Press "Enter" to skip to content

Layihə idarə edilməsinin əsasları

Bu proqram layihə menecmenti sahəsinə daxil olmaq istəyən şəxslər və ya layihə idarəetmə bacarıqları və texnikalarını inkişaf etdirmək istəyən hazırkı layihə menecerləri üçün uyğundur.

Layihələndirmənin əsasları

Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. Layihələndirmə mərhələsində tikiləcək binanın tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq müştərilərin tələblərinə cavab verəcək işi ərsəyə gətiririk.

Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin çertyojunu hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir.

Layihə üzrə işlər ilk olaraq məlumatların toplanması ilə başlayır. Geotexniki sınağın nəticələri ilə bağlı hesabatda qrunt və yeraltı suların vəziyyəti barədə məlumat yer alır. Topoqrafik planda isə ərazinin xüsusiyyətləri və məhdud cəhətləri barədə məlumatlar öz əksini tapır. Bu məlumatlara isə qırmızı xətlər, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi aid edilir. Texniki şərtlər isə enerji sərfiyyatı ilə bağlı məsələləri həll edir və şəhər şəbəkələrinə qoşulma nöqtələrini müəyyənləşdirir. Layihə üzrə tamamlanmış sənədlər bir neçə cilddən ibarət olur və buraya yanğın təhlükəsizliyi, ətraf mühitin qorunması və binanın istilik mühafizəsini təmin edən tədbirlər barədə xüsusi bölmələr daxildir.

Layihə üzrə işlər

Müasir bina və tikililərin layihələndirilməsi ilkin həllərin hazırlanması ilə başlayır. Layihənin ilkin dizaynı obyektin və mərtəbələrin planlarından, bölmələrdən, perspektiv təsvirlərdən və fasadlardan ibarətdir.

Müştəri inşa ediləcək binanın, onun funksional xüsusiyyətlərinin və yerləşməsinin tam təsvirini əldə edəcək. O, bununla yanaşı, tikilinin ərazidə sahib olduğu memarlıq perspektivlərini də qiymətləndirmək imkanına sahib olacaqdır. Şirkətimiz müxtəlif mürəkkəblikdə olan layihələrin hazırlanması ilə məşğul olur.

Layihə üzrə sənədlərin tərkibinə aşağıdakılar aiddir:

  • Memarlıq və inşaat hissəsi;
  • Ümumi plan və nəqliyyat;
  • Mühəndislik bölmələri;
  • Texnologiya;
  • Yanğın əleyhinə tədbirlər;
  • Mülki-müdafiə və fövqəladə hallar əleyhinə tədbirlər;
  • Sistemlərin dizaynı;
  • Ətraf mühitin mühafizəsi;
  • İnşaatın təşkili layihəsi.

İşçi layihə

Tikintilərin layihələndirilməsi zamanı konstruktiv həllər texniki və iqtisadi göstəricilərdən asılı olur. Konstruksiyaların dizaynı istifadə olunan materiallar da nəzərə alınmaqla, konkret tikinti şərtlərinə əsaslanır. Bina və digər tikililərin layihələndirilməsi texniki həll və şərtlər nəzərə alınmaqla, əməyin intensivliyi və tikinti xərclərinin maksimum azaldılması ilə həyata keçirilir. Binaların dizaynı zamanı müasir tikinti materiallarından istifadə nəzərə alınır.

İş sənədlərinə əsasən tikinti-quraşdırma işlərinin maya dəyəri hesablanır və smeta tərtib edilir. Bölmənin tərkibi tapşırıq tərtib edilərkən müəyyən edilir.

Tikililərin layihələndirilməsi

Şirkətimiz tikililərin ən ciddi keyfiyyət standartlarına uyğun layihələndirilməsini təklif edir:

  • Estakada və dayaq;
  • Anbar binaları və məkanlar;
  • Ticarət mərkəzləri və komplekslər;
  • İdman stadionları və müxtəlif müasir idman obyektləri;
  • Prekast beton konstruksiyalardan hazırlanan tikililərin layihələndirilməsi;
  • Monolit tikililərin layihələndirilməsi.

Layihələndirmənin təşkili

Layihə dedikdə qrafik və mətn materialları toplusu nəzərdə tutulur. Bütün bunlar isə gələcək sənaye müəssisəsinin, yaşayış binasının və ya onların kompleksinin məlumatlarını özündə əks etdirir.

Nəyə görə məhz bizi seçməlisiniz?

Şirkətimizdən istənilən növdə tikilinin layihələndirilməsini sifariş etməyə qərar verərək düzgün seçim edirsiniz. Çünki mütəxəssislərimiz müxtəlif layihələr həyata keçirmiş təcrübəli şəxslərdir.

Şirkətimiz tərəfindən sənaye, özəl, müxtəlif ictimai obyektlərlə bağlı iş sənədləri toplusu tərtib edilmişdir. Bu tikililər tövsiyyələrimiz əsasında inşa edilmiş və yaxud yenidən qurulmuşdur. Öz işimizə cavabdehik və onun yüksək keyfiyyətinə zəmanət veririk.

Layihənin tərtib edilməsini şirkətimizə həvalə edərək, işin uğurla nəticələnəcəyinə arxayın ola bilərsiniz!

Layihə idarə edilməsinin əsasları

Bu proqram layihə menecmenti sahəsinə daxil olmaq istəyən şəxslər və ya layihə idarəetmə bacarıqları və texnikalarını inkişaf etdirmək istəyən hazırkı layihə menecerləri üçün uyğundur.

Sözügedən kursa müxtəlif şirkətlərin struktural mühitini və layihələndirmənin fəlsəfəsini öyrənmək üçün lazım olan bacarıqlar, alətlər, texnikalar və iqtisadi prinsiplər daxildir. Kurs müasir layihə menecerlərinin ehtiyac duyduğu əsas ‘praktik’ alətlər və texnikalar ilə əlaqədardır. Təlimin mərkəzində layihə menecmentinə nəzəri baxımdan yanaşmadan daha çox onu praktiki şəkildə öyrənmək dayanır. Təlim iştirakçıları layihə menecmentinin “hiylələri”ni, ən faydalı tövsiyələri, tələb olunan əsas bacarıqları və ‘partizan müharibəsi’ taktikaları öyrənəcəklər. Kurs həmçinin layihə menecementinin iqtisadiyyatını və ümumilikdə strateji işgüzar qərar qəbulu prosesini də əhatə edir.

Proqram:

  • Layihə menecmenti nədir və nə üçün ona ehtiyacınız var?
  • Qiymətləndirmə sənəti
  • Qiymətləndirmə elmi
  • Layihələr barədə danışıqlar aparmalıyıq?
  • Necə və nə üçün layihə sənədləri hazırlayırıq?
  • Layihənin miqyasını necə müəyyənləşdirməli
  • Layihənin miqyasını və müştərilərin gözləntilərini niyə tənzimləməli
  • Layihələrə necə nəzarət etməli? Risklər, kommunikasiyalar, nəzarət və digər vacib məsələlər
  • Nə üçün mənfi hadisələrdən dərs çıxarmalı?

Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.

Layihələrin yazılma qaydaları

1. LAYİHƏNİN ADI: Bu hissədə layihənin adı tam şəkildə yazılmalıdır.

2. PROBLEMİN QOYULUŞU: Həll etmək istədiyiniz problem haqqında

məlumat verilməli, problemin necə müəyyən edildiyi göstərilməlidir. Nə üçün bu problemin həllinin zəruri hesab edildiyi məsələsi də ətraflı izah olunmalıdır.

3. LAYİHƏNİN TƏSVİRİ: Bu hissədə layihə haqqında ətraflı və geniş məlumatlar verilərək təsvir edilməlidir.

4. LAYİHƏNİN ÜNVANLANDIĞI QRUP: Müsabiqəçi layihəni ünvanladığı qrupu necə təyin etdiyi, həmin qrupun təxmini neçə nəfərdən ibarət olduğu və harada məskunlaşdıqları haqqında ətraflı şəkildə məlumat verməlidir.

5. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ: Layihənin başlanma və bitmə tarixləri dəqiq göstərilməlidir.

6. LAYİHƏNİN MƏQSƏDİ: Layihənin dəqiq məqsədi göstərilməlidir.

7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR: Layihənin həyata keçirilməsində iştirakçıların nə əldə edəcəkləri qeyd edilməlidir.

8. FƏALİYYƏT NÖVLƏRİ: Layihənin həyata keçirilməsində görüləcək işlər, bundan başqa layihənin ünvanlandığı qrupun layihənin həyata keçirilməsində rolunun nədən ibarət olduğu göstərilməlidir.

9. İCRA PLANI: Xronoloji ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyəti, onun icra vaxtı və icraçıları göstərilməlidir.

10. BÜDCƏ: Büdcəni aydın şəkildə, ayrı-ayrı bəndlərdə göstərin. Sizin təşkilat və ya başqa donorlar tərəfindən ödənilməsi nəzərdə tutulan xərcləri qeyd edin. Büdcə “Excel” formatda tərtib edilməlidir.

11. LAYİHƏNİN DAVAMLILIĞI: Layihə başa çatdıqdan sonra layihənin təsiri qeyd edilməli və layihənin davamlılığına təsir edən amillər göstərilməlidir.

12. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATI: Layihə başa çatdıqdan sonra onun qiymətləndirilməsinin keçirilməsi vacibdir. Müsabiqəni maliyyələşdirən sektora layihənin nəticələri haqqında ətraflı arayış, mühasibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim edilməlidir.

13. TƏŞKİLATINIZ HAQQINDA MƏLUMAT: Bu hissədə indiyədək həyata keçirilmiş layihələrin (büdcə və donorlar göstərilməklə) siyahısı, tərəfdaşlar, təşkilatın üzvləri, yerli bölmələri və digər maraq doğura biləcək məlumatlar qeyd edilməlidir.

14. LAYİHƏNİN İCRAÇILARI: İcraçılar haqqında aşağıdakı məlumatlar təqdim edilməlidir:

– tərcümeyi hal, təhsili, şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsili varsa diplomun surəti, layihənin həyata keçirilməsində və təşkilatda onun vəzifəsi.

Məlumatların doğruluğuna zəmanət verən təşkilat sədrinin adı, soyadı və atasının adı.

İMZA: Tarix: “___”_____________ 20__-ci il

Comments are closed, but trackbacks and pingbacks are open.