Press "Enter" to skip to content

Nigar Şahsuvarova – Master və Marqarita

Volandın əshabələri arasında yeganə insan Korovyev-Faqotdur. Araşdırmaçılar Bulqakovun həmin qəhrəmanının kimin prototipi olduğunu dəqiq müəyyənləşdirə bilməyiblər.

“Master və Marqarita”nın 7 açarı

“Master və Marqarita” Mixail Bulqakovun ən məşhur romanı olmaqla yanaşı, həm də ədəbiyyatın ən sirli əsərlərindən biridir. Neçə illərdir ki, tədqiqatçılar romanın sirrini tapmağa çalışır. Onların çoxu belə düşünür ki, əsərin yeddi açarı var, həmin açarlar vasitəsilə “Master və Marqarita”nı başa düşmək olar.

1. Ədəbi mistifikasiya
Tədqiqatçılara dəqiq məlumdur ki, Mixail Bulqakov XIX əsr alman mistisizmini ciddi surətdə öyrənirdi. Məhz Tanrı haqqındakı traktatları, xristian və iudaizm dinlərində iblis barədə rəvayətləri, Şeytan haqqında əfsanələri oxuyandan sonra belə bir kitab yazmaq həvəsinə düşmüşdü. Əsərdə onun bütün oxuduqları ümumi şəkildə əks etdirilib.

Bulqakov romanı bir neçə dəfə təzədən işləyib. 1928–1929-cu illərdə romanın ilk variantını qələmə alıb. Həmin vaxt o, əsərini “Dırnaqlı oyunbaz”, “Qara sehrbaz” adlandırmaq fikrində idi, “Master və Marqarita”dan söhbət belə getmirdi. Romanın əsas qəhrəmanı Şeytan idi, yazılanlar İohann Volfhanq Götenin “Faust” əsərində təsvir olunanlara mahiyyətcə həddən artıq çox oxşayırdı, elə bil rus müəllif o əsəri təzədən işləmişdi. Amma həmin əlyazma çap olunmadı, aqibəti məlum deyil. Həmin vaxt Bulqakov “Müqəddəslərin kabbalası” adlı pyesinin qadağan olunması ilə bağlı sarsıntı keçirirdi, buna görə də əlyazmanı yandırmaq qərarına gəlmişdi. Bununla yanaşı, o, alovda yanmış Şeytan haqqında roman yazmaq barədə fikrini hökumətin nəzərinə də çatdırmışdı.

Mixail Bulqakovun romanının ikinci variantı “İblis, yaxud Böyük kansler” adlanırdı. Əsərin əsas qəhrəmanı kimi, miskin vəziyyətə düşmüş mələk seçilmişdi. Müəllif romanın bu versiyasında artıq Masteri və Marqaritanı düşünmüş, hətta Voland və onun ətrafındakıları da süjetə daxil etmişdi. Amma romanın həmin variantı da işıq üzü görmədi.

Bulqakov, təəssüf ki, tamamlaya bilmədiyi bu möhtəşəm əsərinə “Master və Marqarita” adını üçüncü variantda qoyub və naşirlər romanı həmin adla çap ediblər.

2. Çoxsimalı Voland
Romanı o qədər də dərinə getmədən oxusan, belə bir təəssürat yaranır ki, Voland müsbət qəhrəman, insanlara xas çatışmazıqlarla mübarizə aparmağa cəhd göstərən, yaradıcılığa və sevgiyə himayədarlıq edən bir personajdır. Amma Voland riyakardır, əsəri diqqətlə oxuyanda onun çoxsimalılığı aydın görünür. Həqiqətdə Voland öz-özlüyündə iblisi, başqa cür dərk edilmiş İsa Məsihi – yeni Peyğəmbəri təcəssüm etdirir. Bulqakov çap olunmamış əlyazmalarında Volandı məhz bu cür təsvir edir.

“Master və Marqarita” romanını yalnız çox diqqətlə oxuyanda Volandın çoxsimalılığını dərk eləmək mümkündür. Ancaq bu halda onun, xristian ənənələrinə görə Şeytana çevrilən skandinav Tanrısı Odin və ya qədim german bütpərəst tayfalarının tapındıqları Botanla oxşarlığını sezmək olar. Volandın gələcəkdən xəbər vermək qabiliyyətinə malik olan və min illər əvvəl baş vermiş hadisələri xatırlamağı bacaran mason və böyük sehrbaz qraf Kaliostro ilə zahiri bənzərliyi var.

Diqqətli oxucu xidmətçilərin sehrbazın adını xatırladıqlarını və onun Faland adlandığı barədə mülahizə yürütdüklərini yaxşı xatırlayırlar. Doğrudan da, Voland adı Faland adı ilə səsləşir, amma maraqlı olan təkcə bu deyil. Almaniyada Şeytanın Faland adlandırıldığını çox az adam bilir.

3. Şeytanın əshabələri
“Master və Marqarita” romanının ən parlaq qəhrəmanları Begemot, Azazello və Korovyev-Faqotdur. Yazıçı onları Şeytanın sui-istifadə etdiyi ədalət alətinə çevirib.

Bulqakov qatil İblis və susuz səhralar İblisi olan Azazello obrazını “Əhdi-Ətiq”dən götürüb.
Həmin kitablarda insanlara bəzəklər və silahlar düzəltməyi öyrətmiş, sonra isə gözdən düşmüş mələyin adı Azazellodur. Həmin mələk həm də qadınlara öz sifətlərini boyamağı öyrədirdi ki, bu da İncildə “öz yolunu azmaq sənəti” hesab olunurdu. Buna görə də yazıçının məhz həmin qəhrəmanı Marqaritaya krem verməklə onu yolsuzluğa sürükləyir. Azazello sevgililəri zəhərləyən və Maygeli öldürən şər qüvvədir.

Begemot obrazı romanı oxuyanların hər birinin yaddaşında qalır. Begemot Voland üçün sevimli təlxək rolunu oynayan pişik-qulyabanıdır. Həmin personajın prototipi “Əhdi-Ətiq”də təsvir olunmuş mifoloji heyvan, mistik əfsanələrdəki acgözlük şeytanıdır. Bulqakov Begemot obrazını yaradarkən Anna Dezanjın tarixçəsi ilə tanış olan zaman rastlaşdığı faktlardan istifadə edib. Dezanj XVII yüzillikdə yaşamış, eyni vaxtda yeddi şeytana vurulmuşdu. Həmin şeytanlardan biri də Taxt-taclar sülaləsindən olan Begemot adlı şeytan idi. Onun müasirləri Begemotu fil başlı və qorxunc dişləri olan əjdaha kimi təsvir edirdilər. Şeytan qısa quyruğu, iri qarnı, yoğun dal qıçları ilə begemota oxşayırdı, əlləri isə insan əlləri idi.

Volandın əshabələri arasında yeganə insan Korovyev-Faqotdur. Araşdırmaçılar Bulqakovun həmin qəhrəmanının kimin prototipi olduğunu dəqiq müəyyənləşdirə bilməyiblər.

Bununla belə, personajın köklərinin Vitsliputsli adlı tanrıya gedib çıxdığını güman edirlər. Bu fərziyyə Bezdomnı və Berliozun söhbəti əsnasında meydana çıxıb. Həmin söhbətdə asteklərin qurban gətirdikləri həmin müharibə tanrısının adı çəkilir. Faust haqqında əfsanələrə inansaq, Vitsliputsli cəhənnəmin mürəkkəb ruhu, şeytanın ilk köməkçisidir.

4. Kraliça Marqo
Bu qəhrəman Mixail Bulqakovun sonuncu arvadına çox oxşayır. Eyni zamanda yazıçı əsərində Marqarita ilə fransız kralı IV Henrinin arvadı olan kraliça Marqo arasında xüsusi əlaqə olduğunu qeyd edir. Şeytanın yanında keçirilən müşavirəyə gedən Gonbul yolda Marqarita ilə tanış olur və onu “işıqlı kraliça” adlandırır, sonra ona Parisdə qanlı Varfolomey gecəsilə nəticələnən toy barədə xatırladır. Bulqakov romanda Varfolomey gecəsinin iştirakçısı olan parisli naşir Gessar barədə də yazıb. Tarixi kraliça Marqarita şairlərin və yazıçıların himayədarı idi. Yazıçı əsərində Marqaritanın dahi Masterə olan sevgisindən söhbət açır.

5. Moskva-Yerusəlim
Romanda çoxlu sirlər var. Həmin sirlərdən biri də əsərdəki hadisələrin baş verdiyi zamandır. 1929-cu ilin Pasxa bayramından əvvəlki Əzab həftəsinə (1–7 may) uyğun gələn hadisələr paralel olaraq Ponti Pilatla bağlı epizodlarda da 29, yaxud 30-cu illərin bir həftəsində Yerusəlimdə, həm də Əzab həftəsində təsvir olunur.

Romanın birinci hissəsində həmin tarixçələrdəki hadisələr paralel davam etdirilir, ikinci hissədə baş verənlər bir-biri ilə çulğaşır, sonra isə vahid tarixçəyə çevrilir. Həmin məqamda tarixçə bütövləşir, o biri dünyaya keçir. Bu zaman Yerusəlim də Moskvaya çevrilir.

6. Kabbala kökləri
Araşdırmaçılar romanı tədqiq edəndə bu nəticəyə gəliblər ki, Mixail Bulqakov “Master və Marqarita” əsərini yazanda təkcə kabbalistika təlimi ilə maraqlanmayıb. Bəzən Volandın dilindən yəhudi mistisizmi konsepsiyasını eşitmək mümkündür.

Kitabda belə bir məqam var. Voland deyir ki, xüsusilə güclü adamlardan heç vaxt heç nə xahiş eləmək olmaz. Onun fikrincə, adamlar lazım olanı özləri verəcək, yaxud təklif edəcəklər. Bu kabbalistik təlim Tanrının vermədiyi şeylərə sahib çıxmağı düzgün saymır. Xristian dini isə ianə qəbul etməyə izin verir. Haidlərin düşüncəsinə görə, insanlar Tanrıya oxşar xəlq olunublar, ona görə də daim işləməlidirlər.

Əsərdə “işıq haqqında” konsepsiyanı da sezmək mümkündür. Həmin fəlsəfə Volandı əsər boyu müşayiət edir. Ay işığı yalnız Şeytan öz əshabələri ilə qeybə çəkiləndən sonra itir. Burada işığı müxtəlif cür mənalandırmaq olar. Məsələn, Dağın zirvəsindəki vəzdə işıq haqqında təlim var. Əgər hər şeyə bir qədər başqa cür yanaşsaq, aydın olar ki, həmin konsepsiya kabbalistik təlimin əsas ideyaları ilə də üst-üstə düşür. O ideyalara görə, Tövrat – işıqdır. Kabbalanın ideyası budur ki, insanın “həyat işığ”na çatması yalnız öz istəyindən asılıdır. Bu da romanın əsas ideyası olan insanın azad seçimi ilə tamamilə səsləşir.

7. Sonuncu əlyazma
Mixail Bulqakov kitabın nəşr olunmuş son variantını 1937-ci ildə yazmağa başlayıb. Yazıçı ömrünün axırınacan əsər üzərində işini davam etdirib. Əsəri yazmağa həyatının on iki ilini sərf etsə də, “Master və Marqarita”nı düşündüyü kimi tamamlaya bilməyib. Tədqiqatçılar bunun səbəbini indiyəcən dəqiqləşdirə bilməyiblər. Onlar belə güman edirlər ki, Bulqakov erkən xristian mətnlərini və şeytaniliyin fəlsəfəsini o qədər də yaxşı bilmir, bir sıra məsələlərdən səthi baş çıxarırdı. Bununla belə, o, son cismani qüvvəsini sonuncu əsərinə verirdi. Onun əsərdəki axırıncı redaktəsi Marqaritanın tabut arxasınca gedən ədəbiyyatçılar barədə dediyi sözlərdir. Yazıçı həmin düzəlişi 1940-cı il, fevralın 13-də edib, 1 ay sonra isə dünyadan köçüb.

Mixail Bulqakovun “Master və Marqarita” romanı haqqında son sözləri: “Bir biləydiniz, bir biləydiniz…”

Müəllif: Nəriman Əbdürrəhmanlı

  • Teqlər:
  • əsərlər
  • , romanlar
  • , Mixail Bulqakov
  • , Master və Marqarita

Nigar Şahsuvarova – Master və Marqarita

1929-cu il qışının bəlkə də ən soyuq günlərinin birində 40 yaşlarında bir adam Moskvadakı evindən çıxmış, yağan qara baxmadan ağır addımlarla Sadovaya prospektində irəliləyirdi. O gün, o günün axşamında, 28 fevral 1929-cu il Mixail Bulqakov Yelenanı tanıyacaq, ona aşiq olacaq və ondan unudulmaz “Marqarita” yaradacaqdı. İblis isə hələlik qoruduğu romanın əlyazmalarında olsa da, Moskvaya-“rəsmi ədəbiyyatın” 2 nümayəndəsinin yanına çatmışdı.
İblisin adı Volanddır. Hz. İsanın yaşayıb-yaşamadığı ilə bağlı qızğın müzakirəyə girişən Berlioz və Bezdomnıya sadəcə İsanın yaşadığını, çünki onu gördüyünü söyləməklə yetinmədi, eyni zaman Berliozun başının kəsiləcəyini də iddia etməkdədir. Berlioz başı tramvay tərəfindən qopardılaraq öldürüləndə gənc şair İvan bu “qonağın” heç də dəli olmadığını anlamışdı. Amma heç kim şairə inanmır və “dəlixana”ya göndərilir. Orada şairi gözlənilməz bir dost gözləməkdədir. Hz. İsanı ölümə məhkum edən Roma hakimi Ponti Pilat haqqında yazdığı romanın əlyazmalarını öz əlləri ilə yandıran və bu xəstəxanaya sığınan Master ilə qarşılaşacaq. Voland və ətrafı bütün Moskvanı ağıla sığmaz sirkə çevirəcəkdi.

Amma bu əsərin öz hekayəsi, öz məcarəsi, öz həyatı var.

1926-cı ildə Bulqakovun evinə edilən basqında gündəlikləri və “İt ürəyi” adlı novellasının nümunələri götürülmüşdü. 1927-ci ilin payızında isə “siyasi” səbəblə min bir çətinliklə səhnələşdirilən oyunlar artıq qadağan edilməyə başlanmışdı. Şərtlər nə olursa-olsun, həyatını yazmaqla qazanan Bulqakov “böyük rus roman” ənənələrini yaşatmağı özünə hədəf seçdi.

30-cu illərdə SSRİ-də “ictimai reallığın” kölgəsi getdikcə qaranlıqlaşmağa başlansa da, bu “gəliş” 20-ci illərdə müəyyən edilmişdi.O illərdə kitabxanalarda edilən, qəzetlərdə yayımlanan anketlər oxucunun özəlliklə rus reallığının klassiklərini oxumaq istədiyini göstərir və Tolstoy bu anket nəticələrində mübahisəsiz yeganə ad olaraq önə çıxırdı. Dostoyevski və Qorki az rəğbət görülürdü.

1921-ci ildə ilk həyat yoldaşı Tatyana ilə birgə Moskvaya yerləşən və doktorluğu buraxaraq özünü sadəcə ədəbiyyat dünyasına həsr edən yazıçı ilk qələbələrini də qazanmışdı. Amma bu proses Stalinin himayəsindəki “rəsmi və faydalı ədəbiyyatın” mütləq iqtidarını əldə etmə prosesi ilə üst-üstə düşürdü.
“Master və Marqarita”nın ilkin izlərinə 1926-cı ildə Bulqakovun yaxın dostu Popova yazdığı bir məktubda rast gəlinir. Anası ona “Ağ qvardiya”nın yazılmasında ilham qaynağı olmuşdu, indi isə atasının ilham qaynağı olacağı bir roman yazmaq istəyirdi. Başqa bir dostu Pavel Markov İsanın çarmıxa gərilişi hekayəsindəki müəmmanın Bulqakovu necə təsir altına saldığını yazır.

1928-ci ildə Bulqakov romanın ilkin qeydlərini qələmə almağa başlayır.
1929-cu il. Yazıçının “böhran” dönəmi başlayırdı. 2-ci həyat yoldaşı Lyuba ilə aclıq şəraitində yaşayırdı. Özü kimi evli Yelena Sergeyevnanı ümidsizcəsinə sevirdi.

Molyer haqqında bioqrafik dram yazır, amma drama “yuxarıdan” veto qoyulur. Bulqakov “iblisə dair” romanı ilə birgə bir çox əlyazmasını sobaya atır. Yelena bu tarixi 28 mart 1930-cu il deyə qeyd edir. 18 aprel – Stalin Bulqakova zəng edərək Moskva Teatrının qapılarını açdıracaq və Bulqalkovu qaralama kampaniyasına son qoyulacaq. Bu sadəcə Stalinin Bulqakova etdiyi yaxşılıq deyil, eyni zamanda 30-cu illərdə müxalif olaraq gördüyü ziyalılara oynadığı siçan-pişik oyununun bir parçasıdır.

Bulqakovun taleyini paylaşan bir çox yazçı vardı. Zamyatin, Pilnyak, Mandelştam kimi ilk ağla gələn daha neçə-neçə yazıçı eyni durumdadırlar.. Mayakovskinin “intihar etməsinə” bir neçə gün vardı. Bu yazıçılar narahatlıq və tənqidlərini Sovet ədəbiyyatının gələcəyinə fokuslanmışkən Bulqakov ənənədən qopuşun və müstəqil yazıçı ola bilməməyin acısını çəkməkdədir.

1932-ci ilin sentyabrı. “Master və Marqarita” oxucularına tanış gələcək. Yelenanın əlində çiçəklər var və aylar sonra ilk dəfə küçədə təkbaşına yürüyür-ərinə söz vermişdi, evdən heç vaxt tək çıxmayacaqdı. Küçədə qarşılaşdığı ilk insan Bulqakovdur və Bulqakov deyir: “Sənsiz yaşaya bilmirəm.” Elena – “Mən də.”

1932-1936-cı illər. “İblisə dair roman”a 37 fəsil yazılır, bir çox fəsil çıxardılır, dəyişdirilir, yenidən yazılır.

Bulqakovun bu dönəmdəki qeydləri arasında İsanın yaşamına və İncilə bağlı uzun oxuma siyahısı yer alır. Yelena bu dönəmi gündəliyində anladarkən Bulqakovun aqorafobiyasından, tək qalma qorxusundan və hipnoz müalicəsi görməsindən söz açır.

17 oktyabr 1936-cı ildə Bulqakov yeni romana başlamışdı. “Teatral romans” Ancaq bu roman heç bir zaman tamamlanmayacaq və Bulqakov 1937-ci ilin payızında keçmiş dostu “Master və Marqarita”ya qayıdacaqdı. “Hər şeyi ən başdan təkrar düşündüm, hər şey indi çox açıqdır” deyir.

Bulqakovun səhhəti getdikcə pozulmaqdadır, həyatının son 8 ayını romanın bitirmə mübarizəsi içində keçəcəkdi. 1940-cı ilin əvvəllərində Yelena yazır: “Berliozun cənazəsini oxumağa başlamışdım ki, ” kifayətdir” dedi” 10 mart 1940-cı il, saat 16:49. Bulqakov gözlərini açıb Yelenaya-bəlkə də bütün dünyaya həmişə baxdığı kimi-çaşqınlıq və qəribə bir işıqla dopdolu” gözlərlə baxacaq və az sonra Yelena gündəliyinə “Mişa öldü” yazacaqdı.

“Master və Marqarita”nı ancaq gözlərində qəribə işıqla ölən bir ruh yaza bilərdi və bu ruhu ancaq bir möcüzə xilas edə bilərdi. “Master və Marqarita” bu möcüzənin ta özüdür.

“Master və Marqarita” ilk nəşri ilə birgə ədəbiyyat dünyasına hakim olan ilk durum “çaşqınlıq” olaraq qeyd edilə bilər. Tənqidçilərin önündə duran sadəcə yazılmasından 26 il sonra gün işığına çıxan bir roman deyil, yepyeni bir şeydir.

Obrazlar gerçək, amma olaylarn fantastik olması, məzmun və üslub arasındakı ayrı-seçkilik, oxucunun oxuduğunun xəyal olduğunu bilməsi və buna rəğmən romandan aldığı ləzzət doğrudan da nağıl ənənəsini xatırladır. Amma burada heç bir qəhrəman nağıllardakı kimi “mütləq yaxşı” və ya “mütləq pis” deyil.

Romanda real həyatdan ünvanlar var. Məsələn, MASSOLİT-Rusiya Proletar Yazıçılar Birliyinin parodiyasıdır. Latunskiy-Bulqakovun yerin dibinə basdıran tənqidçi Leopold Averbaxa müəllifin yaraşdırdığı addır. Bezdomnıy-“evsiz”, o illərdə “yoxsul”, “adsız” və s. kimi adlar altında yazan proletar şairlərə göndərmədir. Riyuxin isə Mayakovskinin ta özüdür. Marqarita-inqilab öncəsi ziyalılarını, Pilat-proletariat diktaturasını, Yeşua-əsl proletariyanı təmsil etdiyinə dair açıqlamalar ortaya qoyulur. Hətta Voland Stalini, komandasını təşkil edən Korovyev, Begemot və Azezello isə Stalinin köməkçilərini Molotov, Voroşilov və Kaqanoviçi təmsil etməkdədir. Yəhudanın qatili Kirovun qatilidir, Stepan Lixodeyevin Yaltaya göndərilməsi Troçkinin 1928-ci ildə Alma-Atıya göndərilməsinin tarixidir.

Kantın və ya Puşkinin anılmasını, obrazın niyə bu adı daşıdığını düşünmək, araşdırmaq üçüb Bulqakovun əfsanəvi musiqi eşqi və bilgisini göz önünə gətirmək lazımdır. Açılışda tanış olduğumuz və sonra başının qoparaq öləcəyini öyrəndiyimiz Berliozun adı təsadüf deyil. Höte, Faust, “Söylə, kimsən sən?” və Berlioz adlı məşhur bəstəkar, “La Damnation de Faust-Faustun lənətlənməsi” ilə Bulqakov oxucuya ipucu verir. Burada Bulqakovun Berliozun “Fantastik simfoniya”sına etdiyi göndərmə daha da açıqdır. Bu simfoniya sadəcə Volandın balını xatırladan cadugərlər bayramı ilə nəticələnmir, eyni zamanda gilyotinli edam bölümü də daxilir. Yəni, Berliozun taleyi adından bəllidir.

“Master və Marqarita” Moskva və Qüdsdə irəliləyən və sonda birləşən 2 hekayə xəttindəki paralelliklər cəlb edicidir. Hər 2 hekayənin quruluşundakı ayrıntılar kəsişməkdədir. Moskvada may ayıdır, antik Qüdsdə aprel. Hər 2 hekayə çərşənbə günü başlayaraq şənbə günü sona çatır. Hər 2 şəhər günəşli havadan bürkülü havaya keçir. Ponti Pilatla Master ay işığında sakitlik tapa bilmədiklərini deyirlər. Pilat güllərə nifrət edir, Master gülləri sevir. Ən məşhur oxşarlıq isə Master və Yeşua arasındadır. Hər ikisi siyasi iqtidar tərəfindən gücsüzləşdirilmiş 2 günah keçisi, qurban olaraq şərh edilməkdədir.

“Şər olmasa xeyrin nə mənası var, kölgələr itsə, yer üzü necə görünərdi?”

Bulqakovun yaratdığı kosmologiyanın ehtiva etdiyi dualizm qnostik dinlərlə bağlıdır. İşıq-kölgə, cəsarət-qorxaqlıq, günəş-ay, aydınlıq-qaranlıq. Romanın fəlsəfi arqumentasiyaları Master və Marqaritanın ölümləri və qurtuluşa uçuşları qnostiklərin ruhun bədəndə həbs olduğu, ancaq ölümlə birgə ruhun azadlığa qovuşacağa bağlı inanclarla kəsişməkdədir.

Əlavə olaraq Bulqakovun baxışına uyğun irəliyə sürülən başqa bir teologiya Manixeizmdir. Ay və günəşi dünyanın idarə edilməsində önəmli yerə otuzduran və qnostik ənənələr içində dəyərləndirilən manixeizmdə təyin olunan işıq aləminin 5 xüsusiyyəti: sevgi, inam, sədaqət, cəsarət və hikmət baş obrazların-Master, Marqarita və Yeşuanın təməl özəllikləridir. Qaranlıqlar aləmini təyin edən zəhər, qaranlıq, duman alov və fırtına isə Voland və komandasına işarədir. Qüds isə bütün qnostik dinlərin dirilişini rədd edir.

Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir.

Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur: “Bu roman hələ sizə çox sürprizlər gətirəcək”.
Volandın xəbərdarlıq etdiyi “sürprizlər”lə üzləşənlərin halına acımamaq olmur.

Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb.

1972-ci ildə Andrey Vayda “Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti “Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü.

1990-cı illərdə Moskvanın “Cənub-Qərb Teatrı”nda “Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı.

Aktyor Dmitri Düjev də bu romanı lənətlənmiş hesab edir. O, hələ institutda oxuyarkən “Master və Marqarita” əsərindən diplom işi kimi hansısa rolu məşq edirmiş. Qəfildən onun kiçik bacısı dünyasını dəyişdi.
Üstündən bir neçə il keçəndən sonra Düjev teatrların birində yenə də “Master və Marqarita”da rollardan birini oynamaq üçün təklif alır. Təklifi qəbul edir və tezliklə buna peşman olur. Az vaxt ərzində aktyorun atası və anası dünyasını dəyişir.

Maraqlıdır ki, rejissor Vladimir Botko bu lənətlənmiş romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film ekranlara çıxandan sonra serialda rol almış, Rusiyanın ulduz aktyorları – Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin, Valeri Zalatuxin dünyalarını dəyişdilər.
Qərbdə də belə lənətlənmiş əsərlər var. Xarici aktyorlardan heç kim Şekspirin “Maqbet” əsərində rol almaq istəmir. Axı bu əsəri ekranlaşdırmış, səhnəyə qoymuş, yaxud orada rol almış adamların hamısının həyatında faciəli hadisələr baş verib.

Master və Marqarita

Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.

Как читать книгу после покупки

  • Чтение только в Литрес «Читай!»

Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли

По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее

Стоимость книги: 493,97 ₽
Ваш доход с одной покупки друга: 49,40 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти

  • Жанр:л итература 20 века, м истикаРедактировать

Эта и ещё 2 книги за 399 ₽

По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше

Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги

Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir…

Подробная информация
Возрастное ограничение: 16+ Дата выхода на ЛитРес: 18 сентября 2022
ISBN: 9789952269086 Переводчик: , Правообладатель: Qanun nəşriyyat
Книга нарушает законодательство?

«Master və Marqarita» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.

Comments are closed, but trackbacks and pingbacks are open.