Press "Enter" to skip to content

Kommersiya sirri haqqında qanun

Bundan başqa, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilib.

SON DƏQİQƏ

Ölkəmizdə ictmai-siyasi və sosial-iqtisadi fəaliyyəti hüquqla nizama salmaq üçün müxtəlif sahələrə dair yüzlərlə qanunvericilik aktı qüvvədədir. Onlardan biri də “Kommersiya sirri haqqında” Qanundur.
Bəs Kommersiya nədir? Bu haqda NAXCİVANXEBERLERİ.COM-un suallarını Sədərək Rayon Prokurorluğunun kiçik ədliyyə müşaviri Valid Mustafayev cavablandırıb.
Valid müəllim Kommersiya nədir?
Qeyd edək ki, kommersiya, qısa mənada ticarət, ticarət-vasitəçilik fəaliyyəti və ticarət xidmətinin marketinqi, geniş mənada sahibkarlıq fəaliyyəti deməkdir. Kommersiya fəaliyyəti ilə məşğul olanlara da kommersant, ticarətçi və ya sahibkar deyilir.

Bəs kommersiya sirri nədir? Bu sahədə hansı qanunvericilik aktları mövcuddur?
Kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Kommersiya sirri işarələr, təsvirlər, düsturlar, texnoloji proseslər, siqnallar və başqa formada ifadə edilən maddi və qeyri-maddi obyektlərdə daşınır ki, bunlara da kommersiya sirrinin daşıyıcıları deyilir. Azərbaycan Respublikasında “Kommersiya sirri haqqında” qanun mövcuddur. Azərbaycan Respublikasında kommersiya sirri ilə əlaqədar yaranan münasibətləri tənzimləmək, Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ müəyyən etmək və kommersiya sirrindən dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməməsi üçün “Kommersiya sirri haqqında” Qanun qəbul edilmişdir.
Valid müəllim məlumatın kommersiya sirri olması hansı kriteriyalarla müəyyən edilir?
Məlumatın kommersiya dəyərinə malik olması, yəni, başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətli olmalı, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilməsi və s, məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi və bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması onun kommersiya sirri olmasını təşkil edir.
Kommersiya sirri haqqında Qanunun tələblərinin pozulması hansı məsuliyyətə səbəb olur?
Kommersiya haqqında qanunun tələblərinin pozulması da cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsinə nəzər yetirəndə görəcəyik ki, həmin maddənin ilkin tələbi odur ki, kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddədə bir tələbi də odur ki, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda (yüz min manatdan artıq olan məbləğdə) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Kommersiya sirri barədə hüquqi məlumatları bilməyimiz, bu haqda ümumi anlayışmızın olması və ən əsası kommersiya sirri haqqında qanunsuz əməllərə yol vermənin cinayət olduğunu bilməyimiz həm cəmiyyət üçün, həm də kommersiya sahəsinin inkişafı üçün vacib önəm daşıyır. Ümid edirik ki, oxucular üçün, ümumilikdə cəmiyyətimiz üçün az da olsa faydalı məlumatlanmağa nail olduq. Təbii ki, hər kəs bu haqda kifayət qədər dərin məlumat almaq üçün qanunvericiliyə, kommersiya sahəsində fəaliyyət göstərən şəxslərə və qurumlara, həmçinin, hüquq məsləhətxanalrına müraciət edə bilər ki, bu hər bir kəsin hüququdur.

Xankəndi

AzVision.az xəbər verir ki, fərman Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən imzalanıb. Fərmana əsasən, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilib.

Bundan başqa, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilib.

Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə təsdiq edilən kommersiya (vergi) sirri hesab olunan məlumatları
əldə edə bilən vəzifəli şəxslərin siyahısı

1. Azərbaycan Respublikasının vergilər naziri
2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri
10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

Kommersiya sirri haqqında qanun

Prezident İlham Əliyev “Kommersiya sirri haqqında qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 391-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Comments are closed, but trackbacks and pingbacks are open.