Press "Enter" to skip to content

Linzada xəyalın qurulması (1-ci hissə)

– Uşaqlar problemlərini ifadə edə bilmir. Bəzən valideyn uşağın görmə zəifliyi olduğunu gec başa düşür və bu, görmə zəifliyinin daha da irəliləməsinə gətirib çıxarır. Əsasən, gözlərdən birinin passivliyi üstünlük təşkil edir. Bu məsələdə valideynlər nə etməlidir?

Linza taxanların nəzərinə – Ağlamaq olmaz!

Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır. Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər.

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır. Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər. Linzalar həm də eynək taxmaq istəməyən və bunu özünə kompleks edən görmə qabiliyyəti zəif olan adamlar üçün də əvəzsizdir. Lakin linzaların müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, keyfiyyətsiz və ya istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə də səbəb olur.

Qeyd edək ki, Türkiyə və Amerika mətbuatının yazdığına görə, sözügedən ölkələrdə linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Linzalarla bağlı problemlər onların keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur.

Həkim konsultant, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, linzaların şəffaf, rəngli, çalar verən, qeyri-adi effektli, korrektə edən və optik növləri var.

O qeyd edib ki, şəffaf, çalar verən linzalar açıq rəngdə gözləri olanlara məsləhətdir: “Tünd gözlər üçün bu linzaların heç bir əhəmiyyəti yoxdur. Rəngli linzalar isə bütün göz rəngləri üçün münasibdir. Onların vasitəsilə istənilən göz rəngini tamam dəyişmək olar. Belə linza alarkən üzərində göz bəbəyinin kənar haşiyəsinin çəkildiyinə fikir vermək lazımdır. Əgər bu olmasa, gözlər çox süni görünəcək. Gözlərdə olan bəzi qüsurları, çatışmazlıqları gizlətmək üçünsə kosmetik linzalardan istifadə etmək olar. Korrektə edən rəngli linzalar isə həm gözə istənilən rəngi verir, həm də görmə qabiliyyətini korrektə edir. Müalicəvi linzalardan isə həm gözlərin müdafiəsi, həm də müalicəsi üçün istifadə olunur. Zövqə görə belə linzalar həm rəngli, həm də şəffaf ola bilər”.

Y.Abdiyeva bildirib ki, linzaları seçərkən mütəxəssis məsləhətinə ehtiyac var.

Onun sözlərinə görə, linzanın rənginin yaraşdığını yoxlamaq üçün 1 günlük və ya 1-2 həftəlik istifadə üçün nəzərdə tutulan linzaları istifadə etmək daha münasibdir: “Bu müddət ərzində tanışlarınızın da fikirlərini nəzərə alıb linzanın rənginin sizə yaraşıb-yaraşmadığını dəqiqləşdirə bilərsiniz. Bəzən linzalar gözə düşmür və müxtəlif narahatlıqlar yaradır. Qısamüddətli linzaları almaqla az pul xərcləyərək bunu da yoxlamaq olar. Əgər linza gözünüzə uyğun gələrsə, həmin modeldə uzun müddət istifadə üçün nəzərdə tutulan linzalardan istifadə edə bilərsiniz”.

Y.Abdiyeva bildirib ki, linza istifadə edərkən yararlılıq müddətinə fikir vermək də vacibdir, çox vaxt istifadəçilər bu tarixləri qarışdırırlar: “Yararlılıq müddəti linza açılmayana qədər saxlaya bildiyin müddətdir. İstifadə müddəti isə linza açıldıqdan sonra hesablanır. Linzaların yararlılıq müddəti 2-3 il olsa da, istifadə müddəti fərqli ola bilər. Məsələn, 1 günlük, həftəlik, aylıq, 6 aylıq da linzalar olur. Belə linzalardan 1-3 il istifadə isə ciddi fəsadlarla nəticələnə bilər. Bütün bu göstəricilər isə linzanın qabında göstərilməlidir”.

Həkim qeyd edib ki, linza istifadə edərkən onları vaxtında çıxarmaq lazımdır: “Bu vaxt müxtəlif linzalarda fərqli ola bilər. Belə ki, rəngli linzaların istifadə müddəti adətən 7 saat olur. Linzaları göstərilən müddətdən artıq taxmaq və linza ilə yatmaq olmaz. Linzaları çıxarandan sonra xüsusi məhlul əlavə olunmuş qabına qoymaq lazımdır. Bununla yanaşı, linzaların suyu hər gün dəyişdirilməli, linzaların təmizlənmə qaydasına da düzgün riayət olunmalıdır. Bu barədə məlumat isə hər bir linzanın qablaşdırıldığı qutuda yazılı formada olmalıdır. Bəzən linzalardan gözlər qaşınır, yanır və ya ağrımağa başlayır. Belə olan təqdirdə linzaların saxlandığı mayeyə fikir vermək lazımdır. Ola bilsin ki, linzalar gözünüzə uyğun gəlsə də, saxlanıldığı maye ona uyğun deyil. Bu zaman mayeni dəyişmək olar. Gözlərdəki bu narahatlıq hədsiz həssaslıqla da izah oluna bilər. Yaxşı olar ki, bu cür problemlərlə üzləşəndə həssas gözlər üçün nəzərdə tutulan mayedən istifadə edəsiniz”.

Y.Abdiyeva bildirib ki, linzalar yaxşı təmizlənmədikdə və düzgün saxlanmadıqda gözdə müxtəlif infeksiyalar əmələ gəlir: “Linzalar müxtəlif allergiyalı reaksiyalar, gözlərdə quruluq da yaradır. Yaxşı olar ki, linzalardan istifadə edən adam müntəzəm olaraq oftalmoloqa müraciət etsin. Ona görə ki, keyfiyyətsiz linzadan istifadə onun görmə qabiliyyətinə təsir edə bilər. Ən əsası isə linzalar istifadə müddəti bitdikdən sonra atılmalıdır. İstifadə və yararlılıq müddəti bitən linzalardan istifadə göz bəbəyinə zərər verir. İstifadəçilər nəzərə almalıdırlar ki, linzaların istifadə və saxlanma qaydalarına səhlənkarlıq, uzun müddət kompüterin qarşısında linza taxıb oturmaq da görmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.

Y.Abdiyeva əlavə edib ki, linzaların əksəriyyəti gözdə allergiyaya səbəb olur: “Gigiyena qaydalarına riayət olunsa da, estetik məqsədlərlə istifadə edilən kontakt linzalar gözlərdə allergiyanın yaranmasına səbəb olur. Oftalmoloqların fikrincə, estetik linzadan istifadə edən xanımlar mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki linza həmin insanın gözünə uyğun olmaya bilər və nəticədə kontakt linzaların tərkibində olan kimyəvi maddələr gözdə reaksiyaya girərək ciddi fəsadlara səbəb olar. Bəzi linza istifadəçiləri tənbəllik edərək yatarkən linzanı çıxarmağa ehtiyac görmürlər. Kontakt linzaları davamlı şəkildə, yəni yatarkən də istifadə etmək olmaz. Bu zaman gözün bəbəyində oksigen çatışmazlığı səbəbindən problem yarana bilər. Nəzərə almaq lazımdır ki, linzalar gözləri rahat “nəfəs almağa” qoymur. Üstəlik, davamlı şəkildə həm optik, həm də rəngli linzalardan istifadə gözün təbii özünü qoruma mexanizminin itirilməsi ilə nəticələnə və yaranan vəziyyət infeksiyalara yol aça bilər”.

Y.Abdiyeva bildirib ki, bəzi insanlar linzanı bir neçə dəfə taxandan sonra onların gözlərində qızartı, yanma hissləri yaranır: “Bu halda da linzalardan istifadə yolverilməzdir. Linzalar bəzi mikrobları özünə cəlb edir. Bu mikroblar iki gün ərzində çoxalaraq, gözün irinləməsinə səbəb olur. Əgər linza istifadəçisi gözündə qırmızı ləkələr müşahidə edərsə, mütləq həkimə müraciət etməlidir. Çünki bu mikroblar çoxaldığı təqdirdə 24 saata gözdə fasadlar yarada bilər. Bu mikroblar həmçinin, gözdə qaşınmaya da səbəb olur və bu zaman gözə dəyən ziyan daha da artır. Kontakt linza vasitəsilə gözə düşən virus orada inkişaf edir və bu zaman həkimə müraciət olunmadığı təqdirdə, görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilər”.

Həkim qeyd edir ki, başqasının linzasından istifadə etmək olmaz: “Linzanı eyni zamanda kran suyu və ya hər hansı bir su ilə təmizləmək olmaz. Linzalı halda suya girmək, yaxud ağlamaq olmaz. Bu zaman linza gözdən düşə və yararsız hala gələ bilər. Gözdə linzadan istifadə edən zaman hər hansı bir narahatlıq olduqda həkimə müraciət etmək vacibdir. Bəzən insanlar linzalarını bir-birinə verirlər. Bu zaman digər istifadəçinin gözündə olan problem, xəstəlik digərinə keçə bilər. Bu problemlərdən sığortalanmaq üçün yalnız öz linzalarınızdan istifadə edin”.

Linzada xəyalın qurulması (1-ci hissə)

Toplayıcı linza vasitəsi ilə A nöqtəsinin xəyalını quraq. A nöqtəsinin xəyalını qurmaq üçün sonrakı 3 şüanın köməyindən istifadə edək:

1. Baş optik oxa paralel olan birinci şüa linzada sındıqdan sonra sağdakı baş fokus nöqtəsindən keçir;

2. İkinci şüa linzanın mərkəzindən keçir və sınmır;

3. Üçüncü şüa soldakı baş fokus nöqtəsindən keçir və linzada sındıqdan sonra optik oxa paralel olur;

4. Sındıqdan sonra şüaların kəsişdiyi nöqtə – verilmiş A nöqtəsinin xəyalı adlanır.

Aldığımız xəyal – həqiqidir. Bu o deməkdir ki, xəyal – şüaların kəsişməsi ilə alınır.

Hündürlüyü h olan cisim toplayıcı linzadan d məsafədədir. Tutaq ki, hündürlüyü H olan cismin xəyalı, linzadan f məsafədədir. A nöqtəsindən çıxan iki şüanın köməyi ilə AB cismin xəyalını quraq:

1. Baş optik oxuna paralel olan birinci şüa, linzada sındıqdan sonra baş fokus nöqtəsindən keçir;

2. Linzanın mərkəzindən keçən ikinci şüa sınmır;

3. Birinci və ikinci şüaların kəsişdiyi A1 nöqtəsi – cismin A1B1 xəyalının təpə nöqtəsidir.

Cisimdən linzaya qədər olan məsafəni d hərfi ilə, linzadan cismin xəyalına qədər məsafəni f hərfi ilə işarə edirlər.

Nazik toplayıcı linzanın düsturu:

“Müsbət” işarə – həqiqi xəyallar, “mənfi” işarə isə – mövhümi xəyallar üçün istifadə olunur.

Nazik səpici linzanın düsuru:

Xəyalın H hündürlüyünün cismin h hündürlüyünə olan nisbəti linzanın xətti böyütməsi adlanır.

Linzanın xətti böyütməsi – adsız kəmiyyətdir.

Əgər xəyalın hündürlüyü cismin hündürlüyündən böyükdürsə (H>h), onda xətti böyütmə vahiddən böyükdür (Г>1).

Əgər xəyalın hündürlüyü cismin hündürlüyündən kiçikdirsə (H), onda xətti böyütmə vahiddən kiçikdir (Г<1).

Əgər xəyalın hündürlüyü cismin hündürlüyünə bərabərdirsə (H=h), onda xətti böyütmə vahidə bərabərdir (Г=1).

Cisim toplayıcı linzaya yaxınlaşan zaman xəyal linzadan uzaqlaşır.

Göz əməliyyatı və linzalarla bağlı bilinməyən məqamlar – Cərullazadə ilə müsahibə

Son vaxtlar əhali arasında göz xəstəliklərindən şikayətlər artıb. Bunun səbəbini isə texnoloji avadanlıqlardan (telefon, kompüter və s.) normadan artıq istifadə ilə əlaqələndirirlər. Xüsusilə azyaşlı uşaqlar arasında görmə zəifliyi, gözün tənbəlləşməsi kimi hallar müşahidə edilir. Bundan başqa, linza və görmənin lazer əməliyyatı ilə bərpası prosesindən də şikayət edənlərin sayı az deyil.

Görəsən, bu probemlərlə düzgün mübarizə üsulu nədir? Azyaşlı uşaqların görmə probleminin olduğunu hansı simptomlarla müşahidə etmək olar? Linza, yoxsa eynək istifadəsi? Lazer əməliyyatı bir müddət sonra gözlərin tutulmasına səbəb ola bilərmi?

Bütün bunları nəzərə alaraq hər kəsi maraqlandıran suallara cavab almaq üçün peşəkar oftalmoloqla həmsöhbət olduq.

Oxu.Az professor, oftalmoloq Çingiz Cərullazadənin oğlu, 2009-2010-cu illərdə ABŞ-ın Los-Anceles şəhərində Kaliforniya Universitetində (UCLA) orbito facial cərrahiyyəsi üzrə ixtisaslaşmış, Oculoplastik Cərrah İmran Cərullazadə ilə müsahibəni təqdim edir:

Azərbaycan Tibb Universitetini bitirən İmran Cərullazadə ixtisasını daha da təkmilləşdirmək üçün 8 il Latın Amerikasında, Kolumbiya və ABŞ-da oxuyub. 2010-cu ildən etibarən Amerika Oftalmologiya Akademiyasının üzvü və təlimçisidir:

Onun sözlərinə görə, bu gün Azərbaycanda daha çox azyaşlılar arasında görmə zəifliyi müşahidə edilir:

“2011-ci ildən Azərbaycanda çalışmağa başlamışam. O vaxtdan bu günə qədər bir çox problemlər artıb. Əsasən, azyaşlı uşaqlar arasında uzaqgörmə ilə bağlı şikayətlər çoxalıb. Əslində, bunun səbəblərindən biri texnoloji avadanlıqlar, digəri isə insanların tənbəlliyidir. Bu xəstəliklər yeni yaranmayıb. Bütün dövrlərdə bu və bunun kimi digər göz xəstəlikləri mövcud olub. Lakin bu qədər artmasının səbəbi insanların təbiətdən qaçmasıdır”.

– Təbiətdən qaçmaq deyərkən nəyi nəzərdə tutursunuz?

– Bilirsiniz, o vaxt rayon yerlərində insanlar daim uzaq məsafələrə baxıb. Təbiətdə olub. Təbii qidalar istehlak edib. Orqanizm nə qədər təbii qida, təmiz hava qəbul edərsə, bir o qədər möhkəm və dözümlü olur. Göz nə qədər uzaq məsafəyə baxarsa, bir o qədər də aktiv olar. Amma artıq insanlar rayon yerlərindən şəhərlərə köçüb.

Geniş evləri balaca qutu kimi evlər əvəz edib. İnsanların bütün işləri, demək olar ki, masaüstü və yaxın məsafədədir. Belə olan halda göz artıq yaxıngörmə ilə kifayətlənir, uzaqgörmə getdikcə passivləşməyə başlayır. Təəssüf ki, tərəqqi belə gedir və biz dağlıq-meşəlik ərazilərdən gəlib dar küçələrə çıxmışıq.

Kitablar, planşetlər, telefonlar insanın gözünü yalnız yaxına fokuslayır. Mütəmadi bu cür həyat tərzi uzaqgörmə itiliyinin zəifləməsinə gətirib çıxarır.

– Azyaşlı uşaqlarda buna səbəb nədir?

– Bilirsiniz, azyaşlı uşaqlarda görmə zəifliyi, xüsusilə uzaqgörmənin zəifləməsinə səbəb telefonlardır. Əslində, bunun əsas səbəbi valideynlərdir. İnandırım sizi, diqqət etsəniz, görərsiniz. Valideyn işdən evə gələn kimi telefonu alır əlinə, çəkilir bir küncə. Uşaq da qalır tək. Gedir oturur valideynin böyründə. Ya da valideyndən telefon istəyir və oynayır.

Başqa bir nümunə gətirim. Azyaşlı uşaqlar bəzən yemək yeyən zaman telefon və planşetdən istifadə edirlər. Bu, yanlışdır. Uşaq bir saat gec yesin, qorxusu olmaz. Amma övladınızı telefon və planşetlə yemək yeməyə öyrətdinizsə, deməli onun gözlərini məhv etdiniz.

– Televizora baxmaq uşaqlarda görmə zəifliyi yarada bilərmi?

– Baxın, bu, artıq təsdiq olunmuş bir məsələdir. Televizora baxmaqla uşaqların gözündə zəiflik yarana bilməz. Çünki heç kim televizora 1-2 metr məsafədən baxmır. Televizor olur 4-5 metr məsafədə. Problem telefon və planşetlərə baxmaqla yaranır. Artıq o dərəcəyə çatıb ki, uşaq valideynin sözlərinə qulaq asmır. Gəlir həkimə və deyir ki, uşaq mənim sözümü eşitmir, xahiş edirəm, siz deyin, bəlkə, eşidər. Bu, artıq valideyn-uşaq arasındakı münasibətlərin təməlinin düzgün qoyulmadığından xəbər verir.

– 3-4 yaşlı uşaqlar bəzən gözlərini tez-tez qırpır. Bu, nəyin əlamətidir?

– Çox nadir hallarda bu simptom nevroloji problemlərlə əlaqələndirilir. Amma düzdür, valideynlər əksər hallarda uşaqların əsəbi olmasından şübhələnərək, birbaşa nevropatoloqlara müraciət edirlər. Mənim öz təcrübəmdə belə məqamlar olub. Onların böyük əksəriyyəti məktəblərdə digər uşaqlardan və ya cizgi filmlərindən götürülən vərdişlərdir. Həqiqətən, mən məktəbdə oxuyan zaman bu halla rastlaşmışdım. Bu, qeyri-ixtiyari vərdişdir. Yaxşı olar ki, bu vərdiş özünü möhkəmlətmədən onu aradan qaldıracaq məşğuliyyətlər tapılsın. Məsələn, həmin uşaqlara gözlərini qırpma, sənə telefonla oynamağa bir saat daha vaxt verəcəyəm desəniz, inanın ki, onlar o vərdişi elə tez tərgidir ki. (gülür)

Başqa bir səbəbi isə allergiya ilə bağlı ola bilər. Uşaqlara baxan kimi bilirik ki, onlarda allergiya var, yoxsa yox. Əgər gözlərini tez-tez qırpması allergik səbəbdən yaranıbsa, onun müalicəsi var. Əgər sadaladığım heç bir hal ona aid deyilsə, bu, artıq “tik” dediyimiz xəstəlikdir və nevropatoloqa müraciət etmək lazımdır.

– Uşaqlar problemlərini ifadə edə bilmir. Bəzən valideyn uşağın görmə zəifliyi olduğunu gec başa düşür və bu, görmə zəifliyinin daha da irəliləməsinə gətirib çıxarır. Əsasən, gözlərdən birinin passivliyi üstünlük təşkil edir. Bu məsələdə valideynlər nə etməlidir?

– Bəli,nmaraqlı məqama toxundunuz. Bax, məhz bu səbəbdən valideynlər gərək uşaqları mütəmadi olaraq həkim konsultasiyalarına gətirsinlər. Vaxtında müayinə olunan zaman xəstəliklər ilkin mərhələdə müşahidə edilir və onların müalicəsi daha rahat və tez olur.

Sırf görmə ilə bağlı problemi valideynlər hiss edə bilməz. Onu heç uşaqlar özü də hiss etmir. Çünki iki gözlə baxan insan görmə zəifliyini hiss edə bilməz. Uşaqlarda uzaqgörmə zəifliyi və allergiyalar çox olur. Gözlərin qaşınması, sulanması və s. Ümumiyyətlə, allergiya özü də simptomatik və asimptomatikdir.

Simptomatik allergiya vəziyyətində uşaq bunu özü hiss edir. Amma asimptomatik allergiya hallarında uşaqlar bunu özləri hiss etmir. Bu, yalnız həkim müayinəsi zamanı məlum olur. Allergiya isə yaş getdikcə azalır. Təxminən 30 yaşa qədər allergiya davamlı azalaraq gedir. Mənfiliyin (uzaqgörmə zəifliyi) stabil saxlanması üçün isə mümkün qədər kompüterlərdən, telefonlardan uzaq qalmalıdırlar. Çünki mənfilik də bədən boy verdiyi müddətcə qalxır.

Göz alması uzanır, uzandıqca isə zəifləmə prosesi gedir. Bu isə təxminən 23 yaşa qədər davam edir. Ona görə uşaqların daha çox uzaq məsafələrə, sonsuzluğa baxması yaxşıdır. Daha yaxşı olar ki, dəniz qırağında üfüqə baxsınlar.

– Göz gimnasitikası effektivdirmi?

– Bütün sahələrdə sübut olunmuş və sübut olunmamış məlumatlar var. Göz gimnastikası da həmin məqamlardandır. Bu, hər kəsin inandığı, lakin elmi cəhətdən sübut olunmayan informasiyadır. Heç vaxt ola bilməz ki, göz məşqləri görməni bərpa etsin. Məsələn, göz gimnastikası görmə zəifliyi -5 olan gözü -3-ə sala bilməz. Gimnastika yorğunluğu aradan qaldıra bilər.

– Göz xərçənginə rast gəlinirmi?

– Çox tez-tez rast gəlinən hal olmasa da, gözdə də xərçəng ola bilir.

– Bu gün, demək olar ki, bütün orqanların transplantasiyası var. Gözlə bağlı hər hansı transplantasiyaların yaranması gözlənilirmi?

– Əslində, bu gün bu məsələ aktual deyil. Çünki gözdə milyonlarla sinir var və onların hər birinin cərrahi üsulla birləşdirilməsi qəliz prosesdir. Bu gün Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına başlanılıb. Gələcəkdə digər hər hansı yeniliklər olarsa, bu da bu sahədə ilk ola bilər.

– Bir qədər linza və eynək məsələsinə toxunaq. Bu iki üsuldan hansı daha məqsədəuyğun hesab edilir?

– Təbii ki, söhbət müqayisəli çəkildə şərh etməkdən gedirsə, eynək daha məsləhətlidir. Çünki linza göz üçün yad cisimdir. Gözə yad cisim qoymaqdansa, eynəkdən istifadə etmək daha məqsədəuyğundur. Amma bir məqam da var ki, eynəklə müqayisədə, linza ilə daha yaxşı görmək olur. Həm də görüntü baxımından da linzalar daha çox bəyənilir.

Ümumiyyətlə, hər şey həkim təyinatından və xəstənin gözünün vəziyyətindən asılıdır. Düzgün təyinat yazılıbsa, heç bir problem olmur.

Linza istifadə edən insan bilməlidir ki, natəmiz şəkildə istifadə edilən linzalar gözə mikrob düşməsinə şərait yarada bilir. Bu isə qarşısıalınmaz xəstəliklərə, hətta gözün itirilməsinə belə gətirib çıxara bilər. Ona görə də bəzən xəstələr təmizkar olduqlarına güvənmədikləri üçün linza seçimi etmirlər.

– Linzalar gözün qidalanmasının qarşısını alırmı?

– Bəli. Linzalar bizim buynuz qişa dediyimiz, gözün ön hissəsində damarlar olmayan hissədə saxlanılır. Gözün dediyimiz hissəsinə isə oksigen çatmır. Buynuz qişanın bütün qidası göz yaşı və havadan gələn oksigenlə təmin edilir. İndi baxın, linza taxılan zaman həmin oksigenin yolu bağlanır və çətinləşir.

Buna görə də linzanı həkim təyin etdiyi müddətdən artıq gözdə saxlamaq olmaz. Düzgün istifadə edilmədikdə, istifadə müddəti keçən linzaları taxdıqda problem yarana bilər. Amma təyinata uyğun şəkildə taxılan linzalardan gözə və görməyə heç bir ziyan olmaz.

– Bəzən deyirlər ki, linza istifadə edən xəstələrdə buynuz qişada incəlmə gedir. Bu isə lazer əməliyyatına mane ola bilir. Bu, nə dərəcədə doğrudur?

– Əslində, belə bir məqam var. Linza buynuz qişanı sürtərək nazikləşdirə bilir. Amma bu mütəmadi olaraq 15-20 il linza istifadə edən insanlarda müşahidə edilə bilən məqamdır. Heç kim linza taxmazdan qabaq buynuz qişanın qalınlığını yoxlamır. Belə olan halda buynuz qişanın linza istifadəsindən sonra nazikləşdiyini deyən şəxslər də bir qədər sual doğurur. Ona görə deyə bilərəm ki, görmənin eksimer lazer cihazı ilə korreksiyası bir anda olmur.

Həkim korreksiyadan qabaq təxminən 1-2 həftə ərzində linzalardan istifadə etməməyi tövsiyə edir. Bu zaman isə göz öz formasına qayıdır. Bundan sonra korreksiya zamanı heç bir problem olmur.

– Lazer korreksiyasının müddəti varmı? Bir müddət sonra görmənin geriləməsi müşahidə edilə bilərmi?

– Müəyyən bir görmə geriliyi müşahidə edilə bilər. Məsələn, -5 dərəcə görmə zəifliyi olan xəstənin gözü lazer korreksiyası olunubsa və xəstə təyinatlara düzgün riayət edibsə, görmənin zəifləməsi ehtimalı 5 faizdir. Amma ümumiyyətlə, görmədə müəyyən qədər geriləmə dedikdə, -1 dərəcəyə qədər zəifləməni nəzərdə tuturam.

– Hansı dərəcədə zəif görmənin eksimer lazer cihazı vasitəsilə korreskiyasi məqbul hesab olunur? Hər hansı bir normalar varmı?

– Mən deyərdim ki, bu istiqamətdə cəmiyyət arasında yanlış fikirlər var. Hər kəs elə düşünür ki, mənfilik dərəcəsi az olan xəstələrin lazer korreksiyasına müraciət etməsi doğru deyil. Lazer korreksiya ilə görmənin bərpası daha böyük, yəni -5 və daha yuxarı dərəcələrdə mənfilik olan xəstələrə şamil edilməlidir. Əslində, mən bununla razı deyiləm. Çünki mənfilik nə qədər çox olursa, korreksiya zamanı buynuz qişa bir o qədər nazikləşir. Bu zaman isə gözün forması dəyişir.

Mənim bir xəstəmin görməsi -20 olub. Onun görməsini lazer cihazı vasitəsilə heç vaxt bərpa etmək olmaz. Şəxsən mən görməsi -5 dərəcə və daha yuxarı olan xəstələri lazer korreksiya etməyi sevmirəm. Ondansa əməliyyatla linza qoyulması daha məqsədəuyğundur. Həmin o -20 dərəcə mənfiliyi olan xəstəyə əməliyyatla linza qoymuşuq və həyatına daha rahat şəkildə davam edir.

– Bəs əməliyyatla qoyulan linzalarda yaxın məsafəyə fokuslanma problem olmur?

– Əslində, gözün fokuslanması 40 yaşa qədərdir. 40 yaşdan sonra bütün insanlarda fokuslanma prosesi yavaş-yavaş dəyişir. Fokuslanmada problem yaradan linzalar da olur, yaratmayan linzalar da. Amma mən, umumiyyətlə, bu linzaların zərurət olmadığı halda 40 yaşdan sonra qoyulmasını məsləhət görürəm.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Comments are closed, but trackbacks and pingbacks are open.