Press "Enter" to skip to content

Əli bəy hüseynzadə faiq qəzənfəroğlu

�� Bir müddət sonra Əlibəy Hüseynzadə Türkiyəyə gedir və orada Rusiyada aldığı təhsilin tanınmaması üçün ikinci təhsili almaq məcburiyyətində qalır. İstanbulun Darülfünunda əsgəri-tibbiyə fakültəsinin dermatoloq ixtisası üzrə təhsil alır və elə həmin vaxtda da yüzbaşı hərbi rütbəsini qazanır. “Qırmızı Aypara ” Cəmiyyəti heyətinin tərkibində 1897-ci ildə İtaliyaya səfər edən Əlibəy üç ildən sonra qayıdaraq, İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professorun köməkçisi vəzifəsinə təyin olunur . Əlibəy Hüseynzadə siyasi hadisələrdən kənarda qala bilmirdi . Hər gün baş verən siyasi dəyişikliklər nəhayət, onun da inqilabçı gənc türklər hərəkatına qoşulmasına şərait yaradır. ” İnqilab və tərəqqi” partiyasının yaranmasında başlıca rolu olan Əlibəyə qarşı təqiblər başlayır.

Eli Bey Huseynzade – Wikipedia

Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) ( 24 fevral 1864 , Salyan – 17 mart 1940 , Üsküdar , İstanbul ili ) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır.

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Yaradıcılığı
  • 4 Ümumtürk ədəbi dili konsepsiyası
  • 5 Azərbaycan Xalq Cümhuriyyəti haqqında
    • 5.1 Əsərləri

    Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dindar bir ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. [4] [5] Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. [6] Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.

    Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. [7]

    Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır. [7]

    Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdur. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir. [7]

    Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, “Turan” adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir. [7]

    Əli bəy Hüseynzadənin Qaracaəhməd məzarlığındakı qəbri

    1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “xalqçılar” hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

    Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

    Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. [8]

    Şeyxülislamın portreti, Hüseynzadənin çəkdiyi portret

    Nəslin ilk bilinən nümayəndəsi şeyxülislam Axund Əhməd Salyanidən qabaq 39 il Qafqaz şeyxülislamı olmuş Axund Məhəmmədəli Salyanidir (1791–1852). Məhəmmədəlinin qardaşı Əlidən Axund Əhməd Salyani (1812–1884) dünyaya gəlib.

    Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi “Azərbaycanlı ailəsi” tablosunda təsvir olunan yaşlı qadın məhz Nisə xanımdır. Şeyxülislam Axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır. Axund Əhmədlə Hüsniyyənin iki qızı vardı: Xədicə və Fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurmuşdu. Kazım Hüseynzadənin Axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir.

    Əli bəy Hüseynzadə özünün yazdığına görə “24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində” yerləşən Salyan şəhərində anadan olub. Atası “Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə” anası “Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır”.

    Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.

    1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. “Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı” (Ə.Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. “Qızım Saida Liondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda “Kabataş qız lisesində matematik müəllimidir” (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur. Qızı Feyzavər Alpsar 2020-ci ildə 101 yaşında İstanbulda dünyasını dəyişib. [9]

    Qardaşı İsmayıl Hüseynzadə 1868-ci il martın 17-də Salyanda anadan olub və 1941-ci ildə sürgün edildiyi Qazaxıstanda 1943-cü ilin qışında dünyasını dəyişib. İsmayıl bəy də Əli bəy kimi əvvəlcə ruhani idarəsinin yanındakı məktəbdə, sonra Tiflis Gimnaziyasında təhsil almışdı. Tiflis 1 saylı Gimnaziyasının direktoru Markovanın imzaladığı 2 yanvar 1889-cu il tarixli arayışda bildirilir ki, İsmayıl Hüseynzadə gimnaziyaya 1878-ci ildə daxil olub və 1889-cu ildə nənəsinin xahişinə əsasən təhsilini yarımçıq qoyaraq gimnaziyadan azad edilsə də, ona məktəbi bitirən digər gimnazistlərin malik olduğu səlahiyyətləri veriblər. İsmayıl Hüseynzadə 1925-ci ilə kimi Salyan 1 saylı ikinci dərəcəli Müttəhid Zəhmət Məktəbində dərs demişdi və məktəb pedaqoji şurasının katibi olmuşdu. İsmayıl Hüseynzadə xalası Fatmanın qızı Mina xanımla ailə qurmuşdu. Bu evlilikdən Sultan Hüseynzadə, Azərbaycan Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri Bəhram Hüseynzadə, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında təhsil almış Firidun Hüseynzadə və Bakı Sənaye İnstitutunu bitirmiş Şəmsəddin Hüseynzadə dünyaya gəlmişdi. [10]

    Yaradıcılığı

    Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

    Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır. [11] Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana “ağır başlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır.

    Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:

    • Həqiqətin də dadı və ləzzəti var.
    • Hürriyyət. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor.
    • Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər…
    • Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.
    • Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur…

    “Bibi-Heybət məscidi”, Hüseynzadənin çəkdiyi tablo

    XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

    “Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

    Əli bəy Hüseynzadənin İslam–Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazmışdır: Bu üçlü görüş daha öncə bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş və müdafiə edilmişdir. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı. [7]

    Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapmışdır: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxardı. Fəqət Əli bəy Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir. Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu “Yalavaç” adlandırmışdır. “Yalavaç” sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır. [7]

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

    Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. [7]

    Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

    Ümumtürk ədəbi dili konsepsiyası

    Nəşrinin ilk sayından sonra “Həyat”ın dili müzakirə obyektinə çevrildi və bu açıq-aşkar polemikalara gətirib çıxardı. Dil məsələlərində Əli bəy Hüseynzadənin özünün baxışları vardır ki, bu yanaşma sistemi ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə idi. Təsadüfi deyildi ki, ümumtürk dil birliyinin ideoloqu olan “Tərcüman”ın baş redaktoru İsmayıl bəy Qaspıralı “Həyat” qəzetini “Tərcüman”ın varisi hesab edirdi. İsmayıl bəy Qaspıralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün Əli bəy Hüseynzadə ümumtürk ədəbi dilin qaydalarının işlənib hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Əli bəy Hüseynzadəyə görə, ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, fikrini əsaslandıraraq yazırdı: [12]

    Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur.

    Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspıralı kimi dünyada yaşayan türklərin ortaq dilini, imperiyaa dili məqamına yüksəliş Osmanlı türkcəsi olmasını qəbul edirdi. Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: [12]

    Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim, çayi-tərəddüd deyil bu yer.

    Qeyd edək ki, “Həyat”ın səhifələrində İsmayıl bəyin dil məsələsində tutduğu mövqeyi müdafiə edənlərin sırasında Krım türklərinin nümayəndələri də var idi. H.S.Ayvazovun, S.İbrahimovun, Bəkir Əməkdarın məqalələrini xatırlamaq kifayətdir ki, bu müəlliflər də Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını qəbul edirdilər. Ümumiyyətlə, türk dilinin yaradılması ideyası “İttihadi-Tərəqqi” Cəmiyyətinin qarşısında dayanan vacib məsələlərdən biri idi. Bu cəmiyyətin qurucularından biri kimi təbii ki, Əli bəy Hüseynzadə də bu ideyanın nəinki tərəfdarı, bu işi həyata keçirənlərdən hesab edilirdi. XX əsrin əvvəllərində İstanbuldan “İttihadiTərəqqi” Cəmiyyətinin Qafqaz bürosuna göndərilən məktubda deyilirdi: [12]

    Qafqazda hüquqi-islamiyyənin müdafiəsi yolunda Osmanlı türkcəsinin nəşriyyatlarda və məktəblərdə qəbul olunmasını hamılıqla alqışladıq.

    Təbii ki, ümumtürk ədəbi dil konsepsiyasını qəbul etməyən cinahda da dövrün tanınmış maarifçi-ziyalıları, ədibləri dayanırdılar. Firudin bəy Köçərli Əli bəy Hüseynzadənin “Həyat” qəzetinə gətirdiyi ümumtürk dili ideyasını qəbul etmir, buna ciddi etiraz edirdi. Hətta Firudin Köçərli məqalələrinin birində yazmışdı: [12]

    Kaş o alicənab İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi.

    F.Köçərli ilə yanaşı, bu ədəbi dil konsepsiyasına Ö.F.Nemanzadə, M.Mahmudbəyov, Q.Rəşad da tərəfdar deyildilər. “Həyat”ın səhifələrində Ə.Kəngərlinin “Dil müşkülatı”, S.M.Qənizadənin “Hansı dil ilə yazalım” məqalələrində toxunulan problemə Ə.Hüseynzadə “Yenə dil müşkülatı” adlı məqaləsində cavab vermiş, ədəbi dilin ədəbiyyat nümayəndələri, yazıçılar, şairlər tərəfindən formalaşdırıldığını və xalqın ədəbi dili öyrənməsi zərurətini irəli sürmüşdü. Bir sözlə, Ə.Hüseynzadə hamının anladığı sadə bir dillə deyil, formalaşmış, qəbul olunmuş ədəbi dildə yazmağı qarşıya məqsəd qoymuşdu və “Həyat” qəzeti də bu dildə nəşr olunurdu.

    Azərbaycan Xalq Cümhuriyyəti haqqında

    Azərbaycan Cümhuriyyətinin ideoloji banisi Əli bəy Hüseynzadənin 1918-ci ilin may ayının 28-də öz təsdiqini tapan və arzuladığı dövlətin təşəkkülündə iştirakı barəsində xeyli faktiki materiallar mövcuddur. Siyasi türkçülüyü sistem halına salan, Türkləşmək, islamlaşmaq, avropalaşmaq düsturunun müəllifi Əli bəy Hüseynzadə yeni dünya düzənində tək Azərbaycan deyil, Rusiya əsarətində olan türklərin dövlət qurmaq imkanlarının nəzəriyyəsinin də müəllifidir.

    1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyəti mövzusu Türkiyədə yetərincə dəstək qazanır. Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi şəxsiyyətlər sayəsində Türkiyənin İqdam, Təsviri-əfkar, Tan kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyası gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyi təbliğ olunurdu. Yaranmış əlverişli tarixi fürsətdən yararlanan Əli bəy Hüseynzadə hələ 1918-ci ildə Rusiyanın siyasi çöküşünün qaçılmaz olduğunu görüb Turan heyəti tərkibində bir neçə türk dünyasının önəmli şəxsi ilə Sofya, Budapeşt, Vyana və Berlinə gedərək Rusiyadakı türklərin haqq və hüquqlarının qorunması, onların müstəqil dövlət qurmaq istəklərini Avropada bəyan etdi. Yusif Akçuranın, Məhəmməd Əsəd bəy Çələbizadənin, Mükəmmədin Baxçalının və Əli bəy Hüseynzadənin rəhbərliyi ilə Rusiya müsəlmanları türk-tatar millətlərinin müdafiə cəmiyyəti təsis olundu.

    Türkiyə və Azərbaycan arasında Batumda 1918-ci ilin iyunun 4-də imzalanan Dostluq və əməkdaşlıq müqaviləsinin hazırlanmasında, danışıqların aparılmasında Əli bəy Hüseynzadə iştirak etdi. Samət Ağaoğlunun Babamın xatirələri memuarında Əhməd bəy Ağaoğlu ilə birgə Əli bəy Hüseynzadənin də 1918-ci ilin iyul ayında Batum və Gəncəyə getdiyi qeyd olunur. Ə. Hüseynzadənin özü də bəzi xatirələrində Türkiyənin xarici işlər naziri Xəlil bəyin Batumun olduğu vaxt Ə. Ağaoğlu ilə birgə Batuma getdiyi və sonra isə Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncədə olduğunu yazır. Gəncə səfərində Qafqaz İslam Ordusu komandanı Nuru Paşa ilə görüşür, Azərbaycan ziyalıları ilə birlikdə Cümhuriyyətin quruluşu ilə bağlı müzakirələr aparır. Xatırladaq ki, həmin vaxt Ə. Ağaoğlu Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi çalışırdı. 1918-ci il iyunun 24-dək Gəncədə olan Ə. Hüseynzadə Azərbaycan nümayəndə heyəti ilə birgə İstanbulda açılacaq Məvareyi-Qafqaz konfransında iştirak etmək üçün Gülnihal gəmisi ilə İstanbula yollanır. Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı səfiri Məmməd Yusif Cəfərov Ə. Hüseynzadəyə 13 iyul 1918-ci ildə İstanbula dönüşü üçün belə bir vəsiqə verir: Bu vəsiqə İstanbul tibb fakültəsinin müəllimlərindən doktor Hüseynzadə Əli bəyə aid olduğunu təşviq edirəm.

    Ə. Hüseynzadə Gəncədə olduğu müddətdə Azərbaycanın istiqlalı uğrunda Azərbaycan və türk əsgərləri eyni səngərdə çiyin-çiyinə düşmənə qarşı birgə mübarizə aparırdı. Bu azadlıq savaşını qələmə alan Ə. Hüseynzadə Azərbaycanda düşündüklərim məqaləsini Türkiyənin Hilali-Əhmər qəzetinin 24 iyul 1918-ci il sayında çap edib. Məqalənin girişində, redaksiya qeydində doktor Ə. Hüseynzadənin bir müddət öncə Azərbaycanda olması vurğulanır və Hilali-Əhmər üçün məqalə hazırladığı göstərilir. Azərbaycan bayrağının təsviri ilə məqaləyə giriş verən Ə. Hüseynzadə yazır: Milli bayrağında aypara qarşısında beş şüalı yerinə səkkiz şüalı bir ulduz bulunan bir məmləkətdən, Qafqaz Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqaz Türk dövlətindən bir neçə kəlmə bəhs etmək istərdim. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncəni tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki Azərbaycanın paytaxtı o deyil. Bakını Azərbaycana çox görmək istəyən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir! Gəncəyə gəlincə, bu şəhər ancaq mərkəzi bir mövqedə olub. İrəlidə Azərbaycanın maarif mərkəzi ola bilə “. Ə. Hüseynzadə bu məqalədə Bakını Azərbaycandan ayırıb, başsız bədənə çevirmək istəyən Almaniya, Sovet Rusiyası və Böyük Britaniya siyasətinə qarşı çıxırdı. Birinci Dünya Savaşında Türkiyənin müttəfiqi olan Almaniya, bu müttəfiqliyin əleyhinə olaraq Sovet Rusiyası ilə anlaşma imzaladı, Brest-Litovski sazişinə əlavələr edərək Bakını Sovet Rusiyasının ixtiyarına buraxaraq neftin dörddə birini əldə etmək istəyirdi. İstanbulda olan M.Ə. Rəsulzadə də bu sazişin əleyhinə Türkiyə mətbuatında nota verdi. Bakını “müttəfiqlərin neytral bir bölgəsi” kimi Azərbaycandan ayırmaq istəyənlər Azərbaycanın istiqlal savaşına öz qardaş köməyini göstərən Türkiyəyə qarşı diplomatik təzyiqlər həyata keçirirdilər. Ə. Hüseynzadə də məqalələrində məhz bu mövqeyə qarşı çıxırdı. [13]

    Əsərləri

    1. Hüseynzadə Əli Bəy. Qərbin iki dastanında türk Bakı: Kommunist, 1926.45 s
    2. Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007. 479 s.Arxivləşdirilib 2013-09-19 at the Wayback Machine
    3. Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri 1-ci cild. Çaşıoğlu, Bakı, 580 səh., 2008.
    4. Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri 2-ci cild. Çaşıoğlu, Bakı, 496 səh., 2008.

    2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. [8]

    Əli bəy hüseynzadə faiq qəzənfəroğlu

    Əlibəy Hüseynzadə və onun siyasi ədəbi fikirləri

    Azərbaycanın ədəbiyyat və mətbuat tarixində görkəmli şəxsiyyətlərdən biri də tanınmış siyasi xadim , istedadlı publisist , şair , rəssam, tərcüməçi Əlibəy Hüseynzadə olmuşdur . Ə.Hüseynzadənin Azərbaycan mədəniyyətində özünəməxsus yeri vardır.

    �� Əsasən Azərbaycan Cümhuriyyəti dövründə formalaşan mətbuat tariximizə nəzər saldıqda, o dövrün ziyalı, görkəmli şəxsiyyətlərinin Azərbaycanın mədəniyyətində, tarixində və siyasi həyatında nə qədər böyük təsirə malik olduğunu görmək olur . Əlibəy Hüseynzadə məhz belə şəxsiyyətlərdən olmuşdur .

    �� Əlibəy Hüseynzadə 1864-cü il fevralın 24-də Azərbaycanın Salyan şəhərində anadan olmuş , ilk təhsilini Tiflisdə Qafqaz Ruhani İdarəsinin nəzdində olan molla məktəbində almışdır. Hələ uşaq vaxtlarında o dövrün tanınmış, ziyalı ailəsində dünyaya göz açan Əlibəy, sözsüz ki , yaşadığı mühitin təsiri altında formalaşmış, vətəninə, millətinə, dininə məhəbbətin nə demək olduğunu anlamışdır. Atası Molla Hüseyn Əlibəy anadan olduğu il – 1864-cü ildə Qafqaz müsəlman-ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə riyaziyyat müəllimi təyin olunduğu üçün , o , ailəsini də götürərək Tiflis şəhərinə köçməli olur .

    �� Ata və anasını hələ uşaq ikən itirən Əlibəy babası Axund Əhməd Səlyaninin himayəsində böyüməli olur . Belə tanınmış, məşhur bir ailədə böyüməyə başlayan və üzərinə düşən böyük məsuliyyət sonunda Əlibəyin özünün də tanınmış simalardan olmasına şərait yaratmışdır.

    �� Əlibəy Hüseynzadə gənclik illərindən türk , fars , ərəb, alman və rus dillərini öyrənmişdi. 1875-1885-ci illərdə Tiflis gimnaziyasında təhsil alan və rus , ərəb və fars dillərinə xüsusi marağı olan Əlibəy gimnaziyanı bitirən ili Sankt-Peterburq Universitetinin fizika-təbiyyat fakültəsinə daxil olmuş və 1889-cu ildə həmən fakültəni müvəffəqiyyətlə bitirmişdir .

    �� Əlibəy Hüseynzadə hələ gənc yaşlarından millətinə, vətəninə və dininə olan sevgisini açıq-aşkar hiss etdirirdi . Bu səbəbdən də onu bir islamçı, bir millətçi kimi xalqın gözündən salmağa çalışan qüvvələr sonun da onun mühacirət etməsinə səbəb oldu .

    �� Bir müddət sonra Əlibəy Hüseynzadə Türkiyəyə gedir və orada Rusiyada aldığı təhsilin tanınmaması üçün ikinci təhsili almaq məcburiyyətində qalır. İstanbulun Darülfünunda əsgəri-tibbiyə fakültəsinin dermatoloq ixtisası üzrə təhsil alır və elə həmin vaxtda da yüzbaşı hərbi rütbəsini qazanır. “Qırmızı Aypara ” Cəmiyyəti heyətinin tərkibində 1897-ci ildə İtaliyaya səfər edən Əlibəy üç ildən sonra qayıdaraq, İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professorun köməkçisi vəzifəsinə təyin olunur . Əlibəy Hüseynzadə siyasi hadisələrdən kənarda qala bilmirdi . Hər gün baş verən siyasi dəyişikliklər nəhayət, onun da inqilabçı gənc türklər hərəkatına qoşulmasına şərait yaradır. ” İnqilab və tərəqqi” partiyasının yaranmasında başlıca rolu olan Əlibəyə qarşı təqiblər başlayır.

    �� Böyük ədib, gözəl qələm sahibi , publisist , rəssam və bütövlükdə əsil ziyalı olan Əlibəy Hüseynzadə ona qarşı olan təqiblərdən uşaqlaşmaq üçün Azərbaycana qayıtmalı olur və ” Kaspi ” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. O, ilk vaxtlardan publisistik yazıları ilə diqqəti cəlb edə bilir . Onun “Gənc türkçülük nədir?” adlı məqaləsi rezonans doğurur və onu islahatçı-reformist kimi tanıdır. Əlibəy Hüseynzadənin yaradıcılığının çox maraqlı tərəfləri vardır. Onun Sankt-Peterburqda mükəmməl təhsilə yiyələnməsi, habelə inqilabi fikirli gənclərlə tanışlığı, o dövrün ab-havası onun həyatında mühüm rol oynamışdır.

    �� Ə.Hüseynzadə o illəri xatırlayaraq yazırdı: “O vaxtlar yadımdadır, darülfünunda bir şuriş , tələbə şurişi oldu , tələbələr dövlətdən bir çox şeylər tələb edirlərdi. Əzcümlə istəyirlərdi ki , darülfünun naziri dövlətin keyfi ilə deyil , professorların, müəllimlərin intixabı ilə təyin olunsun . bu şuriş üzərinə o vaxtlar maarif naziri Delyanov darülfünuna gəlib başına yığışan tələbəyə dedi ki , “dövlətin üç-dörd milyon qoşunu var ! Siz iki-üç tələbə nə edə bilərsiniz”.

    �� Əlibəy Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı və milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun ardıcıl olaraq söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır . Elə buna görədir ki , o müasirlərinə hər bir insanın ” baş tacı olan ” azadlığın mahiyyətini anladır və deyirdi : “Hürriyyəti-vicdanın mənası budur ki , hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur . Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını açıq surətdə söyləyib yazmaqda muxtardır”.

    �� Əlibəy Hüseynzadə sosializmin qanunlarını da heç vəchlə qəbul etmirdi . Lakin sovet rejimində bunun nə qədər çətin olduğu dərk edərək öz düşündüyünə uyğun bir şəkildə ” Füyuzat ” məcmuəsinin 16-cı sayında ifadə edərək belə yazırdı ki , “sosialistlər deyirlər ki , gəl sənin qazanmış olduğun malı bölüşəlim. Bu insafmıdır? Hansı şəriətdə bu var ?”

    �� Rusiya , rus-yapon müharibəsində məğlub olmuş , hər tərəfdə iğtişaşlar başlamışdı. Bu şəraitdə 1904-cü ildə Ə.Hüseynzadənin də içində bulunduğu bir heyət Peterburqa gedərək o zamana qədər yayımlanmasına icazə verilməyən türkcə gündəlik qəzetin nəşrin ə icazə alır. Beləliklə, Ə.Hüseynzadə 1905-ci ildə Rusiyada ilk gündəlik türk qəzeti olan “Həyat” qəzetinin nəşrinə başlayır. “Həyat”ın qurucuları Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev, Əhməd bəy Ağaoğlu , Əlibəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov idi . H.Z.Tağıyevin maliyyə dəstəyi ilə nəşr olunana bu qəzetin redaktorluğunu və naşirliyini Əlibəy öz üzərinə götürür . Qəzet bağlandıqdan az sonra yenə Tağıyevin maliyyə köməkliyi ilə ” Füyuzat ” qəzetinin nəşrinə başlanılır. Redaktorluğu və naşirliyi yenə də Əlibəyə həvalə olunur . Əli bəy Hüseynzadə bu qəzeti öz siyasi və fəlsəfi fikirlərini xalqa anlatmaq üçün çox gözəl ifadə vasitəsi hesab edirdi . Ümumiyyətlə Ə.Hüseynzadənin yaradıcılığı ilə yaxından tanış olduqda onun hələ gənc yaşlar ından siyasi fikirlərinin olduğunu görmək olur .

    �� Çar Rusiyasının tabeliyində olan Azərbaycanın islamçılığından, milli dəyərlərindən narahat olan məmurlar Ə.Hüseynzadənin hər hərəkətinə nəzarət edir , hətta onu təqib belə edirdilər. O dövrdə vətəninə və millətinə dərin məhəbbətlə bağlı olan Firidun bəy Köçərli, Əhməd Ağaoğlu , Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi Əlibəy Hüseynzadə d ə ölkəsində gedən ictimai-siyasi proseslərdən narahat olmaya bilməzdi. O bu tanınmış şəxslərlə mütəmadi əlaqə saxlayır və bu proseslər ətrafında müzakirələr edirdi .

    �� Ə.Hüseynzadənin çağdaş ədəbi prosesdə C.Məmmədquluzadənin fəaliyyətinə dəfələrlə yüksək qiymət verməsi, eləcə də C.Məmmədquluzadənin Əlibəy Hüseynzadəni “yazı ustadı” adlandırması təsadüfü deyildi . C.Məmmədquluzadənin “Xatıratım” əsəri bu mənada diqqətəlayiqdir. O yazır: ” Molla Nəsrəddin” dilini də yazmağı bacarmalıdır. Necə ki , bu sözü mən ilk dəfə ədib-möhtərəm Əlibəy Hüseynzadədən eşitdim . Əlibəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb, guya öz-özünə genə dedi : “Açıq yazmağı da bacarmaq lazımdır”.

    �� Ə.Hüseynzadənin ədəbi və ictimai-siyasi düşüncələrinin yazarlar tərəfindən yüksək dəyərləndirilməsi çox müsbət haldır. Onun ilk irihəcmli əsəri 1905-ci ildə “Həyat” qəzetində silsilə şəklində nəşr olunmuşdur . Əsərin adı “Türklər kimdir və kimlərdən ibarətdir?” adlanır. Bu əsərin adının özündə bir möhtəşəmlik və açıqfikirlilik vardır. Buradan da biz Əlibəyin türkçü , turançı, islamçı olduğunu bir daha hissetməmək mümkün deyil . Ə.Hüseynzadə bir türk , bir müsəlman olduğunu fəxrlə söyləyərək deyirdi : “Bən türkəm, qafqazlı bir türkəm. Türk bir müsəlmanəm, müsəlman bir insanəm, demək bən bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm”.

    �� O dövrdə Azərbaycan burjuaziyasının siyasi-ədəbi, bədii orqanı ” Füyuzat ” hesab edilirdi . Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə 1906-cı ilin noyabr ayından ” Kaspi ” qəzetinin mətbəəsində nəşrə başlayan və cəmi 32 nömrəsi çıxan ” Füyuzat ” tez bir zamanda sevilən mətbu orqanına çevrilmişdi . Bu jurnalda ədəbi-bədii, tənqidi məqalələrin olması ilə yanaşı siyasi mövzularda da yazılar dərc edilirdi . O dövrün mütəfəkkir fikirli ziyalıları, eyni zamanda mətbuat orqanlarının müəllif heyəti, onların ideya-siyasi , ədəbi-mədəni mövqeyi jurnalın yaranmasına səbəb olan amillərdən hesab edilir . Belə ki , “Tazə həyat”, “Tərəqqi”, ” Yeni Füyuzat “, “Bəsirət”, “Həqiqət”, “Şəlalə”, ” İqbal “, ” İttifaq “, ” Dirilik “, “Açıq söz “, ” Qurtuluş “, Yeni qurtuluş ” və bu kimi mətbuat orqanlarının nəşri də bu jurnalın yaranmasına təkan oldu . Bu , 1905-ci ildə çar hökumətinə qarşı güclənən və günü-gündən genişlənən inqilabi hərəkatın zamanına təsadüf edirdi . Guya bu cür məqalələrlə bu iğtişaşların qarşısını almağa çalışan məcmuə əslində istədikləri məsələləri dolayı yolla xalqa çatdırmağa çalışırdı. İttihad və tərəqqi qurucularından olan Əlibəy Hüseynzadə bu yolda nə qədər çətinliklərl ə qarşılaşsa belə öz fikrindən dönmürdü . Jurnalda əsasən İstanbul , Krım pantürkistlərinin yazıları dərc olunurdu , özü də jurnalın ön səhifələrdə. İslam birliyi , türk birliyi “Füyuzat”ın başlıca ideyası idi .

    �� Rus inqilabının təsirilə Azərbaycanda baş verən inqilabi hərəkatın yüksəlişindən vəcdə gələn Ə.Hüseynzadəni xalqın azadlıq hisslərinin coşqunluğu razı salırdı. Onu ən çox razı salan isə hər şeydən əvvəl, Azərbaycan xalqının öz h üquqlarını tələb etməsi və inqilabi mübarizəyə qoşulması idi . O, Şərq xalqlarının ardıcıl mübarizə aparması üçün rus inqilabi yolu ilə getməyə və onların inqilabi təcrübəsindən, qəhrəmanlıq mübarizələrindən öyrənməyə çağırırdı. Ə.Hüseynzadə azadlıq dedikdə “Məzlum olan sinifləri zalım siniflərin təcavüzünd ə n azad etməyə, ” yersiz , yurdsuz əkinçilərimizə” yer , torpaq tələb etməyə, “füqərayi-kasibimizin də şəraiti-təəyyüşünü təshihə” çağırırdı. İnqilabi hərəkat demək olar ki , xalqın gözünün açdı. Onu doğru yola , azadlıq mübarizəsinə səslədi.

    �� Ə.Hüseynzadə tərcümə fəaliyyətində də azadlıq, demokratiya , müstəqillik mövqeyindən çıxış edir , mütləqiyyətin, istibdadın əleyhdarı kimi tanınırdı. Bu mənada görkəmli türk şairi Abdulla Cövdətin tərcümələrini yüksək qiymətləndirən Ə.Hüseynzadə deyirdi : ” Bu gün türkcədən başqa dil bilməyənlər dəxi Lord Bayron kimi müəzzəm bir ingilis şairinin asari – hürriyyət pərvanəsindən, müstəfiz və zövqiyab ola biləcəklər”.

    �� Ə.Hüseynzadə III Dövlət dumasında müsəlman xalqlarının siyasi aləmdəki mövqeyinin tapdalanması məsələsindən danışarkən yazırdı ki : “. əllərində Moskva və Peterburq daha doğrusu , III – dum kazak atlarının quyruqlarını oynadan menşikovlar , Qafqaz müsəlmanlarını əzim bir xəyan ətə ittiham edərək, az qalıyor ki , bizi ayaqları altında əzdirib, çökürtmək üçün bütün məzkur kazak atlarını bihudə gətirib üzərimizə hücum etdirsinlər! Bu cümlədə ” kazak atları” ifadəsinə ədibin kimə və nəyə işarə etməsi aydın idi . Çünki o illərdə çarizim oyanan müsəlman xalqlarını panislamizmdə günahlandırmaqla onların milli tərəqqi hərəkatının qarşısını almaq istəyirdi.

    �� 1903-cü ildə Azərbaycana gələn və 1910-cu ildə baş verən bu proseslərlə əlaqədar olaraq yenidən Türkiyəyə gedən Ə.Hüseynzadə ömrünün sonuna qədər orada yaşamalı olur . Lakin Ə.Hüseynzadənin qısa müddət ərzində gördüyü işlər böyük olmuşdur . Belə ki , o coşqun fəaliyyəti ilə milli şüurumuzun təşəkkülündə elə fövqəladə rol oynamışdır ki , onun yandırdığı şölənin haləsi bu gün belə beyinlərimizə işıq salır.

    �� Əlibəy Hüseynzadə (sonrakı adı Əli Turandır) böyük türk ədibi və təfəkkür xadimi kimi tanınmışdır. Ona türkçülük fikrini və Türkiyəyə olan dərin məhəbbəti ilk olaraq babası Şeyx Əhməd Səlyani və onun yaxın dostu Mirzə Fətəli Axundzadə olmuşdur .

    �� Ə.Hüseynzadənin panislamizm və pantürkizmdə tənqid edənlər yetərincə idi . O, tibb məktəbində ikən gizli cəmiyyətdə türkçülük , islamçılıq və osmançılıq fikirlərindən hansının dövlətin quruluşuna daha uyğun olduğunu müqayisə etmişdir . Bu ziddiyyət Avropadakı və Misirdəki türklər arasında da müşahidə edilib .

    �� Hüseynzadə türkçülük tərəfdarı olduğunu aşıq-aşkar hiss etdirirdi . “Məktubu məxsus” adı altında çıxan bir yazıda Əli bəy birinci növbədə Tatarlara , Çingizlərə və Teymurlara qarşı hərəkət dolu sözlərin meydana çıxdığını söyləyir, tatar adında ayrı millət olmadığını, tatarların türk olduqlarını ifadə edir . Bütün türklərin bir olduqlarını bildirir .

    �� Dil məsələsində də ” Füyuzat ” bir qədər fərqli cəbhə tutmuşdu . O yalnız Azərbaycan dilinin deyil , bütün türk-tatar xalqları dillərinin osmanlılaşması fikrini irəli sürürdü .

    �� Əlibəy Hüseynzadənin həm ictimai , həm də siyasi fəaliyyəti çoxşaxəli və rəngarəng olmuşdur . Ağır siyasi proseslərin cərəyan etdiyi bir dövrdə yaşayıb, yaradan Ə.Hüseynzadə çarizmin və ruhani xürafatçıların yaratdıqları çətinliklərə baxmayaraq , Azərbaycan ədəbiyyatına və mədəniyyətinə öz töhfələrini verirdi . Onun məqsədi Azərbaycanın azadlığı naminə bir iş görməsi idi .

    �� O, Türkiyədə ailə qurmuş və iki qız və bir oğul övladı olmuşdur . Əlibəy Hüseynzadə 1940-cı ildə (bəzi mənbələrdə vəfatı 1942-ci il yazılır) 76 yaşında Üsgüdardakı evində vəfat etmişdir .

    Pərixanım MURADOVA Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi kitabxana şöbəsinin müdiri

    (Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan yazı müsabiqəsinə təqdim olunur )

    Ekspress .- 2014.- 25 aprel.-S.14.

    Xankəndi

    Əli bəy Hüseynzadə Azərbaycanın üçrəngli şanlı bayrağının qəbul edilməsində böyük xidmət göstərmiş tarixi şəxsiyyətlərdən biridir. “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı bayraqdakı üç rəngin açmasıdır. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Ondan sonra Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlətçilik düsturu kimi formalaşıb.

    Əli bəy Hüseynzadə irsini tədqiq edən alimlərin verdiyi bilgiyə görə, bu böyük şəxsiyyət uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində iz qoyub. 20-ci əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.

    1911-ci ildə İstanbulda Əthiyə xanımla evlənən Əli bəyin Saida bəyim, Səlim Turan, Feyzavər adlı üç övladı olub.

    Əli bəy Hüseynzadənin həyatda olan yeganə övladı Feyzavər xanım Alpsar bir neçə ay öncə atasının sənət əsərləri, foto-sənədləri və şəxsi əşyalardan ibarət arxivini Azərbaycan İstiqlal Muzeynə hədiyyə edib.

    Muzeyin Elmi-kütləvi işlər şöbəsin müdiri Sədi Mirseyiblinin sözlərinə görə, İstanbuldan gətirilən 161 əsərə Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları daxildir.

    Ümumimilikdə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana gətirilib. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub. 7 ədəd şəxsi möhürü də bu siyahıya daxildir.

    Qeyd edək ki, illər öncə İstanbulda Sultan Həmidin əleyinə gənclərdən ibarət qrup yaradıblar. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayıb, Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adalanan yerdə bir evdə gizlədiblər. Əli bəy bir müddət həmin evin sakinləri ilə yaşayıb və ailənin bütün üzvlərinin portretlərini çəkib. Həmin şəkillər indi də muzeydəki kimi o evin divarlarından asılıb.

    Daha sonra Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədiblər. Nəhayət, gəmi Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər. Bu zaman Əli bəy yalnız doğmalarının potretini sinəsinə basaraq özü ilə götürüb. Əli bəy rlon formasında olan şəkillərlə xeyli müddət gəmidə gizlənməli olub. Həmin portret də Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunub.

    Həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Ə. Hüseynzadə tərəfindən çəkilən şəkilləri də muzeyə bağışlanıb. Feyzavər xanımın sözlərinə görə, M. K. Atatürkün dünyasını dəyişməsi xəbərini eşidən Ə. Hüseynzadə çəkdiyi həmin rəsm əsərin qarşısında göz yaşlarını saxlaya bilməyib.

    Muzeyə təqdim olunan əşyaların arasında Ə. Hüseyzadənin qələmi, saatı, ailə üzvlərinin adları üzərində həkk olunmuş möhürlər, üzükləri, vizit kartları və musiqi aləti də var. Ümumilikdə isə onun şəxsi arxivi 91 ildən sonra Azərbaycana gətirilib.

    Xatırladaq ki, Əli bəy Hüseynzadə 1864-cü ildə Salyanda anadan olub. O, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı, Azərbaycan bayrağındakı rənglərin müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin müəlliflərindən biridir. Əli bəy Hüseynzadə ömrünün 46 ilini İstanbulda yaşayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.