Press "Enter" to skip to content

Mövzu logiSTİkanin nəZƏRİ-metodoloji Əsaslari plan

a) variantında – təqdim edilən şəkil biznesin spesifik funksiyalarına (tədarükat, istehsal, satış və müvafiq nəzəri aparat – injirinq, mikroiqtisadiyyat, istehsalın təşkili, əməli menecment, fiziki bölüşdürmə) əsaslanan ənənəvi logistik yanaşmanı əks etdirir. Bu mənada logistikanın konseptual mövqeyi məhsulgöndərmə mərhələsindən son istehlakçılara – alıcılara qədər icra olunan ayrı-ayrı logistik funksiyalar arasında material axınlarının idarə edilməsi ilə bağlı inteq­rativ potensialı özündə əks etdirir.

Logistika nedir?

Logistika ; məhsul, xidmət və insan kimi qaynaqların ehtiyac olan yerdə və zamanda təmin edilməsi üçün bir vasitə olaraq təyin edilə bilər. Hər hansı bir marketinq və ya istehsal təşkilatı üçün maddi-texniki dəstək olmadan uğur qazanmaq çox çətindir. Logistika; göndərmə, inventar, saxlama, materialla işləmə və qablaşdırma məlumatlarının birləşdirilməsi daxildir. Logistik idarəetmə məsuliyyəti, xammalın coğrafi yerləşməsi, prosesin istismarı və ehtiyacları mümkün olan ən aşağı xərclə qarşılayaraq işin başa çatmasıdır.

Logistika nədir? Onun tarixi

Logistikaya ; Bir məhsulun nəqliyyat, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, paylama kimi ilk istehsalçıdan son istehlakçıya qədər olan bütün prosesləri aiddir. Qısası doğru zamanda, doğru qiymətlə doğru ölçüyə sahib olmaq olaraq təyin edilə bilər. Logistika bir proses elmidir. Bütün sənaye sektorlarında səmərəliliyin, tədarük zəncirinin və layihə istismara verilmə müddətinin istənilən səviyyədə olub olmadığı yoxlanılır.

Logistika – maddi texniki ehtiyyatların və ehtiyyatların axını və saxlanmasının səmərəliliyini planlaşdırma, həyata keçirmə və izləmə prosesidir demək olar.

Universitetlərdə tədris olunan logistika ixtisası köhnə ” Dünya iqtisadiyyatı” ixtisasının adının dəyişdirilməsi ilə yaranmışdır. Beynəlxalq ticarət və logistika ixtisasının haradılma məqsədi belədir: Qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, öyrəndiklərini biznezin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tədbiq etmək bacarığı olan kadrlar yetişdirmək.

Logistikanın tarixi

Logistika əsgərlərin ehtiyaclarının özləri tərəfindən qarşılanması zamanı ortaya çıxan bir anlayışdır,və bu əsasla yola çıxaraq daha çox irəliyə getmişdir. Qədim Roma, Yunan və Bizans sivilizasiyalarında ehtiyacların paylanması və maliyyələşdirilməsindən məsul olan Logistikas adlanan bölümlər və zabitlər vardı.

Hərbi logistika qaynaqların ehtiyac duyulan yer və vaxtda yerinə necə çatdırılmasına yönəlir. Hərb elmində, düşmənin tədarük xətrlərini pozmaq ən vacib hərbi strategiyalardan biridir. Yanacaq, silahı və ərzağı olmayan hərbi qoşun müdafiəsizdir.

Logistika 1950 ci illərdən sonra iş həyatına uyğunlaşdı. Bu, əsasən dünya miqyasında tədarük, nəqliyyat və təchizat ehtiyacının artması ilə əlaqədardır.

İş dünyasında logistika tədarükçüsündən son istifadəçiyə (tədarük zənciri) doğru bir axında ; həm daxili həm də xarici yada hər ikisinə yönəldilə bilər. Logistik idarəetmənin əsas funksiyaları alış, nəql, saxlama, inventar girişi, düzgün məlumat axının təmin edilməsi və bu fəaliyyətlərin təşkili və planlaşdırılmasıdır. Logistika menecerləri bu funksiyaların hər birindən məlumatları bir təşkilat daxilində əlaqəndirərək birləşdirirlər. Logistika əsasən iki fərqli formaya malikdir: biri anbar və nəqliyyat şəbəkəsi boyunca material axının davamlılığını təmin edir,digəri layihələri yekunlaşdırması üçün mənbələr zəncirini əlaqələndirir.

Logistika, müştəri ehtiyaclarını qarşılamaq üçün başlanğıc nöqtəsindən (mənbədən) son nöqtəyə ( son istehlakçıya) qədər tədarük zəncirindəki hər növ məhsul, xidmət bə məlumat axınlarının təsirli və səmərəli planlaşdırılması, həyata keçirilməsi, daşınması, saxlamması və idarə edilməsidir. Saxlamaq xidmətidir. “

Logistika həmçinin əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələri ilə də məşğuldur.

XX əsrin əvvəllərində müharibə aparan və yarımmüharibəyə hazırlaşan hərbi hissələrin təchizatı nəticəsində hərbi sursat, nəqliyyat və ehtiyyat hissələrinin göndərilməsi, planlaşdırılması, idarə edilməsi, təminatı kimi məsələlərdə logistik metodlardan geniş istifadə olunurdu.

Logistikanın vəzifələri

Logistikanın ümumi məqsədi budur : yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, informasiya, maliyyə, kadr və s axınların funksional menecmetinin səmərəli, interaktiv sistemini yaratmaq.

Logistika istifadəsi müəssisənin mövcud bazar mühitinə uyğunlaşmasını maksimum dərəcədə artırmağa, mənfəət payını artırmağa və birbaşa rəqiblərdən açıq üstünlük əldə etməyə imkan verir.

Logistikanı yalnız bir göndərmə xidməti kimi düşünmək səhvdir. Qablaşdırma, səhm idarəsi, təchizat zənciri və s.məsələlər logistikaya aid edilmişdir.

Logistikanın bölmələri

Logistika aşağıdakı yarımbölmələrə bölünür:

  • Hərbi logistika
  • Biznes logistika
  • Tədarük logistikası
  • Paylama logistikası
  • Satış logistikası
  • Nəqliyyat logistikası
  • Ehtiyyat logistikası
  • Anbar logistikası
  • İnformasiya logistikası
  • Kompleks logistika
  • Ekoloji logistika
  • Qənaət logistikası
  • Şəhər logistikası

Logistikanın tədqiqat obyektləri:

Logistikanın əsas tədqiqat obyektləri bunlardır:

  • Zəncir
  • Sistemi
  • Funksiyası
  • Məlumat axını

Mövzu logiSTİkanin nəZƏRİ-metodoloji Əsaslari plan

Logistikanın tarixi inkişaf mərhələləri onun paradiqması ilə sıx əlaqədardır. Tarixi baxımdan logistikanın dörd əsas:

  • analitik;
  • texnoloji (informasiya);
  • marketinq;
  • inteqral paradiqması mövcuddur.

Analitik paradiqma təkrar istehsal prosesinin yalnız istehsal və mübadilə sferasında material axınlarının idarə edilməsi problemi ilə məşğul olan logistikaya nəzəri elm sahəsi kimi ilkin klassik yanaşmanı nəzərdə tutur. Analitik paradiqma ilə bağlı fundamental elmi tədqiqat işləri logistikanın əsas aparıcı fənn olaraq tədris edildiyi Amerika universitetlərinə məxsusdur. Logistikanın analitik paradiqması ciddi nəzəri bazaya, xüsusilə tədqiqatların aparılması üçün ehtiyatların idarə edilməsi, əməliyyatların tədqiqi, iqtisadi kibernetika, riyazi statistik model və metodlardan istifadə olunmasına əsaslanır. Analitik paradiqmanın tətbiq edilməsinin spesifik xüsusiyyəti həll ediləcək logistik problemlərin spesifik cəhətlərini əks etdirən mürəkkəb iqtisadi – riyazi modellərin qurulmasından ibarətdir. Bu zaman logistik obyektlərin (xüsusilə inteqrativ logistik sistemlərin) böyük ölçüyə və stoxastik xarakterə malik olmasını, habelə mürəkkəbliyini nəzərə almaqla problemi dəqiq və düzgün müəyyənləşdirməli və qurulan model isə praktiki baxımdan reallaşdırıla bilən olmalıdır. Bunun üçün qurulan modellər böyük həcmdə ilkin informasiyalarla və logistik idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan mürəkkəb həll alqoritmləri ilə təmin edilməlidir. Daha doğrusu, analitik paradiqma geniş çeşidli ilkin informasiyalara və müvafiq həll alqoritmlərinə malik olmalıdır.

Qeyd olunan bu xüsusiyyətin mahiyyəti ondan ibarətdir ki, analitik paradiqmaya əsaslanan logistik model və məsələlərin praktiki tətbiq sahəsi istehsaldaxili logistik sistemlərin sərhəddinə qədərdir, onunla məhdudlaşır. Yəni, analitik paradiqma yalnız istehsala qədər logistik məsələlərin həlli ilə məşğul olduğundan istehsaldaxili logistik sistemlər analitik paradiqmanın reallaşmasına xidmət edən modellərin, eləcə də onların həll alqoritmlərinin tətbiq sahəsinə aid edilmir. Lakin firma və şirkətlər təsərrüfat fəaliyyətlərinin yerinə yetirilməsi zamanı yaranan cari problemlərin həll edilməsinə daha çox meyl göstərirlər. Buna görə də logistik tədqiqatların aparılmasına inteqrativ nöqteyi – nəzərdən yanaşan, ona böyük maraq göstərən əksər firma və şirkətlər üçün klassik və analitik paradiqma əlverişli hesab edilmirdi və bu da analitik paradiqmadan imtina etmək zəruriyyətini meydana çıxardı. Logistik nöqteyi – nəzərdən daha optimal və əlverişli hesab edilən texnoloji xarakterə malik paradiqmalar təsərrüfat subyektləri üçün məqsədəuyğun idi.

Texnoloji paradiqma ötən əsrin 60 – cı illərində meydana gəlmiş və informasiya – kompyüter texnologiyasının sürətli inkişafı ilə sıx əlaqələndirilirdi. Mövcud paradiqmanın fəlsəfi mahiyyəti bir tərəfdən logistik obyektlərdə material axınlarının idarə edilməsi üzrə ümumi problemi formalaşdırmaq, digər tərəfdən isə problemin həlli üçün zəruri sayılan informasiya – kompyüter təminatını yaratmaqdan ibarət idi. Bu paradiqmada əsas diqqət firma və şirkətlərin təsərrüfat fəaliyyətinin planlaşdırılması, məhsul istehsalı üçün lazım olan ayrı-ayrı material resurslarının tədarük edilməsi, məqsəd (satış) bazarı üçün hazır məhsul istehsalı, hazır məhsuların bölüş­dürülməsi və satışı kimi inzibati funk­siyaların yerinə yetirilməsinə yönəldil­mişdi. Material axınlarının idarə edilməsi ilə əlaqədar olan bütün proseslərin təmin edilməsi məhz, informasiya – kompyüter sistemlərinin tətbiqinə əsaslanırdı ki, bu da öz növbəsində uçot, rabitə (telekommunikasiya) və nəzarət işlərini, habelə logistik sistem üçün mühüm rol oynayan idarəetmə qərarlarının qəbulu prosedurunu asanlaşdırırdı.

Texnoloji paradiqmanın nəzəri əsasını həm logistik obyektlərin özlərinin modelləşdirilməsi üçün tətbiq edilən, həm də sistemin informasiya – kompyüter təminatının yaradılması (və ya mövcud olanın təhlil edilməsi) zamanı intensiv istifadə olunan sistemli yanaşma metodu təşkil edirdi. Bu zaman logistik idarəetmənin əsas strategiyası adi, köhnə məsələləri avtomatlaşdırmaq və daha mürəkkəb logistik məsələləri isə məhz informasiya – kompyüter təminatının yaratdığı keyfiyyət üstünlükləri hesabına həll etməkdən ibarət idi. Lakin qeyd etmək lazımdır ki, material axınlarının idarə edilməsi ilə bağlı bütün proseslərin optimallaşdırılması texnoloji paradiqmanın məqsədini təşkil etmirdi və demək olar ki, onun diqqət mərkəzindən kənarda dururdu.

Praktiki olaraq texnoloji paradiqmadan istifadəyə nümunə kimi firma­daxili planlaşdırma, ehtiyatların idarə edilməsi, material resurslarının tədarükatı, habelə hazır məhsulların istehlakçılara göndərilməsi zamanı tətbiq edilən, geniş yayılmış «resurslara tələbatın planlaşdırılması» sistemini göstərmək olar.

Buna görə də ötən XX – ci əsrin 80 – ci illərindən etibarən sənayecə inkişaf etmiş bir sıra qərb dövlətləri logistik sistemlərin qurulması zamanı tez – tez marketinq paradiqmasına istinad etməyə başladılar. Bu paradiqmadan istifadəyə əsaslanan modellərin başlıca məqsədi mövcud rəqabət mübarizəsi şəraitində logistik sistemlərlə firmaların imkanları arasında münasibətləri təsvir etmək və aydınlaşdırmaq­dan ibarət idi. Məhz bu baxımdan layihələşdirilən, qurulan logistik sistemlər ilk növbədə firma və şirkətlərin strateji məqsədlərinin – bazarın tədqiqi, firmanın bazar payının və rəqabət mübarizəsinə tab gətirməsinin təyin edilməsi, satış bazarının cari və potensial tələbinin proqnozlaşdırılması kimi marketinq məsələlərinin həll olunmasını tələb edən, nəzərdə tutan məhsul satışı bazarında rəqabət strategiyasının reallaşdırıl­masına istiqamətlənmişdi.

Marketinq paradiqmasının elmi bazasını əsasən iqtisadi və sosial yönümlü fənlər: istehsalın iqtisadiyyatı və təşkili; əməli menecment, heyətin və məhsulun keyfiyyətinin idarə edilməsi; marketinq; sosial psixologiya və s. təşkil edir. Paradiqmanın riyazi əsası isə ehtimal nəzəriyyəsi, riyazi statistika, əməliyyatların tədqiqi metodlarından ibarətdir. Qeyd etmək lazımdır ki, bu paradiqmadan istifadəni nəzərdə tutan logistik obyektlərin modelləri müəyyən mənada abstrakt olmaqla kifayət qədər böyük ölçüyə malikdir. Belə modellərin bir sıra dəyişənləri keyfiyyət xarakteristikasına malik olduqlarından sadə analitik qərarların alınması prosedurunu çətinləşdirir. Bu nöqteyi – nəzərdən də qeyd olunan modellərin hər vaxt qurulması və tətbiqi iqtisadi baxımdan əlverişli olmur.

Xarici ölkələrdə marketinq paradiqmasının praktikada geniş istifadə olunan formasına nümənə kimi LRP (Logistics Requirements Planning) sistemini – firma, ərazi – istehsal kompleksləri və makrologistik strukturlar səviyyəsində giriş, daxili və çıxış material axınlarına nəzarət sistemini – göstərmək olar. Bir çox hallarda LRP sistemi «Supply Chain Management System» (logistik mərhələlərin – dövrənin idarə edilməsi) adlandırılır. Mahiyyət etibarı ilə LRP sistemi bir tərəfdən bölüşdürmə və satış şəbəkələrində, digər tərəfdən isə istehsaldaxili bölmələrdə ehtiyatların idarə edilməsinə konseptual marketinq yanaşması üçün; habelə material resurslarına tələbatın proqnozlaş­dırılması, hazır məhsullara tələb və nəqliyyat vasitələrinə tələbat; optimal logistik mərhələnin müəyyənləş­diril­­məsi üçün bir növ təminat yaradır.

Praktiki məsələlərin həll edilməsi məqsədilə logistik sistemin qurulması üçün göstərilən hər üç paradiqmanın kombinələşdirilmiş formasından istifadə olunur. Bununla yanaşı son vaxtlar qərb ölkələrində yeni logistik paradiqmadan (bəzi mütəxəssislər bunu inteqrativ paradiqmada adlandırırlar) aktiv istifadə olunması intensiv xarakter alıb. Bu paradiqma mahiyyət baxımından müasir mərhələdə biznes fəaliyyətinin obyektiv ilkin şərtlərini nəzərə almaqla sanki marketinq paradiqmasının inkişaf etmiş forması hesab edilir.

  • firma və şirkətlərin rəqabət imkanlarının reallaşdırılmasında strateji element kimi bazar mexanizmi və logistikanın yeni anlamda, səpkidə başa düşülməsindən;
  • logistik əməkdaşlar arasında kifayət qədər pers­pektiv inteqrasiya əlaqələrinin və inkişaf etmiş iqtisadi münasibətlərin mövcudluğundan;
  • texnoloji imkanlar, xüsusilə çevik avtomatlaşdırılmış istehsal və informasiya – kompyüter texnologiyası sahəsinin radikal dəyişikliklərə məruz qalması və nəticədə məhsul istehsalı və mübadiləsi sferalarının idarə edilməsi və onlara nəzarət olunması prosesində yeni perspektiv imkanların yaranmasından ibarətdir.

Müasir inteqrativ logistikada z a m a n amilinin belə xüsusi əhəmiyyət daşıması «istehsal dövrünün uzunluğu menecmenti» (Time-Based management ) və ya «istehsal dövrünün uzunluğu logistikası» (Time-Based logistics) termininin meydana gəlməsinə ilkin şərait yaratdı.

  • material və informasiya axınlarının mürəkkəbliyi, hərəkət sürəti və intensivliyi artır. Logistik vasitəçilər arasında qarşılıqlı maliyyə münasibətləri çətinləşir;
  • logistik dövrədə iştirakçıların (agentlərin) sayı azalır. Təşkilati – iqtisadi münasibətlər baxımından isə logistik sistemlərdə qarşılıqlı əlaqələr kəmiyyətcə minimum səviyyəyə çatır və bu əlaqələrin mürəkkəbliyi artır;
  • istehsal və bölgü şəbəkələrində material ehtiyatlarının praktiki olaraq yaradılmaması və ya ləğv edilməsi nəticəsində logistik dövrənin etibarlığı azalır.

a) variantında – təqdim edilən şəkil biznesin spesifik funksiyalarına (tədarükat, istehsal, satış və müvafiq nəzəri aparat – injirinq, mikroiqtisadiyyat, istehsalın təşkili, əməli menecment, fiziki bölüşdürmə) əsaslanan ənənəvi logistik yanaşmanı əks etdirir. Bu mənada logistikanın konseptual mövqeyi məhsulgöndərmə mərhələsindən son istehlakçılara – alıcılara qədər icra olunan ayrı-ayrı logistik funksiyalar arasında material axınlarının idarə edilməsi ilə bağlı inteq­rativ potensialı özündə əks etdirir.

İ
nteqrativ paradiqmaya əsaslanan logistikanın yeni perspektivləri b) va­rian­tında göstərilən şəkilində verilmişdir.

LOGİSTİKANIN ƏSASLARI (I HİSSƏ)

Dərslikdə dünyada inkişafı intensiv xarakter alan yeni elmi sahə iqtisadiyyatda material axınlarının təşkili və idarə edilməsi prosesləri haqqında nəzəri və praktiki biliklər verən logistika sistemli şəkildə göstərilir. Müəllif logistikanın terminoloji aparatı, konsepsiyası və metodoloji əsaslarını təhlil edir, logistik idarəetmənin obyektlərini və funksiyakarını, logistik sistemləri hərtərəfli nəzərdən keçirir. İstehsal və mübadilə sferasında material axınlarının logistik təşkili və idarə edilməsi məqsədilə bir-biri ilə üzvi əlaqədə olan logistikanın ayrı ayrı funksional sahələri tədarükat, istehsal, bölüşdürmə, ehtiyat, informasiya, nəqliyyat və anbar logistikası geniş və müfəssəl izah edilir. Dərslik Dövlət Təhsil Standartları çərçivəsində “İqtisadi resursların idarə edilməsi” ixtisası üzrə ali peşə təhsilinə müvafiq təhsil programı əsasında hazırlanmışdır.

Dərslik iqtisadiyyat yönümlü ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Bu aspirant və dinləyicilər üçün faydalı olmaqla, ondan praktik fəaliyyət məqsədilə firma və müəssisələrin logistika və marketinq şöbələrinin əməkdaşları da istifadə edə bilərlər.

Yükləməyə Keç [6,38 Mb] [ : 227] –>

Comments are closed, but trackbacks and pingbacks are open.