Press "Enter" to skip to content

Ismayil Sixli – Wikipedia

1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra “Azərbaycan” jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib.

Ismayıl şıxlı əsərləri

Son dərəcə dinamik, enerjili, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. Şəxsi keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox şeylər etmişdi. İnsanlara yardımçı olmağı və onların problemlərini paylaşmağı sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi.

1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra “Azərbaycan” jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib.

O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk “Quşlar” şeiri “Ədəbiyyat” qəzetində dərc olunmuşdu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan son nəfəsinədək özünü ədəbiyyata həsr etdi.

Başladığı işi sona çatdırmağı xoşlayırdı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə çalışmaq çətin olsa da olduqca həssas insan idi.

Ərsəyə gətirdiyi əsərlər çox olub. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Bəlkə də əsərin baş qəhrəmanı Cahandar ağa obrazı onun daxili dünyasının təzahürü idi. Onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq. Bəli, illər ötəcək, əsrlər bir-birini əvəz edəcək, Azərbaycan ədəbiyyatının Cahandar ağası- İsmayıl Şıxlı heç zaman unudulmayacaq.

Ismayil Sixli – Wikipedia

İsmayıl Qəhrəman oğlu Şıxlı ( 22 mart 1919 , İkinci Şıxlı , Gəncə quberniyası – 26 iyul 1995 , Bakı ) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Ədəbi yaradıcılığı
    • 2.2 İctimai-siyasi fəaliyyəti
    • 2.3 Vəfatı
    • 4.1 Tərcümələri

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də [1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

    İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Fəaliyyəti

    Ədəbi yaradıcılığı

    İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyəti

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir. [2]

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994). [3]

    Vəfatı

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

    28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. [4]

    • Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
    • Kerç sularında (hekayələr). Bakı: Azərnəşr, 1950, 139 səh.
    • Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr, 1951, 128 səh.
    • Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr, 1953, 44 səh.
    • Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr, 1957, 260 səh.
    • Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
    • XVIII əsr xarici ədəbiyyat tarixi. Bakı: 1970, 150 səh. (şərikli)
    • Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr, 1971, 365 səh.
    • Cəbhə yolları. Bakı: Gənclik, 1985, 188 səh.
    • Seçilmiş əsərlər (iki cilddə). II c. Bakı: Azərnəşr, 1971, 444 səh.
    • XX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1974, 256 səh.
    • Mənim rəqibim. Bakı: Gənclik, 1975, 192 səh.
    • Dəli Kür (roman). Bakı: Gənclik, 1977, 408 səh.
    • Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, 368 səh.
    • Dəli Kür (roman). Bakı: Yazıçı, 1982, 436 səh.
    • Dəli Kür (roman). Bakı: Yazıçı, 1983, 436 səh.
    • Məni itirməyin. Bakı: Gənclik, 1984, 364 səh.
    • Seçilmiş əsərləri (iki cilddə) I c. Bakı: Azərnəşr, 1986, 480 səh.
    • Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1986, 477 səh.
    • Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı, 1988, 358 səh.
    • Namərd gülləsi (hekayələr). Bakı: Yazıçı, 1991, 230 səh.
    • Ölüləri qəbiristanda basdırın (nəsr, ədəbi tənqid, publisistika).Bakı: Gənclik, 1992, 270 səh.
    • Ölən dünyam (roman). Bakı: Azərnəşr, 1995,150 səh.

    Tərcümələri

    (türkcə və ruscadan)

    1. XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
    2. Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
    3. Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).

    Filmoqrafiya

    1. Ayrılan yollar (film, 1997)
    2. Bizim qəribə taleyimiz (film, 2005)
    3. Dəli Kür (film, 1969)
    4. Əzizə Cəfərzadə (film, 1999)
    5. Xalq şairi Səməd Vurğun (film, 1969)
    6. İşarəni dənizdən gözləyin (film, 1986)
    7. Kürə qovuşan ömür (film, 2003)
    8. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)

    İstinadlar

    1. ↑”Səda — Novruzda dünyaya gələn görkəmli şəxsiyyətlər (22.03.2016)”. 2022-03-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-03-22 .
    2. “Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az [ölü keçid] (az.)
    3. ↑İ.Q.Şıxlılnskinin (İsmayıl Şıxlının) “Şöhrət” ordеni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 1994-cü il tarixli FərmanıArxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
    4. President.Az.“İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (az.) . President.az. 28.01.2019. 2021-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-01-28 .

    Xarici keçidlər

    İsmayıl Şıxlı

      Fəaliyyəti Redaktə

      Ədəbi yaradıcılığı Redaktə

      İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

      İctimai-siyasi fəaliyyəti Redaktə

      İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

      26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir. [2]

      Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994). [3]

      Vəfatı Redaktə

      1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

      28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. [4]

      • Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
      • Kerç sularında (hekayələr). Bakı: Azərnəşr, 1950, 139 səh.
      • Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr, 1951, 128 səh.
      • Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr, 1953, 44 səh.
      • Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr, 1957, 260 səh.
      • Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
      • XVIII əsr xarici ədəbiyyat tarixi. Bakı: 1970, 150 səh. (şərikli)
      • Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr, 1971, 365 səh.
      • Cəbhə yolları. Bakı: Gənclik, 1985, 188 səh.
      • Seçilmiş əsərlər (iki cilddə). II c. Bakı: Azərnəşr, 1971, 444 səh.
      • XX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1974, 256 səh.
      • Mənim rəqibim. Bakı: Gənclik, 1975, 192 səh.
      • Dəli Kür (roman). Bakı: Gənclik, 1977, 408 səh.
      • Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, 368 səh.
      • Dəli Kür (roman). Bakı: Yazıçı, 1982, 436 səh.
      • Dəli Kür (roman). Bakı: Yazıçı, 1983, 436 səh.
      • Məni itirməyin. Bakı: Gənclik, 1984, 364 səh.
      • Seçilmiş əsərləri (iki cilddə) I c. Bakı: Azərnəşr, 1986, 480 səh.
      • Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1986, 477 səh.
      • Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı, 1988, 358 səh.
      • Namərd gülləsi (hekayələr). Bakı: Yazıçı, 1991, 230 səh.
      • Ölüləri qəbiristanda basdırın (nəsr, ədəbi tənqid, publisistika).Bakı: Gənclik, 1992, 270 səh.
      • Ölən dünyam (roman). Bakı: Azərnəşr, 1995,150 səh.

      Tərcümələri Redaktə

      (türkcə və ruscadan)

      1. XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
      2. Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
      3. Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).

      Filmoqrafiya Redaktə

      1. Ayrılan yollar (film, 1997)
      2. Bizim qəribə taleyimiz (film, 2005)
      3. Dəli Kür (film, 1969)
      4. Əzizə Cəfərzadə (film, 1999)
      5. Xalq şairi Səməd Vurğun (film, 1969)
      6. İşarəni dənizdən gözləyin (film, 1986)
      7. Kürə qovuşan ömür (film, 2003)
      8. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)

      İstinadlar Redaktə

      1. ↑”Səda — Novruzda dünyaya gələn görkəmli şəxsiyyətlər (22.03.2016)”. 2022-03-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-03-22 .
      2. “Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az [ölü keçid] (az.)
      3. ↑İ.Q.Şıxlılnskinin (İsmayıl Şıxlının) “Şöhrət” ordеni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 1994-cü il tarixli FərmanıArxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
      4. President.Az.“İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (az.) . President.az. 28.01.2019. 2021-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-01-28 .

Comments are closed, but trackbacks and pingbacks are open.