Press "Enter" to skip to content

Leyla axundzadə xx əsr dünya təsviri incəsənəti

2002- “Oriyentalizm daxildən və xaricdən” Beynəlxalq sərgi, Azərbaycan, Bakı

Leyla axundzadə xx əsr dünya təsviri incəsənəti

Ölüm sevinməsin qoy !

Leyla xanım Axundzadə son dərəcə təvazökar, səmimi və yüksək insani keyfiyyətlərə malik insan idi. Ali təhsilini Moskvada almışdı, 1975-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirmişdi.

Əmək fəaliyyətinə 1975-ci ildə Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Təsviri sənət bölməsinin böyük laborantı kimi başlamış, 1987-ci ilədək orada çalışmışdı. Həmin il Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafı haqqında dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi almışdı. 1987-ci ildən Mədəniyyət və İncəsənət Universitetində �Təsviri incəsənət tarixi və n ə zəriyyəsi� kafedrasında müəllim, 1991-ci ildən 2001-ci ilədək kafedra müdiri işləmişdi. 2001-ci ildə Dövlət Rəssamlıq Akademiyası yaradılanda həmin təhsil ocağında �Təsviri incəsənət tarixi və nəzəriyyəsi� kafedrasının müdiri təyin olunmuşdu , 2004-c ü ildən kafedranın professoru idi.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifəsinə təyin olunmuşdu və 2010-cu ilin fevralında faciəli şəkildə dünyasını dəyişənədək həmin vəzifədə çalışmışdı.

Leyla Axundzadə 2007-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdü.

Öz sənətini, işini sevirdi . Müasir sənətşünaslıq elminin aktual problemləri ilə məşğul olurdu . Onun müəllifi olduğu �XX əsr dünya təsviri incəsənəti� kitabı bu mövzuda Azərbaycan dilində ilk nəşr idi . Müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən, ölkəmizdə və xarici ölkələrdə – Türkiyə, Almaniya , İtaliya və Rusiyada nəşr olunmuş 40-dan çox elmi məqalənin, həmçinin incəsənət istiqaməti üzrə nəzərdə tutulmuş çoxsaylı dərslik və tədris proqramlarının müəllifi idi . Rəssamlıq Akademiyasında rəhbərlik etdiyi kafedrada müəllim həmkarları, tələbələri onu çox sevirdi . O, bir çox istedadlı sənətşünas mütəxəssislər yetirmişdi .

Leyla xanımı incəsənətimizin beynəlxalq aləmdə layiqli diplomatı kimi də qəbul etmək olardı. Bir neçə xarici dil bilirdi . Fəal ictimaiyyətçi, ziyalı idi . Ölkəmizdə və xarici ölkələrdə təşkil olunan müxtəlif tədbirlərdə, sərgilərdə Azərbaycanın haqq işini cəsarətlə əcnəbi nümayəndələrə, xarici diplomatlara çatdırırdı. Türkiyədə, Fransada , Gürcüstanda , İtaliyada , Serbiyada keçirilən Beyn əlxalq elmi simpozium və konfransların iştirakçısı olmuşdu.

Leyla Axundzadə müasir incəsənət sahələrinin inkişafı və Azərbaycan incəsənətinin təbliğ olunması işinə böyük töhfələr verib. O, 2000-ci ildə gənc rəssamları, sənətşünasları və musiqiçiləri birləşdirən �Zamanın qanadları� adlı yaradıcılıq assosiasiyasını yaratmışdı. Assosiasiyanın üzvləri Almaniya , Rusiya , Fransa , Serbiya , Yunanıstan, Norveç , Türkiyə, İtaliya və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak ediblər.

Azərbaycanda ilk dəfə 2003-cü ildə keçirilən �Alüminium� Beynəlxalq müasir incəsənət Biennalesinin təsisçisi və təşkilatçısı Leyla xanım idi. Bu , təsviri sənət tariximizdə təşkil olunan ilk möhtəşəm beynəlxalq əhəmiyyətli layihə idi və 2005, 2007 və 2009-cu illərdə də uğurla keçirilmişdi . Leyla xanım 2007 və 2009-cu illərdə dünyada məşhur beynəlxalq mədəniyyət layihəsi olan – İtaliyada � Venesiya � Biennalesində Azərbaycan pavilyonunun təşkilatçısı və kuratoru olmuş , Azərbaycan incəsənətinin dünyada tanıdılması və təbliğinə öz töhfəsini vermişdi.

Leyla xanım hamıya kömək etməyə çalışırdı. Xüsusilə gənc, istedadlı rəssamların üzə çıxmasında müstəsna xidmətlər göstərirdi. Şəxsi mövqeyi , problemlərə yanaşmağı ilə ətrafındakıları özünə cəlb edirdi . İncəsənət üçün , yeniliklər naminə fədakarlıqla çal ışan sənətin cəfakeşi, mehriban xanım idi.

Səkkiz ildən artıq idi ki , onunla tanış idim . Leyla xanım mənim əziz müəllimim, dərin hörmət bəslədiyim şəxs idi . O, heç vaxt keçmiş zamanda danışmağı xoşlamırdı. Hər zaman modern , novator gələcək layihələri barədə danışmağı xoşlayırdı. Lakin çox təəssüf ki , bu gün Leyla xanım Axundzadə haqqında keçmiş zamanda danışımağa məcburuq.

İyunun 21-i Leyla Axundzadənin doğum günü idi. Yaşasaydı həmin gün 57 yaşı tamam olacaqdı.

Yaxşı əməl sahibləri heç vaxt unudulmayacaq . Leyla xanım da beləcə yaxşı əməllər sahibi idi . Böyük şairin misralarında deyildiyi kimi,

Ölüm sevinməsin qoy , ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər!

Əsəd Quliyev ,

sənətşünas ,

Rəssamlar İttifaqının üzvü

Leyla axundzadə xx əsr dünya təsviri incəsənəti

2018-ci il iyun ayının 21-də, saat 18:30-da Muzey Mərkəzində tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş “Ömür qısa incəsənət isə əbədidir. ” adlı anım gecəsi keçiriləcəkdir.

Leyla Cəmil qızı Axundzadə 21 iyun 1953-cü ildə Moskvada anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix Fakültəsinin Sənətşünaslıq şöbəsini bitirmişdir.

1984-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. 1975-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Təsviri sənət şöbəsində elmi işçi, 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi kafedrasının müdiri, 2000-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri və professoru, 2006-2010-cu illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışmışdır.

1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 2000-ci ildə “Zamanın Qanadları” Yaradıcılıq Assosiasiyasını yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Leyla Axundzadənin iştirak etdiyi əsas beynəlxalq konfranslar və simpoziumlar:

1999- “Türk xalqlarının incəsənəti”, Türkiyə (Sparta)

2002- “Mədəni müxtəliflik”, Fransa (Strasburq)

2003- “Karvansaray”, Gürcüstan (Tbilisi)

2004- “Qonşuların dialoqu”, İtaliya (Venesiya)

2005- “Yeni ideyalar”, Serbiya (Belqrad)

Leyla axundzadənin təşkil etdiyi əsas sərgilər

1998- “Azərbaycan rəngkarlığı” ABŞ, Vaşinqton, Ümumdünya Bankının Rəsm Qalereyası

2002- “Oriyentalizm daxildən və xaricdən” Beynəlxalq sərgi, Azərbaycan, Bakı

2003- “7+7” Beynəlxalq sərgi, Azərbaycan, Bakı

2003- “Alüminium” I Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2005- “Alüminium” II Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2007- “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2009- “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2005- “Metabəstəkarlar birliyi”, Moskva rəssamlarının sərgisi, Azərbaycan, Bakı

2005- “Simalar” adlı XX əsr fotoqrafiya sərgisi, Azərbaycan, Bakı

2006- “Azərbaycan rəssamlarının sərgisi” Rusiya, Moskva (Dövlət Müasir İncəsənət Muzeyi)

2005- “Qadın. Müharibə.Sülh” adlı Beynəlxalq təsviri sənət sərgisi UNİFEM-in xüsusi proqramı çərçivəsində

2007- “52-ci Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya

2009- “53-cü Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya

Leyla Axundzadə respublikada və xaricdə çap olunmuş 40-dək elmi məqalənin, dərs proqlamlarının müəllifidir.

“XX əsr dünya təsviri incəsənəti” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur

Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Əməkdar İncəsənət Xadimi, tanınmış sənətşünas alim Leyla Axundzadənin “XX əsr dünya təsviri incəsənəti” kitabının təqdimatı keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ömrünün böyük bir hissəsini elmi-pedaqoji fəaliyyətə, incəsənətə həsr etmiş Leyla Axundzadənin bu kitabı XX əsr dünya təsviri incəsənətində baş verən əsas hadisələr, ən müasir bədii cərəyanlar və üslublar haqqında məlumat verir, dövrün ən görkəmli rəssamlarının yaradıcılığından bəhs edir. Kitab ali məktəb tələbələri üçün dərslik kimi, həm də mütəxəssislər, sənətşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Təqdimatı keçirilən kitab həm də vaxtsız dünyasını dəyişmiş görkəmli alim və gözəl insan Leyla Axundzadənin xatirəsinə hörmət əlaməti olaraq nəşr olunmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.