Press "Enter" to skip to content

Vasitəsiz və vasitəli nitq

14. T, d, s, z, ş samitləri ilə bitən sözlərə l səsi ilə başlanan şəkilçilər qoşulduqda [l] səsi [d] səsi ilə əvəz olunur: atlar [atdar], qızlar [qızdar] və s.

Опытные
онлайн-репетиторы

Инфоурок › Другое › Статьи › Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan orfhos sözü ilə “danışıq”, “nitq” mənasında olan epos sözü¬¬nün birləşməsindən əmələ gəlib, ədəbi dilin tələffüz nor¬ma¬larından bəhs edən bölmədir. “Orfoepiya”da ədəbi tələf¬fü¬zün əsas cəhətləri, sə

Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan orfhos sözü ilə “danışıq”, “nitq” mənasında olan epos sözü¬¬nün birləşməsindən əmələ gəlib, ədəbi dilin tələffüz nor¬ma¬larından bəhs edən bölmədir. “Orfoepiya”da ədəbi tələf¬fü¬zün əsas cəhətləri, sə

Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan orfhos sözü ilə “danışıq”, “nitq” mənasında olan epos sözü­­nün birləşməsindən əmələ gəlib, ədəbi dilin tələffüz nor­ma­larından bəhs edən bölmədir. “Orfoepiya”da ədəbi tələf­fü­zün əsas cəhətləri, səslərin həm ayrılıqda, həm də digər səs­lər­lə yanaşı olduqda, sözün müxtəlif məqamlarında, qrammatik for­ma­larda və söz birləşmələrində necə tələffüz edilməsi qayda-qa­nunları, vurğu, intonasiya normaları öyrənilir.

Məqsəd və şəraitdən asılı olaraq nitq müxtəlif çalarlıqda təza­hür edir. Fonetik imkanların orfoepik normalar dairəsində məq­sədəuyğunluq əsasında təzahürü ilə müxtəlif tələffüz va­ri­ant­ları formalaşır. Bu, tələffüz üslublarını yaradır. Tələffüz üslubları tam sərbəst üslub olmaqla iki qrupa bölünür.“Tam üslub­dan təlim-tədris prosesində, yəni dərs deyərkən, mühazirə oxu­yarkən, müəyyən məsələni dinləyiciyə başa salmaq məq­sə­di ilə danışarkən, yeni bir sözü, termini, ifadəni dinləyiciyə dü­rüst eşitdirmək üçün istifadə olunur. Adi danışıqlarda, ailə və məi­şət söhbətlərində iştirak edən şəxslər özlərini sərbəst hiss edir­lər və öz danışıqlarını da əsasən sərbəst üslubda qururlar. ” (Ə.Dəmirçizadə,“Müasir Azərbaycan dili”,I c.,B.,2007, s. 148).

Saitlər və samitlər tələffüzün əsas vasitələridir. Orfoepik normaların müəyyənləşdirilməsində saitlər əsas rol oynayır.

Saitlərin tələffüzünə dair qaydalar

1. Eynicinsli qoşa saitli sözlərdə saitlər bir uzun sait kimi tələffüz olunur: saat [sa:t], təəccüb [tə:ccüb], bədii [bədi:] və s.

2. ai, ia, əi, iə, ea, aü, io, ue kimi müxtəlifcinsli qoşa saitlərin işləndiyi sözlərdə tələffüz zamanı saitlər arasına [y] səsi daxil olur: radio [radiyo], ailə [ayilə], zəif [zəyif], duet [duyet] və s.

3. əa, üa, üə kimi müxtəlifcinsli qoşa saitlərin işləndiyi

sözlərdə tələffüz zamanı birinci sait tələffüz olunmur, ikincisi uzanır: müəyyən [mə:yyən], fəaliyyət [fa:liyyət], müəllim [mə:llim], müavin [ma:vin] və s.

4. Sözdə yanaşı gələn еа saitləri [iyа] кими tələffüz olunur: teatr[tiyatr], okean [okiyan] və s.

5. Tərkibində eo qoşalığı olan sözlərin tələffüzü zamanı e səsi qısa e.ya çalarlıqda tələffüz olunur: feodal [fe.yadal], teorem [te.yarem] və s.

6. Sözdə о və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür, о və ö saitləri üzanır: dovşan [do:şan], lovğa [lo:ğa], dovğa [do:ğa], növbə [nö:bə] və s. (bütöv, zövq, dövr, sövq, mövqe, mövzu, mövsüm, növraq, bünövrə, gövdə sözləri istisnadır).

7. Sonu а, ə saitləri ilə bitən sözlərə y bitişdiricisi ilə şə­kil­çi­lər qoşulduqda, söz sonundakı saitlər qapalı sait səslərdən ([ı], [i], [u], [ü] səslərindən birinə çevrilir: bağlayır [bağlıyır], doğrayır [doğruyur], söyləyir [söylüyür] və s.

8. Dilimizə başqa dillərdən keçən sözlərdə uzanan saitlər də vardır: alim [a: lim], kamil [ka: mil] və s.

9. Bəzi müxtəlifcinsli qoşasaitli sözlərin yazılışı ilə tələf­fü­zün­də heç bir fərq olmur: aktual, bəraət, qiraət, memuar, xaos, şüəra, seans, mətbuat, sual, məcmuə, pauza, fauna, sauna, raund, riayət, şücaət, şüa və s. Dilimizdə ı və ü saitləri uzanmır.

Samitlərin tələffüzünə dair qaydalar

Dilimizdə işlənən samitlər işlənmə məqamından və şəraitdən asılı olaraq ya adi halda, məxrəcinə uyğun surətdə aydın tələffüz olunur, ya da qarşılığı olan samit çalarlığında tələffüz olunur. Yəni kar samitlər cingiltiləşə, cingiltili samitlər karlaşa bilir. R, l, m, n, ğ, y, j cingiltili samitləri; ç, h, x, ş kar samitləri əsasən öz məxrəclərinə müvafiq tələffüz olunur.

Digər samitlərin tələffüzü aşağıdakı kimidir:

1. Söz sonunda və söz ortasında samitlə yanaşı işlənən ke

samiti [х ´] kimi tələffüz olunur: ərik [ərix`], mək­təb[məx`təb] və s.

2. Alınma sözlərdə ka samiti [k`] kimi tələffüz olunur: klub [k`lub], tank [tank`], kosmos [k`osmos] və s.

3. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə samitlərdən ikincisi cingiltiləşir: dəftər [dəfdər], istiqamət [isdiqamət] və s.

4. Söz ortasında iki cingiltili samit yanaşı gələrsə, tələffüzdə samitlərdən birincisi karlaşır: doqquz [dok`quz], toqqa [ tok`qa].

5. Söz ortasınd pp, tt, kk kar samitləri yanaşı gələrsə tələffüz zamanı onlardan birincisi kar, ikincisi cingiltili tələffüz olunur: tappıltı [tapbıltı], hətta [hətda], mütəkkə [mütəkgə] və s.

6. Qоşa yy samitli sözlərdə yy samitləri şəkilçinin tərkibində gələrsə, tələffüz zamanı onlardan biri düşür: ədəbiyyat – [ədəbiyat], fəxriyyə – [fəxriyə], cəmiyyət –[cəmiyyət].

7. Kar samitlərdən qoşa ff, ss, cingiltili samitlərdən qoşa bb, cc, dd, ll, mm, nn, rr, vv, zz samitlərinin işləndiyi sözlərin tələffüzündə fərq yaranmır: [şəffaf], [rəssam], [addım], [qüvvə], [qüllə], [ləzzət] və s.

8. Söz sonunda işlənən b, d, c, g, z samitləri tələffüzdə karlaşır: palıd [palıt], tüfəng [tüfənk], ağac [agaç], almaz [almas] və s. Belə sözlərə saitlə başlayan şəkilci artırdıqda söz əslini bərpa edir: palıdа, tüfəngi, ağacın, almazı və s.

9. Sonu q və k ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırdıqda q => ğ, k => g əvəzlənməsi olur: qonağa, köynəyin və s. Bu qayda yazıda da gözlənilir.

10. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi

karlaşır: iqta [ik`ta], iqtisadiyyat [ik`tisadiyyat] və s.

11. Söz ortasında işlənən c səsindən sonra cingiltili samit gələrsə, c səsi j kimi tələffüz olunur: əcdad [əjdad ], səcdə [səjdə] və s.

12. Sonu c samiti ilə bitən sözlər d, l, t, z, s, n samitləri ilə

başlayan şəkilşi qəbul edərsə c samiti [ş] kimi tələffüz olunur: əlacsız [əlaşsız].

13. Sonu ç samiti ilə bitən sözlərdən sonra d, l, t, z, s, n samitləri ilə başlayan şəkilşi və ya söz gələrsə, ç samiti [ş] kimi tələffüz olunur: qaçdı [qaşdı], uçdu [uşdu], üç zəng [üş zənk] və s.

14. T, d, s, z, ş samitləri ilə bitən sözlərə l səsi ilə başlanan şəkilçilər qoşulduqda [l] səsi [d] səsi ilə əvəz olunur: atlar [atdar], qızlar [qızdar] və s.

15. R, n samitləri ilə bitən sözlərə l səsi ilə başlanan şəkilçilər qoşul­duqda [l] səsi sözün son samitinə uyğun tələffüz olunur: narlar [narrar], qarlı [qarrı], dərmanlar [dərmannar] və s.

16. Üzv, üzr, hökm, rəhm, sədr və s. kimi sonu qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlanan şəkilçi qoşulduqda üç samit yanaşı gəldiyinə görə (üzvlük, üzrlü, hökmlü, rəhmli, sədrlik) tələffüzdə iki samit arasına sait əlavə olunur və [üzvülüx]`, [üzürrü], [hökümlü], [rəhimli], [sədirrix`] kimi tələffüz olunur.

17. Sonu iki kar samitlə bitən bir qisim sözlərə (xüsusən də st, ft, şt samit qoşalığı olan sözlər) samitlə başlanan şəkilçi artırdıqda həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq [doslux], neftçi [nefçi], turistlər [turislər], sərbəstlik [sərbəslix`] və s.

18. Söz ortasında b, m samitlərindən əvvəl gələn n samiti [m] kimi tələffüz olunur: zənbil [zəmbil], sünbül [sümbül], şənbə [şəmbə], mənbə [məmbə], münbit [mümbit], anbar [ambar], günbəz [gümbəz].

19. Çoxhecalı sözlərdə sonu saitlə bitən sözlərə saitlə başlayan

y bitişdiricili şəkilçilər qoşulduqda açıq sait qapalı sait kimi tə­ləffüz olunur:tələbəyə [tələbiyə], söyləyir [söylüyür] və s.

20. İsmin çıxışlıq hal şəkilçisi –dan, -dən sonu n, m samitləri ilə bitən sözlərə artırıldıqda –nan, -nən kimi tələffüz olunur: səndən – sənnən, xalamdan-xalamnan və s.

21. Ikinci şəxs cəmi bildirən xəbər şəkilçisi –sınız çox zaman –sız kimi işlənir: yazırsınız – yazırsız, ğülürsünüz – gülürsüz və s.

22. Köməkçi sözlər sonu saitlə bitən sözlərə qoşulduqda yanaşı gələn saitlərdən ikincisi qısa tələffüz olunur: nə idi – nəi.di, hava ilə – havai.lə, elə isə – eləi.sə və s.

23. Ilə (-la, -lə) qoşması yazılışından fərqli olaraq -nan, -nən şəklində tələffüz olunur: kitabla [kitabnan], dəftərlə [dəftər nən] və s.

24. Üçün qoşması yazılışından fərqli olaraq -çün şəklində tələffüz olunur: səninçün, bizimçün, onunçün və s.

25. İdi, imiş hissəcikləri yazılışından fərqli olaraq saitlə bitən sözlərdə -ydı4 , -ymış 4 kimi tələffüz olunur: tələbə idi [tələbəydi], tələbə imiş [tələbəymiş] və s.

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).

Müəllifin sözləri, adətən dedi, düşündü, soruşdu və s. kimi nitq felləriilə bitir və çox vaxt cüttərkibli cümləşəklində olur. Vasitəsiz nitq isə bir və ya bir neçə cümlədən ibarət olur və müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur. Vasitəsiz nitq, adətən, dırnaq arasına alınır və aşağıda bir neçə şəkildə işlənə bilir:

1. Müəllifin sözlərindən sonra: Bu halda vasitəsiz nitqdən əvvəl iki nöqtə qoyulur və vasitəsiz nitqin ilk sözü böyük hərflə yazılır. Məsələn: O dedi: «Biz doğma yurdumuza qayıdacağıq». (sxemi: M: «V».). Komandir qışqırdı: «Dayanın, ora minalanıbdır!» (sxemi: M. «V!»). “

2. Müəllifin sözlərindən əvvəl. Bu halda vasitəsiz nitqdən sonra vergül (bəzən də sual və ya nida işarəsi) və tire qoyulur. Məsələn: «Kim dərsimizi danışmaq istəyir?» — dəyə müəllim uşaqlara üz tutdu. (Sxemi: «V?» -m). «Təki torpaqlarımız geri qayıtsın», — deyə ana hər cür çətinliyə dözürdü. (sxemi «V», -m.).

3. Müəllifin sözlərinin arasında. Bu halda vasitəsiz nitqdən əvvəl iki nöqtə, sonra isə vergül (və ya sual və nida işarələri) və tire qoyulur. Məsələn: Ana üzünü qonağa tutub: «İçəri keçin, qapıda durmayın», — deyə nəvazişlə onu otağa dəvət etdi. (sxemi: M: «V», — m.). O gülə — gülə: «Necədir, məktəbimiz xoşuna gəidi?»- dəyə soruşdu. (sxemi: M: «V?» — m.)

4. Müəllifin sözlərindən əvvəl və sonra. Bu halda vasitəsiz nitqdən əvvəl və sonra vergül və tire işarəsi qoyulur. Məsələn: «Otur, gedirik — dedi, — sonra danışarıq» (sxemi: «V, — m, — v».).

5. Müəllifin sözləri ilə vasitəsiz nitq ardıcıl olaraq işlənir. Bu halda vasitəsiz nitqdən əvvəl iki nöqtə, sonra vergül və tire (iki dəfə) qoyulur. Məsələn: O, başını qaldırıb: «Yox, olmaz, -dedi, — sən bu işə qanşma». (sxemi: M: «V, -m, — v»).

Vasitəsiz nitqin son iki qaydada işlənməsi nadir hallarda olur. Vasitəsiz nitqdə sual işarəsi, nida işarəsi və üç nöqtə dırnaqdan əvvəl, nöqtə isə dırnaqdan sonra qoyulur.

Vasitəli nitq

Vasitəli nitqdə başqasının sözləri (nitqi) eynilə deyil, dəyisilmiş şəkildə verilir, yəni onun məzmunu çatdırılır.Tərkibində vasitəli nitq olan cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur. vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllifin sözlərindən sonra işlənir. vasitəsiz nitq vasitəli nitqlə əvəz edilərkən dırnaqlar və tire işarəsi atdır və ki bağlayıcısı əlavə olunur. Məsələn:

Anar dedi: «Mən böyüyəndə müəllim olacağam».

Anar dedi ki, o böyüyəndə müəllim olacaq.

Nümunədən göründüyü kimi, vasitəsiz nitq vasitəli nitqə çevrilərkən şəxs əvəzlikləri və şəxs şəkilçiləri dəyişdirilə bilir.

Sitatlar

Fikri əsaslandırmaq üçün tanınmış şəxsiyyətlərin, məşhur alimlərin sözlərindən və ya yazdıqlarından gətirilən dəqiq çıxarışlara sitatlar dəyüir.

Sitatlar bir və ya bir neçə cümlədən ibarət ola bilər. Sitatlardan daha çox elmi əsərlərdə istifadə edilir. Məsələn: Böyük türk şairi Cəlaləddin Rumi yazırdı: «Ya göründüyün kimi ol, ya da olduğun kimi görün». Məşhur fransız yazıçısı Balzak yazır: «Elmin ağası olmaq üçün zəhmətin köləsi olmalısan». Sitatlar da əksərən dırnaq içərisində verilir və axırda istifadə olunan mənbə göstərilir.

Müəllif: Möhsün Nağısoylu Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

Nitq hissələri

Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil). Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya 2.Sintaksis.
Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.

Nitq hissələri

  1. Əsas nitq hissələri:İsim, sifət, əvəzlik, say, fel, zərf
  2. Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida

Əşya və hərəkət

Qrammatikada əşya dedikdə canlı və cansız, gözlə görünən və ya təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə yalnız baş vermiş hadisə deyil, mövcud olması və ya olmaması da götürülür.
Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.

  • Teqlər:
  • morfologiya
  • , nitq hissələri
  • , dilçilik

Comments are closed, but trackbacks and pingbacks are open.