Press "Enter" to skip to content

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Koronavirus

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.

Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü nədə idi?!

– Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında – bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə irad tutulması, “nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.

Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil.

Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.

Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.

Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Brazilyanın “Planetin səsi” qəzeti doqquz dövlətin jurnalistlərinə “dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz” sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.

Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi. Elə bunlar idi onun siyasətinin ucalığı, aliliyi, uzaqgörənliyi və heyrətamizliyi.

Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də “sülh dili” ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Görəsən, bəşəriyyət belə nəcib, yüksək intellekti ilə seçilən dövlət xadimləri, siyasət nəhəngləri ilə çoxmu qarşılaşıb?! Təəssüf ki, buna heç də çox rast gəlinməyib. Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər.

Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi. – bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.

Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.

Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” – deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”. kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.

Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.

Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

İsmayıl Hacıyev ,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarında ikinci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, iki il əvvəl şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları, Teymur Rəcəbovun ötən il Dünya Kubokunun qalibi olması, yeniyetmə şahmatçımız Aydın Süleymanlının 14 yaşlılar arasında dünya çempionu adını qazanması və digər nailiyyətlər Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurlardan bəziləridir.

Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, post-neft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən il təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.

Bu mühüm tədbirdən sonra Azərbaycan Ordusu gənclərinin də ümumrespublika toplantısının keçirildi. Ordu gəncləri həmin toplantıda bildirdilər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ümumrespublika toplantısında proqram xarakterli nitqi hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini artırıb. Onlar Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətimizi bəyan etdiklərini qəti şəkildə bəyan etdilər.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Lillr günü haqqında ssenari

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Araşdırma Valentin gününün gizlədilən gerçək tarixçəsi

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Fevral 14, 2017 – 12:09

!Reklam – Yazi

14 fevral Valentin günü qədim Romanın iyrənc 14-15 fevral “Lupercalia” bayramının xristianlaşdırılmış formasıdır

Aqil ƏLƏSGƏR Bəxtiyar Vahabzadənin “Gülüstan”da dediyi kimi, “bir deyən olmadı durun ağalar”, haradan çıxdı bu “Valentin”, kim bunu bizə nə zaman sırıdı kimsənin xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları soyuq qış günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan sətəlcə(hənnə)m olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə bulvarda gəzəsiniz? Başınıza atmı təpmişdi, yoxsa günmü qəhətiydi, bəylər? Deməssiniz, həmin gün 14 fevral Beynəlxalq Sevgililər günü imiş (Adıbatmışın ismi yaman gurultulu səslənir). Soruşanda ki, kim bu günə belə don geyindirib? Kimsənin xəbəri yox! Yaxşı, bu Valentin dediyiniz vələdüzzina kimdir? Vallahi xəbərləri yox! Bəs nə üçün həmin şəxsin şərəfinə küçəyə tökülürsünüz? Əlqərəz, cavab belə olur ki, adətdir, gərək həmin gün eşqinin qurbanı olan Valentinin şərəfinə sevgililər küçələrdən yığışmasın. Kim qoydu bu qanunu? Bəlkə hörmətli deputatxanamızın üzvləri belə qanun qəbul ediblər, xəbərimiz yox? …Bəndənizin də marağı güc gəlməsəydi, Valentin deyilən bu mənasız adamın kimliyindən xəbərsiz olacaqdı. Neyləyim, nəyisə beynimə qoydummu, Tanrımın köməyi ilə mütləq həmin işi görməliyəm. Mətləbdən uzaqlaşmayaq, başladım, Valentinlə bağlı tarixi mənbələri arayaraq “donos” yığmağa. Və məlum oldu ki, bu romalı keşiş nə məhəbbət abidəsidir, nə də eşq dəlisi! Beləsinə olsa-olsa, çox-çox üzr istəyirəm ifadəmə görə, sutenyor və ya homoseksualist deyilə bilər və bu adam əxlaqsızın, zinakarın biri imiş. Və kim bu keşişin yolunu müdafiə edirsə, Züleyxanın həzrəti Yusif Peyğəmbəri çağırdığı və peyğəmbərin İlahinin qanunlarını riayət edərək getməkdən imtina etdiyindən də betər əxlaqsız yola dəvət edir. ***
Tarixdə şəxsiyyətləri öyrənərkən onun yaşadığı mühiti və o zamankı ab-havanı da nəzərə almaq gərəkdir. Belə olmadıqda, şəxsiyyətin hərəkətlərinə düzgün qiymət vermək və ümumiyyətlə doğru qərar çıxarmaq mümkün deyil. Katolik xristianların “Əziz Valentin” deyərək öydükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Fevral ayının sevgi-məhəbbət ayı olması isə onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma adət-ənənələrinə dayanır. Qədim Romada 14 fevral bütün Roma xalqı üçün isə xüsusi önəm daşıyırdı. Həmin gün inancları gərəyincə, Roma “tanrı” və “tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kəsimi üçün böyük önəm daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə ifratcasına əylənmələri idi (Bunun nəyi pisdir deyə tələsik qərar çıxarmayın. Unutmayın ki, Allah səbredənlərlədir!) Bu bayramda hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Bu seçim bir baxımdan lotereya oyununu xatırladırdı. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir mağaranın önündəki çəlləyə tullayır. Həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı keçən qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdılar və bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün yüzlərlə, bəlkə də minlərlə kişi və qadın Allah-Təalanın lənətləyərək “çirkin bir həyasızlıq” deyə qiymətləndirdiyi əməli gerçəkləşdirirdi. *** Valentini o dünyalıq etdirən imperator II Kladius isə bu hallara son qoymaq istəyən bir imerator kimi xarakterizə olunur. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır. Və Valentinin ölümü və onun səbəbləri barədə isə müxtəlif mülahizələr vardır. Bunlardan ən yayılmış olanı və qüvvətlisi budur ki, həmin keşiş imperatorun əmri olmasına baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam edirmiş və romalıların məlum mağarasını özünə ibadətgah seçibmiş. Nəzərə alsaq ki, Valentin xristianlığın yayıldığı ilk əsrlərdə yaşayıb, onun mağarada fəaliyyət göstərməsi heç də təəccüblü sayılmamalıdır. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda – məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür. Bu da onu deməyə əsas verir ki, bu şəxs heç də nə məhbəsxana müdirinin qızına aşiq olması ucbatından, nə də katoliklərin iddia etdiyi kimi xristianlığın təbliği üzündən bizim eranın 273-ci ilində öldürülüb, o, məhz sərt imperatorun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub. Bu qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə bu işlərə stimulverici rol oynayan şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, ən azı bu hal səngisin. Ən maraqlısı isə onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutmayın”, “Sizi sevirəm” deyə məktublar göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü məlumatını şübhə altına alır və onun haqqında söylənən “homoseksualist” ifadəsinin doğruluq dərəcəsini artırır. Axı kişinin kişiyə “səni sevirəm” deməsinə bundan başqa hansı adı vermək olar?! Katolik dünyasının bu şəxsə önəm verməsinə gəlincə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından (bu narahatlıq əxlaqi deqredasiyaya görə deyil, bütpərəstlərin saylarının çox görünməsi ilə bağlı idi), buna bir çarə axtardılar. Bu zaman xristian qəbristanlığında dəfn olunan Valentin “yada düşdü” və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı bir adlı şənlikdə – Müqəddəs Valentin günündə – əylənmələrini təmin etdilər. Bununla həmin bu məlun Valentin günü meydana çıxdı. Bu hadisə Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa Gelasius tərəfindən 496-cı ildə “Lupercalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilmişdir. Düzdür, guya Papa 15 fevralı 14 fevralla əvəz etməklə, “Lupercalia” bayramının ənənələrini də ortadan qaldırmışdır, ancaq elə həmin qərarnamədə sevginin azad olduğu və hər şəxsin öz sevgisini şənliyə çevirməyə haqqının olduğu bildirilmişdir ki, bu qərarnaməyə günümüzü deyil, həmin dövrün yaşam tərzini nəzərdən keçirərək yanaşdığımızda bu qərarın “Lupercalia” bayramına bir xristian don geyindirməkdən başqa heç nəyə xidmət etmədiyini deməyə əsas verir. Halbuki bu, xristianlığın təməl dini meyarlarına zidd idi. Valentinə xristianlığın təbliği yolunda şəhid obrazı yaratmaq da Kilsənin özünü təmizə çıxarmaq niyyəti kimi yozula bilər. *** İllər boyu təbliğat aparıldı və zamanla bəzi ənənələr aradan qalxsa da, Valentinin adı kilsənin də köməyi ilə yaşandı. Orta əsrlərin Fransa və İngiltərəsində bu ad populyar ismə çevrildi. 1800-ci illərdən sonra Amerika Birləşmiş Ştatlarında Ester Hovlandın ilk Sevgililər günü kartını yollamasından sonra bu hadisə, dünya çapında qey olunmağa başladı. Və çoxları da mahiyyətə varmadan, bu günü bayram kimi qeyd etməyə davam etdi. Təbii ki, burada insan əxlaqının deqredasiyasında maraqlı olanlarla yanaşı, ticari maraqlar da böyük rol oynayırdı. *** Tarixə nəzər saldıqdan sonra məsələnin mahiyyətinə fikir verək. Tutaq ki, lap elə Valentin bir homoseksualist və ya zinakar əyyaş deyil, xristianlığa özünü fəda etmiş bir şəxsdir. Bunun bizə nə dəxli, ay başınıza dönüm? Bizim də çox bayramımız var və bunlardan hansı birini hansısa xristian ölkəsinin məsihi əhli qeyd edirmi? Qətiyyən xeyr! Bəs onda bizə nə olub? Nədən Valentin gününü bu qədər əzizləyirik? Bəyəm başımıza gün qəhətdir ki, hansısa bir homoseksualistin və ya sutenyorun cəhənnəmlik olduğu günü bayram edirik. Əslində o gün bayram kimi qeyd olunmağa layiqdir, amma Sevgililər günü kimi deyil, yer üzünün hansısa əclafdan canını qurtardığı gün kimi. *** Əslində belə bir şəxsin qutsallaşdırılaraq əzizlənməsi xristian törələrinə də ziddir. Yəni xristianların müqəddəs saydıqları Həzrəti Məryəm bir təmizlik nümunəsi idi. O, nə qədər iftiraya uğrasa da, Allah onu və oğlu həzrəti İsanı daim insanların gözündə pak və üzüağ çıxarmışdır. Və istənilən dindən olan şəxs həzrəti Məryəmi sayğı və sevgi ilə anmaqdadır. Qurani Kərimin “ət-Təhrim” surəsinin 12-ci ayəsində həzrəti Məryəm haqqında buyurulur ki, “İmranın qızı Məryəmi də (zikr et) ki, o, öz irz-namusunu qorumuşdu. Beləcə, Biz ona ruhumuzdan üflədik. O da Rəbbinin kəlimələrini və kitablarını təsdiq etdi. O, (Rəbbinə) könüldən bağlı olanlarladı.” Eyni zamanda Kilsənin “Lupercalia” bayramını Valentin günü ilə əvəzləməsində ataların batil inancına tabe olmaq və dinin qoyduğu prinsiplərlə ziddiyyət vardı. Qurani Kərimdə “ataların dini” deyə keçən bu kəlimə tək İslamla bağlı qalmayıb, Tövrat və İncildə də “ataların törəsi” adı ilə keçməkdədir. Halbuki bütün dinlərə görə, Allah qatında qəbul olunan din, elçilər tərəfindən təbliğ edilən dindir və kor-korənə şəkildə dədə-babalarının batil inanclarına bağlı qalmaq heç bir səmavi kitabda qəbul olunmur: “Onlara “Allah nazil etdiyinə və elçiyə tərəf gəlin” deyildiyində, “Atalarımızı üzərində gördüyümüz şey bizə yetər” deyirlər. Bəlkə ataları bir şey bilmir və ya hidayət olmayıbdısa”? (Qurani Kərim, Maidə surəsi, 104) “Sözlərimi dinləmək istəməyənlər atalarının fəsadlarına döndülər və başqa ilahlara qulluq etmək üçün onların ardınca getdilər… Onlara elə bir fəlakət gətirəcəyəm ki, içindən çıxa bilməyəcəklər…” (Tövrat, Yeremya, Bab 11, 10-11) “Ferisilər və dini şərhçilər İsadan soruşdular: “Tələbələrin niyə atalarının törələrinə ayqırı davranır…” Siz Allahın əmrini buraxıb insanların törəsini müdafiə edirsiniz. Və onlara de ki, insanların adət-ənənəsinə tabe olmaq üçün Allahın əmrini rədd edirsiniz.” (İncil, Markos, Bab 7, 5-9) Belə olduğu halda qədim Roma ənənələrinə uyğun bir bayrama kosmetik dəyişikliklər etməklə özününküləşdirmək, xristian ruhanilərinin atalarının törələrini Allahın əmrindən yüksək tutması deyildisə, bəs nə idi?! Bütpərəstlər pak və təmiz həzrəti Məryəmə iftiralar yağdıran zaman, Papanın bir əxlaqsızın adını əbədiləşdirməsini nə ilə izah etmək olar? Halbuki onlar zina etməmək barədə Tövratda “zina etməyəcəksən” (Çıxış, Bab 20, 14), İncildə isə “İnsanı kirlədən cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, pislik, səfillik, hiylə, iftira, təkəbbür və ağılsızlıq içdən, insanın ürəyindən qaynaqlanır. Bu pisliklərin hamısı içdən qaynaqlanır və insanı kirlədir” (Markos, Bab 7, 20-22) deyə ilahi əmrlər yer alır. Bu əmrləri çeynəyərək, onun yerinə keçən Valentinin şərəfinə isə bütpərəstlərdən qalma əxlaqsızlıq günü qiymətə mindirilir, hətta Vatikanın qapılarından birinə onun adı verilir. Bu bir xristian rəzalətidir və bu rəzalətə imza atanların paklıq dini İslama qarşı aqressiyası da Valentinə münasibətlərini gördükdə, daha doğru şəkildə izah etmək olar… *** Əslində isə Sevgi sözünü Valentinə calaq etməklə Vatikan rəhbərliyi sevgi sözünü böyük zərbə altında qoyub. Və onlar bu hərəkətləri ilə həqiqi sevgini, qutsallaşdırdıqları həzrəti Məryəmin sevgisini təhqir etmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, sevgi heç vaxt günah sayılmayıb. Hətta həzrəti Məhəmməd Peyğəmbər evlənmək hazırlığı görən səhabəsinə evlənəcəyi qızı gördükdən sonra bu qərarı verməsini istəyib. Yəni gedib görsün və üçüncü bir şəxsin yanında söhbət etsin, sonra evlənmək haqqında fikirləşsin. Ancaq Valentinin balaları sevgini, ancaq heyvani ehtiras kimi qəbul edərək buna vəhşi şəhvət donu geyindiriblər. Gerçəkdə, insan bütün yaradılanları sevməlidir. Çünki onları Yaradan yaradıb. Məhz Yaradanı sevdiyi üçün yaradılanları da sevməlidir. İnsanlar arasında sevgi bağı olmasa, həyatın da mənası qalmaz. Sevginin ilahi lütf olduğunun dəfələrlə vurğulandığı Qurani Kərimin “Məryəm” surəsində saleh əməl işləyənlərə Allah-Təalanın sevgi bəxş edəcəyi göstərilir (ayə 96). Tövratda da sevginin önəmi belə anladılır:”Nifrət çəkişməni uzadar, sevgi isə hər günahı bağışladar”. (Süleyman məsəlləri, Bab 10, 12) İncildə isə sevgi Tanrının buyruqlarına uyğun yaşamaq olduğu bildirilərək (Yuhannanın II məktubu, 6) açıqca əmr olunur: “Bir-birinizi sevin”! (Yuhanna, Bab 15, 17) Və sevərkən də gözəl əxlaqa sahib olmaq və zina kimi insanı cəhənnəmlik edəcək əməllərə yaxın durmamaq gərəkir. Qurani Kərimdə yaxşılığı əmr edib, pis əməllərdən insanları çəkindirənlər məhz qurtuluşa yetənlər kimi təqdim olunurlar. (Ali-İmran surəsi, 104) *** Qarşımızda çox ciddi və zarafata salınmayacaq tərzdə ciddi sual var:
NƏ ETMƏLİ? Çünki son on ildə bu “bayram”, alnına əxlaqdan başqa hər şey yazılan telekanallar vasitəsi ilə millətin beyninə elə yeridilib ki, buna qarşı mübarizə çox çətinləşib və istəyib-istəməməmizdən asılı olmayaraq, bu gün müxtəlif insanlar tərəfindən qeyd olunacaq. Bizim əlimizdən gələn 14 fevralın mahiyyətini insanlara anladaraq bu günü bayram kimi qeyd edən kontingenti maksimum dərəcədə azaltmaqdan ibarətdir. Qayət normaldır ki, düşük müğənnilər, özünün ad gününü təbrik etmək üçün DJ-lərə müraciət edən gədələr, telekanalların efirində baldırını çöldə qoyan “oğlancığazlar” və bu kimi xeyli məxluqat 14 fevralsız keçinə bilməzlər. Onların təklif və ya tələb olunan başqa bir Sevgililər Gününü, mahiyyətində, mənbəyində həqiqi sevgi, namus-qeyrət olan bir olayı, məsələn 30 iyunu qəbul etməsinin özü bir rəzalət olardı. Çünki onlarla bizlər arasında qalın bir pərdə vardır. Və hətta bu tiplərin başlanan kampaniyaya dəstək vermələrinin arxasında da bir münafiqlik yatdığı görünməkdədir. Necə ki, Qurani Kərimdə buyurulur ki, “And olsun ki, cəhənnəm üçün cinlərdən və insanlardan çoxlu fərd yaratdıq. Qəlbləri vardır, bununla qavrayıb-anlamazlar, gözləri vardır, bununla görməzlər, qulaqları vardır, bununla eşitməzlər. Bunlar heyvanlar kimidirlər, hətta daha aşağılıqdırlar. Bax bunlar qafil olanlardır.” (“Əraf” surəsi, 179) Bu adamlar da mənanın nə olduğunun fərqində deyillər. Fəqət ictimai qınaqdan çəkindikləri üçün ya səslərini kəsiblər, ya da bu təşəbbüsə alqış deyirlər. Həm də anlayırlar ki, bu gün populyarlaşarsa, əlavə qazanc mənbələri artacaq. Bəli, bu yumurtadan yun qırxanlar bu işdən də karlı çıxmağı düşünürlər. Hər halda mən belə düşünürəm. Çünki bu tip insanların səmimiyyətinə, daxillərində milli hissin olmasına heç zaman inanmamışam və inanmayacağam da. Bu adamlar üçün bir məbud var: PARA! PARA!! PARA. Allahın qəlblərini və qulaqlarını möhürlədiyi insanlar əlbət ki, Valentinə dua oxuyacaqlar. Dünyada bundan təbii heç nə ola bilməz. *** Əslində 30 İyun təklifi o baxımdan qəbul olunmalıdır ki, biz Valentindən qurtarmalıyıq. Əxlaq düşməni olan qüvvələrin məmləkətimizə gətirərək efir vasitəsi ilə evimizə axıdılan bu çirkabı durdurmaq üçün mütləq bir çarə bulunmalıydı. Bu baxımdan, 30 İyun təklifi Valentindən qurtuluş ola bildiyi üçün dəstəklənməlidir. Bu yerdə Valentinin nəvələrinin sitat gətirdiyi İncildən insanları doğru yola yönəltməklə bağlı sitat gətirmək faydalı olardı: “Qardaşlarım, içinizdən biri həqiqətin yolundan dönərsə və biri onu yenə gerçəyə döndürürsə, bilsin ki, günahkarı pis yoldan döndərən ölümdən bir can qurtarmış və bir çox günahı örtmüş olur”. (Yakobun məktubu, Bab 5, 19-20) Burada isə bütöv bir millətin həyatından söhbət gedir. Gənclərin şüursuz halda şərəfsiz bir romalının arxasınca addımlamasıdır əsas problem. Bunun qarşısı alınmalıdır.
MÜTLƏQ! *** Düzdür, 30 İyun təklifinə dini nöqteyi-nəzərdən yanaşsaq, yeganə problem yaradılacaq məsələ Fərizənin intiharıdır ki, ağzıgöyçəklər məhz bu intihar hadisəsini əldə bayraq edərək əks-arqumentlə çıxış edə bilərlər ki, Allah, verdiyi cana qəsdi qəbul etmir. Hərçənd ki, belə bir cəsarətdə bulunacaq şəxsin olmasını sanmıram. Bir onu demək istəyirəm ki, Fərizə intihar etməyib. Əgər etsəydi, bu, dini aspektdən intihar qəbul oluna bilərdi. Onu da yaddan çıxarmayaq ki, bəzi hallarda məqsəd vasitəni doğruldur. Fərizə İlhamına qovuşmaq üçün o addımı atdı! Fərizə Tanrı dərgahına yollanmaq üçün, orada şəhidlik məqamındakı ömür-gün yoldaşını tək qoymamaq, onunla bu dünyada yarımçıq qırılan məhəbbətini davam etdirmək üçün bu addımı atdı. Ən başlıcası, dini maarifçiliyin aparılmadığı, insanların intiharın, öz canına qəsdin günah olduğunu bilmədikləri bir dönəmdə bu kimi hadisələrin baş verməsini də gözardı etməmək lazımdır. İstənilən halda isə mənşəyi və oriyentasiyası bəlli olmayan Valentinin cəhənnəmə vasil olduğunu günü qeyd etməkdənsə, sevgisi uğrunda canından keçən insanların həyatının ən şirin anını-toy gününü yad etmək daha məntiqli deyilmi? Bizim eşqi uğrunda fəda olan gözlə gördüyümüz insanlarımı olduğu halda ən yaxşı formada desək müəmmalı bir insanın ölüm gününü Sevgililər günü kimi qutlamağa haqqımız yoxdur! Hətta ən uzaq qohumunun belə qədim Roma adəti üzrə hərəkət etməsini qəbul etməyənlər Valentin gününü qəbul etməyəcəklər!
Etməməlidirlər. Bizə zina cocuqlarının deyil, pak sevgi ilə bir-birinə bağlanan insanların ən xoş gününü qeyd etmək yaraşır! P.S. Cüzi dəyişikliklərlə dərc etdiyimiz bu yazı ilk dəfə 2004-cü ildə «Xural» qəzetində dərc olunub. 2006-cı ildə 30 iyun Sevgililər Günü «ən yaxşı ideoloji yazı» kimi «Sevgi» mükafatına layiq görülüb. “Yeni Çağ” AİA
www.yenicag.az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.