Press "Enter" to skip to content

İsa Musayev, Mətləb Əlizadə

Ələ keçirilən pulları öz ehtiyaclarına sərf etdiyini deyən F.Mollazadə törətdiyi əməldən peşman olduğunu deyib. Dövlətə vurulan zərərin 92,9 faiz hissəsini ödədiyini, uzun illər ərzində dövlət orqanlarında qüsursuz xidmət etdiyini, istintaq orqanı ilə əməkdaşlıq edərək əməlini səmimi etiraf etdiyini, ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və yaşının 60-dan yuxarı olduğunu nəzərə alaraq ona şərti cəza verilməsini xahiş edən F.Mollazadənin xahişi nəzərə alınıb.

MOLLAZADƏ VƏ ƏLİZADƏ NECƏ AZADLIQDA QALDI? – Elmar Məmmədyarov və Əli Abbasovun oxşar qurbanları.

Xəbər verdiyimiz kimi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatdı.

Hər iki şəxs vəzifədə olan zaman dövlət büdcəsindən ayrılan 2 milyondan artıq vəsaiti mənimsəmişdilər. Onların bu əməlləri videogörüntülər, şahid ifadələri və həmçinin özlərinin etirafları ilə sübuta yetirildi. Amma onlar zərərin böyük hissəsini ödəməklə həbsdən xilas ola bildilər.

Musavat.com xəbər verir ki, F.Mollazadə və S.Əlizadə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib. Səlim Əlizadə bütün tapşırıqları Mollazadədən alıb və faktiki olaraq fəaliyyət göstərməyən MMC-lər yaradaraq büdcədən ayrılan vəsaitləri həmin şirkətlərin hesabına köçürərək mənimsəyiblər.

Nağdalaşdırılan pulun 10 faizi Səlim Əlizadənin payına düşüb. 10 faizi isə Mollazadə özü götürüb və qalan məbləği də dediklərinə görə XİN-in digər xərclərinə sərf ediblər.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan etmişdi. İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınmışdı.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən adı çəkilən şəxslərin ofisində əməliyyat keçirildikdən sonra hər iki şəxs həbs edilmişdi. Amma 26 dekabr 2020-ci ildə onlar barəsində həbs qətimkan tədbiri ləğv olundu və onlar ev dustaqlığına buraxıldılar.

Burada xüsusi ilə qeyd etmək lazmdır ki, F.Mollazadə və S.Əlizadə ölkədə DTX tərəfindən həyata keçirilən “məmur əməliyyatları” zamanı həbs edildikdən sonra məhkəmənin istintaq dövründə azadlığa buraxdığı yeganə məmurlar oldular. Nəticədə də şərti cəza aldılar. Düzdür, zərərin 92.9 faizi ödənildi. Amma həbs edilən başqa məmurlar da var idi ki, zərəri tam olaraq ödəslər də azadlığa buraxılmadılar və törətdikləri cinayətə görə həbs cəzası da aldılar. Dövlətə vurduqları ziyanı ödəmək isə sadəcə yüngülləşdirici hal kimi nəzərə alındı.

Bildirək ki, F.Mollazadə məhkəmədəki etirafedici ifadəsində bütün cinayətlərini boynuna aldı.

F.Mollazadə ifadəsində göstərdi ki, 2004-cü ildə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri vəzifəsinə təyin edilib. Xidməti vəzifələrinə nazirliyin təsərrüfat, təmir, nəqliyyat sahəsində fəaliyyətinin təmin edilməsi, eyni zamanda xarici ölkələrdəki nümayəndəliklərin müəyyən ehtiyaclarının təmin edilməsi daxil olub.

Onun rəhbəri olduğu İşlər idarəsində ümumilikdə 4 şöbə olub. Səlim Əlizadə Təsərrüfat şöbəsinin müdiri olub.

Onun sözlərinə görə əsas yük Təsərrüfat şöbəsinin üzərinə düşürmüş. Səlim Əlizadənin rəhbərlik etdiyi şöbənin əsas fəaliyyəti Nazirliyin bütün idarələrini dəftərxana ləvazimatları, kompüter avadanlıqları, təsərrüfat malları ilə təmin edilməsi, Nazirlik tərəfindən keçirilən müxtəlif növ tədbirlərin təşkili edilməsi olub. Hə, bir də nazirliyə bahalı hədiyyələr almaq.

F.Mollazadə əlavə edib ki, Xarici İşlər Nazirliyinin tender komissiyasının sədri vəzifəsini də özü icra edib. Yəni, sistem elə qurulub ki, bütün pul işi Mollazadənin əlinin altında olub.

İkitərəfli müqavilələr əsasında köçürülmüş pulların müəyyən məbləğinin özünə qaytarıldığını etiraf edən Mollazadə bildirib ki, bu işlərə şəxsən Səlim Əlizadə nəzarət edib.

“Səlim Əlizadə uyğun olan və bizim təkliflə razı olan şirkətlər tapırdı. Həmin şirkətlər tenderlərdə qalib olurdu. Köçürülmüş pul vəsaitləri şirkət direktorları tərəfindən nağdlaşdırılaraq Səlim Əlizadəyə verilirdi. Direktorların da payı verildirdi. Səlim Əlizadənin mənə verdiyi pulun 10 faizini ona verirdim. 10 faizini özümə götürürdüm. Qalan hissəsi isə bir qayda olaraq Nazirliyin cari xərclərinə sərf olunurdu” , – F.Mollazadə əməllərini etiraf edərkən deyib.

F.Mollazadə məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən maliyyə yoxlaması və ibtidai istintaqla müəyyən edilən büdcə vəsaitlərinin artıq silinmə hallarının həqiqət olduğunu məhkəmədə təsdiq edib.

Sabiq idarə rəisi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı ofisində aşkar edilən 2041 manat, 500 manat, 2000 manat və 1000 dolların özünə məxsus olduğunu, seyfdəki 6500 manatın isə büdcədən oğurlanan pul olduğunu bildirib.

Ələ keçirilən pulları öz ehtiyaclarına sərf etdiyini deyən F.Mollazadə törətdiyi əməldən peşman olduğunu deyib. Dövlətə vurulan zərərin 92,9 faiz hissəsini ödədiyini, uzun illər ərzində dövlət orqanlarında qüsursuz xidmət etdiyini, istintaq orqanı ilə əməkdaşlıq edərək əməlini səmimi etiraf etdiyini, ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və yaşının 60-dan yuxarı olduğunu nəzərə alaraq ona şərti cəza verilməsini xahiş edən F.Mollazadənin xahişi nəzərə alınıb.

Prokuror F.Mollazadə və Səlim Əlizadənin həbs edilməsini, 7 il azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə onlara şərti cəza verdi.

Məhkəmədə həmçinin o da məlum oldu ki, dövlətə vurulan zərərin 167.932,02 manatı Səlim Əlizadənin payına düşsə də həmin məbləğ hələ də ödənilməyib. Bu məbləğin özü belə külli miqdar təşkil etdiyi halda Səlim Əlizadə şərti cəza aldı.

Bildirək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Safurə Əlizadənin atası, mərhum alim, professor Əbdül Əlizadənin oğlu, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadənin qardaşıdır. Safurə Əlizadə Sənaye və Energetika naziri olmuş mərhum Natiq Əliyevin gəlinidir.

F.Mollazadə isə XİN-də sabiq nazir Elmar Məmmədyarovun ən etibarlı adamlarından biri olub və əsas maliyyə işlərinə nəzarət edib. Onun bu qədər vəsaiti tək mənimsəməsi, tək də geri qaytarması real görünmür. Təbii ki, nazirlikdə maliyyə maxinasiyası qurmuş F.Mollazadə heç bir halda Elmar Məmmədyarovdan xəbərsiz iş görə bilməzdi.

F.Mollazadənin cinayət işi bilirsiniz hansı məhkəməni xatırlatdı? “Rabitə işi”ni yəqin ki, xatırlayırsınız. Həmin cinayət işi üzrə ləğv edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri həbs edilmişdi. Amma nazir Əli Abbasov azadlıqda idi. Necə ki, indi də Elmar Məmmədyarov azadlıqdadır.

O zaman “Rabitə işi”ndə kim günahkar kimi Əli Abbasovun adını çəkirdisə, sabiq nazir həmin şəxslərin dövlətə vurduğu zərəri özü ödəyirdi. Ödəyirdi ki, adı bu işdə hallanmasın. Həmin işdə dövlətə vurulan zərərin miqdarı 40 milyondan çox idi. Zərərin böyük hissəsi ödənildi. 11 nəfəərdən 5-i məhkəmə zalından şərti cəza ilə azadlığa çıxdı. Nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərləri isə 14 ilə qədər həbs cəzası alsalar da Bakı Apelyasiya Məhkəməsi onların cəzasını 3-4 ilə qədər endirdi. Cəzlarının 2/3 çəkməklə azadlığa çıxdılar.

Şərhlər

orxan 2022-01-08 21:46:43

Onların azad olunmalarının səbəbi təmsil olunduqları klanlardır.Araşdırsanız bəlli olar.

köhnə 2022-01-04 10:04:48

Bu xarabada ƏDALƏT YOXDUR.

RR 2022-01-04 09:01:14

mehkeme komedixana ))))Derdeee

RR 2022-01-04 02:12:44
Xalafova dair 2022-01-03 23:04:20

Elmar Mammedyarovlar gedecek, Ceyhun Byaramovlar gələcək, amma Xarici İşlər Nazirliyindəki beşinci koloniya öz işini davam edəcək. Baxın, nazirlər gəlir, nazirlr gedir, amma onunların müavinləri Xalafovlar, Azimovlar yerlərində qalırlar. Bunlar hətta özləri ətrafında mif və əsatirlər də qura biliblər, guya ki, xalafovdan başqa Azərbaycanda başqa beynəlxalq hüququ bilən-zad yoxmuş, əlbət ki, bu həqiqətdən uzaqdır. Xalafovun təhslinə diqqət yetrisək, görərik ki, O, Kiyev Universitetinin qiyabisini bitirib. Kiyevə də qardaşı rəhmətlik Abuzər müəllimin sayəsində gedib-cıxıbmış. Gəlin, Azərbaycan xarici siyasətinin keçən illərinə nəzər salaq: Xalafov Azərbaycanın diplomatiya tarixində hansı uğura imza atıb? Cənab Xələfov Xəzəri bölə bilmədi, sərhədləri də deqiqləşdirməyi bacarmadı. Bacardığı isə heç kimə lazım olmayan bir-birindən köçürülmüş ikitərəfli müqavilələrdir ki, onlarından heç çoxu işləmir və aktual əhəmiyyətə malik deyildir. Amma Xalafovun çox mühüm bir keyfiyyəti vardır, nazirlikdəki rusiypərəstlər və erməni kökənlilər ona ocağının işığına toplaşıblar. Yaxşı, Mammedyarovu anladıq, o Rusiyanın adamı idi və rusiyanın adamı olan digər bir şəxsi, yəni Xalafovu da dəstəkləməsi başa düşülən idi. Bəs Ceyhun Bayramova nə olub. Məgər Bayramov Xalafovun kim olduğunu bilmir.

Texmin 2022-01-03 19:02:18

Gələ prokuror apelyasiya verə , o mehkəmə bunlara ilkin instansiyada tələb olunan cəzanı şəpləyə bu iki immun sistemli göyçəyə)) onda olar ədalət məhkəməsi

Gəray 2022-01-03 16:04:12

Bayramov Təhsil nazirliyində nə edib ki, burada edə. .

RAHİM 2022-01-03 14:56:44

GÖRƏSƏN AZƏRBAYCANDA NƏ VAXT ƏDALƏTLİ CƏMİYYƏT VƏ MƏHKƏMƏ QURULACAQ?

miri 2022-01-03 14:00:16

Admin müəllim yazdığımız rəylər təkcə (bəzi rəsmi qurumlarda da oxunur) Sizin oxumağınız üçün deyil. İctimai fikiri catdırmaq üçündür ki, bəlkə nə isə yaxşıya dəyişə. O da cətin.(

Qaranlıq dünyadan salamlarla 2022-01-03 13:09:29

hörmətli redaksiya, ELmar mammedyarovun dəyişməsi ilə Azərbaycan Xarici İşlər Nazirliyində çox şey dəyişməmişdir. Necə deyərlər, köhnə hamam, köhnə tas. elə həmin köhnə korrupsioner məmurlar. satqın diplomatlar. rusiyapərəst insanlar. erməni kökənli dövlət qulluqçuları. Ceyhun Bayramovun reform siyasətinin iflasa uğradığını təsdqiləyə bilərik. Azərbaycan ordusunda baş verən cinayətlərin bənzəri elə xarici işlər nazirliyində baş verir. nazir müavinləri klan başçılarına, deyərdim ki, hətta ibtidai icma quruluşundakı qəbilə başçıları səviyyəsinə qədər deqradasiya ediblər. Nazir Bayramov da bunları bilməmiş və görməmiş deyildir, amma bu vəziyyətin dəyişdirilməsi üçün də heç nə etmir, demək Ceyhun Bayramov ya gücsüzdür, yada özü də belə rüsvayçı durumun saxlanılmasında maraqlıdır. Bu qurum üzərində ictimai nəzarəti gücləndirmək gərəkdir, ümid ictimaiyyətə və azad mətbuata qalıb. Xahiş edirik baxasınız.

miri 2022-01-03 12:30:17

. “Harama haram qatan”lar isə bagışlanmlr. Bu məbləğ alınmalı vəya həmən şəxs məhv edilməlidir ki, digərlərinə görə oldun. Bu qeder sadə, vəssalam.

Bakılı 2022-01-03 12:06:10

Bələdiyyənin nümayəndəsi sekkiz yüz manata görə real cəza aldı həmin məhkəmədə, bunlar xüsusi immunitetə malik olanlardır? Nə yazasan, kimə , hara yazasan?

Amil 2022-01-03 12:05:56

Onlar adlıqları rüvəti ödədikdə cinayətkar hsab olunmurlar? Bu necə qanun ola bilər? Əslində isə qanunun tələb etdiyi kimi onlara rüşvət verənlər də müəyyən edilməli və cəzalandırılmalı idilər.Məgər aldıqları rüşvəti dövlətə ödəmək cinayətdən azad edir?Bu necə məhkəmədir.Yəqin burada Moııazadənin qohum deputatın işə qarıması işə yarayıb.

İsa Musayev, Mətləb Əlizadə

Giriş
Müasir dünya günbəgün virtuallaşmaqdadır. Yəni bu günədək həlli mümkün
olmayan məsələlərin həlli mümkün olmaqdadır. Bu prosesin təməlində kompüterləşmə və
informatlaşma dayanır.
Taxıl, polad, elektrik kimi, kompüter də İnsan həyatının ayrılmaz tərkib hissəsinə
çevrilməkdədir. Bütün dünya ölkələri bu prosesin içində yeni məzmun kəsb edən
mövcudluq formasına keçməkdədir.
Fizika, kimya, biologiya kimi fundamental təbiətşünaslıq elmlərindən biri olan
―İnformatika‖nın meydana gətirdiyi kompüter texnikası bəşəriyyətə informasiya-kommu-
nikasiya texnologiyalarından (İKT-dən) bəhrələnmək imkanı yaratmışdır.
Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu
kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl
qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə etməyə
çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri
İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.
Bu baxımdan, İnformatika elminin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır.
İnformatikanın ümdə məqsədi alqoritmik mədəniyyət formalaşdırmaqdır. Bu isə yeni
düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək, ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanı-
nın reallaşması deməkdir.
İnformatika, Cəmiyyətin istifadəsinə təqdim etdiyi təməl ideyalar və prinsiplər
əsasında yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən
hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.
İnformatika təlimi get-gedə konkret aparat-proqram vasitələrinin xarakteristikasını
arxa plana keçirməli və əsas diqqəti təməl ideyaların və prinsiplərin şərhinə yönəltməlidir.
Maddə, enerji və informasiya təbiətin təməl mahiyyətləri sayılır. Maddə və enerjinin
dünyəvi və bəşəri rolu çoxdan dərk edilsə də, canlı və cansız təbiətdə informasiyanın rolu
xeyli gec başa düşülmüşdür.
Maddə, enerji və informasiya kimi təməl mahiyyətlərin insana xidmət etməsində ən
ümumi elmi instrument olan riyaziyyatın mühüm rolu vardır. İnsanın əldə etdiklərinin
əksəriyyəti riyazi metodların tətbiqi ilə mümkün olmuşdur. Min illərdən bəri istifadə

3
edilən riyaziyyata nisbətən informatika olduqca gənc elm olub son bir-neçə on illik tarixə
malikdir. Buna baxmayaraq, informatika riyaziyyat və digər elm sahələrini bəşəriyyətin
həyatına daha dərin nüfuz etdirərək daha dərin dəyişikliklər törədə bilmişdir. Bu
dəyişikliklərin olduqca böyük müsbət cəhətləri olsa da, təhlükəli tərəfləri də yox deyildir.
Odur ki, informatikanın tədrisi həm də informatikanın yaratdığı imkanlardan ağılla və
ehtiyatla istifadə edilməsi məsələlərini əhatə etməlidir.
Dərs vəsaiti 8 bölmədən ibarətdir.
Birinci bölmə

―İnformatikanın obyekti, predmeti və metodu‖ adlanır. Burada
Dünyanın maddi-enerji və informasiya mənzərəsi, təbiətdə və cəmiyyətdə informasiyanın
yeri və rolu, informatlaşdırmanın aparat və proqram aspektləri, informasiya cəmiyyəti və
informatikanın predmeti və metodu barədə ardıcıl və yığcam məlumat verilərək müasir
dövrün ümumi informasion anlamı barədə bitkin təsəvvür yaratmağa cəhd edilmişdir.
İkinci bölmə ―İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası‖ adı altında
verilmişdir. Dərs vəsatinin ikinci bölməsində ―İnformasiya‖nın təməl elmi anlayış olması,
onun fizikada, biologiyada, kibernetikada və informatikada mənalandırılması müxtə-
lifliklərinin səbəbləri, informasiyanın kəmiyyət xarakteristikaları, təqdimatı və
kodlaşdırılması məsələləri araşdırılmışdır.
Üçüncü bölmə ―İnformasiya emalının texniki vasitələri‖ adlandırılmışdır. Bu
bölmədə ədədi informasiya emalı qurğuları və informasiya emalının instrumental
vasitələrinin inkişafı, fərdi kompüterlərin aparat təminatı, informasiyanın kompüter
yaddaşında təsviri, kompüterin təşkili və fəaliyyəti yığcam şəkildə nəzərdən keçirilmişdir.
Dördüncü bölmə ―Kompüterin hesabi və məntiqi əsasları‖na həsr edilmişdir.
Dördüncü bölmədə ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi,
məntiqin əsasları və kompüterin məntiqi əsasları, ədədi, mətni, qrafik və səs
informasiyasının kompüterdə təqdim və təsviri öz əksini tapmışdır.
Beşinci bölmə ―İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları‖
adlanır. Bu bölmədə alqoritmləşdirmənin əsasları və proqramlaşdırma, o cümlədən, Visual
Basic və VBA dillərində proqram layihələrinin hazırlanmasına nümunələr verilmişdir.
Altıncı bölmə ―Kompüter sistemlərinin proqram təminatı‖nı özündə əks etdirir.
Altıncı bölmədə kompüter sistemlərinin proqram təminatının tipologiyası, sistem proqram
təminatı, o cümlədən əməliyyat sistemləri, proqramlaşdırma texnologiyalarının instru-
mentariyası və tətbiqi proqram təminatı, o cümlədən, tətbiqi proqram təminatına

4
nümunələr kimi mətn redaktoru, elektron cədvəllər və qrafik redaktor barədə yığcam
məlumat öz əksini tapmışdır.
Yeddinci bölmə ―Kompüter şəbəkələrinin arxitekturası‖ adlanır. Dərs vəsaitinin
yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri
şərh edilmişdir.
Səkkizinci bölmə ―İnformasiya sistemləri və texnologiyaları‖na həsr edilmişdir.
Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya-
ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları
şərh edilmişdir.

5
Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu

1.1 Dünyanın maddi-enerji mənzərəsi. Fizika və kimyanın təsvir etdiyi dünya
mikro, makro və meqa aləmlər iyerarxiyasından ibarətdir. Bu təsvirə görə, Kainat maddi-
enerji mahiyyətli varlıqdır. Bu varlıq elementar zərrəciklərdən qalaktikalaradək, bioloji
sistemlərdən insana, cəmiyyətə və texnikayadək son dərəcə mürəkkəb strukturlar
iyerarxiyasıdır.
1.2 Dünyanın informasiya mənzərəsi. Bizi əhatə edən aləm maddi-enerji mahiyyətli
olsa da onun informasiya təsviri daha əhəmiyyətlidir. Çünki müxtəlif təbiətli mürəkkəb
sistemlərin qurulması və fəaliyyət göstərməsi yalnız informasiya aspektində izah edilə
bilir. Bu aspekt əvvəlcə kibernetikada, sonra isə biologiyada tədqiqat təməli kimi
seçilmişdir. 20-ci əsrin sonlarından etibarən isə bu təməl üzərində dünyanın informasiya
mənzərəsi yaradılmışdır. Beləliklə, informasiya mənzərəsi dünyanın maddi-enerji
mənzərəsini tamamlamışdır.
1.3 İnformasiya təbiətdə. Termodinamikanın ikinci qanununa görə, qapalı sistemə
kənar təsir olmadıqda həmin sistem termodinamik tarazlığa can atır. Yəni quruluş dağılır,
qaydasızlıq, xaos yaranır. Qaydasızlıq ölçüsü olan entropiya artır, sahmanlılıq ölçüsü olan
neqentropiya
1
azalır. Bu baxımdan, Kainatı ―istilik ölümü‖ deyilən fəlakət gözləyir. Lakin
sonrakı tədqiqatlar bu təhlükənin əsassız olduğunu sübut etmişdir. Belə ki, təbiətdə gedən
proseslər bir istiqamətli deyil, dissipativ xarakterlidir, yəni bir-birinə qarşı gedən iki
istiqamətli proseslərdir. Çünki yalnız bütövlükdə Kainat mütləq bütöv qapalı sistemdir,
qalan bütün sistemlər hissəvi açıq sistemlərdir. Odur ki, Kainatın tərkibi və quruluşu daim
dəyişmədə, mütəmadi inkişafda mövcuddur. Lakin inkişaf heş də həmişə tərəqqi
anlamında başa düşülən deyil. Belə ki, inkişaf tərəqqi, durğunluq və tənəzzül şəklində
təzahür edən prosesdir. Yalnız tərəqqi halında informasiya artır. Durğunluq və tənəzzül
hallarında isə entropiya artır. Kainatın vacib tərkib hissələrindən biri olan canlı aləm hələ
ki sadədən mürəkkəbə doğru inkişafda olduğundan, burada entropiya daim azalmaqda,
informasiya isə artmaqdadır.
Artıq sübut olunmuşdur ki, informasiyanın alınması və emalı canlı orqanizmin həyat
fəaliyyəti üçün əsas şərtdir.

6
1.4 Canlı təbiət və informasiya. Canlı aləmin əsas və başlıca əlamətlərindən biri
müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal
etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır.
Canlılar informasiyanı təkcə qəbul etmir, həm də ətrafa informasiya ötürə bilir.
İnformasiya hiss üzvləri vasitəsilə dərk edilir ki, bunların da hər biri ayrıca informasiya
daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya
ötürən ixtiyari maddi mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat
fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən
mükəmməl informasiya mübadiləsi üsuludur ki, bunun da tarixi milyon ilə yaxındır.
İnformasiya mübadiləsi dedikdə, məzmununa məhəl qoyulmadan xəbər ötürmə və ya
qəbuletmə prosesi nəzərdə tutulur. İnsanın danışıq dili, ilk növbədə, informasiya
mübadiləsi funksiyasını icra etsə də, bununla yanaşı, bilik toplanmasının da mühüm
vasitəsi kimi çıxış etməkdə idi. Bilik – predmet və hadisələrin dərk edilmiş və yadda
saxlnılmış xassələri, əlaqə və münasibətləri sistemidir. İnformasiya mübadiləsi hiss
üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir. Bu
baxımdan, bəşər tarixi həm də bilik toplanması tarixidir. İnsanın inkişafı informasiyanın
qəbulu, saxlanması, emalı və ötürülməsinin vasitə və üsullarının inkişafı ilə birbaşa
bağlıdır.
1.5 Genetik informasiya. İstənilən canlı orqanizm, o cümlədən, insan irsi ötürülən
genetik informasiya daşıyıcısıdır. Genetik informasiya hüceyrəni təşkil edən DNK
molekullarının ayrı-ayrı hissələrində (genlərdə) saxlanır. Hər bir gen orqanizmin müəyyən
quruluş və fəaliyyət sahəsinə cavabdehdir. Orqanizmin təşkili səviyyəsi genlərin sayı ilə
müəyyən edilir. İnsan orqanizmində 20 mindən artıq gen vardır.
1.6 İnsan və informasiya. İnsan informasiya dünyasında yaşayır. O, ətraf aləmi öz
hiss üzvləri vasitəsilə informasiya alaraq dərk edir. Aldığı informasiyanın 90%-ni görmə
hissi ilə, 9%-ni eşitmə, 1%-ni digər
2
hiss üzvləri ilə əldə edir. Hiss üzvləri ilə aldığı infor-
masiyanı insan yaddaşında saxlayır. İnsan təfəkkürü (düşüncəsi) beyində gedən
informasiya emalı prosesi kimi təsəvvür edilir. İnsan təfəkkürü dünyanın informasiya
modelini yaradır.

iybilmə, dadbilmə və lamisə (dəri)

7
İnformasiyanın alınması, saxlanması, emalı və ötürülməsi ilə bağlı proseslərə
informasiya prosesləri deyilir.
1.7 İnformasiya və cəmiyyət. İnsanlar arasında ünsiyyət informasiya mübadiləsi
şəklində baş verir. İnformasiya mübadiləsi yazılı, şıfahi və jestlərlə həyata keçirilə bilir.
İnformasiya dil vasitəsi ilə ötürülür. İnformasiyanın başa düşülməsi üçün dil ümumi
olmalıdır. Dillərin çoxluğu informasiyanın ötürülməsi imkanlarını genişləndirir və seçim
imkanlarını artırır. İnsan cəmiyyəti tarixinə, müəyyən mənada, informasiyanın yığılması
və emalı tarixi kimi baxmaq mümkündür. Dərketmə prosesi informasiyanın alınması,
saxlanması və emalı proseslərinin məcmusudur. Alınmış informasiya müxtəlif
daşıyıcılarda (saxlayıcılarda), kitablarda, audio-video kassetlərdə, maqnit və lazer
disklərində saxlanır.
Kompüterlərin vahid qlobal İnternet şəbəkəsində əlaqələndirilməsi bəşər tarixi
ərzində yığılıb toplanmış informasiyaya hər bir şəxsin müraciət edə bilməsini mümkün
etmişdir.
1.8 İnformasiya prosesləri texnikada. İnformasiya prosesləri təbiətə, insana və
cəmiyyətə xas olduğu kimi, texnikaya da xasdır. Texniki qurğuların normal fəaliyyəti
idarəetmə prosesləri ilə bağlıdır ki, bu da mahiyyətcə, informasiyanın alınması,
caxlanması, emalı və ötürülməsi proseslərinin məcmusundan ibarətdir. Bəzi hallarda
idarəetmənin əsas ağırlığını insan öz üzərinə götürməli olur. Digər hallarda idarəetmə sırf
maşının işidir.
1.9 İnformatlaşdırmanın aparat və proqram vasitələri. İnformasiyanı rəqəm forma-
sında kodlaşdıran, emal edən, saxlayan, ötürən xüsusi texniki qurğular, kompüter, printer,
skaner, modem və s. yaradılmışdır. Bu qurğular informatlaşdırmanın aparat vasitələridir.
İnformatlaşdırma dedikdə, müxtəlif profilli mütəxəssislərin peşəkar fəaliyyətində, tədrisdə,
elmi-tədqiqatda, idarəçilikdə, inzibatşılıq fəaliyyətində, məişətdə, asudə vaxtda müasir
informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.
İnformasiyanı avtomatik emal edən universal vasitə kompüterdir. Kompüter müxtəlif
təyinatlı, müxtəlif funksiyaların icrasına imkan verən proqramlar vasitəsi ilə idarə olunur.
Proqram dedikdə, ən ümumi halda, icraçıya aydın olan formada yazılmış xüsusi əməllər
ardıcıllığından ibarət olan fəaliyyət planı başa düşülür. Xüsusi halda, icraçı dedikdə,
kompüter nəzərdə tutulur. Kompüter proqramları məcmusuna proqram təminatı və ya
informatlaşdırmanın proqram vasitələri deyilir.

8
1.10 İnformasiya və kommunikasiya texnologiyaları. Kompüterdə mətn redaktoru-
nun köməyi ilə sənəd hazırlamaq üçün mətn informasiyasının emalı texnologiyasından,
qrafik redaktordan istifadə etməklə şəklin redaktə edilməsi üçün qrafik informasiyanın
emalı texnologiyasından, elektron cədvəllərdən istifadə etməklə müxtəlif hesablamaların
aparılması üçün isə ədədi informasiyanın emalı texnologiyasından istifadə edilir.
İnformasiya modellərini tədqiq edərkən alqoritmlər hazırlamaq və onları proq-
ramlaşdırma dillərində kodlaşdırmaq lazım gəlir ki, bu da əslində proqramlaşdırma
texnologiyasından istifadə etmək deməkdir.
Lazımi informasiyanın qlobal kompüter şəbəkəsi olan İnternetdə axtarılması və əldə
edilməsi kommunikasiya texnologiyalarından istifadə edilməsini tələb edir.
Beləliklə, İnformasiya və kommunikasiya texnologiyaları dedikdə, cəmiyyətdə
istifadə edilmək üçün informasiyanın yığılması, saxlanması, emal edilməsi və yayılması
ilə bağlı olan metodlar, qurğular və istehsal prosesləri məcmusu başa düşülür.
1.11 İnformasiya cəmiyyəti. Fərdi kompüterlərin kütləvi istehsalı və İnternetin
misilsiz sürətlə genişlənməsi inkişaf etmiş dünya ölkələrində informasiya cəmiyyətinin
bərqərar olmasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir. İnformasiya cəmiyyətində əsas
resurs informasiyadır. İstənilən fəaliyyəti yalnız informasiyanın köməyi ilə səmərəli etmək
mümkündür. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi informasiyanın emalı
sferasında məşğul olur, gündəlik həyatında və istehsal fəaliyyətində informasiya və
kommunikasiya texnologiyalarından istifadə edir.
İnformasiya cəmiyyətində yaşamaq və fəaliyyət göstərmək üçün informasiya
mədəniyyətinə yiyələnmək tələb olunur. İnformasiya mədəniyyəti dedikdə, informasiya
texnologiyalarından istifadə bacarığı və bu sferadakı hüquqi və etik normalara əməl etmək
səviyyəsi nəzərdə tutulur.
1.12 İnformatika. Dünyanın tədqiqinə informasiya yanaşması informatika çərçivəsin-
də həyata keçirilir.
―İnformatika‖ termini fransızca İnformatique sözündəndir. Bu, informasiya
avtomatika sözləri əsasında yaradılmışdır. Odur ki, informatika, ilk növbədə, infor-
masiyanın avtomatik işlənməsi mənasını ifadə edir. Lakin hal-hazırda informatika dedikdə,
əsasən, informasiyanın avtomatlaşdırılmış işlənməsini, yəni insanın iştirakını nəzərdə tutan
informasiya texnologiyasını reallaşdıran texniki və proqram vasitələrinin yaradılması və
istismarı ilə bağlı ideya və metodlar sistemi nəzərdə tutulur.

9
İnformatikaya verilən bəzi təriflərlə tanış olaq:
İnformatika – informasiya və informasiya prosesləri, informatlaşdırmanın aparat və
proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları və həmçinin, informat-
laşdırma proseslərinin sosial aspektləri haqqında kompleks elmdir.
İnformatika

– hesablayıcı texniki vasitələrin köməyi ilə verilənlərin yaradılması,
saxlanması, təkrar istehsalı, emalı və ötürülməsi, həmçinin həmin texniki vasitələrin
fəaliyyəti və idarə edilməsi prinsipləri haqqında kompleks texniki elmdir.

İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi
ilə onun yaradılması, saxlanması, axtarışı, dəyişdirilməsi və istifadə edilməsi qanuna-
uyğunluqlarını və üsullarını öyrənən elmdir.
İnformatika – ixtiyari
3
təbiətli obyektlərdəki informasiya və onun elektron vasitə-
lərin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir.
İnformatika – təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı
olan informasiya prosesləri haqqında elmdir.
İnformatika – informasiyanın ümumi xassələri və qanunauyğunluqları, həmçinin,
informasiyanın axtarışı, ötürülməsi, saxlanması, emalı və insan fəaliyyətinin müxtəlif
sferalarında istifadə edilməsi metodları haqqında elmdir. Bu, elm kimi, EHM-in meydana
gəlməsi nəticəsində formalaşmışdır. Başqa sözlə, informatikanın yaranması verilənlərin
maşın daşıyıcılarında qeyd edilməsi, yığılması, emalı və ötürülməsi ilə bağlı olan yeni
informasiya texnologiyalarının meydana gəlməsi və yayılması ilə şərtlənmişdir.
İnformatikanın tərkibinə: informasiyanın kodlaşdırılması nəzəriyyəsi, proqram-
laşdırma dilləri və metodlarının işlənib hazırlanması, informasiyanın ötürülməsi və emalı
proseslərinin riyazi nəzəriyyəsi daxildir.
Bu təriflər göstərir ki, informatikanın fəaliyyət dairəsi ―kompüter haqqında elm‖
olmaqdan daha genişdir.
Beləliklə, informatikanın obyekti – informasiya prosesləri, predmeti – bu proseslərin
substratı olan informasiyanın emalı, metodu isə sözügedən emal prosesinin səmərəli
4

texniki, bioloji, sosial

10
Bütün bu deyilənlər göstərir ki, İnformatika, ilk növbədə, yeni məsələlərin həllini,
ikinci növbədə isə ənənəvi məsələllərin yeni qoyuluşda həllini gerçəkləşdirməyə dair
biliklər sistemidir.
İnformatikanın predmetini aşağıdakılar təşkil edir:
-hesablayıcı texniki vasitələrin aparat təminatı;
-hesablayıcı texniki vasitələrin proqram təminatı;
-aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələri;
-insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələri.
Qarşılıqlı fəaliyyət vasitələri informatikada interfeys adlandırılır. Buna görə də
aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələrinə aparat-proqram
interfeysi, insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələrinə isə
istifadəçi interfeysi deyilir.
İnformatika elminin əsas məsələsi hesablayıcı texniki vasitələrin aparat və proqram
vasitələri ilə işin qayda və metodlarını sistemləşdirməkdən, sistemləşdirmənin məqsədi isə
qabaqcıl və səmərəli texnologiyaların seçilməsindən, tətbiqindən və inkişaf etdirilməsin-
dən ibarətdir.
İnformatika praktiki elmdir. Bu o deməkdir ki, informatikanın nailiyyətləri təcrübədə
yoxlanılır və səmərəlilik kriterisi üzrə qiymətləndirilərək tətbiq edilir. Bu baxımdan,
informatikanın əsas məsələsinin tərkibində aşağıdakı əsas istiqamətləri ayırırlar:
-hesablayıcı sistemlərin arxitekturası (verilənlərin avtomatik emalı üçün nəzərdə
tutulmuş sistemlərin yaradılması qaydaları və metodları);
-hesablayıcı sistemlərin interfeysləri (aparat və proqram təminatlarının idarə edilməsi
qaydaları və metodları);
-proqramlaşdırma (məsələ komplekslərinin işlənib hazırlanması qaydaları və
metodları);
-informasiyanın qorunması (verilənlərin qorunması priyomlarının ümumiləşdirilməsi,
mühafizə metodları və vasitələrinin işlənib hazırlanması);
-avtomatlaşdırma (aparat-proqram vasitələrinin insan müdaxiləsi olmadan fəaliyyət
göstərməsi);
-standartlaşdırma (aparat və proqram vasitələri arasında və müxtəlif hesablayıcı
sistem tiplərinə aid olan verilənlərin təsviri formatları arasında uyuşanlığın təmin
edilməsi).

11
İnformasiya proseslərinin texniki təminatının bütün mərhələlərində informatika üçün
əsas məsələ səmərəlilik məsələsi olmuşdur. Aparat vasitələri üçün səmərəlilik dedikdə,
məhsuldarlığın dəyərə nisbəti nəzərdə tutulur. Proqram vasitələri üçün səmərəlilik
istifadəçinin məhsuldarlığını ifadə edir. Proqramlaşdırmada səmərəlilik dedikdə, vahid
vaxt ərzində proqramçının hazırladığı proqram kodunun həcmi nəzərdə tutulur.
İnformatikada hər şey ciddi şəkildə səmərəliliyə yönəldilmişdir. İnformatika üçün bu və ya
digər əməliyyatın necə icra edilməsi əsas olmasa da, vacibdir. Əsas məsələ odur ki,
verilmiş əməliyyatı necə icra etməli ki, səmərəli olsun.

Əli Abbasov işdən çıxarıldı

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YTP) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.

BAKU.WS-in məlumatına görə, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib.

O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, indiyədək “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru postunu Əli Abbasov tuturdu.

Comments are closed, but trackbacks and pingbacks are open.