Press "Enter" to skip to content

Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi/XIX əsrdə ana dili dərslikləri

D) Hüseyn xan Naxçıvanskiyə

Azerbaycan tarixi. IX sinif. KSQ № 2 (I ve II variantlar)

Burada IX sinif Azərbaycan tarixindən KSQ № 2( I və II variantlar) verilir. İstifadə etmək hüququnuz vardır.

Просмотр содержимого документа
«Azerbaycan tarixi. IX sinif. KSQ № 2 (I ve II variantlar)»

KSQ № 2 (I variant)

Sinif IX (—-)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1.XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması idi:

A) Fəhlə tətilləri

C) Dövlətə qulluq etmək

D) Qaçaq hərəkatı

2.Qaçaq Nəbinin qətlə yetirilməsindən neçə il keçmişdir?

A) Yay aylarında dincəlmək deməkdir

B) Fəhlələrin işi kütləvi və mütəşəkkil qaydada dayandırıb tələblər irəli sürmələridir

C) Dövlət əleyhinə üsyan deməkdir

D) Qaçaq hərəkatıdır

E) Texniki təhlükəsizlik deməkdir

4. Qacarlar dövlətində ikinci paytaxt rolunu oynayırdı:

5.Şah tərəfindən dövlət qarşısında hərbi xidmətə görə yarımköçəri tayfalara verilən torpaq mülkiyyət forması:

A) Torpaqsız kəndlilər

B) Kiçik torpaq sahəsi olan kəndlilər

C) Böyük torpaq sahəsi olan kəndlilər

D) Bəy torpağında işləyən kəndlilər

E) Dövlət torpağında işləyən kəndlilər

7.”baş pulu” vergisi ödənilirdi:

A) Sənətkarlar, hazırladıqları məhsula görə

B) Tacirlər, satdıqları məhsula görə

C) Müəssisə sahibləri, sexlərinin sayına görə

D) Maldarlar, heyvanların sayına görə

E) Möhtəkirlər, qazanclarına görə

8.Komprador burjuaziya adlanır:

A) Daxili bazarla xarici şirkətlər arasında vasitəçilik edən sahibkarlara

B) Xaricdə mal satan tacirlərə

C) Daxili ticarətlə məşğul olan tacirlərə

D) Yerli camaata nisyə mal verən tacirlərə

9. Təbrizdə “Tənbəki üsyanı” baş verdi:

10. 1898-ci ildə Zeynəb paşa adlı qadının rəhbərliyi ilə Təbrizdə baş vermiş üsyan yönəlmişdi:

A) Taxıl möhtəkirliyinə qarşı

B) Tütün möhtəkirliyinə qarşı

C) Parça möhtəkirliyinə qarşı

D) ingilis Talbota qarşı

E) Dövlət torpaqlarının satılmasına qarşı

11.Şimali Azərbaycanda ilk qəza məktəbi açıldı:

A) 1736-cı ildə, Təbrizdə

B) 1829-cu ildə, Şəkidə

C) 1830-cu ildə, Şuşada

D) 1857-ci ildə, Bakıda

E) 1872-ci ildə, Dərbənddə

12. 1876-cı ildə Qoridə açılmış Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başladı:

13. “Dəli Kür” adlı Azərbaycan kinofilmində uşaqları Qori seminariyasına oxumaq üçün aparmağa gəlmiş müəllim “urus” kim idi?

B) A. Çernyayevski

C) H. Mahmudbəyov

E) Rəssam Klerjenin

14. 1894-cü ildə Bakıda ilk qiraətxana təşkil etmişdir:

A) Yaqub Mahmudov

B) Aleksey Çernyayevski

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Nəriman Nərimanov

15.Bu əsərlərdən biri A.A. Bakıxanova məxsusdur:

B) “ Qarabağ tarixi”

D) “Şəki xanlarının müxtəsər tarixi”

E) Qubalı Fətəli xanın həyatı”

16. XIX əsrAzərbaycanın məhşur coğrafiyaşünas səyyahı:

A) Yaqub Mahmudov

B) Abbasqulu ağa Bakıxanov

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

17. “Rusiya şərqşünaslıq elminin atası” adlandırılmışdır:

A) Yaqub Mahmudov

B) Mirzə kazım bəy

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

18. Ölkəmizdə ilk dəfə neft kimyası üzrə elmi laboratoriya yaratmış görkəmli azərbaycanlı alim:

A) Yaqub Mahmudov

B) Möhsün bəy Xanlarov

C) Həbib bəy Mahmudbəyov

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

19. “Əkinçi” qəzetinin birinci nömrəsinin çap edilməsindən neçə il keçmişdir?

A) 141 il B) 120 il C) 100 il D) 2016 il

20. Milli mətbuatımızın banisi sayılır:

A) Yaqub Mahmudov

B) Həsən bəy Zərdabi

C) Mirzə Fətəli Axunzadə

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

21. Milli dramaturgiyanın banisidir:

A) Yaqub Mahmudov

B) Həsən bəy Zərdabi

C) Mirzə Fətəli Axunzadə

D) Sultan Məcid Qənizadə

E) Hacı Zeynalabdin Şirvani

22. Milli teatrın yaranmasından neçə il sonra “Kəşkül” qəzeti nəşr olundu?

A) 25 il B) 1 il C) 15 il D) 10 il E) 2016 il

23.”Millət atası” adını qazanmış H. Z. Tağıyev Bakıda ilk teatr binası tikdirdi:

24.İrəvan Xan sarayındakı Güzgülü salonun divarlarına portret çəkmiş görkəmli rəssam:

A) Yaqub Mahmudov

C) Mirzə Qədim İrəvani

25. Mirzə Şəfi Vazehin şeirlərini alman dilinə tərcümə etmişdir:

B) Seyid Əzim Şirvani

C) Nəcəf bəy Vəzirov

D) Fridrix Bodenşted

E) Qasım bəy Zakir

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Müəllim: /Əsədli S. Ə./

KSQ № 2 (II variant)

Sinif IX (—-)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1. Müsəlman -türk dünyasında dramaturgiyanın banisi sayılır:

A) Yaqub Mahmudov

B) Həsən bəy Zərdabi

C) Mirzə Fətəli Axunzadə

D) Sultan Məcid Qənizadə

E) Seyid Əzim Şirvani

2.” Danabaş kəndinin əhvalatları” povestinin müəllifi:

A) Yaqub Mahmudov

B) Nəcəf bəy Vəzirov

C) Əbdürrəhim bəy Haqverdiyev

D) Cəlil Məmmədquluzadə

E) Seyid Əzim Şirvani

3.XX əsrin əvvələrində Şimali Azərbaycanın balıq sənayesinin neçə faizi azərbaycanlı sahibkarların əlində cəmləşmişdi?

A) 10 % B) 25 % C) 55 % D) 70 %

4. H. Z. Tağıyev Bakı şəhərinə Şollar su kəmərini çəkdirdi:

5. Bakı ilə Tiflis arasında birbaşa telefon xətti çəkildi:

6.Azərbaycan xalqında çar hökumətinə qarşı dərin nifrət hissi doğururdu:

A) Kəndli uşaqlarının təhsil almaları

B) Neft sənayesinin inkişafı

C) Çar Rusiyasının köçürmə siyasəti

D) Azərbaycanlı müəllimlərin savadlanması

E) Üzüm və tut bağlarının salınması

7. Zaqatala dairəsi və Dağıstanın, o cümlədən Dərbənd bölgəsinin sahibkar kəndliləri feodal asılılığından azad edildi:

8. Azərbaycan ziyalılarının ana dilimizdə qəzet buraxmalarına verilən bu cavab məktubu gəlmişdi “ Yaxşı olar ki, ziyalılar qəzeti rus dilində oxusunlar, qalanları isə gedib qoyunlarını otarsınlar” :

9. Bakıda ilk siyasi nümayiş baş verdi:

10. “Mazut konstitusiyası” adlandırılan sənəd imzalandı:

11. 1905-ci ilin sonunda Cənubi Azərbaycanda başlayan xalq inqilabında xalqın tələblərindən biri:

A) Rusiya dövləti ilə birləşmək

B) Ermənilərlə dost olmaq

C) Konstitusiya ( Məşrutə) qəbul edilməsi

D) Səttarxanın şah elan edilməsi

E) Təbrizin paytaxt edilməsi

12. 1905-ci ildə Cənubi Azərbaycanda başlamış xalq -azadlıq hərəkatı yatırıldı:

13. 1905-ci ildə çar hökuməti azərbaycanlılara qarşı ilk milli qırğını törətdi:

14. 1905-ci il erməni-müsəlman davasında igidlik göstərmiş azərbaycanlı:

A) Əlimərdan bəy Topçubaşov

B) Yaqub Mahmudov

C) Sultan bəy Sultanov

E) Hacı Zeynalabdin Tağıyev

15. Rusiya müsəlmanlarının birinci qurultayı keçirildi:

16. Hümmət adlı siyasi təşkilat yaradıldı:

17. “Difai” sözü deməkdir:

18. “ Türk qanlı, İslam inamlı və Avropa qiyafəli” tezisini ilk dəfə irəli sürmüşdür:

A) Məhəmməd Əmin Rəsulzadə

B) Əhməd bəy Ağayev

C) Əli bəy Hüseynzadə

D) Əlimərdan bəy Topçubaşov

E) İsmayıl xan Ziyadxanlı

19. I Dünya müharibəsi başladı:

20. I Dünya müharibəsi dövründə Almaniyanın müttəfiqi idi:

E) Osmanlı dövləti

21. Sarıqamış döyüşündə qalib gəldi:

22. “Rus artilleriyasının allahı” adlandırılan məhşur azərbaycanlı general:

B) Səməd bəy Mehmandarov

C) Əliağa Şıxlinski

D) Hüseyn xan Naxçıvanski

E) Fərrix ağa Qayıbov

23. İlk azərbaycanlı hərbi təyyarəçi:

A) İbrahim ağa Vəkilov

B) Səməd bəy Mehmandarov

C) Əliağa Şıxlinski

D) Hüseyn xan Naxçıvanski

E) Fərrix ağa Qayıbov

24. 1914-cü ildə “Lodz əməliyyatı” zamanı alman qoşunlarına sarsıdıcı zərbə endirdiyinə görə tam artilleriya generalı rütbəsi verildi:

B) Səməd bəy Mehmandarova

C) Əliağa Şıxlinskiyə

D) Hüseyn xan Naxçıvanskiyə

E) Fərrix ağa Qayıbova

25. I Dünya müharibəsinin başlanmasından neçə il əvvəl Cənubi Azərbaycanda xalq inqilabı başladı:

A) 20 il B) 11 il C) 17 il D) 10 il E) 201 il

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Müəllim: /Əsədli S. Ə./

Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi/XIX əsrdə ana dili dərslikləri

XIX əsrin ortalarına doğru Azərbaycan dilinin tədrisi sahəsində elmi-pedaqoji tələblərə müvafiq yeni dərsliklər meydana gəldi. Bu dərsliklər içərisində Kazan Universitetinin professoru Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” (1839), Tiflis gimnaziyasının Azərbaycan və fars dili müəllimi L.R.Budaqovun “Türk-tatar dilinin əlifbası” (1844), Tiflis gimnaziyasının müəllimləri Mirzə Şəfi Vazeh və İ.Qriqoryevin “Kitabi-türki” (1855) adlı dərslikləri xüsusi yer tuturdu. XIX əsrdə Azərbaycanda və bütövlükdə Zaqafqaziyadakı dövlət məktəblərində təhsil alan məktəblilərin bütöv bir nəsli həmin kitablardan Azərbaycan dilini öyrənmişlər. Bu ənənəsonralar Süleyman bəy Vəlibəyovun “üsuli-cədidi-lisani-fars” və Mahmud bəy Mahmudbəyovun səs üsulu ilə yazılan “Yeni əlifba” kitabı ilə davam etdirilmiş, dərsliklər Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Əfəndizadə, Hacı Kərim Sanılı, Əhməd Seyidov kimi müəllim-metodistlər tərəfindən daha da təkmilləşdirilmişdir.

Dərslik yaradıcılığı tarixində Firudin bəy Köçərli (“Vətən dili”), Rəşid bəy Əfəndiyev (“Uşaq bağçası”), Seyid Əzim Şirvani (“Məcmuəyi-asari-Hacı Seyid Əzim Şirvani”) kimi ədiblərimiz xüsusi fəaliyyət göstərmiş, Azərbaycan dilinin öyrənilməsinə xidmət edən mükəmməl dərsliklər yarada bilmişlər. Ana dili dərsliklərinin hazırlığı sahəsində yaranmış təcrübə sovet dövrünə qədər inkişaf etdirilərək müasir dərsliklərin təməli kimi qiymətli mənbə olmuşdur.

XIX əsrin sonu və XX əsrin əvvəllərində yeni fəaliyyətə başlayan məktəblərdə uşaqların hansı dərsliklərlə təhsil alması dövrün maarifçilərini həmişə düşündürmüş və mühüm problemlərdən biri olmuşdur. Azərbaycanın görkəmli maarifpərvərləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məmməd Tağı Sidqi, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Cəlil əmmədquluzadə, Nəriman Nərimanov, Abbas Səhhət və başqaları məktəblərdə keyfiyyətli dərsliklərin olmasını tələb edirdilər. Həsən bəy Zərdabi yazırdı: “Uşaqların yaşlarına və bilik səviyyəsinə uyğun olan dərs kitabı yoxdur. Uşaqlar şairlərin kitablarını oxuyurlar. Bunlar ana dili təliminə yaramır. Ona görə dərs kitabları yaratmaq lazımdır. Heç olmazsa, başqa xalqlarda mövcud olan dərs kitablarından istifadə və tərcümə etməklə onları hazırlayaq”.

Beləliklə, XIX əsrdə ana dili dərsliklərinin tərtibi tarixini iki mərhələyə bölmək olar. I mərhələ XIX əsrin 80-ci illərini əhatə edir. Azərbaycanda və Zaqafqaziyanın bir sıra şəhərlərində təsis edilən dövlət məktəblərində Azərbaycan dilinin müstəqil fənn kimi tədris edilməsi, bu dilin bütün Qafqazda böyük rol oynaması ana dilində ilk dərsliklərin və vəsaitlərin (əlifba, oxu kitabı, sərf-nəhv və sair) meydana gəlməsinə əlverişli şərait yaradırdı. II mərhələdə, yəni XIX əsrin sonlarında K.D.Uşinskinin “Vətən dili” dərsliyi Azərbaycan dilində eyniadlı dərsliyin meydana gəlməsinə əhəmiyyətli təsir göstərmişdi. Bu sahədə İrəvan qəza məktəbinin Azərbaycan dili müəllimi Məmməd Elxanov ilk təşəbbüs göstərərək “Vətən dili” adlı dərslik yazmış, lakin həmin əsər çap olunmamışdır. Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin müdiri Aleksandr Osipoviç çernyayevskinin “Əlifba” kitabı isə çox mühüm bir hadisə idi. “Kəşkül” qəzeti Aleksey Osipoviç çernyayevskinin “Vətən dili” kitabına yüksək qiymət verir və qeyd edirdi ki, çernyayevski nəinki bizim çoxdan arzu etdiyimiz ana dilində dərs kitabı yaratmış, o, həm də ana dilində dərs deyən müəllimlər üçün dərsliklərin yenidən tərtibi məsələləri ilə ciddi məşğul olmuşdur.

Aleksey Osipoviç çernyayevskinin “Vətən dili” dərsliyi sövti üsul əsasında azərbaycanlılar üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyi idi. “Vətən dili” özündən sonra yazılan əlifba və ilk oxu kitabları üçün örnək olmuş, Azərbaycan ziyalılarının böyük bir nəsli bu dərslik üzrə savada yiyələnmişdir. Firudin bəy Köçərli onun “Vətən dili” dərsliyi ilə əlaqədar yazırdı: “Bizim əqidəmizə görə, Uşinskinin “Rodnoye slovo” (“Ana dili”) dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, çernyayevskinin “Vətən dili” dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir.

Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa

XIX əsrin ikinci yarısında Azərbaycan ziyalıları məktəb və mədrəsılərdə ana dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasını gündəmə gətirdilər.Bu cəhətdən Mirzə Kazım bəy,Mirzə Şəfi Vazeh, Səid Ünsizadə,Seyid Əzim Şirvani,Rəşid bəy Əfəndizadə,Nəriman Nərimanov,Sultan Məcid Qənizadə və başqalarının xidmətləri təhsil tariximizdə önəmli yer tutur.Bu dərslik və dərs vəsaitlərinin əksəriyyəti ibtidai (mübtədi) sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Adları sadalanan müəlliflərdən Səid Ünsizadənin və Seyid Əzim Şirvaninin dərslikləri isə oxu kitabı (müntəxəbat) kimi nəzərdə tutulmuşdur. Bu dərsliklərdə şagirdlərin əql, fiziki və elmi tərbiyəsinin yüksəldilməsi məqsədilə klassik və şifahi xalq ədəbiyyatından,xalq pedaqogikasından şagirdlərin yaş xüsusiyyətinə uyğun əxlaqi və didaktik materiallar seçilib, işlənmişdir.
XIX əsrin yeni üsullü məktəb və mədrəsələrdə ayrı-ayrı fənlərin öyrənilməsi də diqqət artırılır. Bu məqsədlə şagirdlər üçün ənənəvi dərsliklərdən fərqli dərslik və dərs vəsaitlərinin hazırlanması məsələləri gündəmə gəlir.Nəcəf bəy Vəzirov Əkinçi qəzetinin6 noyabr 1876-cı il tarixli21 -ci nömrəsində Moskvadan göndərdiyi məktubunda yazırdı:» …məktəbxanada oxunan Leyli və Məcnun,Hafiz vəqeyrə uşaq kitabı deyil.Onları ki böyük oxuyanda şura gəlir,uşaq başına nə kül töksün,onları oxuyub eşqbaz cürəkeş (cürə-bir udumda içiləcək şey.Burada əzbərçi mənasına uyğun gəlir-N.N. ) olmasın və bir də bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin.Məsələn,Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxutsaq,həm yazıb, oxumağı öyrənnik,həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq».

Bu sözləri yazan vaxt Nəcəf bəy Vəzirovun hələ 22 yaşı var idi. Onun hələ o qədər də pedaqoji səriştəsi yox idi. amma təhsil aldığı məktəblərdə ona dərs deyən bacarıqlı müəllimləri var idi.Hələ də onların pedaqoji ustalıqlarını unutmamışdı. Danışığı da məhz öz müəllimlərinin mövqeyini əks etdirirdi. Nəcəf bəy Vəzirov məhz öz müəllimlərinin pedaqoji ustalıqlarına güvənəırək Moskvadan Azərbaycan müəllimlərinə öyüd-nəsihət verir, məktəblərdə dərslərin, dərsliklərin və dərs vəsaitlərinin dövrün tələblərə uyğun olmasını arzulayırdı.Onun bu arzusu tədricən reallaşırdı. «Kəşkül» qəzetinin redaktoru Cəlal Ünsizadə 1884cü ildə özünün «Kəşkül» mətbəəsində ana dilində Avropa və Şərq pedoqoji irsinə əsaslanan «Hesab «dərsliyini çap etdirib, şagirdlərə ərməğan etdi.

«Ziya» qəzetinin 1879-cu il dekabr ayının 27-də çıxan dördüncü nömrəsində «Məmləkət əhvalatı» adlı daimi rubrikasındakı bir xəbər ölkədə dərslik siyasətə marağın artdığını göstərir.Rubrikada 3 cümlədən ibarət kiçik bir məlumat oxucularda xoş təəssürat yaradır:

«Darülfünunda rus təhsilindən qurtarmış və bu halda (1879-cu ildə-N.N.) Gəncədə sledovatel(müstəntiq) mənsəbiylə məmuriyyətdə olan cənab ƏSGƏR BƏY ADIGÖZƏLOFbizim Azərbaycan dilində bir coğrafiya kitabının tərcümə və tərtibinə hümmət edib.
Mənfəəti-ümumiyyə mənzuri ilə xahişməmddir ki, (xahiş edir ki) mətbəəmizdə çap etdirüb,mühtəşir qıla.
(yayıla-N.N.)

Əsgərin ( kitab müəllifin adı dost və tanış adamın adı kimi çəkilir-N.N.) məmuriyyətdə məşğul olduğu halda, vətəndaşlarını yadbüd elməgi sayan təhsin və təşəkkürdür( alqışa və təşəkkürə yaraşan işdir,bəyəniləndir)»

Təəssüf ki, Ziya mətbəəsində çap olunan ərəb əlifbalı ilk coğrafiya dərsliyimiz hələlik tapılmayıb. Bəlkə də bu dərslik kimlərinsə köhnə evinin banında və ya zirzəmisində öz tədqiqatçısını gözləyir.

Deməli, bu faktı hələ yoxlamaq,dərslikdə materialların necə yerləçdirilməsindən hələ də danışmaq olmur.Hər halda «Ziya» qəzetinin ikinci sənəsinin — 1879-сu ilə aid dördüncü nömrəsindəki yazı bir çox mətləblərdən xəbər verir.
Mən bu qeydləri yazılarımda dəfələrlə xatırlatsam da, nədənsə cöğrayiyaşünaslarımız bu məsələyə etinasızlıq nümayış etdirmişlər.
Maraqlıdır,Əsgər ağa Goraninin Tiflisdə şamaxılı Səid Ünsizadənin «Ziya» mətbəəsində çap etdirdiyi bu kitab,görəsən, hansı dildən və ya dillərdən tərcümə olunmuşdur? Bu dərsliyin tərtibində hansı elmi mənbəələrdən istifadə olunmuşdur?

Əsgər ağa Adıgözəlovun bu dərsliyini Bakı,Gəncə, Moskva, Sankt-Peterburq,Tiflis və Odessanın arxivlərində , eləcə də şəxsi arxivlərdə axtarılıb tapmaq və onu latın qrfikalı əlifba ilə nəşr etmək elmi ictimaiyyətimizi ciddi düşündürməlilidir .Bu dərsliyin tapılması böyük əqidə və fikir sahibinin- Əsgər ağa Goraninin gələn il keçirilməsi güman edilən 160 illik yubileyinə layiqli hədiyyə ola bilərdi.

Məncə,Əsgər ağa Göraninin «Goğrafiya» dərsliyinə Bakı Real Gimnaiyasında təbiət tarixi müəllimi olmuş Həsən bəy Zərdabinin (1842-1907), Azərbaycan dilində coğrafiyaya aid silsiləli coğrafiya dərslikləri hazırlayan Qafur Rəşad Mirzəzadənin (1884- 1943), görkəmli ədəbiyyatşünas alim, Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi Firudin bəy Köçərlinin (1863-1918) və bir sıra digər ziyalılarımızın arxivlərində rast gələ bilərik.
1923-1926-cı illərdə Bakı Dövlət Universitüetində və Azərbaycan Ali Pedaqoji İnstitutunda babalarımıza -sonralar akademiklik mənsəbinə yüksəlmiş Mehdi Mehdizadəyə,görkəmli uşaq yazıçısı Mikayıl Rzaquluzadəyə, istiqlal şairi Əhməd Cavada və başqalarına pedaqogika və psixologiyadan mühazirələr oxumuş türkiyəli alim, Berlin və Leypziq Universitetlərində təhsil alan tərbiyə doktoru Halil Fikretin (1892-1974) və dövrün dərslik siyasəti ilə məşğul olan digər milli ruhlu ziyalılarımızın arxivlərində də məzkur (haqqında söz açılan-N.N.) dərsliyin izinə düşə bilərik.

Əsgər afa Adıgözəlov kimdir?

Əsgər ağa Haqverdi bəy oğlu Adıgözəlov 1857-ci il may ayının 3-də Goran-Boyəhmədli kəndində anadan olmuşdur.O, məşhur «Qarabağnamə»lərdən birinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsidir. Əsgər ağa (bəzi mənbələrdə onu Əsgər bəy kimi də tanıdırlar-N.N.)əvvəlcə kənd məktəbində, sonralar isə Bakı Real Gimnaziyasında təhsil almışdır. Bakı Gimnaziyasında təbiət tarixi müəllimi Həsən bəy Zərdabidən dərs alan Əsgər ağa Adıgözəlov gimnaziyanı qızıl medalla bitirəndən sonra Moskvadakı Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının torpaqşünaslıq şöbəsinə daxil olmuşdur. Onun Moskvadan müəllimi Həsən bəy Məlikzadəyə (Zərdabiyə-N.N.) göndərdiyi Azərbaycan və rus dilində yazıdığı məktublar ədəbi dilimizin epistolyar üslubunun ən gözəl nümunələri kimi dəyərləndirilə bilər.Bu məktubların bir çoxu ilk milli qəzetimiz «Əkinçi»nin səhifələrində işıq üzü görmüşdür.Bu mənada Əsgər ağa Gorani AdıgözəlovAzərbaycanın ilk qüdrətli elmi üsluba daha çox meyilli olan jurnalistlərindən biridir.

Əsgər ağa Adıgözəlovun (Goranin) bəxti onda gətirmişdir ki, onun yaxşı müəllimləri çox olmuşdur. Əlbəttə,onların ən yaxşısı Moskva Universitetinin məzunu Həsən bəy Məlikov idi.
Əsgər ağa Adıgözəlov Azərbaycan səhnəsinin ilk Hacı Qarasıdır. M.F.Axundzadənin «Hekayəti-mərdi -xəsis» əsərinin ilk tamaşasından 32 il sonra H.Zərdabi 1905-ci ildə «Həyat» qəzetində tamaşanın ən yaxşı ifaçısı kimi Əsgər ağanın aktyorluq məharətini çox yüksək qiymətləndirmişdir.
Əsgər ağa Adıgözəlov ixtisasca meşəçi-torpaqşünas idi. O,ixtisasını yaxşı bilirdi. Əsgər ağa hələ tələvə ikən «Əkinçi»də dərc etdirdiyi məqalələrində oxucularla özünü yüksək elmi düşüncəli ziyalı kimi tanıda bilmişdi.

Moskvada ali təhsil alan Əsgər afa Adıgözəlov Vətənə qayıdandan sonra quberniya katibi,kollej asessoru,mülki müşavir,quberniya hakiminin köməkçisi vəzifələrində işləmişdir.Ömrünün son beş ilini Yelizavetpol (Gəncə) bələdiyyəsinin sədri vəzifəsində tarixdə qalan işlər görmüşdür. Bunlardan biri Nizami Gəncəvinin məqbərəsinin təmiri, ikincisi isə şəhərdə öz hesabına qız məktəbi açması idi. Bu maarif ocağının onlarla məızunu Azərbaycan maarifinin inkişafında, ölkədə təhsilin idarə olunmasında səmərəli fəaliyyət göstərmişlər.
Əsgər ağa Adıgözəlov ədəbiyyat bilicisi kimi də ədəbiyyat tariximizdə özünə məxsus yer tutur. Onun «Qocalıqda yorğalıq» pyesi -vodevili ilk dəfə «Kəşkül» qəzetində dərc olunmuşdur.
«Qocalıqda yorğalıq» vodevili 1892-ci ildə Cəlal Ünsizadənin «Kəşkül» mətbəəsində ayrıca kitab şəklində çap olunaraq,oxucuların mütaliə dairəsinə ünvanlanmışdır.

Yeri gəlmişkən qeyd edək ki, Əsgər ağa Adıgğzəlovun rus və Avropa ədəbiyyatından etdiyi tərcümələrə və təbdillərə həvəslə yaşıl işıq yandırması ədəbi əlaqələr tariximizim maraqlı səhifələri kimi diqqəti cəlb edir. Əsgər ağa Goraninin görkəmli rus şairi M.Y.Lermontovun «Yel gəmisi» («Воздушный Корабль ) şeirinin ezop manerası ilə etdiyi tərcümə hələ də geniş və hərtərəfli tədqiqata cəlb edilməyib. Bu təcümənin incələmə və yozumu ədəbi əlaqələrimizin maraqlı məqamlarını ortalığa çıxara bilər.

…Yenə də Əsgər ağa Adıgğzəlova yaşıl işıq yandıran «Kəşkül»ə qayıdırıq.
«Kəşkül»mətbu fəaliyyətinə 1883-cü il yanvarın 31-də jurnal formasında başlamışdır.1884-cü ilin martından qəzet formasında çıxan «Kəşkül» 1891-ci ilin oktyabr ayında öz nəşrini dayandırmışdır. «Kəşkül» əvvəllər «Ziya» mətbəəsində çıxmışdır. Bir müddətdən sonra Cəlal Ünsizadə öz şəxsi mətbəəsini yaratmış, ona mətbuat işlərində böyüklük edən böyük qardaşı Səid Ünsizadədən ayrıca fəaliyyət göstərmişdir. Əslində Ünsizadə qardaşları öz mətbu fəaliyyətlərini daha geniş şəkildəhəyata keçirmək üçün hökumət nəzərində belə görünməyi gərəkli bilmişlər.
«Kəşkül» qəzeti bağlanandan sonra Cəlal Ünsizaə Tiflisdə öz mətbəəsində naşirlik, şəhər məktəblərinin birində isə müəllimlik fəaliyyəti ilə məşğul olmuş,sonralar İstanbula- böyük qardaşı Səid Ünsizadənin yaşadığı şəhərə köçmüşdür.
Ə.Adıgözəlovun «Ziya» qəzetində imzalı heç bir yazısına rast gəlinmir. «Ziya» qəzetində Əsgər ağa Goraninin «Coğrafiya» kitabı haqqında məlumat verilməsi göstərir ki, onun Ünsizadə qardaşları ilə — həm «Ziya»nın naşiri və redaktoru Səid Ünsizadə ilə, həm də «Kəşkülül» redaktoru Cəlal Ünsizadə ilə onun işgüzar münasibətləri,əqidə və məslək birliyi olmuşdur.
Əsgər ağa Goraninin həyat və yaradıcılığının hərtərəfli öyrənilməsi ictimai fikir tariximizin hələ də qaranlıq qalan bir bir sıra məqamlarını işıqlandıra bilər.Bu məqsədlə AMEA-nın müvafiq institutlarının xətti ilə hərtərəfli elmi araşdırılmalar aparılması çox gərəkli görünür.

1.Axundov Nazim. Azərbaycanda dövri mətbuat(1882-1920).Bakı,1965.
2.Axundov Nazim. Sənədlərin dili ilə. Bakı,1980.
3.Qurbanov Şamil. Lermontov və Azərbaycan ədəbiyyatı.Bakı,1976.
4.Zeynalov A. «Kəşkül»də bədii ədəbiyyat.Bakı,1978.
5.Nəsrəddinov Nazim. İlk «Hesab» dərsliyimiz // «Kurikulum» jurnalı, 2010, N 3,səh.36-41
6.»Əkinçi» qəzeti. (1875-1877). Bakı.
7.»Ziya» qəzeti. (1879-1880), Tiflis.
8.»Ziyayi-Qafqasiyyə» qəzeti.(1880-1884). Tiflis.
9.»Kəşkül» jurnalı və qəzeti. (1883-1891). Tiflis.

Comments are closed, but trackbacks and pingbacks are open.