Press "Enter" to skip to content

Kiv-in dili və üslubu

Millətin müstəqilliyi və azadlığı onun milli birliyini təmin edən dilindən də bu və ya digər formada asılıdır. Xalqlar işğala məruz qaldıqda onların dili də yad təsirlər altına düşür. Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyinə sahib çıxdıqda onun dili də azadlığa qovuşmuşdur. Bu fikrə bəziləri ironiya ilə yanaşa bilərlər. Onlara aydın olması üçün sadə bir nümunə göstərsəm, yəqin, mənimlə razılasarlar. Sovet dövrünə mənsub Azərbaycan mətbuatında dil birmənalı şəkildə monotonluğa məcbur edilmişdir. Ən geniş yaradıcılıq imkanlarına malik olan publisistik janrda belə yaradıcılığa süni maneələr yaradan “qəliblər” müəyyənləşdirilmişdir. Buna aid ən xırda bir misal göstərim: Mübtəda cümlənin əvvəlində, xəbər cümlənin sonunda gəlməli idi. Bu qayda Azərbaycan dili üçün səciyyəvidir. Ancaq bədii və publisistik materiallar üçün bu tələb vahid standart sayıla bilməz.

KİV-in bəzi səhvləri

“Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir-bundan da güclü olan eynilik təsəvvür etmək çətindir”. Dil haqqında söylənilmiş son dərəcə möhtəşəm bu fikrin müəllifi alman fəlsəfi dilçilik məktəbinin banisi Vilhelm Humboldtdur. Məqaləyə məşhur filosof və dilçi alimin sözləri ilə başlamağım təsadüfi deyildir. Sivilizasiyanın bugünkü inkişaf mərhələsinə gəlib çıxmış xalqların hamısı əldə etdiyi və yaratdığı bütün maddi və mənəvi sərvətlərinə görə öz doğma dillərinə borcludurlar. Milli dəyərlər sırasında dilin müqayisəyəgəlməz müstəsna əhəmiyyəti vardır. Xalqın və dövlətin digər atributlarının da ictimai şüura çatdırılması, sosiallaşması bilavasitə dilin sayəsində mümkün olur. Dil millətin özünütəsdiqidir. Qədim inkişaf tarixinə və zəngin lüğət tərkibinə malik Azərbaycan dili də xalqımızın milli şüurunun aynasıdır.

Millətin müstəqilliyi və azadlığı onun milli birliyini təmin edən dilindən də bu və ya digər formada asılıdır. Xalqlar işğala məruz qaldıqda onların dili də yad təsirlər altına düşür. Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyinə sahib çıxdıqda onun dili də azadlığa qovuşmuşdur. Bu fikrə bəziləri ironiya ilə yanaşa bilərlər. Onlara aydın olması üçün sadə bir nümunə göstərsəm, yəqin, mənimlə razılasarlar. Sovet dövrünə mənsub Azərbaycan mətbuatında dil birmənalı şəkildə monotonluğa məcbur edilmişdir. Ən geniş yaradıcılıq imkanlarına malik olan publisistik janrda belə yaradıcılığa süni maneələr yaradan “qəliblər” müəyyənləşdirilmişdir. Buna aid ən xırda bir misal göstərim: Mübtəda cümlənin əvvəlində, xəbər cümlənin sonunda gəlməli idi. Bu qayda Azərbaycan dili üçün səciyyəvidir. Ancaq bədii və publisistik materiallar üçün bu tələb vahid standart sayıla bilməz.

Etiraf edək ki, dil faktoru üçün olduqca qısa bir müddət sayılan müstəqillik dönəmində Azərbaycan dili sıçrayışlı bir inkişaf yolu keçmişdir. Azərbaycan dilinin bu sıçrayışlı inkişafını mətbuatımızın müasir tərəqqisində əyani şəkildə görmək mümkündür. Bütün bu çağdaşlıq yalnız alqışlanmağa layiqdir. Ancaq müxtəlif səbəblərdən kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normaları, demək olar ki, hər gün pozulur. Bügünkü mətbuatımızın ən böyük qüsuru onun orfoqrafik səhvlərlə dolu olmasıdır. Bu məqamda onu da qeyd edim ki, bu sarıdan internet mediasında vəziyyət daha acınacaqlıdır.

Böyük, yoxsa kiçik hərf: bu, xırda məsələ deyil

Düzgün yazı təliminin yeganə istinad mənbəyi orfoqrafiya qaydalarıdır. Azərbaycan dilinin orfoqrafiya qaydaları da onun düzgün yazı təliminin əsasını təşkil edir. Bu qaydalar Azərbaycan dilinin vahid yazı (unifikasiya) təlimini formalaşdırmışdır. Kütləvi informasiya vasitələrində bu qaydalara əməl edilmədikdə hərc-mərclik yaranır. Unutmayaq ki, dil bizi birləşdirən ən unikal dəyərdir. Hər kəs istədiyi (bildiyi) kimi yaza bilməz. Yazı təlimində fərdi münasibət yoxdur, burada hakim yalnız orfoqrafiya qaydalarıdır. Elə bu fərdiçiliyin (özfəaliyyətin) qarşısının alınması üçündür ki, ”Azərbaycan dilinin orfoqrafiya qaydaları” Azərbaycan hökuməti-Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

Dilin canlı orqanizm kimi daim inkişafda olması bütün tanınmış dünya dilçiləri tərəfindən birmənalı şəkildə təsdiqlənmiş həqiqətdir. Bu inkişaf daxili və xarici faktorlar hesabına baş verir. Azərbaycanın 20-ci əsrdə ikinci dəfə müstəqillik əldə etməsi xalqı birləşdirən dilin də azad və müstəqil inkişafına təkan vermişdir. Azərbaycan dili daxili və xarici faktorların sayəsində yeni sözlərlə zənginləşmişdir. Müstəqillik amilinin təsiri ilə yaranmış iki nümunəyə diqqət yetirək:

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və Sülh Naminə Tərəfdaşlıq Proqramı. Bu mürəkkəb adlardan birincisi məfhum və söz olaraq sırf öz doğma dilimizə məxsusdur. İkinci mürəkkəb ad bir məfhum olaraq ingilis dilində yaranmış, sonradan digər dünya dilləri kimi, bizim dilimizə də tərcümə edilmişdir.

Hər iki mürəkkəb ad mətbuatda çox yanlış formada yazılır. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı mürəkkəb adının yazılışına mətbuat və internet səhifələrində bir neçə variantda rast gəlirik. Bu mürəkkəb adın mətbuat səhifələrində ən geniş yayılmış versiyası belədir: Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı . Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsasən mürəkkəb adların tərkibində yalnız yardımçı sözlər kiçik hərflə yazılır. Əslində, bu mürəkkəb adda haqqında köməkçi sözündən başqa, digərləri böyük hərflə yazılmalıdır.

Mətbuat səhifələrində Sülh Naminə Tərəfdaşlıq Proqramı mürəkkəb adında isə yalnız sülh böyük yazılır. Bu cür yazılış kökündən səhvdir. Digər mürəkkəb adlar kimi, bunun da hər bir sözü böyük hərflə yazılmalıdır.

Mətbuat səhifələrində bəzi mürəkkəb adların tərkibində yalnız “hökumətlərarası dövlət komissiyası” söz birləşməsi böyük, digərləri kiçik hərflərlə yazılır. Məsələn, iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası. Əslində, bu mürəkkəb adda da üzrə köməkçi sözündən başqa, yerdə qalanlar böyük hərflə yazılmalıdır. Hər iki nümunədə sözlər xüsusiləşərək mürəkkəb ad yaratmışdır. Buna görə də onun tərkibindəki köməkçi sözlərdən başqa, digərləri böyük hərflərlə yazılmalıdır.

Dövlətin və xalqın müasir dünyaya inteqrasiyasını əyaniləşdirən onun dilidir. Bu gün Azərbaycan Respublikasının birbaşa iştirakı ilə Avropa qitəsində nəhəng enerji layihələri həyata keçirilir. Avropa üçün tamamilə yeni olan bu möhtəşəm layihələr gerçəkləşdikcə bütün dünya dilləri üçün neologizmlər də meydana gəlir. Çox təəssüflər olsun ki, bu sözlərin yazılışında bir hərc-mərclik hökm sürür. Bu enerji layihələrinin reallaşması prosesində yaranmış Transanadolu (qaz boru kəməri), Transadriatik (qaz boru xətti) sözlərinin mətbuatımızdakı yazılış formalarına diqqət yetirək. Bu sözlər mətbuat səhifələrində çox müxtəlif formalarda yazılır: TransAnadolu, Transanadolu, Trans-Anadolu, TransAdriatik, Transadriatik, Trans-Adriatik. Hətta bu sözlərin dırnaqda yazılan formasına da rast gəlinir. Fikrimizcə, mürəkkəb adın tərkib hissəsi olan bu sözlər bir vurğu ilə deyildiyi üçün bitişik yazılmalıdır: Transanadolu, Transadriatik. Əslində, bu mürəkkəb adın tərkibindəki sözlərin hər biri böyük hərflə yazılmalıdır: Transanadolu Qaz Boru Kəməri, Transadriatik Qaz Boru Xətti.

Bu qəbildən olan digər bir mürəkkəb adın yazılışına diqqət yetirək. Cənub Qaz Dəhlizi mürəkkəb adının da çox fərqli yazılış formasına rast gəlirik. Bir variantında cənub sözü böyük hərflə dırnaqda verilir, digər sözlər kiçik hərflərlə yazılır. İkinci bir variantda cənub sözü böyük hərflə yazılmaqla, mürəkkəb ad bütövlükdə dırnaqda yazılır. Dırnaq işarəsinin yalnız layihə sözü işlənildikdə yazmaq səhv sayılmaz (“Cənub Qaz Dəhlizi “ layihəsi).

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu mürəkkəb adında da ehtiyat fondu sözləri mətbuat səhifələrində yanlış olaraq çox vaxt kiçik hərflərlə yazılır (Peşə fəaliyyətimlə əlaqədar olaraq bir necə ildir ki, iş prosesində bu səpkili sözlərin düzgün yazılışını bərpa edirəm).

Artıq ənənə halını alıb, internet sözü işlənmə yerindən asılı olmayaraq, hər yerdə böyük hərflə yazılır. Bu ənənə yox, sadəcə səhvin ortaya çıxardığı məntiqi əsası olmayan bir vərdişdir. Bunun səbəbini həmin sözü böyük hərflə yazan müəlliflərdən soruşanda heç bir izah verə bilməyiblər. Onlar yalnız özlərinə belə bəraət qazandımaq istəyiblər: bu söz hər yerdə – qəzetdə-jurnalda böyük hərflə yazılır. Həmin yazarlara deyirəm ki, bəs, onda telefon, televizor, radio, maqnitofon və s. sözləri niyə böyük hərflə yazmayaq?! Bu məqamda cavab vermək çox çətin olur.

Mətbuat səhifələrində kiçik təşkilat və qurumların (əlbəttə, orfoqrafiya qaydalarında boyuk və kicik təşkilatın fərqi yoxdur) baş direktoru sözü böyük hərflə yazılır, amma BMT və NATO kimi beynəlxalq təşkilatların baş katibi sözləri kiçik hərflə yazılır. Məsələn, Ümumdünya Turizm Agentliyinin Baş direktoru mürəkkəb adında baş sözü böyük hərflə yazılır, ancaq BMT və NATO–nun baş katibi sözündə baş sözü kiçik hərflə yazılır. Bu, ən azından məntiqsizlikdir.

Azərbaycan mətbuatında ən geniş yayılmış səhvlərdən biri də dırnaq işarəsindən yeri gəldi-gəlmədi istifadə etməkdir. Azərbaycan dilinin orfoqrafiya qaydalarında dırnaq işarəsinin hansı hallarda işlənilməsi aydın şəkildə göstərilib. Mətbuatımızın səhifələrində heç bir orfoqrafik tələb olmadan geninə-boluna qoyulmuş dırnaq işarəsinə rast gəlirik. Məsələn, Şirvan Elektrik Stansiyasında Şirvan sözü dırnaqda yazılır. Çox qəribədir ki, bunun ardınca elə həmin mətndə Şirvan Rayon İcra Hakimiyyəti və Şirvan Olimpiya Kompleksi dırnaqda yazılmır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi sözlər ilkin mənalarından fərqləndirilmək üçün, çox haqlı olaraq, dırnaq işarəsində yazılır. Məsələn, “Azəri”, ”Çıraq” neft yataqları, ”Üfüq” İstehsalat Birliyi, “Araz” zavodu və s. Bu tipli sözlərdə dırnaq işarəsinin qoyulması vacibdir.

Daha bir dəb düşüb. Kütləvi şəkildə əksər mətbuat səhifələrində ARDNŞ əvəzinə, SOCAR yazılır (SOCAR işçi axtarır. SOCAR-ın nə qədər işçisi var?). Niyəsi əllaməçilikdir, ayrı şey deyil. Məlumdur ki, SOCAR ARDNŞ-in ingilis dilində olan qarşılığıdır. Azərbaycan neftinin beynəlxalq aləmdə tanınması üçün bu səsləniş, bu brend yaxşıdır. Milli mətbuatda isə bu abreviatura Azərbaycan dilində yazılmıs versiyasından sonra mötərizədə verilə bilər. Azərbaycan dilində nəşr olunan kutləvi informasiya vasitələrində SOCAR abreviaturasına heç bir bir lüzum yoxdur.

Söz yerinə düşməyəndə.

Yazılı kütləvi informasiya vasitələri sayılan qəzet-jurnal səhifələrində və internet saytlarında orfoqrafik səhvlərlə yanaşı, saysız-hesabsız qrammatik, fakt və üslub xətaları ilə də qarşılaşırıq. Mətbuat səhifələrində ən çox aşagıda qeyd edəcəyimiz səhvlərə rast gəlinir:

1.cümlədə söz sırasının pozulmasına (inversiya), 2.sözlərin yerində düzgün işlədilməməsinə. Hər iki tip səhv, cümlənin məzmununa ciddi təsir göstərir, fikir dolaşıqlığına səbəb olur. Onu da qeyd edək ki, bu səhvlərin meydana çıxması daha çox Azərbaycan dilini mükəmməl bilməməkdən irəli gəlir. Cümlədə sözün yerində düzgün işlədilməməsinə aid bir nümunəyə baxaq: Tez müddətdə əvvəlki həyat tərzinə dönür. Bu cümlədə tez zərfi yerində düzgün işlədilməyib. Əslində, bu məqamda qısa sözü işlədilməli idi. Vaxtaşırı yazılı mətbuatda belə bir xəbər oxuyur və televiziyalardan eşidirik: Məşhur xanəndə (subyekt fərqli də olur) avtomobil qəzası keçirmişdir. Heç avtomobil qəzasını da keçirmək olar? İnsan avtomobil qəzasına düşür, infarkt və insultu keçirir (Buradakı nümunələrin konkret mənbəyi vardır. Bəzi səbəblərdən konkret mənbə göstərilməyib).

Bəzi müəlliflər qovşaq sözü ilə qovuşuq sözünün leksik-semantik mənasını fərqləndirə bilmirlər. Mətbuatda tez–tez bu sözlərin eyni mənada işlənildiyinin şahidi oluruq. Məsələn, Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşir. Sözlərin leksik–semantik mənasına diqqət yetisək səhv aydın olacaqdır. Qovşaq – bir neçə eynitipli şeyin birləşməsi, qovuşuq isə iki əşyanın bir-birinə bağlılığıdır. Yuxarıdakı cümlədə qovşaq yox, qovuşuğunda olmalıdır.

Uzun illərdir (50-60 il bundan əvvəl nəşr olunmuş kitablarda da belədir) şifahi və yazılı nitqimizdəki bir səhvi bilməyərəkdən bu günümüzə qədər gətirib çıxarmışıq. Dilimizdə və sair, və ilaxir, və başqa sözlərinin olduğu hamımıza məlumdur. Çox qəribədir ki, bu vaxtadək dilimizdəki bu sözləri yerində düzgün işlətməmişik. Azərbaycan dilində canlı- cansız və insana aid məfhumlar xususi kateqoriya ilə secilir. Bu dil kateqoriyası baxımından və başqa sözü insana (şəxsə), və sair , və ilaxir sözləri isə cansız əşyalara aiddir. Ancaq çox təəssüf ki, biz şifahi və yazılı nitqimizdə bu sözlərin yerini səhv salmışıq. Belə ki, cansız əşya və şəxs adları sadalandıqda və sair (çox vaxt bu söz ixtisarlarla belə yazılır: və s.) sözü deyilir və yazılır. Belə demək və yazmaq tamamilə səhvdir. Fikrimizi nümunə üzərində əyaniləşdirmək daha inandırıcı olar. Məsələn, Adil, Sənan, Hikmət və sair uşaqlar məktəbin həyətində futbol oynayırdılar. Bu, adi bir nümunədir. Ancaq əfsuslar olsun ki, bu cür hala Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adları sadalanan zaman da rast gəlirik. Qəti şəkildə demək olar ki, və sair , və ilaxir sözlərinin leksik-semantik mənası sırf cansız əşya ilə bağlıdır. Həmcins üzvlər sayılan şəxs adlarından sonra isə birmənalı olaraq və başqa(ları) sözü işlənilməlidir.

Bu gün mətbuat səhifələrində orfoqrafik, qrammatik , üslub və digər səhvlərin təkrarlanması daha çox iki səbəbdən qaynaqlanır: qeyri-peşəkarlıqdan, redaktor və korrektor institutunun zəifliyindən (bir çox müstəqil qəzet və internet saytlarının redaksiyalarında korrektorun nə olduğunu belə bilmirlər). Peşəkarlıq olmadığından ədəbi dil normalarının tələbləri lazımi səviyyədə qorunmur. Elə bunun nəticəsidir ki, kütləvi informasiya vasitələri səhvlərdən xali deyildir.

Azərbaycan dilinin düzgün yazı təliminə ciddi formada əməl olunmalıdır. Bu qaydalara əməl etmək hər bir kütləvi informasiya vasitəsi subyektinə, o cümlədən hər bir müəllifə yalnız nüfuz qazandırar. Bunu bizdən əsrlərin min bir sınağından keçərək zəngin mədəniyyətin yaradıcısı və qoruyucusu olan doğma dilimiz tələb edir.

Kiv-in dili və üslubu

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli dövlət başçısının Azərbaycan dili ilə bağlı verdiyi fərmanla əlaqədar Modern.az-a qarşıda duran işlərdən danışıb. O, qeyd edib ki, 2020-ci ilə qədər Azərbaycan dilinin təlim və tədrisi ilə bağlı tədbirlər planı hazırlanır.
“Bu proqram əvvəlcə müzakirə olunacaq, sonra isə təsdiq ediləcək. Proqramda çox ciddi məsələlər var. Burada həmçinin radio, televiziya və ümumiyyətlə KİV-in dili ilə bağlı nəzarət mexanizmi yaradılacaq. Bundan ötrü AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda xüsusi monitorinq qrupları yaradılacaq ki, onlar da öz növbəsində KİV-də dillə bağlı problemlərə nəzarət edəcəklər. Həmçinin dil pozuntularına yol verən qəzet, radio, eləcə də televiziya xadimlərini monitorinqlərə cəlb edib onlara tövsiyələrimizi verəcəyik”.

Daha sonra izahlı lüğətlərlə bağlı məsələyə toxunan Fəxrəddin Veysəlli çağdaş zamanda leksikonumuza texnologiya və digər modern sahələrə aid sözlərin gəldiyi üçün izahlı lüğətlərin dəyişilməsinin labüdlüyünü vurğulayıb.

Aytən Əliyeva

Kiv-in dili və üslubu

Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığına malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
ÜİHB, Maddə 19

Kütləvi informasiya vasitəl ərinə “ənənəvi” yayım vasitələri kimi televiziya, radio, kino, CD və ya DVD, çap mətbuat, eləcə də bizim əsas informasiya əldə etmək mə nbəyimiz olan internetlə əlaqəli İnternet şəbəkəsi kimi xidmətlər daxildir. Cəmiyyətimizdə KİV-in rolu çox vacib olmuşdur, belə ki, günümüzdə həyatımızı televiziya, elektron poçt, video paylaşım saytları, onlayn xəbər portalları və ya bloqları olmadan təsəvvür etmək çətindir. Dünyaya açılan bir pəncərə kimi onların rolu hələ də artmaqdadır. KİV sosial qarşılıqlı əlaqələr və kommunikasiya üzrə bir forum kimi yeni funksiyalar əldə etmişdir, belə ki, burada mal almaq və ya satmaq, istənilən məqsəd üçün məlumat toplamaq və ya özünüzün yaratdığı mətbuat məzmununu paylaşmaq imkanları mövcuddur.

Uzun müddətdir ki, ənənəvi kütlə vi informasiya vasitələri – bəzən demokratiyanın üç ənənəvi hakimiyyəti ilə (qanunvericilik, icra və məhkəmə hakimiyyəti) müqayisədə “dördüncü hakimiyyət” kimi də adlandırırlar – vətəndaşlara zərər verəcək hökumət siyasətlərini sorğu- sual etməklə vətəndaşlara müttəfiq olmuşdurlar. Lakin 2003-cü ildə Braziliyanın Porto Alegre şəhərində təşkil edilən Dünya Sosial Forumunda çıxış edən jurnalist və universitet professoru İgnasio Ramonet iddia edirdi ki, ənənəvi KİV transmilli şirkətlər tərəfindən idarə edildiyinə görə onlar düşmənə çevrilmişdirlər: kütləvi informasiya vasitələri onları qorumaq əvəzinə insanları istismar etmək və incitmək gücünə malikdir. 1 Bəzi insanlar beşinci güc kimi interneti vurğulayırlar, belə ki, internet problemləri üzə çıxartmaq və gözətçi kimi xidmət etməklə ənənəvi KİV ilə rəqabət aparır, həmçinin vətəndaş hərəkatını təşkil etmək üçün yeni bir kanal təqdim edir

KİV-lərin, xüsusən də, internetin yüksələn gücü insanların maariflənməsinə, iştirakın səviyyəsinin artmasına və informasiyaya çıxış imkanlarının genişlənməsinə xidm ət edə bilməklə yanaşı, özünəməxsus təhlükələrə malikdir. Kütləvi informasiya vasitələri mərhəmət hissini və qlobal insan hüquqları üzrə fəallıq kampaniyalarını təşviq etməklə yanaşı, insanları nifrət, stereotip və yanlış informasiyalar ilə təmin edə bilərlər. Xüsusilə uşaqların və gənclərin onlayn risklərə məruz qalma ehtimalı daha çoxdur.

KİV-in təbiətini dəyişən bəzi ölçülər:

  • Günümüzdə, xəbərləri əldə etmək üçün qəzet, televiziya və radio kimi ənənəvi formatlardan daha çox onlayn mətbuat mənb ələrinə, peyk televiziyasına, bloqlara və sosial şəbəkələrə güvənirik. Biz məlumatları yalnız ənənəvi təlim keçmiş jurnalistlərdən deyil, həmçinin vət əndaş jurnalistlərdən və diktorlardan alırıq. Bu, bizim sosial və siyasi mənzərəmizə təsir edir. Bu həm də informasiya inqilabının hökumətlər üçün nə anlama gələ biləcəyindən qorxan repressiv hökümətlərin istifadə etdikləri taktikaların dəyişdirilməsinə gətirib çıxardır.

KİV-də siyasi etirazların yayımlanması
1968-ci ildə Praqa Baharı əsnasında mətbuat və ifadə azadlığına dair çağırışlar Çexiya radiosu ilə yayımlanmışdı. 1979-cu ildə İran inqilabı qaçaqmalçı kasetlərdə olan çıxışların yayılması sayəsində genişlənmişdi. 1989-cu ildə Çin Tiananmen Meydanında etiraz aksiyaları faksla yayılmışdı. 2004-2005-ci illərdə Ukraynanın Narıncı İnqilabı İnternet və mobil telefonların istifadəsi ilə təşviq edilmişdir. Onilliyin sonuna doğru sosial etiraz üçün vasit ələr Facebook, digər sosial şəbəkələr, Youtube və Twitter olmuşdur, İranda 2009-cu ildə seçkiləri sonrasında baş tutmuş etirazlar, 2010 və 2011-ci ildə Tunis və Misirdə inqilablar və Şimali Afrika və Ərəb dünyasındakı etirazlar nümayiş etdirmişdir.

  • Telekomunikasiya və mətbuat texnologiyalarının sürətli inkişafı KİV-in təbi ətini olduqca çox dəyişdi; onlar baş verən hadisələrin ayrılmaz bir hissəsi oldular. Canlı yayımın özü yeni bir hadisəyə çevrildi. Biz canlı olaraq yalnız futbol matçlarını deyil, həmçinin yaxınımızda və ya dünyanın uzaq bir küncündə baş verən zorakı hadisələri də görə bilərik.
  • Kommersiya maraqları, proqramların müxtəlifliyinin, eləcə də azlıqlara, alternativ mədəniyyətlərə və alt mədəniyyətlərə aid proqramların yayımlanmasının qarşısını alır. Xəbərlər və cari vəziyyətlə əlaqədar reportajlar yüksək auditoriya reytinqlərinə səbəb olur. Xəbərlərin təqdimatı, KİV-in izləyicilərə təqdim etdikləri gerçəkliklərdən seçilmiş qısa parçalar çox vaxt önəmsiz, qəribə və qalmaqallı xüsusiyyətlərlə xarakterizə olunur. Hal-hazırda kommersiyalaşmağa məcbur qalmış ictimai xidmət göstərən televiziya və radio şirkətlərinin xərclərini ödəmək üçün daha az istək vardır.

Avropada yaşayan 12-17 yaş arası gənclər həftədə 9.1 saat, 18 yaş və ondan yuxarı insanlar isə 11.4 saat vaxtlarını internetdə sərf edirlər. Bu müddət hesablanarkən peşəkar və ya akademik ehtiyaclar üçün internetdən istifadə nəzərə alınmamışdır. 2

  • Qlobal telekommunikasiya şəbəkələri yalnız məlumat vermək və əldə etmək üçün bir vasitə kimi xidmət etmirlər, onlar həmçinin məlumatları ən qiymətli aktivlərdən birinə və yeni qlobal informasiya iqtisadiyyatının əsasına çeviriblər. Müvafiq infrastruktur ilə yanaşı, bu aktivlərə daha çox sahib olanlar böyük iqtisadi qüvvəyə malikdilər və bu qüvvələr də siyasi və diplomatik təsirlərə çevrilə bilər.
  • Kommunikasiya texnologiyasının və genişzolaqlı mətbuat şəbəkələrinin inkişafı bizim həyat tərzimizi dəyişdirmişdir. İnsanlar iş saatlarının və boş vaxtlarının əhəmiyyətli bir hissəsini ekran qarşısında keçirirlər. Məsafədən işləmək və e-öyrənmə bütün dünya üzrə sürətlə genişlənmişdir. Valideynlər uşaqlarının TV, video oyunları, mobil telefonlar və ya icma saytlarına artan aludəliyindən narahatdırlar, lakin böyüklər də təsirə məruz qalır, sadəcə onların üstünlük verdiyi mətbuat növü fərqlənə bilər.

Sual: Uşaq olduğunuz dövrdən etibarən mətbuatdan istifadəniz necə dəyişmişdir?

KİV və insan hüquqları

İfadə azadlığı

Mətbuata ən sıx bağlı olan insan hüququ, yəqin ki, fikir və ifadə azadlığı hüququdur. İfadə azadlığı, insan hüquqları alətlərində olduğu kimi, məlumatı qəbul etmək və ya yaymaq hüququnu, səssizlik hüququnu, öz fikirlərinizi formalaşdırmaq hüququnu, məsələn, geyimləri, baş geyimlərini, musiqini, ədəbiyyatı və filmi seçmək hüququnu əhatə edir; bu hüquqa bədii ifadə, siyasi çıxış, kommersiya çıxışı, akademik azadlıq və jurnalistlərin hüququ da daxildir. Qeyd olunan məsələlər şəxslərin özünü istədiyi kimi görə, ləyaqətli davrana, həyatda məna və həqiqət axtara bilməsi və öz şəxsiyyətinin inkişafı üçün bu hüququn vacibliyini aydın şəkildə göstərir. Bu azadlıq həmçinin tərəqqiyə nail olmaq və bərabərliyi, demokratiyanı və özünü idarəetməni həyata keçirmək üçün icmalara və bütün cəmiyyətlərə də vacibdir. İfadə azadlığı özlüyündə çox vacibdir və bir çox digər hüquq və azadlıqlardan istifadə üçün ilkin şərtdir.

Hökumətlər həmişə insan kütlələrinə təsir göstərmək və dəstək əldə etmək üçün və ya müxalifətin belə hərəkətləri etməsinə mane olmaq üçün kütləvi informasiya vasitələrinə və/və ya mətbuata çıxışa nəzarət etməyə çalışmışdırlar. Ancaq yüksək səviyyədə nəzar ət edilən mətbuat insanları sosial maariflənmədən, qlobal hadisələr üzrə biliklərdən, etibarlı təhlillərdən, həmçinin iqtisadiyyatın vəziyyəti ilə bağlı məlumatlardan, siyasi inkişaflardan və ictimai faktlardan məhrum edir.

KİV-lərə dövlət nəzarəti yüksək hədəfli bir şəkildə, məsələn, milli təhlükəsizlik adı ilə internet trafikini və ya telefon danışıqlarını yoxlamaqla həyata keçirilə bilər. Digər zamanlarda hökumətlər xüsusi mətbuatlara çıxış imkanını tamamilə dayandırmağa çalışırlar. Nümunələrə İranda 2009- cu ilin ortasında və Misirdə 2010-cu ilin sonunda mobil telefon şəbəkəsinin bağlanması, radio stansiyaların, peyk televiziyanın sıxışdırılması, etnik zorakılıq haqqında məlumatların ötürülməsinin qarşısını almaq üçün jurnalistlərin Sincan münaqişə zonalarından təcrid olunması daxildir.

Hökumətlərin KİV-ə nəzarət etməsi Avropada da narahatlıq doğurur. Məsələn, 2011-ci ildə Macarıstanda özəl məzmun təminatçıları da daxil olmaqla bütün kütləvi informasiya vasitələrinin çıxışlarına nəzarət etmək, bəzi qeyri-dəqiq müəyyən edilmiş prinsiplər səbəbindən c ərimələr tətbiq etmək, kütləvi informasiya vasitələrini dayandırmaq və ya bağlamaqla əlaqəli mətbuatı idarəetmə orqanlarının gücləndirilməsi ilə bağlı mətbuat qanunu qəbul edilmişdir. Bir sıra digər Avropa ölkələrind ə böhtana görə hələ də cinayət məsuliyyəti tətbiq olunur. Jurnalistlər hər hansı bir insanı incidən faktlar və ya fikirlər barədə danışmaq və ya yaymaq istəyərkən həbs edilə bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsi, böhtan halları ilə bağlı qərarlarında dəf ələrlə bəyan edib ki, “… yalnız istisna hallarda həbs cəzasının tətbiq olunması, məsələn, digər fundamental hüquqların ciddi şəkildə pozulması halında (nifrət dolu nitq və ya zorakılığa təhrik kimi) …” 3

YUNESKO öz peşəsinin həyata keçirilməsi zamanı sui-qəsdə məruz qalan jurnalistlərin hesabatını tutur. Məsələn, 2011-ci ildə 56 jurnalist iş zamanı qətlə yetirilmişdir. 4 .

Əgər biz nifr ət etdiyimiz insanların söz azadlığının olmasına inanmırıqsa, demək ki, bu hüquqa heç bir vaxt inanmamışıq.
Noam Çomski

Avropa İnsan Hüquqları Məhkəməsi, 10 (2) maddəsinə uyğun olaraq ifadə azadlığının nə qədər məhdudlaşdırıla biləcəyi ilə bağlı bir çərçivə yaratmaq üçün uzun bir yol qət etmişdir. Məhkəmə qeyd etdi ki, bu hüquq “demokratik cəmiyyətin əsas prinsiplərindən biridir” 5 v ə jurnalist azadlığı jurnalistlərə hətta insanlarda “incikliyə, şoka və ya narahatlığa” səbəb olsa belə, “şişirtmə dərəcəsindən və ya hətta təxribatdan” 6 istifadə etməyə imkan verir.

İfadə azadlığına qarşı on təhlükə

Hər il ifadə azadlığı üzrə dörd beynəlxalq xüsusi məruzəçi birgə bəyanat yayımlayırlar. 2010-cu ildə hazırlanan bəyanatda ifadə azadlığına dair aşağıdakı on əsas təhlükə təsbit edilmişdir: 7
1. Hökumətin mətbuat üzərindəki nəzarət mexanizmləri
2. Cinayət iftirası
3. Jurnalistlərə qarşı zorakılıq
4. İnformasiya əldə etmək hüququ üzrə məhdudiyyətlər
5. İfadə azadlığı hüququndan istifadə edilməsində ayrı-seçkilik
6. Kommersiya təzyiqləri
7. İctimai televiziya və radio xidmətlərinin və icma yayımlarının dəstəklənməsində çətinliklər
8. Təhlükəsizlik və ifadə azadlığı
9. İnternetdə ifadə azadlığı
10. İnformasiya və kommunikasiya texnologiyalarına çıxış imkanı

İnformasiya əldə etmək hüququ

İnformasiya əldə etmək hüququ – və ya bilmək hüququ – ümumi ictimaiyyətin sərbəst məlumat axınında iştirak edə bilməsin ə və onların cəmiyyətdə baş verənlərdən agah olmasına imkan verir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta əsasən, ifadə azadlığı hüququna “. məhdudiyyətlərdən asılı olmayaraq hər cür məlumat və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlıqları daxildir”. Məlumatları axtarmaq və əldə etmək, insanların informasiya əldə etmək hüququnu özündə ifadə edir.

Mətbuat, qəzet və jurnallar (çap və ya onlayn olmasından asılı olmayaraq) və televiziyada olan xəbər proqramları vətəndaşların məlumatlar tapa biləcəyi əsas mənbələrdən biridir. Mətbuat vasitələri tamaşaçılara etibarlı məlumatı yalnız onların bütün məlumatlara – qanunla müdafiə olunmuşlar istisna olmaqla – çıxış imkanı təmin edildikdə verə bilərlər. Fərdlərin dövlət orqanlarının onlar barəsində malik olduğu məlumata azad çıxışı olmalıdır. Bundan əlavə, hazırki informasiya cəmiyyətində yalnız məlumata çıxışda bərabərsizliklər aradan qaldırılarsa, təhsil, təlim, elm, texnologiya və işə bərabər çıxış təmin oluna bilər.

Sual: Bilmək hüququ sizin üçün nə deməkdir?

KİV ilə əlaqəli ziddiyyətli insan hüquqları

Əgər insanlar məlumat əldə edə bilməkdən məhrumdurlarsa, o zaman azadlığın tam effektivliyi təmin olunmayacaqdır. İnformasiya əldə etmək demokratik həyat tərzi üçün əsasdır.
BMT-nin xüsusi məruzəçisi Abid Hüseyn

İfadə azadlığı digər insan hüquqları ilə ziddiyyət təşkil edə bilər. Belə insan hüquqlarının bir qrupuna şəxsi həyat, ailə, mülkiyyət və şəxsi yazışmaları əhatə edən şəxsi hüquqlar və nüfuzumuza və ya şərəfimizə qarşı hücumlardan müdafiə hüquqları aid edilə bilər. Məsələn, çox zaman məşhur insanların razılığı olmadan onların özəl həyatının foto şəkillərini və şəxsi həyat barədə məlumatları dərc etməklə məxfilik hüquqlarını pozduqlarına görə KİV-i günahlandırılırlar.

Bundan əlavə, bu azadlıqdan nifrəti təhrik etmək üçün istifadə olunduğu hallarda və ya nifrətə yol açan və qərəzli çıxışların xüsusiyyətlərini özündə əks etdirən hallarda ifadə azadlığı ilə ayrı- seçkiliyin qadağan edilməsi hüququ arasında ziddiyyət riski də vardır. Nifrət dolu çıxışlar KİV vasitəsi ilə təbliğ edildiyi zaman daha böyük və daha zərərli bir təsirə malik ola bilər. Nifrət dolu çıxışların qanuni qadağan edilməsinə ehtiyac duyan və belə qadağaların ifadə azadlığı təminatını ləğv etməsini lazım bilən beynəlxalq bir konsensus vardır.

İfadə azadlığı mütləq bir hüquq deyildir. ÜİHB-in 29- cu maddəsinə əsasən, hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Xüsusilə AİHK-in 10-cu maddəsində bildirilir ki, ifadə azadlığınının həyata keçirilməsi “milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, məxfi şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik c əmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”

Söz azadlığı sərbəst bazarlarda olduğu kimi tamamilə məhdudiyyətsiz olsa, zərərli təsirlər yarada bilər.
Lord Patten 9

Avropa Şurası Nazirlər Komitəsinə əsasən, nifrət dolu çıxışlar, ksenofobiya, antisemitizm kimi dözümsüzlüyə əsaslanan nifrətin digər formalarını və irqi nifrəti yayan, təhrik edən, təşviq edən və ya ona haqq qazandıran bütün ifadə formalarını əhatə edir. 10

Son illərdə daha çox diqqət mərk əzində olan sahələrdən biri də düşüncə, vicdan və din azadlığı üzrə insan hüquqlarından irəli gələn inam və dinə hörmət səbəbindən ifadə azadlığının məhdudlaşdırılmasıdır. Onlar jurnalistika təcrübəsində təlimatların, yaxşı təcrübənin və etikanın əh əmiyyətinə diqqət yetirmişdilər. Avropa Şurası və ya YUNESKO kimi hökumətlərarası təşkilatlar, Avropa Şurasının Müstəqil Mətbuat Alyansı kimi şəbəkələr və “MADDƏ 19” kimi QHT-lər də daxil olmaqla bir çox təşkilatlar etik prinsiplər və informasiya verməklə bağlı peşəkar qaydalar hazırlamışdırlar.
Bu sənədlər insan hüquqları standartlarına uyğundur və maraqlı tərəfləri də bu standartlara uyğunlaşmaya çağırır. Lakin bununla yanaşı, bu spektrin digər tərəfində, qanuni ifadələri məhdudlaşdırmaq məqsədi ilə hökumətlər tərəfindən anti-ekstremist qanunvericiliklərin sui-istifadə edilməməsinin təmin olunması ilə bağlı narahatlıqlar mövcuddur. 11

Məlumat və ifadə azadlığına əsaslanan azad, müstəqil və plüralist mətbuat istənilən formada fəaliyyət göstərən demokratiyanın əsas elementidir.
Tomas Hammarberg 12

Digər əsas bir sual isə, söz azadlığı fəallarının çox zaman vurğuladıqları mətbuat plüralizminin vacibliyi məsələsidir. Mətbuat plüralizmi KİV-də bəzən insan hüquqlarına qarşı intuitiv ola bilən “balans” məsələsindən fərqlidir. İnsan hüquqları pozuntuları barədə məlumat verərkən, biz balanslı olmaq üçün mütləq insan hüquqlarını pozanların da səsini eşitdirməliyik? İqlim dəyişikliyinə dair məlumat verərkən, belə fikirl ərin yalnız bir fərziyyə olduğunu iddia edən bəzilərinin mesajlarından “balans” yaratmaq üçün istifadə etməyimiz vacibdir?

Mətbuat plüralizmi bir neçə şəxs t ərəfindən mətbuatın mülkiyyətinə müdaxilə etməklə əlaqəlidir – bu da balanslaşdırılmamış reportajlar, siyasi güzəştlər və başqalarına səs verməkdən imtina ilə bağlı hər cür narahatlıqlara səbəb olur. Plüralastik bir mətbuat mənzər əsi üç böyük tamah əməllərinə qarşı müqavimət göstərə bilər: yaxşı əhatə dair əsi mübadiləsi üçün siyasətçilərin KİV manipulyasiyası, yüksək maliyyə t əşkilatlarının və bankların fəaliyyətinin daha az ciddi şəkildə yoxlanılması məqsədi ilə KİV manipulyasiyası və KİV tərəfindən seçkilərin manipulyasiyası.

Sual: Sizin ölkənizdə KİV mənzərəsi necədir? Əsas mətbuat xəbərlərinin sahibi kimdir? Plüralizm hansı səviyyədə mövcuddur?

İnternet idarəçiliyi və Avropa Şurası

İnternet bir-biri ilə əlaqəli kompüter şəbəkələrinin qlobal bir sistemidir və onun fəaliyyəti mərkəzləşdirilmir. Qeyd olunanlar interneti ifadə azadlığı üçün qlobal bir foruma çevirməklə yanaşı, həm də məsuliyyət və idarəetmə haqqında sualları da ortaya çıxardır.

İnformasiya cəmiyyətindəki daimi inkişaflar beynəlxalq t əşkilatları onlayn mühitlərdə insan hüquqları prinsipl ərinin qorunması və saxlanılması ilə bağlı problemlərlə üz-üzə qoyur. Bu çətinlikləri qarşılamaq üçün Avropa Şurası müxtəlif konvensiyalar və tövsiyələr hazırlamışdır. Bu cür sənədlərdə n biri Kiber cinayətkarlıq haqqında Konvensiyadır (2001) və bu Konvensiya yeni cinayət növlərindən, həmçinin ənənəvi cinayətlərin yeni texnologiyalar vasitəsilə törədilməsindən qorunma məqsədi ilə hazırlanıb. Bu konvensiyaya Əlavə Protokol kompyuter sistemləri vasitəsi ilə törədilmiş irqçi və ksenofobik xarakterli əməllərin cinayət sayılması üçün çağırışlar edir.

Digər vacib bir al ət Rəsmi Sənədlərə Çıxış haqqında Konvensiyadır (2008) və bu sənəd h ər hansı bir səbəbdən ayrı- seçkilik edilmədən, müraciət əsasında dövlət orqanlarının saxladığı rəsmi sənədlərə çıxış imkanı ilə bağlı hər bir kəsin hüququnu təmin edir.

Mətbuatın gücündən, xüsusilə də güclü konsentrasiyaya malik mətbuatın gücündən, plüralizmə və demokratiyaya zə rər vura bilmək üçün düzgün istifadə olunmaya bilər.
Avropa Şurası, Nazirlər Komitəsi 13

Avropa Şurası ifadə azadlığını və digər insan hüquqları və prinsiplə rini yeni mətbuat mühitində qorumaq üçün digər maraqlı tərəflərlə internetin idarə olunması ilə bağlı birgə fəaliyyət göstərir. Nazirlər Komitəsi İnternetin idarəedilməsi üzrə 10 prinsip qəbul etmişdir 14 və sosial şəbə kələrin, onlayn oyunların və ya onlayn saytların AİHK-in 10-cu Maddəsində müəyyən edilmiş mətbuat azadlığı hüquqlarına və məsuliyyətlərinə riayət etmələrini tövsiyə edən yeni bir mətbuat anlayışını təklif etmişdir 15 və üzv dövlətlərə ifadə azadlığının və informasiyaya çıxış imkanının təminatçısı olan qlobal, sabit və açıq internetin qorunması üçün əməkdaşlıq çərçivəsi təklif etmişdir 16 .

Əsl demokratiya üçün mətbuat azadlığının vacibliyi “sərbəst toplaşmaq azadlığının və internet platformalarında və onlayn xidmət təminatçılarında özəl fəaliyyət göstərən assosasiyaların qorunması ilə bağlı Bəyannamə”də yenidən təsdiqlənmişdir. 17

İnternetin idarəedilməsi üzrə 10 prinsip

İnternetdə olan məlumatların məzmunun əhəmiyyətli bir hissəsi qeyri-qanuni, zərərli və ya qərəzlidir ki, bunlar da insan hüquqlarının və insan ləyaqətinin təməlini pozur.
İnternet savadlılığı kitabçası 18

21 sentyabr 2011-ci ildə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir. 1. Bütün əsas hüquq və azadlıqların qorunması və onların universallığının, bölünməzliyinin, qarşılıqlı asılılıqlarının və qarşılıqlı təsirlərinin təsdiqi.
2. Hökumətlərin, özəl sektorun, vətəndaş cəmiyyətlərinin, texniki icmaların və istifadəçilərin birgə tam iştirakını təmin etmək.
3. Beynəlxalq internetlə əlaqəli ictimai siyasi məsələlər üzrə dövlətlərin məsuliyyətlərinin təsdiqi.
4. Əsas hüquq və azadlıqlarının həyata keçirilməsi üzrə internet istifadəçilərinin gücləndirilməsi və internetin idarəedilməsində iştirakın təmin edilməsi.
5. İnternetin qlobal təbiətini və universal çıxış məqsədini tanıyaraq internetin universallığı.
6. İnternetin təhlükəsizliyini, sabitliyini, dözümlülüyünü və möhkəmliyini təmin etməklə onun bütövlüyü.
7. İnternetin gündəlik idarə edilməsi üçün məsuliyyətin mərkəzləşdirilməmiş xarakterinin qorunması.
8. İnternetdə açıq standartların, qarşılıqlı fəaliyyət imkanlarının, eləcə də onun özəl təbiətinin qorunması.
9. İnternet-əsaslı məzmuna, tətbiqlərə və xidmətlərə mümkün olan ən yaxşı imkanı təmin etmək.
10. İnternetdə və ya internet vasitəsilə mədəni və linqvistik müxtəlifliyin qorunması.

KİV və gənclər

Kaş ki, Sindi Krouford kimi görünərdim.
Sindi Krouford, “supermodel”

KİV, informasiya və kommunikasiya texnologiyaları bu gün gənclərin həyatında əsas rol oynayır və onlar gənclərin mövcud nəslini formalaşdıran əsas amillər arasındadırlar. Bir çox uşaqlar “rəqəmsal” əhli sayılırlar: onlar IT texnologiyaların gündəlik həyatın bir hissəsi olduğu bir mühitdə böyüyür və onlar gəzm əkdən və ya danışmaqdan əvvəl rəqəmsal cihazlardan istifadə etməyi öyrənirlər. Nəticə olaraq, beyin strukturlarının belə əvvəlki nəsil uşaqlardan fərqli olduğu qəbul edilmişdir! Buna baxmayaraq, gənclər və onların valideynləri arasında bu rəqəmsal uçurumun mövcudluğu sual altına alınmışdır. 19 Bəzi araşdırmalar göstərir ki, rəqəmsal bölünmə yaşla deyil, əslində texnologiyalara çıxışla və imkan ilə xarakterizə olunur. 20

Sülh yalnız bizim axtardığımız uzaq bir məqsəd deyil, o bu hədəfə çatmağımız üçün həm də bir vasitədir.
Martin Lyuter Kinq

Gənclər hər gün müəyyən saatlarını televiziyanı seyr etməklə, onlayn oyunlar oynamaqla, kiminləsə çatlaşmaqla, bloqerliklə məşğul olmaqla, musiqi dinləməklə, şəkillərini paylaşmaqla və digər insanlar ilə onlayn ünsiyyət qurmaq üçün axtarışlar etməklə keçirirlər. Bu virtual dünya həm imkanlar, həm də tələlər təklif edə bilər. Elektron, rəqəmsal və onlayn KİV-dən istifadə etməyin çoxsaylı müsbət təsirləri vardır: bunlara əyləncəli, maarifləndirici və ictimailəşdirici təsirləri aid etmək olar. Bununla yanaşı, KİV-in hansı formada istifadə olunmasından asılı olaraq onlar gənclərə və cəmiyyətlərə zərər verə bilərlər. İstər yayım vasitəsi ilə, istərsə də onlayn rejimdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təsirləri müzakirə ediləsi bir məsələdir; və bu məsələni araşdıranlar aşağıdakı mənfi təsirləri müşahidə etmişlər:

Televiziyanın qarşısında sərf olunan vaxt: Hesab edilir ki, ekran qarşısında xeyli vaxtın sərf edilməsi yuxu problemlərinin və zəif məktəb göstəricilərinin olmasına şərait yaradır.

Zorakılıq: KİV-də olan zorakılığın mənimsənilməsi ilə baş verən təcavüzkar və zorakı davranışlar arasında ehtimal nisbəti mövcuddur.

İstehlakçılıq: Fərqli formalarda olan reklamlar auditoriyanı manipulyasiya etməkdə ittiham olunur.

Dəyərlər: Gənclər özləri haqqında daha az düşünməyə və KİV tərəfindən müəyyən edilmiş dəyərlərə riayət etməyə meyllidirlər.

Stereotiplər: KİV zərərli və ya qeyri-real sosial stereotipləri, xüsusilə də cinsi rola və etnik xüsusiyyətlərə aid streotipləri yaymağa davam etdirdiyinə görə ittiham olunur.

Özünə hörmət: Əylə ncəli KİV-in gəncl ərin üslubuna və şəxsiyyətlərinə artan təsirləri vardır. KİV tərəfindən təqdim olunan modellərin rolu ilə əlaqəli “ideallar” gənclərdə məyusluq yaradır və özünə hörməti aşağı salır, çünki bu ideallara uyğun yaşamaq faktiki olaraq mümkün deyildir. “Mükəmməl” olmaqla bağlı təzyiqlər çox zaman yemək pozğunluqları xəstəlikləri də daxil olmaqla sağlamlıq problemlərinə gətirib çıxardır.

İnformasiya demokratiyanın oksigenidir. Əgə r insanlar öz cəmiyyətində nə baş verdiyini bilmirlərsə, onları idarə edənlərin hərəkətləri gizli olarsa, o zaman bu cəmiyyətin işində m ənalı bir yer tuta bilməzlə r. Lakin informasiya insanlar üçün yalnız bir zərurət deyil – o, yaxşı hökumətin vacib bir hissəsidir.
MADDƏ 19, İfadə azadlığı hüququ üçün QHT-lərin kampaniyası 8

İnformasiya kommunikasiya texnologiyasında olan inkişaflar böyük imkanlar yaratmaqla yanaşı, həm də uşaqlar və gənclər üçün yeni təhlükələr yaradır. Məsələn, onlar arzu edilməyən reklamlar üçün istifadə edilə bilən şəxsi məlumatların açıqlanmasına və başqalarını istismar edən onlayn “yırtıcılar” üçün otaqların təmin edilməsinə laqeyd ola bilərlər. Müasir informasiya texnologiyaları – digər texnologiyalarda olduğu kimi – verbal hücumlar və ya foto yaxud videoların sui-istifadəsi vasitəsi ilə cinsi təcavüz, cinsi hədə-qorxu, homofobik hücumlar və gender əsaslı zorakılığın digər formaları kimi təhqiredici məqsədlər üçün istifadə edilə bilər. Gənclər özləri bəzən kobud mesajlar və öz yaşıdlarını təhqir edən fotoşəkillər göndərmək üçün nəzarətsiz onlayn mühitdən istifadə edirlər.

“Bizi Yavaş şəkildə Öldürən” mətbuat təhsilinin müdafiəçisi olan Jean Kilbourne tərəfindən yaradılan bir film serialıdır və bu serial mətbuat reklamının qadınların təhrif edilmiş və məhv olmuş ideallarını necə təşviq etdiyini göstərir. 21

İnformasiya bolluğu dövründə mənbələrə qarşı tənqidi olmaq inkişaf üçün çox vacib bir bacarıqdır. Bununla belə, “Web 2.0” tətbiqetməsinin (iştirakçının hazırladığı məlumatların paylaşılmasını asanlaşdıran və istifadəçilərin bir-biri ilə qarşılıqlı əlaqə yaratmasına, eləcə də istifadəçilər tərəfindən hazırlanan məzmunun yaradıcısı kimi əməkdaşlıq etməsinə imkan verən veb t ətbiqetmədir) gəlməsi ilə internet üçün davranış kodeksinin hazırlanmasına və bizim onlayn fəaliyyətimizin istənməyən nəticələrindən xəbərdar olmağımıza nail olmaq da lazımdır. Aydındır ki, özlərinin və ya başqalarının şəxsi məlumatlarını bölüşən bir çox insanlar internetə qoyulan hər bir məlumatın nə qədər ictimai və uzunmüddətli olmasından xəbərsizdirlər. Bu məsələlərin həllərindən biri insanların daha tənqidi və inkişaf etmiş KİV istehlakçıları və əlaqələ ndiriciləri olmasını təmin etməkdir. KİV üzr ə maariflənmə, KİV-in gücü haqqında bütün vətəndaşları, xüsusilə də gəncləri məlumatlı etmək məqsədi daşıyır, onların yaxşı və keyfiyyətsiz məlumatlar, açıq fikirli və mənfur mesajlar arasında fərq qoya bilən insanlar olmasını təşviq edir. KİV təhsili dinləyicilərə reklamlar üçün həssas deyil, seçici olmağı öyrətməyə, onların onlayn təhlükəsizliyini və kifayət qədər gizlilik səviyyəsini saxlamağa kömək edə bilər.

Uşaqların qorunması və gücləndirilməsi Avropa Şurasının gündəliyində yüksək prioritet təşkil edən bir məsələ dir. “Yeni informasiya və kommunikasiya mühitində uşaqların gücləndirilməsi ilə bağlı tövsiyə ” (2006) sənədi uşaqların informasiyadan v ə kommunikasiya üzrə xidmətlərdən və texnologiyalardan mümkün olan ən yaxşı şəkildə istifadə edə bilmələri üçün uşaqları və onların müəllimlərini gücl əndirmək məqsədilə üzv ölkələrin əlverişli informasiya savadlılığına və təlim strategiyasına malik olmalarının lazım olduğunu bildirir. İnternet bacarıqlarının və savadlılığının təşviqinin vacibliyini yenidən təsdiq edən digər bir Tövsiyə sənədi (2009) 22 üzv ölkələrə özəl sektorun iştirakçıları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində – yeni informasiya və kommunikasiya mühitində uşaqların fəal iştirakını müdafiə edərək, zərərli təhlükələrə özündə ehtiva edən məlumatların məzmunundan və müvafiq davranışlardan uşaqları qoruyan strategiyaları hazırlamaq və təşviq etmək üçün çağırışlar edir.

Comments are closed, but trackbacks and pingbacks are open.