III. 4. Kaşğari irsinin dəyərləndirilməsi
naməlum müəllifin əsərini azərbaycanca yazdığını və əsas türkcəni
Rusca-Azərbaycanca lüğət. I cild (1/3)
Azə#rbmartfeat# 3\t:44 |ffil#r Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu ş RUSCA-AZƏRBAYCANCA. —-4 ğ LÜ� .
Rusca-Azərbaycanca lüğət. III cild. (3/3)
338 Pages · 2016 · 99.56 MB · 2,336 Downloads · Russian · New!
Bakı, “Şərq Qərb”, 2005, 672 səh. ISBN 9952-418-63-6Altıncı nəşr. Üç cilddə.Русско-азербайдж� .
Азербайджанско-русский словарь (Azərbaycanca-rusca lüğət)
388 Pages · 1941 · 44.32 MB · 3,622 Downloads · Russian · New!
Rusca-azərbaycanca lüğət
338 Pages · 2011 · 99.56 MB · 2,137 Downloads · Turkish · New!
Azə#rbmartfeat# 3\t:44 |ffil#r Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu ş RUSCA-AZƏRBAYCANCA. —-4 ğ LÜ� .
Azərbaycanca-rusca lüğət
896 Pages · 2007 · 5.95 MB · 5,274 Downloads · Turkish
494.36139171-dc21. AZE. Azərbaycanca-rusca Dördcildli “Azərbaycanca-rusca lüğət” Bakı Slavyan Universitetin .
Русско-турецкий и турецко-русский словарь – Rusça Temel Sözlük
740 Pages · 2011 · 84.34 MB · 13,535 Downloads · Russian · New!
Kendi Kendine Rusça 1
267 Pages · 2006 · 25.84 MB · 29,505 Downloads · Turkish · New!
50 Derste Rusça / Русский язык быстро и успешно
427 Pages · 2016 · 15.29 MB · 3,434 Downloads · Russian · New!
Sosyal yayinlar,1997. – 427 p.Rusya öğrenmek artık çok basit. Bu kitabla birlikte artık herkez Rusça öğrenebilec .
Турецко-русский словарь (Türkçe – Rusça Sözlük)
967 Pages · 1977 · 49.58 MB · 7,465 Downloads · Russian · New!
Данный словарь предназначается, в первую очередь, для перевода на .
Load more similar PDF files
PDF Drive investigated dozens of problems and listed the biggest global issues facing the world today. Let’s Change The World Together
- Editor’s Picks
- Most Popular
- Academic & Education
- Art
- Biography
- Business & Career
- Children & Youth
- Environment
- Fiction & Literature
- Health & Fitness
- Lifestyle
- Personal Growth
- Politics & Laws
- Religion
- Science & Research
- Technology
III. 4. Kaşğari irsinin dəyərləndirilməsi
dilçiliyindən çox-çox əvvəl bu metodları işləyib hazırlamışdır.
Bütün bunlar bir daha göstərir ki, böyük Kaşğari dilçilik
tarixində, xüsusilə türkoloji dilçilik sahəsində özünə böyük abidə
ucaldaraq dünyada ilk dəfə olaraq dilçiliyin bir elm kimi əsasını
III. 5. Azərbaycanda dilçiliyinin Nizami və Tusi dövrü
Heç təsadüfi deyildir ki, M.Kaşğari ilə bir dövrdə yazıb
yaratmış böyük Azərbaycan şairi Qətran Təbrizi (1012-1089) sözün
qüdrətindən bəhs etmiş, onu ruhun ölçüsü, ağılı isə tərəzi
adlandırmışdır. O da fars dilində ilk izahlı lüğət (Ət – təvasir) tərtib
etmiş, lakin onu çap etdirməmişdir.
Xaqani Şirvani (1120-1199) daha çox dildən söhbət açmış,
dili qılınca bənzətmiş, insanın başına gələn müsibətlərin dildən
gəldiyini xüsusi vurğulamışdır. O, dil sözünün timsalında, demək
olar ki, çoxmənalılığı məharətlə açıb göstərə bilmişdir. Ə.Rəcəbli
yazır ki, Xaqani hələ o zaman üç cür üslub fərqləndirirdi: bədii –
kargüzarlıq, dini – didaktik və elmi – tədqiqat üslubları.
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
doğrudan da, hər cür təqdirə layiqdir. Hazırkı dilçilikdə
üsubiyyatdan söhbət gedəndə daha kimlərin adlarını sadalamırıq.
Halbuki gözümüzün qabağındakı faktları görməkdə acizlik çəkirik.
Deməli, heç bir şişirtməyə və mübaliğəyə yol vermədən biz öz
tariximizi daha dərindən və daha mükəmməl öyrənsək görərik ki,
dilçilikdə ilkinlərin ilkini elə bizik.
Dillə və sözlə bağlı hikmətamiz fikirlərə biz böyük Nizaminin
(1141-1209) də yaradıcılığında rast gəlirik. Əslində Nizami sözlə
onun bildirdiyi əşya, hadisə və predmet arasında mövcud əlaqələri
məharətlə açıb göstərə bilmiş, bu əlaqələr haqqında çox dəyərli
fikirlər söyləmişdir. Sözü düşüncənin əvvəli hesab etməklə Nizami
bütün varlığın sözdən əmələ gəlməsilə bağlı müqəddəs kitablarda
söylənilən fikirlərə qoşulmuş, dünyanın sözdən yarandığını
cəsarətlə bildirmişdir. Bu, Nizaminin fəlsəfi anlamının əsasında
Nizami ümumilikdə sözün arxitektonikası və estetik
dəyərindən öz şeirlərində bəhs etmiş, habelə onun sözlə bağlı
işlətdiyi təşbehlər bir dilçinin təhlilindən heç də geridə qalmır.
Danışmağı təmiz su ilə müqayisə edən bu dahi az sözlə dərin məna
ifadə etməyi tövsiyyə edir. Digər tərəfdən, çoxluğu ulduz, təkliyi
günəş kimi götürən şair yeri günəşin qızdırdığını bir daha xatırladır.
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içilərsə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
ЫII HİSSƏ
Əsli təmiz olan saf mirvarilər,
Suya və torpağa min bəzək vurar.
Yüz ulduz yansa da göylərdə inan,
Bir gülə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz,
Günəşdir isidən aləmi yalnız.
Nizami dühasının genişliyini və dərinliyni bildirən, onun
dilçilyin ən çətin sahələrinə bələd olmasını sübut edən amillər üslub
və çoxmənalılığı, dil işarələrinin ən vacib əlamətlərindən biri kimi
onların təkrarlığını göstərməsi Nizamini semiotikanın banilərindən
biri kimi qeyd etməyə əsas verir. Fikrimizcə, məsələyə bu baxımdan
yanaşmaq bizim qarşımızda yeni perspektivlər aça bilər və böyük
Tusinin işarə nəzəriyyəsinin Nizami poeziyası zəminində
formalaşdığını söyləmək olar. Eyni zamanda Nizami dil işarələrinin
çoxmənalılığını da məharətlə açıb göstərir. Aşağıda böyük şairdən
verdiyimiz iki bənd dediyimizi bir daha sübut edir:
/Ancaq sözü sözə bağlamaq üçün,
Bəzən nə eybi var, təkrar da mümkün// və ya
/Lüğətdə ikidir bil, mancanaqlar,
Lakin biri ipək, biri daş atar//
Şərqin böyük alimi – filosofu – astronomu – riyaziyatçısı
N.Tusi (1201-1274) özünün “İşarələrin əsasları” (Əsası əl işarət-
1254) əsərində ətraf aləmin dərkində anlam məsələsini işləyib
hazırlamaqla idrak nəzəriyyəsinin banilərindən birinə çevrilmişdir.
O, anlamı insanın beynində öz həyat təcrübəsindən qazandığı
təsəvvürlərin ləpiri, izi kimi başa düşməklə irəliyə doğru ciddi bir
addım atmışdı. İşarənin (sözün) maddi tərəfi, buna hazırkı dilçilik F.
de Sössürdən bəri signifiant deyir, məna tərəfi, (buna isə hazırkı
dilçilik F. de Sössürdən bəri signifie deyir), ilə yanaşı onların
əlaqəsini təmin edən üçüncü bir komponent də fərqləndirir ki, bunu
da o, anlam adlandırırdı. Təəssüflər olsun ki, N.Tusinin bu mühüm
fəlsəfi təlimi uzun illər yaddan çıxmış, yalnız alman filosofu
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
Q.Freqe (1848-1925) anlamı elmi cəhətən əsaslandırmış, lakin
N.Tusinin adını belə çəkməmişdir.
N.Tusidən sonrakı əsrdə yazıb yaratmış şair və filosof Şeyx
Mahmud Şəbüstəri (1287-1320) «Gülşəni-Raz» poemasında nitqi
insanın mühüm əlaməti hesab edir, onu insanı bütün digər bioloji
varlıqlardan ayıran vasitə hesab edir. O, “ağıl nitqin köməyi ilə üzə
çıxır” deməklə alman alimi Y. Herderi (1744- 1808) düz 5 əsr
XIII əsr Azərbaycan dili və dilçiliyinin inkişafında mühüm
mərhələ təşkil edir. Məhz bu əsrdə İsfəhanli Həsənoğlu tərəfindən
əsası qoyulan türkdilli poeziyamızda tez-tez dil və dilçiliklə bağlı
maraqlı fikirlərə rast gəlmək olur. Onun həmin dövrdə qələmə
aldığı şeirin ilk Azərbaycan dilli əsər olduğunu nəzərə alsaq, deyə
bilərik ki, onun müasir dövr şeirlərindən fərqi bir o qədər də böyük
/Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,
Nə dilbər? Dilbəri – şahid. Nə şahid? Şahidi – sərvər.
Mən ölsəm, sən büti-şəngül sürahi, eyləmə qül-qül,
Nə qül-qül? Qül-qüli- badə. Nə badə ? Badeyi-əhmər
Başımdan getmədi hərgiz səninlə içdiyim badə,
Nə badə? Badey-məsti. Nə məsti? Məstiyi – sağər.
Şəha, şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bulunmaz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş? Nə suziş? Suzişi – məcmər.
Əzəldən canım içində yazıldı surəti- məni,
Nə məni? Məniyi –surət. Nə surət? Surəti-dəftər.
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq.
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi- çakər.
Bu parçada cüzi fonetik fərqi nəzərə almasaq (“yüz” sözünün
əvvəlində /j/ samitinin gəlməsi), demək olar ki, həmin bu üslub
müasir şeirlərdə də müşahidə olunur.
ЫII HİSSƏ
Azərbaycan xalqının maarifpərvər oğlu d-r Cavad Heyət
(1923-2015) XIII – cü əsri təhlil edərək yazır ki, Hinduşah
Naxçıvaninin (1330-cu ildə vəfat edib) “Silahül – əcəm” əsərini
dörd dildə (farsca, ərəbcə, türkcə və pəhləvicə) yazmaqla
Azərbaycan türklərinə farscanı öyrətmək məqsədilə lüğət və
qrammatikanın əsasını qoymuşdur.
Bu da bir daha onu göstərir ki,
lüğətlərin tərtibi artıq orta əsrlərdən Azərbaycanda bir ənənənəyə
çevrilmişdir. Dilçiliyin bir elm sahəsi kimi formalaşmasının
özülündə dilin mahiyyəti, funksiyası, tədrisi və bu zaman tədrisə
köməklik (lüğətlər, dərsliklər və s.) göstərən vəsaitlərin
hazırlanması məsələləri olmuşdur.
Azərbaycan ədəbi dilinin formalaşmasında filosoflardan Qazi
Bürhanəddin, fars dilində yazıb-yaradan Marağalı Əvhədi (1274-
1338), Arif Ərdəbili ( ), habelə Nəsimi (1370-1417) və Şah İsmayıl
Xətai (1486-1524) mühüm rol oynamışlar.
Marağalı Əvhədi 1333-cü ildə fars dilində 9142 misralıq
“Cami-Cəm” adlı dialektik-əxlaqi poemasını yazır. O, sözün
göydən gəldiyini söyləmiş, onun saflığını və ülviyyətini tərənnüm
etmişdir. Həmin əsərində o, həyat, cəmiyyət və təbiət haqqında
dəyərli sözlərlə yanaşı dil və danışıq haqqında da hikmətamiz
fikirlər söyləmişdir. O yazırdı:
/Yarandı ağıl, nəfs, bir də ki, fələk,
Danışmaq öyrəndi, çərx, həm eşitmək//
Şair danışmaqla eşitməyi bərabər tutaraq ağıl, ruh və fələyin
bir anda yaranmasını əsas götürür və sözün forması ilə məzmununu
vəhdətdə götürməklə, sözün maddi qabığını təşkil edən qrafemlərə
xüsusi önəm verir, əsərlərində nəhvdən (sintaksisdən) bəhs edərək
onu hikmət, şərh və məntiq elmlərilə bərabər götürür.
Qeyd edək ki, Marağalı Əvhədidən sonra yaşayıb yaratmış
Arif Ərdəbili də 1369-cu ildə yazdığı “Fərhadnamə” əsərində sözün
iki tərəfindən-forma və məzmunundan danışır. Şair /Sözdə xəyal
yoxsa, onda can olmaz// deməklə özündən sonra gələn dilçiləri xeyli
qabaqlayaraq semiotik üçbucağa aydın işarə etmişdir:
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
Nəticəyə görə söz ilkindir, hətta kainat da sözdən törəmişdir.
«Ol dedi, oldu». Nitqi insanın atributu hesab edir. Danışırsansa,
deməli canlısan. O, şeirlərində ünsiyyət vasitəsi mənasında əvvəlcə
«lisan», «rəvan» kəlmələri işlədir. Nəsimi türk dilini (Azərbaycan)
ərəb dilindən üstün tutur:
Ərəb nitqi tutulmuşduri dilindən,
Səni kimdir deyən, kim, türkmansan?
Şah İsmayıl Xətai (1486-1524) Azərbaycan dilini dövlət dili
kimi saraya gətirmişdir. O, yazırdı:
Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı.
Söz vardır ağulu aşı
Bal ilən edər bir söz.
Başqa yerdə şair yazır:
Gördüyünü gözün ilə
Söyləməsən sözün ilə.
Qiybətdən kəsər gör dilin,
Hər qula yeksan dedilər.
Şah İsmayıl Xətai dörd şeyin içində sözü də unutmur.
Dörd şey lazım bir qarındaşa lazım,
Bir elm, bir kəlam, bir nəfs, bir söz.
XIV əsrin əvvəllərində «İbn –Mühənna lüğəti» elmi dilçilik
əsəri idi. Ondan sonra Hinduşah Naxçıvaninin “Silah-əl əcəm» əsəri
meydana gəldi. 1545-ci ildə isə Lütfulla İbn Yusif Nəiminin
«Bəhrül qəraib» (Qəribəliklər dənizi) adlı farsca-türkcə lüğəti elmi
əsər idi. Bunlarda da cəmiyyətdə dili öyrənməyin ilk nümunələrini
III. 6. Azərbaycan dilçiliyinin İbn Mühənna mərhələsi
Seyid Əhməd Cəmaləddin İbn Mühənna uzun müddət
dilçiliyimizə az tanış olan, ancaq dilçiliyimizdə həqiqətdə misilsiz
xidmətləri olan bir alim olmuşdur. İlk dəfə olaraq bu böyük dilçi
haqqında 1900-cu ildə məlumat verən rus türkoloqu Platon
M.Melioranski onu dünyaya ərəb filoloqu kimi təqdim etmişdir.
XIII-XIV əsrlərdə yaşayıb-yaratmış İbn Mühənna (ölüm
tarixi: 1324 və ya 1325-ci il), fars, türk və monqol dillərinin
qrammatik quruluşunu tədqiq etmiş və “Hilyətül-insan” və həlbətül-
lisan” (“İnsanın bəzəyi və dili sahəsi”) adında fars dilində kitab
yazmışdır. 3 cildlik bu kitab fars (I hissə), türk (II hissə) və monqol
(III hissə) dillərinə həsr olunmuş sanballı elmi-tədqiqat əsəridir.
Ə.Cəfəroğlu (1899-1975) yazır ki, Platon M.Melioranski «Араб-
филолог о турецkом языkе» adlı doktorluq dissertasiyasında
naməlum müəllifin əsərini azərbaycanca yazdığını və əsas türkcəni
də azəri ləhcəsi olmasının mümkünlüyündən söz açmışdır.
P.M.Melioranski naməlumluq məsələsində tələsmişdir, çünki
on il bundan sonra İstanbulda çap olunan «Kitabi-haliyyeti – əl
nisan və haliyyəti – əlalisan» və «İbn Mühənnanın lüğəti» adlanan
lüğətin müəllifinin İbn Mühənna olması faktı təsdiqlənir. Digər rus
alimi S.Y.Malov isə yazır ki, əsərdə sözü gedən əsas türkcə heç də
azəri türkcəsi deyil, Türküstan, Qaşqar və Uyğur türkcəsi olduğu,
azəri ləhcəsilə bağlı fikirlərin isə əsərə sonralar əlavə edildiyi
qənaətinə gəlir. Göründüyü kimi, P.M.Melioranski lüğətin dilini
azəri türkcəsi adlandırır, ancaq S.Y.Malov məsələyə başqa cür
yanaşır. Əvvəlcə Ə.Cəfəroğlu, sonra T.Hacıyev S.Y.Malovun
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
fikirlərinin yanlış olduğunu sübut edirlər. Belə ki, o dövrdə /k/-nın
/g/ və ya /x/-ya keçməsi uyğur türkcəsinə xas deyildi. Ə.Cəfəroğlu
XIII əsrdə Azərbaycanda oyanış olduğu, hətta orada bir növ Türk
Elmlər Akadimiyasının mövcudluğu haqqında F.M.Köprülüzadəyə
istinadən fikirlər yürüdüldüyünü söyləyir. Bu çox inandırıcı
görünür. Çünkü hülakilər hakimiyyəti dövründə Azərbaycanda bir
intibah dövrü yaşanmışdı. Həqiqətən də, böyük N.Tusi məktəbi və
Marağa rəsədxanası dilçiliyə təsirsiz ötüşə bilməzdi.
Ə.Cəfəroğlu yazır ki, əldə olan məlumatlara görə İbn
Mühənnanın babasının babasını
şiə tarixçilərindən biri
adlandırmağa müəyyən imkan yaradır. Odur ki, Azəri ləhcəsinin
müəyyənləşdirilməsi İbn Mühənna şəxsiyyətinin tam açılması
olmadan həll etmək imkansız görünür.
Azərbaycanın görkəmli türkoloqu, AMEA-nın həqiqi üzvü
T.İ.Hacıyev (1936-2015) İbn Mühənnanın üçdilli lüğətinin
(Hilyətül-insan və həlbətül –lisan) məhz hülakilər dövründə, özü də
Kirmanda (Cənubi Azərbaycanda – F.V.) yazıldığını, habelə İbn
Mühənnanın Azərbaycan türkü olmasını faktlarla sübut edir. Bu
zaman alim diqqəti /Cəmaləddin/ və /Seyid/ toponimlərinə çəkir və
bu şəxs adlarına Türküstan türklərində rast gəlinmədiyini xüsusi
Adamların dil öyrənməsini özləri üçün əbəs saydığını qəbul
etməyən İbn Mühənna yazır: “Halbuki səyahət və gəzintilərində
bundan istifadə edə bilərlər, eləcə də elmi məsələlərin tədqiqində,
ticarətdə fayda qazanmaq və ya ziyandan qaçmaq üçün, yaxud bir
işdə ustalığına, sənətkarlığına görə haqq almaq istəyi ilə və ya
müxtəlif məsələlərin həllində öz düşüncələrini gücsüzlük və
acizlikdən qurtarmaq üçün və ya vətəndə və yad ölkədə öz
müasirlrinin qarşısında üstünlük əldə etmək üçün dil biliyi onların
gərəyi olardı. Buna, dillərin öyrənilməsinə belə baxışıma türk
səltənəti həvəslə qoşuldu. Allah onların qələbəsini möhkəmləndirsin
və hökmranlığına rifah və dinclik versin”.
Bu sitatdan bəlli olur ki, İbn Mühənna dilöyrənmənin insan
həyatında nə qədər mühüm rol oynadığına xüsusi dəyər verir, onun
ЫII HİSSƏ
həm praktik, həm də elmi fəaliyyətdə, habelə idarəetmədə xüsusi
önəm daşıdığını vurğulayır. Kitabını metodiki cəhətdən üç dil üzrə
– fars, türk və monqol dillərinə – ayrı-ayrı hissələrdə yerləşdirməklə
İbn Mühənna o dövrdə bu dillərdə danışanların daim kontaktda
olmasını əsas götürür və türk səltənətinin onun lüğət yazmaq
niyyətini bəyəndiyini açıq söyləyir. İbn Mühənnanın bu əsərə
yazdığı izahat onun pedaqoji səriştəsinin yüksək olduğunu göstərir.
O, materialının seçimi prinsiplərini əsl metodist kimi əsaslandırır,
çox işlək və nitqdə məlum olan şeyləri, hər əsərdən ən
mükəmməlini və fəsillərin ardıcıllığına görə ən münasibini
seçdiyini vurğulayır. “Kitabın mətləbini doğru ifadə edən, mənim
sözlərimə bəraət qazandıran, onu təsdiqləyən, məni danlaqlardan
xilas edən gözəl nitqli insanları dinlədim. Hər hissənin yazılışında
materialı elə yaxşı böldüm ki, mən bilən, mənə qədər heç kəs belə
İbn Mühənna qarşısına qoyduğu məqsədə uyğun olaraq yazır
ki, onun kitabı bilikdə üstünlük və işlərində qazanc əldə etmək
istəyənləri, özü demiş, alimləri və tacirləri nəzərdə tutub.
Yuxarıda deyildiyi kimi, kitabın ikinci hissəsi türk dili
haqqındadır. “Mən bu sətirlərdə çalışdım ki, düzgün ümumişlək
danışığı ifadə edim və “vəhşi”, işlək olmayan sözləri atım, ümumi
razılaşdırılmış tərkiblərin, məişətdə ümumi qəbul olunmuş sözlərin
ardınca gedim, hər məsələni ayrıca verim, bütün əsəri anlayışlar –
məlumatlar üçün münasib edim, əsas iki hissəyə bölərək,
materialımı təməl prinsiplərə, ümumi qanunlara, fəsillərə və
bölmələrə görə bölüşdürüm, paylayım.”
İbn Mühənna türk dilinin əlifbası və səs birləşmələri (onda
hərf birləşmələri adlanır – F.V.), ərəb dilində olmayan, yalnız türk
dilinə xas olan səslərdən əsl fonoloq kimi danışır, türk dillərinin
aqqlütinativliyini xüsusi vurğulayır, şəkilçilərdə iştirak etməyən
O, türk dillərində danışanların nitqlərindəki tələskənliyi,
tələffüzlərindəki etinasızlığı, bəzi səslərin “yeyilməsini”, uzun
saitlərin təsadüfliyini, həmzəlilərin bolluğunu da qeyd etməyi
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
unutmur. İbn Mühənna əlifin, yanın və vavın 3 cür yazlışını verir.
Eyni zamanda o, fonem əvəzlənmələrindən (10 əvəzlənmə növünü
göstərir – F.Veysəlli) də danışır. Bundan sonra İbn Mühənna ikinci
hissənin 24 bölməsinin hər birinin məzmununu açıqlayır. Burada
adlardan tutmuş feillərin və əvəzliklərin şəxslənməsi, inkarlıq və
müəyyənlik – qeyri – müəyyənlik, mənsubiyyət kateqoriyası,
tamamlıq və izafət, köməkçi hissəciklər və s. haqqında ətraflı
məlumat verilir. Kitabın diqqəti çəkən bir cəhəti də odur ki, İbn
Mühənna özündən sonrakı dilçilik ənənəsini xeyli qabaqlamış,
bütün qaydaları danışıq dilinə əsasən vermişdir. O, Kufə və Bəsrə
dilçiliyinə yaxından bələd olduğunu aydın nəzərə çarpdırır.
Fikrimizcə, İbn Mühənnanın bu kitabı nümunə kimi ali
məktəblərimizdə tədris olunmalı, gənclərimiz bu böyük dilçi alimin
linqvistik görüşlərini mükəmməl şəkildə mənimsəməlidirlər.
III. 7. Azərbaycan dilçiliyinin Nəsimi və Füzuli dövrü
Böyük Azərbaycan şairi Nəsimi (1370-1417) dilçilik
haqqında ayrıca bir kitab yazmasa da, o, şeirlərində nitqi vəsf edir
və sanki bugünkü günümüzlə ayaqlaşaraq ünsiyyətin gerçək
modelini cıza bilmişdir. O yazır:
/Gəl mana bir söyləgil kimdir sənin nitqində kim.
Söyləyən, söylətdirən, eşitdirən hər yanədən.//
Nəsimiyə görə söz ilkindir, hətta kainat da sözdən törəmişdir.
«Ol dedi, oldu». Nitqi insanın atributu hesab edir. Danışırsansa,
deməli canlısan. O, şeirlərində ünsiyyət vasitəsi mənasında əvvəlcə
«lisan», «rəvan» kəlmələri işlədir. Nəsimi türk dilini (Azərbaycan)
ərəb dilindən üstün tutur:
Ərəb nitqi tutulmuşdur dilindən,
Səni kimdir deyən, kim, türkmansan?
Arif Ərdəbili üçbucaqda dil işarəsinin mahiyyətini açırsa,
Nəsimi üçbucaqda onun sintaktik (söyləyən), praqmatik
(söylətdirən) və perseptiv (eşitdirən) aspektlərini açıb göstərir.
Digər bir şeirində isə Nəsimi dilin mahiyyətini belə açıb göstərir:
ЫII HİSSƏ
/Gər dilim, yar, qeyrinə meyil eyləsə,
Öz dilim ilə dilimini diləmən//
Göründüyü kimi, şair öz ana dili olan Azərbaycan türkcəsinin
sabitliyini, yenilməzliyini göstərməklə bərabər başqa dilə meylini
öz dililə nizamlayacağını elan edir.
Böyük Füzuli də (1494-1556) öz sələfləri kimi sözə yetərincə
qiymət vermiş, sözün işlənməsinə xeyli yer ayırmışdır. Füzuli
yaradıcılığından bəzi seçmələr dediyimizi bir daha təsdiq edir.
Təvəzökarlıq edərək, o, sözün vəsfində gücsüz olduğunu etiraf edir:
Hər şeydən yüksəkdir sözün məqamı,
Hər yerdə sevərlər sahib kəlamı,
Sözün vəsfi mənim hümmətim deyil.
Sözün qiymətinə söz yox yəqin bil,
Çün ol sənə qılalı mehribanlıq,
Yaxşılığa eyləmə yamanlıq.
Məlumdur ki, dünyanın yaranışının ilahı açılışı sözlə bağlıdır
deyənlər adətən İncildən bu misalı gətirirlər: «Və Allah dedi: İşıq
olsun! Və işıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Bu zaman Allah
işığı zülmətdən ayırdı və işığı gün, zülməti isə gecə adlandırdı.
Sonra Cənab Allah yer üzündəki heyvanları və göydəki quşları
insana göstərib baxdı ki, görsün insan onları necə adlandıracaq;
çünki insan onları necə adlandırsa, elə də adlanacaqlar. Və insan yer
üzündəki heyvanlara və göydəki quşlara ad verdi”. Elə bu motivləri
biz Füzulinin aşağıdakı şeirində də görürük:
Gözəl yaranmışdır söz əzəl başdan,
Düzlükdür ondakı hüsnü artıran.
Düzlükdə artmışdır sözün qiyməti,
Düzlükdür hər şeyin ilk məziyyəti.
Xəlqə ağzın sirrini hərdən qılır izhar söz,
Bu nə sirrdir kim, olur ləhzə yoxdan var söz.
Artıran söz qədrini sidqilə qədrini artırır,
Kim nə miqdar olsa, əhlin eylər olmaqdır söz.
Bir sözə ehya (can vermə) ki, tutduqca səni xabi-əcəl (ölüm)
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
Elər hər saət səni ol uyqudan bidar (oyaq) söz.
Bir nigari – ənbərin xəttdir (ənbər –gözəl xətt) könüllə almağa
Göstərir hərdəm niqabi – qeybdən rüxsar söz.
Xəzini-gəncineyi – əsrardır (sirr xəzinədarı) hərdəm çəkər,
Rişteyi-izharə min-min gövhəri-əsrar söz
Olmayan qəvvasi-bəhri-mərifət (mərifət dənizinin üzgüçüsü)
Kim, sədəf tərkibi-təndir, şöləyi-şəhvar-söz (ən əla inci)
Gər çox istərsən Füzuli izzətin, az et sözü,
Kim, çox olmaqdan qılıbdır, çox əzizi xar söz.
(M.Füzuli. Seçilmiş əsərləri, s.122).
Yuxarıdakı misallardan görürük ki, Füzuli dilin daxili
strukturuna o qədər yaxından bələd olmuşdur ki, şeir yazanda
fonemlərin həmahəngliyini gözləməyə nail olmuşdur. Sözdə bir
samit artırmaqla Füzuli onun ahəngini dəyişmişdir. Məsələn,
/Laf ilə qılıcdan vurmağıl dəm
Kim vardır bizim qılıncımız həm//
Füzuli poeziyasından söz açan görkəmli Azərbaycan dilçisi
M.Adilov yazır: “Füzuli şeirində klassik şərq poetikasına xas
məqlub (palindrom və ya paronim – F.V.) ilə (hərflərin möcüzəsi)
türk xalq şeirinə xas alliterasiya (səslərin möcüzəsi) bir vəhdət təşkil
edir, birlikdə təzahür edir.”
Füzulidə paronimlər yetərincə işlədilir. Özü də bunlar
ahəngdarlığı qüvvətləndirmək üçün edilir. Müq.et:
/Cəm könlün dövr cövründən pərişan olmasın
Hər kimin kim dövr cövründən dili-naşadı var//
Füzulidə paronimlərdən istifadə bir üsul olaraq çox geniş
tətbiq olunur. Bu paronimlik heca, söz və hətta söz birləşməsi
/Yeydürür meyxanədə bir cam vermək bir gözəl//
/Dünyaya gəlmişik . qəm ilə həmdəm olmuşuq,
Qəm aşinası dəhrdə, biz hər dəm olmuşuq//
ЫII HİSSƏ
Ən ciddi maraq doğuran odur ki, M. Füzuli sanki fonetikanı
və fonologiyanı şərh edir, dil səslərinin möcüzəsinə şərh vermədən
onları bilavasitə şeirə tətbiq edir. Sözlərin əvvəlində, ortasında və
sonunda fonemləri – saitləri və samitləri bir-birilə əvəz etməklə
Füzuli bədii vasitə yaradır, bu zaman təkcə sözlərin deyil, hətta
bütöv söyləmlərin səslənməsində həmahəngliyə nail olur. Burada
həm söz başında, həm sözün içində, həm də söz sonunda (Məsələn,
/şövq/-/zövq/, /həm/-/qəm/, /zar/-yar/, /məlamət/-/səlamət/ və s.)
qarşılaşmalarla işlənən paronimləri misal gətirə bilərik. Dediklərmiz
aşağıdakı parçada özünü aydın göstərir:
/Leyli-məhi – asimani həşmət,
Məcnun – şəhi –kişvəri-məlamət
Leyli – səfi – əhli- hüsn əmiri
Məcnun – səri- kuyi-qəm fəqiri.
Leylidə kəmali-hüsnilə zövq,
Məcnunda cəmali-Leyliyə şövq//
Gətirdiyimiz nümunədə /m-∫-f-r-k-dž/ samitləri qafiyədaxili
paronimlərin yaranmasını şərtləndirən samitlərdir. Şair başqa
hallarda sözün əvvəlinə bir fonem artırmaqla (/Fərz oldu bir əzmə
cəzm qılmaq. Sındırmağa əhdi cəhd qıldı. // və ya/əslində tikan
çəkər əzabın, Fəslində həkim alır gülabın// və s.) və ya sözün
fonetik strukturundan bir fonemi atmaqla (Məsələn, /Yar
həmsöhbətim olmazsa, Füzuli, nə əcəb. Özünə söhbətim ar bilibdir
bilirəm. // və s.) yeni qafiyə yaradır. Söz yox ki, Füzuli ərəb
qrafikasını dərindən bildiyindən şeirlərində bu qrafikanın bütün
zənginliklərindən nəinki məharətlə istifadə etmişdir, həm də onun
mürəkkəbliyinə münasibət bildirmişdir. Məsələn,
/Gah bir hərf süqutilə qılır nadiri nar,
Gah bir nüqtə qüsurilə gözü gur eylər//
deməklə şair ərəb qrafikasının məqlub və ya paronim üçün
necə əlverişli imkan yaratdığını xüsusi vurğulayır.
Biz F.Veysəllinin Ankarada Füzuli simpoziumunda etdiyi
məruzədə böyük şairimiz Füzilinin dilimizin poeziyada işlənməsilə
bağlı nə qədər müdrik sözlər söylədiyinin şahidi oluruq.
İzahlı lüğət
is. [ər.] 1. Kitabın üzü, üz qabığı. Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov.
Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri. Ensiklopediyanın ikinci cildi. – Dəmirov əlini uzadıb cildləri özünə tərəf çəkdi və səliqə ilə düzəltdi. S.Rəhimov. [Vahid:] Gecə-gündüz yazdığın o cildlərin sahibləri heç zaman sənin zəhmətini unutmazlar, ana! B.Bayramov.
məc. Don, qiyafə. Ötər keçdiyiniz yerdə bayquşlar; Qəhrəman cildinə girən sərxoşlar! H.Cavid. [Səfərəli:] Deməli, gedək cildimizi dəyişməyə. H.Nəzərli.
□□ Cilddən-cildə girmək – bax dona (min dona) girmək (“don1”da). [Professor:] Cilddən-cildə girən bu bürüncəkli adamlara qarşı çox kəskin, çox amansız mübarizə aparmaq lazımdır.. S.Rəhimov. . cildinə girmək – yalandan özünü . oxşatmaq, yalandan özünü . kimi göstərmək. Müəllif sanki özü Fərhad cildinə girərək, irəli gəlir və ürəyini boşaldır. M.İbrahimov. Cildini dəyişmək – başqa dona girmək, hər hansı mühitə, şəraitə uyğunlaşmaq. Kərəmov mühitə uyğun olaraq kərtənkələ kimi cildini dəyişsə də, elə həmin Kərəmovdur. İ.Əfəndiyev.
Paylaşın – Hamı bilsin
Sual və cavabı bəyəndinizsə “Bəyən” və ya “Like”düyməsini tıklayın!
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
Comments are closed, but trackbacks and pingbacks are open.