Press "Enter" to skip to content

Layihələrin idarə edilməsi

Layihənin idarə olunması bəzi mövzuları tərkibində birləşdirir. Bu bir növ layihənin mərhələləridir. Bunlar:

Layihələrin idarə olunması standartları bizə lazımdırmı?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs “PMO.az” şirkəti tərəfindən təqdim edilən AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” və AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarəedilməsi. Layihənin idarə edilməsinə dair təlimat” yeni dövlət standartları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil etdi.

Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaqdır.
Normativ sənəd nəyə görə belə vacid olması barədə PMO.az şirkətinin Təsisçisi və direktoru, Beynəlxalq dərəcəli peşəkar layihə rəhbəri Rəşad İbrahimovla həmsöhbət olduq.

Layihələrin idarə edilməsinə dair yeni dövlət standartları qəbul edilib

– Layihələrin idarə olunması sahəsində dövlət standartı qəbul edildi. Standartların əhəmiyyəti nədədir?

Bildiyiniz kimi layihələrin idarə olunması sahəsində bir neçə beynəlxalq standartlar var. Gəlin ilk öncə standartların yaranması tarixinə baxaq. Standartların yaranmasın tarixi ötən əsrə təsadüf edir. Minlərlə işlərin təkrarlandığı, onlardan bir çoxu uğurlu və unikal həllər verdiyi səbəbindən qərara gəlinirki toplanmış təcrübələri ümumiləşdirib, sistemləşdirib daha da faydalı edilsin. Beləliklə layihələrin idarə olunmasında təcrübə və biliyin birləşdirilməsi prosesi başlanıldı. İlk dəfə Layihələrin İdarə olunması beyəlxalq assosiasiyası İPMA yaranır. Yeri gəlmişkən Azərbaycanda da bu assosiasiya AzPMA Azərbaycan Procek Menecement Asosiasiyası kimi hələm 90-cı illərdən vardır. Daha sonra Layihə İdarə etmə institutu (PMİ) və digərləri yaranır. Standartlaşma sahəsində olduqca böyük tövhə vermiş Beynəlxalq Standartlaşma Təşkilatıdır, the International Organization for Standardization, qısa hamımız bildiyi İSO . Məhs onun nəznində fəaliyyət göstərən Texniki Komitələr minlərlə sahələrə aid standartlar hazırlamışdır və bu gündə bir çox ölkələr faydalanır. Beynəlxalq Standartlaşma Təşkilatının nəznində olan 258 saylı Texniki Komitə Layihələrin, Proqramların və Portfelin idarə olunmasına sahəsində olan standartları işləyir və təqdim edir. Sualınıza gəldikdə isə deyə bilərəm ki, İstər layihə idarə edilməsi olsun, istərsə də müxtəlif seqmentlərə uyğun idarəçilik prinsipləri ən yüksək səviyyədə təcrübə əsasında formalaşır. Təcrübə zamanı kitablarda, məqalələrdə yazılmayan çox situasiyalarla qarşılaşa bilərik. Ancaq təcrübəli, ixtiasalı peşəkarlardan qazanılan bilik və bacarıqlar təcrübəni birə beş artıra bilir. Məhs bu təcrübələrdən irəli gələn standartların olması layihələrin idarə olunmasında böyük fayda verə bilər.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Layihələrin idarə edilməsi

Bu yazıda layihə haqqında yazmağa qərar verdim. Düşünürəm ki bu yazı bir çox insana layihələr haqqında açıqlama verəcək və yardımçı olacaqdır. Bəs nədir layihə? Hər kəsin mənimdə var dediyi layihələr hansılardır? Niyə görə Azərbaycanda layihə adı ilə başlayan cavan və motivasiyası yüksək gənclər və qruplar işi sonlandıra bilmirlər?

Düşünürəmki Azərbaycanda layihələrin çox hissəsinin uğursuz olma səbəbləri dövlətin gənc nəsilə dəstək olmaması, universitetlərdə lazımı qədər seminarların keçirilməməsi, biznes müəssisələrinin gənc kadrlar yaratmaq üçün heç bir cəhd göstərməməsi, valideynlərin laqeydsizliyi, gənclərdə motivasiya azlığı və yenilikçi maraqların azlığı, gördükləri layihələrdədə dezgün mövqe tutduqlarını iddia etmələridir. İndi keçək layihə nədir və əslində nədən ibarətdir.

Ümumi olaraq layihə qabaqcadan planlanmış büdcə və zaman çərçivəsində hər hansısa hədəfə çatmaq üçün görülən işlərin bütünüdür. Ama fərdi hər sahə üçün layihənin anlayışıda fərqlidir. Fərqli tipli layihələr vardır. Bunlar

  • Bir iş sisteminin idarə edilməsinin layihəsi.
  • Bir məhsulun yaradılması layihəsi.
  • Bir iş yerinin layihəsi.
  • Şirkət (iş yeri) içərisində yeni bir bölmənin layihəsi.

Layihənin özünəməxsus xüsusiyyətləri var

  • Hər layihə müəyyən vaxt və büdcə çərçivəsində olur və qabaqcıl texnologiyaan istifadə olunur.
  • Layihələr hədəfə çatana qədər və bir dəfədən ibarət olur.
  • Hər layihə insan,pul və məlumat üçlüyündən ibarətdir.
  • Hər layihə sistemli təşkilatlanma tələb edir.

Layihələrin İdarə Edilməsi

Həqiqətəndə şirkətlərin, iş yerlərinin müvəffəq olmalarında layihələrin düzgün şəkildə idarə olunmasının böyük rolu olduğu sübut olunmuşdur. Umumiyyətlə layihələrin düzgün şəkildə idarəsinin müəssisəyə çox xeyri varki bunlar aşağıdakilardır.

  • Daha effektiv inkişaf,
  • Sərmayənin daha düzgün istifadəsi və daha düzgün idarəsi,
  • Aşağı maya dəyəri ama yuxarı qazanc,
  • Yüksək keyfiyyət və inam,
  • Daha yaxşı sistemləşmə,
  • Meştərilərə daha yaxşı xidmət.

Layihənin idarə olunması bəzi mövzuları tərkibində birləşdirir. Bu bir növ layihənin mərhələləridir. Bunlar:

  • İşlərin planlanması,
  • Təşkilatlanma,
  • İdarə etmə,
  • İşlərin yoxlanması.

Bir növ biznesin idarəsinə oxşarlığı var ama daha kiçik tipli və özünə məxsusluğu ilə seçilir.

Müəllif: Cavid Abasov

Layihələrin idarə edilməsi

Azərbaycanda layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” və AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Layihənin idarə edilməsinə dair təlimat” yeni dövlət standartları qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, “PMO.az” şirkəti tərəfindən təqdim edilən yeni standart layihələri Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.