İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
2.3. Elmi rəhbərlər (fəlsəfə doktoru dissertasiyası üzrə) və ya iddiaçının istəyinə uyğun olaraq elmi məsləhətçilər (elmlər doktoru dissertasiyası üzrə) müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq edilir. Dissertasiya ilə bağlı tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi dərəcəsi olan iki rəhbər təyin oluna bilər.
Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə
1.1. Bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir.
1.2. Elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir.
1.3. Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.
1.4. Elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.
1.5. Əvvəllər verilmiş elmlər namizədi elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsinə bərabər tutulur.
1.6. Məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyaların müdafiəsi və ekspertizası zamanı bu Əsasnamənin tətbiqi qaydasını Komissiya müəyyən edir.
1.7. Komissiya fəlsəfə doktorlarına və elmlər doktorlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi dərəcələri təsdiq edən diplom verir.
2. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi
iddiaçılarına dair tələblər
2.1. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçılarının xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında həyata keçirilir.
2.2. Dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir.
2.3. Elmi rəhbərlər (fəlsəfə doktoru dissertasiyası üzrə) və ya iddiaçının istəyinə uyğun olaraq elmi məsləhətçilər (elmlər doktoru dissertasiyası üzrə) müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq edilir. Dissertasiya ilə bağlı tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi dərəcəsi olan iki rəhbər təyin oluna bilər.
2.4. Dissertasiyaların mövzularını müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının təqdimatı əsasında Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası hər bir iddiaçı üçün ayrılıqda təsdiq edir və ya dəyişdirir.
2.5. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir.
2.6. Fəlsəfə doktoru imtahanları fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının attestasiyasının əsas tərkib hissəsi olub, dissertasiyanın ilkin müzakirəsinədək verilir və iddiaçının ixtisas üzrə bilik səviyyəsini müəyyən edir.
2.7. Fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir:
2.7.1. iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən);
2.7.2. xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);
2.7.3. Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).
2.8. İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı iddiaçının seçiminə uyğun olaraq, dissertasiya işinin yerinə yetirildiyi və ya dissertasiya müdafiəsinin keçiriləcəyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində verilir.
2.9. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.
2.10. Fəlsəfə doktoru imtahanının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiyası yaradılan elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi ödəyir.
2.11. Fəlsəfə doktoru imtahanlarının keçirilmə qaydasını və proqramını Komissiya təsdiq edir və imtahan nəticələrinin qiymətləndirilməsi Komissiyanın müəyyən etdiyi meyarlar əsasında aparılır.
2.12. İddiaçılara hər bir fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Komissiyanın müəyyən etdiyi formada şəhadətnamə verilir.
2.13. Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda (tibb və baytarlıq elmləri istisna olmaqla), onlar həmin elm sahəsinin ümumelmi əsaslarından Komissiyanın təsdiq etdiyi proqram əsasında əlavə imtahan verməlidirlər.
2.14. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahələrdə ali təhsili olan şəxslər fəlsəfə doktoru və ya elmlər doktoru dissertasiyası müdafiə edə bilərlər. Pedaqoji sahədə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının ali təhsil müəssisəsində yiyələndiyi ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır.
2.15. Azərbaycan Respublikasında dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələbləri və dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısını Komissiya müəyyən edir.
2.16. Dissertasiyaların xarici dildə dərc olunmuş əsas elmi nəticələrinin Azərbaycan dilində xülasəsi (dərc edilmiş nəticələrin 20 faizindən az olmamaqla) Komissiyaya təqdim edilməlidir.
2.17. Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir.
2.18. Elmlər doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beşi həmmüəllifsiz olmaqla humanitar və ictimai elmlər üzrə on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə azı üç, dəqiq və təbiət elmləri üzrə on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə azı beş məqaləsi dərc edilməlidir.
2.19. Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim edilmiş yerli patent dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən Azərbaycan Respublikasının dövri elmi nəşrlərində bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur.
Müvafiq ixtisaslar üzrə dissertasiyanın mövzusuna uyğun təqdim olunmuş beynəlxalq patent dissertasiyaların əsas elmi nəticələrini əks etdirən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən bir məqaləyə, həmmüəllifsiz olduqda iki məqaləyə bərabər tutulur.
2.20. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin sayı fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün azı üç (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri xaricdə dərc olunmaqla), elmlər doktoru elmi dərəcəsi iddiaçıları üçün isə azı beş (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı ikisi xaricdə dərc edilməklə) olmalıdır.
2.21. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, o cümlədən elektron nəşrlərə dair tələbləri Komissiya müəyyən edir.
2.22. Dissertasiyaların əsas elmi nəticələrini əks etdirən və bu Əsasnamə ilə müəyyən olunmuş sayda elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən azı bir ay əvvəl dərc edilməlidir. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən əvvəl həmin sistemlərdə (bazalarda) yerləşdirilməlidir.
3. Dissertasiyaya və avtoreferata dair tələblər
3.1. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:
3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;
3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir.
3.2. Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:
3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;
3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;
3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir.
3.3. Dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir.
3.4. Dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir.
3.5. Dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır:
3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir;
3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir;
3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir;
3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir;
3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir;
3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir;
3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir;
3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir;
3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir.
3.6. İddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər.
3.7. İddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri elmlər doktoru dissertasiyasının müdafiəsinə çıxara bilməz.
3.8. Fəlsəfə doktoru dissertasiyası A4 formatında, həcmi iki yüz – iki yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyası A4 formatında, həcmi dörd yüz – dörd yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi iyirmi faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər.
3.9. Dissertasiyanın yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir.
3.10. Kollektiv müəlliflərə mənsub elmi ideya və işləmələrdən istifadə olunursa, iddiaçı bu barədə dissertasiyada müvafiq qeyd etməlidir.
3.11. Dissertasiya Azərbaycan və ya rus dillərində təqdim edilə bilər.
3.12. Dissertasiyanı iddiaçı, elmi rəhbər və ya elmi məsləhətçi imzalayır.
3.13. Dissertasiya Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir.
3.14. Məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyalara və onların avtoreferatlarına dair tələbləri Komissiya müəyyən edir.
3.15. Dissertasiyalar müdafiəyə qəbul olunduqda fəlsəfə doktoru dissertasiyaları üçün A5 formatında, otuz altı – qırx min işarə (əsərlərin siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyaları üçün isə A5 formatında, yetmiş altı – səksən min işarə (əsərlərin siyahısı istisna edilməklə) həcmində avtoreferat çap edilir. Humanitar elmlər üzrə avtoreferatın həcmi bu həcmdən iyirmi faizədək artıq ola bilər.
3.16. Avtoreferatda dissertasiyanın strukturu saxlanılmaqla, onun əsas ideyaları və nəticələri şərh olunmalı, yenilik dərəcəsi və tədqiqat nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda iddiaçının şəxsi töhfəsi göstərilməlidir.
3.17. Avtoreferat Azərbaycan və ya rus dillərində təqdim edilə bilər.
3.18. Avtoreferat Azərbaycan dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda (30-dan çox olmamaqla) ingilis dilində nüsxələri çap edilir.
3.19. Avtoreferat rus dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda Azərbaycan və ingilis dillərində (hər biri üzrə 30-dan çox olmamaqla) nüsxələri çap edilir.
3.20. Avtoreferatı dissertasiya şurasının sədri, elmi katibi və dissertasiya şurasının nəzdində yaradılmış elmi seminarın rəhbəri imzalayırlar.
3.21. Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış Komissiyanın müəyyən etdiyi siyahı üzrə zəruri ünvanlara göndərilməlidir.
3.22. Avtoreferat Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir.
4. Dissertasiya şuralarının yaradılması və fəaliyyəti
4.1. Dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır.
4.2. Elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin rəhbərləri dissertasiya şuralarının işinin təşkili və müdafiələrin keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin edirlər.
4.3. Dissertasiya şuralarının fəaliyyətinin maliyyələşdirilməsini (dissertasiya şurası üzvlərinin əməyinin ödənilməsi, antiplagiat proqramı ilə təminat, dissertasiya müdafiələrinin videoçəkilişi və canlı yayımının təşkili və s.) dissertasiya şurasının fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi həyata keçirir.
4.4. Dissertasiya şuraları nəzdində fəaliyyət göstərdikləri elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin əsas möhür və blankından istifadə edirlər.
4.5. Dissertasiya şuralarının fəaliyyət müddətini Komissiya üç ilədək müəyyən edir.
4.6. Dissertasiya şuraları bir neçə ixtisas üzrə (dörddən çox olmamaqla) yaradılır.
4.7. Dissertasiya şurasında hər bir ixtisas üzrə üzvlərin sayı bərabər və hər bir ixtisas üzrə beş nəfərdən az olmamalıdır.
4.8. Fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı üç elmlər doktoru, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı beş elmlər doktoru olmalıdır.
Dissertasiya şurasının tərkibində müvafiq ixtisas üzrə elmlər doktorlarının sayını təmin etmək mümkün olmadıqda, həmin ixtisas üzrə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı almış fəlsəfə doktorları, o cümlədən mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan professor elmi adı almış elmi və pedaqoji kadrlar elmlər doktorlarını əvəz edə bilərlər.
4.9. İxtisas üzrə müvafiq dissertasiya şurası olmadığı halda elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin vəsatəti əsasında Komissiya birdəfəlik dissertasiya şurası yarada bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılmaqla, bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.
4.10. Dissertasiya şuralarının tərkibinə fəal elmi və ya elmi-pedaqoji iş aparan yüksəkixtisaslı mütəxəssislər daxil edilirlər.
4.11. Dissertasiya şuraları dissertasiyaların qiymətləndirilməsi zamanı obyektivliyin təmin olunmasına, iddiaçının yüksəkixtisaslı elmi kadr səviyyəsinə uyğunluğuna və qəbul edilən qərarların əsaslandırılmasına görə cavabdehdirlər.
4.12. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrləri və üzvləri müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin bu Əsasnamənin 3-cü hissəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdehdirlər.
4.13. Bu Əsasnamənin 4.11-ci və 4.12-ci bəndlərinin tələbləri pozulduğu halda dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrlərinə və üzvlərinə, elmi rəhbərlərə (elmi məsləhətçilərə), rəsmi opponentlərə Komissiya bu barədə rəsmi xəbərdarlıq edir.
4.14. Dissertasiya şurasında dissertasiya işinin müdafiəsi zamanı dissertasiya, avtoreferat və digər sənədlərdə opponentlər və digər şura üzvlərinin aşkar etdikləri nöqsanların düzəldilməsinə yol verilmir.
4.15. Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatı Komissiya təsdiq edir.
4.16. Dissertasiya şuralarının fəaliyyətinə Komissiya nəzarət edir.
5. Dissertasiyaların təqdim olunması və müdafiəsi
5.1. Dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir.
5.2. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir.
5.3. Rəydə dissertasiya işində şərh olunan elmi nəticələrin alınmasında iddiaçının konkret şəxsi iştirakı, tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların elmi yeniliyi, praktiki və metodiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlməsi, iddiaçının dərc olunmuş işlərində dissertasiya materiallarının əks etdirilməsi dərəcəsi göstərilməlidir.
5.4. Dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılır və dissertasiya işi Komissiyaya təqdim edildikdə iddiaçının digər sənədlərinə əlavə olunur.
5.5. Elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin rəhbəri geniş protokol və rəyin keyfiyyəti, obyektivliyi və hazırlanma müddəti üçün cavabdehdir.
5.6. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir.
5.7. Müvafiq ixtisas üzrə dissertasiya şurası olmadıqda, dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi birdəfəlik dissertasiya şurasının yaradılması üçün Komissiya qarşısında vəsatət qaldırır.
5.8. Komissiyanın müəyyən etdiyi siyahı üzrə tələb olunan sənədlər təqdim edildikdə dissertasiya şurası dissertasiyanı müzakirə və müdafiə üçün qəbul edir.
5.9. Dissertasiya şurasına təqdim edilmiş dissertasiyalar müzakirə üçün dissertasiya şurası nəzdində fəaliyyət göstərən elmi seminara göndərilir.
5.10. Elmi seminar dissertasiya şurasının yaradıldığı elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi rəhbərinin (onu əvəz edən şəxsin) əmri ilə, dissertasiya şurasında təmsil olunan hər bir ixtisas üzrə mütəxəssislərdən ibarət tərkibdə olmaqla, ayrılıqda yaradılır və elmi seminarın sədri vəzifəsinə həmin ixtisas üzrə dissertasiya şuralarının üzvü olan elmlər doktorları təyin edilirlər.
5.11. Elmi seminar ixtisas üzrə elmi dərəcəsi olan azı beş mütəxəssisdən ibarət tərkibdə yaradılır.
5.12. Elmi seminarda digər şəxslər, o cümlədən dissertasiya şurasının üzvləri səsvermə hüququ olmadan iştirak edə bilərlər.
5.13. Dissertasiyanın mövzusu iki ixtisası əhatə etdikdə dissertasiya işi uyğun ixtisaslar üzrə fəaliyyət göstərən elmi seminarların birgə iclasında müzakirə olunur.
5.14. Dissertasiya şurasının nəzdində uyğun ixtisas üzrə elmi seminar mövcud olmadığı halda dissertasiya şurasının yaradıldığı elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi rəhbərinin (onu əvəz edən şəxsin) əmri ilə müvafiq mütəxəssislərdən ibarət birdəfəlik elmi seminar yaradılır.
5.15. Fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün təşkil olunan elmi seminarlarda səsvermə hüququ olan azı iki elmlər doktoru, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün təşkil olunan elmi seminarlarda səsvermə hüququ olan azı üç elmlər doktoru iştirak etməlidir.
5.16. Elmi seminarın gedişinin videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılır və dissertasiya işi Komissiyaya təqdim edildikdə iddiaçının digər sənədlərinə əlavə olunur.
5.17. Elmi seminarda dissertasiyada şərh olunan elmi nəticələrin alınmasında iddiaçının konkret şəxsi iştirakı, tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların yeniliyi və elmi-praktiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlməsi, iddiaçının dərc olunmuş işlərində dissertasiya materiallarının əks etdirilməsi, avtoreferatın dissertasiyaya uyğunluğu və Komissiyanın müəyyən etdiyi tələblərə uyğun tərtib edilməsi müəyyənləşdirilir.
5.18. Elmi seminar dissertasiyanın müdafiəyə tövsiyə edilib-edilməməsinə dair qərar qəbul edir.
5.19. Elmi seminarın protokolu rəylərlə birlikdə elmi seminarın keçirildiyi tarixdən bir ay müddətinədək dissertasiya şurasına təqdim edilir.
5.20. Elmi seminar dissertasiyanı müdafiə üçün tövsiyə etmədiyi halda, dissertasiya şurası müzakirə zamanı müəyyən edilmiş nöqsanların əsaslandırıldığı qərarını vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə göndərir və dissertasiya və sənədləri iddiaçıya qaytarır.
5.21. Elmi seminarın fəaliyyətinin təşkili qaydasını Komissiya müəyyən edir.
5.22. Dissertasiya şurası elmi seminarın qərarı əsasında dissertasiya işinin müdafiəsinə razılıq verir və müvafiq elm sahəsində səriştəli alimlərdən (onların yazılı razılığı ilə) rəsmi opponentləri və müdafiənin vaxtını təyin edir. Dissertasiya şurası Komissiyanın müəyyən etdiyi “Dissertasiyaların avtoreferatlarının göndərilməli olduğu təşkilatların siyahısı”na əlavə olaraq digər ünvanları müəyyən edir, avtoreferatın əlyazması hüququnda çapına razılıq verir.
5.23. Zərurət yarandıqda, dissertasiya şurası müvafiq qaydada şuranın tərkibinə əlavə üzvlərin daxil edilməsi ilə bağlı Komissiya qarşısında vəsatət qaldırır.
5.24. Dissertasiya şurasında dissertasiya işlərinə elmi seminarların protokol tarixlərinə uyğun olaraq, növbəlilik əsasında baxılır.
5.25. Dissertasiya şurasında bir ay ərzində iki fəlsəfə doktoru və bir elmlər doktoru və ya dörd fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilə bilər.
5.26. Dissertasiya şurasında bir gün ərzində iki fəlsəfə doktoru və ya bir elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilə bilər.
5.27. Dissertasiya şuralarında dissertasiyaların müzakirəsi və müdafiəsi Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimata uyğun aparılır.
5.28. Dissertasiyanın mövzusu iki ixtisası əhatə etdikdə və dissertasiya şurasının ikinci ixtisas üzrə müdafiə keçirmək hüququ və ya həmin ixtisas üzrə fəaliyyət göstərən şura olmadıqda, Komissiya müdafiənin keçirilməsi üçün dissertasiya şurasının tərkibinə tələb olunan ixtisas üzrə uyğun mütəxəssislər daxil edir.
5.29. Dissertasiya şurası dissertasiya və sənədlərin təqdim olunduğu gündən etibarən fəlsəfə doktoru dissertasiyasının müdafiəsinin təşkili haqqında qərarı dörd ay, elmlər doktoru dissertasiyasının müdafiəsinin təşkili haqqında qərarı altı ay müddətində qəbul edir.
5.30. Dissertasiya şurasına təqdim olunan dissertasiya və avtoreferatın bir nüsxəsi müdafiə gününə azı bir ay qalmış əlyazması hüququnda saxlanılmaq üçün şuranın fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin kitabxanasına verilir, dissertasiya və avtoreferatların elektron versiyaları (məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiya və avtoreferat istisna olmaqla) həmin elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin, Komissiyanın rəsmi internet saytında yerləşdirilir.
5.31. Fəlsəfə doktoru dissertasiyası üzrə elmi dərəcəsi olan üç rəsmi opponent (azı biri elmlər doktoru olmaqla) təyin edilir. Rəsmi opponentlərdən biri müdafiəni keçirən şuranın üzvü ola bilər.
5.32. Elmlər doktoru dissertasiyası üzrə dörd elmlər doktoru elmi dərəcəsi olan rəsmi opponent təyin olunur. Rəsmi opponentlərdən ikisi müdafiəni keçirən şuranın üzvü ola bilər.
5.33. Rəsmi opponentlər eyni təşkilatı təmsil etməməlidirlər.
5.34. Komissiyanın Rəyasət Heyətinin sədri və üzvləri Komissiya Aparatının əməkdaşları, dissertasiya şuralarının sədrləri və sədr müavinləri, elmi katibləri, iddiaçıların elmi rəhbərləri, elmi məsləhətçiləri, iddiaçının elmi əsərlərinin həmmüəllifləri, həmçinin dissertasiyanın yerinə yetirildiyi və ya iddiaçının işlədiyi kafedra, laboratoriya və ya şöbənin əməkdaşları, müəssisənin rəhbərləri, ekspert şuralarının sədrləri, sədr müavinləri və elmi dərəcələr verilməsində fəaliyyətinə bu Əsasnaməyə uyğun olaraq Komissiyanın məhdudiyyət qoyduğu şəxslər rəsmi opponent ola bilməzlər.
5.35. Ekspert şuralarının üzvləri yalnız Komissiyanın razılığı ilə rəsmi opponent təyin oluna bilərlər.
5.36. Rəsmi opponentlərin əməyinin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
5.37. Rəsmi opponent dissertasiyanı və onun mövzusu üzrə dərc olunmuş elmi işləri araşdıraraq, dissertasiya şurasına yazılı rəy təqdim edir. Həmin rəydə mövzunun aktuallığı, nəticələrin yeniliyi və nəzəri-praktiki əhəmiyyəti, dissertasiyanın bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu öz əksini tapmalıdır.
5.38. Rəsmi opponentlərin yazılı rəyləri müdafiə gününə azı on gün qalmış dissertasiya şurasına, rəylərin surəti isə həmin müddətdə iddiaçıya təqdim edilməlidir.
5.39. Dissertasiya şurası bu Əsasnamə ilə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə rəsmi opponenti dəyişə və ya bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə onun yazdığı rəyi yenidən işləmək üçün rəsmi opponentə qaytara bilər.
5.40. Dissertasiya şurası iddiaçının və digər maraqlı şəxslərin əsaslandırılmış rəsmi müraciəti əsasında Komissiyanın razılığı ilə dissertasiyanın müdafiə tarixini dəyişdirə bilər.
5.41. Müdafiənin yeni təyin olunmuş tarixi haqqında iddiaçıya məlumat verilir, həmin məlumat, eyni zamanda, dissertasiya şurasının fəaliyyət göstərdiyi təşkilatın və Komissiyanın rəsmi internet saytında yerləşdirilir.
5.42. Dissertasiya şurasının iclası onun başlanmasından gizli səsvermənin nəticələri haqqında yekun rəy qəbul edilənədək üzvlərin azı üçdə iki hissəsi iclasda iştirak etdikdə səlahiyyətli sayılır.
5.43. Dissertasiya şurasının iclasında müdafiə zamanı ixtisas üzrə elmi dərəcəsi olan azı beş şura üzvü iştirak etməli və fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı onlardan azı üç nəfəri, elmlər doktoru dissertasiyasının müdafiəsi zamanı isə azı beş nəfəri elmlər doktoru olmalıdır.
5.44. Dissertasiyanın müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada olan bütün nəticələrin, elmi və nəzəri-praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə edilməlidir.
5.45. Dissertasiyanın müdafiəsində rəsmi opponentlərin iştirakı mütləqdir.
5.46. Müstəsna hallarda müsbət rəy vermiş rəsmi opponentlərdən yalnız birinin müdafiədə iştirak etməməsinə icazə verilir. Bu halda dissertasiya şurasının iclasında həmin rəsmi opponentin rəyi oxunur.
5.47. Dissertasiyaya dair rəsmi opponentlərin verdikləri rəylər mənfi olduğu halda da dissertasiyanın müdafiəsi keçirilir.
5.48. Dissertasiyanın müdafiəsi, bir qayda olaraq, Azərbaycan dilində keçirilir. Dissertasiya şurası üzvlərinin və rəsmi opponentlərin açıq səsverməsi əsasında səs çoxluğu ilə qəbul olunmuş qərarla dissertasiyanın müdafiəsi, sinxron tərcümə təmin edilməklə, digər dildə keçirilə bilər.
5.49. Dissertasiya şurasının fəaliyyəti ilə əlaqədar kargüzarlıq işləri Azərbaycan dilində aparılır.
5.50. Dissertasiyanın müdafiəsi bitdikdən sonra dissertasiya şurası gizli səsvermə keçirir.
5.51. Gizli səsvermənin keçirilməsi üçün açıq səsvermə əsasında sadə səs çoxluğu ilə iclasda iştirak edən dissertasiya şurası üzvlərindən üç nəfərdən az olmamaqla hesablama komissiyası yaradılır.
5.52. Gizli səsvermə iki mərhələdə keçirilir. Birinci mərhələdə dissertasiya şurasının iclasında müdafiənin keçirildiyi ixtisas üzrə iştirak edən şura üzvləri, ikinci mərhələdə dissertasiya şurasının digər üzvləri səs verirlər.
5.53. Müdafiənin keçirildiyi ixtisas üzrə şura üzvlərinin azı üçdə ikisi və dissertasiya şurasının digər üzvlərinin azı üçdə ikisi iddiaçıya fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi verilməsinin lehinə səs verdikdə, gizli səsvermənin nəticəsi müsbət hesab edilir.
5.54. Hesablama komissiyası protokolunda əvvəl birinci mərhələnin səsverməsinin nəticəsi, sonra ikinci mərhələnin səsverməsinin nəticəsi göstərilir. Protokol iclasda iştirak edən dissertasiya şurası üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə təsdiq edilir.
5.55. Elmi dərəcənin verilməsinə dair gizli səsvermənin nəticəsi müsbət olduqda, dissertasiya şurası dissertasiya haqqında açıq səsvermə əsasında sadə səs çoxluğu ilə yekun rəy qəbul edir.
5.56. Dissertasiya şurasının yekun rəyində dissertasiyanın iddiaçı tərəfindən alınmış mühüm elmi nəticələri göstərilir, onların dürüstlüyü, yeniliyi, nəzəriyyə və praktika üçün əhəmiyyəti qiymətləndirilir, dissertasiyanın nəticələrindən istifadə edilməsi haqqında tövsiyələr verilir və onun bu Əsasnamənin 3.1-ci və ya 3.2-ci bəndlərinin tələblərindən hansına uyğun olaraq qiymətləndirildiyi əks etdirilir.
5.57. Dissertasiyanın müdafiəsi zamanı dissertasiya şurasının iclaslarının keçirilməsi proseduru, o cümlədən gizli səsvermənin və hesablama komissiyasının işinin təşkili Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir.
5.58. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında müsbət qərar qəbul etdikdən sonra iki ay müddətində iddiaçının elmi dərəcə almaq üçün Komissiyanın müəyyən etdiyi qaydada tərtib olunmuş sənədlərini, dissertasiyanın bir nüsxəsini və onların elektron versiyasını Komissiyaya təqdim edir.
5.59. İddiaçının elmi dərəcə almaq üçün təqdim edilmiş sənədləri on ildən az olmayan müddətdə dissertasiya şurasının fəaliyyət göstərdiyi müəssisənin və Komissiyanın arxivlərində saxlanılır.
5.60. Dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir.
5.61. Dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər.
5.62. Təkrar müdafiə zamanı yeni rəsmi opponentlər təyin edilir. Əvvəlki müdafiə zamanı verilmiş bütün mənfi rəylər təkrar müdafiədə səsləndirilməlidir.
5.63. Dissertasiya işinə baxılma prosesində hazırlanmış bütün sənədlər dissertasiya şurasının fəaliyyət göstərdiyi elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində saxlanılır və tələb edildikdə təkrar müdafiə keçirilən təşkilata göndərilir.
5.64. İddiaçı gizli səsvermə başlayana qədər yazılı ərizə ilə dissertasiyaya baxılmanı istənilən mərhələdə dayandıra bilər.
5.65. İddiaçı dissertasiyaya baxılmanı dayandırmaq haqqında dissertasiya şurasına ərizə ilə müraciət etdikdə dissertasiya şurasının sədri ərizəni, dissertasiyanın və avtoreferatın bir nüsxəsini dissertasiya şurasında saxlamaqla, iddiaçının təqdim etdiyi digər sənədlərin ona qaytarılması haqqında qərar qəbul edir.
5.66. İddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi aşkar olunarsa, dissertasiya şurası, dissertasiyaya baxılma mərhələsindən asılı olmayaraq, həmin dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dissertasiyanın ekspertizasını dayandırır. Bu zaman iddiaçının dissertasiya işinə baxılmanı dayandırmaq haqqında ərizəsi qəbul olunmur, dissertasiya və avtoreferat dissertasiya şurasının qərarı ilə birlikdə müvafiq məktubla Komissiyaya göndərilir.
5.67. Elmi müəssisə və təşkilatların rəhbərləri və onların müavinləri, ali təhsil müəssisələrinin rektor və prorektorları rəhbərlik etdikləri qurumların nəzdində fəaliyyət göstərən dissertasiya şuralarında müdafiə edə bilməzlər.
5.68. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri dissertasiya və ekspert şuralarının sədri, sədr müavinləri ola bilməzlər.
6. Komissiyada dissertasiyalara baxılma
6.1. Fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Rəyasət Heyətində baxılır və qərar qəbul edilir.
6.2. Elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilən dissertasiya və avtoreferat, bu Əsasnamənin 3-cü hissəsində dissertasiyaya və avtoreferata dair tələblər nəzərə alınmaqla, Azərbaycan və ya rus dillərində, digər sənədlər Azərbaycan dilində, stenoqram isə müdafiənin keçirildiyi dildə olmalıdır. Xarici dildə dərc edilmiş elmi nəticələr, məqalələr, elmi tədbirlərin nəticələri üzrə dərc olunmuş məruzə və tezislər bu Əsasnamənin 2.16-cı bəndinin tələbləri nəzərə alınmaqla təqdim edilir.
6.3. Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır.
6.4. Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
6.5. Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya dissertasiya işinin ekspertizasını dayandırır və onu vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə və ya müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarır.
6.6. Ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən edilir.
6.7. Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən üç ay, elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə isə daxil olduğu gündən beş ay müddətində baxılır.
6.8. Dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya, səbəbini əsaslandıraraq, bu müddəti üç aya qədər artıra bilər.
6.9. Elmi dərəcə almaq üçün təqdim edilən sənədlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.
6.10. Komissiyanın Rəyasət Heyətinin, Kollegiyasının və ya rəhbərinin qərarına əsasən dissertasiya şuralarının və elmi seminarların sədrləri, sədr müavinləri, rəsmi opponentlər, elmi rəhbərlər, elmi məsləhətçilər və iddiaçılar Komissiyanın iclaslarına dəvət edilə bilərlər.
6.11. Elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılmış birgə dissertasiya şuralarının fəaliyyətində Komissiya azı bir il müdafiə prosedurlarının, elmi etikanın pozulması, elmi plagiat halları aşkar etmədiyi təqdirdə, həmin dissertasiya şuralarının vəsatəti əsasında elmi dərəcə verilməsi haqqında birbaşa (ekspertizasız) qərar qəbul edə bilər.
Müdafiə prosedurunun, elmi etikanın pozulması, elmi plagiat halları aşkar etdiyi təqdirdə Komissiya həmin dissertasiya şuralarının bu hüququna xitam verir.
6.12. Komissiyanın Rəyasət Heyətinin və Kollegiyasının qərarlarının surəti iddiaçının müraciəti ilə bir ay müddətində ona verilir.
6.13. Elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilmiş dissertasiya, avtoreferat və digər sənədlərdə aşkar edilmiş nöqsanların düzəldilməsinə yol verilmir.
6.14. Elmi dərəcə verilməsi haqqında Komissiyada qərar qəbul olunanadək iddiaçının istənilən mərhələdə dissertasiyaya baxılmanı dayandırmaq hüququ vardır.
6.15. İddiaçının ərizəsinə əsasən dissertasiyaya baxılmanın dayandırılması haqqında Komissiyanın qərarı qətidir.
6.16. Dissertasiyaya baxılmanın dayandırılmasından və Komissiyanın elmi dərəcə verilməsindən imtina barədə qərarından sonra həmin dissertasiya, yeni iş kimi azı bir ildən sonra ilkin müzakirədən keçirilməklə müdafiəyə təqdim oluna bilər.
6.17. Komissiya iddiaçının dissertasiyasında, avtoreferatında və dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini aşkarlayarsa, baxılma mərhələsindən asılı olmayaraq, dissertasiyanın və sənədlərin ekspertizası, eyni mövzu və dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dayandırılır. Bu zaman iddiaçının dissertasiya işinə baxılmanı dayandırmaq haqqında ərizəsi qəbul olunmur və onun dissertasiyası və sənədləri Komissiyada saxlanılır.
6.18. Komissiya dissertasiya şurasında müdafiə prosedurunun pozulduğunu aşkar etdikdə, dissertasiya şurasının iclasına sədrlik etmiş şəxsə və dissertasiya şurasının elmi katibinə bu barədə rəsmi xəbərdarlıq edir.
6.19. Komissiya dissertasiya şurasında müdafiə prosedurunun pozulduğunu aşkar etdiyi halda dissertasiyanın təkrar müdafiəsi Komissiyanın Rəyasət Heyətinin bu barədə qərarından sonra üç aydan tez olmayaraq keçirilir.
6.20. Komissiya dissertasiya şurasında üçüncü dəfə müdafiə prosedurunun pozulduğunu aşkar etdikdə, dissertasiya şurasının iclasına sədrlik etmiş şəxsi və dissertasiya şurasının elmi katibini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında vəzifələrinin icrasından kənarlaşdırır.
6.21. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu aşkar etdikdə, dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsə, dissertasiya şurasının elmi katibinə və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrinə bu barədə rəsmi xəbərdarlıq edir.
6.22. Komissiya üçüncü dəfə dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu aşkar etdikdə, dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsi, dissertasiya şurasının elmi katibini və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında və elmi seminarda vəzifələrinin icrasından kənarlaşdırır.
6.23. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq edir.
6.24. Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ vermir. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz.
6.25. Elmi dərəcənin verilməsinə dair müsbət qərar qəbul edildiyi halda dissertasiyanın Komissiyaya təqdim olunmuş nüsxəsi (kağız və elektron daşıyıcıda) və bir ədəd avtoreferat saxlanılmaq üçün Azərbaycan Milli Kitabxanasına göndərilir.
7. Nostrifikasiya və təkrar attestasiya
7.1. Xarici ölkələrdə alınmış fəlsəfə doktoru elmi dərəcəsi sənədlərinin nostrifikasiyası və təkrar attestasiya məsələlərinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsi sənədlərinin nostrifikasiyası və təkrar attestasiya məsələlərinə Komissiyanın Rəyasət Heyətində baxılır və qərar qəbul edilir.
7.2. Elmi dərəcələrin tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olan xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) iddiaçının işlədiyi təşkilatın vəsatəti və ya iddiaçının ərizəsi əsasında, müraciət daxil olduğu gündən üç ayadək müddətdə həyata keçirilir. Komissiya iddiaçıya xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədinin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) barədə şəhadətnamə verir.
7.3. Elmi dərəcələrin tanınması və ya bərabər tutulması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri (sazişləri) olmayan xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin tanınması – xarici ölkələrdə elmi dərəcə almış şəxslərin təkrar attestasiyası iddiaçının işlədiyi təşkilatın vəsatəti və ya iddiaçının ərizəsi əsasında, müraciət daxil olduğu gündən altı ayadək müddətdə həyata keçirilir. Komissiya iddiaçıya xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə verir.
7.4. Nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilən sənədlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir.
7.5. Nostrifikasiya və təkrar attestasiya üçün təqdim edilməli sənədlərin siyahısını Komissiya müəyyən edir.
7.6. Komissiya nostrifikasiya və təkrar attestasiya zamanı dissertasiya işini ekspertiza üçün elm sahəsinə uyğun olan ekspert şurasına göndərir. Ekspert şurasında dissertasiyanın Azərbaycan Respublikasında müvafiq elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiyalara dair tələblərdən azı birinə cavab verməsi və dərc olunmuş işlərin dissertasiyanın əsas nəticələrini əks etdirməsi qiymətləndirilir. Təkrar attestasiya zamanı, həmçinin iddiaçının müvafiq elmi dərəcəyə uyğunluq səviyyəsi qiymətləndirilir.
7.7. Təkrar attestasiya zamanı iddiaçı Komissiyanın qərarı ilə ekspert şurasına dəvət olunur. Nostrifikasiya zamanı isə iddiaçının öz yazılı ərizəsi əsasında ekspert şurasının iclasında iştirak etmək hüququ var.
7.8. Komissiya ekspert şurasının tövsiyəsi əsasında nostrifikasiyadan və ya təkrar attestasiyadan keçməyə dair qərar qəbul edir. Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri Komissiya tərəfindən nostrifikasiyadan və ya təkrar attestasiyadan sonra Azərbaycan Respublikasının ərazisində müvafiq elm sahəsində fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrinə ekvivalent sayılır.
7.9. Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
7.10. Nostrifikasiyaya və təkrar attestasiyaya dair müsbət qərar qəbul edildiyi halda dissertasiyanın Komissiyaya təqdim olunmuş nüsxəsi (kağız və elektron daşıyıcıda) və avtoreferat (olduğu halda) saxlanılmaq üçün Azərbaycan Milli Kitabxanasına göndərilir.
7.11. Komissiyanın nostrifikasiyadan və təkrar attestasiyadan imtina barədə qərarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət verilə bilər.
8. Diplomların və şəhadətnamələrin hazırlanması və verilməsi
8.1. Dissertasiya şuralarının elmi dərəcələr verilməsi haqqında vəsatətləri əsasında Komissiyanın qəbul etdiyi qərarlar, o cümlədən nostrifikasiya və ya təkrar attestasiyaya dair qərarlar qəbul edildiyi gündən qüvvəyə minir.
8.2. Fəlsəfə doktoru və ya elmlər doktoru diplomlarının və nostrifikasiya və ya təkrar attestasiya əsasında verilən şəhadətnamələrin, habelə onların dublikatlarının hazırlanması və verilməsi qaydasını Komissiya müəyyən edir.
8.3. Fəlsəfə doktoru və ya elmlər doktoru diplomlarının, habelə nostrifikasiya və ya təkrar attestasiya əsasında verilmiş şəhadətnamələrin itirildiyi, yararsız hala düşdüyü və ya həmin sənədlərdə səhv aşkar olunduğu hallarda şəxslərə yeni nömrə ilə həmin sənədlərin dublikatı verilir. Göstərilən sənədlərin sahiblərinin soyadı, adı və atasının adı dəyişdikdə, həmin sənədlər onların müraciəti əsasında dəyişdirilir.
9. Elmi dərəcədən məhrumetmə və elmi dərəcənin bərpası
9.1. Komissiya şəxslərin elmi dərəcədən məhrum edilməsi (elmi dərəcənin bərpası) məsələsinə, elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsasları göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir. Fiziki şəxsin imzası ilə müraciətində onun soyadı, adı və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla), elektron və poçt ünvanı, əlaqə nömrələri göstərilir.
9.2. Komissiya elmi dərəcədən məhrumetmənin (elmi dərəcənin bərpasının) əsaslarını özü aşkar etdiyi halda həmin məsələyə öz təşəbbüsü ilə baxır.
9.3. Komissiya aşağıdakı hallarda elmi dərəcədən məhrumetmə ilə bağlı qərar verir:
9.3.1. müdafiə proseduru pozulduqda;
9.3.2. elmi plagiat aşkar edildikdə;
9.3.3. elmi etika pozulduqda.
9.4. Komissiya elmi dərəcədən məhrum edilmiş şəxsin elmi dərəcəsini qanuni əsaslar olduğu halda bərpa edir.
9.5. Komissiyada elmi dərəcədən məhrumetmə və elmi dərəcənin bərpası üçün təqdim olunan sənədlərə bu barədə müraciət daxil olduğu gündən altı ay müddətində baxılır. Sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya bu müddəti üç aya qədər artıra bilər.
9.6. Elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) məsələsinə həmin şəxsin iştirakı ilə baxılır. Aidiyyəti şəxs üzrsüz səbəbdən iclasda iştirak etmədikdə, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) məsələsinə onun iştirakı olmadan baxıla bilər.
9.7. Elmi dərəcədən məhrumetmə məsələlərinə elmi dərəcənin verildiyi tarixdən on il keçdikdən sonra baxılmır.
10. Şikayətlərə baxılma
10.1. Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər.
10.2. Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər.
10.3. Şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır.
10.4. Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir.
10.5. Şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və məhkəmə qaydasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
Üniversitesi. İlahiyyat Fakültesi Dergisi, sayı II, 2001.
2. Abdurrahman Kasapoğlu. Kuranda İmam Psikolojisi. Yalnızkurt Yayınları.
3. Ahmet Kabaklı. Türk Edebiyatı. Cilt 2, İstanbul, 1973.
4. Atilla Yargıcı. Mevlananın Allah sevgisi ile ilgili şiirlerinin Kuran açısından
değerlendirilmesi. Harran Üniversitesi. İlahiyyat Fakültesi Dergisi, sayı 18, 2007.
6. Buhari. Ebu Abdullah Buhari. İsmail Salihü’l-Buhari. İman, 8. Beyrut 1991.
7. Emel Koç. Yunus Emre düşüncesinde aşk ve eğitim. Hacı Bektaş
Veli.Araştırma Dergisi, 2003/26.
8. Əbu Hamid əl-Qəzali. Qəlblərin kəşfi. Bakı 2011.
9. Gazzali. Ebu Hamid Muhammed b.Muhammed. İhyan Ulumi d-din.
Çev.Ahmet Serdaroğlu. IV, İstanbul, 1978.
10. Habib İdrisi. Yunus Emre ve Şah İsmail Hataide insan ve aşk. Uluslararası
Yunus Emre Sempozyumu Bildirileri. Atatürk Kültür, Dil ve tarih Yüksek Kurumu.
Atatürk Kültür Merkez Yayınları. Ankara 1991,
11. İbrahim Özay. İbn Hazmda aşk kavramı. Ekev Akademisi Dergisi, sayı 17,
Nigar İsmayılzadə
12. İbnü’l Arabi. Fütühatü’l Mekkiyye. Tarihsiz, Cilt II, 337.
13. İbnü’l Arabi. İlahi aşk. Çev.Mehmet Kanık. İnsan yayınları. İstanbul 1998.
14. Doç.Dr.İbrahim Aslanoğlu. Mevlananın aşk ve insan felsefesi. Hacı Bektaş
Veli. Araştırma Dergisi, 2000/16.
15. İsa Çelik. Hz.Mevlananın düşüncesinde aşk kavramı. Uluslararası Mevlana
ve Mevlevilik Sempozyumu. Bildiriler. Şanlıurfa, 2007.
16. Kurani Kerim ve Açıklamalı meali. T.D.V. Yayınları. Ankara, 1993.
17. Musa Kaval. Mesnevide aşk ve aşık. Ekev Akademisi Dergisi, sayı 15, 2011.
18. Mesnevi, V, 287, 3547.
19. Mesnevi, VI, 415.
20. Yrd.Doç.Dr.Metin Hakverdioğlu. Füzulide aşk ve aşık kavramı. The Journal
of Academic Social Science Studies.Volume 5, Issue 1, February 2012.
21. Süleyman Ateş. İlahi aşk. Diyanet İşleri Başkanlığı Dergisi. Dini, ahlaki,
edebi, mesleki aylık dergi. 5. Cilt, 1996.
23. Süleyman Uludağ. T.D.V.İslam ansiklopedisi, “Aşk” Maddesi, Cilt 4,
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
Eşq insanla Rəbbi arasında bir vasitədir. İlahi eşq geniş ölçüdə təsəvvüfdə,
qismən də İslam fəlsəfəsində işlənmişdir. Eşq anlayışı təsəvvüf düşüncəsinin əsas
qayəsidir. Həqiqi aşiq qəlbindəki Allah sevgisinə heç bir varlığın sevgisini ortaq
etməz. Eşq anlayışı ədəbiyyatda böyük maraqla qarşılanmışdır. Türk ədəbiyyatında
eşq mövzusu müxtəlif əsərlərin meydana çıxmasına səbəb olmuşdur. Mövlanə
Cəlaləddin Rumidən başlayarak Yunus Əmrə, Əşrəfoğlu Rumi, Dədə Ömər, Nəimi,
Nəsimi və bir çox şairlər əsərlərində ilahi eşqə yer vermişlər.
Любовь это путь от Аллаха (Господа) к человеку. Божественная любовь в
широком измерении нашла отражения в суфизме, а отчасти – в Мсламской
философии. Понятие любви служили основной идеей суфийского сознания.
Для человека поистине уверовавшего, божественная любовь превыше любой
другой. Понятие любви было встречано в литературе с большим интересом. В
турецкой литературе тема любви обусловила появлению многих произведений.
Начиная с Джалаледдина Руми, многие поэты Юнус Емре, Эшрефоглы Руми,
Деде Омар, Рушени, Наими, Насими и др. воспивали в своих произведениях
Love is the way from Allah to Human. Divine love in spread measurement
found attractive in Sufism, most of all in Islamic philosophy. Definition of love
served as mainly idea of Sufism consciousness. For human verily worships to divine
love are above any off all things. Definition of love was crossed in literature with
great interest. In Turkish literature theme of love obscured by exposures many works
from beginning of Jellaleddin Rumi, most of poets Yunus Emre, Eshrefoglu Rumi,
Dede Omar, Rusheni, Nasimi along with educated in own works divine love.
Çapa tövsiyə etdi: akad.V.M.Məmmədəliyev
Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr
ƏRƏB ƏDƏBİ DİLİNDƏ MÜBTƏDA VƏ
TAMAMLIQ BUDAQ CÜMLƏLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR
dos. Solmaz Hüseynova
BDU İlahiyyat fakültəsi
Açar sözlər: budaq cümlə, tabelilik bağlayıcıları, qeyri-müəyyən əvəzliklər
Ключевые слова: придаточное предложение, сложносочинительные
союзы, неопределенные местоимения
Key words: subordinate clause, complex conjunctions, indefinite pronouns
Adı çəkilən cümlə növlərindən danışmazdan əvvəl məqalənin adına müəyyən bir
aydınlıq gətirmək istərdik. Niyə görə məhz mübtəda və tamamlıq budaq cümlələrini
birlikdə təhlil etmək fikri yarandı? Mübtəda və tamamlıq budaq cümlələri kim? nə?
nəyi? nəyə? nə haqda? suallarına cavab verir. Bu cümlələrin quruluşunda, budaq
cümlələrin baş cümlələrə bağlanmasında oxşarlıq mövcuddur. Onu da deyək ki,
klassik ərəb qrammatikasında mürəkkəb cümlə istilahı olsa da, “baş cümlə” termin-
lərinə rast gəlinmir.
Bu terminlər ərəbşünaslıqda işlənir ki, belə cümlələr haqqında danışarkən
onlardan istifadə etməmək qeyri- mümkündür. Ərəb qrammatikasında اربخ ةعقاو ةلمج
– başqa cümlənin xəbərlik funksiyasını yerinə yetirən cümlə لاعفم ةعقاو ةلمج –
tamamlığın funksiyasını yerinə yetirən cümlə kimi istilahlar işlədilir ki, bunları da
xəbər və tamamlıq budaq cümlələri kimi başa düşmək olar. Aşağıdakı termini də
budaq cümlə kimi anlamaq mümkündür:
بارعلأا نم لحم اھل ةلمجل ةعبات ةلمج
Bu termini “cümlə üzvlü funksiyasını yerinə yetirən cümləyə əlavə olan və ya
ona tabe olan cümlə” kimi tərcümə etmək olar.
Tabeli mürəkkəb cümləni təşkil edən tarkib hissələrindən biri digərindən asılı
vəziyyətdə olur. Bu tərkib hissələrindən müstəqil olanı baş, asılı olanı isə budaq
cümlə adlanır (4, 389).
Tabeli mürəkkəb cümlədə budaq cümlənin baş cümlədən asılılığı heç də eyni
dərəcədə olmur. Ərəb dilində tabeli mürəkkəb cümlənin komponentlərinin bir-birinə
Solmaz Hüseynova
bağlanmasında bağlayıcıların, qeyri-müəyyən əvəzliklərin, nisbi əvəzliklərin rolu çox
Haqqında söhbət açdığımız mübtəda budaq cümləsi baş cümlənin mübtədası
haqqında geniş tasəvvür yaratmaq üçün işlədilir. Əgər baş cümlədə mübtəda
işlənməzsə, budaq cümlənin baş cümlədəki vəzifəsinə görə mübtəda budaq cümləli
tabeli mürəkkəb cümlələri bir neçə qrupa bölmək olar.
Ərəb dilində çox zaman belə baş cümlələr mübtədası buraxılmış kontekstual
yarımçıq cümlələrdən ibarət olur. Belə yarımçıq cümlələr ismi xəbərlərdir ki, onlar,
sifətlər və ismi – məfullarla ifadə olunur ki, onlar da müəyyənlik və qeyri
müəyyənlikdə işlənə bilir:
حضاولا ، حضاو ، مولعملا ، مولعم
Belə xəbərlər ön qoşmalarla və adətən نم ön qoşması ilə işlədilir:
عقوتملا نم ، رظتنملا نم ، حضاولا نم ، مولعملا نم
(Məlumdur (məlumdandır), aydındır, gözlənilir).
Bəzən isə baş cümlələr sadəcə fellərdən, fellərlə işlənən mənsubiyyət
şəkilçilərindən və ön qoşmalardan ibarət olur:
(Mənə çatmışdır, mənə belə gəlir)
Baş və budaq cümlələr bir-birinə ﱠنأ və ْنأ tabelilik bağlayıcıları ilə bağlanır
ا جاتنا ديزتس ةيناجيابرذلآا ةموكحلا نأ عقوتملا نم
Azərbaycan hökümətinin neft və qaz istehsalını artıracağı gözlənilir
(hərfən: Gözlənilir ki, Azərbaycan höküməti neft və qaz istehsalını artıracaqdır).
ىعسأ لا مث ، ناديز يجرج موحرملا بتك نم اھريغب و ءلابرك ةداغب بجعأ نأ ابيرغ ودبي دق و
Yəqin cox qəribə görünər ki, mərhum Cürci Zeydanın “Kərbala gözəli” və
başqa kitablarını mən çox bəyənirdim və onunla tanış olmağa və münasibət yarat-
mağa çalışmışdım (H.Heykəl).
ةظحللا كلت يف اھلزنم نم ناريجلا ةاتف تجرخ نأ نقتا و
Belə oldu ki, həmin anda qonşunun qızı hamam çantasını götürərək öz
Mübtəda budaq cümləli baş cümlələrə يتلا ، يذلا (müvafiq olaraq bu əvəzlik-
lərin təsniyə və cəmləri) nisbi əvəzlikləri və ” نم ” və ” ام
əvəzlikləri ilə də bağlana bilər. Məsələn:
، ماعنلأا ) مكيلع ملاس لقف انتايأب نونمؤي نيذلا كءاج اذأ و
Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr
Ayələrimizə iman edənlər sizin yanınıza gəldikdə onlara de : Sizə salam olsun.
جلا باحصأ كئلاوأ تاحلاصلا اولمع و انماء نيذلا و
، ةرقبلا) نودلاخ اھيف مھ ةن
Kimlər ki (hansılarkı) yaxşı işlər görür, onlar cənnətlikdilər və orada əbədi
، ةرقبلا ةروس ) نينمؤمب مھ ام و رخلاا مويلاب و اب ا ّ◌ ّنما لوقي نم سانلا نم و
İnsanlardan biz Allaha və axirət gününə inanaraq deyənlər vardır, lakin onlar,
، ةرقبلا ) نودلاخ اھيف مھ و رانلا باحصأ كئلأف هتئيطخ هب تطاحا و ةئيس بسك نم ، ىلب
Bəli, kim ki günah qazanmışdır və günahları onları bürümüşdür, onlar cəhənnəm
əhlidirlər və orada əbədi qalacaqlar.
Bunu da qeyd etmək lazımdır ki, ” نم ” qeyri-müəyyən əvəzliyi həm mübtəda
budaq cümləli, həm də şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə işlədilir.
Əgər cümlənin xəbəri felin xəbər şəklindədirsə, belə cümlələr mübtəda budaq
Yuxarıda buna aid misal gətirmişdik. Xəbərlər felin indiki – gələcək zamanında
olduğu kimi, keçmiş zamanda da ola bilər.
نم qeyri-müəyyən əvəzliyi olan mübtəda budaq cümlələri bir çox ərəb atalar
sözlərində ifadə edilmişdir.
ءاس ام يقل ءاش ام لعج نم
İstədiyini edən istəmədiyinə rast gələr.
هيلع باش ءيش ىلع بش نم
Kim nə ilə doğulubsa, onunla da qocalar.
Xəbər felin şərt formasındadırsa, cümlə şərt budaq cümləli tabeli mürəkkəb
cümlədir. Ərəb qrammatikasında buna ةيطرشلا ةلمجلا – şərt cümləsi deyilir.
هشومخ ْلمتحيلف طقلا ِبعلاي نم
Pşiklə oynayan onun cırmağına dözməlidir.
، ناقرفلا ) اماثأ َقْلَي كلذ ْلعفي نم و
Onu edən şəxs günahını tapar.
Hərfi tərcümə: Kim bunları edərsə, cəzasını tapar.
Bu ayənin tərcüməsindən də bəlli olur ki. qrammatikaya görə, həmin cümlə həm
mübtəda, həm də şərt budaq cümləsi kimi qəbul edilə bilər.
، ناقرفلا ) اباتم ﷲ ىلا بوتي هنأف احلاص لمع و بات نم
Kim tövbə edib yaxşı işlər görərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər.
Bu cümləni isə, şübhəsiz mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə hesab
Solmaz Hüseynova
” ام ” qeyri-müəyyən əvəzliyi ilə işlədilən mübtəda budaq cümləli tabeli
mürəkkəb cümlələr də maraq doğurur.
احيحص امئاد ةنكم لاأ باوبأ ىلع بتكي ام سيل
(Müəyyən) yerlərin qapılarında yazılanlar həmısı da düzgün olmur
Keçən öldü ( nə ki keçdi öldü)
يذلا “hansı ki”, hansı ki o, نم və ام qeyri – müəyyən əvəzliklər , kim, kim
ki o, hər kəs ki o, nə, nə ki, hər nə ki ” kimi tərcümə edilir.
Buna görə də onların yuxarıdakı misallarda işarəedici mənada işlədilməsi
zamanı bu əvəzliklər iki hissəyə ayrılır, onların işarə edən hissəsi baş cümlədə qalır,
aid (nisbi), hissəsi isə budaq cümləyə keçir (6, 126).
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş
cümlənin vasitəsiz və ya vasitəli tamamlıq tələb edən üzvünü tamamlayaraq baş
cümləyə ّنأ (ki) bağlayıcısı, ام və نم qeyri-müəyyən əvəzlikləri ilə bağlanır.
ا ةياورلا نأ تعمس
رخآ ناونع تحت تردص دق ةروكذمل
Eşitmişəm ki adı çəkilmiş roman başqa bir adla nəşr olunmuşdur.
Budaq cümlənin mübtədası
ّنأ bağlayıcısından nisbətən uzaq (distant)
vəziyyətdə işlədildikdə bağlayıcıya əsil mübtədanın cins və kəmiyyətindən asılı
olmayaraq ه (hu) bitişən əvəzliyi artırılır, mübtəda isə adlıq hal formasını alır.
Budaq cümlənin mübtədasını təsirlik halda olmaqdan azad edən bu əvəzliyə
kəməkçi və ya qrammatik mübtəda deyilir (4; 170).
ھمجلا سيئر لبقملا رھشلا يف رفاسيس هنأ دئارجلا يف تأرق
ىندلأا قرشلا نادلب ىلا ةيرو
Gəzetlərdən oxumuşam ki, gələn ay respublikanın prezidenti Yaxın Şərq
ölkələrinə səfər edəcəkdir. Bu misalda ه (hu) köməkçi, ةيروھمجلا سيئر əsil
Tamamlıq budaq cümlələrinin bir çox maraqlı növləri vardır.
Vasitəli tamamlığın suallarına cavab verən tamamlıq budaq cümlələri baş
cümləyə bağlayıcı sölərlə və ya onların köməyi olmadan da bağlana bilər. Bu o
zaman baş verir ki, tamamlıq budaq cümləsində أ (ə) və ya لھ (həl) sual ədatları
olur və bu ədatlar belə cümlələrin əvvəlində, fellərin yanında işlənir.
وسب ه أرقي انديس و هلوح نم لاعنلاب ثبعي ضرلأا ىلع اسلاج انم دق امل هسفن انبحاص ىري
(نيسح هط) ديعم وأ ائداب اھؤرقي ناكأ ركذي لا هنكل
Bizim dostumuz özünü, bizim əvvəl xatırladığımız kimi, yerdə oturan, yanındakı
ayaqqabi ilə (səndəllər lə) ilə oynayan görürdü, müəllimiz isə ona ər-Rəhman
surəsini oxuyur, lakin o xatırlamır ki, onu (surəni) ilk dəfə,yoxsa təkrarən oxuyur
Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr
Tamalıq budaq cümlələri baş cümlələrlə ” ام ” qeyri – müəəyən əvəzliyi ilə də
، ةرقبلا ةروس) مكانقزر ام تابيط نم اولك.
Verdiyimiz gözəl nemətlərdən yeyin. (Hərfən : yeyin gözəl nemətlərdən , nə yi
ki sizə vermişik).
Cox zaman ” ام ” qeyri- müəyyən əvəzliyi bir sıra ön qoşmalarla, xüsusən ـب
امب ) və نع ( امع ) işlənir.
، ةرقبلا ) نولقعت لافأ مكبر دنع هب مكوجاحيل مكيلع ﷲ حتف امب مھنوثدحتأ اولاق
Allah sizə bəyan etdiyiniz (nəyi ki, Allah sizə bəyan etmişdir) onlara
bildirirsinizmi ki, onlar da bunu Rəbbimizin hüzurunda sizə qarşı dəlil gətirsinlər,
، ةرقبلا ) نولمعت امع لفاغب ﷲ امو
Allah sizin etdiklərinizdən qafil deyildir. (Hərfən: Allah qafil deyildir nədən ki,
Vasitəli sual şəkklində olan tamamlıq budaq cümlələri baş cümlələrlə həm də
şərt bağlayıcısı ْنِا ilə bağlanır ki, mi (mı, mu, mü) kimi tərcümə edilir:
( “للاھلا” ، لكيھ ) ادبأ هرأ مل ىلعل و نيترم وأ ةرم هتيأر دق تنك ْنِا ركذأ تسل و
Mən xatırlamıram ki, onu mən bir dəfə, yoxsa iki dəfə görmüşəm, bəlkə də mən
onu heç görməmişəm.
İSTİFADƏ EDİLMIŞ ƏDƏBİYYAT:
1. Cəlilov F. Mürəkkəb cümlə sintaksisi, Bakı, 1983.
2. Qurani-Kərim. Azərbaycan dilinə tərcümə, tərcüməçilər: akad. Z.M.Bünya-
dov, akad. V.M.Məmmədəliyev
3. Kurani- Kerim və açıklamalı mealı, Ankara, 1997.
4. Məmmədov Ə.C.Ərəb dili, Bakı, 1963.
5. Müasir Azərbaycan dili, üç cilddə, II c. Morfologiya, III c. Sintaksis, Bakı,
6. Семенов Д.В. Синтаксис современного арабского литературного языка,
Ленинград, Из- во АН СССР, 1941.
يناثلا ءزجلا، بارعلأا بتك نع بيبللا نغم ، راصنلأا ماشھ نبا نيدلا لامج
، ةرھاقلا ، يناثلا ءزجلا ، يبرعلا وحنلا ةسارد ىلا لخدملا ، مراكم وبأ يلع روتكدلا
Solmaz Hüseynova
Ərəb ədəbi dilində mübtəda və
tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr
Məqalədə ərəbədəbi dilində mübtəda və taamamlıq budaq cümlələrinin yaranma
yolları nəzərdən keçirilir. Burada qeyd edilir ki, hər iki növ budaq cümlələr baş
cümlə ilə nisbi əvəzliklər, həmçinin bağlayıcı və bağlayıcı vəzifəsində olan ədatlar
vasitəsilə əlaqələndirilə bilər. Bu zaman əlaqələndirici sözlər müvafiq olaraq budaq
cümlələrin mübtədası və tamamlığı kimi çıxış edir. Məqalənin müddəaları
qəzetlərdən, bədii ədəbiyyatdan və Qurani Kərimdən misallarla müşaiyət olunur.
Придаточные предложения подлежащные и
дополнительные в арабском литературном языке
В статье рассматриваются пути образования подлежащных и
дополнительных придаточных предложений в арабском литературном языке.
Здесь говорится о том, что придаточные предложения обоих типов могут
присоединяться к главному посредством относительных местоимений, а так же
союзов и союзных слов, которые являются в таких случаях подлежащим и
дополнением придаточного предложения. Каждое положение сопровождается
конкретными примерами, взятыми из газет, литературных произведений и
Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr
The subjekt and Objekt Subordinate
Clauses in The Arabic literary language
The ways of forming subject and object subordinate clauses in the Arabic
literary language are dealt with in the article. It is mentioned that, both types of
subordinate clauses can be connected with the principal clauses by the means of
relative pronouns, as well as conjunctions and and particles. In this case the
conjunctions (connekting words) perform as the subjekt and object of the subordinate
clauses. The statements in the articles are accompanied with examples taken from
literature, newspapers and Holy Quran.
Çapa tövsiyə etdi: dos. Ç.H.Mirzəzadə
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
İBN XƏLLİKANIN HƏYAT VƏ YARADICILIĞINDA MÜƏLLİMİ
ŞEYX MUVAFFAQUDDİN ƏN-NƏHVİNİN ROLU
Aslanov Süsən Yusif qızı
Bakı Dövlət Universiteti,
İlahiyyat fakültəsi,
Açar sözlər: İbn Xəllikan və müəllimi İbn Yəiş
Ключевые слова: Ибн Халликан и его наставник Ибн Йаеш
Keywords: Ibn Khallikan and his teacher Ibn Yaesh
Əsl adı Əbul Abbas Şəmsəddin Əhməd ibn Məhəmməd ibn İbrahim ibn Əbu
Bəkr ibn Xəllikan əl- Bərməki əl- İrbili olan bu şəxsiyyət tarixçi, fəqih,ədib və
şair kimi şöhrət tapmış ,sülaləsi Abbasilər xilafətinin məşhur vəziri Bərməkilərə
gedib çıxan bir ailədəndir. Babalarından Xəllikan, Xəllekan və Xillikan kimi aldığı
nisbətə görə ən çox İbn Xillikan ləqəbi ilə tanınır. Bunan mənası “xəlli min
kənə”, yəni “keçmişinlə öyünməyi burax “deməkdir. Bu bir tərəfdən onun ləqəbi-
nin mənasını açıqlasa da, digər tərəfdən onun aldığı İbn Xəllikan ləqəbi İraqın
Ərbil şəhərinin Xəllikan adlı bir kəndində anadan olması ilə də izah olunur.
Atası fətva sahəsndə güvənilən fəqihlərdən biri olmuş və Ərbildəki Müzəffəriy-
yə mədrəsəsində müəllimlik etmiş Şəhabəddin Məhəmməd ibn İbrahim olmuşdur.
Əmilərindən biri Nəcməddin ibn İbrahim isə Ərbildəki Mucahiriyyə mədrəsəsində
tədris etmiş, digər bir əmisi Hüseyn ibn İbrahim Şafii məzhəbinə mənsub olan
fəqih olmuşdur. Sonuncu əmisi Yəhya ibn Məhəmməd o vaxt Əl- Məkkidən
hədis dərsini almışdı. Məşhur tarixçi “Əl- Kəmil fit – tərix” əsərinin müəllifi İbn
əl- Əsir onun atası Şəhabəddin Məhəmmədin yaxın dostlarından idi.
Uşaq yaşlarında atasını itirən İbn Xəllikan onun Müzəffəriyyə mədrəsəsindəki
ardıcılı ( xələfi ) Şərafəddin ibn Yunus əl- Ərbili ( əl- İrbili ) nin yanında şagird
olmaq üçün Əbul Həsən Muəyyəd ibn Məhəmməd Raduyiddin əl – Nişapuri ilə
Zeynəb bint əl- Şəridən ( Ummul – Muəyyəd əş- Şəriyyədən ) icazə almışdı.
Müzəffəriyyə mədrəsəsini bitirdikdən sonra o dövrün ziyalılarından olan
Əbul – Bərəkət ibn əl – Mustafinin yanında elm öyrənmiş, Şeyx Cəmaləddin ibn
Sinnurənin şer və ədəbiyyat məclislərində davamlı şəkildə iştirak etmişdi.
Aslanov Süsən Yusif qızı
Hicri 621ci ( miladi 1224 cü ) ildə Əbu Cəfər Məhəmməd ibn Nisbətullah
ibn Mükərrəm əs-Sufidən “Səhih əl – Buxari “əsərini oxuyub rəvayət yetkisi
almışdı. Hicri 625-ci (miladi 1228)–ci ildə isə , yəni hədis elminə yiyələndikdən,
dörd il sonra filosof Əsirəddin əl – Əbhəzi ona Ərbilin Dərul – hədisində elm əl-
xiləf dərslərini verdişdi.
İbn Xəllikan on səkkiz yaşında təhslini davam etdirmək məqsədilə İraqın
Mosul bölgəsinə getmiş və orada Kəmaləddin ibn Yunis ,Ziyəddin ibn əl- Əsir kimi
ədib və alimlərdən çox şey öyrənmişdi. Onun elm və təhsil almağa olan tükənməz
həvəsi daha sonra onu Hərran və Hələb şəhərlərinə atasının dostu Bəhəuddin ibn
Şəddadın yanına gətirmiş və onun mədrəsələrində dinləyici olmuş, habelə onun
evində qurulmuş hədis məclislərinə qulaq asmışdı. Atasının dostu Bəhauddin ibn
Şəddadın vəfatından sonra gənc İbn Xəllikan Seyfiyyə mədrəsəsi fəqihlərindən
olan Əbu Abdulla Nəcməddin əl-Xəbbəz əl-Mausilinin mühazirələrini dinləmış və
burada Əl-Gəzzalinin “Əl-Vaciz” əsəri ilə tanış olmuşdu.Bu, fiqh,yəni müsəlman
hüququna dair bir əsərdir.
İbn Xəllikan daha sonra ədiblərlə görüşməyə başladı və Muvaffaquddin
Əbul-baqa ibn Yəis ən – Nəhvi ilə İbn Cinninin “Əl –Lumə” adlı əsərini oxudu.
Məsələyə bir qədər aydınlıq gətirək deyə İbn Yəiş ən- Nəhvi və İbn Cinni
haqqında, qısa da olsa, məlumat verək.
Ərəb dilçilik məktəblərinin yaranması tarixindən bu dilçilik məktəbinin Bəsrə,
Kufə, Bağdad, Əndəlüs və Misir dilçilik məktəblərinin üzvü surətdə bir-birilə
vəhdətindən meydana gələrək təşəkkül tapması işığında onu demək olar ki, hicri
IV əsrdən başlayaraq indiyədək müstəqil şəkildə mövcud olması barəsində
müxtəlif fikir ayrılığına baxmayaraq, Bağdad məktəbinin ilk nümayəndələri olan
İbn Keysan Əbulhəsən ( Əl-Mübərrəd əs – Sələbinin şagirdi olmuşdur) Əz- Zəccaci
Əbulqasım Əbdurrəhman ibn İshaq, Əbu Əli əl – Fərisi, İbn Cinni Əbulfət Osman
kimi “Kitəbul – ixtiləfil-basrəyyinə val – kufiyyinə”, “Kitəbul – kəfi fi- n – nəhvi,
üç cilddən ibarət “ Kitəbul – muxtər fi iləli-n-nəhvi “yaxud 120 – yə qədər şərh
yazılmış “Kitəbul –cuməl”, mükəmməl bir traktat olan “Əl – idah”, ”Təkmilətul –
avamilil- miəti “ ,”Əl – Ləm`u vazu – qaddiyatə`yidu təzkirati Əbi `aliyyin” qədər
qiymətli əsərlərin müəllifləri və son bağdadlılardan olan, Bağdadda yetmiş il
qrammatikadan dərs demiş ,Əbu Əli əl- Fərisinin şagirdi olmuş və qrammatika
sahəsində dövrünün ən böyük şəxsiyyəti hesab olunan mövla İbn Cinninin “Əl
– Lumə” və “Əl – Xasa`is” əsərlərinə şərh yazmış İbn əş – Şəcəri ( hicri 450-
554) və şagirdi Əbul Bərəkət ibn əl – Ənbari (hicri 513 – 577 ),
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
Yəiş ibn Əli ibn Yəiş ( hicri 556 – 643 ), Əbulqasım Mahmud ibn Ömər əz –
Zəməxşəri ( hicri 467 – 538 ) kimi görkəmli nümayəndələri vardır. Bu nümayən-
dələr içərisində biz İbn Xəllikanın müəllimhicri olmuş ibn Yəiş üzərində dayanmaq
Əsli etibarı ilə Mosuldan olan bu dilçinin tam adı (Əbul-baqa Muvaffaqud-
din Yəiş ibn Məhəmməd əl – Əsədi əl- Hələbi)-dir.
Ərəb dili alimi olan İbn
cü il ramazan ayının 3– də ( miladi 1158 – ci il sentyabr ayını
28 – də Hələbdə doğulmuş , əslən mosullu olan babası Yəişə görə İbn Yəiş kimi
tanınır. Hələbdə olarkən Əbus- Səha Futyən əl – Hələbi və Əbul Abbas əl –
Məğribi ən – Niruzidən nəhv elmini öyrəndiyi zaman hicri 577 – ci ( miladi 1181-
ci )ildə Kəmaləddin əl –Ənbarinin dərslərində iştirak etmək üçün Bağdada getməyə
hazırlaşır. Amma Mosula gəlib çıxanda Əl- Ənbarinin vəfat etdiyini öyrənir. Bu
həmin Əbul- Bərəkək əl- Ənbari idi ki, adı son bağdadlılardan olan İbn əş – Şəcəri,
Əz- Zəməxşəri, Əbul – baqa ` əl – Ənbari ad-Darir, İbn Yəiş, Ər – Rida əl –
Astrabadinin adları ilə birlikdə çəkilir.
Əl- Ənbari uzun müddət Bağdad məktəbində fəaliyyət göstərmiş , İbn əş –
Şəcərinin şagirdi olmuş və dilçilik fəaliyyətində Əbu Əli əl- Fərisdiən çox
istifadə etmişdi. ( Bəsrə məktəbinə çox meyl edən bu dilçini hətta ibn Nədim
öz “Əl- Fihrist “ ində elə bəsrəli hesab etmişdir). Əl- Ənbarinin əsərləri arasında
Əl – Fərisinin “İzah” əsərinə yazılmış geniş bir şərh (“Kitəb havaşil – idah”),
“Kitəbul – insaf fi xiləfil basriyyin val – kufiyyin” , “Əsrar əl – arabiyyə”, “Kitəb
ilm əl – cədəl ən –nəhvi”, Lumə` əl – ədilləti “ , “Nuza`atul – əlibbə fi təracimin
nuhat” kimi biblioqrafik əsərləri vardır.
İbn Yəiş bir müddət Mosulda qalmış və Əbülfəz Abdulla ibn Əhməd əl
Xətib ət – Tusi ilə Əbu Məhəmməd Abdulla ibn Ömər ibn Suveydə ət –
Tikritidən hədis elminə yiyələnmiş , sonra Hələbə qayıdaraq hədis elminə davam
etmiş və Dəməşqə gedərək Əbul – Yumn əl – Kindi və İbn Əbu Asrün kimi
mühəddislərinin yanında təhsilini tamamlamış, eləcə də Əl – Kindinin yanında
Əl – Haririnin “Əl- Məqamət” əsərinin sirlərinə bələd olmuş, müəllimlərindən
ərəb dili və ədəbiyyatı, dini elmlər sahələrində tədris ilə məşğul olmaq icazəsi
aldıqdan sonra Hələbə dönmüşdü.
Həyatının qalan hissəsini şagird yetişdirməyə həsr edən İbn Yəiş camilərdə
dərs vermişdi. Məhz həmin bu dövrdə , yəni hicri 626 – 627 – ci (miladi 1229 –
İslam Ansiklopedisi,20 cild; səh 445- 446, TDV yayınları
Aslanov Süsən Yusif qızı
1230- cu) illərdə o, Rəvahiyyə mədrəsəsi ilə Dəməşq camisində dərs verərkə İbn
Xəllikan ondan Mosulda anadan olub orada qrammatiklərdən dərs almış,Bağdadda
kamilləşən, qırx il Əbu Əli əl- Fərisi ilə dostluq etmiş Əbul Fəth Osman ibn
Cinninin əllidən artıq əsərləri içərisində onun Əbu Əli əl – Fərisinin təzkirəsinə
yazılmış (يلع يبا ةركذت دييات و دقلا وذ و عمللا) (İşıqlanma,bənzətmə və Əbu Əlinin
təzkirəsinə kömək) adlı geniş bir şərhi ilə tanış olmuşdu.
Hicri 643 – cü ilin cumədəl – ulə ayının 25-də (miladi 1245-ci ilin oktyabr
ayının 18 – də ) Hələbdə vəfat etmiş ibn Yəiş Məqami – İbrahimdəki türbəsinəki
torpağa tapşırıldı. Cəld, şirinsöhbət, comərd və şəfqətli bir adam kimi tanınan
İbn Yəişin zarafatları İbn Xəllikanın əsərlərindən yalnız birinin, bizim
günlərədək gəlib çıxdığı “Vafəyətul – əyən” əsərində verilir. Əz – Zəməxşərinin
dörd hissədən ibarət bir cildlik “Əl – Mufassal” (bu əsər Sibəveyhinin “əl-
Kitəb” əsərinin icmalı təsirini daşıyır) əsərinə yetmiş yaşında yazmış olduğu və
on cilddən ibarət geniş bir şərhin müəllifi olan İbn Yəiş Sibəveyhinin doktrinası
ilə Bəsrə məktəbinin davamçısı “.0 hesab olunur. Əsərlərində Kufə və Bəsrə
məktəblərinin arasındakı fərqlərə yer ayırır və açıqlamalarında “itnab” üsulu
İbn Yəişin şagirdləri arasında ilk növbədə İbn Xəllikanın adı çəkilir.Onun
şagirdləri arasında bir çox mühəddislər də vardır. Qadil – qudat Taqyuddin ibn
Kəzun əl – Həməvi, Kəmaləddin İshaq ibn Əbu Bəkr əl- Əsədi əl – Hələbi ən –
Nəhhas və qardaşı Bəhəuddin, Yaqut əlı – Həməvi, İbn Amrün ibn Malik ət –
Tayyi, İbn Vasil və Əş – Şərisi vardır.
İbn Yəişin əsərlərinə gəlincə, onlardan Əz- Zəməxşərinin “Əl-Mufassal” əsərinə
yazdığı şərhdir ki, bu, əsərə yazılan şərhlərin ən mükəmməli hesab olunur. O,
burada Sibəveyhi, Əl – Əxfəş əl – Ausat, Əbu Əli əl – Fərisi, Əbu Ömər əl – Cərmi,
Əbu Osman əl – Mazini və İbn Cinni kimi alimlərin görüşlərini də tez-tez şərh
edir. Əsər ilk dəfə 1876 – 1886-cı illərdə Leypsiqdə G.Yanh tərəfindən nəşr
olunmuşdur.Daha sonra Əl- Əzhər universiteti şeyxliyi və alimlər heyətinin
təshih və təliqləri ilə Qahirədə tarixi göstərilmədən nəşr olunmuşdur. Bu nəşrin
Beyrutda ofset üsulu ilə basqısı vardır. Asim Behçət əl- Baytar şərhin müxtəlif
biblioqtrafik göstəricilərini çıxararaq “Fəhərisu şərhi əl –Mufassal li –bni Yəişin”
adı ilə 1411ci- (1990-cı) ildə Dəməşqdə nəşr etmişdir. Əsərin bir başqa
،٤٨٤ص ، ١٢٨٤ نارھط ، يناثلا ءزجلا ؛نامزلا ءانب ا و ءابنا و ن ايعلاا
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
biblioqrafik göstəricisi 1988 – ci ildə Beyrutda “Əl – Fəhərisu əl – fənniyyə lişərhil
-Mufassal” adı altında yayınlanmışdır.
İbn Yəişin ikinci bir əsəri onun İbn Cinninin “ فيرصتلا “ əsərinə yazdığı
״ يكولملا فيرصتلا حرش ״
, bu əsəri Fəxrəddin Qabava
1393(1973) – cü ildə Hələbdə, 1987-ci ildə isə Beyrutda nəşr etdirmişdir.
Üçüncü bir əsər Əbu Hasr əd – Dimaşqinin sorduğu qrammatika kitabına
dair on üç suala ibn Yəişin verdiyi cavabları ihtiva edən risalədir. Onu Rudolf
Sellheim yayınlamışdır. ( Melanges de L`Universite st,Joseph ,XLVIII,1973 – 1974)
O, tez-tez hədis məclislərində olur, sonra Hələbə döndüyü zaman dərs
vermək qərarına gəlir və bu məqsədlə məşhur imam Tacəddin Əlul Yumn Zeyd
ibn əl- Həsən əl – Kindi ilə məsləhətləşir , ondan ərəb dilinin problematik
məsələlərindən və Əbu Məhəmməd əl – Haririnin “ Ər – Ravahiyyə “ kimi tanınan
ةرشاعلا ةماقملا ( “ Onuncu Məqamə “ ) əsərindəki bir ifadənin mənasını açıqlaması
barəsində fikrini bilmək istəyir.
Bu ifadə belə idi :
ناحو رجفلا جلاتبا نآ و ناحرسلا بنذ و قفلاا لألأ اذا ىتح
Bu yerin cavabı on qaranlıq qaldığı üçün Əl – Kindidən قفلاا və بنذ
ناحرسلا sözlərinin adlıq , yoxsa təsirlik hallarında olması, yaxud قفلا sözünün
ناحرسلا بنذ sözünün isə təsirlik halda, yaxud əksinə, قفلا sözünün
isə təsirlik və
ناحرسلا بنذ sözünün isə adlıq halda olması barəsindəki sualına
Əl – Kindi belə cavab vermişdi: “Gəlişinin səbəbini anladım. Sən məndən
biliyinin səviyyəsi barədə fikrini bilmək istəyirsən“. Beləliklə, əl- Kindi ona öz
dəsti-xətti ilə tərif və səna dolu bir icazə kağızı yazmış və ədəbiyyat sahəsində
yüksək səviyyəyə malik olduğunu qeyd etmişdi.
Yuxarıda verilmiş “Üfüq parıldadı və qurd quyruğunu salladı, günəş işıq
saçdı və çıxdı “cümləsində قفلاا və ناحرسلا بنذ sözlərinin dörd variantda
işlənməsi mümkünlüyü, onlardan ən alternativi isə قفلا sözünün təsirlik بنذ حرسلا
sözünün isə adlıq halında olmasıdır. Əl- Bəndəhi kimi tanınan Tacəddin Əbu
Abdulla Məhəmməd ibn Abd “Əl- Məqamət” ə yazdığı şərhində belə göstərir ki,
“ o zaman elmi-şəriflə məşğul olmaq üçün alim və dilçilərlə dolu şəhərlərə üz
tutdum. Bu , hicri 626- cı ilin zülqədə ayının əvvəllərində çərşənbə günü olmuşdu.
Məqsədim bu alimlərin arasında ədəbiyyat sahəsində tayı-bərabəri olmayan Şeyx
Muvaffquddinlə görüşmək idi. Şeyx ikindi namazından sonra Maqsuranın şimalında
yerləşən camidə, iki namaz arasında isə Rəvahiyyə mədrəsəsində qarelik edirdi.
Mən də qiraət elminə yiyələnmək üçün onun dərslərində iştirak etməyə
başladım. Onun ətrafında onu ağsaqqal hesab edərək məclislərini heç vaxt tərk
Aslanov Süsən Yusif qızı
etməyən bir dəstə olardı. Mən İbn Cinninin “Kitəbul – lumə” adlanan “ ةلدلاا
باتك ” (“Dəlilərə aid oçerklər”) adlı əsəri ilə tanışlıqla işə başladım,
bu kitabın əksər hissəsini və bu haqda deyilənləri də oxudum və dinlədim. Bu
vaxt mənim iyirmi yeddi yaşım var idi. Qiraət elminə yiyələnməyimdə əsas rolu
Şeyx Muvaffaquddin ən – Nəhvi oynadı. O, insanı yaxşı başa düşən, şirindil ,
sakit, vüqarlı və zarafatcıl bir adam idi.
Əl – Bəndəhi İbn Yəişin təhlilində çətinlik çəkdiyi cümlə barəsində isə belə
söyləmişdi : لاغتشلاا لجلا بلح ىلإ تلصو امل و للذ تينبل ةلاطلاا فوخ لا ول
(Əgər uzun – uzadı danışmaq lüzumunda qorxu olmasaydı , mən bunu məbni
hesab edərdim və idarə əlaqəsi üçün Hələbə gəlməzdim.)
İbn Xəllikan öz müəlliminin duzlu zarafatlarının çoxunu əsərinin ikinci
cildində ميملا فرح باب bölməsində 510 – 513 cü səhifələrində qələmə almışdır.
Onlardan bir neçəsinə nəzər salaq .
Bir gün fəqihlərdən biri ona İbn Cinninin “ عمللا “ kitabını oxuyurdu.
Bu zaman ءادنلا ( xitab ) bölməsində ةمرلا يذ
gəlmədi. Həmin ifadədə deyilirdi :
؟ملاس ما ما تنا أ ! اقنلا نيبو لجلاجلا نيب ءاسعولا ةيبظ ايا
(Ey çin – çin zınqrovlar içindəki qumlu səhra maralı ! [Bu] saflıq arasında
sənmisən, yoxsa Umm Səlim ?!)
Şeyx söylədi ki, bu şair təşbihində qəliz olmuş, məhəbbət və Umm Səlim
adlı bu sevgilidən vəcdə gələrək onu ceyrana bənzətmiş , həm də şairlərin adəti
üzrə gözəl üzlü qadınlar ceyranlara bənzədilmişdi və bu bənzətmə də adi bir
haldır. Həm də o bilmir: o, qadındırr, yoxsa bir maral? Ona görə də deyir:
Sənmisən, yoxsa Umm Səlim?.
Şeyx Muvaffaquddin bu xüsusda sözü uzadaraq ən gözəl ifadələrlə beyti
açıqladı. Onun fikrincə bunu ən kütbeyin axmaq da anlaya bilər.
Şeyx həmsöhbətini elə dinləyirdi ki, onu bu vəziyyətdə görən adama elə
gəlirdi ki, şeyx ona müraciətlə deyilən şərhin barəsindəki hər şeyi artıq götür –
qoy etmişdir. Əvvəldə qeyd edildiyimiz beytə dair “Ey, mövlamız! Bu gözəl
qadını marala bənzətmək, axı, necə ola bilər ?” sualına “Sən onu quyruğu və
buynuzları ilə o gözələ bənzədirsən” – deyə zarafatyana cavab vermişdi. Bu
٥١٠ ص ١٢٨٤ نارھط ؛ ىناثلا ءزجلا؛״ نامرلا ءانب ءابنا و نايعلاا تايفو ״ ناكلخ نبإ
Yenə orada ; səh. 511
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
zaman məclisdəkilər gülərkən fəqih xəcalət çəkmiş və bir daha Şeyxin
məclislərində onu görən olmamışdı.
Bir dəfə də Rəvahiyyə mədrəsəsində dərs zamanı şagirdlərdən Əl- Cundi əş-
Şəabi adlı birisi öz masturunda (qrammatik qaydalar yazılan kağız) əlində
qalın bir yazılı kağız olan (Şeyx adətən onlara şər`i yazılarda şəhadət edərdi)
Şeyxə müraciətlə dedi: “Ey, mövlamız! Bu masturda olanlara şəhadət verirəm.
“Şeyx masturu onun əlindən aldı və orada yazılanların əvvəlini oxudu: ةمتاف
ترقا (Fatimə gəldi). Şeyx ondan soruşdu: Sən Fatiməsən ? Əl- Cundi: Ey,
mövlamız! O, bu saat gələr – deyərək mədrəsənin qapısına çıxdı, şeyxin sözünə
gülümsədi və Fatiməni gətirdi. Şeyx soruşdu: Sizin ikinizdən hansı Əş-Şəabidir?
Əl – Cundi cavab verdi ki, bu qadındır.”
Biz hər gün onun evində qiraətlə məşğul olurduq. Bir dəfə oradakılardan
biri bərk susadı və nökərdən su istədi. Nökər su gətirdi. Suyu içdikdən sonra o
dedi: Bu, yalnız soyuq sudur! Bu zaman Şeyx cavab verdi: Əgər isti çörək də
olsaydı, sənin üçün pis olmazdı.
Bir dəfə də müəzzin gəldi və ikindi namazından düz bir saat əvvəl azan
verdi. Oradakılar ona deyəndə ki, “Bu nə işdir, ey, şeyx?” – Bəs ikindi namazının
vaxtı nə oldu ?” – Şeyx Muvaffaquddin belə cavab verdi: “Qoyun, nə edir etsin!
Yəqin tələsik işi var”.
Bir gün də onun yanına İbn Şəddad kimi tanınan Hələb qazisi Bəhauddin
gəlmişdi. Söhbət uzaq məsafədən yolu görən Zərqa əl – Yəməmədən gedirdi.
Hətta deyirdilər ki, o, üç günlük məsafədən görürmüş.Məclis əhli bu barədə
şeyxin fikrini bilmək istədi. O, dedi: “Mən əşyanı iki aylıq məsafədən görürəm”.
Hamı onun sözünə təəccüblənir , lakin heç nə deyə bilmir. Onda qazi deyir :
“Bu necə ola bilər, ey Muvaffaq!” O, cavab verir ki, “Mən göydəki hilal ayı
görürəm”. Bu zaman İbn Xəllikan sual verir ki, “Bəs məsafə bir il olsa necə?”
Şeyx cavab verir ki, “Əgər bunu desəm, məclis əhli məqsədimi başa düşər.
Məqsədim isə mübhəm danışmaqdır”.
İbn Xəllikan öz müəllimi haqqında xatirələrini davam etdirərək yazır ki, onun
haqqında çoxlu lətifələr mövcuddur və onları xatırlamaq uzun vaxt tələb edir .
O, deyir ki, bir gün onun yanında idim. Onun yanına Mosuldan olan və
ədəbiyyat sahəsində Məğribdə fəzilət sahibi kimi tanınan bir şəxs gəlir.
Mosuldan olan bir dəstə ədib Ziyauddin Hadarallah əl – Cəzərinin şer məclisində
٥١٢ ، ص؛ ١٢٨٤ نارھط ؛ ىناثلا ءزجلا؛״ نامرلا ءانب ءابنا و نايعلاا تايفو ״ ناكلخ نبإ
Aslanov Süsən Yusif qızı
ondan xahiş etmişdi ki, müqayədə əhlinin bəzi beytlərindən söyləsin. O da Əbu
İshaq Əl- Hasrinin bəzi Qayraban ağsaqqallarına mənsub etdiyi bir neçə beyti
oxuyur. Əl – Cəzəri beyti nəzmə çəkənin adını qeyd etmir. Onda mən dedim ki,
bu beytlər çox güman ki, Əl- Həsən Əli ibn Əbdülğəni əl- Hasriyə məxsusdur.
Lakin o, demədi ki, həmin beytləri məclislərin birində məşhur şair Əbu əl –
Həccaca mənsub edilən şəkildə dinləmişəm.
Maraqlı burasıdır ki, Əl – Kindinin həyatı haqqında bir çox əsərlərdə gös-
tərilir ki, onun anadan olması tarixi dəqiq deyildir. Lakin İbn Xəllikanın نايعلاا
Zeyn həfri babında onun hicri 526-cı ilin Şaban ayının 25 – də
çərşənbə günü sübh tezdən Bağdadda dünyaya gəldiyini və hicri 613 – cü ilin
Şəvval ayının 6-da bazar ertəsi vəvat etdiyinə işarə edir. O, həmin gündə də
Qasiyun dağında dəfn olunmuşdur. Bu dağ Dəməşqə tərəf uzanıb gedən bir dağdır.
Dəməşqin əhalisi orada dəfn olunur. İbn Xəllikan göstərir ki, orada o zaman bir
cami, bir mədrəsə və ribatatlar var idi, Sura və Yəzid çayları oradan axır.
Bu fəsildə İbn Yəiş haqqında uzun – uzadı danışmağa ehtiyac duyulmayan
çox şeylər deyilmişdir. Əş –Şeyx Muvaffaquddin Əbulqasım Əz –Zəməxşərinin
“Əl- Mufassal” əsərinə elə bir şərh yazmışdır ki, ona yazılan digər şərhlər
içərisində misli yoxdur. O, habelə İbn Cinninin , “Tasrif əl –Mulukiyyi” əsərinə
şərh yazmışdır ki, ondan Hələbin elm adamları çox faydalanmışdır.Hətta o
zamankı Hələbin görkəmli adamlarından bir çoxu onun şagirdləri olmuşdur.İbn
Xəllikan əsərində müəlliminin həyatı barəsində belə göstərir ki, o, hicri 556 – cı
ilin ramazan ayının 3 – də Hələbdə doğulmuş və hicri 643 – cü ilin cumədəl –ulə
ayının 25 – də orada vəfat etmişdir.Həmin gün İbrahimxəlilin məqamındakı
türbəsində dəfn olunmuşdur ( Allahın salavat, salam və rəhməti ona olsun).
İbn Xəlliknın müəllimi İbn Yəiş haqqındakı xatirələrində şagirdləri arasında
Tacəddin əl – Kindi ləqəbi ilə tanınan bir şəxsdən də söhbət açır.
Əbul – Yumn Zeyd ibn əl – Həsən ibn Zeyd ibn əl – Həsən ibn Səid əl – Kindi
Bağdadda doğulub boya – başa çatmış, Dəməşqdə yaşamış və orada da vəfat
etmişdir. Bu dilçi və ədib ədəbiyyat sahəsində zəmanəsinin yeganə şəxsiyyəti
olmuşdur. Bir çox ağsaqqal müəllimlərdən elm və güc qüvvət almışdı. Əbu əs –
Səadət ibn əş – Şəcəri , Əbu Məhəmməd ibn əl – Xəşşab və Əbu Mənsur ibn əl
– Cova əl – Yəbqa məhz onlardan idilər. Gənc yaşlarında, yəni hicri 563 – cü ildə
Bağdaddan Hələbə səfər etmiş və bir müddət orada qalmışdır. Lakin o bir yerdə
٥١٣ ص؛ ١٢٨٤ نارھط ؛ ىناثلا ءزجلا؛״ نامرلا ءانب ءابنا و نايعلاا تايفو ״ ناكلخ نبإ
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
qərar ttmur, köhnə paltar alveri ilə məşğul olaraq Bizansa gedir və yenidən
Hələbə qayıdırdı Dəməşqə köçərək orada Sultan Saləhəddin Yusif ibn Əyyubun
qardaşı oğlu Əmir İzzəddin Fərruxşah ibn Şahənşah ilə dostluq edir və irəliyə
çəkilir. Onunla birlikdə Misir ölkəsinə səfər edir və orada xəzinə bölməsindən
nəfis kitablar əldə edərək Dəməşqə qayıdaraq kitab satmaqla məşğul olur. Onun
müəlliminin (şeyxinin) diaktik nöqtələrlə yazılmış böyük bir kitabı var idi.
Onun əshablarından biri onun haqqında deyirdi ki, bir gün o , Bağdadda Əbu
Məhəmməd ibn əl – Xəşşab ən – Nəhvinin qapısında oturmuşdu. Bu zaman
içəridən məşhur imam Əz – Zəmxşəri çıxdı. O, qoltuq ağacı ilə yeriyidi, çünki,
qar üstündə sürüşmüş və ayaqlarının biri sınmışdı.
Əz –Zəməxşəri müəlliminin əlyazmalarının üzünü köçürürdü. Bununla belə,
o, ərəb dili sahəsində qeyri – ərəblər arasında zəmanəsinin ən bilikli adamı, ərəb
dilinə dair ən çox kitab əldə edən və onları müdafiə edən bir adam idi. Son
dərəcə inzivaya çəkilərdi. Hicri 533 – cü ildə Bağdadda yanımıza gəlmişdi. Onu
şeyximiz Əbu Mənsur ibn əl – Cova əl – Yəbqanın yanında ərəb dilinə dair giriş
kitabları və caiz olan dərslikləri özünə örnək alan yerdə iki dəfə görmüşəm. Çünki.
o heç kimdən dərs almadan və ravilərə qulaq asmadan biliklərini əldə etmişdi
(Allah onu bağışlasın!).
Qahireyi – Məhrusədə İbn əl Xeymi kimi tanınan Muhəzzəbuddin Əbu Talib
şeyximiz barəsində deyir ki, mən Dəməşqdən Tacəddin əl-Kindi ilə məktublaşır-
dım. O, mənə Dəməşqdən bir neçə beyt yazmışdı. Həmin beytlər aşağıdakılardır:
Ey mühafiz ağa ! Sən öz əhdinə vəfadan bizə bir din gətirdin,
Şamda isə biz səni gözləyə – gözləyə qalmışıq
Siz dəmi Misirdə bizi gözləyirsiniz ?
Sizə can atmağımız artıq bizi usandırmış,
Siz də , yəqin ki, bizə verdiyinizdən yüksəkdə dayanmışsınız.
Yanınızda bizi görməyiniz üçün acizik ,
Bizi görməyə də siz acizsiniz
Allah əhdə vəfa edənin əhdini qorusun,
Biz vəfa etdiyimiz tək ona da əhd olunsun!
Şeyx dedikdə Muvaffaquddinin Ən – Nəhvi nəzərdə tutulur.
Bax: يربطلل كولملا و لسرلا خيرات
Aslanov Süsən Yusif qızı
Əl-Xeymi də o beytlərə cavab olaraq ona belə yazmışdı:
Ey Kindədən olan Şam sakinləri! Mən sizinlə əhdimizə vəfadayam. Əgər
dostluq – istək haqqı versəydik, onu sizdən uzaqda olduğumuzdan sonra da
verərdik. Həmin şeyx Mühəzzəbuddindən uca səslə mənim üçün də haqqı dilə !
Qoy münəccim iki xətasında üzü üstə düşsün ki, mən fələkdə baş verənlərdən
bildiyimi iddia edim. Bilikdə Allah təkdir, insan ona şərik qoşur , mələk yox !
Ona şərik qoşmaqda ruzi hazırladı. Bu iki hazırlanan şeylər pisdən pisdir: şirk və
Mövzu ilə əlaqədar daha bir maraqlı cəhəti də qeyd etməyə dəyər
ki,Tacəddin əl – Kindi hicri 526 – cı ilin Şaban ayının 25 – də çərşənbə günü
sübh tezdən Bağdadda dünyaya göz açmış və hicri 613 – cü ilin Şəvval ayının 6
– da bazar ertəsi dünyaya göz yummuşdur.Onun qəbri Qasiyun dağındadır. Adı
çəkilmiş Mühəzzəbuddinə gəlincə, o , Əbu Talib Məhəmməd ibn əl – Həsən ibn
Əli ibn əl – Mufaddal ət – Təmiazdır.Şerlərində İbn Xəllikanı çox tərif etmişdi. O,
hicri 549 – cu ilin Şəvval ayının 28 – də Xilleyi Məzidiyyədə (Qahirə) doğulmuş
və hicri 642 – ci ildə zilhiccə ayının 20 – də çərşənbə günü vəfat etmişdir..Qəbri
Əl – Qurafə əs – Suğra qəbiristanlığındadır. İbn Xillikan göstərir ki, onun cənazə
namazında iştirak edib.O, dilçi, imam,şer və ədəbiyyat ravisi idi.
Əl-Kindinin qəbri Dəməşqə tərəf uzanıb gedən Əl- Qasiyun dağındadır.
Burada bu yerlərin sakinlərinin qəbirləri və türbələri yerləşir.Orada bri cami ,
mədrəsə və ribatatlar vardır. İki çay Sura və Yəziq çayları da burada axır.
Tarixdə İbn Yəiş adı ilə məşhur olan digər bir şəxsiyyət də vardır ki,
Osmanlı – Avropa əlaqələrində böyük rol oynayan portəgiz əsilli yəhudi taciri
Solomon ibn Yəişdir. Bu şəxsiyyət 1520 – 1603- cü illərdə yaşamışdır. Tavirada
(Portuqaliya) yaşayan Mendes adlı bir Morrano (baskı sonucu xristiyanlığına gedən
yəhudi) ailəsinin övladıdır. Adı Alvaro olmuş, XII yüzillik İspaniyasında İbn Yəiş
adına rast gəlmiş və bu adı özünə ləqəb olaraq seçmışdir. Bu adda ailələrə
İspaniyda çox rast gəlinir.
Alvaro Mendes bəzi qaynaqlarda Shelomon Even Yaesh, Saolomon Abenas
(Abenjaex, Abenaish, Abenyaish) kimi şəkillərdə rast gəlinir. Alvaro Mendes
uşaqlıqda bir zərgərin yanında çalışmış və qiymətli daşlar haqqında məlumat əldə
edən kimi ailəsi ilə birlikdə 1545 – ci ildə Hindistana getmiş və almaz mədəni
əldə edərək böyük sərvət qazanmışdı.On il sonra Portəgizə qayıtdığı zaman Kral
III Yoao (Yean) tapşırığı ilə Santiaqo təriqəti şovalyeliyi adı ilə təltif
olundu.Kralın ölümündən sonra yeddi il Madriddə, beş il Florensiyada yaşadı.
1569 – cu ildə Parisdə məskunlaşdı.Orada on altı il Avropanın bir çox şəhərlərini
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
dolaşdı.Vətəninə bağlılığı və siyasət sahəsindəki bacarığı, xüsuslə də sərvəti
nəticəsində o , İspaniya dövləti ilə əlaqələr qurmağa cəhd göstərdi.İngiltərə
kraliçası Elizabeth onun siyasi qabiliyyətini bəyənir və Fransa kralı III Henri
iqtidarda son söz sahibi olan anası Catterine de Medicis ilə bərabər onunla
Portəgiz krallığının son təmsilçisi Kardinal Henrique 1580 – ci ildə vəfat
etdikdən sonra taxta iddia edən Crato Şahzadəsi Don Antonio ilə dostluq edən
İspaniya kralı II Felipe arasında başlayan iqtidar mücadiləsi Don Antonionun
tərəfini saxladı və axıradək onun himayəsini istədi və Fransa kralı ilə təmasını
saxladı.Don Antonio kraliça Elizabethdən yardım istədi. İngiltərənin baş danışmanı
Alvaro Mendesin qaynı həkim Rodroqo Lopez idi. O, daha sonra kraliçanın şəxsi
təbibi təyin edilmiş və Mendesin ingilis höküməti ilə əlaqələrində böyük rol
Diqqəti bir şey cəlb edir ki, Alvaro Mendesin “İbn Yəiş” ləqəbini özünə
alması səbəblərini harada axtarmaq lazımdır. Yuxarıda qeyd olundu ki, o, İbn Yəiş
adına İspaniyada səfələri zamanı rast gəlmişdi. Məlumdur ki, ərəb dilçilik
məktəbi arasında xüsusi yeri olan Əndəlüs dilçilik məktəbi hicri II əsrdən başlayaraq
fəliyyət göstərməyə başlamışdı. Bu dilçilik məktəbi dörd əsr müddətində fəliyyəti
zamanı ilk 150 ili qurra, müəddib, mühəddis və müfəssirlər yetişdirməklə məşğul
olmuşdur.Bu nümayəndələrin yaradıcılığında orjinal fikirlər və mülahizələr çox cüzi
yer tuturdusa və bu dövr Kufə məktəbinin təqlidçiləri səciyyəsi daşıyırdısa,Əndəlüs
məktəbi tarixinin ikinci dövrü Bəsrə məktəbinin təsiri altında formalaşır.Belə ki,
az bir müddət ərzində Əndəlüs məktəbi bəsrəlilərin bayraqdarı hesab olunan
Sibaveyhinin “Əl – Kitəb” əsərini başa düşmək və onu şərh etmək işində bütün ərəb
aləmində birinci yeri tutur.Onların bu sahədəki şöhrəti o dərəcəyə çatır ki, bir çox
dilçilər Sibaveyh məhz Əndəlüs məktəbi metodu ilə öyrənməyə başlayırlar.Elə
məşhur Əz –Zəməxşəri özü də “Əl-Kitəb” ilə ilk tanışlığını Məkkədə olduğu vaxt
orada təsadüf etdiyi əndəlüslülərdən biri vasitəsilə əldə etmişdi. Əz- Zəməxşərinin
ərəb qrammatikasına dair yazdığı dörd hissədən ibarət “Əl- Mufassal” əsərinə
İbn Yəişin həyatınının yetmişinci ilində yazdığı on cildlik şərhi o zamankı
dilçilik ədəbiyyatının ensiklopediyası hesab olunduğundan (burada dilçilik məfhumu
geniş miqyasda, yəni dilə aid elmlər mənasında qəbul olunur), eləcə də İbn Cinninin
“Kitəb ət – Tasrif əl –muluki” əsərinə yazdığı şərhi müasir dilçilikdə tez-tez müraciət
Bax: İslam Ansiklopedisi: 20 cild, , TDV yayınları səh 447
Aslanov Süsən Yusif qızı
olunan mötəbər mənbələrdən hesab olunduğuundan onun adının o zaman Əndəlüsdə
ünlü olmasına şərait yaratmışdı.
Istifadə olunmuş tarix ədəbiyyat siyahısı
Dövri mətbuat:
- Əmirov, Ərzuman. Azərbaycan – UNESCO əməkdaşlığının xüsusiyyətləri // Dövlət idarəçiliyi. 2011.-№3(35).-S.190-193.
- Əliyev, Əmir. Azərbaycan-UNESCO arasındakı əlaqələr qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır // Azərbaycan.-2013.-7 avqust.- №172.-S.6.
- Fərmanova, Aynur. Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində YUNESKO ilə əməkdaşlığın rolu // Geostrategiya.- 2013.-№ 02.-S.55-60.
- Hüseynova, İradəş., Əliyeva, Sevda. Dünyada milli-mədəni müxtəlifliyin qorunması kontekstində Azərbaycan-YUNESKO əlaqələri // Sivilizasiya.-2014.-№ 1.-S.40-53.
- Mehparə. İncilərimiz YUNESKO-nun siyahısında // Mədəniyyət.-2009.-29 dekabr. № 90/91.-S.12-13.
- YUNESKO İçərişəhər üçün xüsusi komissiya göndərəcək: Ötən həftə Azərbaycana rəsmi səfərini başa çatdıran baş direktor K.Matsuura belə deyib // Кино. – 2005.-31 avqust. – № 30. – S. 2 .
- Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir // Xalq qəzeti.- 2009.-1 oktyabr.- № 217.-S.3.
- Əliyev, Mübariz. Aşıq sənəti YUNESKO-da // Kaspi.-2015.-26 may.-№ 93.-S.15.
- Mükərrəmoğlu, M. Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir // Xalq qəzeti.-2009.-2 oktyabr.-№ 218.-S.2.
- Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir // Xalq qəzeti .-2010.-25 noyabr.- № 258.-S.4.
- Bayramov, Adilxan. Azərbaycan xalçası – milli və ümumbəşəri sərvət // Mədəniyyət.-2010.-26 noyabr.- № 83.-S.8.
- Xəlilzadə, Flora. Azərbaycan xalçası YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olub // Azərbaycan.-2010.-28 noyabr.- № 261.-S.6.
- Xalçaçılıq Azərbaycan incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biridir // Səs.-2010.-8 iyul.- № 120.-S.12.
- Əliyev, İ. Milli adət və ənənə – Novruz bayramı // Səs.-2011.-2 mart.- № 39.-S.10.
- Azəri, Lalə., Abdullayeva, Fəxriyyə. Milli çövkən oyunumuz UNESCO-nun siyahısında // Mədəniyyət.-2013.-4 dekabr.-№ 87.-S.2.
- Çövkən – dünyada tanınan mədəni irsimiz // Mədəniyyət.-2013.-6 dekabr.-№ 88.-S.15
- Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır // Azərbaycan.-2013.-4 dekabr.- № 267.-S.3.
- Əliyev, Əsgər. Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib // Xalq qəzeti.-2014.-27 noyabr.- № 259.-S.3.
- Kərimli, Teymur. İnsan əlinin ən böyük möcüzələrindən biri: [Azərbaycan Milli Elmlər Akademiyası-70] / T. Kərimli // Azərbaycan. – 2015.-6 dekabr. – № 269. – S.7.
- Orucov, Asəf. Milli çörəyimiz – Lavaş // Qarapapaqlar.-2015.-№ 3(91).-S.19-21.
- Lavaş çörəkbişirmə ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib // Respublika.- 2016.- 1 dekabr.- №266.-S.8.
- Səlimov, Əli. UNESCO Şəkini seçdi: Qədim sənətkarlıq mərkəzi beynəlxalq “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb // Azərbaycan.-2017.-8 dekabr.-№271.-S.1,7.
- www.unesco.org
- www.unesco.mfa.gov.az
- www.unesco.az
- www.mct.gov.az/az
- www.eco.gov.az
- www.shusha.az
- www.bineqedi-ih.gov.az
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.