Press "Enter" to skip to content

Lədun

Kimsə onlara mane olmur. Ən böyük maneə özləridir. Autizmli uşağın müalicəsi ata-ananın seans olunmasından keçir. Deyəndə ki, səni müalicə etməliyəm, deyir uşağım xəstədir, məni niyə.

Lədun

Bildiyimiz kimi, bu gün mübarək Ramazan ayının 20-ci günüdür. Bunu nəzərə alıb, 20 ədədinin hikmətlərinə nəzər salaq. Quranın 20-ci surəsi Musa Peyğəmbərin həyatından bəhs etdiyindən, biz də 20 ədədini elə bu həzrətin həyatı fonunda şərh edəcəyik.

. Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətin tamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı).

Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi. Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dönüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyanlarını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyanlar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur. Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çıxarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər təəcili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda sehrbazlar dedilər sən onu bizə həvalə elə, öhdəsindən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram günündə bütün xalq meydana yığışsın; onların qarşısında sehrbazlar Musanı məğlub edib, Fionun Allah olduğunu xalqa sübut etsinlər.

. Elan olunmuş gündə xalq meydana cəm oldu. Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanları da. hər kəs öz yerin tutdu. Firon soruşdu ki, birinci kim başlamaq istəyir? Musa dedi sehrbazlar başlasınlar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın ortasına topladıqları qamış və ip topasına sehrli sözlər oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ilana dönüb Musanın üzərinə yeriməyə başladılar. Musa belə halla ilk dəfə qarşılaşdığından qorxub, geri çəkilməyə başlad. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma, əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönərək sehirbazların ilanlarının hamısını uddu.

Cadugərlər Musanın bu möcüzəsi qarşısında heyrət edərək, ona təslim olduqlarını bildirdilər. Firon bundan qəzəblənərək oradakı sehrbazların hamısının asılmasına qərar verdi.

Bu əhvalat “Quran”da öz əksini belə tapmışdır:
“Onlar dedilər: “Ya Musa! Özün seç. Ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq!

Musa dedi: “Xeyr, əvvəlcə siz tullayın!” Sehrbazlar əllərindəkini yerə atan kimi onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri, qamışları və dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür.

Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin).

Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını bir anda udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”

Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, qamışlarını yerli-dibli uddu. Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar.

Firon, dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” “Quran”, 20-ci surə, 65-71-ci ayələr.

“Quran”da təsbit olunmuş bu hadisədə diqqət çəkən bir neçə məqam vardır. Bunlardan biri ondan ibarətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci surədə danışıldı)?

Elmi-lədun araşdırmalarımız sübut edir ki, “Quran”ın düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Qeyd edim ki, 20 ədədi lədun elmində sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, magik təsirə (sehrə, caduya) məruz qalmış insanların yuxusuna girən ədəd ən çox 20 (!) ədədi olur. Belə adamlar səfər ərəfəsində yuxuda ya 20 nömrəli marşurutda getdiklərini görürlər, ya da kiminsə onlara 20 manatlıq əskinaslar verdiyini görürlər. Nəticədə real həyatda onların səfərləri baş tutmur (uğursuz olur), yaxud, gözlədikləri yerdən onlara veriləsi pul verilmir. Bunun elmi-lədun yozumu odur ki, belə yuxu görən şəxsin magik təsir səbəbindən yolları bağlıdır.

Musa əleyhissəlamla cadugərlərin qarşılaşma səhnəsində diqət çəkən digər məqam onların meydana yığdıqları ip və qamışların ilana çevrilməsidir. Sual yaranır: bu əşyalar niyə başqa heyvana deyil, məhz ilana çevrildi?

Araşdırmalarımız göstərir ki, ilan neqativ auraya malik olduğundan bu gün də magiya ilə ilə məşğul olanlar ən çox bu heyvanın müəyyən orqanlarından (dərisindən və s.) istifadə etməklə insanlara neqativ təsir göstərirlər. Bu cür təsirə məruz qalan insanlar isə, yuxuda əsasən ilan görürlər.

“(Cadugərlər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman bu kitablardan pis məqsədlə istifadə etmədiyi üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə cadugərlər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirlər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirlər. Həqiqətən, onlar (cadugərlər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” “Quran”, “İnək” surəsi, 102-ci ayə.

Cəmiyyətdə neqativ enerji ötürülməsi bütün dövrlərdə olub. Amma, əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların “xidmətindən” istifadə edənlərin artması ilə əlaqdardır. Vurğulamaq istəyirəm ki, Musa Peyğəmbərin dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb! Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar – yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər – bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ (“qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini tilsimə salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə səbəb olur.

ədəbiyyatşünaslıq

1. слово или сочетание слов, являющееся точным обозначением определённого понятия какой-л. специальной области науки, техники, искусства, общественной жизни и т.п. Botanika terminləri ботанические термины, ədəbiyyatşünaslıq terminləri литературоведческие термины, fəlsəfə terminləri философские термины; terminləri yerli-yersiz işlətmək щеголять терминами

2. лог. субьект или предикат суждений, входяших в состав силлогизма
specialist in literature
ədəbiyyatşünaslıq – history of literature, literary criticism

См. также в других словарях:

  • ədəbiyyatşünaslıq — is. Ədəbiyyat tarixi və nəzəriyyəsindən, habelə ədəbi tənqiddən bəhs edən elmlərin məcmusu. Azərbaycan ədəbiyyatşünaslığı. Ədəbiyyatşünaslıq elmi. – Azərbaycan . . ədəbiyyatşünaslığı «Molla Nəsrəddin»in ədəbi irsinə daha dərindən yanaşmalıdır. M … Azərbaycan dilinin izahlı lüğəti
  • Ахмедова Тамара Расул — Ахмедова Тамара Расул … Википедия
  • ədəbiyyatşünas — is. <ər. ədəbiyyat və fars. . . . şünas> Ədəbiyyatşünaslıq elmi ilə məşğul olan alim, ədəbiyyatşünaslıq mütəxəssisi. Ədəbiyyatşünas professor … Azərbaycan dilinin izahlı lüğəti
  • elm — ə. 1) bilmə, bilgi; məlumat, xəbər; 2) nəzəriyyə. Elmiədəb ədəbiyyatşünaslıq; elmi ədyan teologiya elmi; elmi əxlaq etika; elmi ərz geologiya; elmi heyət astronomiya; elmi kəlam dini məsələləri məntiq və hikmətlə sübut edən elm; elmi lədun(iyyat) … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • ədəbiyyatçılıq — bax ədəbiyyatşünaslıq … Azərbaycan dilinin izahlı lüğəti

Lədun

“Bir xəstəm var idi, 2-3 il idi çimmirdi”
Klinikalardan birinə onkoloqla müsahibə üçün gedib gözləyərkən, bir həkim yaxınlaşıb mənə kitabını təqdim etdi. Kitabda xüsusi bir metodun köməyilə müxtəlif ruhi, fizioloji xəstəliklərin, hətta autizmin sağala biləcəyini iddia edən müəllif Elmi-lədun yolu ilə bir neçə xəstəni müalicə etdiyini yazırdı. Kitabı oxuyub, müəllif psixoloq Paşa Yaqubla ətraflı danışmaq qərarına gəldik. “Elmi-lədun nədir, niyə müasir təbabətin gücü yetmədiyi bir çox xəstəlikləri bu üsulla aradan qaldırmaq olur” suallarına cavablar aldıq.

-Paşa bəy, siz ixtisasca psixoloqsuz, həkim deyilsiz. Necə oldu ki, Elmi-lədun adlı bir elmi öyrəndiz? Elmi-lədun nədir?
-Lədun – dərin qatlar mənasındadır. Yəni elmin daha dərin qatları. Peyğəmbərlər, imamlar, loğmanlar, Allah dostlarında bu bilgi olub. Loğman peyğəmbər, İsa peyğəmbər, Yusif peyğəmbər, imamlarımızın insanları müalicə etdiyi barədə faktlar var. Bilirsiz ki, Azərbaycan seyidlər yurdudur. Ötən əsrlərdə həkim olmayan vaxtlarda insanlar şəfa qabiliyyəti olan övliyalara üz tuturdular. O vaxt seyidlər olub ki, yanına ruhi xəstə aparıblar, ocaqda yatıb, sağalıb. Uşağı olmayan gedib, sonradan övladı olub. Bu bir şəfa proqramıdır. Allahın izniylə kimin qismətindədirsə, o insana çatır, problemi düzəlir.
Lədun elmində şəfa metodikası fizika qanunları, metofizikaya əsaslanır. Burda heç bir dərmandan istifadə olunmur.

Əvvəllər yazıçı araşdırmaçıydım. Kəramət sahiblərinin, övliyaların həyat, fəaliyyətindən kitablar yazırdım. İnsan bir sahə ilə çox məşğul olduqda, gec-tez özü də həmin sahənin yoluna düşür. Heç kim ana bətnində bu elmi öyrənmir. Yatdım, yuxuda vergi verildi, deyə bir şey yoxdur.

Əvvəl bu elmi yaxınlarımda sınadım, insana baxan kimi xəstəliklərinin səbəbini görürdüm, kömək etməyə başladım, alındı. Getdikcə enerjim, biliyim artdı. Daha sonra psixologiyanı oxudum ki, insanlara xidmət edə bilim, yəni rəsmi fəaliyyət göstərim. Yoxsa evdə xəstə qəbul etsəydim, buna başqa don geyindərəcəkdilər. 5 ildir rəsmən klinika şəraitində psixoloq kimi fəaliyyət göstərərək, müalicəmdə elmi-lədunu tətbiq edirəm.

-Hansı xəstələri qəbul edirsiz, elmi-lədun hansı problemlərdə daha çox kömək edir?
-Ən çox əsəb, sinir xəstələri, müxtəlif ağrılar, depressiyada olanlar, uşaqlarda ümumi zəiflik, qadınlarda müxtəlif düyünlər, kistlər, mədə-bağırsaq , miqren, başağrıları. Hətta diaqnozu tapılmayan xəstələri. Şizofreniya, intihar etmək istəyənləri asanlıqla müalicə edirəm.

Bir xəstəm var idi, 2-3 il idi çimmirdi, 2 seansa düzəldi.
Seanslara davam etdikcə xəstəliyin səbəbi də keçir. 21 gün ərzində təsir başlayır. Çünki insan hüceyrələri 21 günə yenilənir, sabitləşir.

-O xəstə niyə sudan qorxurdu ki?
-Neqativ enerjinin yaratdığı təsirdən. Hər mənfi enerji insanda bir şeydən qorxu yaradır. Eləsi var qaranlıqdan, eləsi var səsdən, küçədən qorxur, eləsi var yemir.

-Müayinə metodunuz necədir? Əllərinizlə nəsə edirsiz?
-Xəstəni narahat edən səbəbləri soruşuram, ümumi energetik pozulmalara baxıram, keçdiyi analizləri, tibbi kağızları gətirə bilər. Onlara uyğun taktika seçirəm. Xəstəlik insana qorxu, narahatlıq, ağrı, depressiya verir, insanı haldan salır. Burda əsas metod hissiyyatdır. Efir enerjisi ilə işləyirəm. Xəstəliyə səbəb olan neqativ enerjini aradan qaldırıram.

Xəstə ilə yalnız söhbət edirəm, sözarası parollardan istifadə edirəm. Xəstə bədənində istilik, yüngülləşmə hiss edir. Yata bilməyən gedir yatır, depressiya çəkilir, sakitləşir, sanki xəstə özünə gəlir.

-O parolları açıqlaya bilməzsiz? Yəni açığı, elmi- lədunun təsir mexanizmi aydın olmadı mənə..
-Bu, elə bir sirdir ki, açıqlaya bilmirəm. Desəm də nə xəstə, nə də siz başa düşəcəksiz. Bu fizikadır, enerjidir. Lampanın içindəki işığı yaradan enerjini necə görmürsüzsə bu da elə. Tutaq ki, o vaxt müalicə edən seyidlərdən, övliyalardan da soruşsaydıq ki, nəyi necə edirsən, cavab verə bilməyəcəkdilər.

-Deməli, istənilən xəstəlik, hətta xərçəng də neqativ enerjidən yaranır, onu da enerji ilə sağaltmaq mümkündür.
-Neqativ enerji bir orqan ətrafında çox toplananda orda şişlər yaradır: xoşxassəli və ya bədxassəli. Şişi cərrahlar kəsib götürür, amma yenidən başqa yerdə çıxır. Çünki səbəb hələ içəridədir. Bizim seansdan sonra o şişi yaradan səbəb aradan qalxır. Əməliyyat olandan sonra bir daha yaranmır. Xərçəng xəstələrinə demirəm ki, gəl mədəndəki, ya ciyərindəki şişi götürüm.

Mən həkimlərin də işinə qarışmıram. Amma tövsiyə edirəm ki, bunlarla yanaşı xəstə energetik müalicədən də keçsin. Xeyir görəcək ki, ziyanı olmayacaq.

Neqativ enerji birinci onurğanı, sinir sistemini zədələyir. Daha sonra ürək, mədə-bağırsaq, qızlarda ən çox uşaqlıq, yumurtalıq, cinsiyyət orqanlarına toxunur. Baxırsan gənc qızdır, əks cinsə həvəs yoxdur, ya kişidir qadına qarşı marağı itir. Bilmir neyləsin. Deməli, neqativ enerji aşağı çanaq orqanlarında daha çoxdur.

Son zamanlar televiziya, internet, telefonda olan fotolar, videolar, kabus filmləri, neqativ xəbərlər insanı yükləyir.
İnternetdə insanlara qadağan olunan paralel aləmə aid görüntülər çoxdur.

-Yaxşı, biz axı hardan, necə bu neqativ enerjiyə yoluxuruq?
-Texnologiyaların inkişafı bizim efir bədənimizi neqativ üçün açıq qapı edib. İnsanı neqativlə yoluxduran birinci vasitə internetdir.

Neqativ – virus kimidir, necə ki, kompüterin sisteminə düşür, eyni qaydada. Adam var anasından keçir, eləsi var öz qorxularından yaradır, eləsi var kimsə bilərəkdən ona mənfi enerji göndərir: magiya yolu ilə, göz, nəfs, qarğış. Son zamanlar televiziya, internet, telefonda olan fotolar, videolar, kabus filmləri, neqativ xəbərlər insanı yükləyir. İnternetdə insanlara qadağan olunan paralel aləmə aid görüntülər çoxdur.

Uşaqlar müasir cizgi filmlərindən yüklənir. Qorxulu, əcaib varlıqlar çoxdur cizgi filmlərində. Son zamanlar cinlərə aid kinolar çəkilir, cavanlar gedir baxır, sonra əsəbi olur, intihar barədə düşünür.

İnsanlar profil şəklinə neqativ fotolar qoyur. Xəbərlərdə qan, ölüm, meyit şəkilləri çoxdur.
Bir xəstəm var idi, neqativdən təmizləyirdim, yenə yüklənirdi xəstələnirdi. Özüm də məəttəl qalmışdım. Sonra gördüm ki, facebookda bu qız ancaq cin şeytan şəkillər paylaşır.

-Həkimlər bu metodikaya nə deyir? Yəqin ki, qəbul etmirlər.
-Niyə ki, həkim pasiyentlərim də var. Bilənlər öz yaxın adamlarını göndərir. Bəzən həkimin özünə də yardım lazımdır, amma təbii ki bunu yad pasiyentlərə demirlər. Etiraz edənlər həmişə olur. Həkimlər tibbi oxuyub, nə yazılıb onu da icra edirlər.

Mən cərrahın baş, ürək, ciyər dəyişməyinə, şişi kəsməyinə, əl-ayaq tikməyinə inanıram, amma terapevtik müalicənin effektivliyinə inanmıram. Çünki müasir tibbdə xəstənin başını yeni başla əvəz etmək daha asandır, nəinki miqren, baş ağrısını müalicə etmək. Nə qədər ki, kök içəridədir, insan istəyir dünyanı gəzsin, istəyir bir aptek dərman atsın, hamısı müvəqqətidir.
Həkimlər gözəl bilir ki, sinir sisteminin dərmanla müalicəsi mümkün deyil. Antidepressantlar beyni dondurur, insanı süst edir, yatırdır, saxlayan kimi yenə əvvəlki qorxular qayıdır. Amma mənim müalicələrim insanı aktivləşdirir, işləməyə, yaşamağa ruhlandırır. Həkimlər autizmi sağalda bilmirlər, bu gedişlə heç uzun müddət də sağalda bilməyəcəklər.

-Elə ən ciddi iddia da budur. Autizmi sağaldıram deyirsiz. Bu sindromun yaranma səbəbi nədir?
-Autizmli uşaqların neqativinin kökü anadadır. Hamiləlikdə bətndə o kod uşağa qoyulur, böyüdükcə üzə çıxır. Getdikcə uşaqda neqativ enerji böyüyür. 2-3 autizmli xəstəni sağaltmışam. 28 yaşlı qız idi, 2 seansdan sonra danışdı. O biri 14 yaşlı qız idi, o da normallaşdı, indi podiuma çıxır. Amma valideynlər bilsələr də, eşitsələr də autizmi sağaldan var, gətirməzlər. 100 yerə gedəcəklər, bir mənim yanıma gəlməyəcəklər.

-Həqiqətən də. Ölkədə bu qədər autzimli uşaq var, kömək edə biləcəksizsə, niyə də yox?
-Deyim niyə. Çünki valideyn istəməyəcək, qorxacaq, inanmayacaq. O 14 yaşlı qız niyə sağaldı, çünki ata-anası yox idi, başqası saxlayırdı. Ona görə rahat sağaltdım. Autizmli uşağın müalicəsinin qarşısını alan da valideyndir. Çünki o xəstəliyin kökü, neqativi anadadır. O insan ömür boyu o zülmü çəkməlidir. Sanki basaratları, yolları da bağlanıb.

Kimsə onlara mane olmur. Ən böyük maneə özləridir. Autizmli uşağın müalicəsi ata-ananın seans olunmasından keçir. Deyəndə ki, səni müalicə etməliyəm, deyir uşağım xəstədir, məni niyə.

Getdikcə bu xəstəlik dünyada daha da yayılacaq. Çünki indiki qızlar internet, telefonla bütün günü yüklənirlər. Qızları hamiləlikdən öncə təmizləmək lazımdır.

Ümumiyyətlə, qız dövründə menstrusiya pozulmaları, ağrıları olan, qapalı, nevrozu, qorxusu olan qızlar ailə qurmazdan və hamiləlikdən öncə neqativdən təmizlənməlidir. Əks təqdirdə xəstə və autist uşaq doğula bilər.

-Bunu açıq deyək ki, bizim insanlar magiyaya meyillidir. Eləsi var çox çirkin işlər gördürür, eləsi var taleyi üçün gedir. Eləsi var mollaya dua yazdırır. Bunların bir faydası varmı və ya insanı neqativlə yükləyə bilərmi?
-Bəli, bunlar da zərərlidir, hətta bütün ailəni məhv edir. Çoxu neqativdir. Evə gətirilən əşyalar, dualar, şamlar, hansısa magik rituallar insanı daha ağırlaşdırır, xəstələndirir. O baxıcı, maqların özü xəstədir, pis vəziyyətdədir. Elə mollalar da var ki, hansısa Quran ayəsi adı ilə dua yazıb verir, baxırsan ki, mənasızdır. Belə üsullarla neqativdən təmizlənmək olmaz. Hər ərəbcə dua oxuyan enerji təmizləyə bilmir.

Magiyanın yaxşısı olmur. Kimsə xeyir üçün, oğlu, qızı üçün gedir. Belə şeylərə getməsinlər. Neqativ qüvvələrin təsirinə məruz qalırlar.

-Neqativdən sonra yenidən yüklənmə olurmu?
-Belə düşünün ki, kompüterdir, virusla yüklənib, mən təmizlədim, format etdim, 3-4 ay sonra yenə virus düşdü. Kompüteri virusdan qorumaq üçün viruslu proqramlar, saytlar açmayacaqsan, qoruyavaqsan. Amma hər necə oldu işlətsən, yenidən yoluxacaq.

Neqativ enerji insanı tez qocaldır, gözəlliyini alır. İşləri yaxşı getmir, uğurları olmur, tənbəlləşir.Qızların qarşı tərəfə həvəsi, sevgisi olmur, həmçinin kişilərdə qadına qarşı istək azalır. Hər şeyə həvəssiz yanaşırlar.
Ona görə bir çıxış yolu var: mütəmadi, ildə 1-2 dəfə neqativ yükdən təmizlənmək.
Təmizləndikdən sonra həyatına, fikirlərinə diqqət yetirsin. İnternetdə ağır görüntülərə baxmasın. Yaxşı əməllər, işlərlə məşğul olanlarda neqativ öz-özünə təmizlənə bilir.
//medicina.az

Comments are closed, but trackbacks and pingbacks are open.