Press "Enter" to skip to content

Kənd təsərrüfatının dayanıqlı inkişafında elm, texnologiya və innovasiyaların rolu

Genom-redaktə texnologiyaları. Genomun redaktəsi -gen mühəndisliyinin ən son uğurlarından biridir. Bu texnologiya xüsusi “molekulyar qayçıların”, elmi dildə desək spesifik dizayn edilmiş endonukleazaların iştirakı ilə genomda müəyyən sahələrin əvəz edilməsi, daxil edilməsi, yaxud kəsilərək götürülməsinə əsaslanır. Bu metodda 4 tip nukleazalardan istifadə edilir: meqanukleazalar, sink barmaqları olan nukleazalar, TALEN nukleazaları və CRİSPR-Cas sistemi.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu elmi-tədqiqat işlərini davam etdirir

Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu əvvəlki illərdə olduğu kimi, ötən ildə qeyri-neft sektorunun, regionların, sahibkarlığın, sosial sahələrin, ixrac potensialının artırılması, qısa, orta, uzunmüddətli proqnoz və planların tərtib olunması və s. sahələr üzrə elmi-tədqiqat və analitik təhlil işləri aparıb. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Elmi Tədqiqat İnstitutu tərəfindən yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində tədbirlər həyata keçirilib. Elmi-tədqiqat işləri ilə yanaşı, İnstitut beynəlxalq təşkilat və maliyyə qurumları ilə birlikdə kadr potensialının gücləndirilməsi, birgə tədqiqat işinin aparılması, xarici əlaqələrin daha da genişləndirilməsi məqsədilə forum, konfrans, seminar, dəyirmi masa, təlim və s. tədbirlər təşkil edib. Ötən dövr ərzində BMT-nin iqtisadi qurumları, İslam İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. maliyyə qurumları, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi yönümlü elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq davam etdirilib, müxtəlif sahələr üzrə birgə tədqiqatlar aparılıb. Universitet-sənaye işbirliyi çərçivəsində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən ali təhsil müəssisələrində texnoparkların yaradılması istiqamətində araşdırmalar aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Bununla belə, sahibkarların maarifləndirilməsi məqsədilə “Loqistika terminlərinin izahlı lüğəti”, “Müəssisənin rəqabətqabiliyyətliliyini necə yüksəltməli?” və “İnnovasiya sual-cavabda” adlı yardımçı vəsaitlər hazırlanıb.

Kənd təsərrüfatının dayanıqlı inkişafında elm, texnologiya və innovasiyaların rolu

Məqalədə kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi məqsədilə elmtutumlu texnologiyaların tətbiqinin və innovativ fəaliyyətin genişləndirilməsinin zəruriliyi göstərilir. Aqrar sahənin innovativ inkişafinın sürətləndirilməsində yeni nəsil texnologiyaların əhəmiyyəti açıqlanır. Eyni zamanda, ölkəmizin kənd təsərrüfatı qarşısında duran vəzifələrin həlli istiqamətində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrin rolu dəyərləndirilir.

Giriş

Bu gün elm, elmtutumlu texnologiyalar və aktiv innovativ fəaliyyət kənd təsərrüfatının əsas aparıcı qüvvəsi olmalıdır. Müasir kənd təsərrüfatının ümumi inkişaf konsepsiyası üzrə yüksək məhsuldar agroekosistemlərin konstruksiyasında və ekoloji təhlükəsizliyin qorunub saxlanılmasında elmi yanaşmalara əsas yer verilməlidir. Qlobal iqlim dəyişiklikləri kontekstində artan əhalinin bugünkü və gələcək tələblərinə cavab verəcək qida məhsullarının istehsalının təmin edilməsi üçün dünyanın inkişaf etmiş ölkələrində rəqəmsal və genom texnologiyalarının tətbiqi ilə ciddi elmi araşdırmalar aparılır. Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutları arasında qarşılıqlı əməkdaşlıq şəraitində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məqsədəuyğundur.

Möhtərəm Prezident ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı inkişafa nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Bu strategiyanın reallaşdırılması üçün ölkədəki mövcud potensial qiymətləndirilməli, məsələnin həllinə elmi-analitik müstəvidən yanaşılmalıdır. Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı islahatlar, siyasi, iqtisadi, sosial sahədə tətbiq edilən texnologiyalar qeyd edilən məqsədə xidmət etməklə artıq öz bəhrəsini verməkdədir.

Dünya alimləri kənd təsərrüfatının inkişafının 2 istiqamətini ayırd edirlər: ekstensiv və intensiv. Ekstensiv istiqamət istifadə edilən resursların artırılmasını, məsələn əkinçilik, otlaq və balıqçılıq sahələrinin genişləndirilməsini nəzərdə tutur. Lakin bütün təsərrüfat əhəmiyyətli ərazilər bu gün praktik olaraq artıq istifadə edildiyi üçün bu istiqamət yüksək xərclər tələb edir. İntensiv istiqamətsə ilk növbədə mövcud resursların bioloji məhsuldarlığının artırılması və biotexnologiyanın istifadəsinə əsaslanır, yeni, yüksək məhsuldar sort və cinslərdən, müasir əkin üsullarından istifadə bu vəziyyətdə həlledici əhəmiyyətə malikdir. Buna görə də əsas təsərrüfat əhəmiyyətli, xüsusən də strateji əhəmiyyətli kulturaların məhsuldarlığını həm kəmiyyət, həm də keyfiyyətcə yüksəltməyə imkan verən yeni texnologiyaların axtarılması tələb olunur. Hansı ki bu texnologiyalar “ikinci yaşıl inqilaba” gətirib çıxaracaqdır.

“Yaşıl inqilab” dövrü qlobal qida təhlükəsizliyinin artırılmasında ekstraordinar epoxa kimi dəyərləndirilir. Bu period kənd təsərrüfatının intensifikasiyası hesabına dünyada qida məhsullarının, xüsusən də buğda, düyü, qarğıdalı kimi dənli bitkilərin istehsalının güclü artımı ilə xarakterizə olunur. İntensifikasiya kənd təsərrüfatı tədqiqatlarına investisiyaların artımı, sintetik gübrələrin və pestisidlərin kütləvi istifadəsi və bu proseslərin mexanizasiyası, yüksək məhsuldar sortların genetik yaxşılaşdırılması kimi proseslərin bir-biri ilə uzlaşdırılması hesabına əldə olunmuşdu. Amma artıq bu inqilabın əlavə təsirləri üzə çıxmağa başlamışdır. Ətraf mühitə göstərilən zərərli təsirlər hesabına bütövlükdə ekosistemlərin keyfiyyəti aşağı düşmüşdür (Aguilar-Rivera et al., 2019).

Buna görə hal-hazırda qarşıda duran əsas məsələ – elmtutumlu innovativ texnologiyaları kənd təsərrüfatında tətbiq etməklə stabil, keyfiyyətli qida məhsullarının əldə edilməsi üçün agroekosistemlərin bütövlüyünü saxlamaqla kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır. “İkinci Yaşıl İnqilab” kənd təsərrüfatına fərqli prizmadan yanaşan yeni nəsil alimlərin ideyalarından asılı olacaqdır (Kasliwal, 2021).

Genom-redaktə texnologiyaları. Genomun redaktəsi -gen mühəndisliyinin ən son uğurlarından biridir. Bu texnologiya xüsusi “molekulyar qayçıların”, elmi dildə desək spesifik dizayn edilmiş endonukleazaların iştirakı ilə genomda müəyyən sahələrin əvəz edilməsi, daxil edilməsi, yaxud kəsilərək götürülməsinə əsaslanır. Bu metodda 4 tip nukleazalardan istifadə edilir: meqanukleazalar, sink barmaqları olan nukleazalar, TALEN nukleazaları və CRİSPR-Cas sistemi.

CRISPR-Cas9 texnologiyası nədir? CRISPR-Cas9 DNT molekulunun müxtəlif sahələrində delesiyalar və ya əlavələr edən yeni texnogiyadır. CRISPR-Cas9 sistemi, DNT-də mutasiya yaradan 2 molekuldan təşkil olunmuşdur: bunlardan biri Cas9 adlı ferment – genomun müəyyən hissələrindən DNT zəncirini kəsir, bir sözlə bu molekul “qayçı” funksiyasını daşıyır. İkincisi gid RNT (İng. guide RNA – gRNA) – kiçik (~20 n.c.) RNT zəncirindən təşkil olunmuşdur. RNT zənciri DNT molekulu ilə əlaqəyə girir və Cas9-un genomun uyğun hissəsinə oturmasına rəhbərlik edir və beləliklə Cas9 fermenti müvafiq nukleotidləri kəsir. Bu mərhələdə hüceyrədə DNT-nin zədələnməsinə qarşı reparasiya mexanizmi işə salınır. Mütəxəssislər DNT molekulunun reparasiya mexanizmindən istifadə edərək hüceyrənin 1-dən artıq genində dəyişiklik yarada bilirlər. Hazırda bu sistem bir sıra heyvan və bitki orqanizmlərində tətbiq edilməkdədir (Prabin & Mousami, 2020). CRISPR-Cas9 sistemi hazırda gen redaktəedilmədə ən sürətli, ucuz və etibarlı sistem kimi tanınır. Bu metodun rekombinativ DNT texnologiyasından əsas fərqi ondadır ki, canlı orqanizmə yad gen daxil edilmir, orqanizmin öz geni dəyişdirilir, yaxud bərpa olunur. Bu zaman yaranan məhsul GMO hesab olunmur!

Yeni nəsil sekvens texnologiyaları. Hal-hazırda effektiv genetik tədqiqatların aparılmasını genomun oxunması mərhələsi olmadan təsəvvür etmək mümkün deyildir. Genom ardıcıllıqları gen və gen şəbəkələrinin identifikasiyası kimi fundamental məsələlərin həllində əvəzedilməzdir. Bitki və heyvan orqanizmlərində təsərrüfat əhəmiyyətli əlamətləri kodlaşdıran gen lokuslarının, mühüm metabolik yolların, siqnalötürmə şəbəkələrinin tədqiqində genomların sekvensi açar rolunu oynayır. Yeni molekulyar bridinq proqramları da məhz dəyərli genlərlə ilişikli marker məlumatlarını əks etdirən genom xəritələrinə əsaslanaraq aparılır. Hal-hazırda artıq 300 bitkinin genomu tam və ya qismən oxunaraq NCBİ-də yerləşdirilmişdir. Yeni nəsil sekvens texnologiyaları əvvəlki metodlarla müqayisədə qısa zaman intervalında nisbətən daha aşağı xərclə genomda nukleotid ardıcıllıqlarını təyin etməyə imkan verir. Yeni texnologiya ekzom sekvensini – zülal kodlaşdıran sahələrin sekvensini də həyata keçirməyə imkan verir. Əgər RNT-sekvensi yalnız ekspressiya olunan genlər haqqında məlumat verirsə, ekzom-sekvensi ekspressiya olunmayan allel genlər haqqında belə zəngin məlumat təqdim edir (Sirangelo & Calabrò, 2020).

Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt texnologiyalarının tətbiqi insan fəaliyyətinin bütün sferalarına daxil olmuşdur. Son dövrlərdə artıq bu texnologiyalar kənd təsərrüfatında da tətbiq olunmağa başlanılmışdır. Bu baxımdan qarşıda duran problemlərdən ən əsası abiotik və biotik stres amillərinin inkişaf dinamikasının qabaqcadan proqnozlaşdırılmasıdır. Bu yanaşmada artıq maşınöyrənmə üsulları tətbiq edilməyə başlanmışdır. Zərərvericilərin hansı ərazilərdə yayılacağını, iqlim faktorlarının onların intensivliyinə təsirini qabaqcadan proqnozlaşdırmaqla epifitotiyaların qarşısını almaq olar. Süni intellekt texnologiyalarına əsaslanan peyk müşahidə sistemləri, yaxud bitkinin vəziyyətini qiymətləndirərək vaxtında gübrələrlə, boy stimulyatorları ilə, zərərvericilrərə qarşı kimyəvi maddələrlə işlənməsini özü idarəedən “ağıllı texnika”nın tətbiqi gələcəkdə məhsuldarlığın artırılmasına çox böyük təkan verəcəkdir (Talavia et al., 2020).

Rəqəmsal fenotipləmə. Bitki seleksiyasında vacib aspektlərdən biri düzgün fenotipləmənin aparılmasıdır. Rəqəmsal fenotipləmə qeyri-invaziv olaraq bitkinin fizioloji vəziyyətini analiz etməyə imkan verir. Rəqəmsal verilənlər alqoritmlərin köməyi ilə analiz edilir ki, bu da nəticənin etibarlılığını dəfələrlə artırır (Omari et al., 2020).

Mikrobiomlar və bioloji pestisidlər. Gen mühəndisliyinin tətbiqi ilə yaradılan faydalı mikroorqanizmlərdən istifadə kənd təsərrüfatını yeni mərhələyə qaldırır. Bu yanaşma iqtisadi cəhətdən sərfəlidir, belə ki, pestisid və gübrələrə sərf olunan xərclər azalır. Məsələn, gen mühəndisliyi yolu ilə yaradılan mikroorqanizmlər birbaşa havadan atmosfer azotunu mənimsəyərək bitkiyə gübrə şəklində verə bilirlər. Bu cür faydalı mikroorqanizmlərin süni şəkildə çoxaldılması hesabına bitkilərin məhsuldarlığını, qeyri-əlverişli iqlim şəraitinə, zərərvericilərə qarşı davamlılığını artırmaq mümkün olacaqdır.

RNT-nin interferensiyası. Artıq alimlər tərəfindən RNT-nin interferensiyasına əsaslanan yeni innovativ metod işlənib hazırlanmışdır. Bu metod RNT-ni bitki yarpaqlarına yeritməklə genlərin ekspressiyasını effektiv şəkildə inhibirləşdirməyə imkan verir. Bitkiyə bu və ya digər stres faktoruna qarşı həssaslıq verən genlərin ekspressiyasının dayandırılması bitkinin əlverişsiz şəraitdə inkişaf etməsinə şərait yaradacaqdır. Belə bitkilər genetik modifikasiya edilmiş bitkilər sırasına aid edilmir, çünki bu texnologiya “yad” genlərin daxil edilməsini həyata keçirmədən müvəqqəti olaraq bitkinin öz genlərini “söndürür”.

“Omiks” yanaşmalar. “Omiks” texnologiyaların inkişafı (genomiks, transkriptomiks, proteomiks, metabolomiks və s.) bitkilərin biologiyası sahəsində tədqiqatlarda inqilabi sıçrayışa gətirib çıxartmışdır. Bu yanaşmalar genlər, metabolitlər, zülallar və tənzimləyici elementlərin inteqrasiyası şəbəkələrindən istifadə yolu ilə bioloji komponentlər arasında qarşılıqlı əlaqənin daha yüksək səviyyədə tədqiq edilməsini mümkün etmişdir. “Omiks” texnologiyaları geniş spektrdə tətbiq olunur. Dəyişən ətraf mühit şəraitində streslə mübarizə aparmaq üçün bitkilər “omiks” profillərini dəyişirlər. “Omiks” verilənlər kombinasiyaları molekulyar səviyyədən bütöv bitki səviyyəsinə kimi bitkidə yaranan prosesləri dəqiq izləməyə imkan verir (Majumdar & Keller, 2020).

Ölkəmizdə aqrar sektorun qarşısında duran mühüm vəzifələrə, aqrar sahədə mövcud olan problemlərin həllində elmin rolunun artırılmasına gəldikdə, Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış “Niyyət Sazişi” böyük əhəmiyyət kəsb edir. Bu baxımdan hər iki qurumun institutları arasında birgə icra olunması planlaşdırılan “Rəqəmsal və genom texnologiyaların tətbiqi əsasında buğdanın quraqlığa davamlı və yüksək məhsuldar rüşeym plazmasının seçilməsi və seleksiya proqramlarında istifadəsi” (rəhbər: AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova), “Molekulyar genetik və xromosom mühəndisliyi metodları ilə pambıq genofondunun zənginləşdirilməsi, iqtisadi əhəmiyyətli yeni sortların yaradılması” (rəhbər: Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov), “Azərbaycan Respublikasında təbii örüş, biçənək və otlaqların davamlı idarəedilmə sisteminin yaradılması ilə onların yem bazasının möhkəmləndirilməsi və bitki biomüxtəlifliyinin qorunub saxlanılması” (Botanika İnstitutu, rəhbər: professor Səyyarə İbadullayeva), “Torpaqların şorlaşması, şorakətləşməsi və eroziyaya uğrama dərəcələrinin və qida maddələrinə tələbatının dəqiqləşdirilməsi” (Torpaqşünaslıq və Aqrokimya İnstitutu, rəhbər: AMEA-nın müxbir üzvü Əlövsət Quliyev) layihələri ölkəmizdə aqrar sahənin inkişafına dəyərli töhfələr verəcəkdir.

Strateji yekun

Kənd təsərrüfatında dayanıqlı inkişaf və yeni yaranacaq təhlükələrlə mübarizə üçün mövcud bilik və texnologiyaların tətbiqi və daim yeni texnologiya və yanaşmaların işlənib hazırlanması üçün investisiyalar qoyulmalıdır. İnkişaf etmiş dünya ölkələrinin praktikası bunu sübut edir. Qida məhsullarının istehsalı sektorunda investisiyalar ekosistemlərin bütövlüyünü saxlamaqla dayanıqlı inkişafın yaxşılaşdırılmasına yönəldilməlidir. Eyni zamanda, elmi tədqiqatların prioritetlərinin düzgün müəyyən edilməsi və stimullaşdırılması da əhəmiyyət kəsb edir.

  1. Omari M.K., Lee J., Faqeerzada M.A., Joshi R., Park E. & Cho B.K. (2020). Digital image-based plant phenotyping: A review. Korean Journal of Agricultural Science, 47(1), 119-130.
  2. Prabin A. & Mousami P. (2020). CRISPR-Cas9 in agriculture: Approaches, applications, future perspectives, and associated challenges. Malaysian Journal of Halal Research. 3. 10.2478/mjhr-2020-0002.
  3. Aguilar-Rivera N., Michel-Cuello C., Cárdenas-González J.F. (2019) Green Revolution and Sustainable Development. In: Leal Filho W. (eds) Encyclopedia of Sustainability in Higher Education. Springer, Cham. https://doi.org/10.1007/978-3-030-11352-0_87
  4. Kasliwal R. “The New Green Revolution: A Just Transition to Climate-Smart Crops,” ORF Issue Brief No. 433, January 2021, Observer Research Foundation.
  5. Majumdar, S. & Keller A.A. (2020). Omics to address the opportunities and challenges of nanotechnology in agriculture. Critical Reviews In Environmental Science And Technology, 1-42.
  6. Talaviya T., Shah D., Patel N., Yagnik H. & Shah M. (2020). Implementation of artificial intelligence in agriculture for optimisation of irrigation and application of pesticides and herbicides. Artificial Intelligence in Agriculture.
  7. Sirangelo T.M., Calabrò G. Next Generation Sequencing Approach and Impact Oon Bioinformatics: Applications in Agri-Food Field. Journal of Bioinformatics and Systems Biology 3 (2020): 032-044.

Fəaliyyət istiqamətləri

Əkinçilik ET İnstitutunun Modernləşdirilmə proqramına uyğun olaraq tədqiqat sahəsində ciddi islahatlar həyata keçirilmişdir. Islahatlara uyğun olaraq Əkinçilik ET İnstitutunun elmi fəaliyyət istiqaməti ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlər yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 12 mövzu və 26 tədqiqat işlərindən ibarətdir. Bu gün təsdiqlənmiş proqramların məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat fəaliyyətinə aşağıdakılar daxildir:

• Yerli və introduksiya olunmuşgen plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılması;

• Bitkinin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperaturaya, duza, qışa və s.) qarşı davamlılığının artırılması;
• Müasir texnologiyaları (əkin dövriyyəsi, zərərvericilərin inteqrə olunmuş idarə edilməsi, torpaq becərmələrinin sayının azaldılması, sudan səmərəli istifadə, ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və s.) tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində tədqiqat işlərinin aparılması;
• Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində fermerlərin fikirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək;
• Təsərrüfat hesablı toxumçuluq sistemi vasitəsilə artırılma üçün bioloji cəhətdən təmiz olan orijinal, super-elit və elit toxumları istehsal etmək.
Yerinə yetirilən 12 mövzudan 8-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.

Məqsəd və vəzifələr

Bu gün Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək), yem (yonca, xaşa) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı tədqiqatlar aparılır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yuxarıda sadalanan və 2015-2019-cu illəri əhatə edən proqramlar və 15 mövzu üzrə 28 tədqiqat işi yerinə yetirilir. Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, toxum materialının mübadiləsi və kadr hazırlığı sahələrində Beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA, Rusiyanın P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı və Türkiyənin Əskişəhər Kənd Təsərrüfatı Tədqiqatları İnstitutları, eləcə də AMEA-nın Botanika, Genetik Ehtiyatlar və Neft-Kimya Prosesləri İnstitutları arasında elmi əməkdaşlığı mövcuddur. Buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramlarının məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat prioritetlərinə aşağıdakılar daxildir:

  • Dənli taxıl, paxlalı və yem bitkiləri genofondunun tədqiqi;
  • Abiotik stress amillərə davamlılıq;
  • Biotik stress amillərə davamlılıq;
  • Keyfiyyətin yüksəldilməsi;
  • Məhsuldarlığın artırılması;
  • Otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi;
  • Yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi;
  • Torpaq və su ehtiyatlarından səmərəli istifadəsi.

Bu baxımdan institutun vəzifələrinə aşağıdakı tədqiqat fəaliyyətləri daxildir:

  • Yerli və introduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni dənli, dənli-paxlalı və yem bitkiləri sortlarının yaradılması;
  • Bitkilərin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperatura, duza, qışa, xəstəliklərə və s.) qarşı davamlılığının artırılması;
  • Müasir texnologiyaları tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi;
  • Ölkənin yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi;
  • Respublikada mövcud olan yem bitkilərinin keyfiyyət göstəricilərinin öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi;
  • Yüksək kondisiyalı orijinal, super-elit və elit toxumların istehsalı;
  • Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində informasiya məsləhət mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi.

Bu məqsədlə hər il institutda 15-20 min tərtibində dənli, dənli-paxlalı və yem bitki nümunələrinin tədqiqi ilə bağlı 75-80 hektarda tarla təcrübələri qoyulur.

Nailiyyətlər

Əkinçilik Elmi Tədqiqat İnstitutunun nailiyyətləri

  • Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan kompleks elmi-tədqiqatlar və təcrübi seleksiya işləri nəticəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin 147 sortu yaradılmış və rayonlaşdırılması üçün KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilmişdir.
  • İnstitutun 101 sortu, o cümlədən 33 yumşaq və 16 bərk buğda, 15 arpa, 1 çovdar, 1 vələmir, 1 tritikale, 6 qarğıdalı, 5 noxud, 3 mərci, 1 lobya, 1 lərgə, 2 yer fındığı, 5 tütün, 7 yonca, 1 xaşa, 1 çoban toppuzu, 1 əzgən, 1 güllücə sortu rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlər reyestrinə daxil edilmiş və patentləşmişdir.
  • İnstitutun fəaliyyəti dövründə bir çox işlər Dövlət Elm və Texnika Komitəsi tərəfindən ixtira kimi qiymətləndirilərək 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir.
  • İlk dəfə olaraq Azərbaycanda taxıl əkinlərində resursmühafizəedici texnologiyaların (tirəyə səpin, sıfır becərmə) elmi-praktiki əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir.
  • İnstitut alimlərinin yaratdığı bir çox bərk buğda sortları (Mirbəşir 50, Qaraqılçıq 2 və s.) öz keyfiyyət göstəricilərinə görə, hətta, dünya standartlarından üstün olmaqla 1981-1989-cu illərdə 11 dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində,19 dəfə respublika, 9 dəfə beynəlxalq sərgilərdə, o, cümlədən, 1982-ci ildə Əlcəzairdə və Anqolanın paytaxtı Luanda şəhərində, 1983-cü ildə Həbəşistanın paytaxtı Əddis-Əbəbə,1984-cü ildə Macarıstanın paytaxtı Budapeşt, 1985-ci ildə isə Hindistanın paytaxtı Dehli şəhərlərində və s. nümayiş etdirilərək dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşdür.
  • İnstitut yaranandan məqsədli aspirantura da daxil olmaqla 400-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanmış, onların 260 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru adına layiq görülmüşdür.
  • İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 60-a yaxın kitab və monoqrafiya, 219 broşura, 3500 məqalə, 38 plakat, 50 buklet, 6 taxıl sortlarının kataloqu və XXIX cildlik elmi əsərlərin məcmuəsində dərc edilmişdir.

Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı bitki sortları

S/s

Bitkinin adı

Bitkinin latınca adı

Rayonlaşmış

sortların sayı

Comments are closed, but trackbacks and pingbacks are open.