Press "Enter" to skip to content

Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

Bakı. İlhamə İsabalayeva – Trend:

Arxaizmlər (köhnəlmiş sözlər)

Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Məsələn:

arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), iraq (uzaq), әr/ərən (igid), ayaq (qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), duş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq (getmək), yazı (çöl) və s.
Tarixi proseslə bağlı olan belə sözlərə isə tarixizmlər deyilir:
konka – şəhərlərdə dəmir yol üzərində vaqonu atla hərəkətə gətirən nəqliyyat vasitəsi;
çuxa – üstdən geyilən, beli büzməli kişi geyimi;
dinar – pul vahidi;
qorodovoy – keçmişdə aşağı rütbəli polis işçisi;
mədrəsə – dini məktəb;
dəyə – komacıq;
aynalı – patronu üstdən qoyulan təklülə tüfəng;
bəndərgah – düşmənin keçə bilməyəcəyi yol, keçid;
qənşər – qarşı tərəf;
qıçqı – sıxışdırma, sıxma-boğmaya salmaq;
dəbilqə – keçmişdə döyüşçülərin başlarına qoyduqları
dəmir papaq;
çarıq – göndən hazırlanan yüngül ayaqqabı;
güyüm – misdən hazırlanmış uzunboğazlı su qabı;
təhnə – iri ağac kötüyündən hazırlanmış böyük qab;
qalxan – qədim müharibələrdə zərbədən qorunmaqüçün əldə tutulan dairəvi və ya düzbucaqlı sipər;
xurcun – palaz kimi toxunan, yaxud parçadan tikilən ikigözlü heybə, torba.
Darğa (şəhər hakimi)
abbası (pul vahidi)
batman (çəki vahidi)
ağac (uzunluq ölçü vahidi)
koxa da buraya aiddir.

Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Məsələn: ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s
Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir. Məsələn traktorların tətbiqindən əvvəl əkinçilikdə işlənən xış, xırman, vəl kimisözlər müasir dil baxımından arxaizm sayıla bilər. Nəsr əsərində qədim dövrləri və o zamanların məişətini təsvir edəndə arxaizmlərdən istifadə etmək qaçılmaz olur.[2] Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur.

Tarixizm: Komendant, xış, dinar, baqqal, vəzir, komsomol, pioner, katta, darğa, qaraduvay, feodal, naçalnik, pristav, sovet, şahı, mac, çuka, kolxoz, konka, girkənkə, şahı, abbas, xurcun, toppuz, təhnə, güyüm,dəli, Naib

Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin arxaik sözlər lüğəti” hazırlanır.

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin arxaik sözlər lüğəti” hazırlanır.

Bu barədə Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli 2837 №-li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nın 6.3.5. bəndinə (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) uyğun olaraq ikinci böyük layihənin həyata keçirilməsi başa çatmaq üzrədir.

M.Nağısoylu qeyd edib ki, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması ilə bağlı kompleks işlər görülüb, davamlı və uzunmüddətli ekspedisiyalar təşkil olunub, Qarabağ Regional Mərkəzinin lal xəritəsi, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının proqramı”, “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti” hazırlanıb:

Köhnəlmiş sözlər

Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Məsələn:

dərviş, vəzir, töycü, çarıq, cindar, sarban, xış, girvənkə, darülfünun, pristav, qorodovoy, konka, dəbilqə, qalxan, xurcun və s.

  1. Dövlət quruluşlar, ictimai-siyasi funksiyalar dəyişdikcə, bir-birini əvəz etdikcə onlarla bağlı sözlər də köhnəlir və sıradan çıxır. Məsələn: darğa, töycü, dinar, koxa, kətxuda, dirhərn, katta, şahı və s.
  2. İnsanların həyat və yaşayışları dəyişdikcə sözlər dəl köhnəlir və sıradan çıxır. Məsələn: arxalıq, təhnə, daqqal batman, çuxa, börk, əba, çarıq, xurcun və s.
  3. Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq sözlər köhnəlir və sıradan çıxır. Məsələn: xış, mirab, mac, vəl, cu var, hodaq, qazalaq və s.
  4. Dilin özünün inkişaf etməsi və zənginləşməsi ilə əlaqədar sözlər köhnəlir. Məsələn: sayru (xəstə), güz (payız), gəz (dəfə), ün (səs), pitik (yazı), əsrük (sərxoş), uçmat (cənnət), ayıtmaq (demək, söyləmək), alp (cəsur), suç (gü nah), tanıq (şahid), yağmalamaq (talamaq), yazı (çöl, düz) görklü (gözəl), us (ağıl), damu (cəhənnəm) və s.

Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər.

Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Məsələn:

ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s.

Dövlət quruluşunun dəyişməsi, əmək prosesinin təkmilləşməsi ilə əlaqədar sözlər tarixizmlər adlamr. Tarixizmlərdə anlayış da, onu ifadə edən söz də köhnəlir. Məsələn:

xan, töycü, sovet, mülkədar, qlava, hampa, bolşevik, katta, menşevik, darğa, dinar və s.

Köhnəlmiş sözlərin bəziləri bu gün dialektlərdə də işlənir. Belə sözlər vaxtilə ədəbi dildə işlənib sonra dildən çıxdığına görə həm köhnəlmiş sözlər, indi ədəbi dildə yox, ayrı-ayrı dialektlərdə yaşadığına görə həm də dialekt sözlər adlanır. Məsələn:

hancarı (necə), duş (yuxu), əsrük (sərxoş), anarı (o tərəf), becid (tez-tələsik) və s.

Qeyd: Bu sözlərdən «becid» bu gün Bakı dialektində, qalan sözlər isə Qazax-Borçalı bölgəsində fəal işlənir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.