Press "Enter" to skip to content

Liseylərə qəbul testləri

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

Testlər

Azərbaycan dili fənni üzrə 10 suallıq bu testlə özünüzü sınaya bilərsiniz.

2 ay əvvəl

  • Facebook
  • Twitter
  • Whatsapp
  • Email

Azərbaycan Dili 10 Suallıq Online Sınaq – 9-cu Sinif Buraxılış

Bu test 9-cu sinif buraxılış imtahanlarına uyğun hazırlanmışdır. Testdə 10 ədəd sual var. Bütün suallara cavab verin və sonda neçə doğru, neçə yanlış cavabınız olduğunu görün.

2 ay əvvəl

  • Facebook
  • Twitter
  • Whatsapp
  • Email

İngilis Dilin Onine Test – Sınaq İmtahanı

İngilis dili səviyyənizi müəyyən etmək çün pulsuz onlayn ingilis dili testində iştirak edin. Test müddətində sizə 10 sual veriləcək – sualların hər birini diqqətlə oxuyun və cavab verməzdən əvvəl düşünün.

2 ay əvvəl

  • Facebook
  • Twitter
  • Whatsapp
  • Email

10 Suallıq Azərbacyan Dili Sınaq Testi

Azərbacyan dili fənnindən 10 sualdan ibarət sınaq imtahanı.

Liseylərə qəbul testləri

2021-05-25 17:18:00

Liseylərə qəbul üçün elektron qeydiyyata start verilib

Mayın 25-də 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey siniflərinə qəbul üçün elektron qeydiyyat başlayıb. BŞTİ-dən AzEdu.az-a Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və seçdiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat iyunun 5-də başa çatacaq. Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər təlim dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər. Müsabiqənin 16 iyun (6-cı sinfə qəbul), 17 iyun (V sinfə qəbul), 18 iyun (VII sinfə qəbul), 21 iyun (VIII və IX siniflərə qəbul) tarixlərində təşkil olunması nəzərdə tutulur.

Bu bölməyə aid digər xəbərlər

Məktəbdə insident – Direktor müavini xəsarət aldı

2023-03-17 17:09:16

Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır

2023-03-15 09:47:09

Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM

2023-03-14 12:40:00

FHN orta məktəbdə təlim keçirib – FOTO

2023-03-13 16:31:00

Məktəblərdə ağacəkmə kampaniyası davam edir

2023-03-13 15:27:00

Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

2023-03-13 09:32:06

Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.

2023-03-11 15:59:00

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

2023-03-10 13:27:10

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

2023-03-09 16:25:02

FHN Bərdədə orta məktəbdə təlim keçirib

Liseylərə qəbul imtahanları keçirilir

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, imtahanlar avqustun 26-dək davam edəcək.

Qəbul imtahanlarında 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. V-IX-cu sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya və A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, eləcə də, Gəncə və Qubada yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şirvan və Şəki şəhərlərində yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyi üzrə təşkil olunacaq.

Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.

İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürünün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.

İmtahana gələn şagirdlərin buraxılış vərəqlərində qeyd olunan vaxtda imtahan təşkil edilən mərkəzdə olmaları xahiş olunur. Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.