Press "Enter" to skip to content

Kompüter şəbəkələri

Təcrübəli elektrik ustası ünvana gələrək elektrik enerjisi ilə bağlı yaranmış problemlərin, güvənlik açıqlarının aradan qaldırılması, elektrik xətlərinin çəkilməsi, rozetka (elektrik çıxışı), vkluçatel (elektrik açarı),

Lokal şəbəkələr/Lokal kompüter şəbəkələrinin topologiyası

Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüterlər şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.

Şin topologiyası

Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar (şək. 1). Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.

İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Paket bir neçə hissədən:

  • informasiyanın ünvanlandığı kompüterin ünvanından;
  • informasiyanı göndərən kompüterin ünvanından;
  • göndərilən informasiyadan;
  • xidməti sahələrdən ibarətdir.

Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir.

Əgər iki kompüter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:

  • Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
  • Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
  • Şəbəkə kartları (adapterləri) ucuzdur;

Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.

Halqavari topologiya

Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə (şək.2), yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.). Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:

  • Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
  • Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
  • Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;

Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.

Ulduzvari topologiyalı lokal şəbəkələr

Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.

Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər. Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 – şəbəkənin sürətini (Mbit/san) göstərir. Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər. Bu və ya digər topologiyanın seçilməsi kompüter şəbəkəsinin tətbiq sahəsindən, kompüterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir. Hal-hazırda kabelsiz lokal kompüter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman kompüterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir. Son zamanlar bir bina (və ya bir otaq) içərisində mövcud elektrik şəbəkəsindən istifadə edilərək lokal kompüter şəbəkələr qurulması üçün proqram və texniki vasitələr işlənilmişdir.

Kompüter şəbəkələri

Kompüter şəbəkələri- bir-biri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdir. Hansı ki bu kompüterlər arasinda informasiya mübadiləsi və resurslardan birgə istifadə etmək mümkündür. Kompüter şəbəkəsi çoxlu sayda kompüterləri özündə birləşdirən verilənlərin ötürülməsi mühitidir.

Növləri

Bütün elektron hesablama şəbəkələri miqyaslarına görə üç növə bölünürlər:

Lokal hesablama şəbəkəsi – LAN(Local Area Network) aralarına coğrafi məsafəsi az olan kompüterlər arasında yaradıla bilir. Bu şəbəkə növü adətən hər hansı bina daxilində və ya bir neçə bina arasında qurulur. Belə ki, kompüterlər arasında məsafə 10-15 km-dən çox olmamalıdır.

Regional hesablama şəbəkəsi – bu şəbəkə aralarındakı məsafə 10-100 km olan kompüterlər arasında qurula bilir. Bunlara rayon və şəhər şəbəkələrini aid etmək olar.

Qlobal hesablama şəbəkəsi -WAN(Wide Area Network) geniş coğrafi əraziləri əhatə edən, özündə çoxlu sayda lokal şəbəkələri və telekomunikasiya qurğularını birləşdirən şəbəkə növüdür. Daha çox tanınmışlarına Internet, Fido, Sprint, Relcom göstərmək olar.

Lokal hesablama şəbəkəsi:

  • Şin topologiyası
  • Ulduz topologiyası
  • Halqa topologiyası

Şin topologiyası:

Şin topologiyası tətbiq olunmuş şəbəkələrdə bütün müştəri kompüterlər verilənlərin ötürüldüyü ümumi bir kanala qoşulurlar.

Üstün cəhətləri:

Şəbəkədəki informasiyalardan hər bir kompüter istifadə edə bilər. İşçi stansiyaları bir-birlərinə mane törətmədən şəbəkəyə qoşmaq və ya ayırmaq olar. Şin topologiyası üzərində qurulmuş şəbəkə daha ucuz başa gəlir. Şəbəkə yüksək dayanıqlılığa malikdir. Belə ki, işçi stansiyalar bir-birlərindən asılı deyillər.

Mənfi cəhətləri:

Verilənlərin ötürülməsi aşağı sürətlə baş verir. Şəbəkənin işləmə sürəti şəbəkəyə qoşulmuş kompüterlərin sayından asılıdır. Belə ki, kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır. Bu cürə şəbəkə növündə informasiya təhlükəsizliyi daha aşağı səviyyədədir. Çünki hər bir kompüterin digər kompüterlərdəki informasiyaya müdaxiləsi mümkündür.

Ulduz topologiyası ​:

Ulduz topologiyası tətbiq olunmuş şəbəkədə işçi stansiyalar arasında informasiya mərkəzi kompüter tərəfindən idarə olunur. Mərkəzi kompüterin yerinə server və ya konsentrator yəni hub ola bilər.

Üstün cəhətləri:

Şəbəkə yüksək ötürücülük qabiliyyətinə malikdir. Belə ki, informasiya mərkəzi kompüter tərəfindən idarə olunaraq ötürülür. Verilənlərin ötürülməsi zamanı toqquşma baş vermir. Çünki hər bir kompüter serverə ayrıca kanalla birləşdirilib.

Mənfi cəhətləri:

Etibarlılığın aşağı olması. Çünki şəbəkənin fəaliyyəti mərkəzi kompüterdən asılıdır.

Əgər mərkəzi kompüter sıradan çıxarsa onda bütün şəbəkə siradan çıxmış olacaq.

Şəbəkənin baha başa gəlməsi. Belə ki, hər bir kompüteri şəbəkəyə qoşmaq üçün ayrıca xətt lazımdır.

Halqa topologiyası:

​ Halqa topologiyasında bütün kompüterlər halqa formasinda qapanmış xəttə qoşulurlar. Siqnallar halqada bir istiqamət üzrə ötürülür və hər bir kompüterdən keçir. Bu cürə şəbəkədə informasiya bütün kompüterlərdən keçir o vaxta qədər ki, informasiyanın ötürüləcəyi ünvan qəbuledicinin ünvanı ilə eyni olsun.

Üstün cəhətləri:

İnformasiyanın ötürülməsi çox effektiv həyata keçirilir. Belə ki, bir informasiya ötürüldükdən sonra növbətisini ötürmək olar. Şəbəkə geniş ərazini də əhatə edə bilər, bunun üçün əlavə siqnal gücləndirici lazım deyil.

Mənfi cəhətləri:

Etibarlılığının aşağı olması. Çünki bir kompüterin siradan çıxması bütün şəbəkənin sıradan çıxmasına gətirib çıxarır.

Yeni müştəri kompüterin şəbəkəyə qoşulması üçün bütün şəbəkə dayandırılmalıdır. Müştəri kompüterlərin sayı çoxaldıqca şəbəkənin işləmə qabiliyyəti də zəifləyir. Şəbəkənin ümumi işləmə keyfiyyəti ən zəif kompüterin işləmə keyfiyyəti ilə uyğunlaşdırılır.

Onu da qeyd edə ki, yuxarıda sadalanan əsas növ topologiyalardan əlavə onların qarışığından da istifadə olunur.

Lokal şəbəkənin növləri:

​ Lokal şəbəkələrin iki növü var: 1) eynisəviyyəli LKŞ, 2) müştəri-server şəbəkəsi.

Eynisəviyyəli LKŞ-də bütün kompüterlər bərabər hüquqa malikdir. Və istifadəçi istənilən vaxt öz kompüterindəki informasiyaya girişi ləğv və ya bərpa edə bilər. Hər bir kompüter arxasında əyləşən istifadəçi bütün digər kompüterlərdəki resurslardan istifadə edə bilər.

Bunlara baxmayaraq bu cürə LKŞ-si növünün çatışmamazlıqları da mövcuddur. Bunlara aiddir: şəbəkəyə qoşulan kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır, vahid informasiya bazasının olmaması, vahid informasiya təhlükəsizlik sisteminin olmaması və şəbəkənin işləmə səviyyəsinin kompüterlərin işindən asılı olması.

Müştəri-server tipli şəbəkələrdə isə əsas mərkəzi kompüter server olur. Bütün informasiyalar məhz serverde saxlanılır və emal olunur. Buna görə də bu şəbəkə növü yüksək işləmə keyfiyyətinə malikdir. Amma mənfi xüsusiyyəti kimi qeyd etmək lazımdır ki, server-müştəri tipli şəbəkəni yaratmaq və işlətmək üçün küllü miqdarda maliyyə dəstəyi olmalıdır.

Regional şəbəkələr də informasiyanın ötürülməsi funksiyasını yerinə yetirirlər. Regional şəbəkələr bir neçə lokal şəbəkəni özündə birləşdirir.

Lokal şəbəkələr, internet və Server qurulması

Lokal şəbəkələr, internet və Server qurulması.
Lokal şəbəkələrin qurulması.
Şəbəkə kabellərinin quraşdırılması.
Simsiz (Wi-Fi) şəbəkələrin quraşdırılması.
Şəbəkə avadanlıqlarının quraşdırılması (Switch, ADSL Modem, Router, Wi-Fi)
İnternetin quraşdırılması. Şəbəkədə internetin paylanması.
Şəbəkədə bir kompüterdə olan faylların şəbəkə vasitəsilə digər kompüterlərdə istifadəsi.
Şəbəkədə bir kompüterə qoşulmuş printerin digər şəbəkədəki kompüterlər tərəfindən də istifadəsinin təmin olunması.
Wi-Fi əhatə dairəsinin genişləndirilməsi.
İnternet klubların quraşdırılması,klientlərin idarəetme proqramlarının yazılması.
Wi-Fi parolunuzun xaker hücumundan qorunmasını təmin etmək.
Server sistemlərinin qurulması və idarə olunması.

BAKU COMP
Computer Sales and Services

050 26 26 188 / 055 26 26 188 / 070 26 26 188

WhatsApp / Viber : +99455 26 26 188
Skype: baku_comp
E-mail: [email protected]

https://www.facebook.com/bakucomp
https://www.instagram .com/baku.comp
https://twitter.com/bakucomp (Periscope)
https://plus.google.com/+bakucomp
https://www. youtube.com/bakucomp
https://vk.com/bakucomp

Əlaqədar şəxs
baku comp
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 09.01.2020

Bütün növ elektrik işlərinin yerinə yetirilməsi həyata keçirilir. İş səliqəli və keyfiyyətli yerinə yetirilir. Görülən işlərə qarantiya verilir. Qiymət görülən işə uyğun olaraq razılaşma yolu ilə müəyyən olunur. Bakı

Menzillerde xirda elektrik islerinin gorulmesi Lusturların, razetka, vuklucatellerin quraşdırılması. Elektrik xetlerinin berpasi

Bakida metroda 10 ildən çox yüksək gərginlikli elektrik enerjisinin təsiri altında elektrik montyoru işləmiş elektrik ustası hal-hazırda sifariş ilə ünvana gələrək elektrik xidməti göstərir. Tags: elektrik ustasi,

Elektrik xetlerinin düzgün qaydada çekilişi karobkaların lazerle mantajı heyet ve bisetkaların işiqlandırılması her bir sistemin düzgün qaydada çekilişi ve s 10 iş tecrubem var munasib qiymete isdiyirem Allah her kesin

Bakı Şəhərində Yüksək iş keyfiyəti ilə bütün növ Elektrik işlərini görürəm. İŞ TƏCRÜBƏSİ (13 İL) Hər növ mənzil və tikililərdə professional ustalıqla elektrik işlərini təqdim edib zəmanət verirəm. İNSTAGRAM SƏYFƏMƏ

Elektrik ustasi ünvana gələrək elektrik enerjisi ilə bağlı yaranmış problemlərin, güvənlik açıqlarının aradan qaldırılması, elektrik xətlərinin çəkilməsi, rozetka (elektrik çıxışı), vkluçatel (elektrik açarı), avtomat

12 ildən çox rəsmi elektrik sahəsində iş təcrübəm var.Elektrik sahəsinə aid olan bütün işlərin yüksək formada,tam zəmanətlə işləyib təhvil veririrəm .Elektrikə aid olan İldırımötürücünün qoşulması və

her cur elektrik islerinin gorulməsi sifirdan veya yarimciq islerin tamamlanmasi lustur qurasdirilmasi ve temiri elektrik avadanliqlarinin sebekeye qosulmasi ve s

Evlərin və Obyektlərin elelktrik işlərinin görülməsi

Menzillerde elektrik xetlerinin cekilmesi. Lüsturların, razetka vuklucatellerin quraşdırılması.

Bakı və Sumqayıt şəhərlərində Ev, Mağaza, Ofis və başqa obyektlərin elektrik sistemlərinin qurulması, elektrik avadanlıqları ilə bağlı yaranan bu və ya digər problemlərin effektiv şəkildə aradan qaldırılması üçün əlaqə

Evlərdə və ofislərdə elektrik işlərinin təmiri və mantaj olunması

Təcrübəli elektrik ustası ünvana gələrək elektrik enerjisi ilə bağlı yaranmış problemlərin, güvənlik açıqlarının aradan qaldırılması, elektrik xətlərinin çəkilməsi, rozetka (elektrik çıxışı), vkluçatel (elektrik açarı),

Ev, ofis və obyektlərin elektrik sistemlərinin qurulması, yaranan bu və ya digər problemlərin effektiv şəkildə aradan qaldırılması üçün əlaqə saxlaya bilərsiniz. Bu sahə üzrə AzTU-in Elektroenergetika mühəndisliyi

Menzillerde elektrik xetlerinin cekilmesi. Lüsturların, razetka, vuklucatellerin quraşdırılması.

Təcrübəli elektrik ustası ünvana gələrək elektrik enerjisi ilə bağlı yaranmış problemlərin, güvənlik açıqlarının aradan qaldırılması, elektrik xətlərinin çəkilməsi, rozetka (elektrik çıxışı), vkluçatel (elektrik açarı),

Ustalar.Az Azərbaycanda Usta və təmir xidməti göstərən ustalar saytıdır. Ustalar Bakida və Azərbaycanın digər rayonlarında olmaqla Təmir-tikinti, məişət texnikası və digər hər sahəyə uyğun peşəkar usta xidmətləri təklif edən usta və servislər sizlərə təqdim olunur. Bakida və Azərbaycanda ustalar. Ustalar – təmir və tikinti hər saheye uygun. Ustalar.az Bakida ve Azerbaycanda butun saheler uzre ustalar bizim saytimizda. Uste xidmetleri ve servisleri ucuz qiymete. Kondisioner ustasi , Kombi ustasi, Soyuducu ustasi, Paltaryuyan ustasi, Ariston ustasi, Mebel ustasi, Qabyuyan ustasi, Televizor ustasi, Telefon ustasi və digər ustalar tapmaq mümkündür. Usta sifariş etmək üçün elanda göstərilən usta nömrəsinə zəng vurun və tezbir zamanda istədiyniz təmir xidmətini əldə edin.
© 2016 Ustalar.az | info [@] ustalar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.