Press "Enter" to skip to content

Komenskinin hyatı haqqında

 Məktəbin gənclərə elmləri əsaslı öyrətməsi, təbiətin əqli cəhətdən geri qalan uşaqlara kömək göstərməsi, uşaqlar üçün ən sevimli yer olması

Pedaqogika elminin təşəkkülü və inkişafı

Pedaqogika digər elmlərlə müqayisədə gənc olsa da, pedaqoji ideyalar çox qədim tarixə malikdir. İlk pedaqoji fikirlər xalq yaradıcılığı ilə bağlıdır. Şifahi xalq ədəbiyyatı nümunələrində – atalar sözləri və zərb-məsəllərdə, tapmaca və laylalarda, nağıl və dastanlarda qiymətli pedaqoji ideyalar öz əksini tapmışdır. Xalq pedaqogikası elmi pedaqogikanın çox qədim və zəngin bir mənbəyini təşkil edir.
Cəmiyyət inkişaf etdikcə təlim-tərbiyə məsələlərinə maraq artmış, bu sahədə yeni-yeni baxışlar, nəzəriyyələr meydana çıxmışdır. Ta qədimdən pedaqoji fikirlər fəlsəfə ilə sıx bağlı olmuş, pedaqogika praktik fəlsəfə kimi onun tərkib hissəsini təşkil etmişdir. Qədim Şərq, Yunan və Roma filosoflarının (Sokrat, Demokrit, Aristotel, Kvintilian və b.) əsərlərində qiymətli pedaqoji ideyalar vardır.
Quldarlıq quruluşunda məktəb və təhsil quldarlar sinfinin mənafeyinə xidmət etmiş, hakimiyyət uğrunda mübarizədə təhsildən bir vasitə kimi istifadə olunmuşdur. Bu dövrdə təlim-tərbiyə işi dinin təsiri altında olmuşdur.İntibah dövrü özünə məxsus tərbiyə ideyaları ilə səciyyələnir. Şərqin humanist mütəfəkkir və pedaqoqları (İbn Sina, Biruni, Bəhmənyar, N.Gəncəvi, N.Tusi, İ.Nəsimi, M.Füzuli və b.) azad, kamil insan tərbiyəsi ideyasını irəli sürmüşlər. Digər elm sahələrində olduğu kimi, pedaqogikaya dair əsərlər də meydana gəlmişdi. Ə.Bəhmənyarın (XI əsr) “Ət-təhsil” (İdrak haqqında), N.Tusinin (XIII əsr) “Əxlaqi-Nasiri”, “Ədəb-ül mütəllimin” (Şagirdlərin davranışı haqqında) adlı əsərlər bu qəbildəndir. Bu əsərlərdə insanın zehni, əxlaqi-etik tərbiyəsi, ailə tərbiyəsi məsələləri öz dolğun əksini tapmışdır.
Dahi söz ustası, dünya poeziyasının korifeyi, böyük mütəfəkkir N.Gəncəvinin (XII əsr) ölməz yaradıcılığı çox qiymətli pedaqoji ideyalarla zəngindir. Onun “Xəmsə”si əvəzsiz pedaqoji mənbədir; insanın zehni, mənəvi, əmək və fiziki tərbiyəsi ilə bağlı oradakı fikirlər bu gün də öz aktuallığını saxlayır.
XVI-XVII əsrlərdən başlayaraq kapitalizmin inkişafı ilə əlaqədar kütləvi savadlı fəhlələrə ehtiyac artır. Bununla bağlı tərbiyə məsələlərinə, pedaqogikaya tələbat da artır. Pedaqogika müstəqil elm sahəsi kimi inkişaf etməyə başlayır. Şərqdə təşəkkül tapmış bir çox pedaqoji ideyalar Qərbi Avropaya yayılmış, orada inkişaf etdirilmiş, yeni-yeni ideya və baxışlar meydana gəlmişdir.
Pedaqogikanın bir elm kimi inkişafı böyük çex pedaqoqu Yan Amos Komenskinin (XVII əsr) adı ilə bağlıdır. Onun yazmış olduğu “Böyük didaktika” əsəri pedaqogika nəzəriyyəsi üzrə ilk əsərlərdən biridir. O, bu əsərdə “hamıya hər şeyi öyrətmək” ideyasını irəli sürmüş, kollektiv təlim formasını (sinif-dərs sistemini) əsaslandırmış, təlimin bir çox prinsip və metodlarını işləyib hazırlamışdır.
Pedaqogikanın bir elm kimi inkişafında Avropa klassik pedaqoqlarından C.C.Russo (Fransa), İ.H.Pestalotsi (İsveçrə), A.Disterveq (Almaniya), R.Ouen (İngiltərə) və başqalarının böyük xidmətləri olmuşdur.
Pedaqoji fikrin inkişafına rus inqilabçı-demokratlarından A.Radişev, A.N.Gertsen, N.Q.Çernışevski, V.Q.Belinski, N.A.Dobrolyubov qiymətli töhfə vermişlər. Onlar tərbiyənin məqsədini fiziki və mənəvi buxovlara qarşı, yeni cəmiyyət uğrunda fəal mübarizlər yetişdirməkdə görürdülər.
Rusiyada elmi pedaqogikanın yaranmasında görkəmli rus pedaqoqu və psixoloqu K.D.Uşinskinin (XIX əsr) xüsusilə böyük xidmətləri olmuşdur. Pedaqogikanın elmi-psixoloji əsaslarını işləyib hazırlamaq sahəsindəki böyük xidmətlərinə görə onu rus pedaqogikasının atası adlandırmışlar. Rusiyada pedaqoji fikrin inkişafında L.N.Tolstoy, S.T.Şatski, P.P.Blonski, A.V.Lunaçarski və b. böyük rol oynamışlar.
XX əsrdə Ukraynada pedaqogika elminin inkişafı, xüsusən tərbiyə nəzəriyyəsi A.S.Makarenko və V.A.Suxomlinskinin adı ilə bağlıdır. On altı il nəzarətsiz və cinayət yoluna düşən uşaqlarla işləyən A.S.Makarenko üç mindən artıq uşağı düzgün həyata qaytarmışdır. O, özünün “Pedaqoji poema”, “Qüllələr üzərində bayraqlar” və b. əsərlərində orijinal pedaqoji ideyalar irəli sürmüş, tərbiyə haqqında, habelə uşaq kollektivi haqqında yeni nəzəriyyə yaratmış, tərbiyənin prinsip və metodlarını sistemə salmışdır. Onun həmyerlisi V.A.Suxomlinski tərbiyədə humanist mövqe tutmuş, insanın qəlbinə yol tapmaqla tərbiyə etmək ideyasını irəli sürmüş, zehni, mənəvi, fiziki, əmək və estetik tərbiyə sahəsində orijinal fikirlərlə pedaqogikanı zənginləşdirmişdir. Onun əsas pedaqoji ideyaları “Vətəndaşın doğulması”, “Ürəyimi uşaqlara verirəm”, “Orta məktəbin pedaqoji kollektivi”, “Gənc məktəb direktoru ilə söhbət”, “Müəllimə yüz məsləhət”, “Məktəblinin mənəvi aləmi”, “Tərbiyə və özünütərbiyə”, “Kollektivin tərbiyəsi metodikası” və başqa qiymətli kitablarında öz əksini tapmışdır.
Pedaqoji fikrin inkişafında Azərbaycan pedaqoqlarının, yazıçı və mütəfəkkirlərinin böyük xidmətləri olmuşdur. XI-XVI əsr mütəfəkkirləri ilə yanaşı, XIX əsrdə A.Bakıxanov, M.F.Axundzadə, H.B.Zərdabi, M.Kazımbəy, S.Ə.Şirvani, M.T.Sidqi, sonrakı dövrdə C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ü.Hacıbəyov, habelə ilk peşəkar pedaqoqlardan prof. Ə.Seyidov, akademik M.Mehdizadə, prof. M.Muradxanov və b. pedaqoji fikrin inkişafına qiymətli töhfə vermişlər. Pedaqoji məsələlərə həsr olunmuş əsərlər sırasında A.Bakıxanovun “Təkzibi-əxlaq” (Əxlaqın təmizliyi), “Kitabi-nəsihət” (“Nəsihətnamə”), H.B.Zərdabinin “Sağlamlığın qorunmasına dair rəhbərlik”, Ü.Hacıbəyovun “Məktəb məsələsi”, “Müəllim ictimaiyyəti haqqında”, “Musiqidə xəlqilik”, “Səhnənin tərbiyəvi əhəmiyyəti”, F.B.Köçərlinin “Ana dili”, “Müsəlman qadınlarının vəziyyəti və uşaqların tərbiyəsi”, R.B.Əfəndiyevin “Yeni səs metodu üzrə savad təliminə dair müəllimlər üçün rəhbərlik”, “Qadın məsələsi”, prof. Ə.Seyidovun “Pedaqogika tarixi”, “Azərbaycanda pedaqoji fikrin inkişafı tarixi”, akad. M.Mehdizadənin “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları”, prof. M.Muradxanovun “Nizaminin pedaqoji görüşləri”, “A.S.Makarenkonun pedaqoji irsi”, “Əxlaq tərbiyəsinin prinsipləri”, “Məktəblilərin ailədə tərbiyəsi”, “Pedaqogika” (redaktor) və b. əsərləri göstərmək olar.

Komenskinin hyatı haqqında

Коменский (Komensky) Ян Амос (1592—1670) — чешский педагог, философ и писатель, основатель связанной с протестантистким либерализмом гуманистической педагогической системы, направленной против схоластики и основанной на принципах сенсуализма. Тем не менее Коменский признавал священное писание источником познания наравне с чувствами и разумом, а подготовку детей к вечной жизни за гробом считал целью гуманистического воспитания. Основные сочинения Коменского: «Великая дидактика» (1633—1638), «Открытая дверь к языкам» (1631), «Материнская школа» (1632), «Мир чувственных вещей в картинках» (1658).

Протестантизм. [Словарь атеиста]. Под общ. ред. Л.Н. Митрохина. М., 1990, с. 133.

Другие биографические материалы:

Коджаспирова Г. М., Коджаспиров А. Ю. Выдающийся чешский мыслитель (Коджаспирова Г. М., Коджаспиров А. Ю. Педагогический словарь: Для студ. высш. и сред. пед. учеб. заведений. — М.: Издательский центр «Академия», 2001).

Микешина Л.А. Чешский педагог, гуманист и философ (Новая философская энциклопедия. В четырех томах. / Ин-т философии РАН. Научно-ред. совет: В.С. Степин, А.А. Гусейнов, Г.Ю. Семигин. М., Мысль, 2010).

Пискунов А.И. Крупнейший педагог-демократ (Хрестоматия по истории зарубежной педагогики. Сост. А.И. Пискунов. 2 изд. перераб. М., 1981).

Пискунов А.И. Общественный деятель (Большая советская энциклопедия. В 30 т. Гл. ред. А.М. Прохоров. Изд. 3-е. Т. 13. Конда – Кун. – М., Советская энциклопедия. – 1973).

Кузьмичева А.Е. Идеи Коменского легли в основу всей европейской педагогики (Российская историческая энциклопедия. Т. 9. М., 2020).

Далее читайте:

Сочинения:

Dílo, sv. 1‒2, 17, Praha, 1969‒71 (изд. продолжается): Listy přátelům a přiznivcům, Praha, [1970]; в рус. пер.‒ Избр. соч., ч. 1‒3, Ревель, 1892‒97;

Избр. педагогические сочинения, 2 изд., ч. 1‒2, М., 1902‒11;

Избр. педагогические сочинения, т. 1‒3, М., 1939‒41;

Избр. педагогические сочинения, М., 1955;

Видимый свет на латинском, российском, немецком, итальянском, французском языках представлен с реестром самых нужнейших российских слов, М., 1768.

Литература:

Красновский А. А., Я. А. Коменский, М., 1953; Материалы науч. сессии АПН РСФСР, посвященной 300-летию опубликования собрания дидактических трудов Я. А. Коменского (13‒14 декабря 1957 г.), М., 1959; Альт Р., Прогрессивный характер педагогики Коменского, пер. с нем., М., 1959; Лордкипанидзе Д., Ян Амос Коменский, М., 1970; KvačaIa J., J. A. Comenius. Sein Leben und seine Schriften, B., 1892; Heyberger A.. J. A. Comenius (Komenský). Sa vie et son oeuvre d ‘éducation. P., 1928; Novák J., Hendrich J., J. A. Komenský. Jeho život a spisy, Praha, 1932: Young R. F., Comenius in England, Oxf., 1932; Kopecký J., Patočka J., Куrašek J., J. A. Komonský. Nástin života a díla, Praha, 1957; Kurdybacha Ł., Działałnošć Jana Amosa Komenskiego w Polsce, Warsz., 1957; Sesja naukowa w Lesznie w czterechsetna rocznica powstania Gimnazjum_ i w trzechsetna wydania «Opera didactica omnia» J. A. Komeńskiego, red. Kurdybacha, Wrocław ‒ Warsz., 1957; Soupis del J. A. Komenského v ćeskoslovenských knihovnách, archivech a museJich, Praha, 1959; Schaller K., Die Pädagogik des Johann Amos Comenius und die Anfänge des pädagogischen Realismus im 17. Jahrhundert, Hdlb., 1962; «Acta Comeniana», Archiv pro bádání о životé о díle Jana Amose Komenského, t. 25, Praha, 1969; Floss P., J. A. Komenský. Od divadia věcí k dramatu člověka, Ostrava, 1970; Kožik F., Svétlo v temnotách. Bolestný a brdinský život J. A. Komenského, [Praha, 1970]; Łibrt С., Bibliografie české historie, t. 5, Praha, 1912, č. 17324‒30638.

Komenski Fəlsəfəsi

XVII əsrin ən böyük simalarından biri Çex xalqının mütəfəkkir oğlu, elmi pedaqogikanın banisi Yan Amos Komenskidir.. Onu ən çox fəlsəfənin 2 məsələsi-idrakın mənbələri və yolları maraqlandırırdı.

O, insanı yeni ictimai münasibət şəraitində əməli faydalı fəaliyyətə yararlı bir adam etmək istəyirdi. Komenski Leşno şəhərində “Dünyanın dolaşıq yolları”, “ Dillərin açıq qapısı”, “Ana məktəbi”, “Böyük didaktika”, “Fizika” və başqa əsərlərini yazmışdır. 1641-ci il sentyabrın 21-də Komenski Londona gəlir, o, burada “İşığın yolu” adlı əsərini yazır 1651-ci ildə “Pansofiya məktəbi”, “Real aləm şəkillərdə” əsərlərini yazır.

Elmi didaktikanın banisi Komenski yalnız pedaqogika və didaktikanın banisi deyil, həm də bütün məktəb işinin islahatçısı olmuşdur. Komenskinin Didaktikası dövrünün məhdud xarakterli didaktikalarından fərqli olaraq, psixoloji, fəlsəfi və ictimai fikirlərə əsaslanmışdır. Komenskinin əsas ideyası ictimai həyatı tərbiyə vasitəsilə yaxınlaşdırmaqdan ibarət idi. “Böyük Didaktika” əsərində tərbiyə nəzəriyyəsi təlim nəzəriyyəsi ilə üzvü şəkildə bağlanmışdır. Komenski tərbiyənin qarşısında aşağıdakı vəzifələri qoyurdu:

1. Bizi əhatə edən göyləri, xarici aləmi, dərk etdirmək.

2. İnsanın nə etməli olduğunu öyrətmək.

3. Dinə sadiq mömin insan yetişdirmək.

Komenski əxlaqlı olmağın və onu inkişaf etdirməyin 16 ümumi qaydasını irəli sürüb və əsaslandırıb. Yüksək məziyyətlərlə müdrikliyə, mötədilliyə, mərdliyə, ədalətə yiyələnməyə çağırıb. O, möminliyi əxlaqdan, əxlaqi elmdən üstün tuturdu.

Komenskiyə görə tərbiyənin aşağıdakı metodları vardır:

1. Şəxsi nümunə. 2. Nəsihət. 3. Təmrinlər. 4 rəğbətləndirmə. 5. Cəza.

Komenskinin Didaktikasını təbiətə müvafiq pedaqogika adlandırırlar. O, orta əsr pedaqogikasının bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii qanunılarını axtarmışdır. O, bu qənaətə gəlmişdir ki, tərbiyə təbiətə müvafiq olmalıdır. O, fərdi təlimin əleyhinə çıxmış, dərs-sinif sisteminin, birgə təlimin zəruriliyini sübut etməyə çalışmışdır. Komenski yalnız nəyi öyrətmək və nəyi öyrənməyi deyil, həmdə necə öyrətmək və necə öyrənmək yollarını da göstərmişdir. O, deyirdi ki, uşaq biliyi köhnə məktəbdəki kimi sxolastik kitablardan mexaniki əzbərləmə yolu ilə deyil, şüurlu olaraq, ətraf mühitdən götürülməlidir. Əşyalar haqqında özgələrinin müşahidələrini deyil, əşyaların özünü öyrənməlidir. Pedaqoq təlim nəzəriyyəsinin qarşısında hamıya hərşeyi öyrətmək kimi böyük məqsəd qoymuşdur. Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmiŞdir:

3) biliklərin möhkəmləndirilməsi;

4) sistemlilik və ardıcıllıq;

Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl qayda” adlandıraraq yazırdı. O, hər bir xalqın gələcəyini və rifahını yeniyetmələrin düzgün tərbiyəsində görürdü. Y.A. Komenski uşaqların tərbiyəsində nümunəyə böyük əhəmiyyət verir və deyirdi: O, billiyin möhkəmlənməsində təmrinlərin roluna üstünlük vermiş, təkrarın əhəmiyyətini qeyd etmişdir. Əyani seyrdən anlayışa, anlayışdan yadda saxlamaya, nitqdən ifadəyə və əməli fəaliyyətə- Komenskinin didaktikasının ardıcıllığı belədir.O, məktəbi insanlıq, humanizm, əməksevərlik tərbiyə edən iş emalatxanası adlandırmışdır. O, elə məktəblər açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə ümumi müdrikliyi yaymaqdan ibarətdir

Məktəbin məqsəd və vəzifələri

 Ailə tərbiyəsinə nisbətən məktəb tərbiyəsinin üstünlüyü

 Məktəbin irqindən, cinsindən, milliyyətindən, ictimai vəziyyətindən dini etiqad va digər əlamətlərindən asılı olmayaraq bütün gəncləri əhatə etməsi

 Məktəbin “müdriklik emalatxanası” olması, gənclərin orada elmlərin asasına yiyələnməsi

 Məktəbin “insanlıq emalatxanasi” va həqiqi bəşərilik emalatxanası olması, orada gənclərin mənəvi kamilliyə nail olması

 Məktəbin gəncləri hayata hazırlanmasi va “işgüzarlıq emalatxanası’ olması

 Məktəbin gənclərə elmləri əsaslı öyrətməsi, təbiətin əqli cəhətdən geri qalan uşaqlara kömək göstərməsi, uşaqlar üçün ən sevimli yer olması

Y.A.Komenskinin böyük xidmətlərindən biri də dövrünün tərbiyə sistemini, sxolastik məktəbi tənqid edib, onun əvəzinə uşaqların yaş xüsusiyyətlərinə uyğun yeni vahid məktəb sistemi təklif etməsidir. O, məktəblərin quruluşunu təklif edirdi :

būtün gənclər tərbiyə ala bilsin

a. həm də insanı müdrik, xeyirxah və mömin edə biləcək hər şevi öyrətsin

b. bu təhsil, həyata hazırlıq olduğundan həddi-buluğa çatıncaya qədər bitmiş olsun

c. bu təhsil döymək, sərtlik və ya zorakılıq olmadan, sanki öz-özünə mümkün qədər yumşaqlıq və mülayimliklə həyata keçirilsin

d. Gənclərə təxmini deyil, həqiqi təhsil verilsin; səthi deyil, əsaslı təhsil verilsin

e. Təhsil çətinliklə deyil, əksinə, mümkün qədər asanlıqla qazanılsın

Dərs sinif sistemi ilə onlarca şagirdləri eyni vaxta, eyni material üzərində dərs təşkil edilirdi. Komenskinin təklifi üzrə bütün şagirdlər dərs ilini eyni vaxtda başlayıb, eyni vaxtda qurtarmalı, məktəbə qəbul ildə bir dəfə, payızda olmalı, dərs ili 4 rübə bölünməli, dərs ilinin sonunda sinifdən-sinifə keçirmə imtahanı olmalı, dərs günü səhərdən başlamalıdır. Ana dili məktəbində 4 saat, orta məktəbdə 6 saat məşğul olunmalıdır. Y.A.Komenskiyə görə, təlim elmlərin əsaslarına dair biliklərlə əqlin zənginləşməsi yoludur. Əqlin həqiqətin intizam kotanı ilə əkin üçün hazırlanan canlı tarladır. Telimin asasını, onun ilk pilləsi.hisslər, qavrayış təşkil edir. Bundan sonra ikinci pillə – müəllimin şərhi müqayisəsi, ümumiləşdirməsi və mücərrədləşdirməsi gəlir. Təlimin üçüncü pilləsini Y.A.Komenski çalışmalar pilləsi adlandırır va ona dərsin 2/3 hissəsini verməyi zəruri hesab edir.“Yaxşı təşkil edilmiş məktəbin qanunları” əsərində Komenski təlimin təşkili qaydaları haqqında aşağıdakı kimi müəyyənləşdirmişdir:

• Məşğələlər ildə bir dəfə başlayır. Məşğələ başlayandan sonra heç kim məktəbə qəbul edilmir, heç kim məşğələ qurtarmamış məktəbdən buraxılmır.

• Şagirdlər siniflərə bölünür.

• Neçə sinif varsa, o qədər də sinif otağı olmalıdır.

• Şagirdlərin məşğələsinə 4-6 saat vaxt verilməlidir.

• Hər bir dərs saatının konkret vəzifəsi olmalıdır və həmin vəzifə yerinə yetirilməlidir

• Müəyyən edilmiş vaxtda hər kəs öz sinif otağına getməli və öz yerində oturmalidır.

• Müəllim danışanda, nəyisə şərh va izah edəndə hami diqqətlə qulaq asmalıdır.

• Hər saatdan bir fasilə olmalı, uşaqlar istirahət eməlidirlər.

Dərsin mərhələlərinə aid də bir sıra fikir irəli sürülmüşdür. Dərsin 1 hissəsini sual-cavaba, 1 hissəsini yeni materialın izahına sərf etməlidir. Müəllim dərsdə şagirdləri tam hazıramalıdır. Sinif tədris vəsaitləri ilə təmin olunmalıdır. Y.A.Komenski öz dövrü üçün çox böyük əhəmiyyət kəsb edən bir neçə dərs kitabı tərtib etmişdir. Komenski 1632-ci ildə “Dillərin açıq qapısı”, 1654-cü ildə “Real aləm şəkillərdə” adlı əsərini yazmışdır. Onun ən böyük əsəri “Böyük Didaktikadır”. Komenskinin kitablarında Pansofiya ideyasına uyğun ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Bu kitab dünyanın quruluşundan, coğrafiyadan, bitkilərin, heyvanların həyatından, insanın bədən quruluşunun fəaliyyətindən, mədəniyyətdən və s. Məlumat verir. Komenski müəllimliyi yüksək qiymətləndirir. O, müəllimi fəal, fədakar, zəhmət adamı olmasını və bu sifətləri şagirdlərə aşılamasını tələb edir. Komenski deyirdi: “ Sən ata kimi hərəkət etmirsənsə, müəllim kimi fəaliyyət göstərə bilməzsən”. Komenski müəllimi gah fəal heykəltəraş ilə, gah ağıl zülmətini dağıtmağa, bütün fikirlər və əməllər üzərində işıq saçmağa can atan saf və sədaqətli maarif xadimi ilə, gah da günəşlə müqayisə edir

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.