Isi məlikzadə
Ermənilərin Qarabağ torpaqlarına iddiaları və bizdə cəmiyyətin və «demokratik müxalifətin» bu hadisəyə qarşı mövqeyi də yazıçını narahat edirdi. Həyat göstərdi ki, İsi Məlikzadənin bu bədbin narahatlığı əsassız deyilmiş, çünki son nəticədə Azərbaycan torpaqlarının Dağlıq Qarabağ da daxil olmaqla 20 faizi ermənilər tərəfindən işğal olundu. Bu, yazıçıya görə, xalqın deyil, Azərbaycanın zəif, korrupsiyaya uğramış elitasının məğlubiyyəti oldu.
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı keçirilib
Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün – oktyabrın 29-da M.F. Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə çap olunmuş “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimat mərasimi keçirilib.
Kitab Mədəniyyət Nazirliyi, Milli Kitabxananın birgə təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunub.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov İsi Məlikzadənin əsərlərinin rus yazıçısı Anton Çexovun yaradıcılığı ilə müqayisə oluna biləcəyini söyləyib və onun duzlu-şirin yazıları ilə ədəbiyyat tarixində əbədi yaşayacağını qeyd edib. O, kitabın əhəmiyyətini xüsusilə qeyd edərək bildirib ki, gənc nəsil onun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında geniş təsəvvür yaranacaq.
AYB-nin sədri, Xalq yazıçısı Anar deyib: “İsi Məlikzadə ötən əsrin 60-cı illərinə mənsub olan ən istedadlı yazıçılardan biri olub. Ona klassik yazıçı deməyə haqqımız çatır. Əsərlərində qarabağlıların bənzərsiz yumorunu çox böyük koloritlə qələmə alıb. Yazıçının əsərlərinin qəhrəmanları da real həyatdan götürülüb”.
Onun sözlərinə görə, istedadlı yazıçının dünyadan vaxtsız getməsinə Qarabağ hadisələri səbəbi olub, çünki bu hadisələri o, ürəkdə yaşayıb.
AYB-nin katibi Rəşad Məcid kitabın hazırlanmasında baş redaktoru olduğu “525-ci qəzet”in böyük əməyi olduğunu vurğulayıb. Bildirib ki, bu günə qədər İsi Məlikzadənin latın qrafikasıyla kitabı çap olunmayıb. Kitabda tanınmış ədiblərimizin fikirləri də əksini tapıb. O, İsi Məlikzadənin Ağcabədidə xatirə muzeyinin yaradılmasının vacibliyini xüsusilə qeyd edib.
Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev yazıçı haqqında xatirələrini bölüşüblər.
Filologiya elmləri doktoru Asif Rüstəmli Milli Kitabxanaya, Yazıçılar Birliyinə və kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək bildirib ki, bu kitab İsi Məlikzadənin yubileyinə ən sanballı töhfədir.
Jurnalist Əsəd Cahangir çıxış edərək tədbirin əhəmiyyətini vurğulayaraq “Ədəbiyyat” qəzetində çap etdirdiyi “Qatarda keçən 30 il” məqaləsindən danışıb. O, bildirib ki, onun yaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub və İsi Məlikzadəni “realist-psixoloji yazıçı” kimi dəyərləndirib.
Sonda tədbir iştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət “İsi Məlikzadə – 85” adlı sərgi ilə tanış olub və sərgi önündə xatirə şəkli çəkilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Isi məlikzadə
İsi Məlikzadənin bu kitabda toplanan hekayələr yalnız maraqlı süjetləri və qəhrəmanları ilə diqqəti cəlb eləmir, eyni zamanda dilimizin şirinliyini, zənginliyini əks etdirir.
- Комментарии [0] |
- Просмотров: 103
0 Оценок: 0
Популярные книги за неделю
Просмотров: 7935
Одиночка. Школа пластунов Ерофей Трофимов
Ну, вроде обошлось. Елисей, вертясь волчком, умудрился и в крепости прижиться, и с…
Просмотров: 7384
Одиночка. Жизнь сильнее смерти Ерофей Трофимов
Опять повезло. Получив очередное ранение, Елисей вынужден заняться собственным здоровьем…
Просмотров: 6003
Признания авантюриста Феликса Круля Томас Манн
Великий немецкий писатель Томас Манн (1875—1955) задумал роман «Признания авантюриста…
Просмотров: 5486
Осознанное питание. Как похудеть,… Дарья Савельева
Дарья Савельева – специалист по здоровому питанию, ну-трициолог, фитнес-тренер. Входит в…
Просмотров: 3569
Наука жить Альфред Адлер
В книге «Наука жить» индивидуальная психология рассматривается как самостоятельная наука,…
Просмотров: 2898
Три маленьких секрета Лиз Карлайл
Когда-то Меррик Маклахлан убедил юную леди Мэдлин бежать и обвенчаться с ним – а после с…
Просмотров: 2804
Спасти мир в одиночку Данил Корецкий
Странные вещи происходят в Венеции: ВИП-персоны со всего мира скупают острова,…
Просмотров: 2205
11 типов мужчин, вместо которых лучше… Филипп Литвиненко
Филипп Литвиненко – нейропсихолог, известный эксперт в области психологии отношений,…
Просмотров: 1910
Тайна кота Бразилио Дарья Калинина
Любимый пес Барон притащил своему хозяину сыщику Саше необычную находку. На шее…
Просмотров: 1702
Курятник в пентхаусе Дарья Донцова
С годами некоторые девушки из аппетитной булочки превращаются в пухлый батон. Татьяне…
Просмотров: 1699
Дежавю. Богемский рэп, сода и я Олег Нечипоренко
«Дежавю» – максимально откровенная и провокационная автобиография самого известного…
Просмотров: 1610
Лунный посевной календарь на 2023 год Татьяна Борщ
Луна миллионы лет вращается вокруг Земли по сложной орбите. Ее движение порождает лунные…
Просмотров: 1567
Еще один шанс: Еще один шанс. Дикая… Ерофей Трофимов
В свои шестнадцать он прославился на всю округу как лучший следопыт. А ещё как…
Просмотров: 1560
Мое тело Эмили Ратаковски
Эмили Ратаковски – американская модель, актриса, активистка, предприниматель и писатель.…
Просмотров: 1519
Бродяга Ерофей Трофимов
Он оказался лишним. Ненужным. Инвалид – в прошлой жизни, и ничего не знающий о нынешней.…
Просмотров: 1418
Таро. Практики прогнозирования Анжела Перл
Карты Таро – уникальный способ своевременно получить подсказку от мироздания, обнаружить…
Просмотров: 1388
Я – хакер! Хроника потерянного поколения Дмитрий Артимович
Дмитрий Артимович – русский хакер, профессионал в области платежных систем и…
Просмотров: 1354
Оружейники: Оружейники. Неестественный… Александр Быченин
Прощай, альма-матер, здравствуй, взрослая жизнь! Э-э… почти. Осталась сущая мелочь –…
Просмотров: 1327
Вещи и ущи Алла Горбунова
Перед вами первая книга прозы одного из самых знаменитых петербургских поэтов нового…
Просмотров: 1282
Прапорщики по адмиралтейству Владимир Поселягин
Попасть в прошлое? Этим уже никого не удивишь! Но диванный вояка Мартын, завсегдатай…
Просмотров: 1270
Перо бумажной птицы Елена Михалкова
Пропала девушка. Ее любящая семья нанимает частных детективов Макара Илюшина и Сергея…
Просмотров: 1248
Сапер Алексей Вязовский
Он свою войну прошел. От и до. Начал в сорок первом, закончил в сорок пятом в Берлине. Но…
Просмотров: 1231
Когда шатается трон Андрей Ильин
В послевоенные годы Сталин начал тасовать колоду карт своей номенклатуры. Он не доверял…
Просмотров: 1197
О скоротечности жизни Луций Сенека
Луций Анней Сенека (ок. 55 г. до н. э. – 40 г. н. э.) – древнеримский философ-стоик,…
Isi məlikzadə
Həyatı və fəaliyyəti. İsi Abbas oğlu Məlikzadə 1934-cü il mayın 1-də Ağcabədi rayonunun inzibati mərkəzinə yaxın olan Xalfərəddin kəndində doğulmuşdur. Atası Abbas kişi ömrü boyu Ağcabədidə bərbərlik etmişdir. Yazıçının uşaqlıq dövrü haqqında qiymətli mənbə, avtobioqrafik povest olan «İki günün qonağı» povestindən onun uşaqlığı, ailəsinin kasıblığı, atası və anası haqqında maraqlı məlumatlar öyrənmək olur.
Yazıçı atasını boyca anasından balaca, alçaq boylu bir baməzə şəxs kimi təqdim edir. O, Ağcabədiyə Xocalıdan köçüb gəlmişdi. Molla məktəbini bitirmişdi, şeir-sənət həvəskarı, çoxlu lətifələr bilən bir şəxs idi. Gözəl, şirin söhbətləri ilə hörmət qazanmışdı. İsinin xalq dilinə gözəl bələdliyi həm də atasından gəlirdi.
Abbas kişi 1978-ci ildə rəhmətə getmişdir. İsi ailədə dördüncü uşaq olmuşdur. Müharibə illərində Abbas kişinin ailəsi on bir nəfərdən ibarət idi. Çox güman ki, səhhətində olan hansısa qüsura görə orduya səfərbər edilməyən Abbas kişi bütün müharibə dövrünü və sonrakı ömrünü bərbərliklə keçirmiş, davanın aclıq illərində on bir baş külfəti bircə ülgüclə dolandırmışdır. Abbas kişinin səkkiz övladından yeddisi qız idi. Yeddi qız köçürən atasını yazıçı «Yeddi ocaq» hekayəsində də təsvir etmişdir. Dava vaxtı ailədəki on birinci adam İsinin ata nənəsi Məşədi Mələk idi. Dava illərində özünü oğluna artıq yük sayan bu qadın 1944-cü ildə vəfat etmişdir.
Kasıblıq, qəhət İsinin uşaqlıq xatirələrində əsas yer tutmuş və sonralar onun nəsrinin əsas mövzularından biri olmuşdur. Müharibə dövrünü keçən uşaqların əksəriyyəti kimi davanın ağır, dözülməz aclıq illəri onun düşüncəsində zədə kimi qalmış, nəsr əsərlərində müxtəlif talelər və vəziyyətlər şəklində özünü göstərmişdir. «İki günün qonağı»nda yazıçı dava vaxtı anası xəstə olarkən çörək növbələrinə getməsini, burada ayaq altda qalıb əzilməsini emosional boyalarla təsvir etmişdir.
İsinin anası Zəroş xanımın anası Qaradolaq tayfasından, atası isə Dağıstandan idi. Mərd xasiyyətli bir qadın olan Zəroş xanım bircə oğlunu hədsiz bir məhəbbətlə sevirdi. O, 1996-cı il dekabrın 5-də Ağcabədidə İsi Məlikzadənin qəbirüstü abidəsi açılan gün, oğlundan düz bir il sonra Bakıda vəfat etmişdi. Onu abidənin açılışına, Ağcabədiyə aparmaq istəyəndə demişdi: «Mən camaatın üzünə baxa bilmərəm». Ana əziz oğlundan sonra yaşadığı üçün ətrafdakılardan xəcalət çəkirdi.
İsinin səhhəti uşaqlıq illərindən zəif olmuş, anası və nənəsi uzun illər onun üstündə əsmiş, onu qorumuşlar.
Orta məktəbi bitirəndən sonra İsi 1952-ci ildə Bakıya gəlib M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsinə daxil olmuş, 1957-ci ildə institutu uğurla bitirib təyinat üzrə Əzizbəyov Neft Mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası işləmişdir. Üç il neft mədənlərində işlədikdən sonra təyinat müddəti qurtardığı üçün işdən çıxıb həmişəlik rayonda yaşamaq ümidi ilə 1961-ci ildə Ağcabədiyə qayıdır. Həmin ildə yazıçı artıq evlənmişdi, bir oğlu və bir qızı vardı, İçərişəhərdə kirayədə yaşayırdı. Bu mənzil məscidin yanında, böyük tut ağacına lap yaxın idi. İsi 1957-ci ildə – institutu bitirdiyi il kirayəçisi olduğu ailənin kiçik qızına evlənmişdi. Bu qız – Əsədova Lətifə Əsəd qızı – tibb bacısı idi. Onların iki qızı, bir oğlu olmuşdur. Qızları Xatirə və Arzu ali pedaqoji təhsil alıblar. Oğlu Saleh ürək xəstəliyindən vəfat etmişdir.
Yazıçı öz toyunu nəsrimizin şah əsərlərindən biri olan «İki günün qonağı» povestində ağrı və həyəcanla təsvir etmişdir. Qonşulardan birinin ikinci mərtəbədəki iri zalında keçmiş toyda yazıçının anası, böyük bacısı və onun əri iştirak etmişlər. Nəyə görəsə, Abbas kişi toyda iştirak etməmişdir, çox güman ki, bu, onun yazıçının şəhərli qızına evlənmək qərarına etirazının nəticəsi idi. Toy ərəfəsində və toy zamanı bu söhbətlərin getdiyi povestdən bilinir. 50-ci illərdə kəndli gənclər çox zaman Bakıya, peşə-sənət məktəblərinə məcburi gətirilirdilər: neft sənayesində fəhlə və mütəxəssis çatışmırdı. Cavanların bir hissəsi şəhərə öyrəşib qalır, burda talelərinə düşən qızlarla evlənirdilər. Buna bəzən kənddə doğma ocağa hörmətsizlik, nankorluq kimi baxırdılar.
İsinin kənddə sevdiyi qız olmuşdur: lakin bu qız yaşca ondan üç yaş böyük idi və yuxarı sinifdə oxuyurdu. Bu macəralarını yazıçı «Ağrı» hekayəsində və «Günəş harda gecələyir» povestində təsvir etmişdir. Buna əsasən demək olar ki, yazıçı həyatının əsas sevgisini şəhərli qızda tapmışdır. 1968-ci ildə artıq tanınmış yazıçı ali təhsildən sonrakı ilk illəri, öz toyunu ağır xatirələr kimi, az qala tragik tonda təsvir edir: hiss olunur ki, İslam adı ilə təsvir etdiyi öz obrazına ürəyi yanır, yazığı gəlir. Bu hal şübhəsiz ki, yazıçının təbiətindəki güclü hissiyyatdan, bir qədər də bədbinlikdən irəli gəlirdi.
Üç il Qala kəndindəki neft mədənlərində işləyəndən sonra iki uşaq atası, kirayənişin İsi Məlikzadə mədəndən haqq-hesabını alıb işdən çıxır, arvadını və iki uşağını rayonda işə düzələnədək Bakıda qoyub doğma Ağcabədiyə gedir. Onun doğma ocağa bu bir aylıq qayıdışı həm yazıçının həyatında, həm də müasir kənd nəsrinin tarixində yeni hadisə oldu və cavan yazıçının kənd və ora qayıtmaq barədə bütün xülyalarını dağıtdı.
İsinin kəndə qayıtmaq barədə ata-anası ilə əhdi vardı. Abbas kişi 1955-1956-cı illərdə kənddə çiy kərpicdən tikdiyi ev barədə Bakıda oxuyan oğluna məktub yazmışdı. İsi də məktuba cavab vermişdi ki, evi mütləq iki mərtəbə tikin, mən də təhsildən dönüb kəndə qayıdacağam və evin əyər-əskiyini özüm düzəldəcəyəm. Atası bircə oğlunun sözünü yerə salmayıb evi ikimərtəbəli tikmişdi. Sonralar bu bina da İsinin kəndə qayıtmaq əhdinin şahidi kimi onun daxili ağrılarında iştirak edən obraza çevrilmişdi. Yeddi qızı köçürəndən sonra qoca ata-ana uzun illər – 1968-ci ilə qədər oğullarının kəndə gələcəyini gözləmişlər.
İsi isə kəndə heç vaxt köçə bilməyəcəyi haqda nəticəyə 1961-ci ildə – bir ay müddətində kənddə iş yeri axtarıb heç nə tapa bilmədikdən sonra gəlmişdi. Rayonun xeyli rəhbər işçisi bərbər Abbas kişinin köhnə müştəriləri idi. Lakin İsi bir ay ərzində kabinetlərə nə qədər ayaq döysə də, atasının müştərilərindən səmimi bir sifət belə, görə bilməmişdi. Məmurlar bir həftə ərzində ali məktəb diplomu ilə rayonda iş axtaran bərbər oğlunun üzünü belə, yadda saxlamırlar. Hər dəfə onun nə üçün gəldiyini soruşurdular. Bir dəfə hətta cavan yazıçıya demişdilər ki, sən bizim kadr deyilsən. Ona görə yazıçının sadəlövh anası oğlu kor-peşman Bakıda iş axtarmağa qayıdanda demişdi ki, eybi yoxdur oğlum, burda neft tapılanda qayıdıb işləyərsən.
İsi kənddə iş tapmayıb 1961-ci ilin payızında Bakıya qayıdanda Azərbaycan nəsrinin bəxti gətirdi: cavan yazıçı rayonda ilişib ömürlük orta bir məmur da ola bilərdi. Amma belə olmadı. Ağır fikir və həyəcanlarla Bakıya dönən İsi Məlikzadə həm də mühüm bir nəticəyə gəldi. Real, gerçək kənd onun təsəvvüründə yaşayan çəhrayı boyalı, romantik kənd deyildir. Onun qapılarını döydüyü məmurlar qədim feodallar kimi hökmlü və qəddar idilər, insana xas mərhəmətdən, zərif hisslərdən məhrum idilər. Yazıçı onlardan və xüsusilə onların başçılığı altında işləmək perspektivindən qorxdu. Azərbaycan nəsrində yaşayan lirik-romantik kənd obrazı İsi üçün həmişəlik öldü.
Kənd mövzusu yazıçı üçün ağrılı bir sosial problemə çevrildi və yazıçı da onun araşdırıcısı oldu. Vəzifəyə, vəzifəli adamlara şübhəli, mənfi, bir qədər də kinli münasibət yazıçının bədii yaddaşının ayrılmaz keyfiyyəti oldu. İsi Məlikzadə üçün artıq kənd yerində rəhbər vəzifədə oturan heç kəs müsbət obraz prototipi ola bilməzdi.
Gerçək kəndin özü ilə real toqquşma və dramatik məğlubiyyət yazıçını kənd sakini olmaqdan həmişəlik məhrum etdi, həm də Azərbaycan kənd nəsrinin tarixində yeni bir səhifə açdı. Bu, İsi Məlikzadənin vaxtı keçmiş, uşaqlıq xatirələrində yaşayan lirik-romantik kənd obrazından üz döndərib, qəddar, amansız, yoxsul, arzuları ürəklərdə qoyan kənd obrazına − ədəbiyyatımıza İsinin bəxş edəcəyi yeni kənd obrazına yol açdı. Bu, kənd nəsrinin sosial qanadı, yeni bir keyfiyyət dövrü oldu.
1968-ci ilin payızında kəndə iki günlük səfərində qocalmış atası İsidən qəribə xahiş etdi: «Kəndə qayıtmayacağını anana demə». Abbas kişi artıq oğlunun qayıtmayacağını bilirdi, anlamışdı. Amma yazıçının anası ömrünün sonunacan oğlunun qayıtmasını, nəvələrini gözü dolu görməyi arzulamışdı. Atası isə bu ifadə ilə həm də oğluna eşitdirmişdi ki, o, daha ümidlə yaşamır, onu gözləmir.
Bütün bunları yazıçı 1968-ci ildə qələmə aldığı «İki günün qonağı» povestində yazmışdır. Həmin povest İsi Məlikzadənin − Azərbaycanın böyük bir yazıçısının gəlişini bildirən ədəbi abidə idi. Əsər qoca Eyvaz kişi obrazı vasitəsilə yazıçının öz atasının dili ilə dediyi həqiqəti − kəndə qayıtmasının qeyri-mümkünlüyünü − lirik kənd nəsrinin orijinal dövrünün bitdiyini (təqlid dövrü bir qədər davam etdi) xəbər verən manifest, proqram bir povest idi. Həmin povest həm də yeni kənd nəsrinin − sosial kənd nəsrinin başlanğıcı idi. Bu nəsrin əsas müəllifi və yaradıcısı da İsi Məlikzadə idi.
1961-ci ildə Ağcabədidən Bakıya dönən İsi Məlikzadə Bakı şəhər Qaz İdarəsinin layihə bürosunda işə düzəlir. Burada onu yaxşı mühəndis kimi şöbə rəisinin müavini vəzifəsinə irəli çəkirlər. Ona üç otaqlı mənzil verilir və yazıçı heç olmasa, mətbəxdə gecələr yazı yazmaq üçün imkan və şərait qazanır. Burada işlədiyi altı ilə yaxın müddətdə (1961-1966) yazıçı özü kimi kənddən çıxmış çoxlu orta ziyalı-mühəndislərlə tanış olur. Onun yaradıcılığının əsas tipləri buranın fikir və ağılca ziyalı, yaşayış və dolanışıq baxımından çox kasıb insanları idi. İsi keçmişi kəndli balaları olan bu yoxsul ziyalılarla asanlıqla ünsiyyət tapır, dostlaşır. Onların həyat və məişəti də bir-birinə çox yaxın idi: əksəriyyəti kirayədə qalır, gələcəyə ümid və nikbinliklə baxırdılar. Əslində bu illər yazıçının həyatının ən maraqlı, məhsuldar dövrü idi. Sovet cəmiyyətinin miqyasını, onun fəaliyyət mexanizmini yazıçı burada görüb öyrəndi.
Yazıçının ilk mətbu yazıları 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aiddir. O, ədəbiyyata «Kirpi» jurnalında çıxan satirik yazılarla gəlmiş, jurnalda çalışan Salam Qədirzadə ilə dostlaşmışdı. İsinin ilk hekayəsi «Peşmançılıq» adı ilə 1957-ci ildə «Ağcabədi pambıqçısı» qəzetində dərc olunmuşdu. Sonralar uşaqlar üçün yazdığı hekayələri «Pioner qəzeti»ndə, «Pioner» jurnalında çap olunmuşdu. Yazıçı 1960-cı illərin ikinci yarısından ciddi mövzulara daha çox bağlanmışdır.
1964-cü ildə gənc yazıçının ilk hekayələrindən ibarət «Həsrətin sonu» adlı kiçik kitabı çıxır. Buradakı hekayələrdə dəqiq, ifadəli xalq dili var idi, bu dil müəllifin şübhəsiz bədii istedadından xəbər verirdi. Lakin həyata münasibət baxımından gənc müəllifin ilk hekayələri sadəlövh təsir bağışlayırdı. Həyatındakı növbəti sınaqlar, taleyin zərbələri hələ onun kəndli sadəlövhlüyünü, insanlarda axtardığı işıqlı təsəvvürləri alt-üst etməli idi.
Bakqazda işləyən gənc yazıçının müdiriyyətlə münasibətləri pozulur. Onu irəli çəkən, ona ev verən direktor onu nankorluqda, «tez qudurmaqda» ittiham edir. Gənc yazıçının konfliktinin kökləri həm də onun fantaziyasının, arzularının dərinliyində idi. İlk kitabı çıxandan sonra İsi Məlikzadə mühəndislikdən soyudu, öz yerini ancaq Azərbaycan ədəbiyyatında görməyə başladı. İstedad tanıyanlar onun parlaq və dəqiq nəsr təhkiyəsini görür, onu yazmağa həvəsləndirirdilər. Amma onlar bilmirdilər ki, İsi gecələr yatmır, özü üçün qoyduğu normaya görə hər gecə yazır.
1967-ci ildə komsomolun və Yazıçılar İttifaqının müştərək orqanı kimi «Ulduz» jurnalı təsis edildi. Gözəl şair və nəcib insan olan Əhməd Cəmil jurnala redaktor təyin olundu. Ədəbi mühitdəki himayədarları İsi Məlikzadəni bu jurnala işə düzəltdilər. Onların içərisində o zaman Yazıçılar İttifaqının sədri olan Mirzə İbrahimov da vardı. Mirzə müəllim adamsız, lakin istedadlı gənclərə əl tutmağı sevirdi. Çünki özü də ədəbiyyatda məhz belə bir yol keçmişdi.
Ədəbi mühitdə işə düzəlməsi İsi Məlikzadə üçün qəzet və jurnalların qapılarını daha geniş açdı. Ədəbi orqanlarda işləmək o zamanlar nasirin çap olunması üçün çox gərəkli idi. Azərbaycan ədəbi mühitində şəxsi münasibətlər hər şeydən çox rol oynayırdı. Ədəbi orqanda işləmək məhz bu yolu gənc yazıçının üzünə açırdı. Tezliklə İsi Məlikzadə «Ulduz» jurnalında məsul katib vəzifəsinə irəli çəkildi (1968-1973).
1969-cu ildə «Gənclik» nəşriyyatında yazıçının ikinci kitabı – «Özgə anası» çapdan çıxdı. O zamanlar nəşriyyatlarda kitablar üç-dörd il əvvəldən oxunub plana salındığı üçün bu topluda yazıçının 1964-1966-cı illərdə, hələ Bakqazda işlədiyi zaman yazdığı üç povesti toplanmışdı.
İkinci kitabdakı povestlər üslub və təhkiyə baxımından 60-cı illər nəsrində misilsiz bir hadisə olsa da, həyata münasibət baxımından hələ müsbət qəhrəman ehkamının təsirində idi. Lakin burada özünəməxsusluq da vardı. İsi Məlikzadə müsbət insan idealını ancaq sadəlövh, həyatın sərt üzündən xəbərdar olmayan sıravi şəxslərdə axtarırdı.
İsi Məlikzadə 1968-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olundu. 1973-cü ildə − beş il «Ulduz» jurnalının məsul katibi işlədikdən sonra jurnala yeni redaktor gəlməsi ilə bağlı oradan çıxdı və Azərnəşrdə redaktor işləməyə başladı. 60-70-ci illər nəsrinin parlaq nümunələrinin müəllifi olan İsi Məlikzadə dolanışıq çətinlikləri ilə bağlı sərbəst yaradıcılıqla məşğul ola bilmirdi: ailəni dolandırmaq üçün o, mütləq haradasa işləməli idi. Yazıçılıq isə onu dolandıra bilmirdi, çünki kitabları ancaq üç-dörd ildən bir plana düşürdü. Onlardan alınan qonorarla peşəkar yaradıcılıqla məşğul olmaq mümkün deyildi.
Ona görə yazıçının 1974-cü ildən işlədiyi vəzifələr ancaq onun vaxtını alır və onun yeni-yeni əsərlər üzərində işini yubadırdı. Ədəbi zövqü və mövqeyi aydınlaşdıqdan sonra onun müxtəlif redaktorlarla, onların əli altında işləməsi çətinləşirdi. Ona görə 70-ci illərin ortalarından İsi Məlikzadə müxtəlif yerlərdə qısa müddətlərdə işləmişdir.
1970-ci illərdə yazıçı həm də gərgin yaradıcılıqla məşğul olur və rayon mərkəzində gedən neqativ proseslər barədə özünün və ədəbiyyatımızın qızıl fonduna daxil olan əsərlərini yazırdı. Bunlar «İki günün qonağı», «Günəş harada gecələyir», «Düyün», «Quyu», «Evin kişisi», «Dədə palıd» povestləri idi. Vahid mövzuya həsr olunmuş bu povestlər bir epopeyanın fəsilləri idi.
Bu dövrdə o, C.Cabbarlı adına kinostudiyada ssenari redaksiyasının üzvü (1974-1976), «Azərbaycan» jurnalında nəsr şöbəsinin müdiri (1976-1980), «Ulduz»da nəsr şöbəsinin müdiri (1980-1981), «Mozalan» satirik jurnalında böyük redaktor (1981-1983), kinostudiyada baş redaktor (1983-1985) vəzifələrində işləmişdir.
1985-1988-ci illərdə yaradıcılıqla məşğul olan yazıçı yenidən gənclik arzusuna qayıdır. Bu zaman artıq onun atası həyatda yox idi, onun İsinin adına çiy kərpicdən tikdiyi ikimərtəbəli ev isə dururdu. Yazıçı tez-tez Ağcabədiyə gedir, ata evini qaydaya salır, orada müvəqqəti də olsa, qalıb yaşamaq, yaradıcılıqla məşğul olmaq üçün şərait yaradırdı. Bu zaman o, məşhur yazıçı idi və Ağcabədi rayonunun rəhbərliyi də ona köməklik göstərirdi.
1980-ci illərdə ədəbiyyat mühitində və cəmiyyətdə dərinləşmiş mənəvi deqradasiya prosesləri İsi Məlikzadəyə mənfi təsir göstərirdi. Onun son əsərlərində, xüsusilə Peredelkino yaradıcılıq evində yazdığı hekayələr silsiləsində dərin bir pessimizm müşahidə olunmağa başladı. Yazıçı kasıblıqdan xilas ola bilmirdi. Ədəbi mühitdə idarəolunmaz, meyarların itməsi ilə səciyyələnən proseslər gedirdi. Demokratik proseslərin başlanması yazıçıda anlaşılmaz qorxu yaradır, demokratik xaosun perspektivlərinə şübhələr yaradırdı. Yazıçının nəsrində sağlam ironiyanı ağlayan, intihar edən, meşəyə və təbiətə üz tutan qəhrəmanlar əvəz edirdi.
Ermənilərin Qarabağ torpaqlarına iddiaları və bizdə cəmiyyətin və «demokratik müxalifətin» bu hadisəyə qarşı mövqeyi də yazıçını narahat edirdi. Həyat göstərdi ki, İsi Məlikzadənin bu bədbin narahatlığı əsassız deyilmiş, çünki son nəticədə Azərbaycan torpaqlarının Dağlıq Qarabağ da daxil olmaqla 20 faizi ermənilər tərəfindən işğal olundu. Bu, yazıçıya görə, xalqın deyil, Azərbaycanın zəif, korrupsiyaya uğramış elitasının məğlubiyyəti oldu.
Yazıçı 1980-ci illərdə kəndə tez-tez gedib-gəlir, orada işləyirdi. Bu illərdə bir sıra əsərlər məhz yazıçının doğma ata evində yazılmışdı. Lakin İsi Məlikzadə uzun müddətə kənddə də yaşaya bilmirdi. Ona görə yazıçı 1988-1990-cı illərdə Akademik Dram Teatrında ədəbi hissə müdiri işlədi. Onu teatrın direktoru Həsən Turabovla çoxillik dostluq münasibətləri bağlayırdı.
İsi Məlikzadənin ilk kitabı olan «Həsrətin sonu» 1964-cü ildə, sonuncu − onuncu kitabı «Dolaşaların novruz bayramı» kitabı isə 1992-ci ildə çıxmışdır. Təxminən otuz il ərzində yazıçının on kitabı çıxmış və onların arasında 3-4 il ara olmuşdur. «Kövrək qanadlar» (Gənclik, 1973), «Küçələrə su səpmişəm» (Gənclik, 1977), «Yaşıl gecə» (Yazıçı, 1979), «Günəşli payız» (Yazıçı, 1982), «Dədə palıd» (Yazıçı, 1984), «Gümüşgöl əfsanəsi» (Yazıçı, 1987), «Şehli çəmənlərin işığı» (Yazıçı, 1991), «Dolaşaların novruz bayramı» (Gənclik, 1992). Bu kitablarda bir sıra povestlərin təkrar çap edildiyini nəzərə alsaq, etiraf etməliyik ki, yazıçının ən məhsuldar dövrü 70-ci illər idi. Ümumilikdə isə onun irsi o qədər də böyük deyildir. Görünür müxtəlif redaksiyalarda işləməsi onun həddən artıq vaxtını almışdır.
Yazıçının 80-ci illərdə qələmə aldığı hekayələrdə dərin bir bədbinlik, çıxılmazlıq əhval-ruhiyyəsi var idi. Belə halda məhsuldar yaradıcılıqdan söhbət gedə bilməzdi. Yazıçı 1990-1994-cü illərdə «Azərbaycan» jurnalında şöbə müdiri vəzifəsindən simvolik bir əmək haqqı alırdı. 1990-1995-ci illər yaradıcı ziyalılar üçün ən çətin imtahan dövrü oldu.
İsi Məlikzadə 1995-ci il dekabrın 5-də Bakıda ürək xəstəliyindən vəfat etmişdir. O, öz vəsiyyətinə uyğun olaraq Ağcabədidə dəfn olunmuşdur.
Yaradıcılığı. İsi Məlikzadə 1960-cı illərdə ədəbiyyata gələn yazıçılar nəslinin ən orijinal və fitri istedadlı nümayəndələrindən biridir. O, lirik nəsrin sosial yönümlü nümayəndəsi kimi 1970-1980-ci illərdə təbiət mövzusunu və kənd həyatını dövrün yazıçılarından daha böyük həssaslıqla duyub ədəbiyyata gətirmişdir. İlk hekayələrindən görünür ki, İsi Məlikzadə ədəbiyyatdan uzaq bir işdə çalışarkən ədəbi mətbuatı, xüsusilə partiyalı tənqidçilərin yazılarını, ədəbiyyat qarşısında dövlətin qoyduğu tələbləri mətbuatda oxuyur və onları ciddi qəbul edirdi. Çap olunmaq istəyən, hər gecə yuxusuz qalıb yazdığı hekayələri qəzet və jurnallarda görmək ümidi ilə yaşayan gənc yazıçı İsi Məlikzadə partiyanın ədəbiyyat qarşısında qoyduğu tələblərə əməl etməyə çalışır və bunu tezliklə çap olunmaq üçün əsas yol sayırdı.
Əlbəttə, cavan nasirin rəsmi ədəbi mətbuata inanması, orada təriflənən prinsipləri öz hekayələrində reallaşdırmaq istəməsində pis heç nə yox idi. Əsl gəbahət kommunist partiyasının ədəbi siyasətində və onu kor-koranə həyata keçirən ədəbiyyat məmurlarında, ədəbi mühiti və mətbuatı doldurmuş çoxlu istedadsız rütbə sahiblərində idi. Onların təsirinə düşən yazıçının «Dəmir divar» (1964), «Qarlı bir gün», «Oğul», «Təzə məskəndə iki nəfər» hekayələri də onun sosialist realizmi prinsiplərinə inamlı münasibətini əks etdirirdi.
Lakin bu, uzun müddət davam etmədi. Yazıçı həyatı bəzəkli göstərmək yolundan uzaqlaşmağa çalışdı. Belə uzaqlaşma onun yaradıcılığında öz əksini tapmağa başladı. Hətta yazıçı «Bu dağlar, qoşa dağlar» (1976) adlı hekayəsində sosialist realizmi prinsiplərinə və onun həyata süni münasibətinə həqiqi bir ədəbi parodiya yaratdı. Ədib yığcam bir hekayədə sosialist realizminin metodunun həyata əyri və eybəcər münasibətini göstərməklə qalmır, həm də yaratdığı mənfi səciyyəli, düşüncəsiz, yuxarıdan gələn ən qeyri-təbii göstərişi belə, kor-koranə yerinə yetirməyə hazır olan məmur obrazları simasında sovet quruluşunun və onun ideoloji sisteminin çürüklüyünü, antihumanist təbiətini göstərirdi.
Həm də yazıçı bundan on il əvvəl, 1968-ci ildə özünün lirik kənd nəsri ilə əlaqələrini yekunlaşdıran «İki günün qonağı» povestini yazıb çap etdirmişdi. 60-cı illər nəsrinin ən parlaq əsərlərindən biri olan bu povestdə İsi Məlikzadə kənd probleminin mahiyyətini açıb göstərdi. Bu problem elə şəhər probleminin eyni idi: maddi ehtiyac və yoxsulluq! Povestin avtobioqrafik xarakterli qəhrəmanı İslam yaradıcı adamlar olan öz dostları ilə doğma rayonuna qonaq gəlir, toyda iştirak edir.
Lakin toy prosesində İslam cəmi səkkiz kilometrlikdə olan doğma ata evi, orada tənha yaşayan qoca atası və anası, özünün daim kəndə köçmək arzuları barədə xatirələrə dalır. Toyda gördüyü hər bir detal İslamı – İsi Məlikzadəni xatirələr aləminə aparır. İki günlük görüş və xatirələrin məğzi birdir – nə qədər arzulasa da kəndə qayıtmaq mümkün deyil: buradakı işsizlik və yoxsulluq şəhərdə ali təhsil almış adama heç nə verə bilməz. Yazıçı povestdə göstərir ki, şəhər və kənd eyni yoxsulluq və ehtiyacın iki üzüdür. Xırda fərqlər var: kənddə hava və su vardır, mənəvi azadlıq isə məhduddur, iş yerləri yoxdur. Şəhərdə nisbi mənəvi sərbəstlik var, iş yeri var, amma hava və su azdır, insan təbiətə həsrətdir. Şəhərin bütün məhdudiyyətləri İslama və minlərlə şəhərə gələn gənclərə bir şey verir: xəyali, yalançı bir ümid! Vəzifə, şöhrət, qazanc ümidi! Amma sosializmin total kasıblıq cəmiyyətində heç bir uğur halal yolla maddi müstəqilliyi təmin edə bilmir.
Ona görə «İki günün qonağı»nda ən ağır dialoq İslamla şair Sarvan arasında baş verir. Povestin özündə bu, ən nisgilli sual adlandırılır. Yas məclisindən çörək aparan arvaddan çörəyi geri almaq istədiyinə görə atasından bir sillə alandan sonra acıq edib evdən gedən İslam bu barədə danışıb sözünü bitirəndə Sarvan ondan soruşur: «İndi onlara əl tuta bilərsənmi?» İslam bu suala mənfi cavab verir, çünki sovet idarələrində verilən əmək haqqı ancaq çörəyə çatırdı və kənddə yaşayan qoca valideynlərə halal yolla kömək etməkdən söhbət gedə bilməzdi.
İslam rayonda bir ay iş axtarıb kor-peşman Bakıya gələndən sonra birdəfəlik başa düşür ki, daha heç vaxt kəndə qayıda bilməyəcəkdir. Çünki kənddə mühəndis İslama yer yoxdur, ancaq əməkgününə işləyəcək kölə İslama ehtiyac vardır. Bu isə ata-anasına dərin məhəbbətinə, doğma ocaqlarına dərin bağlılığına baxmayaraq, İslam üçün qəbuledilməzdir. Şəhərdə heç olmasa mənzil almaq, vəzifə tutmaq, adam arasına çıxmaq ümidi vardır.
«İki günün qonağı»nda həm İslamın konkret taleyi, həm də onun sağlam düşüncəsi aydınlaşdırır ki, insan bir parça çörək ardınca atlı olduğu halda, maddi müstəqillik xəyaldan başqa bir şey deyil. Belə cəmiyyətdə insan kənddə də, şəhərdə də eyni səbəbdən və şərtlərdən bədbəxtdir, nakamdır, mənəvi əzablara, həyatın dəyişəcəyi xülyalarına möhtacdır.
Əgər 60-cı illərin kənd nəsrinin şablonlarını, əsas istiqamətini, material və qəhrəman mənzərəsini İsa Hüseynov verirdisə, 70-ci illərdə dövrün ən tipik və ən yeni kənd qəhrəmanlarını İsi Məlikzadə yaradırdı. İsi Məlikzadənin 70-ci illərdə yaratdığı kənd mənzərəsinin əsasındakı material isə kəndin sosial və mənəvi böhranı, burada gedən təbəqələşmə və burjua psixologiyasının yaranması idi. Ona görə kənddəkilər kənd yalanı ilə, şəhərdəkilər şəhər ümidi ilə yaşayırlar. Kəndin köklü dəyərləri – ata evi məfhumu da deqradasiyaya uğrayır.
Belə dramatik nəticələrdən sonra sanki İsi Məlikzadə üçün kənd mühitinin müqəddəs dəyərləri aradan getdi: sağlam düşüncəli bir adam kimi yazıçı arzular aləmindəki dəyərlərdən yox, gerçək həyatda, doğma rayonunda gördüyü, eşitdiyi dəyərlərdən yazmağa başladı. Bunlar saxta dəyərlər olsa da, onlardan yazmağa dəyərdi, çünki bütün hər şeyə baxmayaraq, sevdiyi kənd mühiti artıq bu dəyərlərlə yaşayırdı. Kənddə kostyum geyib, qalstuk bağlayan adamların hamısı fərdiyyətçi, tamahkar, şəhvət düşkünü idilər və bu reallıq nə qədər acı olsa da, pul hakimiyyəti ilə gələn əxlaqi çürüməni yazıçı yazmalı idi. Kasıb, çətin, sərt, amansız ömür yolu ona romantizmdən təmizlənməyi, həqiqətin üzünə düz baxmağı öyrətmişdi.
Yazıçı kənddə gedən neqativ proseslərə nə qədər ayıq gözlə baxsa da, onları görüb məyus olsa da, kəndi, onun sadə adamlarını, təmiz, sağlam, zəhmətlə yoğrulmuş həyat tərzini ürəkdən sevirdi. Ədibin əksər əsərlərində olan bu torpaq və təbiət sevgisi «İki günün qonağı»nda tragik bir ağrı ilə, ümidsiz bir fitri məhəbbətlə qələmə alınırdı. Kəndin suyu, çörəyi, kasıb adamların səmimi xoşgəldini onun üçün dünyanın ən yüksək dəyərlərinə bərabər idi.
Kənddə burjualaşmanın təsviri. İsi Məlikzadənin kənd mühitindəki əsas qəhrəmanları torpaq adamlarından çox, burada çalışan orta ziyalılardan – musiqiçilərdən, həkimlərdən, müəllimlərdən və başqalarından ibarət idi. Onun povestləri çox zaman belə adamların taleyi üzərində qurulur. Bu rayon ziyalıları çürüməkdə olan sovet çinovnik mühitinin qəddarlığı ilə toqquşurlar, kənddə yeni ağaların nəcibliyə və təmizliyə düşmənliyi ideyası bədii araşdırmaların əsas predmeti olur.
İsi Məlikzadənin göstərdiyi rayon ziyalılarının çoxu xarakterinin başlıca keyfiyyəti ilə onun əsas qəhrəmanına – sadəlövh və təmiz kənd başlanğıcına və insanına bağlı idilər. Ona görə ziyalı, ya da əməkçi insanı qəhrəman seçəndə yazıçının başlıca mənəvi problemi – təmizlik və mühit, şəffaf kənd adamı və şəhər tülkülüyü, məmur qəddarlığı mövzusu dəyişməz olaraq qalırdı. Yaradıcılığının son on beş ilində, 1980-ci ildən sonra şəhər mühiti yazıçını daha az maraqlandırır və o, əsas diqqətini kənddə gedən sosial və mənəvi proseslər üzərində cəmləşdirirdi.
70-ci illərdə Azərbaycan kəndi sürətlə inkişaf edir, burada nəhəng aqrar-sənaye kompleksi formalaşırdı. Üzümçülüyün, şərabçılığın, barama və tütün istehsalının, konserv sənayesinin, pambıqçılığın inkişafı Azərbaycan rayonlarına ümumittifaq büdcəsindən külli miqdarda kapitalın, milyonlarla maddi vəsaitin axıb gəlməsinə səbəb olurdu. Kənd təsərrüfatı inkişaf etdikcə, aqrar-sənaye kompleksi yüksəldikcə, kənddə yeni bir sahibkar sinfi formalaşır, qeyri-rəsmi sərvət toplayır, vəzifələr tutur və partiya məmurları ilə əlbir olurdu. Bu sinif, əslində kəndin yeni mülkiyyətçi sinfi idi və kənd yerlərində həyatın bütün sahələrinə nəzarət edir, Bakı məmurlarına pul ötürməklə onlarla hakimiyyətə şərik olmağa çalışırdı. İsi Məlikzadə bu sinfi kəndin mülkiyyətçisi kimi görürdü və bu baxış nəinki doğru, obyektiv idi, üstəlik bütün 70-80-ci illər nəsri və bütün ədəbiyyatımız üçün böyük əhəmiyyətə malik idi. Çünki yazıçı onların simasında kəndin yeni qəhrəmanını tapmışdı. Bu, kəndin əsl sahibi olan sahibkar, kapitalist sinif idi.
«Quyu» povesti. 1976-cı ildə yazıçı kənddə yeni sinfin ən tipik nümayəndəsi olan kolxoz sədrinin sosioloji portretini yaradan «Quyu» povestini yazdı. Bu əsər yazıçının kənddə gedən prosesləri görməkdə ədəbiyyatın ön xəttinə çıxdığını göstərən bir nümunə idi. Sonralar yazıçı mövzunu dərinləşdirən silsilə əsərlər yazdı və qəhrəmanlar yaratdı. «Çəhrayı dəftər»dəki OBXSS Fəttah, Şoşu, «Düyün»dəki Çoban Təhmasib, «İlk qazanc» hekayəsindəki Həşim, «Dədə palıd»dakı Namaz, İdrisov, «Küçələrə su səpmişəm»də Bəhmən, «Günəş harda gecələyir»də Barat bu qəbildən olan surətlərdir. Onlar eyni sosial hadisəni, eyni sinfi təmsil edirlər. İsi Məlikzadə onları kəndin maddi istehsalının bütün sahələrində – milisdə, ticarətdə, heyvandarlıqda, tikintidə, meşəçilikdə və s. görür və bədii şəkildə ümumiləşdirir.
Kolxoz və sovxoz sədrlərinin obrazları sovet dövrü nəsrində çox geniş yayılmışdı və bir qayda olaraq müsbət təsvir olunurdu . Yalnız şəxsiyyətə pərəstişin, Stalin üsuli-idarəsinin ifşasından sonra təsərrüfat rəhbərlərinin çoxlu mənfi obrazları ortaya çıxdı və bunları Mirzə İbrahimovun «Böyük dayağ»ında, İsa Hüseynovun povestlərində görməyə başladıq. Stalinizmin tənqidi dövründə bu sədrlər yarıtmaz bir iş üsulunu təmsil edən, amansız, xalqdan uzaq düşmüş adamlar kimi təsvir olunurdular.
Sözü gedən prosesləri gözəl bilən İsi Məlikzadə kənddə gedən neqativ proseslərin epik təsvirinə yox, yığcam pritça-povest formasına üstünlük verirdi. Neqativ halların, harınlamış, gözü ayağının altını görməyən kolxoz və sovxoz rəhbərlərinin iri mənfi planda təsviri çox gurultulu nəticələr verə bilər və yazıçıya da həm maddi, həm də mənəvi cəhətdən ziyan gətirərdi. Bundan qaçmaq üçün pritça-povestlər çox əlverişli idi: onlar formaca kiçik povest olsa da, məzmunca əhatəli bir sosial oçerkə bənzəyirdilər. Neqativ hallardan, rüşvətdən, oğurluqdan söhbət gedəndə isə yazıçı eyham və işarələrdən istifadə edir, neqativ proseslərin həqiqi mənzərəsi əsərlərdəki təsvirlərdən kənarda qalırdı. Eyni üsuldan «Çəhrayı dəftər», «Evin kişisi», «İki günün qonağı» povestlərdə istifadə edilmişdir. «Quyu» povesti bu silsilənin ən uğurlu nümunəsi idi və dərc olunandan sonra tənqid tərəfindən yüksək qiymət aldı.
Əsərin belə qarşılanması təsadüfi deyildi: yazıçı özü də rayon mərkəzini təsvir edən, buradakı yeni pul hökmranlığını əks etdirən sinfi bədii şəkildə araşdıran əsərlərinin daxili bütövlüyünü hiss etmişdi. Yazıçı saydığımız əsərlərin bir fikir əsasında yazıldığını, bir-birini tamamladığını yaxşı anlamışdı. Nəticədə, onun sosioloji oçerk xarakterli povestləri yazmaqda, onların kompozisiyasını qurmaqda, hadisələri növbələşdirməkdə ustalığı da inkişaf edib yüksək həddə çatmışdı. Ona görə «Quyu» təkcə povest-pritça yox, həm də oçerk-pritça kimi səciyyələndirilə bilir. Burada yazıçının neqativ faktları bədiiləşdirmək ustalığı artıq daha yüksək bir səviyyədədir.
«Quyu» povestini yazıçı üçün səciyyəvi olan «sadəlövh və yırtıcı dünya» mövqeyindən də oxumaq olar: əsər məhz bu məntiqlə qurulub. Povestin qəhrəmanı Umud da Qaçayın (“Evin kişisi”) bir variantıdır, onun kimi təcrübəsiz gəncdir. Umud da tanımadığı sərt pul dünyasının bütün sirlərini özü üçün aydınlaşdırandan sonra povest bitir, pritça tamamlanır. Amma Qaçaydan fərqli olaraq Umud əsərin sonunda ona bağışlanmış motosikldə divara dəyir. Şübhə yoxdur ki, o sağ qalır və hətta kolxoz sədri Xalıqın qızı ilə evlənəcək. Povestin sonluğunda bu barədə heç bir işarə yoxdur, amma mühüm detal var. Zədə alsa da, Umud hürən itin Patron olduğunu və onun Piri tərəfindən azdırılandan sonra qayıtdığını dərk edir. Patronun qayıtması Xalıqın həyətindəki həyatın əvvəlki kimi davam edəcəyinə işarədir. Xalıq xalq malını talamaq peşəsində, Mingəçevirdə arvad saxlamaq yolunda davam edəcək, evdəki eşq macərasına mane olmasın deyə Solmazı Umudun evinə ötürəcəklər, Umud isə sədr Xalıqın rəmzi quyusundan çıxa bilməyib onların həyatının iştirakçılarından biri olacaq.
Ona görə tam əminliklə demək olar ki, yazıçı Umudun şəxsində sadəlövh aləmdən çıxıb pul hakimiyyətinə tərəf gedən, bu hakimiyyətə müttəfiq və şərik olmaq yolunu tutan bir gəncin obrazını yaradıb. Beləliklə, yazıçı illər keçdikcə, kəndin sadəlövh aləminin necə parçalandığını, çox asanlıqla müxtəlif sosial kateqoriyalara ayrıldığını göstərir. Belə nəticə yazıçı üçün, onun kənddə gedən təbəqələşməyə münasibəti üçün çox vacib idi.
«Quyu» povestini yeni sinfi təmsil edən kolxoz sədri Xalıqın sosioloji oçerki kimi də oxumaq olar. Sədrin əməllərinə və ailəsinə münasibətdə yazıçı əsər boyu zərgər dəqiqliyi və həssaslığı ilə yırtıcı sahibkara çevrilmiş bir sədrin obrazını yaradır. Maraqlıdır ki, yazıçı Xalıqın insan maskasını sadəlövhlərlə eyni təbiətli təsvir edir. Yəni sədr nə vaxtsa Umud kimi sadəlövh adamlardan olmuşdur, amma pul mühitinə düşəndən sonra o, dəyişilmiş, bir ağa ədası ilə yaşamağa başlamışdır. Xalıq kolxozun sürüsündən, Umudun qardaşından istədiyi qədər heyvan aparıb rüşvət verir və ali təhsil alır, üstəlik də elmi iş yazdırır. Hətta çoban Kamran da görür ki, təhsil alan Xalıq yox, qoyunlardır. Xalıq pulla elmi iş yazdırır və elmi rəhbərlə görüş adı ilə Mingəçevirdə ikinci arvad saxlayır. Xalıqın ailəsi əxlaqi baxımdan dağılmış, eybəcər hala düşmüşdür. Bu da təzə sahibkarların ailə həyatı üçün səciyyəvi idi. Evə dolan pul ailənin içində də insanların varlığına hakim kəsilir, onları dəyişir, onların həyata münasibətinə öz möhürünü qoyur. Pul hakimiyyətdir və təzə ağaların evində arvadların da hakimiyyətini yaradır. Xalıqın solğun bənizli arvadı Əsli ərinin sürücüsü Porsuq Piri ilə eşqbazlıq edir. Bunu Xalıq bilməmiş deyil. Necə ki, Əsli də ərinin başqa qadınlarla eyş-işrətdə olduğunu bilir.
Xalıq əxlaqsız arvadı Əslinin dilsiz qulu təsirini bağışlayır. Lakin bu zahirən belədir. Əslində Xalıq özü üçün qurduğu ikili həyatı qorumaq üçün hər bir naza dözür. Bu dözümün bahası onun öz sərbəstliyidir. Xalıqın evində pozğunluq, şəhvət düşkünlüyü o həddə çatıb ki, Əsli sürücü ilə eşq macərasının davam etməsi xatirinə Ağdamda oxuyan qızı Solmazı adi vaxtlarda «anqır, tayını tap!» səviyyəsində uzaq bildiyi Umuda verməyə qərarlıdır.
70-ci illərə qədər kənddə hakimiyyətə nəzarət edən rayon partiya təşkilatlarının birinci katibləri idi. Lakin 70-ci illərin sonlarından Azərbaycan kəndində partiya hakimiyyətindən də güclü bir hakimiyyət – pul hakimiyyəti yaranırdı. Həmin pul hakimiyyəti hər şeyi satın ala bilirdi və alırdı. O cümlədən rayon partiya komitələrinin rəhbərlərini də satın alırdılar. Bu mənada, İsi Məlikzadə kəndin yeni sahibi olan sinfi nəinki ədəbiyyata gətirir, həm də onu hərtərəfli araşdırır, kənd həyatının müxtəlif sahələrində onun fəaliyyətini qələmə alırdı. Yazıçı göstərir ki, bu təzə ağalar kənddə hər şeyi – hətta prokuroru, milisi və başqa hüquq-mühafizə orqanlarını da ələ alıblar.
Qarabağın taleyi və pessimist motivlər. İsi Məlikzadənin 80-ci illər yaradıcılığını və xüsusilə hekayələrini araşdırarkən biz görürük ki, Qarabağın taleyi ilə bağlı mövzu və motiv onun da yaradıcılığında aparıcı olmuşdur. Lakin İsi Məlikzadə nəsrində sosial pessimizm öz qələm dostlarından, dövrün aparıcı yazıçılarının yaradıcılığında gördüyümüzdən yaxşı mənada seçilirdi. Sözügedən fərqi biz, ilk növbədə, İsi Məlikzadənin bədbin qəhrəmanlarının daha dərin sosial analizə əsaslanmasında, problemin qəhrəmanların taleyinin daha dərin qatlarında öz əksini tapmasında görürük. Bir sözlə, İsi Məlikzadənin nəsrində pessimizm güclüdür, lakin bu, bədii materialın daha dərin qatlarındadır. Ona görə də bu pessimizmin bədii dəyəri də adi ağlayan, sınan, həyatın dibinə müqavimətsiz yuvarlanan digər yazıçıların qəhrəmanlarından daha yüksəkdir.
İsi Məlikzadənin «Ağrı» (1986) adlı ayrıca hekayəsi də vardır. Bu hekayə İsi Məlikzadənin yetkinlik dövrünə xas bir yazıdır və müəllifin 80-ci illərin ikinci yarısına aid əsərləri üçün səciyyəvi olan dərin bədbinlik notları və ovqatları ilə seçilir. Biz bu hekayəni yazıçının avtobioqrafik yazılarından sayırıq. Çünki hekayədə müəllifin yazının əsas qəhrəmanı olan Şərifə çox dərin və aşkar rəğbəti əsərin ilk cümlələrindən hiss olunur.
İsi Məlikzadənin 1989-cu ildə Moskva ətrafındakı Peredelkino yaradıcılıq evində yazdığı bir neçə hekayə kimi, bu əsərdə də ağır bir tragizm vardır. Bu tragizmin ən yüksək nöqtəsində dayanan əsər müəllifin həmin 1989-cu ildə, cəmiyyətin parçalanması prosesləri getdiyi bir vaxtda yazdığı hekayələrin ən yaxşısı, şübhəsiz ki, «Yaşasın demokratiya» (1989) adlı hekayədir. Həcm etibarilə bu əsər cəmi dörd kitab səhifəsidir. Lakin məzmun etibarilə zamanı ifadə edən ən parlaq ədəbi abidələrdən biridir. İsi Məlikzadə bu hekayəni Ağcabədidə yazmış və güman ki, gözü ilə gördüyü hadisələri qələmə almış, onlara «qan» motivi ilə bağlı pritçavari, şərti bir məna vermişdir.
Qarabağ konflikti ilə bağlı Bakıda baş verən siyasi proseslərə, mitinqlərə, cəmiyyətin əks partiya və təşkilatlara parçalanmasına yazıçı çox ehtiyatlı, konservativ, bir sıra məqamlarda isə neqativ münasibət bəsləyirdi. Belə fikir ənənəsinin yazıçının ayrı-ayrı əsərlərində məna xətti kimi, xalq hərəkatının perspektivlərinə bədbin münasibət kimi ifadə olunduğunu görürük.
Lakin həyat özü yazıçıya bu ideyaları, «inqilabi və milli» proseslərin perspektivinə münasibəti birmənalı olaraq ifadə etmək üçün imkan yaratdı və hazır bir süjet verdi. 1989-cu ilin yayında yazıçı Ağcabədidə, doğma vətənində olanda Yovşanlı kəndində əhali ilə kənardan gətirilmiş kolxoz sədri arasındakı konflikti müşahidə etmiş və onun əsasında sözügedən hekayəni yazmışdır.
Yovşanlı kəndinin kənardan gəlmə kolxoz sədri Nəzərə qarşı elliklə mübarizəsi iki damla su kimi Bakıda gedən «xalq hərəkatına» bənzəyir. Hər ikisi «gəlmələrə» qarşı yönəlib və guya xalqın özünün özünü idarə etməsi tələbinə bağlıdır. Əslində isə Yovşanlıda demokratiya ilə bağlı heç nə yoxdur. Kənddəki tayfalar vəfat etmiş kolxoz sədrinin yerini – vəzifəsini bölə bilmirlər. Münaqişə uzananda isə rayon rəhbərliyi Yovşanlıya kənardan kolxoz sədri göndərir. Təzə sədr Nəzər həm də elmlər namizədidir. 1989-cu ildə artıq Bakıda kommunist hakimiyyətinin sarsıldığı vaxtda rayon və kəndlərdə də hakimiyyətlə hesablaşmamaq halları var idi, demokratiya pərdəsi altında gəlirli vəzifələri bölmək uğrunda mübarizə gedirdi. Belə bir qeyri-sabit siyasi şəraitdə təzə sədr Yovşanlı kəndində nizam-intizam yaratmaq, laxlamış təsərrüfatda işləri qaydaya salmaq istəyir. Bu işdə milisin gücündən istifadə edən təzə sədr kəndin elliklə ona qarşı qalxması ilə üzləşir və kənddən qaçır.
O, kənd adamlarını milisə verdiyi üçün camaat onun qaldığı evi mühasirəyə alır: Nəzərin evdə olub-olmadığı da bilinmir. Amma milis rəisi milisioner Əliqulunu yollayır ki, həm yovşanlılar Nəzəri tutub özbaşına cəzalandırmasınlar, həm də onun qaldığı «finski» evi qəzəbli camaat yandırmasın. Hekayədə «xalq hərəkatının» ancaq üç-dörd xırda epizodu öz əksini tapmışdır. Lakin bu epizodlar yazıda böyük tarixi prosesin bədii-şərti modelini yaratmağa imkan verir.
Milisioner Əliqulu həmin dövrdə Moskvadan hələ tam asılı olan Azərbaycan hökumətini xatırladır. Əliqulu da o vaxtkı hökumət kimi həm rəislərindən (Moskvadan) qorxur, həm də möhtəşəm xalq hərəkatından çəkinir və buna görə qəti bir hərəkət etmək gücündən məhrumdur. Əliqulu ikitirəli vəziyyətdə qalıb kimin üstün və haqlı çıxacağını gözləyir. Onun kütləyə dediyi sözlərin heç biri səmimi deyil. «Xalq hərəkatı»nda, demokratiya uğrunda mübarizə edənlərin içində əsas adam ordenli briqadir Qəzənfərdir. Bütün hərəkatı və etirazları təşkil edən, istiqamətləndirən odur. O, xalqa müraciətlə deyir:
«Yoldaşlar! İki-üç il qabaq biz beləcə yığışıb ürəyimizi boşalda bilmirdik! İndi səksən doqquzuncu ildi! Ölkədə aşkarlıq, demokratiya elan olunub! Bizə azadlıq verilib! Biz dərdimizi ucadan, özü də qorxmadan deyə bilərik! Biz Nəzər kimilərlə qanun dairəsində haqq-hesab çəkə bilərik! Yaşasın demokratiya, yoldaşlar! Yaşasın demokratiya!»
Əlbəttə, bu sözləri oxuyanda yazıçının 1989-cu ilin yayında Bakıda Lenin meydanında gedən mitinqləri, orada boşboğazlıq edən məsuliyyətsiz siyasətbazları nəzərdə tutduğu şəksiz-şübhəsiz aydın olur. Lakin bu sözləri deyən adamın öz şəxsi məqsədləri var: ordenli briqadir Qəzənfər özü Yovşanlıda kolxoz sədri olmaq istəyir. Onun dəfələrlə «yaşasın demokratiya» deməsində məqsəd ancaq gözdən pərdə asmaq, təzə sədrdən narazı olan kənd camaatının etirazından, sadəlövh hisslərindən istifadə etməkdir. Əlbəttə, belə gizli, tamahkar niyyətlər xalq hərəkatının, Qarabağ müharibəsinin faciəli, acı məğlubiyyətlə, torpaqların itirilməsi ilə başa çatacaq tragediyasını əks etdirirdi.
Çünki alçaq və xırda niyyətlər artıq xalq hərəkatına yol tapmış, onu daxildən və çox dərindən parçalamışdı. Həmin parçalanmanın arxasında böyük öndərimiz H.Ə.Əliyevin qeyd etdiyi şəxsi məqsədlər dururdu. Hekayədə ən qiymətli obraz xalq kütləsinin özü, onun qəzəb və etirazlarının forması, qeyri-mütəşəkkilliyidir. Nəzəri günün günorta çağı daş-qalaq etmək istəyən kütlənin içində əsas söz və əməl sahibləri ordenli briqadir Qəzənfərin adamlarıdır. Qaçmış sədrin boş evinə daş atanlar, abırsız sözlər yazanlar, hər vəchlə qan çıxarmaq istəyənlər onun adamlarıdır. Yazıçı mütəşəkkil olmayan, öz sadiq liderlərini yetişdirməmiş, hələ kütlə halında olan xalqın faciəsini, Qarabağ müharibəsinin nəticələrini əvvəlcədən görür və bunun üçün narahat olurdu.
Qarabağ müharibəsinin artıq başlandığı ildə İsi Məlikzadənin ovqatında qan və ölüm motivləri get-gedə qabarıqlaşır. Bu tragizm əhval-ruhiyyəsi daha çox İsi Məlikzadənin Qarabağ müharibəsinin perspektivləri ilə bağlı bədbin gözləntilərindən irəli gəlirdi. Yazıçı həqiqi və böyük bir fəhm ilə, sanki bütün varlığı ilə, şüurunun bütün qatları ilə xalqımız üçün tragik itkilərin yaxınlaşdığını duyurdu.
Hekayənin parlaq, çoxmənalı, hələ 1989-cu ildə Qarabağ ətrafında bizi gözləyən faciələri proqnoz edən, öncədən görən sonluğu dövrün ədəbi prosesində əsl hadisə idi. Xüsusilə demokratiya ilə bağlı cəmiyyətin o zamankı gözləntiləri yazıçı tərəfindən kütlə obrazı və onun fonunda qiymətləndirilir. Yazıçının yaradıcılığında ilk dəfə olaraq «sadəlövhlük», kənd təmizliyi mənfi obraz kimi görünür. Bu isə İsi Məlikzadənin həyata, kəndə xas əxlaqi dəyərlərə münasibətində bir addım, bir həqiqət anı idi.
«Yaşasın demokratiya!» hekayəsinin bədii və fikri uğuru onda idi ki, burada hərəkat dövründə ilk dəfə olaraq kütlənin mənfi obrazı ilə rastlaşırıq. Qarabağ müharibəsi başladıqdan sonra kütlə obrazı hələ ictimai fikirdə romantik bir obraz idi, az qala xalq obrazına yaxın bir məna yükü daşıyırdı. O zaman kütlənin mənfi obrazını yaratmaq, onda müsbət enerji və xalqın birliyini göstərmək iqtidarından başqa – böyük bir mənfi, dağıdıcı, xaos törədici potensialın olduğunu görmək – yazıçının vətəndaşlıq hünəri idi.
Hekayəyə fikir və bədii baxımdan yekunu milisioner Əliqulu ölmüş itin belindən «Nəzər» yazılmış ağ parçanı aça-aça dediyi sözlərlə vurur:
«Mən Yovşanlılara bələdəm: qan görməsələr, rahat olmurlar.»
Yazıçının adi milis nəfərinin dili ilə səsləndirdiyi fikir əsərin əsas fəlsəfi nəticəsi idi. Hakimiyyət sahibləri çox qədim zamanlardan kütləvi üsyanları, etirazları, qiyamları məhz qan göstərmək, qan tökməklə yatırıblar. Bu qantökmələr isə həmişə insanların – kütlələrin iştirak etdiyi, toplaşdığı meydanlarda kütləvi edamlar təşkil etməklə icra edilib. Hər qiyamdan sonra kütləvi və kütlə üçün nəzərdə tutulan canlı edamlar təşkil edilmişdir. Bu da insan tarixinin bir sifəti və bir qanunudur.
Xilaskar təbiət mövzusu. İlk əsərlərindən başlayaraq İsi Məlikzadənin əsərlərindəki əsas qəhrəmanların təmizliyi və sadəlövhlüyü təkcə qəhrəman yox, həm də başlıca süjetyaradıcı element idi, bir növ yazıçının fərdi mifi idi. Sadə, təmiz kənd adamı şəhərin fərdiyyətçi və eqoist həqiqətləri ilə toqquşur. Əslində, sadə olan bu mifin ən müxtəlif variantlarını yaratmaqla İsi Məlikzadənin nəsri də inkişaf edib yetkinləşirdi, onun süjet və intriqaları mənəvi-əxlaqi baxımdan zənginləşir, dərinləşirdi. 60-cı illərin sonuna qədər «sadəlövh kəndli və qəddar dünya» əksliyi hələ mürəkkəb deyildi, daha doğrusu, yazıçı bu mifin dərinliyinə və mürəkkəbliyinə enə bilmirdi.
«Dədə palıd» İsi Məlikzadənin «sadəlövh insan – qəddar dünya» əksliyi üzrə yazdığı sonuncu povest idi. Yazıçının sonuncu sadəlövh qəhrəmanı Bağır kişi onun təbiətə sitayiş edən təzə qəhrəmanı Nurcabbarla əks qütbdə dururlar və hətta Nurcabbar Bağır kişinin gözünü açmaq istəyir, onu nağıllarından birinə salır. Nurcabbar nəinki sadəlövh deyildir, o özünə görə böyük iddialıdır və bu iddianın bir tezisi də onun təbiətin dilini bilməsi, təbiətlə danışmasıdır. Müəyyən nöqteyi-nəzərdən, Nurcabbarda peyğəmbərlik iddiası vardır. Nurcabbarda təbiətə mistik bir inam var. Canavarlarla vuruşduğunu yuxuda görəndən sonra o, oyanır və qan-tər içində Kürün qırağına dərdini deməyə gedir. Nurcabbar əbədiliyi də təbiətdə görür, çünki insan nəsilləri ölüb getsə də, Kür axır, meşələr durur, ay yenə hər axşam öz gümüşü nurunu adamların üstünə səpələyir.
Beləliklə, təbiət İsi Məlikzadənin dünyagörüşünün, həyata, əbədiyyətə, insan münasibətlərinə baxışının yeni pozitiv bünövrəsi olur. Əslində, təbiət – sadəlövh insan probleminin daha geniş, daha fəlsəfi bir miqyasda dərk edilməsi təşəbbüsü idi. Bu təşəbbüsə ehtiyac ondan doğurdu ki, həyatı və insanları daha dərindən dərk etdikcə İsi Məlikzadə üçün həyatın pozitiv istinad nöqtəsini insan məhfumunda görmək və bu inamı saxlamaq get-gedə daha çətin olurdu. Ən çox ona görə ki, sadəlövhlük – əməldə xeyirdən çox şərə xidmət edir. Yazıçının nifrət etdiyi mütiliyin, yazıqlığın, fağırlığın, mənasız qəddarlığın kökündə də çox zaman sadəlövhlük durur. Təbiətin mənəvi xilaskar kimi, təmənnasızlıq və təmizlik başlanğıcı kimi təqdiminə yazıçı hələ 1978-ci ildə yazdığı «Yaşıl gecə» povestində təşəbbüs etmişdi. Formal olaraq, yazılış tarixi etibarilə bu povest rayon mərkəzinin sosioloji-bədii təhlilinə həsr olunmuş silsiləyə aiddir. Lakin həmin silsilənin ideya-problem əsasları bu povestdə o qədər də qüvvətli deyildir. Əksinə, burada Qəribin xəstəliyinin əks qütbü kimi qoruq mövzusu, burada baş verən hadisələr aparıcıdır. «Yaşıl gecə»də rayon mərkəzindəki mənəvi deqradasiya mövzusu aparıcı olsa da, burada artıq yırtıcı sahibkar sinfin nümayəndəsi obrazı, böyük sərvət sahibi olan məmur obrazı yoxdur.
1980-ci ildə «Azərbaycan» jurnalından gedəndən sonra yazıçı açıq-aşkar bədbinləşmişdi və nisbətən az yazırdı. O, ən böhranlı vaxtlarında ata ocağına – Ağcabədidəki evlərinə üz tuturdu. 1982-1983-cü illərdə yazıçı fasilələrlə yaşadığı Ağcabədidə özünün ən parlaq əsərlərindən birini – «Gümüşgöl əfsanəsi» povestini yazdı. Bu əsər onun insan və təbiət, düzlük və xəyanət, istedad və mühit barədə ağır düşüncələrinin nəticəsi idi. Buradakı ağrılı məqamların hamısında avtobioqrafik nöqtələr var idi. Yazıçı gözəl xalq əfsanəsindən, əslində öz ömrünün, taleyinin ağrılı nəticələrini ifadə etmək üçün istifadə etmişdir.
İsi Məlikzadə, əslində bütün yaradıcılığı ilə bir şeyi yazmışdı – özünün ürəyi istəyən təbii həyatla yaşaya bilməməyinin tarixçəsini.
«Gümüşgöl əfsanəsi» əslində bu tarixçənin fəlsəfi hissəsi idi. Yazıçı yığcam bir povestdə bütün yaradıcılığı ilə dediklərini ümumi bir əfsanə şəklinə salmışdı. Povestdə üç əsas qəhrəman – Orxan, Ağbəyim və Bənövşə üç müxtəlif taleyi əks etdirir. Lakin bu talelərin hamısı təbiət və təbii həyat problemi ilə bağlıdır.
Orxan – itirilmiş təbiət və təbiilik problemi ilə bağlıdır. Yazıçı özünə bənzərlikləri uzaqlaşdırmaq üçün onu kəndli balası kimi yox, İçərişəhərdə doğulub ərsəyə gəlmiş bir ziyalı kimi təsvir edir. Orxan mövzusu qlobal bir mövzudur. O, təbiiliyi və təbiəti itirmiş müasir insanın, urbanizasiyanın süni bir həyata məhkum etdiyi şəhər adamının obrazıdır. Orxanda yazıçının öz bioqrafiyasından gələn əsas cəhət – tam ürəyinə yatan təbii bir həyat axtarışıdır. Əslində, bu axtarış dediyimiz şey müasir insanın mənəvi müvazinətini pozan əsas problemdir. İnsanlar ləzzətli, gözü sevindirən şeylərlə dolu həyat ardınca şəhərə gəliblər və böyük şəhərlər tikiblər. Amma şəhərdə yaşayandan sonra məlum olur ki, ləzzətlər də, gözü sevindirən şeylər də nəsə sünidir, yaddır – bir sözlə, təbii deyil. Orxanın həyat dramında bu kolliziyanın ifadəsini görürük.
Yazıçı onu bir şəhər tipi kimi də bütün təfərrüatı ilə qələmə almışdır. O, İçərişəhərdə köhnə məhəllədə doğulub, ali təhsilli xalçaşünas alimdir. Anası Fatma həkim sahə həkimidir, oğluna «Jiquli» də alıb. Orxan xalçaçılıq üzrə elmi iş yazır. Elmi rəhbəri Xürrəm müəllim ona məsləhət bilir ki, daim kəndləri gəzsin və el sənətkarlarını, savadı olmayan istedadlı xalçaçıları tapsın, onların təcrübəsindən, rəng və ilmə üslubundan öyrənsin. Lakin o, dağ kəndinə gəlib romantik bir macəraya düşür. Orxanın yaşadığı macəra insanın təbiilik istəklərinin ziddiyyətli təbiətini ortaya çıxarır: mütləq təbiilik əxlaqla və mədəniyyətlə əkslik yaradır. Əsərdəki tragizmin məzmunu belədir.
«Qırmızı yağış» ailə tarixçəsi kimi yazılsa da, əslində, tərəkəmə ailə tərzinin tamam sıradan çıxdığını bədii şəkildə göstərən əhatəli bir romandır. Ələm əsərin sonunda qarısı ilə tək qalır: onun yeganə təsəllisi uşaqlıqda olduğu kimi çomaq götürüb qoyun otarmaq, təbiətlə çölçü ünsiyyətinin feyzini aramaqdır. Romanın sonunda Ələmi öz balaca sürüsü ilə dar bir yolda görürük: bu yol pambıq və üzüm sahələrinin tutduğu Muğan çöllərində Yovşanlı camaatı üçün qalan yeganə örüşdür. Ələm bu yolla heyvanlarını sürüb sərbəst, boş örüşə çıxmaq istəyir, lakin yol bitəndə üfüqdə qırmızı buludlar görünür. Bir azdan möcüzə baş verir: qırmızı yağış yağmağa başlayır. Bu yağış – yazıçının digər əsərlərində gördüyümüz fəlakət, yaxınlaşan faciə motivinin yeni variantda təkrarıdır. Bu romanın yazıldığı 1984-cü ildə bu faciəyə artıq dörd il qalmışdı. «Qırmızı yağış» İsi Məlikzadənin kəndin sosioloji-bədii təhlilinə həsr olunmuş povestlər silsiləsinə də aid edilə bilər. Çünki burada təbiət və təbiilik mövzusu ilə yanaşı, 70-80-ci illərdə rayon mühitində baş verən qanunsuz, qəddar proseslər də öz əksini tapmışdır.
İsi Məlikzadənin yığcam povestlərində 60-70-ci illərdə Sovet cəmiyyətinin daxilində gedən mənəvi və əxlaqi deqradasiya, məmur və təsərrüfat rəhbərlərinin burjualaşmış bir sinfə çevrilməsi, korrupsiyanın dövlət mexanizminin ayrılmaz bir ünsürünə dönməsi prosesi dövrün hər hansı digər yazıçısından daha aydın və birmənalı şəkildə əksini tapmışdır.
Yazıçının ilk baxışda sadəlövh görünən əsərlərində sosial təhlil və öncəgörmə qabiliyyəti müasirlərindən daha yüksək və əyani idi. Sosial proseslərin qovşağı olan balaca rayon mərkəzinin timsalında yazıçı bütün Azərbaycan cəmiyyətinin sosial oçerklərini yaratmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, dövrün tənqidi onun yaradıcılığına lazımi qiymət verə bilməmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.