Press "Enter" to skip to content

Kimya 7 məhlullar

Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (3 gün əvvəl)

Məhlullar

Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. Bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə dispers sistem deyilir. Paylanan maddə dispers faza, mühit isə dispers mühit adlanır
Aqreqat halına görə məhlullar maye, bərk, qaz halıda olurlar. Məsələn: duzların suda məhlulu, mis ilə nikelin ərintisi,qaz qarışığı məhluldur.
Təbiətdə və texnikada maye məhlulların rolu böyükdür.Təbii sular,qan,limfa və fizioloji mayelər məhluldur;qidanın mənimsənilməsi onun məhlula keçməsi nəticəsində mümkün olur;kimyəvi çevrilmələrin çoxu mühiti maye olan müxtəlif məhlullarla bağlıdır.Həll olan maddə və həlledici eyni aqreqat halında olduqda çoxluq təşkil edən maddə həlledici hesab edilir.
Həqiqi məhlullardan əsas xüsusiyətlərindən biri odur ki,onlar həllolan maddə ilə həlledicinin sadəcə olaraq toxunmasından əmələ gəlir.Bu isə öz-özünə baş verən qarşılıqlı diffuziya prosesi ilə əlaqədardır.Qarışdırma,çalxalama və başqa mexaniki təsir isə məhlulun əmələgəlmə prosesini yalnız sürətləndirir.
Maddənin həllolma qabiliyyəti onun müəyyən həlledicidə həll olması xassəsidir.Həllolma qabiliyyəti müəyyən temperaturda maddənin 100 q həlledicidə həll olan maksimum miqdarı ilə ifadə olunur.
Suda həllolmalarına görə bütün maddələri 3 qrupa bölürlər:yaxşı həll olan ,pis həll olan,və praktiki olaraq həll olmayan maddələr.
Maddələrin suda həll olması ilk növbədə onun təbiətindən asılıdır.Müəyyən edilmişdir ki,qeyri-polyar və ya az polyar həlledicilərdə elə maddələr yaxşı həll olur ki,onların molekulları qeyri-polyar və ya az polyar olsun.Belə həlledicilərdə polyarlığı çox olan maddələr az, ion quruluşlu olan maddələr isə praktiki olaraq həll olmur.Əksinə ,polyarlıq dərəcəsi nisbətən çox olan həlledicilər polyar və ion tipli maddələri yaxşı,qeyri-polyar maddələri isə pis həll edir.
Bərk maddələrdən nitrat vı nitritlər,ammonium və qələvi metalların bütün duzları,sulfat turşusunun dəmir,manqan,sink,aluminium və mislə əmələ gətirdiyi duzlar suda yaxşı həll olur.Sulfat turşusunun barium və qurquşunla ,sulfid turşusunun isə ağır metallarla əmələ gətirdiyi duzlar suda praktiki olaraq həll olmur.
Temperatur artıqda bəzi bərk maddələrin,məsələn,kalium-nitratın ,ammonium-nitratın həll olma qabiliyyəti artır.

Raul prinsipləri
Qapalı qabda mayenin buxarlanması ilə buxarın kondesləşərək yeniden mayeyə çevrilməsi arasında tarazlıq yarandıqda maye üzərindəki buxara doymuş buxar deyilir.Buxarlanma endotemik proses olduğundan,Le-Şateyle prinsipinə əsasən,temperaturun artması buxarəmələgəlmə prosesini sürətləndirir və buna görə də buxarın təzyiqi artır.
Fransız alimi F.M.Raul uçucu olmayan qeyri-elektrolitlərin duru məhlularının buxar təzyiqini öyrənərək 1887-ci ildə qanun vermişdir:
Həlledicinin məhlul üzərindəki buxar təzyiqinin nisbi azalması, həll olan maddənin mol sayının məhlulda olan molların ümumi sayına olan nisbətinə bərabərdir.

Raul müəyyən etmişdir ki,buxar təzyiqinin nisbi azalması 0C ilə 20C arasında temperaturdan asılı deyildir.
Uçucu olmayan qeyri-elektrolitlərin duru məhlulları üzərində həlledicinin buxar təzyiqinin nisbi azalması həll olan maddənin mollarının sayı ilə düz mütənasibdir.
Raulun 1-ci qanunu yalnız uçucu olmayan qeyri-elektrolitlərin duru məhlulları üçün doğrudur.

RAULUNN 2-Cİ QANUNU
Həllediciyə nisbətn məhlulların buxar təzyiqinin azalması ilə əlaqədar olaraq,onların donma və qaynama temperaturu da dəyişir.Belə ki,məhlul saf həllediciyə nisbətən aşağı temperaturda donur və yüksək temperaturda qaynayır.Maddənin eyni vaxtda həm maye,həm də bərk halda mövcud olduğu temperatura donma teperaturu deyilir.Lakin hər iki fazanın birlikdə qala bilməsi üçün həmin temperaturda onların buxar təzyiqləri bərabər olmalıdır.
Məhlulların donma və qaynama temperaturunu öyrənərək,Raul aşağıdakı 2-ci qanununu vermişdir:
Donma temperaturunun azalması və qaynama temperaturunun artması məhlulun molyar qatılığı ilə düz mütənasibdir.

Kimya 7 məhlullar

I FƏSİL İLK KİMYƏVİ ANLAYIŞLAR
  • 1. Maddələr. Maddələrin xassələri. Qarışıqların ayrılma üsulları
  • 2. Maddələrin tərkibi və quruluşu. Molekullar və atomlar
  • 3. Kimyəvi element. İzotoplar
  • 4. Kimyəvi elementlərin nisbi atom kütləsi
  • 5. Maddələrin təsnifatı
  • 6. Kimyəvi formullar. Tərkibin sabitliyi qanunu. Valentlik
  • 7. Nisbi molekul kütləsi. Kimyəvi formullara görə hesablamalar
  • 8. Maddə miqdarı. Molyar kütlə
  • 9. Avoqadro qanunu. Qazların molyar həcmi
II FƏSİL FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR. KİMYƏVİ TƏNLİKLƏR
  • 10. Kimyəvi reaksiyalar. Kimyəvi tənliklər
  • 11. Kimyəvi reaksiyalarda maddə kütləsinin saxlanması qanunu
III FƏSİL OKSİGEN. HAVA. YANMA
  • 12. Oksigen kimyəvi element və bəsit maddə kimi
  • 13. Oksigenin alınması
  • 14. Oksigenin kimyəvi xassələri
  • 15. Ozon. Oksigenin tətbiqi və təbiətdə dövranı
  • 16. Kimyəvi tənliklərə görə hesablamalar
  • 17. Kimyəvi reaksiyaların istilik effekti. Entalpiya
  • 18. Termokimyəvi tənliklərə görə hesablamalar. Termokimyəvi tənliyin tərtibi
  • 19. Yanma. Yanacaqların səmərəli yandırılması
IV FƏSİL HİDROGEN
  • 20. Hidrogen kimyəvi element və bəsit maddə kimi. Hidrogenin alınması
  • 21. Hidrogenin kimyəvi xassələri və tətbiqi
  • 22. Su, onun təbiətdə yayılması, təmizlənməsi, xassələri və tətbiqi
  • 23. Təbii suyun əhəmiyyəti. Su hövzələrinin çirklənmədən qorunması
  • 24. Həllolma. Məhlullar
  • 25. Məhlulların qatılığının ifadəsi. Həllolmuş maddənin kütlə payı
  • 26. Məhlulun molyar qatılığı

Kimya məsələ həlli 7-ci sinif

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

Tamerlan Mammadov cavab verdi – Məqalə yazarı lazımdır (2 gün əvvəl)

Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (3 gün əvvəl)

tonws cavab verdi – Modemi router etmək (6 gün əvvəl)

Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (8 gün əvvəl)

Bahadur74 cavab verdi – Telefon uygulama (8 gün əvvəl)

Bahadur74 cavab verdi – Internet paketi (9 gün əvvəl)

Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (9 gün əvvəl)

Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (9 gün əvvəl)

Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (9 gün əvvəl)

Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (9 gün əvvəl)

Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (9 gün əvvəl)

Bahadur74 cavab verdi – android üçün ağıllı musiqi pleyeri (9 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.