Press "Enter" to skip to content

Bileti necə qaytara bilərəm? — Bloq

Məsələni iqtisadçı və hüquqşunas ekspertlərimiz ilə araşdırdıq.

Adınız düşdü qara siyahıya – Bir də bank nə vaxt kredit verər?

Bu gün adları bankların qara siyahısına, yəni Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) düşən şəxslər kredit götürə bilmirlər. Bu da insanlarda belə bir sual formalaşdırır:

Adı qara siyahıya düşən şəxslər növbəti dəfə nə vaxt kredit götürə bilərlər?

Məsələni iqtisadçı və hüquqşunas ekspertlərimiz ilə araşdırdıq.

Mərkəzləşdirilmiş Kredit Reyestri nədir?

Milli.Az atv.az-a istinadən bildirir ki, iqtisadçı Samir Əliyev dedi ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bank tərəfindən yaradılıb:

“Burada kredit götürən şəxslərin kredit tarixçəsi, yəni kreditin ödənilmə vaxtı, davamiyyət, ümumiyyətlə bu tipli məlumatlar öz əksini tapır. İndi həmin Reyestr Maliyyə Bazarlarına Nəzarət Palatasının ixtiyarındadır.

Burada mahiyyət nədir?

Mahiyyət ondan ibarətdir ki, banka müraciət olunan zaman onlar sizin məlumatları Kredit Reyestrinə göndərir və oradan sizin haqqınızda məlumat alır.

Çox vaxt banklar kredit verməzdən öncə müştəridən başqa bankda kredit borcunun olub-olmadığını soruşanda, “Yox” cavabı alır. Amma bütün bankların məlumatları, hətta kredit uçotlarının məlumatları belə Kredit Reyestrinə getdiyindən, müştəri bankı aldada bilmir. Bank da müraciət edərək, sizin haqqınızda məlumatları alır, sizin hansı bankda, nə qədər kredit borcunuzun olduğunuzu, davamiyyətinizin necə olduğunu öyrənir.

Burada təkcə sizin nə dərəcədə etibarlı müştəri olduğunuzdan söhbət getmir. Həm də sizin ödəmə qabiliyyətinizi qiymətləndirmək üçün onu yoxlayır. Ola bilsin, siz çox etibarlı müştərisiniz, amma sizin aylıq kredit ödənişiniz elə həddədir ki, ikinci bir banka müraciət etsəniz, ödəmə qabiliyyətiniz aşağı düşə bilər. Məhz bu tipli hallar üçün istifadə olunur”.

Qara siyahıda qalma müddəti nə qədərdir?

Samir Əliyev bildirdi ki, əvvəl bu, müddətsiz idisə, indi 3 il vaxt qoyulub. Yəni, 3 ildən sonra sizin kredit tarixçəniz artıq yenilənir. Bu, o deməkdir ki, əgər mənfi kredit tarixçəniz varsa, yaxın 3 il ərzində digər bir bankdan kredit götürə bilməyəcəksiniz”.

İqtisadçı eyni zamanda əlavə etdi ki, bir çox ölkələrdə bu funksiyanı Kredit büroları həyata keçirir:

“Kredit büroları müstəqil, özəl bir qurum olur. Orada sizin sırf bank ödənişləriniz yox, bütün ödəmə qabiliyyətiniz haqqında məlumat (işıq, qaz, cərimələr və s.) öz əksini tapır. Azərbaycanda düşünürəm ki, belə Kredit bürolarının yaradılmasına ehtiyac var”.

Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev məsələnin hüquqi tərəfləri haqqında məlumat verdi:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Kreditlərin Verilməsi qaydaları 2008-ci ildə təsdiq edilmişdir. Həmin qaydalara əsasən, hər bir bank fəaliyyətinin xüsusiyyətinə və həcminə uyğun olaraq kreditlərin verilməsi üzrə strategiya, habelə kredit riskinin idarə edilməsi, o cümlədən riskin müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarətin həyata keçirilməsi üzrə bankdaxili qaydalar işləyib hazırlayır.

Göründüyü kimi, kreditin ayrılması və risklərin qiymətləndirilməsi bankdaxili qaydalarla müəyyən edilir”.

Milli.Az

Bileti necə qaytara bilərəm? — Bloq aviasales.az

biletin tarifindən və aviaşirkətin qaydalarından asılıdır. Bəzi tariflərdə bileti yalnız əlavə ödənişlə qaytara bilərsiniz, bəzilərində isə ödənişsiz.

Əgər reysiniz təxirə düşübsə, satıcı onu vauçerlə də əvəzləyə bilər. Bu o deməkdir ki, digər uçuşlara vauçer dəyərində bilet seçə bilərsiniz. Qaydaları öyrənmək üçün və ya biletinizi qaytarmaq üçün satıcı ilə əlaqə saxlamalısınız. Satıcının adı və əlaqə məlumatı sizə biletlə bir yerdə göndərilir.

Reysə gecikmişəm

  1. Hava limanında aviaşirkətin nümayəndələrinə yaxınlaşın və gecikmə nişanını xahiş edin.
  2. Satıcı ilə əlaqə saxlayın, biletinizi və gecikmə nişanını göndərin. Satıcının adı və əlaqə məlumatı sizə biletlə bir yerdə göndərilir.
  3. Vəziyyəti onlara izah edin və biletin qaytarılması və ya əlavə ödənişlə dəyişdirilməsi haqqında məlumat alın

Xəstələnmişəm, uça bilməyəcəyəm

  1. Satıcı ilə əlaqə saxlayın və xəstəlik ucbatından uça bilməyəcəyiniz haqqında məlumatlandırın. Bileti xəstəliyə görə qaytarmaq istədiyinizi deyin. Satıcının adı və əlaqə məlumata sizə biletlə bir yerdə göndərilir.
  2. Satıcı sizə hansı sənədlərin tələb olunacağı və qaytarılacaq məbləğ haqqında məlumat verəcək.

Aviasales niyə özü biletləri qaytarmır?

Çünki Aviasales axtarış sistemidir. Biz bilet satmırıq, sizə ən rahatını tapmaqda köməklik göstəririk.

Sistemimiz belə işləyir:

  1. Siz aviasales saytına daxil olursunuz, uçuş istiqamətini və tarixini seçirsiniz, “bilet tapmaq” düyməsini basırsınız.
  2. Mövcud biletlər siyahısından sizə lazım olan bileti seçirsiniz və “almaq” düyməsini basırsınız.
  3. Sizi satıcının saytına yönəldirik, orada məlumatınızı daxil edirsiniz və bileti alırsınız.
  4. Elektron bilet alış zamanı qeyd etdiyiniz e-mail ünvanına göndərilir

Ümumiləşdirsək, aviasales bilet axtarışında “google” kimidir. Bizim saytımızda axtarış edirsiniz, alış üçün isə satıcının saytına keçirsiniz.

Bizim saytımızın üstünlüyü nədən ibarətdir?

  1. Bir neçə saniyə ərzində bir pəncərədə 750+ şirkətin biletlərinin qiymətlərinə və detallarına baxıb müqayisə edirsiniz.
  2. Filtrlərdən istifadə edərək istəyinizə tam uyğun biletləri tapırsınız.
  3. Heç bir əlavə və ya gizli ödəniş olmadan keçirsiniz birbaşa satıcının saytına.

Ətraflı istifadə qaydalarımızı bu məqalədə oxuya bilərsiniz: Aviasales.az saytından istifadə qaydaları

Comments are closed, but trackbacks and pingbacks are open.