Press "Enter" to skip to content

Maliyyə və statistika

Bu bölmədə Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərcləri, iqtisadiyyata yönəldilən xarici və daxili investisiyalar, əhalidən cəlb olunmuş əmanətlər, manatın məzənnəsi və iqtisadiyyata kredit qoyuluşları barədə məlumatlar verilmişdir.
Büdcə gəlirləri – Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünü idarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardan ibarətdir.
Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdən ibarətdir.
Kredit qoyuluşları – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Manatın məzənnəsi – Valyuta məzənnəsi hər hansı xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir.
Əhalinin əmanətləri – şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Bu vəsaitlər əmanətçiyə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına müəyyən gəlir qazandırır. Depozit həm banka, həm də əmanətçiyə eyni anda fayda verir: əmanətçi müəyyən faizlər əldə edir, bank isə əmanətçinin pulunu dövriyyəyə buraxa bilir.
Birbaşa investisiyalar – xarici müəssisələrdə uzun müddətə yerləşdirilən və onların fəaliyyəti üzərində müəyyən nəzarəti təmin edən sərmayələrdir.

Maliyyə və sığorta sahəsində çalışanların sayı azalıb – STATİSTİKA

Bu ilin yanvar-iyulunda ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 26,7 min nəfər, onların orta aylıq nominal əmək haqqı 1202 manat təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyəçilərin sayında 4,6 min nəfər və ya 15% azalma olub.

2015-ci ilin müvafiq dövründə işçilərin sayı 31,3 min nəfər, onların orta aylıq nominal əmək haqqı isə 1205,8 manat təşkil edib.

Statistikaya əsasən, son 26 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb. Bu göstərici 2005-ci ildə 18,1 min nəfər, 2010-cu ildə 24,4 min nəfər, 2011-də 26,3 min nəfər, 2012-ci ildə 26,9 min nəfər, 2013-cü ildə 30,6 min nəfər, 2014-cü ildə 32,8 min nəfər, 2015-ci ildə 33 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, 2014-cü ildə maliyyə və sığorta fəaliyyəti üçün 6785 nəfər işə qəbul edilib, 4403 nəfər işdən kənarlaşdırılıb. Bunlardan 3484 nəfəri öz xahişi ilə işdən çıxıb, 204 nəfəri ixtisara düşüb, 715 nəfər isə digər səbəblərə görə peşəsindən əl çəkib.

Son nəticə bu ilin ilk 7 ayında maliyyə və sığorta sahəsində çalışanların sayı 6,3 min nəfər və ya 19,1% azalıb.

Xatırladaq ki, sentyabrın 1-nə olan məlumatlar oktyabrın ikinci yarısında açıqlanacaq.

Maliyyə və statistika

Statistika cəmiyyətdə baş verən bütün prosesləri iqtisadiyyatda, mədəniyyətdə, əhalinin həyat səviyyəsində, ictimai həyatın formalaşmasında bütün dəyişiklikləri xarakterizə edir. Statistikanın əsas obyekti cəmiyyət və onun daxilində gedən proseslər və inkişaf nümunələridir. Statistika müasir iqtisadiyyatda, maliyyədə, menecmentdə peşəkar səviyyədə formalaşmasında baza kimi çıxış edir. Müasir dövrdə statistik təhlil olmadan gələcəyə proqnoz vermək olmaz. Həmçinin, əhalinin yaşam səviyyəsindən də məlumat olmaz. Statistika bu səbəbdən hər bir dövr üçün səciyyəvi olur və nəticələri dövr üçün bizə bələd edir. Buna görədə statistika bir ixtisas kimi lazımı və zəruridir. Statistiklər sığorta, demoqrafiya, sosial iş, keyfiyyət menecmenti, tibbi və əczaçılıq araşdırmaları, bazar və ictimai fikir araşdırmaları və elmi araşdırmalar kimi sahələrdən empirik məlumatlar toplayır. Yaranan məlumatları qiymətləndirmək üçün məlumat analizi modelləri və metodlarından istifadə edirlər. Bu sahə coğrafiya və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.

İxtisasın tarixi

“Statistika” sözü latın dilinnən status – iş vəziyyəti deməkdir. “Statistika” termini alman alimi Gottfried Aachenwal tərəfindən 1746 – cı ildə Alman universitetlərində tədris olunan “Dövlətşünaslıq” kursunun adının “Statistika” ilə əvəz edilməsini təklif etməsi ilə istifadə edilir və bununla da o, statistikanın bir elm və akademik nizam kimi inkişafına zəmin yaradır. Buna baxmayaraq, statistika çox əvvəllər aparılırdı: Qədim Çində siyahıyaalmalar aparılır, dövlətlərin hərbi potensialı müqayisə edilirdi. Qədim Romada vətəndaşların əmlakı qeyd edildi və s.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Göstəricilərlə işləməli;
  • ➝ Gələcək dövrü təhlil edib, proqnoz verməli;
  • ➝ Müvafiq sahənin bazar araşdırmasını aparmalı;
  • ➝ Müvafiq sahənin statistik hesabatına təsir edən mənfi amilləri müəyyən edib, ona uyğun təkliflər hazırlamalı;
  • ➝ Əldə olunan məlumatların düzgünlüyünün, ayrı-ayrı vahidlərin əvvəlki dövrlər üçün məlumatlarla müqayisə olunmasının yoxlanılmasını həyata keçirir;
  • ➝ Rəqəmsal məlumatları təşkil etmək və emal etmək (onları qruplaşdırır, cəmi hesablayır və nisbi göstəriciləri hesablayır);
  • ➝ Müəssisənin istehsal və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak etmək;
  • ➝ Statistik məlumatlara əsasən müxtəlif arayışlar hazırlamaq;
  • ➝ İşdə müasir texniki vasitələrdən istifadə etmək üçün lazımi tədbirlər görmək;
  • ➝ Statistik göstəricilərdən istifadə edərək kütləvi sosial hadisələr və onların dinamikasını araşdırmaq;
  • ➝ Sosial fenomenlərin kəmiyyət tərəfi, keyfiyyət baxımından ayrılmaz dərəcədə əlaqəli, kəmiyyət dəyişikliklərinin keyfiyyətə (qanunauyğunluqlara) keçməsi prosesini təhlil etmək;
  • ➝ Kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi (cəmiyyət hadisələrinin rəqəmsal işıqlandırılması).

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • → Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Dövlət Statistika Komitəsində;
  • ➝ Statistika şöbələrində;
  • ➝ Statistika idarələrində (Azərbaycanın əksər regionlarında şöbələri var);
  • ➝ Maliyyə nazirliyində çalışmaq mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Statistik təhlil verməyi bacarmalı;
  • ➝ İqtisadiyyatı dövr üçün yaxşı bilməli;
  • ➝ Riyaziyyatı bilməli (müəyyən riyazi analizlər lazımlı olur);
  • ➝ Analitik düşüncəyə sahib olmalı;
  • ➝ İxtisas, statistik bilikləri güclü olmalı;
  • ➝ Dəqiq olmalı;
  • ➝ Qanunvericilik və normativ – hüquqi aktları bilməli;
  • ➝ Məlumatları sistemləşdirmək bacarığı;
  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ Stressə davamlı;
  • ➝ Komandada işləmək istəyi;
  • ➝ Güclü yaddaş;
  • ➝ Dil bilikləri;
  • ➝ Araşdırma qabiliyyəti;

İxtisasın gələcəyi

Bu sahə bizi gələcəyə doğru aparır. Çünki bugünkü vəziyyət bizə dövrün necə olduğunu göstərir. Bugünün aktual məsələlərini (siyasi, iqtisadi) təhlil etməsək, biz gələcəyə irəliləyə bilmərik. Həmçinin günümüzdə “Data Analitika” sahəsinin inkişafı, bu sahə üzrə ixtisaslı kadrlara qlobal olaraq tələbatın çoxalması, statistika elminin aktuallığını bir daha vurğulayır. Çünki böyük həcmli dataların analizini statistika elmi üzrə biliklər olmadan həyata keçirmək qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq sahəni yüksək perspektivli sahələrdən biri hesab etmək olar.

Əmək haqqı

Xarici ölkələrdə statistiklərə böyük önəm verilir. Hər bir təşkilatın statistik təhlil şöbəsi var bunün üçün də statistiklərə ehtiyac var.

Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində 500 AZN – ə qədər əmək haqqı verilir. Statistika komitəsində əlavə işlər götürərək, proqramlarla işləyərək 1000 AZN – ə qədər əmək haqqı qazanmaq mümkündür.

Maliyyə və bank

Bu bölmədə Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlir və xərcləri, iqtisadiyyata yönəldilən xarici və daxili investisiyalar, əhalidən cəlb olunmuş əmanətlər, manatın məzənnəsi və iqtisadiyyata kredit qoyuluşları barədə məlumatlar verilmişdir.
Büdcə gəlirləri – Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünü idarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardan ibarətdir.
Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdən ibarətdir.
Kredit qoyuluşları – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Manatın məzənnəsi – Valyuta məzənnəsi hər hansı xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir.
Əhalinin əmanətləri – şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Bu vəsaitlər əmanətçiyə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına müəyyən gəlir qazandırır. Depozit həm banka, həm də əmanətçiyə eyni anda fayda verir: əmanətçi müəyyən faizlər əldə edir, bank isə əmanətçinin pulunu dövriyyəyə buraxa bilir.
Birbaşa investisiyalar – xarici müəssisələrdə uzun müddətə yerləşdirilən və onların fəaliyyəti üzərində müəyyən nəzarəti təmin edən sərmayələrdir.

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.