Press "Enter" to skip to content

Komputer şəbəkələrinin təyinatı

Kompüter şəbəkələrinin ümumi təyinatı ümumi resurslara birgə çıxışı təmin etməkdir. Üç tip resurs fərqləndirilir:

Мювзу global kompüter şƏBƏKƏLƏRI

İnternet – dar mənada şəbəkənin birləşməsi adlanır. Daha geniş mənada isə Beynəlxalq kompüter şəbəkəsi adlanır. İnternetə fiziki mənada bir neçə milyon kompüterin birləşməsi kimi baxmaq olar. Daha yaxşı olardı ki, İnternetə- məlumat fəzası kimi baxılsın. İnternetə – kompüterlərin birbaşa birləşməsi kimi baxmaq olmaz, çünki o özlüyündə elə bir fəza təşkil edir ki, orada bilavasitə verilənlərin kəsilməz dövr etməsi baş verir.

Məlumatın kompüter vasitəsi ilə ötürülməsi və qəbul edilməsi hələ 50 – ci illərdə laboratoriya şəraitində tətbiq olunmuşdur. 60 –cı illərin sonunuda ABŞ –in Müdafiə nazirliyinin (DARPA – Defense Advanced Research Project Ageney) prespektiv işləmə agentliyinin vəsaiti hesabına I milli şəbəkə yaradıldı. O, ARPANET adını almışdır. Bu bir neçə elmi, tədqiqat və təhsil sahələrini əhatə edirdi.

İnternetin əsas yaranma tarixi 1983 – cü il hesab olunur. Bu TCP\İP protikollarının yaranma tarixi ilə bağlıdır. TCP\İP – bu bir dənə şəbəkə protokolundan ibarət olmayıb, müxtəlif təbəqələrdə yerləşən iki protokoldan ibarətdir. TCP protokolu – nəqliyyat təbəqəli protokoldur və məlumatın necə ötürülməsini təmin edir. İP protokolu- ünvanlıdır. O, şəbəkə təbəqəsinə aiddir və ötürülmənin hara getməsini təmin edir.

2. İnternetdə resursların ünvanlamasi

İnternetdə resursların ünvanlanması aşağıdakı formada həyata keçirilir

  • RəqəmsalİP – ünvan (İP – Internetwork Protocol);
  • domen ünvan.

Rəqəmsal ünvan 32 bit uzunluğa malikdir. Bu ünvan 0-dan 255-ə qədər istənilən 4 ədəddən ibarət olur.Şəbəkənin ölçüsündən asılı olaraq İP-ünvanlar A,BC kimi üç sinfə bölünür.

İP-ünvanla kompüterin şəbəkə ünvanı arasındakı uyğunluğa əsaslanan siyahı genişləndiyindən Şəbəkənin zonalara bölünməsi zərurəti yarandı. Hər bir zonada ünvanlara xidmət üçün bir mərkəz ayrıldı. Bu zonalar domenlər adını aldı, onlara uyğun ünvan-lar isə domen ünvanlar adlandırıldı.

İnternet ünvanlama sistemində müəyyən coğrafi regionları təmsil edən domenlər iki hərfdən (məsələn, Fransa – fr, Kanada – ca, ABŞ – us), mövzu əlamətlərinə görə bölünmüş domenlər isə üç hərfdən ibarət olur.

İstifadəçinin kompüterinin şəbəkədə geydiyyata alındığı ad onun İnternet ünvanı adlanır. İstifadəşinin adının ardınca @ işarəsi işlədilir.

Misal. İnternetə goşulmuş tutor.sptu.edu adlı kompüterdə Nasrin adı altında qeydiyyata düşmüş istifadəçinin ünvanı bu şəkildə olacaqdır:

Domenlər sistemi yarandıqdan sonra kompüterlərin adlarına uyğun İP-ünvanların axtarışı sadələşdi. Hər bir domenin nəzdində özünün Domen adlar serveri DNS (Domain Name Server) xidmət göstərir

Hipermətn –mətni, qrafik, video və ya səsli informasiyanı özündə saxlayan mətndir

Web-brauzerlər hipermətnlərə baxmaq üçün nəzərdə tutulmuş proqramlardır.

HTTP (Hypertext Transfer Protocol – hipermətni sənədlərin ötürülməsi protokolu) protokolu ilə öz aralarında əlaqə yaradırlar.

  • Bütün Web-serverlər xüsusi HTML (Hypertext Markup Language – hipermətnin nişanlanması dili ) dilindən istifadə edir. Bu dil vasitəsilə yaradılmış səhifələr və ya hipermətni sənədləri özündə saxlayan fayllar Web-səhifələr (Web-pages) adlanır.
  • Web-səhifəni yaratmaq üçün xüsusi redaktorlara misal olaraq Dream Weaver, Netscape Composer, Microsoft FrontPage və s. göstərmək olar.
  • Bir-biriləri ilə mənaca əlaqədə olan və eyni bir serverdə yerləşən Web-səhifələr toplusuna Web-sayt (Web – site) deyilir.
  • HTML (HTML – kod) – mətnləri, qrafikləri, web – səhifələrə istinadları özündə birləşdirən koddur;
  • DHTML (Dynamic HTML) – HTML dilinin genişlənməsidir, təsvirlərin istifadəçinin tələ-binə uyğun olaraq ani hərəkətinə – dinamik əks etdirilməsinə imkan verir;
  • XML (eXtensible Markup Language) – web – səhifələrin məzmununu qeydə alandildir.
  • Mötərizə arasında yazılmış fraqment metka və ya teq adlanır. Bütün teqlər açılanbağlanan olurlar.
  • . – Web-sənədin adıdır, adın uzunluğu 60-100 simvoldan ibarət olur;
  • – web-sənədin məzmununun daha tam təsviri, uzunluq200-250 simvol.
  • – web – sənədin bu veb – saytın axtarışını yerinə yetirən açar sözlər, uzunluq 800-1000 simvol.
  • Məsələn: .

Ən geniş yayılan Web- brauzerlər Microsoft İnternet Explorer, Netcape Navigator və Netcape Communicatordur. İnternet ExplorerProqramı yerinə yetirmək üçün İşçi stolda yerləşən İnternet Explorer düyməsinisıxın. İnternet Explorer –in əsas pəncərəsi açılacaqdır:

  • Файл menyusundan Открыть əmrini seçin və lazım olan səhifənin ünvanını daxil edin;
  • Адрес sahəsinə səhifənin URL – ünvanını daxil edin və Enter düyməsini sıxın.
  • Açılmış Web-səhifədə tapılmış hiperistinad üzərində mausun düyməsini sıxın.

3. İnternetin xidmətləri

İnternetin işi haqqında danışdıqda – bu zaman söhbət tam İnternetdən getmir, ancaq onun bir və ya bir neçə vəzifəsindən gedir. Müxtəlif xidmətlər – müxtəlif protokollara malikdir. Buna tətbiqi proqramlar deyilir.İnternetin vəzifələrinə aşağıdakılar daxildir:

  1. Terminal rejim. Keçmişdə bu rejimdən daha çox riyazi hesablamaların aparılması zamanı istifadə olunurdu. Müasir zamanda isə Telnet protokollarından texniki obyektlərin distansion(məsafə) idarə olunmasında istifadə olunur, məsələn teleskoplarla, videokameralarla, sənaye robotları ilə işləyən zaman istifadə olunur.
  2. Elektron poçt (E – mail ) Poçt xidməti iki tətbiqi proqram əsasaında qurulub: SMTP və POP3. SMTP vasitəsi ilə kompüterdən serverə məlumatın göndərilməsi baş verir. POP3 vasitəsi ilə daxil olan məlumatların qəbul edilməsi baş verir. İnternetdə E – mail – in təmin olunması üçün xüsusi poçt serveri vardır.
  3. Siyahıların göndərilməsi (Mail list) Bu xüsusi mətni serverdir , təyin olunmuş mətnlər üzrə məlumatı toplayır və abunəçilərə göndərilməni təmin edir.Göndərilən siyahıların mövzusu müxtəlif ola bilər, məsələn , xarici dilin öyrənilməsi ilə bağlı olan suallar, hesablama texnikasının proqram və asparat vasitəsi ilə bağlı olan yeni məlumatlar və s.
  4. Telekonfransların xidməti (Usenet) Bu xidmət növü elektron poçtun göndərilməsinin dövrü təkrar edilməsinə oxşayır, lakin, bu zaman məlumat bir müxbirə deyil, böyük müxbirlər qrupuna göndərilir (belə qruplara telekonfranslar və yaxud xəbərlər qrupu deyilir).
  5. Faylların ötürülməsi xidməti (File Transfer Protocol) – faylların ötürülməsi və qəbul edilməsi İnternet – qulluqda ən keyfiyyətli vəzifədir.FTP xidmətinin beynəlxalq şəbəkədə ös serveri var və burada verilənlərin arxivi saxlanır. FTP protokolu eyni zamanda iki TCP – server və müştəri birləşməsi ilə işləyir , biri vasitəsi ilə verilənlərin ötürülməsi baş verir, ikinci birləşmə isə idarəedici rolinu oynayır.
  6. İRC xidməti (İnternet Realy Chat) – yəni real vaxt xidməti bir neçə adamla eyni vaxtda ünsiyyəti təmin edir. Telekonferensiya xidmətindən fərqi ondadır ki, bütün dünyada açılmış mətnin müzakirəsi iştirakçilar arasında İRC sisteminin bir kanalında baş verir,bu zaman ancaq bir neçə adam iştirak edə bilər.Hər bir istifadəçi özünün xüsusi kanalını yarada bilər və ora “müzakirə” üçün iştirakçiları dəvət edə bilər və yaxud hazırda açıq olan kanala qoşula bilər.
  7. İCQ. Hal – hazırki vaxtda İnternetə qoşulmuş insanın İP – ünvanın axtarışını təşkil edir.Bu qulluğun adı – I SEEK YOU –Mən səni axtarıram adlanır.Bu qulluqdan istifadə üçün onun mərkəzi serverində qeydiyyatda olmaq lazımdır.(http://www/icq.com) və UİN ( Universal Internet Number )fərdi nömrəsini almaq lazımdır.
  8. World Wide Web (WWW) xidməti . Müasir İnterrnetiin ən məşhur xidmətidir. WWW – vahid məlumat fəzasıdır, bu öz növbəsində , Web- serverdə saxlanılan, bir – biri ilə bağlı olan yüz milyonlarla elektron sənədlərdən ibarətdir. Web fəzanı təşkil edən ayrı – ayrı sənədlər Web – səhifələr adlanır. Mövzular cəhətdən birləşən Web səhifələri Web- qovşaq adlandırırlar( daha geniş mənada Web – sayt və yaxud sayt). Web- səhifələrin adi sənədlərdən fərqi ondan ibarətdir ki, onlar konkret daşıyıcə ilə bağlı olmayan rəsmi şəklə salınır (formalaşır).Məsələn,vərəqdə çap olunacaq hazır sənəd–çap vərəqinin parametrlərindən, enindən,hündürlüyündən və sahələrin ölçüsündən asılıdır. Web– sənədlərə isə qabaqcadan məlum olmayan kompüterin ekranında baxmaq olar.Bu zaman istufadəçinin işlədiyi kompüterin nə ekranının ölçüsü, nə rəngin parametrləri, nə qrafik genişlənmə, nə də əməliyyat sistemi məlum ola bilər. Ona görə də Web- sənədlər “bərk formatlaşmaya ” malik deyillər.Rəsmi şəklə salınma bilavasitə istifadəçinin kompüterində əks olunma zamanı baş verir. Web- səhifələrə baxmqa üçün istifadə olunan proqramlara – broyzerlər deyilir.Broyzer – sənədin ekranda əks olunmasını təmin edir.
  9. DNS xidməti. Biz İnternetin protokollarından danışan zaman,qeyd etdik ki, İnternetdə ixtiyari kompüterin və yaxud da ixtiyari lokal şəbəkənin ünvanı dörd bayt vasitəsi ilə ifadə oluna bilər,məsələn, 195.28.132.97. Digər tərəfdən isə qeyd etdik ki, hər bir kompüter xüsusi domen ada malikdir, məsələn,www.abcdef.com
  • Dial-Up bağlantı.
  • Birbaşa xətt vasitəsilə bağlantı.
  • Sürətli və genişzolaqlı bağlantılar.
  • Simsiz İnternet bağlantısı.
  • Mobil rabitə və İnternet.

Bluetooth texnologiyası

GPRS (General Packet Radio Service) –

Mobil telefon vasitəsilə İnternet bağlantısı

CDMA (Code Division Multiple Access)

  • Peyk İnterneti.

TCP/IP birgə iş üçün nəzərdə tutulmuş şəbəkə protokolları ailəsidir. Onun tərkibinə bir neçə komponent daxildir:

  • İP (İnternet Protocol – Şəbəkələrarası protokol) – paketlərin bir kompüterdən digərinə daşınmasını təmin edir.
  • ICMP (Internet Control Message Protocol – İnternetdə məlumatların idarə olunması protokolu) – səhvlər haqqında, köməkçi marşrut üzrə tələbatlar və xəbərlərin alınması haqqında məlumatlar da daxil olmaqla İP protokolunu tanıyır;
  • ARP (Address Resolution Protocol – Ünvanların çevrilməsi protokolu) – İP-ünvanları aparat ünvanlara çevirir;
  • UDP (User Datagram Protocol – İstifadəçinin deytaqramlarının ötürülmə protokolu ) və TCP (Transfer Control Protocol – Ötürmələrin idarə olunması protokolu) göstərilmiş kompüterdə verilənlərin konkret əlavələrə çatdırılmasını təmin edir.

Deytaqram – birləşmə tələb etməyən protokollarla ötürülən paketlərdir.
5. Kompüter şəbəkələrinin təyinatı və təsnıfatı

İki və daha artıq kompüterin fiziki cəhətdən birləşməsi kompüter şəbəkələrini əmələ gətirir. İki kompüterin sadə birləşməsi birbaşa birləşmə adlanır. Ümumi halda, kompüter şəbəkələrinin yaradılması ücün xüsusi aparat təminatı (şəbəkə avadanlığı) və xüsusi proqram təminatı (şəbəkə proqram vasitələri) olmalıdır. Windows ƏS – də işləyən zaman kompüterlərin birbaşa birləşməsi zamanı nə xüsusi aparat təminatı , nə də proqram təminatına ehtiyac var. Bu halda aparat vasitələri olaraq giriş/çıxış portlarından (liman) , proqram təminatı vasitəsi olaraq ƏS–nın tərkibində olan xüsusi vasitələrdən istifadə olunur (Start.Proqramlar. Standartlar.Əlaqə. Birbaşa kabel birləşməsi).

Kompüter şəbəkələrinin yaradılması zamanı əsas məsələ,avadanlığın elektriki və mexaniki xassələrinin uyğunluğunun təmin olunması, verilənlərin formatı və kodlaşdırılması sisteminə görə informasiya təminatı uyğunluğunun təmin olunmasıdır. Bu məsələnin həlli standartlaşdırma sahəsinə aiddir və OSI (Model of Open System İnterconnections – açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli) modeli adlanır. Bu model ISO(Intermational Standarts Orqanization) Beynəlxalq Standartlaşdırma İnstitutunun texniki təklifləri əasasında hazırlanmışdır.

OSI / ISO modelinə əsasən kompüter şəbəkələrinin arxitekturasına yeddi təbədə baxılır.

Ən yuxarı təbəqə – tətbiqidir. Bu təbəqədə istifadəçi hesablama sistemi ilə qarşılıqlı əlaqədə olur.

Ən aşağı təbəqə – fizikidir. O, qurğular arasındakı siqnalların ötrülməsini təmin edir. Bu yeddi təbəqə arasında uyğunlaşma xüsusi standartlar vasitəsi ilə həyata keçrilir. Buna protokol deyilir. Onlar şəbəkənin komponentləri ilə aparatın qarşılıqlı əlaqələrinin xarakterini (aparat protokolu) və proqram və verilənlər arasında qarşılıqlı əlaqələrin (proqram protokolları) xarakterini təyin edir.

Protokollardan istifadə olunmasına görə şəbəkələr 3 yerə bölünür : Lokal (LAN – Local Area Nerwork), Qlobal (WAN – Wide Area Network), Regional .

Lokal kompüter şəbəkələri yaxın məsafədə yerləşən istifadəçilərin kompüterləri arasında sürətli informasiya mübadiləsini təmin edir. Lokal şəbəkə həm kiçik bir ofisi, həm də bir neçə hektar sahəsi olan böyük bir zavodu əhatə edə bilər. Onun köməyi ilə verilənlərin uzaqdan daxil edilməsi, ümumi resurslardan birgə istifadə edilməsi, faylların ötürülməsi, məsələlərin məsafədən daxil edilməsi və həlli, elektron poçtu, paylanmış sistemlərin yaradılması və s. kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal şəbəkədə verilənlər əlaqə xətləri ilə 10 km məsafəyə qədər ötrülə bilər.

Regional şəbəkələr uzaq məsafədə yerləşmiş binaların, idarələrin, müəssisələrin və digər təşkilatların kompüterləri arasında qurulur və şəhər, rayon və ya qəsəbə hüdudları daxilində olur.

Qlobal kompüter şəbəkələri (WAN – Wide Area Network) həm lokal, həm də digər telekommunikasiya şəbəkələrini və qurğularını özündə birləşdirir və ölkələri, qitələri, bütün dünyanı əhatə edir. Bəzən müxtəlif texniki, proqram və informasiya prinsipləri əsasında qurulmuş şəbəkələr birləşməsinə – koorporativ şəbəkələrə də rast gəlinir.

Bütün kompüter şəbəkələri 2 funksiya ilə təyin olunur :

  • Şəbəkənin aparat və proqram ehtiyatlarından birgə istifadə olunmanın təmin edilməsi;
  • Verilənlər ehtiyatına birgə daxil olunmanın təmin edilməsi.
  1. Tətbiqi təbəqə (APPLICATION LAYER). İstifadəçi xüsusi əlavələrin köməyi ilə sənəd yaradır (məlumat, şəkil və s.). Bu təbəqədə 3 əsas funksiya yerinə yetrilir: faylın ötrulməsi və idarəsi, tapşırıqların ötrülməsi və emalı, vurtual texniki xidmət.
  2. Təqdimetmə təbəqəsi (PRESENTATION LAYER). Tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötrülən informasiyanın çevrilmə (şifrələmək,sıxmaq,şifri aydınlaşdırmaq) üsullarını göstərir.
  3. Seans təbəqə (SESSION LAYER) .İstifadəçinin kompüteri lokal və ya qlobal şəbəkə ilə qarşılıqlı əlaqədə olur. Bu təbəqənin protokolları istifadəçinin “efirə çıxışı” hüququnu yoxlayır və sənədi nəqliyyat təbəqəsinin protokollarına ötürür.
  4. Nəqliyyat təbəqəsi (TRANSPORT LAYER). Bu təbəqənin əsas funksiyası şəbəkə paketlərindən ibarət məlumatların lazımı yerə çatdırılmasından ibarətdir.
  5. Şəbəkə təbəqəsi (NETWORK LAYER).Verilənlərin şəbəkədə ötrülməsini təmin edir.Burada mümkün marşutlardan birinin seçilməsi (şəbəkənin yükü), giriş verilənlərin idarə olunması, paketlərin buferdə yerləşdirilməsi və s. məsələlər həll edilir.
  6. Məlumat bağlantısı təbəqəsi (DATA LINK LAYER). Bu təbəqə fiziki təbəqədə dörv edən siqnalları şəbəkə təbəqəsindən alınmış uyğun verilənlərə modullaşdırır. Kanal səviyyəsinin obyektləri arasında verilənlərin mübadiləsi 3 üsuludan biri vasitəsi ilə həyata keçirilir:
  • simpleks – yalnız bir istiqamətdə;
  • yarımdupleks – eyni zamanda yalnız bir istiqamətdə;
  • dupleks – eyni zamanda hər iki istiqamətdə
  1. Fiziki təbəqə (PHYSICAL LAYER). Burada nə sənəd , nə paket, nə da bayt vardır – ancaq bit olur. Fiziki səviyyənin standartları ya X.21 , ya X.21 bis təlimatlarını təyin edir. Bu təlimatlar vasitəsi ilə funksional və prosedur xarakterstikaları təyin olunur ki, bunlar vasitəsi ilə fiziki birləşmələrin akivləşməsi, dəstəklənməsi və deaktivləşməsi həyata keçrilir. Məlumat alan istifadəçinin kompüterində isə proses tərsinə gedir.

7. Şəbəkənin proqram təminatı

Kompüter şəbəkələrinin arxitekturası ilə bağlı əsas komponentlər və texnologiyalar sırasına proqram təminatı da daxildir. O, özündə şəbəkə əməliyyat sistemini və şəbəkəni idarə edən proqram təminatını birləşdirir. Şəbəkə əməliyyatsistemi (NOS – Network Operating System) şəbəkəyə qoşulan hər kompüterə tətbiq edilən proqram təminatıdır. O, şəbəkə resurslarına müraciəti əlaqələndirir və idarə edir. NOS şəbəkədə məlumatın marşrutlaşdırılmasını, şəbəkə qurğularına rəqabət zamanı münaqişələrin həllinı və şəxsi kompüterlərin əməliyyat sistemləri (Windows , Windows NT, UNIX və ya OS/2) ilə işləməyı təmin edir. Şəbəkə əməliyyat sistemi fayllarla və əlavələrlə (Application) birgə işi təmin edir. Bir işçi stansiyada olan belə resurslar digər stansiya tərəfindən istifadə, ötürülə və dəyişdirilə bilər. NOS-un əsas hissəsi şəbəkənin serverində yerləşir, qalan komponentləri bütün işçi stansiyalarda fəaliyyət göstərir. NOS şəbəkədəki bütün qurğuları tanıyır və əgər bir neçə sifarişçi eyni vaxtda birgə istifadə olunan periferiya quğulardan istifadə etmək istəyirsə, onda prioritet müraciəti müəyyən edir. Bu sistem şəbəkədə trafiki nizama salır, xidmət kataloqu təqdim edir, müdafiə sistemində səlahiyyətlərə nəzarət və şəbəkəni idarə etmək funksiyasını həyata keçirir. Populyar şəbəkə əməliyyat sistemlərinə misal olaraq Windows NT Server, Novell NetWare, Banyan VINES və s. göstərmək olar. Şəbəkəni idarə edən proqram təminatı şəbəkənin qorunmasında, idarəsində və monitorinqində yüksək rol oynayır (TCO – Total Cost of Ownership). Şəbəkə administratorları idarəedici stansiyadan və ya World Wide Web-dən trafikdə qanunauyğunluqları izləyə, seqmentləri gücə salan ənənəvi halları aşkar edə bilər, problemləri izləmək və aradan qaldırmaq, şəbəkənin məhsuldarlığını maksimum artırmaq üçün onun konfiqurasiyasını dəyişə bilərlər. Şəbəkə genişləndikcə və mürəkəbləşdikcə RMON (qurğu haqqında informasiya toplayan və onu şəbəkədən idarə edən ucqar kontrol modulu) və RMON2 kimi monitorinqlər administratorlara şəbəkə mühitinə nəzarəti saxlamaq üçün kömək edir. Monitorinqin bu alətləri şəbəkə sərhədlərindən ətraflı məlumat almağa, potensial problemi vaxtında aşkarlamağa,həmçinin şəbəkədən keçən informasiyanı qorumağa imkan yaradır.

Komputer şəbəkələrinin təyinatı

Kompüter şəbəkəsi – kompüter və bu tip sistemlər (printer, proyektor və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol isə kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:

· İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;

· İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;

· Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;

· Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü;

Kompüter şəbəkələrinin ümumi təyinatı ümumi resurslara birgə çıxışı təmin etməkdir. Üç tip resurs fərqləndirilir:

1) Aparat resursları

2) Proqram resursları

3) İnformasiya resursları

Müasir kompüter şəbəkələrini bir sıra əlamətlərə görə təsnif etmək olar:

§ Kompüterlər arasında olan məsafə;

§ Topologiya;

§ Təyinat;

§ Göstərdiyi xidmətlər sayı;

§ Mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş idarə prinsipləri;

§ Ötürmə mühitinin növləri və s.

Kompüter şəbəkələrinin iki əsas kateqoriyası mövcuddur:

1) Lokal şəbəkələr (LAN-Lokal Area Network);

2) Qlobal şəbəkələr (WAN- Wide Area Network) .

Üçüncü kateqoriyaya regional şəbəkələr aiddir. Bu şəbəkələr lokal şəbəkələrin standartları ilə təyin olunduqlarına baxmayaraq, daha çox qlobal şəbəkələrə oxşayırlar.

Lokal şəbəkələrə adətən, əhatə dairəsinin radiusu 1-2 km-dən çox olmayan kompüter şəbəkələrini aid edirlər. Lakin bəzi hallarda lokal şəbəkənin əhatə etdiyi məsafə onlarla kilometr ola bilər. Lokal şəbəkə bir təşkilata aid olan kommunikasiya sistemidir.

Qlobal şəbəkələr müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.

Şəhər şəbəkələri (Metropolitan Area Net works , MAN) – nisbətən az yayılmış şəbəkə növüdür. Onlar böyük şəhərin ərazisinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Bu şəbəkələr lokal və qlobal şəbəkələr arasında aralıq yer tutur. Bu şəbəkələr şəhər miqyasında lokal şəbəkələrin bir-birinə birləşməsi və qlobal şəbəkələrə qoşulması üçün nəzərdə tutulmuşdur.

Lokal şəbəkələri qlobal şəbəkələrdən ayıran əsas fərqlər aşağıdakılardır:

Lokal şəbəkələr in qovşaqlararası məsafəsi kiçik olduğundan daha qısa və keyfiyyətli rabitə xətlərinin istifadəsinə imkan verir.

Qlobal şəbəkələrdə fiziki kanalların etibarlılığı aşağı olduqda, lokal şəbəkələrdən fərqli olaraq, verilənlərin ötürülməsi üçün daha mürəkkəb üsullar və uyğun avadanlıq tələb olunur.

Lokal şəbəkələr qlobal şəbəkələrdən kompüterlərarası yüksək sürətli verilənlər mübadiləsi kanallarının mövcudluğuna görə fərqlənir.

Lokal şəbəkələrdə daha geniş çeşidli xidmətlər mövcuddur.

Paketin lokal şəbəkə ilə keçməsi, adətən, millisaniyə təşkil edir, qlobal şəbəkədə isə bu bir neçə saniyəyə baş verir. Beləliklə, lokal şəbəkələrdə sorğuların yerinə yetirilməsinin operativliyi yüksək olur.

Lokal şəbəkələrdə rabitə kanalları, bir qayda olaraq, şəbəkənin bir neçə qovşağı ilə eyni eyni zamanda birgə istifadə olunurlar, qlobal şəbəkələrdə isə – fərdi qaydada yanaşılır.

Lokal şəbəkələr stansiyanın qoşulması və xətlərin uzunluğunu təyin edən baza texnologiyalarının sərtliyinə görə pis miqyaslaşmaya malikdirlər. Qlobal şəbəkələr üçün yaxşı miqyaslaşma səciyyəvidir, belə ki, onlar əvvəlcədən ixtiyari topologiyalarla işləməyi və abunəçilərin ixtiyari sayda olmasını nəzərə alaraq işlənmişlər.

Kompüter şəbəkələri və onların təsnifatı

Kompüter şəbəkələri və onların təsnifatı bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

  • 1 Kompüter şəbəkələri və onların təsnifatı
    • 1.1 KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN YARANMASINI ZƏRURİ EDƏN ƏSAS SƏBƏB NƏ İDİ?
    • 1.2 Şəbəkə [network] nədir?
    • 1.3 Kompüter şəbəkəsi ilə Televiziya şəbəkəsinin fərqi nədir?

    Kompüter şəbəkələri və onların təsnifatı

    KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN YARANMASINI ZƏRURİ EDƏN ƏSAS SƏBƏB NƏ İDİ?

    Müəssisələr böyüyüb yeni-yeni kompüterlər aldıqca, bu kompüterləri bir şəbəkədə birləşdirmək zərurəti yaranır. Şəbəkələr printer, skaner kimi qurğuları və bəzi proqramları istifadəçilər arasında “bölüşməyə” imkanı verir. Getdikcə şəbəkələr və şəbəkə proqramları ayrı-ayrı binalarda, ayrı-ayrı şəhərlərdə, hətta dünyanın müxtəlif ölkələrində olan insanları birləşdirmək üçün istifadə edilir.

    Şəbəkə [network] nədir?

    İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey təsəvvür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network], sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox kompüterdən ibarət qrupdur.

    Kompüter şəbəkəsi ilə Televiziya şəbəkəsinin fərqi nədir?

    Televiziya şəbəkələrindən fərqli olaraq kompüter şəbəkələri həmişə ikiistiqamətlidir: A kompüteri B kompüterinə məlumat göndərirsə, B kompüteriA kompüterinə cavab göndərə bilər.

    Bütün kompüter şəbəkələrinin bircə təyinatı vardır: ümumi resurslara birlikdə çıxışı təmin etmək. Təyinatından asılı olaraq üç tip resurs fərqləndirilir: aparat, proqram və informasiya resursları. Məsələn, printer aparat resursdur. Əgər çoxda böyük olmayan kompüter şəbəkəsində istifadəçilər ümumilikdə bir printerdən istifadə edirsə, deməli onlar ümumi aparat resursunu paylaşdırırlar (bölürlər). Eyni sözləri şəbəkə barədə də demək olar. Əgər şəbəkədə sərt diskinin tutumu artırılmış bir kompüter (fayl serveri) vardırsa və şəbəkənin iştirakçıları öz arxivlərini və iş nəticələrini orada saxlayırsa, şəbəkənin aparat resursu paylaşdırılmışdır.
    Aparat resursları ilə yanaşı, kompüter şəbəkələrində proqram resursları da istifadə olunur. Məsələn çox mürəkkəb və uzun vaxt tələb edən hesablamalara uzaq məsafədə yerləşən böyük EHM-ə qoşularaq, ona göndərmək və hesablama nəticələrini eyni qayda ilə geriyə almaq olar.
    Uzaqlaşdırılmış kompüterlərdə mühafizə edilən verilənlər informasiya resursunu təşkil edir. Bu resursun rolu hər şeydən əvvəl nəhəng soraqinformasiya sistemi kimi başa düşülən internetin timsalında daha aydın görünür.
    Resursların deyilən bölgüsü kifayət qədər şərti xarakter daşıyır. Həqiqətdə, reallıqda istənilən tip şəbəkə ilə işlədikdə bütün tip resurslar birlikdə istifadə olunur.
    Müasir şəbəkələri bir sra əlamətlərə görə təsnif etmək olar: kompüterlər arasında olan məsafəyə; topologiyaya; təyinatına; göstərdiyi xidmətlərin sayına; mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə pirisiplərinə; məlumatların, paketlərin və s.-nin kommutasiya üsullarına; ötürmə mühitinin növlərinə görə təsnif edilir.
    Kompüterlər arasındakı məsafəyə görə lokal və qlobal şəbəkələr fərqləndirilir. İxtiyari qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin ona avtonom və uzaq məsafədə yerləşən kompüterlər və ya ayrıca giriş-çıxış qurğuları qoşula bilər. Qlobal şəbəkələr əsasən 4 cür olur: şəhər, regional, milli və transmilli.

    © İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

    Sizə aşağıdakı mövzular faydalı ola bilər:

    1. Kompüter şəbəkələrinin faydalı cəhətləri
    2. Miqyasına görə kompüter şəbəkələrinin növləri
    3. Ötürülmə sürətinə görə kompüter şəbəkəsinin növləri
    4. Qlobal şəbəkələr haqqında məlumat
    5. Şəbəkədəki kompüterin rollarına görə şəbəkə qrupları

Comments are closed, but trackbacks and pingbacks are open.