Press "Enter" to skip to content

Kompüter elmləri,Kompüter mühəndisliyi,İnformasiya Texnologiyaları mühəndisliyi ixtisasları arasındakı fərq

Kompüter elmləri,Kompüter mühəndisliyi,İnformasiya Texnologiyaları mühəndisliyi ixtisasları arasındakı tədris fərqi nədir,praktiki fərq nədir,işlə təmin edilmə yerləri arasındakı fərq nədir? Və 3-ünə də balı çatan biri üçün hansının seçilməli məsləhətdir.Hərçən ki,keçid balı baxımından ən yüksəkdə kompüter elmlər,sonra bir pillə kompüter elmləri və xeyli addım sonra İT mühəndisliyi gəlir.

Kompüter texnikasının tətbiq sahələri

İlk elektron hesablama maşınları təxminən 60 il bundan öncə meydana çıxıb. Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnologiyası böyük inkişaf yolu keçib. Şübhəsiz, kompüterlər bütövlükdə yaşadığımız cəmiyyəti dəyişdirib. Maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri-mümkündür. İndi informasiyanın emal olunduğu hər yerdə kompüterlərdən istifadə olunur.
Kompüter təhsildə. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması uzun və mürəkkəb prosesdir. Orta məktəbdə, sonra isə ali məktəbdə təhsil insan həya tının önəmli bir hissəsini təşkil edir. Bununla belə, müasir informasiya cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Hər hansı professional işi yerinə yetirmək bacarığına malik olmaq`üçün insan öz təhsil dairəsini daim genişləndirməlidir. İnformasiya cəmiyyətində «necə»ni bilmək, «nə»yi bilməkdən daha vacibdir. Buna görə də hazırda orta və ali məktəbin əsas vəzifəsi mümkün qədər çox bilik vermək deyil, həmin bilikləri müstəqil əldə etmək yollarını öyrətməkdir. Bu isə təhsildə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən mümkün deyil.
İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin ən vacib istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə etməkdir. Multimedia vasitələrindən istifadə olunması əyaniliyi gücləndirir, informasiyanın məntiqi və obrazlı mənimsənilməsi üsullarını birləşdirir ki, bu da təlim prosesini fəallaşdırır. Multimedia texnologiyalarının interaktivliyi şəxsiyyət yönümlü təlim modellərini gerçəkləşdirmək üçün geniş imkanlar verir. İnformasiya və kommunikasiya texnologiyaları distant təhsili təşkil etməyə imkan verir. Distant təhsildə (məsafədən təhsildə) müəllim və öyrənən məna baxımından ayrıdırlar və dərs prosesi telekommunikasiya vasitəsilə, başlıca olaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirilir.Distant təhsil sayəsində bir çox insanlar (iş və ailə qayğıları ilə yüklənmiş yaşlılar, kənd yerlərində, yaxud kiçik şəhərlərdə yaşayan gənclər) evdə öz təhsillərini artırmaq imkanı əldə edirlər.

Kompüter elmi tədqiqatlarda. Hazırda bir çox bilik sahələrində elmi tədqiqatlar alimlər, mühəndislər və konstruktorlardan ibarət böyük kollektivlər tərəfindən çox mürəkkəb və bahalı avadanlıq vasitəsilə həyata keçirilir. Elmi araşdırmaların səmərəliliyi önəmli dərəcədə kompüter texnikasından istifadə səviy yəsindən asılı olur. Kompüterlərdən eksperimentlərin idarə olunmasında, hesabatların və sənədlərin hazırlanmasında, eksperimentlərin nəticələrinin təhlilində və s. istifadə olunur. Nəticədə:
• tədqiqatların aparılması müddəti bir neçə dəfə qısalır;
• nəticələrin dəqiqliyi və doğruluğu artır;
• eksperimentin gedişinə nəzarət güclənir;
• nəzarət edilən parametrlərin sayının artması və verilənlərin daha dəqiq emalı nə ticəsində eksperimentin keyfiyyəti və informativliyi yüksəlir;
• eksperimentlərin nəticələri operativ surətdə daha əlverişli formada (məsələn, qrafik) verilir.

Kompüter səhiyyədə.
Müasir cəmiyyətdə kompüterlərin səhiyyədə rolu günbəgün artır. Həkimlər kompüterlərdən bir çox məqsədlər üçün istifadə edirlər. Onlardan bir neçəsini sadalayaq:
1. Kompüter texnikasından diaqnozların qoyulmasında, müayinələrin aparılması və profilaktik yoxlamalarda geniş istifadə olunur.
2. Kompüter şəbəkələrinin köməyilə transplantasiya əməliyyatını gözləyən xəstələr üçün donor orqanları haqqında məlumatlar göndərilir.
3. Tibbi verilənlər bankı tibb işçilərinə son elmi və praktik nailiyyətlər haqqında məlumatlı olmağa kömək edir.
4. Kompüterlər havanın çirkliliyinin əhali arasında xəstəliklərin yayılmasına necə təsir etməsini müəyyənləşdirməyə kömək edir.
5. Kompüter texnikasından tibb işçilərinə praktik vərdişlərin aşılanmasında istifadə edilir. Bu zaman kompüter təcili tibbi yardıma ehtiyacı olan xəstə rolunda çıxış edir. Öyrənən, kompüterin verdiyi simptomlar əsasında müalicə kursunu müəyyənləşdirməlidir. Səhv olan kimi kompüter bu barədə xəbərdarlıq edir.
6. Kompüterlərdən epidemiyaların yayılma sürətini göstərən xəritələrin hazırlanması üçün istifadə edilir.
7. Kompüterin yaddaşında xəstəlik tarixçələri saxlanılır. Bu da həkimlərə yazı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.

Kompüter ticarətdə. Supermarketlərin çoxunda hər malın üzərində barkod – müxtəlif qalınlıqda qara cizgilərdən ibarət etiket olur. Ödəmə zamanı barkod skanerdən (barkod oxucusundan) keçirilir. Bu skanerə bağlı kompüter barkodu qiymət siyahısında tapır və nəticəni kassa aparatına göndərir.
Barkod oxucusundan istifadə edən mağ zalarda, yaxud anbarlarda hər bir mal haqqında informasiya verilənlər bazasında saxlanılır. Barkod mal və onun istehsalçısı haqqında informasiyanı özündə saxlayır.

Ən geniş yayılmış barkodlar 13 mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. İnformasiyalaşdırmanın ən mühüm istiqamətlərindən biri pul–kredit və maliyyə sahələrində elektron pula keçiddir.

Nağdsız ticarət. Getdikcə daha çox ticarət müəssisələrində Ödənişlər kredit kartları vasitəsilə aparılır. Kredit kartı olan alıcının bankdakı hesabından lazım olan məbləğ avtomatik silinərək, mağazanın bank hesabına köçürülür. Nağdsız ticarət sistemi POS (Points of Sale System) aşağıdakı funksiyaları yerinə yetirir:
• kredit kartlarının verifikasiyası, yəni onların həqiqiliyinin təsdiqi;
• alıcının hesabından pulun silinməsi;
• pulun satıcının hesabına köçürülməsi.
Kredit kartlarına məlumatlar maqnit yazısı üsulu ilə vurulur. Kredit kartında informasiyanı saxlamaq üçün maqnit kartından istifadə olunur. Maqnit kartına aşağıdakı informasiyalar yerləşdirilir:
• şəxsi hesabın nömrəsi;
• bankın adı;
• ölkə;
• müştərinin ödəniş qabiliyyətinin kateqoriyası;
• verilmiş kreditin miqdarı və s.

Bankomatlar. Bank avtomatları– bankomatlar (ATM – Automated Teller Machine), yaxud nağd ödəmə maşınlarının şəbəkəsi, ən geniş şəbəkələrdən biridir. Dünyadakı minlərlə bankın kompüterləri bir-birinə bağlanır. Bankomatlar banklar tərəfindən qabaqcadan kredit kartları verilmiş müştəriləri üçün quraşdırılır. Bunun da nəticəsində siz xarici ölkədə olarkən Azərbaycanda yerləşən bank tərəfindən verilmiş kredit kartından istifadə edərək, bankomatdan pul götürə bilərsiniz. Bankomatda iş prinsipi belədir:
1. Müştəri kartını avtomata yerləşdirir və avtomatın klavişlərindən istifadə edərək, öz şifrəsini yığır.
2. Kartın üzərindəki maqnit zolağında hesab sahibinin adı, hesab nöm rəsi və onun bağlı olduğu şəbəkə haqqında məlumatlar avtomat tərəfindən oxunur.
3. Avtomat (daha doğrusu, avtomatdakı kompüter) telefon xətləri vasitəsilə minlərlə bankın məlumatının saxlanıldığı mərkəzi kompüterə məlumat göndərir.
4. Mərkəzi kompüter hesabı yoxlayır və pulu vermək, yaxud istəyi rədd etmək haqqında bankomata məlumat göndərir.

Kompüter kənd təsərrüfatında. Kompüteri olan fermer asanca və tez bir zamanda əkin üçün tələb olunan toxum və gübrələrin miqdarını hesablaya bilər. Kompüter sistemləri növbəli əkini planlaşdıra, suvarma qrafikini hesablaya, malqaraya yemin verilməsini idarə edə və başqa faydalı işlər görə bilər. Kənd təsərrüfatında texnoloji inqilab gözlərimiz önündə baş verir: kompüterlər və fərdi mikrosensorlar hər bir heyvanın və bitkinin vəziyyətinə nəzarət etməyə imkan verir. Bu, maddi və insan resurslarına qənaət edir, insanın həyat səviyyəsini yaxşılaşdırır.

Kompüter elmləri,Kompüter mühəndisliyi,İnformasiya Texnologiyaları mühəndisliyi ixtisasları arasındakı fərq.

Kompüter elmləri,Kompüter mühəndisliyi,İnformasiya Texnologiyaları mühəndisliyi ixtisasları arasındakı tədris fərqi nədir,praktiki fərq nədir,işlə təmin edilmə yerləri arasındakı fərq nədir? Və 3-ünə də balı çatan biri üçün hansının seçilməli məsləhətdir.Hərçən ki,keçid balı baxımından ən yüksəkdə kompüter elmlər,sonra bir pillə kompüter elmləri və xeyli addım sonra İT mühəndisliyi gəlir.

Sualı verdi: Belke ( 05/06/2014 )

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Kompüter mühədsiliyi ilə komputer elmləri arasında fərq( yəni keçirilən dərslər olaraq ) :
Komputer elmlərinin əvvəlki adı tətbiqi riyaziyyat olub.Bu ixtisasda oxuyan tanışlarım var.Dərslərin 80-90 % riyaziyyat olur.
Komputer mühəndisliyində belə deyil.Maksimum 3-4 semestr riyaziyyat keçirilir.Əlavə fənnlərə üstünlük verilir.Həmçinin proqramlaşdırma dilləridə bütün bu sadaladığınız ixtisaslarda keçirilir.

Dərslərin keçirilmə keyfiyyətidə universitetdən asılı olaraq dəyişir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Qaqa esas odu hansı universitetde oxuyursan. O ixtisaslar arasında çox ferq olmaz belkede.
Harasa sened verende onun ferqin bilmiyecekler ki bunlar ayrı ixtisasdı, deyecekler ki Bakı Dövletin komputerini bitirib yaxud Neft Akademiyasının komputer fakultesin bitirib.
Ola bilsin o ixtisaslar atasında 5-6 ferqli ders olsun. Yene esas hansı univetsitet olmasıdı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Əsas özünüz əziyyət çəkib öyrənməlisiniz mən inanmıramki bizim unilərdə yaxşı komp keçələr keçərlər e elə belə məsələn unidə elə olurki 3 proqramlaşdırma dilin bir müəllim keçir sizcə o bir müəllim 3 dili nə dərəcədə öyrədə bilər?öyrədir e hərsinnən bir az biraz onlada heç nə eləmək olmur heç yaxşı bilmillərki öyrədələr məsələn c++ və ya java proqramçısına 1000 manat maaş verirlər amma o müəllimə 300 manat omüəllim elə yaxşı bilsə gedib proqramçı işləyərdə neynirki gedib 300 manata müəllim işləsin düzdü ola bilər bir-iki nəfər yaxşı bilir ancaq kompda işləməyə səbri çatmır bu başqa məsələ gedib müəllim işləyir amma çox az adam belədidə mənim tanışlarıma keçiblər komputer ordan bilirəm elə məndə bu il sənəd verəcəm komp fakultesinə yığdığım bal çatır ancaq inform.tex. mühəmdisliyinə elə yazacam oranı ancaq mən heç gözləmirəmki orada mənə nəsə düzəməlli bir şey öyrədələr düzdü öyrədəcəklər ancaq az yəni əsas özünüz 4 il əziyyət çəkib öyrənməlisiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Komputer elmləri – Adından da göründüyü kimi elmdir. Bu istiqamətdə daha çox tədqiqat aparılır. Alqoritmlər, komputer qrafikası, süni intellekt və s. sahələrdə mövcud alqoritmlərin öyrənilməsi və tətbiqini öyrənirsən.

Komputer mühəndisliyi – Bu sahə də adından göründüy kimi mühəndislik sahəsidir. Aparat təminatı və proqram təminatı mühəndisliklərini özündən cəmləşdirir. Dinamik sistemlər, elektrikronika və s burada öyrənilir.

İnformasiya texnologiyaları – informasiya texnologiyaları və telekomunikasiya sahələrini özündə cəmləşdirir. Verilənlər bazası, mobil sistemlər, şəbəkələr və s burada öyrənilir.

Üç istiqamət bir-birindən fərqlənsə də, hər üçünün kəsişmə nöqtələri vardır. Başqa sözlə, məsələn, komputer elmlərində oxuyan şəxs az da olsa, komputer mühəndisliyi və İT dərsləri alır.

Kompyuter texnologiyalari rivojlanish tarixi

Kompyuterlar zaruratga aylandi. Ular hamma joyda bor: uylari, zavodlar, vakolatxonalar va avtomobillar bilan . biz ba’zan hatto o’ylamayman, kompyuter texnologiyalari rivojlanish tarixi ko’p qirrali va tarixiy sana boy bo’lgani kabi uzoq, deb. Bugungi kunda kompyuter to’rt nasl bor.

birinchi avlod hajmi katta (buyuk bugungi standartlari tomonidan) mashina edi. Germaniya muhandis Zuse ish tashqari (masalan, u yaratgan birinchi kompyuter , bugungi kompyuterlar avlod (1943) bir “Mark-1” deb, 1941 yilda, lekin ishlari yo’qolgan bo’lishi). Bu mashina katta zali zarur va kabellar 800 km dan ortiq 3300 ming. O’rni va elektr kilovatt yuzlab hisoblash uchun iste’mol iborat. Biz harbiy hisoblar uchun bu kompyuterlar foydalaning.

Lekin u kompyuter avlod texnikasi tarixi I “Mark I» bilan boshlanadi qilmagan diqqatga sazovor. Uning boshlanish sanasi 1946 yilda yozilgan. So’ngra, kompyuter, elektron vakuum quvurlar asosida bo’ladi. Bunday tuzilishi ENIAC bor. hajmi deyarli “Mark”, birinchi, lekin katta hajmini (mingdan ziyod marta) xususiyatiga ega edi. Avtomobil, qiziqarli kuchli, innovatsion, balki amaliy bo’lib chiqdi. muayyan kommutatsiya kabellarni amalga oshirish uchun bir necha soat uchun zarur bo’lgan hisob amalga oshirish uchun. qurilma bo’sh bo’ladi, va kompyuter texnologiyalari rivojlanishi davom etdi va yangi tushuncha – bir kompyuter faoliyat mumkin “elektron komponentlar». Base kompyuter Men avlod kapasitörlerin, qarshilik va elektron vakuum quvurlar iborat.

kompyuter texnikasi mamlakatimiz ishlab chiqarish tarixi, 1951 yilda SA tufayli boshlanadi Lebedev. Bu butun tugallangan BESM-2 so’ng bo’ldi tanlash bilan boshladi. keyinchalik Sovet Ittifoqida bir oz Evropada eng kuchli kompyuter M-20, ko’pincha ularning tizimi tashqariga chiqdi va muhandislar bir muhim xodimlari xizmat qilish uchun zarur bo’lgan nomi bilan tashkil etildi hisoblanadi.

kompyuterlar ikkinchi avlod ixtiro va birinchi tranzistor foydalanish bilan boshlandi. Shu paytdan boshlab, kompyuter texnologiyalari tarixi butunlay boshqa tezligini qozonish boshladi. Base kompyuter yarimo’tkazgichlar elementlar asosida aylandi. tranzistorli ixcham va kam qimmat elektron lampalar, qirq marta bajarish edi. Bu foydalanish mumkin aylandi O’chirish bosilgan. 1965-yilda, Digital Equipment kompaniyasi oz kamroq keng muzlatgich bo’lgan o’lchamlari bo’lgan bir ixcham (!) Kompyuter, joriy etildi. Bu mo”jiza PDP-8 deb atalgan va 20 ming so’mlik edi. Dollarni tashkil etdi.

portativ PDP-8, bir vaqtning o’zida uning bajarishi bilan hammani hayratga esa uchinchi avlod kompyuterlar rivojlanishi (- 70 yil 1960 uchini) boshda. Bu birinchi rivojlantirish va sinov tufayli integratsiya elektron (Yuhanno Killebrew 1958). Silikon kapsula joylashgan tranzistorlar va ularning aloqasi to’g’risida. Mahsuldorlik – sekundiga operatsiyalari millionlab minglab yuzlab.

1968 yilda birinchi integratsiya elektron kompyuter nashr – IBM-360. 1970 yilda, Intel, integratsiya xotira kontaktlarning ishga tushirdi. Har yili ishlash, uning qismlari, kamida ikki marta davrlari maydoni oshdi yoki o’zgartirish emas, yo kichikroq bo’lib. Bu kompyuterlar to’rtinchi avlod rivojiga turtki berdi.

1970-yilda kompaniya Intel (Marsciano Edward Hoff) birinchi analog barpo CPU katta kompyuter. 1970-yilda u nomi Intel-4004 ostida sotuvga ketadi. 3 sm hajmi uch kompyuterlar “Mark II» samarali edi. mikroişlemcilerden rivojlantirish yozib, kompyuter va soddalashtirish, buxgalteriya uchun ishlatildi amaliy hisoblash mashinalari yaratish imkonini berdi, tez albatta ketdi. S. va B. Jobs Voznyak kompyuter texnologiyalarini rivojlantirish tarixida ( «Apple Computer» asoschilaridan) kabi insonlar tufayli oddiy foydalanuvchilar uchun bu qurilmalar murojaat qila boshladi. Endi oddiy odamlar unumdorligini, yangi dasturlar, va yana ortib qanchalik tez kuzatish uchun, albatta, mumkin. 70-yillarida oxiriga kelib tarqalgan shaxsiy kompyuterlar nihoyatda yuqori aylanmasini oldi. Thanks faol harakatlar va yirik korporatsiyalar tijorat manfaatlari bir epchil manipulyatsiyasi uchun, bir yosh amerikalik Bill Geyts muvaffaqiyatli dasturiy ta’minot ishlab chiqish uchun Microsoft huquqi uchun recaptures qildi. Apple kompaniyasi – Windows, shu jumladan, muvaffaqiyatli operatsiyalar va dasturiy ta’minotni o’z vaqtida patentlash, Microsoft arch-raqibi bartaraf IT texnologiyalari olamida tan olingan etakchisi bo’yicha muhim davri qildi.

to’rtinchi avlod bu kun rivojlanmoqda. kompyuter texnologiyalari rivojlanish tarixi davom etmoqda. Zamonaviy kompyuterlar faqat bir necha Protsessorlar bir davolash ma’lumot uchun ishlatiladi, deb ham farq qiladi.

Comments are closed, but trackbacks and pingbacks are open.