Press "Enter" to skip to content

Insanda cadu (sehr) olduğunu yalnız BU ÜSULLA DƏQİQ öyrənmək olar

Sayt şərhləri Facebook şərhləri

Yaşa görə qanda şəkərin miqdarı neçə olmalıdır? – CƏDVƏL

Şəkərli diabet paket analizindən keçmək üçün Medi Plus klinikasının laboratoriyasından istifadə edə bilərsiniz.

Medicina.az oxucuları üçün 20% endirim

Sayt şərhləri Facebook şərhləri

  • Murad.M
    Ac qarına analiz verəndə 7.3 olur, yemək yeyəndən sonra 5.7. ,5.8 olur izah edin də
  • Nebıyeva leylan
    Menım hal hazırda şeker 480 kösterır
  • Küsün qulyev
    Naxçvan
  • perviz.huseynov
    axsam 12de 1yarsi.yemak yedim.saat seher sast 11de. konturtestnen yoxladi.7.9cixdi. bu seker sayilir.herden 6.4 olur. venadan 400gram gan versam komek olarmi sizce hekim
  • Rəhimov Qədir
    Məndə şəkərin miqdarı yeməkdən sonra 9.6 dir. Görəsən bu necədir?
  • Nebiyeva Ulker
    47 yasim var qadınam sekerim ac qarina 6.5 yemekden sonra 143.necedi
  • Arzu
    Ela seker hekimi baklnklinikaslnda Cabbarov Rüfət doktor məsləhət gorerdim
  • rüstəmova fərqanə
    40 yaşım var 5,5 çıxıb şəkər
  • Sevinc
    Salam. Menim 24 yasimvar seker askar olunub 14.7 cixdur bu?
  • Təzahir Məmmədov
    Yemekden sonra 157 oldu necedi xais edirem
  • Xəqani
    Salam məndə ac qarnına şəkər 14.1gorsetdi nə deməkdi
  • Xəqani
    Məndə ac qarnına 14.1gorsetdi sekerdi ?
  • Salam Kosayeva Gülgez 39 yaş
    Men ac qarına verdim analiz mende130.8 çıb bu ne demekdir
  • Məmmədov Əvəz
    Salam menim 50 yaşım var insul xəstəsiyəm yerdə yatıram mənim şekerim 490 an olur amma ki səhər qaymagla şirin çay yımisdim normalda 50 yaşlı insanın şəkəri nə qədər olmalıdır .Bide şəkərdən insul ola bilərəm
  • Nurlan Celebi
    47 yaşım var qanda şəkər 93 çıxdı. Bu normaya uygundur yoxsa çoxdur.

Insanda cadu (sehr) olduğunu yalnız BU ÜSULLA DƏQİQ öyrənmək olar

Insana cadu (sehr) olunduğunu necə bilmək olar və bunun acıqca görülən əlamətləri varmı?

08 Kasım 2010 Pazartesi – 06:36

Cin və insan olan şeytanlardan Allaha sığınırıq. Ondan başqa sığınacaq varlığ yoxdur. Sualınıza cavabı bir məsələni xatırlamaqla başlamaq istərdik. O da heç bir cadu və sehrin Allahın izni olmadan baş verə bilməyəcəyi həqiqətidir. “(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə 102).Ayədəndə aydın olduğu kimi (“Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər”) hər şey Allahın əlindədir.
İnsanların bəziləri sehri inkar edir. Bəziləri isə ifrat dərəcədə onun gücünü şişirdir. Əslində sehrin varlığı sabitdir. Təsir gücünə gəldikdə isə Allahın izninə bağlıdır.Bundan sonra sehrin bəzi növlərini qeyd etmək istərdik.

1. Ara vurma sehri.
Bu ər-arvad, oğul-ata, dostlar, ortaqlar və sair biri-biri ilə yaxın münasibətdə olanlar arasında baş verir.Əlamətləri. Gözlənilmədən məhəbbətin nifrətə çevrilməsi. Şübhələrin artması, qarşılıqlı etimadsızlıq, gərgin vəziyyəti dahada gərginləşdirməyə meyl, qarşı tərəfin hər hərəkətlərini çirkin görmək. Əks tərəfin olduğu məkanda (məsələn evdə) özünü narahat hiss edib ordan ayrıldıqda hüzur tapmaq. Ər-arvad arasındakı sehr nətıcəsində əks tərəfin irgənc və dəhşətli görsənməsi (qulisinasiyada olduğu kimi). Bir məsələ var ki hər söz-söhbət və ara dəymədə cadu əlaməti görməkdə doğru deyil. Bütün yuxarıda qeyd edilənlər adi narazıçılıq, nifrət, kindədə özünü biruzə verməkdədir. Hər halda bu təbii və adi hallar sehirdən öz qeyri adiliyi və gözlənilmədən baş verməsi ilə secilir.
2. Məhəbbət sehri.
Əlamətləri. Bu qadını öz ərinə sevdirən sehrdir. Adama xanımına qarşı həddən artıq məhəbbət, ehtiras, onsuz ayrı qalmağın mümkünsüzlüyü, onu görmə arzusu ilə aşıb daşmaq, ona həddən artiq itaət göstərmək.
3. Xəyal gətirmə sehri.
Əlamətləri. Bu əsasən göz bağlayıcılıqla (gipnoz) olur. Əşyaları həqiqətdən fərqli şəkildə görməsi. Məsələn böyüyü kiçik, sabit olanı hərəkətli və sair.
4. Dəlilik sehri.
Əlamətləri. Diqqətsizlik, keylik, güclü unutqanlıq, baxanda gözlərini bərəltmək, bir yerdə sakit durmamaq, öz xarici görkəminə fikir verməmək. Xəstəlik şiddətləndikdə evdən çıxıb nə üçün, hara getdiyini, nə etdiyini bilmir.
5. Taqətsizləşdirmə sehri.
Əlamətləri.Təkliyi sevməyə başlaması. Təcrid özünə qapanma, daimi susqunluq və baş ağrısı.
6. Qeybdən səs eşitmə sehri.
Əlamətləri. Yuxuda kiminsə onu çağırdığını eşitmək hündür yerdən düşdüyünü, vəhşi heyvanın onu qovduğunu və bənzəri dəhşətli yuxular görmək. və görmək. Oyaq ikən qulağına səs gəlməsi, kiminsə onu çağırdığını zənn edib bu səbəbdən ora bura baxması. Dost və yaxınlarından şübhələnmək.
7. Xəstələndirmə sehri.
Əlamətləri. Bədən üzvündən birinin daima ağrıması, özündən getmə. Bədən üzvlərindən birinin iflic olması, hissiyyat üzvlərindən birinin sıradan çıxması.
8. Qadınlarda ay halının uzanması sehri.
Əlamətləri. Bu qadınlarda ay halından başqa olan tibbi olmayıb şeytanın qadının uşaqlığındakı damarlardan birini partlatması ilə olur. Bu aylarla davam edə bilir. Qanın miqdarı azda ola bilir çoxda.
9. Bağlama (evlənməyə mane olma) sehri.
Bu məsələdə şeytanlar iki yoldan istifadə edir. Birincisi qız onu istəyən hər kəsi rədd edir. Digəri isə qızı görən hər kəsə onu eybəcər göstərib çəkindirdiyi kimi.
Əlamətləri. Tibbi dərmanlarla getməyən gah tutub, gah buraxan baş ağrıları. Axşam çağından gecə yarısına qədər davam edən güclü təngə nəfəslik. Nişanlısını çirkin görkəmli görmək. Yuxuda narahatlıq. Bəzən mədədə kəskin ağrı hiss etmək. Fəqərə sütununun aşağı hissəsində ağrı hiss etmək.

(Bu məlumat Vahid Əbdis-Salam Balinin “Cadu açmalar” əsərindən götürülmüşdür)
Bir məsələnidə qeyd edək ki yuxarıdakı əlamətlərin əksəriyyəti sehirlənməmiş insanlarda ya tibbi yada psixoloji yöndən baş verən hallardır. Buna görə hər əlaməti cadu sehirlə bağlamağa ehtiyac yoxdur. Bu qədər. Doğrusunu bilən Allahdır.
timeturk

Əbabil quşları barədə nə bilirik?

Yəqin ki, indiyə qədər Əbabil adını eşitmisiniz. Bu ad “Fil” surəsində bəyan edilmişdir və Məkkəyə hücum edən fil ordusunu məhv edən quşlara aid edilir. “Və onların üzərinə qatar-qatar quşlar göndərdi”. (“Fil” 3).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əbabil sözünü təfsirçilər və alimlər müxtəlif cür təfsir etmişdilər. O cümlədən bəziləri onu bəla adlandırmış, bəziləri dağılmış dəstələr, bəziləri böyük cəmiyyət, bəziləri müxtəlif rənglər, dəvətlər kimi mənalandırmışdılar. (Tebyan)
Hər bir halda ayənin zahirinə nəzər salaq görərik ki, Əbabil quş olmuşdur. Bəs bu quş necə quşdur?
Bu quşun necəliyi və fil dəstəsini necə məhv etməsi haqqında da nəzərlər müxtəlifdir. Aişə deyir: “Əbabil qaranquşa bənzər quşlardır”. Həmçinin deyir: “Onlar qırmızı və qara yarasalara bənzəyir”.
Əbu Səyid Xədəri deyir ki, Məkkə hərəminin göyərçinləri Əbabilin nəslindəndirlər. Bəziləri deyir ki, sığırçına bənzəyir.
Əkrəmə yazır: “Onların başı vəhşi quşlara bənzəyirdi və o hadisədən sonra görünməmişdilər”.
Təbəri İbni Abbasdan nəql edir: “Onlar o quşlardır ki, dənizdən çıxmışdılar və ya dəniz tərəfindən gəlmişdilər. Qara və ya ağ və ya yaşıl rəngli olmuşdular. Dimdikləri quşlar kimi və caynaqları itin caynağı kimi idi”.
İbni Məsudun nəzərinə görə bu quşlar fəryad çəkib, daşları fil səhabələrinə tərəf atmışdılar. Allah Təala tufan göndərir ki, bu daşları şiddətlə onlara ata bilsinlər.
Həzrət Peyğəmbər (s) bu quşları təsvir edən zaman buyurur: “Yerlə göy arasında olan quşdur ki, yuvası vardır və yumurta qoyur”.
İmam Baqir (ə) buyurur: “Hər bir quşun dimdiyində üç daş var idi. Daşları ordunun üstünə tökdülər ki, onun təsirindən aralarında əbrəhə (çiçək) xəstəliyi meydana gəldi. Allah da onun vasitəsilə onları məhv etdi. Ondan əvvəl əbrəhə xəstəliyi orada görünməmişdi”.
İmam Sadiq (ə) buyurur: “Fil səhabələrindən bir nəfərdən çoxu sağ qalmadı ki, qaçdı. O insanlara hadisəni nəql edən zaman başını yuxarı qaldırıb dedi: “Bu, həmin quşlardır”. O zaman o quş başının üstündə qərar tutur və aşağısında olan daşı atır”.
Bəziləri bu şəxsin Əbrəhə olduğunu söyləyirlər ki, hadisəni Həbəşə padşahına nəql edən zaman bu əzabla məhv olur.
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.