Press "Enter" to skip to content

İdman məktəblərində kimlər məşq keçə bilər? – SİYAHI

Məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası” nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.

M1 fişini necə keçə bilərəm 2018 05 04

İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb.

Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası” nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.

Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.

Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır:

– 8-ci dərəcə: ümumi orta təhsil və “İdman ustası” adı;

– 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;

– 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;

– 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;

– 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;

– 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə – baş məşqçi-müəllim.

– 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və “Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi” fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim.

Nazirlik tərəfindən, həmçinin, idman məktəblərinin bağlanması təklifləri ilə bağlı məsələyə də münasibət bildirilib:

“Ümumi təhsil müəssisələrinin idman zalları fiziki tərbiyə fənninin tədrisi, həmçinin dərsdən sonrakı vaxtlarda müxtəlif idman növləri üzrə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının qorunması və inkişaf etdirilməsi, bu sahədə kütləviliyin təmin olunması, uşaqların idmana olana marağının artırılması məqsədilə istifadə olunur. İdman zallarının bağlanılması bu sahədə səmərəliliyin aşağı düşməsinə, uşaqların idmandan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, məktəblərdə idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 1994-cü il təvəllüdlü məşqçi Mehman Xəlilov 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olub. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.

İdman məktəblərində kimlər məşq keçə bilər? – SİYAHI

İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən report.az-a bildirilib.

Məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası” nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.

Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.

Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır:

– 8-ci dərəcə: ümumi orta təhsil və “İdman ustası” adı;

– 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;

– 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;

– 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;

– 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;

– 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə – baş məşqçi-müəllim.

– 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və “Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi” fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim.

Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.