Press "Enter" to skip to content

Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb

Nəticədə, birinci problemə əlavə olaraq ikinci problem də ortaya çıxdı. 100,000-lik evlər üçün 75,000-lik kredit götürmüş və kreditin artıq məsələn 70,000 dollarını ödəmiş müştərilər öz evlərinin qiymətinin 60,000 dollara düşdüyünü gördükdə öz evlərini banklara geri qaytarıb ödədikləri məbləğləri geri tələb etməyə başladılar. Bu hal isə bankların əlində olan pulların da itməsinə gətirib çıxardı ki, ABŞ-dakı bankların bir çoxu müflisləşmək təhlükəsi ilə üzləşdi.

İqtisadi bloq

Bu bloqun təsvirində də deyildiyi kimi, burada paylaşılan istənilən mövzu haqqındakı fikirlərinizi, alternativ düşüncələrinizi və ümumiyyətlə buradakı paylaşımlara münasibətinizi şərhlərdə bildirməkdə azadsınız. Və həmin yerdə də deyildiyi kimi, əsas məqsəd iqtisadiyyatdakı gedişləri sadə dillə çatdırmaqdır.

2007-ci ildə başlamış maliyyə böhranı bir çox iqtisadçı tərəfindən ABŞ üçün 1930-cu illərin Böyük Depressiyasından sonra bu günə qədər ən sərt maliyyə böhranı kimi qiymətləndirilir.

ABŞ-ın maliyyə sektorundakı böhranın başlanğıcı.

ABŞ-da daşınmaz əmlakın bahalaşması özünün zirvəsinə 2006-cı ildə yiyələndi. Daşınmaz əmlakın qiymətinin yüksək olması banklar tərəfindən verilən ipoteka kreditlərinin xeyli artmasına gətirib çıxarmışdı. Banklar kredit portfellərini ipoteka kreditləri ilə artırmaqda yarışa çıxmışdılar. Kredit portfellərini sürətlər artırmağa çalışan banklar kredit alan müştərilərin etibarsızlığına yetərli diqqət yetirməməyə başladılar. Nəticədə, götürmüş ipoteka kreditini qaytara bilməyən xeyli sayda insan meydana çıxdı.

Belə hallar üçün, təbii ki, girov mexanizmi nəzərdə tutulub; pulunu qaytara bilməyən insanın girov qoyduğu mülkiyyət bank tərəfindən pul əvəzi götürülür. Belə də oldu. İpoteka kreditlərini qaytara bilməyən insanların daşınmaz əmlakı banklar tərəfindən müsadirə edildi. Problem isə bundan sonra yaranmağa başladı.

Banklar girovları müsadirə etdikdən sonra onları tezliklə sataraq öz pullarını geri qaytarmağa çalışırlar. ABŞ-da 2007-ci ildə pulunu geri ödəyə bilməyən insanların sayı isə çox olduğuna görə banklar tərəfindən müsadirə edilən evlərin də sayı çox idi. Banklar müsadirə edilmiş çoxlu sayda evi bir anda bazara çıxardıqda, bazardakı daşınmaz əmlakın qiyməti kəskin olaraq aşağı düşdü. Banklar məsələn 100 min dollarlıq bir evi artıq yalnız 60 minə sata bilərdi. Bu isə bankların artıq öz pullarını geri qaytara bilməyəcəkləri mənasına gəlirdi.

Banklar adətən ipoteka kreditini verərkən, əmlakın ucuzlaşmasından yaranan bu cür riski azaltmaq üçün, krediti evin tam dəyərindən az olan məbləğdə verir. Yəni, evin qiyməti məsələn 100,000-dirsə, banklar həmin ev üçün yalnız 75,000 dollarlıq kredit verir ki, gələcəkdə evin ucuzlaşmasından zərər çəkməsin. Amma 2007-ci ildə daşınmaz əmlakın qiyməti nəinki verilmiş kreditlərin məbləğinə, hətta ondan da aşağı səviyyəyə düşmüşdü.

Nəticədə, birinci problemə əlavə olaraq ikinci problem də ortaya çıxdı. 100,000-lik evlər üçün 75,000-lik kredit götürmüş və kreditin artıq məsələn 70,000 dollarını ödəmiş müştərilər öz evlərinin qiymətinin 60,000 dollara düşdüyünü gördükdə öz evlərini banklara geri qaytarıb ödədikləri məbləğləri geri tələb etməyə başladılar. Bu hal isə bankların əlində olan pulların da itməsinə gətirib çıxardı ki, ABŞ-dakı bankların bir çoxu müflisləşmək təhlükəsi ilə üzləşdi.

Bank sektorundakı problemlərdən xəbər alan insanları banklardakı depozitlərini itirmək qorxusu bürüdü. Bunun nəticəsində isə hətta sağlam bankların müştəriləri öz banklarına gedib depozit hesablarındakı pulları geri götürməyə başladılar. Problemli banklardakı vəziyyətin əhali arasında panika yaradaraq sağlam banklara bu cür zərər yetirməsinə ingilis dilində “spillover effect” deyilir.

ABŞ-ın maliyyə sektorundakı böhran beləcə yarandı.

Böhranın ABŞ-ın digər sektorlarına keçməsi.

ABŞ-dakı böyük bankların demək olar ki, hamısı Açıq Səhmdar Cəmiyyəti formasındadır. Yəni onların səhmləri birjada açıq satılıb-alındığına görə istənilən adam o səhmləri satın ala bilər. Buna görə də ABŞ banklarının səhmdarlarının arasında çox böyük sayda adi ABŞ vətəndaşları vardır. Bundan əlavə, ABŞ vətəndaşlarının həmin banklarda olan iri həcmlərdəki depozit hesablarını da nəzərə alsaq, bankların müflis olması həmin vətəndaşların banklara yatırdıqları pulların yox olması demək idi. Bir çox halda belə də oldu.

İnsanların öz depozitlərini və yatırımlarını itirmələri alıcılıq qabiliyyətinin kəskin olaraq zəifləməsi demək idi. Bu isə böhranın maliyyə sektorunun sərhəddindən çıxaraq artıq digər sektorlara da təsir etməsi demək idi. Yəni bankın müflis olduğuna görə pullarını itirən bir ABŞ vətəndaşları gündəlik həyatlarındakı bir çox bahalı məhsuldan imtina etməyə başladılar. Nəticədə müxtəlif məhsul istehsal edən və xidmət göstərən şirkətlər zərərə girməyə başladı, bir çoxu isə müflis oldu.

Müxtəlif sektorlardakı şirkətlərin bir-birinin ardınca zərər çəkməsi və bir çoxunun müflisləşməsi ASC yolu ilə onlarda payı olan bütün vətəndaşların zərər çəkməsi demək idi. Şirkətlərin bağlanması, öz növbəsində, həmin şirkətlərdə çalışmış insanların işsiz qalması demək idi və, nəticə etibarilə, işsizlik kəskin sürətdə artdı.

Özəl sektor sahibkarlığının ABŞ-ın iqtisadiyyatında həlledici rol oynadığını nəzərə alaraq bu hadisələrin ABŞ-a iqtisadi cəhətdən çox böyük itkilərin gətirdiyinə şahidi olduq.

Böhranın ABŞ dövlət büdcəsinə zərər yetirməsi.

ABŞ dövlət büdcəsinin gəlirlərinin 95%-dən artığı yığılan vergilərdən formalaşır. Özəl şirkətlərin zərər çəkməsi və bağlanması onlardan yığılan mənfəət vergisinin azalmasına gətirdi. Şirkətlərin müflisləşməsi nəticəsində bir çox insanın gəlir mənbəyini itirməsi də əhalidən yığılan gəlir vergisinin azalmasına gətirdi.

Ölkə iqtisadiyyatına ən sarsıdıcı müflisləşmə ölkədəki dördüncü ən böyük investisiya bankı olan Lehman Brothers Holding Inc.-ın 2008-ci ildəki müflisləşməsi oldu. Digər böyük bankların müflisləşməsi daha da acınacaqlı nəticələrə gətirib çıxara bilərdi. Bunun mümkün qədər qarşısının alınması üçün 2008-ci ildə ABŞ dövləti bankların ümidsiz aktivlərinin alınması və banklara dövlətdən birbaşa pul yatırılması məqsədi ilə dövlət büdcəsindən 700 milyard dollar ayırdı. Həmin ildə ümumi büdcə gəliri 2.66 trillion dollar səviyəsində gözlənilən bir ölkədə banklara ayrılan 700 milyardlıq yardım xərci ABŞ dövləti üçün böyük bir yük oldu.

Bütün bu hadisələr ABŞ dövlətinin maliyyə cəhətindən zəifləməsinə gətirdi.

Bu yazının ikinci hissəsində ABŞ-da baş vermiş bu böhranın Avropaya keçməsi və bu qədər uzun çəkməsi səbəbləri haqqında yazılıb.

Yeni yazılar paylaşılanda xəbər almanız üçün sağdakı “e-poçtla abunə ol” bölməsinə email-ınızı daxil edin və ya bloqun Facebook səhifəsini “like” edib yeni paylaşımlardan bildiriş almağı seçin.

“Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb

“Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb Maliyyə Nazirliyi vətəndaşları dövlət büdcəsi ilə əlçatan formada tanış etmək məqsədilə 2022-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabını hazırlayaraq rəsmi internet səhifəsində yerləşdirib.

25 Dekabr , 2021 20:30

https://static.report.az/photo/9332abff-453f-3c62-bc1f-bde1fa2b3c6f.jpg

Maliyyə Nazirliyi vətəndaşları dövlət büdcəsi ilə əlçatan formada tanış etmək məqsədilə 2022-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabını hazırlayaraq rəsmi internet səhifəsində yerləşdirib. Bu barədə “Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir. “Əvvəlki illərin büdcəsindən həcm və ünvanlılığı ilə fərqlənən 2022-ci ilin dövlət büdcəsi ölkəmizin qədəm qoyduğu yeni mərhələni, qarşıda duran çağırışları və reallıqları özündə əks etdirir. Vətəndaş öz həyatında xüsusi rol oynayan büdcə sənədində özünə lazım olan bütün məlumatları tapmalıdır. Ona görə də Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşın büdcə bələdçisi”ndə də bu məqamlara xüsusi üstünlük verilib”, – kitabın ön sözündə bildirilir. Bələdçidə ölkəmizin büdcə sistemi, büdcə təqvimi, dövlət büdcəsinin strukturu, budcə-vergi siyasətinin prinsipləri, büdcə prosesi, 2022-ci il üzrə gəlir mənbələri və daxilolmalar, xərclərin istiqamətləri, o cümlədən prioritet xərclər, yerli gəlir və xərclər, eləcə də dövlət borcunun idarə edilməsi ilə bağlı xərclər barədə məlumatlar vətəndaşlara sadə anlaşılıqlı dildə izah olunur.

Maliyyənin idarə edilməsi

Maliyyə planlaşdırması nə deməkdir? Vəsaitlər müəssisə daxilində necə dövr edir? Özəl və dövlət sektorunda büdcəyə necə nəzarət etmək olar? Gəliri necə artırmalı? Pul vəsaitlərinin hərəkətini necə idarə etmək olar?

Maliyyə hesabatları, büdcənin tərtib edilməsi

Maliyyə hesabatı, mənfəət və zərər hesabatı; balans hesabatı; maliyyə modelləşdirməsi, büdcənin düzgün tərtib edilməsi və idarə olunması, mənfəətliliyin təmin edilməsi; mənfəətliliyin ölçülməsi; aktivlərdən effektiv istifadə; aktivlərin dövriyyəsi; satışın rentabelliyi; kapital xərclərinin qiymətləndirilməsi; xərclər və gəlirlər; gəlir büdcələri və kapital büdcələri haqqında öyrənmək və ya bildiklərinizi təkmilləşdirmək üçün əlavə vəsaitlərəmi ehtiyacınız var? “Maliyyə” kateqoriyasındakı e-kitabları virtual məkanda azərbaycanca “online” oxuyun və məlumatlanın.

Məhsulun maya dəyərinin hesablanması, pul vəsaitlərinin hərəkəti

Həmçinin məhsulun maya dəyərinin hesablanması; pul vəsaitlərinin hərəkəti; pul vəsaitlərinin artırılması; mənfəətin nağd vəsaitlərlə müqayisə edilməsi; xalis mənfəət, xalis dəyər və xalis balans dəyəri; nominal dəyər; uzunmüddətli və qısamüddətli öhdəliklər; debitor və kreditor borcları; dövriyyə kapitalının idarə edilməsi və s. mövzularla bağlı bu və başqa suallara cavab tapmaq üçün biznes və maliyyə haqqında pulsuz təlim-tədris vəsaitlərini elektron kitabxanamızda tapa bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.