfə sözarası dedim ki, „bu nədir, ay İsi, kitabların əl boyda, içindəkilərin bəziləri də başqa kitablarında oxuduqlarımız povestlər, hekayələr, gücün çatmırsa, mən də kömək eləyim yekə romandan-zaddan yazaq“. Əlbəttə, İsi bunun bir zarafat olduğunu bilirdi, bununla belə, fikirli-fikirli başını yırğalamağından sözlü olduğu hiss olunurdu. Kitab çap etdirməyin şair və yazıçılar üçün asan iş olmadığını hamıdan çox elə onların özləri bilirlər. Sovet planlı təsərrüfat sistemində nəşriyyatın da öz planı vardı. Qayda-qanuna görə, gələn ilin planı bu ildən tutulurdu və adətən burada ən samballı yazarlar və „yuxarıdan“ tapşırılanlar yer ala bilərdilər. Başqalarının bəxti o zaman gətirərdi ki,»samballı” hələ yazılarını tamamlamayıb, ya da başqa bir səbəb var,«yuxarılar»dan da sorğu sual etmək qeyri-etik hesab oluna bilərdi.
Belə hallarda İsi Məlikzadənin də bəxtikəsənlər arasında olması güman edilə bilər və o müvafiq «həcm çərçivəsi»ndə öz “Əl boyda” kitabçalarını nəşr etdirə bilərdi. Aydın olsun deyə qeyd etmək istəyirəm ki, «Dolaşaların novruz bayramı» (119 səh.) kitabı nəşrə verilən zamzan kitaba daxil ola biləcək başqa yazıları da varmış, amma «həcm çərçivəsi» imkan verməyib. Onu da deyim ki, İsi Məlikzadənin qarşısında heç də həmişə yaşıl işıq yandırılmayıb və bu onun ölümündən sonra da davam edir. Əlbəttə, bu deyilənlərdə qeyri-dədiqlik də ola bilər. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvar tarixli sərəncamı ilə İsi Məlikzadənin də kiril qrafikası ilə olan kitablarının latın qrafikası ilə nəşr olunmasının icrası zamanı düşünülmüş “özfəaliyyət” oyunu yazıçının ruhuna böyük hörmətsizlik olmaqla bərabər, ciddi qanun pozuntusudur. Prezident sərəncamına düzgün riayət edilməmişdir. Yazıçının 10 kitabının içindən 5 povest və 5 hekayə götürüb «Seçilmiş əsərləri» (“Şərq-Qərb”, 2005 il, 336 səh.) icad etmişlər. Hansı ki, təkcə «Dədə palıd» özü 7 povestdən ibarət 413 səhifəlik bir kitabdır. 413 səhifəlik «Dədə palıd» kitabına əl gəzdirilərək, oradan üç povesti çıxarıb, başqa bir kitabından 1 povest («Gümüşgöl əfsanəsi») və 5 hekayə əlavə etməklə 336 səhifəlik «Seçilmiş əsərləri» biçmişlər.

Burada heç bir bəhanə keçərli deyil və qəbul edilə bilməz, Çünki Prezidentin sərəncamının tələbləri pozulmuşdur. Bütün bunlar nə deməkdir? Belə çıxır ki, 1 romanı, 13-15 povesti, 40-dan çox hekayəni, neçə-neçə dram əsərlərini gedər-gəlməzə yola salırlar? «Kişi sözü», «Ağ atlı oğlan», «Yaşasın demokratiya», «Qırmızı seytan», «Soltanqulu körpüsü» və s. niyə işlərinə yaramayıb onların? Ötən müddət ərzində bu cür münasibətə görə sözarası arzu, istək, giley formasında mətbuat səhifələrində xeyli münasibətlər olmuşdur və gözlənilirdi ki, “özfəaliyyət” üzvləri deyilənlərdən nəticə çıxarar, bir çıxış yolu tapıb öz hərəkətlərinə düzəliş verə bilərdilər. Lakin görünür, bütün bunlar doğrudan da «Azərbaycanda ədəbiyyat adına oynanan oyunların» cüzi hissələrindəndir. Sanki hansısa gizli qüvvələr İsi Məlikzadəni tamamilə sıradan çıxarmağa çalışırlar.

. Görəsən, «Qatarda» tamaşasının müəllifi adı “ədəbi mühütdə unudulmuş yazıçı” kimi vurğulanan İsi Məlikzadə olduğunu neçə adam bilir? Nədən ki, bu ilin fevral ayının əvvəllərində AzTV-nin «Mədəniyyət» kanalında «1001 sual» oyunu keçirilirdi, aparıcı Azər Süleymanlı «tele-tamaşalar» mövzusundan sualı elan elədi: «Qatarda» teletamaşanın ssenari müəllifi kimdir? Ekranda: 1. Anar 2. Camal Yusifzadə. 3. Mövlud Süleymanlı. 4. Salam Qədirzadə yazılmışdır. Zəng edən xanım bir qədər fikirləşdikdən sonra 50-50-yə, yəni kömək variantını seçdi. Kompüter iki düzgün olmayan cavabı sildikdən sonra qaldı: 3. Mövlud Süleymanlı. 4. Salam Qədirzadə. Buhalda, xanım «4-cü — Salam Qədirzadə», — deyə cavab verdi. Kompüter «3. Mövlud Süleymanlı» — yaşıl işığını yandırdı və aparıcı Azər Süleymanlı da «Bu, düzgün cavab deyil, düzgün cavab — Mövlud Süleymanlıdır» — dedi.

Doğrusu, mən çox narahat oldum, «oyunda» bilərəkdənmi, bilməyərəkdənmi ciddi səhvə yol verilmişdi. Başqa ölkələrdəki tamaşıçıları hesaba almasaq, 9 milyonluq xalq aldadıldı. Özü də AzTV-dən. «Oyunun» qurtarmasına 15 dəqiqə qalmışdı, səhvi düzəltmək olardı, lakin bu, baş vermədi. Bütün gecə ərzində nə zəng edən oldu, nə də bir səs-soraq çıxdı. Xoşbəxtlikdən verilişə baxan olmamışdı. Mən özüm də kanalları dəyişərkən «oyuna» rast gəlmişdim. Kaş, baxmayaydım. Şənbə günü çətinliklə də olsa, verlişə cavabdeh olanlara başa saldıq ki, sualda göstərdikləri 4 nəfər yazıçılardan heç biri «Qatarda» teletamaşasının müəllifi deyil. «Həftənin birincigünü yoxlayıb, baxarıq» — dedilər. Birinci gün də «oyuna» axıra qədər baxdıq, bir xəbər çıxmadı. Səhəri yenidən təkid etdik, məlumat yerdilər ki, həftənin cümə dünü səhvlərini düzəldəcəklər, çünki həmin gün oyundateletamaşalar mövzusu qoyulacaq.

Təəssüf ki, yenə də bu mövzu oyuna daxil edilməmişdi. Bundan sonra verlişə ancaq cümə günləri baxmaq məcburiyyətində qaldıq və nəhayət, bir cümə axşamı mövzu peyda oldu və beləsual qoydular: “İsi Məlikzadə bu teletamaşalardan hansının müəllifidir? 4 teletamaşa biri — «Qatarda». Zəng edənlərdən biri «Qatarda» dedi. Aparıcı da «bu, doğru cavabdır», — deyə dilləndi. Beləliklə, bu «oyuna» əvvəlcəbaxanlar üçün «Qatarda»nın müəllifi Mövlud Süleymanlı, sonra baxanlar üçün isə İsi Məlikzadə oldu. Aparıcının dediyindən belə çıxır ki, bu teletamaşanın iki adaxlısı var? YOX! «Qatarda»nın əsl müəllifi İsi Məlikzadədir.Odur ki, tamaşaçılardan üzr istənilməli, müvafiq mətbu orqanlarda təkzib verilməlidir. Digər tərəfdən, oyunda iştirak edən xanımın da hüquqları pozulmuşdur, ondan da üzr istənilməli, yenidən oyuna dəvət olunmalı və onuncavabı düzgün hesab edilməlidir, çünki xanım çaşdırılmışdır.

Yeri gəlmişkən, bu oyuna cavabdeh şəxslər öz səhvlərinin üstünü birtəhər ört- basdır etmək istədikdə, daha bir səhvə və pozuntuya yol vermişlər. Oyunların birində belə bir sual verilirdi: «Hamlet Xanızadə „Qatarda“ (myəllifin adı göstərilmədən) teletamaşasında hansı rolu ifa edir? 50-50 köməyindən istifadədən sonra 2. Hamlet 3. Qasım. Qaldı. Zəng vuran xanım „Hamlet“ dedi. Aparıcı „nə üçün “Hamlet»i seçdiniz” soruşduqda, “öz adıolduğuna görə seçdim” cavabını aldı və düzgün cavab: «Qasım» dedi. Burada səhvləri və qanun pozuntusunu qoy «oyunçular» özləri tapsınlar. Xülasə. Bu da keçər.
Gərək ki, bizdə də müəllif hüquqlarını qoruyan bir qurumvar, «lazım gəlsə» maraqlanar. Bir də ki, adları «oyunda» çəkilən yazıçılar gec-tez «Qatarda»nı yazmaqıqlarını boyunlarına alacaqlar. Bu məqamda yadıma bir «lətifə» düşdü. Kommunist partiyasının asıb- kəsən zamanlarında qızğın büro iclasında birinci katib partiyaya qəbil olan şəxsə sual verir ki, «Kapitalı» kim yazb, o da and içib ki, bilmirəm. Katib onu danlayıb və kabinetdən qovub. Büro iclasında oturan rayon prokuroru və milis rəisi də onaəyri-əyri baxılar. Həmin gün gecədən keçmiş hər ikisi katibin evinə zəng edib məlumat veriblər ki, yoldaş katib bəs o adam, nəhayət, «Kapital»ı özü yazdığını boynuna aldı.

Burada unudulmaz sairimiz Qabilin bir fikrini xatırlatmaq istəyirəm: “İsi Məlikzadə Azərbaycan nəsrinin çexovu idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq, sima, gözəllik, mütilik və kişilik poeması olan«Qatarda» onun bəsiydi”.

İsi Məlikzadənin yaradıcılıq fəaliyyətinin böyük bir hissəsini dramaturgiya təskil edir. Yazıçıda bu həvəs və duyğuların yaranmasında gənclik illərində, əsasən 50-52-ci illərdə orta məktəblərdə təşkil olunan ədəbiyyat dərnəklərinin də rolu vardır. Yuxarı sinif sagirdləri bu dərnəklərdə teatr tamaşalarına daha çox yer verirdilər. Burada təkcə Azərbaycan dramaturqlarının deyil, rus və Avropa yazıçılarının əsərləri oynanılırdı. Səməd Vurğunun«Vaqif»ini əzbərdən bilməyən şagird bəlkə də yox idi. «Hacı Qara», «Müfəttiş», «Hacı Qəmbər» adı ilə məşhurlaşmış Nəcəfbəy Vəzirov komediyası, «Oqtay Eloğlu», Əbdürrəhim bəy Haqverdiyevin əksər dram əsərləri Ağcabədinin mərkəzi klubunda da oynanılırdı və İsi də fəallardan idi. Cəfər Cabbarlının «Aydın»ında Aydını o qədər yaxşı oynamışdır ki, bu oğlanı hərdən Aydın deyə göstərirlərmiş. İsinin özündən eşitmişəm ki, eloğlusu, məktəb yoldaşı, artıq tanınmış rejissor Ağakişi Kazımov «Aydın» dramını Kazan səhərində tamaşaya hazırlayan zaman İsi də onunla birgə Kazanda olmuşdur.

İ.Məlikzadənin dram əsərləri haqqında əhatəli bir yazıya rast gəlməmişəm. Düzdür, bəzi yazarlar komediyaları, kino ssenariləri olduğunu xatırlatsalar da, onların üstündən örtülü ötüb keçiblər. Görəsən, “İsi Məlikzadənin neçə və hansı dram əsərləri var” — sualına necə cavab vermək olar? Doğrusu, mən özüm də bu suala düzgün cavab verə bilmərəm. ümumiyyətlə, görəsən, yazıçıların, şairlərin neçə kitabları, neçə əsərləri olduğunun hesabını aparan bir qurum var, ya yox? çoxları deyər ki, yoxdur və yəqin ki, belədir. Onda, deməli, yazarlar özləri hesabat aparırlar. Bəs buna inanmaq olarmı? O qalır yazarın öz vicdanına. Digər tərəfdən, adamdır də, durdu uzaq-uzaq ölkələrin birindən olan naməlum yazıçının hər hansı bir əsərini götürüb öz siyahısına saldı. Kim xəbər tutacaq? Məsələn, Heminqueyin əsərini. Haradan yadıma düşdü bu ad? Xatırladım: Güya 60-cı illərdə yazarlardan biri o birindən soruşub ki, Heminqueyin hansı əsərini oxumusan? O da gülüb-gülüb, uğunub, «siz də özünüzdən elə adlar çıxarırsınız ki» — deyib. Deməli, dünyada tanımadığımız o qədər yazar var ki.

Artıq 1975-ci illərdən İ.Məlikzadənin üç pyesi Azərbaycanın teatr səhnələrində oynanılmaqda idi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Sağlıq olsun», Ağdam Dövlət Dram Teatrında oynanılan «Gəl qohumolaq» əsərlərinin afişaları onun arxivində saxlanılır. Sonra «Soltanqulu körpüsü», «Subaylarınızdan görəsiniz», «Hərənin öz ulduzu» və «Məndən nigaran qalmayın» pyesləri yazılmışdır. Daha sonra Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yazıldığı tarix və məzmunundan xəbərsiz olduğumuz «Kələkbazlar» tamaşası görkəmli bəstəkarımız, mərhum Süleyman Ələsgərovun musiqisi, gərgin əməyi və dirijorluğu ilə oynanılmağa başlamışdır. ümumiyyətlə, bu dahi insan İsi Məlikzadə yaradıcılığına yüksək qiymət verərək, 30 ilə yaxın onunla çiyin-çiyinə çalışmış və Musiqili Komediya Teatrında bir-birindən maraqlı əsərlər tamaşaya qoymuşlar.

Elə zamanlar olmuşdur ki, eyni gündə Bakıda iki teatrda ayrı-ayrı komediyalar tamaşaya qoyuımuşdur. Bu, xalqımızın İsi Məlikzadə sənətinə verdiyi ən böyük qiymətdir. «Hərənun öz ulduzu», «Subaylarınızdan görəsiniz», «Gəlqohum olaq», «Kələkbazlar» və s. tamaşalar Azərbaycan teatrının səhnəsindən düşmür. Ağdam, Gəncə, Sumqayıt, Nazçıvan və Mingəçevir teatrı dəfələrlə onun dram əsərlərinə müraciət etmişdir. Ancaq indi bu əsərləri biryerə yığıb toplamaq çox çətin olar, yəqin ki, hər teatr əlində olan hansısa bir yazıya əsaslanaraq öz tamaşalarını göstərir. «Məndən nigaran qalmayın» pyesinin talei isə faciəli olmuşdur. Onun ömrü müəllifinin və onu tamaşayaqoymuş rejissorun taleyi kimi qısa olmuşdur.

Əvvəllər də yazıldığı kimi əsər görkəmli rejissor, mərhum Hüseynağa Atakişiyevin xahişilə Azərbaycan Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmaq üçün ona təqdimolunmuşdur. 1996-cı il mart ayının 2-də teatrda əsərin ilk tamaşası zamanı Hüseynağa Atakişiyev belə demişdir: «Türkiyəyə səfərimdən bir az əvvəl İsi ilə görüşdüm, bizim teatra əsər yazacağına söz verdi. Onun vəfatından Türkiyədə xəbər tutdum. Qayıdan da stolumun üstündə „Məndən nigaran qalmayın“ əsərini gordüm, tələsik olduğundan hər surəti aktyorun özünə payladım, bütov halda saxlaya bilməmişik». İndi bu əsərlə rastlaşanlardanonun üzə çıxarılmasına gömək edənlər bu günlərdə 78 yaşında olmalı İsi Məlikzadənin və mərhum rejissorumuzun ruhuna hörmət etmiş olarlar. Qarabağda ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edən bu əsəri Gənc Tamaşaçılar Teatrının kollektivi bərpa edib yenidən tamaşaya qoysa, öz repertuarlarını genişləndirər, böyük vətənpərvərlik göstərərək Qarabağ mövzusunu gündəmdə saxlamış olarlar.

Bu sadaladıqlarımıza əlavə olaraq qeyd etmək istərdik ki, yazıçının vəfatından sonra “Ədəbiyyat qəzeti«ndə „İmtahan“ (1999 il ) və „Oğurluq“ (2003 il) adlı pyesləri dərc olunmuşdur. Beləliklə, hələlik İsi Məlikzadənin 7dram əsərindən məlumatlı olduq.

Müəllif: Nizami Hacı Aslanoğlu

  • Teqlər:
  • ədəbiyyat
  • , Azərbaycan ədəbiyyatı
  • , yazıçılar
  • , İsi Məlikzadə

Comments are closed, but trackbacks and pingbacks are open.