Press "Enter" to skip to content

Yağ istehsalçıları yerli bazarda rəqabətdə uduzur, idxal artır – “Kaspi”nin ARAŞDIRMASI FOTO

Saxta kərə yağı istehsal edən şirkət aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Saxta kərə yağı istehsal edən şirkət aşkarlanıb

Saxta kərə yağı istehsal edən şirkət aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

23 İyun , 2021 15:11

https://static.report.az/photo/7c430264-dda0-3058-9c3c-2953fed3ff66.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. AQTA-dan “Report”a verilən məlumata görə, agentlik tərəfindən aparılan yoxlamalar zamanı “QZM Group” MMC-nin sifarişi ilə fiziki şəxs Mustafa Ramiq Nəbi oğlu tərəfindən istehsal olunan (03.02.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Allbuy” MMC tərəfindən istehsal olunan “Karvanka” (05.04.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Violetta” (01.12.2020-ci il istehsal tarixli məhsul partiyası) əmtəə nişanlı kərə yağının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyənləşdirilib. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib. İstehsalçı tərəfindən məhsulun 82,5% duzsuz kərə yağı olduğu bəyan edilsə də, müayinələr nəticəsində məhsulun bitki mənşəli yağ olduğu aşkar olunub. Faktla bağlı sözügedən məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini ardıcıl davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Yağ istehsalçıları yerli bazarda rəqabətdə uduzur, idxal artır – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Ekspertlər deyirlər ki, son illər yerli kərə yağlarının maya dəyəri artıb. Yem qiymətləri artıb, heyvandarlıq üçün örüş sahələri azalıb. Ona görə də ölkə daxilində yağ istehsalı sərfəli deyil. İstehsalçılara kərə yağı istehsal edib yerli bazarda rəqabətdə uduzmaqdansa, pendir hazırlayıb Rusiyaya göndərmək daha maraqlıdır.

2022-ci ildə Azərbaycana 18 min 562 ton kərə yağları idxal olunub. 2021-ci ildə bu rəqəm 15 min 34 ton idi. Əvvəlki illərdə bu rəqəm 16 və 14 ton olub. Yəni ötən il kərə yağı idxalı artıb. Eyni zamanda ötən il Azərbaycanda kərə yağı istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda kərə yağı istehsalı 2021-ci illə müqayisədə 8,3 faiz azalıb.

Əslində, yerli kərə yağımızın keyfiyyətinə söz ola bilməz. Üstəlik, kənd təsərrüfatının inkişafı son illər ölkənin hədəfləri sırasındadır. Bəs o zaman kərə yağı istehsalının deyil, idxalın artmasının səbəbi nədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Ölkədə süd istehsalı ciddi şəkildə azalıb”

Ekspert Samir Eyyubov deyir ki, hazırda kərə yağını idxal etmək iqtisadi cəhətdən daha səmərəlidir: “Azərbaycanın hər zaman kərə yağı ilə bağlı idxaldan ciddi asılılığı var idi. Biz heç vaxt özümüzü kərə yağı ilə təmin etməmişik. Rusiya-Ukrayna müharibəsindən sonra idxaldan asılılıq artdı. Çünki heyvan yeminin qiyməti kəskin şəkildə artdı. Bu da südün qiymətinə təsir göstərdi. Litri 65-70 qəpiyə olan süd bu gün 90-95 qəpik civarındadır. Demək olar ki, 30 faizə qədər qiymət artımı var. Yerli istehsal kərə yağının da qiyməti 30 faiz artdı. Bu zaman xaricdən məhsul idxal etmək iş adamlarına iqtisadi cəhətdən daha səmərəli olur.

Digər tərəfdən, ölkədə süd istehsalı ciddi şəkildə azalıb. Yemin qiyməti bahalaşıb, südün qiyməti artır. Yerli emal təsərrüfatları rəqabətə dözümlü olmur, məcbur qalıb istehsal həcmlərini azaldırlar. Belə-belə fermerlər müflis olur, təsərrüfatlarını bağlayırlar.

Həm də Rusiyada ciddi pendir tələbatı formalaşıb. Bu, emalçılarımıza iqtisadi cəhətdən daha səmərəli və maraqlıdır. İstehsalçılara kərə yağı istehsal edib yerli bazarda rəqabətdə uduzmaqdansa, pendir hazırlayıb Rusiyaya göndərmək daha maraqlıdır”.

S.Eyyubov deyir ki, yerli kərə yağımız keyfiyyətli olsa da, qiymət cəhətdən rəqabətdə xarici məhsullara uduzur: “İki il bundan öncə də Ukrayna, Belorus yağları daha ucuz qiymətə idi, nəinki yerli kərə yağları. Sadəcə, qiymət fərqi bu qədər kəskin deyildi. Ona görə yerli kərə yağına tələb indikindən xeyli çox idi. İndi 30 faizə qədər fərq ortaya çıxır. Alıcılıq qabiliyyəti də hazırda elə yüksək deyil. Sözsüz ki, istehlakçı daha ucuz məhsula qaçır. Burada artıq fərq etmir, hansı ölkənin məhsuludur, maddi durumuna uyğun olanı alır. Beləliklə, yerli məhsula tələb azalır”.

“Ölkədə yem bazası qıtdır”

İqtisadçı Rauf Qarayev də deyir ki, yerli istehsalın azalmasının səbəbi hazırda ölkəmizdə heyvandarlığın səmərəli olmamasıdır: “Kərə yağının əsas mənbəyi heyvandarlıqdır. Kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Məsələn, heyvanların yemi azalıb. Bir tərəfdən torpaq sahələri zəbt olunub və örüş sahələri yoxdur. Ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür, nəticədə məcbur qalıb heyvan saxlamaqdan imtina edir, onun yerinə kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik”.

“İdxal məhsulları daha baha olacaq”

İqtisadçı bildirdi ki, yaşanan bu problem həm də kənd təsərrüfatında düzgün planlaşdırma olmamasının nəticəsidir: “Ölkədə kənd təsərrüfatı sahəsində müəyyən boşluqlar var. Müəyyən təhlillər doğru aparılmır, statistik məlumatlar düzgün deyil, planlama düzgün təşkil olunmur. Planlaşdırma odur ki, bir məhsula hərtərəfli baxmaq lazımdır. Statistik məlumatlar, təhlillər olmalıdır ki, bu məhsulu əkəndə, biz nə qədər fayda götürəcəyik? Misal üçün, biz pambıq əkəndə, pambıqdan son nöqtədə onun heyvanlar üçün yem kimi istifadəsinə qədər baxmalıyıq. Yəni məhsul istehsal edəcəyiksə, orda heyvandarlığı da düşünməliyik. Çoxşaxəli məhsul əkmək lazımdır. Həm heyvandarlıqda istifadə edək, həm də digər sahələrdə strateji əhəmiyyəti olsun. Üstəlik də gəlirlilik önəmlidir”.

R.Qarayev deyir ki, xaricdən gətirilən məhsul indi yerli istehsaldan daha ucuz başa gəlsə də, bir müddət sonra onların qiyməti də artacaq: “Yerli istehsal azalır, idxaldan asılılıq artır. İdxal məhsulları yerli istehsaldan daha münasib qiymətə başa gəlir, ona görə seçim olur. Ancaq bu, indi üçün belədir. Bu, sonradan qiymətlərin artmasına gətirib çıxaracaq. Çünki bazarda ancaq idxal məhsulları olacaq, yerli istehsal da o qədər deyil ki, alternativ olsun, rəqabət yaransın. İdxaldan asılılıq olacaqsa, bir müddət sonra burda da istədikləri qiymətləri təyin edə biləcəklər”.

Kərə yağının təbii olduğunu anlamağın 10 ÜSULU

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.
Milli.Az sağlamolun.az-a istinadən bildirir ki, bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?
Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.
Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.
Beləliklə, kərə yağının təbii olduğunu necə anlamaq olar?
1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.
2. Əgər paketin üzərində “yağ” sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.
3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar – bu, bütün digər əvəzedicilərdən bahadır.
4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.
5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.
6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanılmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırmada istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli, onun tərkibində konservantlar mövcuddur.
7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.
8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur.
9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.
10. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.