Press "Enter" to skip to content

Mədə-bağırsaq qanaxması

Xora xəstəliyi ən çox yayılmış xəstəliklərdən biridir. Duodenal xəstələrin çoxu kişilərdir, mədə xorası xəstəliyi isə say etibarı ilə kişi və qadınlar arasında eyni tezlikdə rast gəlinir
Təsnifatı:

Koronavirusdan sonra mədə-bağırsaq qanaxmaları

Koronavirus infeksiyası öncədən mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan insanlarda ciddi problemlər yaradır. Burda virusdan da çox, müalicə vaxtı istifadə edilən dərmanlar və qandurulducular təsir edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, koronavirusdan sağaldıqdan sonra bir çox xəstələrdə mədə-bağırsaq qanamaları qeydə alınıb.

Kovid xəstələrinə qan laxtalanmasına qarşı Kleksan, kardio maqnil kimi antikoaqulyantlar təyin edilir. Bunları qəbul edən zaman mədəni qoruyacaq xüsusi dərmanlar təyin edilməlidir. Əks təqdirdə ciddi qanama ola bilər.

Çox zaman xəstələr bu dərmanlara əhəmiyyət vermir, onları hər səhət qəbul etmir və birinci də onlardan imtina edirlər.
Kovid müalicəsindən sonra isə bu xəstələr mütləq qastroenteroloqa müraciət edib, koviddən sonra mədə-bağırsaq xoralarının vəziyyətini bir daha yoxlatmalıdır.

Bir çox ölkələrdə pandemiyanın pik vaxtında koronavirus xəstələri ilə yanaşı klinikalara ağır mədə-bağırsaq qanamaları ilə daxil olan xəstələrin də sayının çox olduğunu bildirir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Mədə-bağırsaq qanaxması

Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən və xroniki pankriatitin özünün fəsadları ilə bağlıdır. Həzm orqanlarının bu xəstəlikləri – xora xəstəliyi, eroziv qastrit, mədə şişləri, Mellori -Veys sindromuna aiddir. Mədə-bağırsaq qanaxması qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və sonradan portal hipertenziyanın inkişafı nəticəsində əmələ gələn varikoz genəlmiş venalara görə baş verir. Qanaxmanın səbəbi mədəaltı vəzinin abseslərinin bağırsağı deşməsi də ola bilər.
Mədə-bağırsaq qanaxmalarının əmələ gəlmə səbəblərindən biri
yuxarıda adı çəkilən onikibarmaq bağırsağın xora xəstəliyidir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi xroniki, residivləşən xəstəlik olub mədə və bağırsağın divarında xoranın əmələ gəlməsi ilə təzahür edir.
Epidemiologiyası:

Xora xəstəliyi ən çox yayılmış xəstəliklərdən biridir. Duodenal xəstələrin çoxu kişilərdir, mədə xorası xəstəliyi isə say etibarı ilə kişi və qadınlar arasında eyni tezlikdə rast gəlinir
Təsnifatı:

Xəstəliyin ümumi qəbul olunmuş təsnifatı yoxdur. Amma bəzi təsnifatlar vardır ki, xoranın əmələ gəlməsində rol oynadığı qeyd olunur:
Helicobakter pylori ilə assosiasiya olunmuş
Helicobakter pylori ilə assosiasiya olunmamış
Xoranın tipinə görə:
– təksaylı
– çoxsaylı.
Xəstəliyin əmələ gəlmə səbəbləri arasında qida qəbulları arasında uzunmüddətli fasilələr, psixi faktor, mədə şirəsinin yüksək olması, irsi faktor və s. mühüm rol oynayır .
Kliniki şəkli:

Xəstəliyin gedişatı xora deffektinin lokalizasiyasından onun ölçüsündən, dərinliyindən asılıdır. Xəstəlik mədə nahiyyəsində kəskin ağrılarla müşayət olunur. Ağrılar adətən gecələr baş verir. Xəstələrin əksəriyyətində qusma olur.
Xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ağırlaşmalar inkişaf edir. Ağırlaşmalar aşağıdakılardır:
-Qanaxmalar
-Xoranın perforasiyası
-Mədənın onikibarmağa keçən hissəsində stenozun formalaşması
-Xoranın maliqnizasiyası.
Diaqnozunda əsasən rentgenoloji müayinə rol oynayır. Müalicəsində həm dərman, həm də diyetadan (pəhrizdən) istifadə olunur. Cərrahi müalicə mütləq göstərişdir.

Md bağırsaq qanaxmaları

Koronavirus infeksiyası öncədən mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan insanlarda ciddi problemlər yaradır. Burda virusdan da çox, müalicə vaxtı istifadə edilən dərmanlar və qandurulducular təsir edir.

Medicina.az xəbər verir ki, koronavirusdan sağaldıqdan sonra bir çox xəstələrdə mədə-bağırsaq qanamaları qeydə alınıb.

Kovid xəstələrinə qan laxtalanmasına qarşı Kleksan, kardio maqnil kimi antikoaqulyantlar təyin edilir. Bunları qəbul edən zaman mədəni qoruyacaq xüsusi dərmanlar təyin edilməlidir. Əks təqdirdə ciddi qanama ola bilər.

Çox zaman xəstələr bu dərmanlara əhəmiyyət vermir, onları hər səhət qəbul etmir və birinci də onlardan imtina edirlər.

Kovid müalicəsindən sonra isə bu xəstələr mütləq qastroenteroloqa müraciət edib, koviddən sonra mədə-bağırsaq xoralarının vəziyyətini bir daha yoxlatmalıdır.

Bir çox ölkələrdə pandemiyanın pik vaxtında koronavirus xəstələri ilə yanaşı klinikalara ağır mədə-bağırsaq qanamaları ilə daxil olan xəstələrin də sayının çox olduğunu bildirir.

Hətta bəzən çox xəstələr təkcə mədə-bağırsaq ağrıları ilə daxil olub, lakin müayinə zamanı onda koronavirus aşkarlanıb. Beləliklə, kovid virusunun birinci növbədə mədə-bağırsaq sistemini sıradan çıxardığını da təxmin etmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.