Press "Enter" to skip to content

Korporativ idarə etmə sisteminin əhəmiyyəti

NEQSOL Holding-in hər bir müəssisəsi öz biznes göstəricilərinin daimi təhlili və təkmilləşdirilməsindən məsuldur və Direktorlar Şurası da istisna deyil. NEQSOL Holding müstəqil direktorlar və rəhbərlik arasında möhkəm işgüzar münasibətləri saxlamaqla, peşə fəaliyyətinin, işgüzar etikanın və uyğunluğun (komplayens) ən yüksək standartlarını qoruyub saxlamaq məqsədilə müstəqil qiymətləndirmə aparmağa və Direktorlar Şurasının işini daim qiymətləndirməyə imkan verən müxtəlif alət və üsullardan istifadə edir. Güclü korporativ idarəetmə sistemi NEQSOL Holding-in əsas xüsusiyyətidir və Direktorlar Şurasına olduqca təcrübəli üzvlərin cəlb edilməsinə və regional və beynəlxalq səviyyədə idarəetmə üzrə ən yaxşı, ən perspektivli kadrların seçilməsinə zəmin yaradır.

Korporativ idarəetmə

Bu, korporasiyaların əsas məqsədinin müştərilər üçün uzunmüddətli real dəyər və səhmdarlar üçün rifah yaratması, eyni zamanda sosial rifah və ekoloji dayanıqlılığa səbəb olması ilə bağlı ola bilər.

Özünü doğrultmuş korporativ idarəetmə sistemimiz daxili və xarici hesabatlılığın dəstəklənməsinə, habelə biznes etikası və davranış üzrə ən yüksək standartlara sadiqliyimizi sübut edir.

NEQSOL Holding-in korporativ idarəetməyə ardıcıl yanaşması uzunmüddətli gəlirliliyin artırılmasına, risklərin idarə olunması üzrə müvafiq təcrübələrə riayət edilməsinə, habelə səhmdarların və peşəkar heyətin maraqlarını uzlaşdırmaqla uzunmüddətli, üstün və dayanıqlı səhm dəyərinin yaradılmasına yönəlmişdir. Biz bütün fəaliyyətlərimizdə daim bütövlüyü təmin və təşviq etmək üçün korporativ idarəetmə strukturumuzu davamlı olaraq təkmilləşdiririk. Effektiv idarəetmə bizim korporativ mədəniyyətimizin əsasını təşkil edir.

Bizim əsas məqsədimiz, NEQSOL Holding-in müştəriləri, tərəfdaşları və digər maraqlı şəxslər, habelə fəaliyyət göstərdiyi cəmiyyətlər və mühit qarşısında daha geniş korporativ məsuliyyətinə uyğun olaraq, maraqlı şəxslərin əsaslı korporativ idarəetmə ilə bağlı gözləntilərini doğrultmaqdır.

NEQSOL Holding bir neçə coğrafi məkanda təmsil olunan beynəlxalq şirkətlər qrupudur. Biz hər bir yurisdiksiyada normativ öhdəliklərə uyğun korporativ idarəetmə sistemimizi təkmilləşdirməyə davam etməyə çalışırıq.

Əsas korporativ idarəetmə prinsiplərimiz mülkiyyət və idarəetmənin bölüşdürülməsinə, eləcə də ciddi daxili uyğunluq (komplayens) siyasətinə uyğun olan və müstəqil Direktorlar Şuraları tərəfindən tam dəstəklənən yüksək ixtisaslı icraçı idarəetmə heyətinin cəlb edilməsinə yönəlmişdir. NEQSOL Holding olaraq, inanırıq ki, effektiv korporativ idarəetmə yalnız idarəetmə komandamızın güclü, peşəkar liderlik bacarıqları və keyfiyyətləri, eləcə də komandamızın işinə sadiq üzvləri ilə əməkdaşlıq sayəsində mümkün ola bilər.

Holdinqə daxil olan şirkətlərdən hər birinin yüksək ixtisaslı və nüfuzlu müstəqil üzvlərdən ibarət Direktorlar Şurası var. Direktorlar Şurası, yekun qərarı qəbul edən şəxslər olaraq, Qrupun şirkətləri üçün strateji qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Direktorlar Şurasının rolu və fəaliyyəti idarəetmə komandasının işini tamamlamalı, gücləndirməli və dəstəkləməli, eyni zamanda səhmdarların maraqlarının qorunması və artmasına və uzunmüddətli dayanıqlı dəyərin yaradılmasına kömək etməlidir.

NEQSOL Holding-in mənzil-qərargahı təşkilat daxilində strateji və maliyyə nəzarətinin koordinasiyasını həyata keçirən Korporativ Mərkəz rolunu oynayır. Birləşmə və Satınalma, İnvestisiya, Restrukturizasiya, Qiymətləndirmə, Layihələrin maliyyə təhlili və Birgə müəssisələr kimi demək olar ki, bütün əhəmiyyətli layihələr və əməliyyatlar Korporativ Mərkəzin heyəti tərəfindən idarə olunur. Direktorlar Şurası tərəfindən qəbul edilən qərarların səmərəliliyinin artırılması və tövsiyələrin hazırlanması məqsədilə hər ay İcraiyyə Komitəsi (İK) yaradılır ki, bu Komitə də Korporativ Mərkəzlə Direktorlar Şuraları arasında fəaliyyətləri koordinasiya edir.

NEQSOL Holding-in hər bir müəssisəsi öz biznes göstəricilərinin daimi təhlili və təkmilləşdirilməsindən məsuldur və Direktorlar Şurası da istisna deyil. NEQSOL Holding müstəqil direktorlar və rəhbərlik arasında möhkəm işgüzar münasibətləri saxlamaqla, peşə fəaliyyətinin, işgüzar etikanın və uyğunluğun (komplayens) ən yüksək standartlarını qoruyub saxlamaq məqsədilə müstəqil qiymətləndirmə aparmağa və Direktorlar Şurasının işini daim qiymətləndirməyə imkan verən müxtəlif alət və üsullardan istifadə edir. Güclü korporativ idarəetmə sistemi NEQSOL Holding-in əsas xüsusiyyətidir və Direktorlar Şurasına olduqca təcrübəli üzvlərin cəlb edilməsinə və regional və beynəlxalq səviyyədə idarəetmə üzrə ən yaxşı, ən perspektivli kadrların seçilməsinə zəmin yaradır.

NEQSOL Holding həm əməliyyat, həm də maliyyə baxımından daim yüksək göstəricilər nümayiş etdirir. Şirkət öz fəaliyyətində, münasibətlərində və iş yerlərində ən yüksək şəffaflıq səviyyəsinə sadiqliyini nümayiş etdirmək və qoruyub saxlamaq üçün bütün filialları arasında müşahidə olunan şəffaflığı bütün mümkün vasitələrlə təbliğ və təşviq edir.

Vergi şəffaflığı bütün yurisdiksiyalarda NEQSOL Holding qrupunun şirkətləri üçün əsas siyasət kimi müəyyən edilir. İndiyə qədər Qrupun şirkətləri 1,3 milyard ABŞ dollarına ekvivalent məbləğdə müxtəlif növ vergilər ödəyiblər.

© NEQSOL Holding. Bütün hüquqlar qorunur.

Korporativ idarə etmə sisteminin əhəmiyyəti

Sahibkar 90-cı illərdə biznesə başlayır. Müxtəlif çətinliklərlə, əziyyətlə, əzmkarlıqla şirkəti böyüdür, miqyasını artırır. Ancaq özü və yanında olan iki nəfərlə başlayan biznesin bu gün artıq bir neçə min əməkdaşı və çox sayda şirkətləri var.

Şirkətlər fərqli istiqamətlərdə fəaliyyət göstərir, xaricdən məhsullar və xam maddə gəlir, mağazalar açılır, şəbəkə qurulur, müasir reklam və marketinq tədbirləri görülür, lakin mərkəzi idarəçi şirkətdə üst rəhbərlərin maraqları toqquşmağa başlayır. 10 il öncə ancaq sahibkarın əzmkarlığı və iradə gücü ilə şirkət idarə edilə bilərdi, amma böyüyən həcmli işdə bu, mümkün deyil.

Buna mühüm bir əlavə daha var – müştəri davranışlarında son illərdə müşahidə edilən dəyişiklik. Bu gün Azərbacan müştərisi artıq daha rasional qərar verən, öz haqlarını bilən, məhsul və ya xidmət barədə bəzən satıcıdan daha çox məlumatlı olan bir insandır. O, ancaq qiymətə və ya məhsula baxmır, həm də xidmət keyfiyyətinin yüksək olmasını gözləyir.

İllərlə bütün mövzularda şəxsən qərar verməyə öyrəşmiş insan artıq öncəki kimi hər şeyi çatdırmır və qalır ciddi yol ayrcında – bütün işlərə müdaxilə edəndə əsas və strateji işlər qalır diqqətsiz. Böyük layihələrə ayrılanda isə artıq yerlərdə doğru qərarlar alacaq adamlar olmur.

Buna “qurucu-sahibkar tələsi” deyirlər – şirkət sahibkarın şəxsinin tələsinə düşür və artıq irəli getməkdə çətinlik çəkir.

Şirkətlərə müasir bazar tələblərinə cavab verən xüsusiyyətlərdə rəhbərlər və peşəkarlar lazımdır – amma bu adamları ancaq maaşla cəlb etmək olmur, onlara əlavə cəlbedici məqamlar və doğru şərait də təmin edilməlidir. Bu insanların iş rejimindən danışıq tərzi və qərarlara münasibətinə qədər hər şey fərqlidir. Onlarla işləmək belə ayrı bir bilik tələb edir.

Bir zamanlar işə insanları alarkən və rəhbər təyin edərkən ən öndə olan meyar “etibar” idi – bu gün isə illərlə şirkətdə işləyən etibarlı insanların bilikləri və müasir təcrübələri artıq şirkəti nəinki yerində tutmağa yetərli deyildir, onlar şirkəti artıq geri çəkirlər.

Yaş isə irəliləyir. Sahibkar yaşlandıqca enerjisi azalır, illərlə gərgin iş rejimində işlədiyinə görə səhhətində problemlər başlayır, amma işdən yarım günlük belə ayrılanda, telefonu zənglərlə dolur. Cavab verməsə, iş dayanır – sahibkar tələsi budur. Artıq sağlamlığa ciddi diqqət və zaman ayırmaq vaxtıdır.

Övladları böyüyür, amma kimisi atasının biznesini davam etdirmək istəmir, kimisi də böyük biznesi idarə edəcək bacarıqda və bilikdə deyil. Varislik problemi haqda öncəki məqalələrimdən birində yazmışdım və bu gün bir çox böyük sahibkarı düşündürən məsələdir. Sahibkar anlayır ki, şəxsən özü işin üzərində durmasa, ətrafında olan insanlar bilərək və ya bilməyərək, biznesə zərər verəcəklər və övladının bilik və psixoloji gücü bunun qarşısını almaq üçün yetərli olmayacaq.

Şirkətin qurucusu və sahibkarı özüdür, amma özünü sahibkar kimi bir gün belə hiss etmir, çünki bütün zamanı şirkətlərin, insanların, proseslərin idarəçiliyində keçir.

Şirkətin fəaliyyətlərini artıq böyütmək və xaricdə işə başlamaq istəyən sahibkar sürprizlə qarşılaşır – xaricilərlə işləmək üçün hazır deyil.

Öncəki dövrdə verdiyi qərarların əksəriyyətinin doğru olması ona mənəvi güc verirdi, amma son bir neçə ildə artıq ciddi qərar vermə sıxıntısı yaşayır və yeni şərtlərdə bilik və təcrübələrinin yetərsiz olduğunu görür.

Və bütün bunları yaşayan sahibkar bəzi vacib məsələləri fərqli görməyə və dəyərləndirməyə başlayır

– şirkətdə artıq o, özü işləməli deyil;

– şirkətə müasir biliklərə və təcrübələrə malik insanlar cəlb edilməlidir;

– şirkətdə elə sistem qurulmaldır ki, iş şəxslərə bağlı olmasın;

– şirkətin uzunmüddətli və davamlı sabitliyi əhəmiyyətlidir;

– şəxsən özünün verdiyi qərarlar irəli getmək üçün artıq yetərli deyil;

– sahibkarlıq və idarəçiliyin biri-birindən fərqlənən fəaliyyətlər olduğunu və öhdəlik və vəzifələrdən ibarət olduğunu anlayır.

Əslində, bu problemlərin çözümü var. Tək bir çözümü var.

Türkiyədə ali təhsil alarkən, böyük şirkətlərdə diqqətimi çəkən bir söz vardı – “kurumsallaşma”.

İngiliscəsi “Corporate Governance” olan bu sistemin ana mahiyyəti və tərkib hissələri bunlardır:
– biznesin mülkiyyəti və sahibkarlıq haqqı sahiblərinə – investorlarına aiddir;

– şirkətin idarəçiliyi peşəkarlara etibar edilir;

– vacib prinsiplərə əsaslanan bu sistemin onurğa sütunu ŞƏFFAFLIQ prinsipidir.

İdarəçilikdə dərin bilikləri olmayan şirkət sahiblərinə təcrübə baxımından ciddi dəstəyin verilməsi üçün şirkətdə direktorlar şurası təşkil edilir və ora uzun illər boyunca praktiki təcrübəsi və dərin müasir bilikləri olan tanınmış peşəkarlar cəlb edilir.

Korporativ idarəetmə sistemi olan şirkətlərin əsas üstünlükləri kimi bunları qeyd etmək olar:

– Şirkətdə sahibkarlıq və idarəçilk funksiya, öhdəlik və məsuliyyətləri dəqiq ayrılmış olur;

– Ancaq bu, o demək deyil ki, sahibkar idarəçilikdən uzaqlaşmış olur, əksinə, peşəkarlar onun qarşısında məsuliyyət daşıyır və daim hesabat verir;

– Şirkətin fəaliyyəti artıq işçilərə, əməkdaş və mütəxəssislərə deyil, sistemlə bağlı olur;

– Şirkətin fəaliyyətləri tam şəffaf olduğuna görə ən güclü qoruma olan qanunların qoruması altında olur firma;

– Xaricdən investisiya cəlb edilməsi zaman investorlar tərəfindən diqqət edilən ən vacib ünsür bu sistemin olmasıdır, çünki investorların düşüncələrinə görə korporativ idarəetmə sistemi idarəçilərin dəqiqliyi, dürüstlüyünü və şəffaflığını təmin edir.

Bu gün artıq böyüməkdə olan orta və böyükmiqyaslı Azərbaycan şirkətlərinin idarəetmədə yeni keyfiyyət səviyyəsinə keçmə zamanı gəldi – peşəkarlar cəlb ediləcək, fəaliyyət tam şəffaf və qanunlara görə olacaq.

Artıq illərdir üzərində işlədiyiniz və qurduğunuz biznesin sağlamlaşdırılması, Sizlərin isə həyatın dadını çıxarma zamanı gəldi!

Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın

Korporativ idarə etmə sisteminin əhəmiyyəti
http://agaev.az/wp-content/uploads/2019/11/corp-150×150.png

Böyük bir biznes təsəvvür edin. Sahibkar 90-cı illərdə biznesə başlayır. Müxtəlif çətinliklərlə, əziyyətlə, əzmkarlıqla şirkəti böyüdür,

Məlumatlandırma

YOUTUBE KANALIMDA ( https://www.youtube.com/fahriagayev ) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply Cancel reply

Bölümlər

  • A Konsultasiyalar (4)
  • A TƏLİM və KURSLAR (32)
  • Biznes Roman (5)
  • Düşüncələrim (93)
  • Fexri YOL (6)
  • Gördüklərim, eşitdiklərim (142)
  • Kitabların xülasəsi (20)
  • Məqalələrim (229)
  • Müsahibələrim (17)
  • SAXLA ZAMANI, GƏLƏR ZAMANI (29)
  • Seminarlar (1)
  • Sual və cavablar bölməsi (43)
  • Uğur hekayələri (1)
  • Videolar (13)

Xəbər və yeniliklərə abunə olun

Son məqalələr

  • Sahibkarlar üçün KONSULTASİYA
  • RƏHBƏR və idarəçilər üçün FƏRDİ KONSULTASİYA
  • GƏNCLƏR üçün KARYERA və İNKİŞAF KONSULTASİYASI
  • Sahibkarlar üçün KONSULTASİYA
  • KARYERA və PEŞƏKAR İNKİŞAF təlimi
  • MENTORLUQ proqramı
  • Zamanın İdarə Olunması və Şəxsi Effektivlik TƏLİMİ

Bank haqqında

Bankda korporativ idarəetmənin başlıca prinsipləri Kapital Bankın Korporativ İdarəetmə Kodeksində öz əksini tapmışdır. Bank dövlət orqanları, səhmdarlar, əməkdaşlar, partnyorlar və müştərilərlə münasibətləri dəstəkləyir.

Korporativ idarəetmə Bank menecerləri ilə səhmdarlar arasındakı qarşılıqlı münasibətlərin daha da təkmilləşdirilməsinə xidmət göstərir. Bu da, öz növbəsində, Bankın bütün istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin edir. Bankda korporativ idarəetmənin əhəmiyyətli rolunun artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına da xüsusi diqqət yetirilir.

Etik normalara sadiqlik və əsas dəyərlərə inam Kapital Bankda korporativ mədəniyyətin formalaşmasına və qorunmasına xidmət göstərir.

Kapital Bankda korporativ idarəetmə və korporativ mədəniyyət haqqında daha ətraflı məlumatlarla burada tanış ola bilərsiniz.

Komitələr, Komissiyalar və Qruplar

Bankda İT və İnformasiya təhlükəsizliyi sahəsindəki proseslərin idarə olunmasında qarşıya çıxan məsələlərin operativ həlli və yarana biləcək risklərin aradan qaldırılması ilə məşğul olur.

Məsələ ilə bağlı məlumat sahələrinin sahiblərinin təyin edilməsi, sahələrarası koordinasiyanın təmin edilməsi, məlumatların idarə edilməsi ilə bağlı olaraq mübahisəli məsələlərin həll edilməsi və keyfiyyətə nəzarət edilməsi ilə məşğul olur.

Komissiya Bankın işçiləri Əmək Məcəlləsi və digər hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə, onların intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı İşəgötürənə təklif verilməsi barədə qərar qəbul edir.

Bankdaxili qaydalara əsasən likvidlik və bazar risklərinin, habelə maliyyə vəsaitlərinin idarəedilməsi istiqamətlərini və hədəflərini müəyyən edir, Bankın likvidliyini və aktiv-passivlərin operativ idarəedilməsi strategiyasını müəyyənləşdirir, o cümlədən aktiv və passivlərin idarəedilməsi sahəsində Bankın gündəlik fəaliyyətinin həyata keçirilməsində İdarə Heyətinə köməklik edir.

Komissiyanın əsas məqsədi Bankda sənədlərin ekspertizasını həyata keçirmək, ekspertiza işinə rəhbərlik və metodiki köməklik göstərməkdir.

Komissiyanın əsas məqsədi Banka məxsus, habelə Bankın istifadəsində olan ərazilərdə fövqəladə halların qarşısının alınması, habelə onların nəticələrinin aradan qaldırılması üzrə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilindən ibarətdir.

Komissiya, Bankın əmlakının faktiki mövcudluğunun aşkar edilməsi, əmlakın faktiki mövcudluğunun mühasibat uçotu məlumatı ilə tutuşdurulması, öhdəliklərin uçotda tam əks etdirilməsinin yoxlanılması, əmlakın qiymətləndirilməsinin düzgün əks etdirilməsinin yoxlanılması, inventarizasiya tarixinə əmlakın vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə yaradılıb.

• “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Komplayens komissiyası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, digər hüquqi aktlar və bu Əsasnamə əsasında fəaliyyət göstərir. Komissiyanın yaranma məqsədi komplayens məsələlərinə dair müzakirələrin aparılması və operativ qərarların verilməsidir.

Mükafatlandırma siyasətinin əsas müddəalarına və İdarə Heyətinin tövsiyələrinə əməl edilməsi məqsədilə yaradılmışdır.

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Komitə Bankda kreditləşmə fəaliyyətinin (İdarə Heyəti tərəfindən təsdiqlənmiş mikrokredit, digər mikrobiznes məhsulları və restrukturizasiya müraciətlərinə dair standart şərtlər çərçivəsində və şərtlərdən kənar müraciətlərə (faiz, müddət, komissiya, məbləğ, təminat və s) baxmaq) idarə edilməsi məqsədilə yaradılmış kollegial orqandır.

Komitənin əsas məqsədi qəbul olunmuş Kredit siyasətinə müvafiq olaraq, kredit (ipoteka kreditləri və onların restrukturizasiyaları, habelə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaiti hesabına ayrı-ayrı müştərilərə verilmiş ipoteka kreditlərinə münasibətdə tətbiq olunacaq restrukturizasiya) risklərinin idarə edilməsi sahəsində İdarə Heyətinə köməklik göstərməkdir.

Komitənin əsas məqsədi qəbul olunmuş Kredit siyasətinə müvafiq olaraq, kredit (dedikdə İdarə Heyəti və/və ya Müşahidə Şurası tərəfindən Komitəyə verilən səlahiyyət limitləri daxilində Komitə tərəfindən baxılan və haqqında qərar verilə bilən məbləğdə istehlak kreditləri) risklərinin idarə edilməsi sahəsində İdarə Heyətinə köməklik göstərməkdir.

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Bankda audit işini təşkil edən və Bankın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən idarəetmə orqanıdır.

Əhədzadə Pərvin Şirəli oğlu

Bankın Audit Komitəsinin sədri

Heydərov Ramil Dadaşbala oğlu

Bankın Audit Komitəsinin üzvü

Əliyeva Svetlana Hacı qızı

Bankın Audit Komitəsinin üzvü

Satınalma siyasətinə müvafiq olaraq, Bankın vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, Bank üçün əlverişli şərtlərlə satınalma müqavilələrinin bağlanması, Bankın əmlak maraqlarının qorunması və satınalma risklərinin idarə edilməsi ilə bağlı işlər görür.

Komitə Bankın aktivlərinin investisiya edilməsi, müxtəlif maliyyə alətlərinə yerləşdirilməsi və səmərəli idarəetmə yolu ilə faiz və ticarət (dilinq) gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.

Komitə Bankın təyinat və mükafatlandırma siyasətinin prioritetlərinə nəzərən, ilkin araşdırmaların aparılması və Bankın Müşahidə Şurasına tövsiyələrin verilməsi məqsədilə yaradılmışdır.

Mükafatlandırma Komitəsinin Sədri

Mükafatlandırma Komitəsinin üzvü

Mükafatlandırma Komitəsinin üzvü

Mükafatlandırma Komitəsinin üzvü

Mükafatlandırma Komitəsinin üzvü

Risklərin idarə edilməsi strategiyasına, siyasətinə, risk limitlərinə baxır, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən edir.

Məmmədov Fərid Usad oğlu

Riskəri İdarəetmə Komitəsinin Sədri

Riskəri İdarəetmə Komitəsinin üzvü

Qulaməliyev Rauf İlham oğlu

Riskəri İdarəetmə Komitəsinin üzvü

Əhədzadə Pərvin Şirəli oğlu

Riskəri İdarəetmə Komitəsinin üzvü

Mirzəyev Cavid Akif oğlu

Riskəri İdarəetmə Komitəsinin üzvü

Məmmədov Emin Ağaverdi oğlu

Riskəri İdarəetmə Komitəsinin üzvü

Səmədov Fərid Sirac oğlu

Riskəri İdarəetmə Komitəsinin üzvü

Məmmədov Emin Yaşar oğlu

Riskəri İdarəetmə Komitəsinin üzvü

Bankın Biznes Planının hazırlanmasına və icra edilməsinə öz səlahiyyəti daxilində nəzarət edir, Bankın büdcəsinin Biznes Planda müəyyən olunmuş hədəflərə uyğun tərtib olunması və effektiv icrasına dair Müşahidə Şurasına rəy və təkliflər verir.

Komitə Bankın insan resursları siyasətinin prioritetlərinə nəzərən, ilkin araşdırmanın aparılması və Bankın Müşahidə Şurasına tövsiyələrin verilməsi məqsədilə yaradılmışdır.

Audit Komitəsinin üzvləri

Bankda audit işini təşkil edir, Bankın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir, Bankın maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsi üzrə normativ-hüquqi aktlara, daxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasına nəzarət edir, Bankda mükəmməl nəzarət sisteminin mövcudluğunun və adekvatlığının təmin edilməsində Müşahidə Şurasına və İdarə Heyətinə köməklik göstərir.

Etik davranış qaydaları

Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın imicinin – nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik və hüquqi dəyərləri müəyyən edir.

Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir.

Mənəvi dəyərlərə işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti daxildir.

Etik dəyərlərə Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s. daxildir.

Hüquqi dəyərlərə qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir.

İşgüzar etiket – İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir. İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına ciddi əməl etməlidir.

Müştərilərə münasibət

• Peşəkar səviyyədə xidmət

• Düzgün, ədalətli və qərəzsiz münasibət

• Öhdəliklərin vaxtında yerinə yetirilməsi

• Müştərilər haqqında məlumatların məxfiliyinə hörmət

• Məhsul və xidmətlərin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib qiymətlərin tətbiqi

• Məhsul və xidmətlərin düzgün və qərəzsiz reklam edilməsi

• Müştərinin fikirlərinə, hisslərinə və təsəvvürünə anlayışlı yanaşmalı

• Onun şəxsiyyətini müsbət qəbul etməli- müştərinin çatışmazlıqlarından asılı olmayaraq onu şəxsiyyət kimi görməli və hörmətlə yanaşmalıdır

• Müştəri ilə qarşılıqlı əlaqədə razılaşma əldə etmək-bir-birini anlamağa cəhd göstərmək və qarşılıqlı münasibətlərin əməkdaşlıq formasında inkişaf etdirilməsinə çalışmalı.

Comments are closed, but trackbacks and pingbacks are open.