Press "Enter" to skip to content

Maliyyə hesabatlarının təhlili

Return on equity = Net profit margin x Asset turnover x Leverage ratios

Maliyyə təhlili (dərslik)

Dərslikdə təsərrüfat subyektlərində maliyyə təhlilinin təşkili və apanimasınm metodiki və praktiki məsələləri nəzərdən keçirilmişdir. Kitabda maliyyə təhlilinin nəzəri məsələləri, iqtisadiyyatın idarə olunmasında onun rolu göstərilmiş, təşkilatın maliyyə vəziyyətinin, maliyyə nəticələrinin, kapitaldan istifadənin səmərəliliyinin və intensivliyinin təhlili metodikası, marjinal təhlil əsasında biznesdə idarəetmə qərarlannın əsaslandırılması qaydası, mühasibat uçotu və hesabatının beynəlxalq standartlannın tətbiqi şəraitində mənfəət və rentabelliyin təhlili metodikası və ölkənin uçot praktikasının ona uyğunlaşdıniması imkanlan konkret rəqəmlərlə şərh edilmişdir. Dərslikdə eyni zamanda qiymətli kağızlarla əməliyyatların, sahibkarlıq riskinin və inflyasiyanın maliyyə xarakterli qərarların qəbul edilməsinə təsirinin qiymətləndirilməsi qaydası verilmişdir. Dərslikdən iqtisadi ixtisaslar üzrə ali məktəblərdə təhsil alan tələbələr, maqistrlər,menecerlər, auditorlar, peşəkar mühasiblər və digər mütəxəssislər də istifadə edə bilərlər.

Yeni müstəqil dövlətlərdə bazar iqtisadiyyatının təşəkkülü bir sıra çətinliklər və ziddiyyətlərlə müşayət olunmuşdur. Belə ki, müəssisələrarası iqtisadi əlaqələrin formalaşması zamanı tərəfdaşların bir-birinə qarşı inamsızlığı səbəbindən bazar subyektlərinin maraqlarını təmin edən obyektiv informasiyalara tələbat artmış, eyni zamanda müəssisələrin fəaliyyət şərtləri də dəyişmişdir. Bu, ilk növbədə, idarəetmə sisteminin keyfiyyətcə kökündən dəyişilməsi ilə bağlıdır. Müəssisə fəaliyyətini davam etdirmək üçün istehsalın (iş və xidmətin) səmərəliliyini artırmalı və bu məqsədlə bütün resurslardan düzgün istifadə etməlidir. Müəssisənin maliyyəsinin, işgüzar fəallığının və iqtisadiyyatının təhlili nəzəriyyəsinə görə «sabit maliyyə vəziyyəti» anlayışı yalnız müəssisənin maliyyəsinin keyfiyyət səciyyəsi kimi deyil, eləcə də həmin vəziyyətin kəmiyyətcə hesablanması kimi başa düşülür. Bu başlıca nəticə müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılmış metodikasının ümumi prinsiplərini formalaşdırmağa imkan verir. Qeyd etmək lazımdır ki, bazar münasibətlərinin bərqərar olması, iri şirkət və holdinqlərin yaranması, onların fəaliyyət sferasının genişlənməsi, bütövlükdə biznesin beynəlmiləlləşməsi nəticəsində şirkət mülkiyyətçilərinin (səhmdarların) şirkətin idarəedici strukturlarından ayrılması baş verir. Öz fəaliyyətini yerinə yetirərkən şirkətlərin, bankların rəhbərləri görülmüş işlər haqqında vaxtaşırı maliyyə hesabatları tərtib etməlidirlər ki, həmin hesabatların düzgünlüyü mütəxəssislər – sərbəst fəaliyyət göstərən təhlilçilər, auditorlar və ya auditor firmalarının nümayəndələri tərəfindən yoxlanılır və müvafiq sənədlərlə rəsmiləşdirilir. Müasir dövdə təhlilçilərin, auditorların xidmətlərinə daima artan tələbat maliyyələşdirmə mənbələrinin potensial dairəsinin genişlənməsi ilə bağlıdır. Qiymətli kağızların alışı və satışı, ssudaların verilməsi, kommersiya kreditinin genişləndirilməsi və s. haqda qərarların qəbul edilməsi başlıca olaraq maliyyə informasiyalarına əsaslanır. Maliyyə-təsərrüfat fəaliyyətinin informasiya təminatı mürəkkəb quruluşa malikdir və müxtəlif amillərlə – idarəetmənin səviyyəsi, informasiyanın məqsədli təyinatı, istifadəçilərin tərkibi və s. ilə müəyyən edilir. Müəssisə səviyyəsində maliyyə fəaliyyətinin informasiya təminatının əsasını mühasibat məlumatları təşkil edir. Bazar iqtisadiyyatı şəraitində mühasibat xidmətinin funksiyalarına yalnız retrospektiv xarakter daşıyan təsərrüfat faktlarının qeyd olunması kimi mühasibat uçotunun aparılması deyil, eləcə də perspektiv istiqamətlərin müəyyən edilməsinə imkan verən maliyyə hesablamalarının həyata keçirilməsi daxildir. Bazar münasibətlərinin inkişafı ilə bağlı təsərrüfat fəaliyyətinin qeyri-müəyyənliyi də artır. Bu da gözlənilən son nəticələrin əldə edilməsinə inamsızlıq yaradır. Bazar iqtisadiyyatında bazar konyukturasmın əvvəlcədən müəyyən olunmaması səbəbindən yaranan risk ön plana keçir. Milli iqtisadiyyatın transformasiyası şəraitində mühasibat uçotunun təkmilləşdirilməsi analitik işlərin maliyyə təhlili kimi mühüm elementini yenidən aktuallaşdırmışdır. Təsərrüfat subyektlərinin maliyyə resurslarının təhlili və idarə olunması maliyyə təhlilinin əsasını təşkil edir. Rəqabətin güclənməsi, texnoloji dəyişikliklər, iqtisadi informasiyanın işlənməsinin kompyuterləşdirilməsi, vergi qanunvericiliyində edilən yeniliklər, tədricən formalaşan qiymətli kağızlar bazarı, dəyişən faiz dərəcələri və valyuta kursları ölkəmizdə bazar münasibətlərinin formalaşması xüsusiyyətlərini səciyyələndirir. Belə bir şəraitdə müəssisələrin menecerləri qarşısında müasir müəssisənin strategiya və taktikasının düzgün qurulması, onun gələcək inkişafı üçün maliyyə fəaliyyətinin optimal təşkili, maliyyə resurslarının idarə olunmasının səmərəliliyinin yüksəldilməsi, sabit maliyyə vəziyyətinin təmin olunması kimi mühüm məsələlər durur. Bu vacib məsələlərin həlli yalnız obyektiv maliyyə təhlili vasitəsi ilə mümkündür. Aparılmış maliyyə təhlilinin nəticələri əsasında material, əmək və maliyyə resurslarının bölüşdürülməsinin daha səmərəli istiqamətləri müəyyənləşdirilir. Məlum olduğu kimi, hər bir resurs məhduddur və onların istifadəsindən maksimum səmərə əldə etmək üçün yalnız onların həcminin artırılması deyil, eləcə də müxtəlif növ resurslar arasında optimal nisbətin yaradılması təmin edilməlidir. Bu zaman müəssisənin maliyyə resurslarına xüsusi diqqət verilməlidir, çünki onlar bilavasitə və minimal müddətdə bu və ya digər növ resursa transformasiya olunan yeganə resurs növüdür.

Yükləməyə Keç [2,33 Mb] [ : 1410] –>

Maliyyə təhlili və iqtisadi əmsallar

Müəssisənin müstəqilliyi, onların iqtisadi və hüquqi məsuliyyəti artdığından müəssisənin maliyyə vəziyyətinin, maliyyə resurslarının vəziyyətinin rolu daim yüksəlməkdədir. Bu cür təhlilin nəticələri ilk olaraq mülkiyyətçilər, kreditorlar, investorlar, malsatanlar, vergi orqanları üçün vacib sayılır. Maliyyə təhlilinin məqsədi yalnız müəssisə balansının likvidliyinin, mənfəətliliyinin, onun aktivlərinin və əmələgəlmə mənbələrinin qiymətləndirilməsindən ibarət deyil, o cümlədən bu göstəricilərin yaxşılaşdırılmasına dair tədbirlər planının hazırlanmasından ibarətdir. Müəssisənin maliyyə əmsallarının təhlili bu cür işlərin hansı istiqamətdə aparmaq lazım olduğunu təyin etməyə imkan verir.

Maliyyə təhlillində istifadə olunan əsas texniklər aşağıdakılardır:
– Nisbət təhlili
– Hesabatların qarşılaşdırılması ilə təhlil
– Şaquli təhlil
– Trend təhlili

1. Nisbət təhlili

Maliyyə hesabatlarının nisbətlərlə təhlili “Balans hesabatı” və “Mənfəət və Zərər hesabat”larındakı elementlərin bir-birinə bölünməsi yolu ilə aparılır. Bu üsulla bir çox nisbət hesabalamaq mümkündür, ancaq anlamlı, başa düşülən nisbətləri hesablamaq lazımdır. Bundan əlavə başa düşülən nisbətlərin hesablanması da yetərli deyil. Əsas önəmli olan bu nisbətlərin hesablanmasından sonra onlar üzərində təhlilin aparılması, fikir yürüdülməsidir. Nisbətlər aşağıdakı kimi təsnifləşdirilir:

a) Likvidlik əmsalları (Liquidity ratios)
b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)
c) Fəaliyyət əmsalları (Activity ratios)
d) Mənfəətlilik əmsalları (Profitability ratios)

1. a) Likvidlik əmsalları (Liquidity ratios)

Likvidlik əmsalları – müəssisənin qısa müddətli borclarını ödəmə gücünü ölçmək üçün hesablanır. Likvidlik əmsallarının hesablanmasında əsas məqsədlərdən biri müəssisənin işlək kapitalının yetərli olub olmamağıdır. Hər hansı bir müəssisənin likvidlik əmsalının yüksək olması həmin müəssisə tərəfindən qısa müddətli borcların ödənilməsində heç bir problem olmayacağını göstərir. Əsasən müəssisələrin qarşılaşdığı problemlərin çox hissəsini likvidlik yetərsizliyi təşkil edir. Likvidlik əmsallarının həddən artıq böyük olması da müəssisə tərəfindən yaxşı qarşılanmaya bilər. Nisbətlərin yüksək olması əsas vəsaitlərdən istifadə olunmamasına gətirib çıxardır.

Likvidlik əmsalları aşağıdakılardır:
Cari əmsal – Dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Cari əmsal = Dövriyyə vəsaitləri / Qısa müddətli öhdəliklər

Current ratio = Current assets / Current liabilities

Likvidlik əmsalı – Dövriyyə vəsaitlərindən hazır məhsul çıxıldıqdan sonra yerdə qalan məbləğin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Likvidlik əmsalı = (Dövriyyə vəsaitləri – Hazır məhsul) / Qısa müddətli öhdəliklər

Quick ratio = (Current assets – ınventories) / Current liabilities

Nağd pul əmsalı – Pul və pul ekvivalentlərinin qısamüddətli borclara bölünməsiylə hesablanır.

Nağd pul əmsalı = Nağd pul / Qısa müddətli öhdəliklər

Cash ratio = Cash / Current liabilities

1. b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)

Müəssisənin sahib olduğu aktivlər kapitalla və öhdəliklərlə maliyyələşdirilir. Maliyyə strukturu elə bir şəkildə qurulmalıdır ki, dövriyyə vəsaitləri qısamüddətli borclarla, əsas vəsaitləri isə uzunmüddətli borclar və kapitalla uyğunlaşsın. Əsas məqsədlərdən biri müəssisənin borclarının nə qədər hissəsinin qısamüddətli, nə qədər hissəsinin isə uzunmüddətli olmasıdır.

Maliyyə strukturu ilə əlaqəli əmsallar aşağıdakılardır:

Borclanma əmsalı – müəssisənin aktivlərinin neçə faizinin borclarla maliyyələşdiril-məsini göstərir. Müəssisəyə borc verən kreditorlara bu əmsalın aşağı olması daha uyğundur. İnkişaf etmiş ölkələrdən bu nisbətin 50%-dən aşağı olması məqsədəuyğundur.

Borclanma əmsalı = Borclar / Ümumi aktivlər

Total debt to assets = Total debts / Total assets

Uzunmüddətli (qısamüddətli) borcların passivlərdə payı – müəssisənin uzunmüddətli borclarının (qısamüddətli) passivlərə bölünməsiylə hesablanır.

Uzunmüddətli borcların payı = uzunmüddətli borclar / Ümumi Passivlər

Long torm debt to equity = Long term debt / (Equity+Liability)

Faizləri qarşılama əmsalı – müəssisənin ödəmək məcburiyyətində olduğu faizləri neçə dəfə qazandıqlarını göstərir.Bu nisbətin aşağı olması müəssisənin faiz ödəmələrini yerinə yetirərkən probləmlə qarşılacağını, yüksək olması isə müəssisənin faizləri ödəmə baxımından daha yaxşı maliyyə strukturuna malik olmasını göstərir.

Faizləri qarşılama əmsalı = Faiz və vergidən əvvəlki mənfəət / Faiz ödəmələri

İnterest coverage ratio = Earnings before interests and taxes (EBIT) / Interest payments

Leverec əmsalı – bu əmsalın keçən illərlə müqayisədə çox olması aktivlərin maliyyələşdirilməsində kapitaldan daha çox borclardan istifadə edilməni göstərir.
Levereyc əmsalı = Aktivlərin ədədi ortası / Kapital ədədi ortası

Leverage ratios = Average total assets / Average total equity

1. c) Fəaliyyət əmsalları (Activity ratios)

Bu əmsalları hesablayarkən həm “Balans hesabatı”, həm də “Mənfəət və Zərər” hesabatının elementlərindən istifadə edilir. Fəaliyyət əmsallarını aşağıdakı kimi təsnifləşdirə bilərik:

Hazır məhsulun dövriyyəliliyi – müəssisənin hazır məhsulunun pula çevrilmə sürətini və neçə dəfə yeniləndiyini göstərir. Bu əmsalın keçmiş illərə nisbətən yüksək olması məqsədəuyğundur.Bu onu göstərir ki, müəssisə hazır məhsulu tez pula çevirir, satış həcmini genişləndirir və mənfəət əldə edir, əks halda isə, əmsal aşağı olarsa, müəssisə hazır məhsulunu pula çevirə bilməkdə əziyyət çəkir.

Hazır məhsulun dövriyyəliliyi = Satılan malın maliyeti / Hazır məhsulun ədədi ortası

Inventory turnover = Cost of goods sold (COGS) / Average Inventory

Hazır məhsulun satılma vaxtı – hesabat dövrü ərzində ehtiyatların neçə gün içərisində satıldığını göstərir.

Hazır məhsulun satılma vaxtı = 365 / Hazır məhsulun dövriyyəliliyi

Days of ınventory on hand = 365 / Inventory turnover

Alacaqların dövriyyəliliyi – alacaqların ildə neçə dəfə alındığını göstərir.Bu əmsalın yüksək olması müəssisənin alacaqlarını idarəetmə siyasətinin güclü olmasını əks etdirir.

Alacaqların dpvriyyəliliyi = Gəlirlər / Alacaqların ədədi ortası

Receivables turnover = Revenues / Average receivables

Alacaqları əldəetmə vaxtı – hesabat dövrü ərzində alacaqların neçə gün içərisində əldə edilə bilməsini göstərir.

Alacaqların əldəetmə vaxtı = 365 / Alacaqların dövriyyəliliyi

Days of sales outstanding = 365 / Receivables turnover

Borcların dövriyyəliliyi

Borcların dövriyyəliliyi = Alışlar / Borcların ədədi ortası

Payables turnover = Purchases / Average payables

Borcların ödənilmə vaxtı
Borcların ödənilmə vaxtı = 365 / Borcların dövriyyəliliyi

Number of days of payables = 365 / Payables turnover

Aktivlərin dövriyyəliliyi – müəssisənin gəlirlərində aktivlərin payını göstərir.

Aktivlərin dövriyyəliliyi = Gəlir / Aktivlərin ədədi ortası

Total asset turnover = Revenue / Average total assets

1. d) Mənfəətlik əmsalları (Profitability ratios)

Müəssisənin mənfəətlilik əmsalını hesablamaq üçün aşağıdakı əmsallardan istifadə edilir:

Xalis mənfəət marjası – bir vahid gəlirə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin gəlirə nisbəti ilə hesablanır.
Xalis mənfəət marjası = Xalis mənfəət / Gəlir

Net profit margin = Net income / Revenue

Mənfəət marjası – bir vahid gəlirə düşən mənfəəti özündə əks etdirir və mənfəətin gəlirə nisbəti ilə hesablanır.

Mənfəət marjası = Mənfəət / Gəlir

Gross profit margin = Gross profit / Revene

Qeyd:

Mənfəət = Gəlir – Satılan malın maliyəti
Gross profit = Revenue – Cost of goods sold (COGS)

Vergidən əvvəl gəlir marjası – bir vahid gəlirə düşən vergidən əvvəlki gəliri hesablayır və vergidən əvvəlki gəlirin – gəlirə nisbəti ilə hesablanır.

VƏG marjası = Vergidən əvvəlki gəlir / Gəlir

Pretax margin = Earnings before taxes (EBT) / Revenue

Qeyd:

EBT – earnings before taxes
EBIT – earnings before interest and taxes
EBITDA – earnings before interest, taxes, depreciation and amortization

Aktivlərin gəlirliliyi – bir vahid aktivə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin aktivlərin ədədi ortasına nisbəti ilə hesablanır.

Aktivlərin gəlirliliyi = Xalis mənfəət / Aktivlərin ədədi ortası

Return on assets (ROA) = Net income / Average total assets

Kapitalın gəlirliliyi – bir vahid kapitala düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin kapitalın ədədi ortasına nisbəti ilə hesablanır.

Kapitalın gəlirliliyi = Xalis mənfəət / Kapitalın ədədi ortası

Return on equity (ROE) = Net income / Average total equity

Yuxarıda göstərilən əmsallardan istifadə edərək DuPont sistemini əldə etmək olar.

Kapitalın gəlirliliyi = Xalis mənfəət marjası x Aktivlərin dövriyyəliliyi x Levereyc əmsalı

Return on equity = Net profit margin x Asset turnover x Leverage ratios

2. Hesabatların qarşılaşdırılması ilə təhlil (Üfüqi Analiz)

Müəssisənin iki və ya ikidən çox ilə uyğun hazırlanmış maliyyə hesabatlarının faizlərlə artım və ya azalmasını əks etdirir.Hesabanarkən ikinci ilin məlumatlarından birinci ilin məlumatları çıxılır, yerdə qalan məbləğ isə birinci ilin məlumatlarına bölünür.

3. Şaquli Təhlil

Hər hansı bir müəssisənin maliyyə hesabatlarındakı elementlərinin öz qrupları daxilində faiz nisbətini əks etdirir.Hesablanarkən məbləğ 100-ə vurulur və qrupun məbləğinə bölünür.

4. Trend təhlili

Digər təhlil metodlarından fərqli olaraq trend analizində müəssisənin 4 və ya 5 ildən artıq dövrünü əhatə edən maliyyə hesabatlarının elementlərinin birinci ilə nəzərən artım və ya azalması əks etdirilir.

Mühasibat (maliyyə) hesabatlarının istifadəçiləri

Maliyyə hesabatlarının təhlili üzrə iş bir çox tələblərə cavab verməlidir. Maliyyə sənədlərində olan məlumatların istifadəçilərinin dairəsi ciddi analitiklərdən təsadüfi “yenilikçilərə” qədər müxtəlif kateqoriyaları əhatə edir. Onların hamısı təşkilat haqqında bütün məlumatlardan xəbərdar olur və səlahiyyətləri baxımından müxtəlif dərəcədə istifadə edirlər. (mühasibat,muhasibat)

Maliyyə hesabatları iki xarici qrup və bir daxili istifadəçilər qrupu üçün maraq doğurur.

  1. Təşkilatın fəaliyyətinə birbaşa maraq göstərən istifadəçilər.
  2. Dolayısı ilə maraqlı olan istifadəçilər.
  • ilk növbədə, hesabat sənədlərinin tərtibi, vergilərin hesablanması düzgünlüyünü yoxlayan vergi orqanlarının simasında dövlət, hansı ki, vergi siyasətini müəyyən edir;
  • kreditin verilməsi və ya uzadılması məqsədəuyğunluğunu qiymətləndirmək, kredit şərtlərini müəyyənləşdirmək, kreditin geri qaytarılmasına dair zəmanətlərin gücləndirilməsi, müştəriyə olan etimadın qiymətləndirilməsi üçün hesabatlardan istifadə edən mövcud və potensial kreditorlar;
  • müştəri ilə işgüzar əlaqələrin etibarlılığını müəyyən edən təchizatçılar və alıcılar;
  • təşkilatın vəsaitlərinin mövcud və potensial sahibləri öz vəsaitlərinin payının artırılması və ya azaldılmasını müəyyən etməli və təşkilatın rəhbərliyi tərəfindən resursların istifadəsinin effektivliyini qiymətləndirməlidirlər;
  • əmək haqqı səviyyəsi və bu təşkilatda iş perspektivləri baxımından hesabat məlumatları ilə maraqlanan xarici işçilər.
  • hesabat məlumatlarının investorların maraqlarını qorumaq üçün müəyyən edilmiş qaydalara uyğunluğunu yoxlayan audit xidmətləri;
  • hesabatlıqdan istifadə edən maliyyə məsələləri üzrə məsləhətçilər öz müştərilərinə kapitallarını bu və ya digər şirkətə yerləşdirmək barədə tövsiyələr vermək məqsədi ilə;
  • hesabatlarda təqdim olunan məlumatları qiymətləndirən qiymətli kağızlar birjaları, hər hansı bir şirkətin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edən, uçot metodlarının dəyişdirilməsi və hesabatların tərtib edilməsi zərurətini qiymətləndirən müvafiq təşkilatların qeydiyyatı zamanı;
  • qanunvericilik orqanları;
  • müqavilə şərtlərinin yerinə yetirilməsini qiymətləndirmək üçün hesabat məlumatlarına ehtiyacı olan hüquqşünaslar, mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi zamanı qanunvericilik normalarına riayət etmək, həmçinin pensiya təminatı şərtlərini müəyyən etmək;
  • icmalların hazırlanması, inkişaf meyillərinin qiymətləndirilməsi və ayrı-ayrı şirkətlərin və sahələrin fəaliyyətinin təhlili, maliyyə fəaliyyətinin ümumiləşdirici göstəricilərinin hesablanması üçün hesabatlardan istifadə edən mətbuat və informasiya agentlikləri;
  • statistikaya görə sahələr üzrə statistik ümumiləşdirmələr, habelə sahə səviyyəsində fəaliyyətin nəticələrinin müqayisəli təhlili və qiymətləndirilməsi üçün hesabatlardan istifadə edən dövlət təşkilatları;
  • əmək haqqı tələblərinin və əmək müqavilələrinin şərtlərinin müəyyən edilməsi, habelə bu təşkilatın aid olduğu sahənin inkişaf tendensiyalarının qiymətləndirilməsi üçün hesabat məlumatında maraqlı olan həmkarlar ittifaqları.
  • təşkilatın ali rəhbərliyi;
  • bu hesabatlara əsasən qəbul edilmiş investisiya qərarlarının düzgünlüyünü və kapital strukturunun səmərəliliyini müəyyən edən müvafiq səviyyələrin idarəediciləri dividend siyasətinin əsas istiqamətlərini müəyyən edir, hesabatlılığın proqnoz formalarını təşkil edir və qarşıdakı hesabat dövrlərinin maliyyə göstəricilərinin ilkin hesablamalarını həyata keçirir, digər təşkilatla və ya onun əldə edilməsi, struktur yenidən təşkili imkanlarını qiymətləndirirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.