Press "Enter" to skip to content

Mədətov q azərbaycan böyük vətən müharibəsi dövründə

Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti dolğun işıqlandırılıb.

Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın rolu

Bu gün mayın 9-dur. Xeyr, əslində 9 Maydır! İkinci Dünya müharibəsinə son qoyulduğu, faşizm üzərində Qələbənin çalındığı TARİXİ GÜNdür və təqvimdə rəngi qırmızıdır. Eyniliklə müharibədə fəda olmuş Vətən övladlarının qanı kimi. Çünki müharibə mübahisə deyil, burada sözlə yox, silahla vuruşurlar və Qələbə qurban tələb edir.

İkinci Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsi dövründə (1941-1945-ci illər) Sovet İttifaqında elə ailə olmazdı ki, cəbhəyə cəlb olunmasın. Kimi ön cəbhədə döyüşərək, kimi də arxa cəbhədə gecə-gündüz işləyərək Qələbə naminə əzmkarlıq göstərib. Məhz həmin fədakarların birgə səyi ilə düşmən məğlub edilib.

Milli.Az seanews.az-a istinadən bildirir ki, bu il milyonlarla insanın taleyini, dünyanın tarixini və xəritəsini dəyişmiş həmin gündən 75 il ötür. Sovet İttifaqı adlanan dövlət artıq tarixə çevrilib. Ancaq faşizm üzərində çalınan Böyük Qələbə yaddaşlardan silinməyib. Amansız müharibənin şahidləri nə qədər ağrılı-acılı olsa belə, Qələbənin şirinliyini də gələcək nəsillərə ötürə biliblər.

Gəlin biz də birlikdə “Mühərriklər müharibəsi”ndə Qələbənin qazanılmasında Azərbaycanın böyük və əvəzedilməz xidmətlərini və xalqımızın igid oğul-qızlarının fəaliyyətini bir daha yada salaq, bildiklərimizi təkcə bir-birimizlə deyil, Azərbaycan hüdudlarından kənarda yaşayanlarla da bölüşək. Çünki keçmiş İttifaq məkanında yaşayan əhali istisna olmaqla, müasir dünyada az adam bilir ki, Azərbaycan nefti olmasaydı, çətin ki, faşist Almaniyası üzərində Qələbə çalınardı.

Ümumilli Liderimiz Heydər Əliyev deyirdi: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur. Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq respublika ictimaiyyətinin, mətbuatının və ziyalılarının vətəndaşlıq borcudur.”

Təkcə neft?

Böyük Vətən müharibəsinin başladığı ilk gündən Azərbaycanda da iqtisadiyyat “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında müharibə dövrünün tələblərinə uyğunlaşdırılmış, ölkədə ümumi səfərbərlik elan olunmuşdu.

Neft diyarının sakinləri olaraq müharibədə neftin əhəmiyyətini hər birimiz çox gözəl bilirik və bu məsələyə hələ qayıdacağıq. Lakin həmin dövrdə Azərbaycan təkcə Qələbə nefti hasil etməklə kifayətlənməyib. Respublikamızın Qələbəyə verdiyi böyük töhfəni təsəvvür etmək üçün statistik göstəricilərlə tanış olaq:

Azərbaycandan orduya 700 minə qədər adam səfərbər edilib, bunun 11 minindən çoxu qadın olub. Müharibədə yarıdan çoxu həlak olub.

Krımın, Ukrayna və Litvanın azad edilməsində fərqləndiyinə görə “Simferopol” diviziyası fəxri adını almış 77-ci, Qafqaz uğrunda döyüşlərdə heyətinin böyük hissəsini itirmiş 402-ci (sonradan 416-cı diviziya ilə birləşdirilib), “Belqrad” diviziyası fəxri adı ilə tanınmış 223-cü, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmiş 271-ci və Şimalı Qafqazın azad edilməsində böyük rol oynamış, “Taqanroq” diviziyası fəxri adını almış, 1945-ci ildə Berlinə ilk daxil olmuş hərbi hissələrdən biri – 416-cı diviziya Azərbaycanın milli diviziyaları olub.

Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Nasir Abdullayev, Məmməd Bağırov və bu məqalə hüdudunda adlarını çəkə bilmədiyim bir çox qəhrəman Azərbaycan oğulları partizan hərəkatına qoşularaq igidlik göstəriblər.

43 nəfər milliyyətcə azərbaycanlı ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı fəxri adına, 400 mindən yuxarı Azərbaycan vətəndaşı orden və medallara layiq görülüb.

Bakı müharibə dövründə əsl cəbbəxanaya çevrilib. 130 adda silah-sursat, o cümlədən “Katyuşa” adlı yaylım atəşi açan reaktiv sistemlər Bakıda hazırlanıb. Xəzər Dəniz Gəmişiliyinin gəmi təmiri zavodları da bu işdə yaxından iştirak edib. Tanınmış muğam ustamız, ölməz Hacıbaba Hüseynov da yeniyetmə yaşında Paris Kommunası adına zavodda işləyib.

Bakının xəstəxana və sanatoriyalarında 1,5 milyondan artıq döyüşçü müalicə olunub. Həmin döyüşçülərdən bir çoxu müharibədən sonra Bakıya yaşamağa gəlib və bu, danılmaz faktdır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışan görkəmli cərrah Mustafa Topçubaşov həmin dövrdə SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub. Onun təklifi hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib. Müharibə illərində Azərbaycanda donorların sayı 11,5 dəfə artıb. Bu, Şimalı Qafqaz cəbhəsinin hərbi-sanitar müəssisələrini arasıkəsilmədən konservləşdirilmiş qanla təmin etməyə imkan verib.

Kimya müəssisələrində 26 növ yandırıcı və partlayıcı kimyəvi birləşmə, 9 növ aviasiya və 8 növ dizel yanacağı istehsal olunub, yanğın əleyhinə inventar və avadanlıqlar hazırlanıb. Geyimləri oddan qorumaq üçün xüsusi hopdurucu maddə istehsal edilib. Azərbaycanlı gənc kimyaçı alim Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı təyyarə benzini hazırlayıb, alman tanklarının qəniminə çevrilmiş “Molotov kokteyli” adı ilə tanınan sadə, lakin qorxulu silahın hazırlanmasını təmin edib.

Dəmir email zavodları cəbhə üçün müxtəlif növ əmtəə (soba, qoşqu nəqliyyatı üçün detallar və sairə) hazırlayıb.

Azərbaycanın yüngül sənaye müəssisələrində əhalinin təhvil verdiyi yundan 160 min cüt əlcək və corab toxunub. Bu, 8 diviziyanın təmin edilməsi deməkdir. Bundan əlavə, həmin müəssisələr cəbhə üçün 30 adda müxtəlif geyim növləri tikib.

Bakının mebel fabrikləri qoşun hissələri üçün arabalar istehsal edib.

Azərbaycan kolxozçuları 1941-1945-ci illərdə ordunu müntəzəm olaraq çörək, mal-qara və digər kənd təsərrüfatı malları ilə təchiz ediblər.

Əmək qabiliyyətli insanlar əsasən orduda və strateji əhəmiyyətli neft sənayesinə cəlb olunduğundan, Azərbaycanda 260 min evdar qadın, təqaüdçü və yeniyetmə adıçəkilən istehsal sahələrində işə cəlb edilib. Onların iş günü 10-12 saat olub.

Arxa cəbhədə çalışanları cəbhədə hər an həyatlarını itirmək təhlükəsi ilə qarşılaşan döyüşçülərlə müqayisə etmək fikrindən uzağam. Lakin arxa cəbhədə çalışanların da fədakarlığını yaddan çıxarmaq olmaz. Hər kəs öz sahəsində, sözün həqiqi mənasında, bütün qüvvəsini səfərbər edərək Qələbəni yaxınlaşdırmağa çalışıb.

Azərbaycan vətəndaşları Müdafiə Fonduna 15,5 kq qızıl, 900 kq gümüş, 295 milyon manat pul ianə ediblər. Əlavə olaraq tank kolonnaları üçün 175 milyon manat pul köçürüblər. Hədiyyə olaraq döyüşçülər üçün cəbhəyə 1,6 milyon müxtəlif əmtəə, 125 vaqon isti paltar göndəriblər.

Azərbaycan nefti olmasaydı

Müharibə dövründə SSRİ-nin neft sənayesi üzrə xalq kommisarı olmuş Nikolay Baybakov özünün “Qırx il hökumətdə” kitabında yazır ki, Stalin 1944-cü ildə onunla söhbət əsnasında belə deyib: “Biz həm tankları, həm təyyarələri, həm də maşınları yaratdıq. Bizdə çoxlu qənimət götürülmüş texnika da var. Lakin neft, benzin, dizel yanacağı olmasa, onlar hərəkətsiz qalacaq. Neft – hərbi texnikanın canıdır, mən isə əlavə edərdim ki, bütün iqtisadiyyatın da.”

Neft müharibənin qanı sayılırdı. Həmin dövrdə Sovet İttifaqı üzrə 80, dünya üzrə isə neft hasılatının 50 %-i məhz Azərbaycanın payına düşürdü. Aydındır ki, Bakı nefti olmasaydı, Qələbə də olmazdı.

Respublikamız 1941-1945-ci illərdə İttifaq fonduna 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərmişdi. Sovet İttifaqının Marşalı Georgi Jukov öz xatirələrində yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün nə qədər lazımdırsa, o qədər də yanacaq verirdilər.”

Lend-liz yüklərinin daşınması

Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti dolğun işıqlandırılıb.

Tonnajın, təmir vasitələrinin, ixtisaslı kadrların kəskin çatışmadığı, mürəkkəb şəraitdə həllini təxirəsalınmadan tələb edən məsələlərin artdığı, gəmilərin tez-tez aviahəmlələrə məruz qaldığı bir vaxtda belə, Xəzər dənizçilərinin istənilən hava şəraitində səfərə çıxaraq cəbhəni arasıkəsilmədən yanacaqla və silah-sursatla təmin etdikləri, hərbi hissələri, yaralıları, təxliyyə olunmuş əhalini və s. daşıdıqları barədə ətraflı yazılıb.

Müharibə dövründə Azərbaycanın tranzit imkanlarından da geniş istifadə olunub. Dənizçilər bu işdə də fəal iştirak ediblər.

SSRİ üçün müttəfiqləri İrana lend-liz yükləri göndərirdilər. Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir. Aşıralacaq yüklərin həcmini və buna sərf ediləcək vaxtı hesabladıqdan sonra belə qənaətə gəlinir ki, lend-liz yükləri gəmilərlə Bakıya, Bakıdan isə lazımi ünvanlara daşınsın.

Bundan sonra həm dənizçilərin, həm də Bakı liman işçilərinin işi daha da ağırlaşmışdı. İş həcminin nə dərəcədə artdığını təsəvvür etmək üçün rəqəmlərə nəzər salaq: Bakı limanı 1940-cı ildə İrandan 47,5 mln.ton yük qəbul edib, 1941-ci ildə isə bu rəqəm 75,5, 1943-cü ildə isə artıq 385,5 mln.ton olub. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Bütün bunları bilmək və bildiklərimizi gənc nəslə ötürmək vacibdir. Ona görə vacibdir ki, onlar da Azərbaycanın Böyük Vətən müharibəsində rolu və xalqımızın xidmətləri barədə məlumatlı olsunlar, hər imkandan yararlanıb ölkəmizi təbliğ edə bilsinlər.

Milli.Az

Mədətov q azərbaycan böyük vətən müharibəsi dövründə

Döyüş yoldaşları onu “məğlubedilməz Məmmədov”, “amansız döyüşçü”, “gecə hücumlarının ustası” adlandırıblar. Hətta alman qoşunları kəşfiyyat vasitəsi ilə təmas xəttinin qarşı tərəfində mayor Məmmədovun taborunun olduğunu biləndə keçirəcəkləri hərbi əməliyyada uğur qazanmaq şansının nə qədər aşağı olacağını da dərk ediblər.

Modern.az saytı oxuculara “Böyük Vətən Müharibəsinin azərbaycanlı qəhrəmanları” rubrikasını təqdim edir. Rubrikanın ilk yazısı Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov haqqındadır.

Xəlil Məmmədov 1916-cı ildə Şuşada anadan olub. Sənaye texnikumunu bitirdikdən sonra ordu sıralarına çağrılıb. Böyük Vətən Müharibəsi başlananda öncə Qafqaz cəbhəsinə göndərilib.

Müharibə illərində Xəlil Məmmədov sıravi tankçılıqdam mayor rütbəsinə, tank taboru komandiri vəzifəsinə qədər yüksəlib.

Qısa müddət ərzində döyüş şəraitində hərb sənətinin incəliklərini mənimsəyən qorxmaz azərbaycanlı 1942-ci ilin dekabr ayında göstərdiyi qəhrəmanlığa görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. Belə ki, onun komandiri olduğu tabor Krım uğrunda gedən döyüşlərdə alman qoşunlarının geri çəkilməsinə, məğlubiyyətinə nail olub. Bu döyüşlərdə Xəlil Məmmədov yaralansa da, o, qısa müddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb.

Hərbi əməliyyatlardakı uğurlarına görə komandanlığın diqqət mərkəzində olan tabor komandiri bir il keçməmiş ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub.

Növbəti dəfə Xəlil Məmmədovun taboru döyüşlərin daha şiddətli keçdiyi Cənub-Qərb cəbhəsinə göndərilib. Komandanlıq taborun qarşısında alman qoşunları tərəfindən mühasirəyə alınmış Zaporojye şəhərinin mühasirə həlqəsinin cənub tərəfdən dağıdılması tapşırığını qoyub. Bu tapşırığın yerinə yetirilməsinin çətinliyini, həmçinin almanların canlı və hərbi texnikasının çoxluq təşkil etdiyini nəzərə alaraq Xəlil Məmmədov döyüş taktikasını, əməliyyat planını dəyişib. Belə ki, komandir mühasirə həlqəsini yarmaq üçün əvvəlcədən planlaşdırılmış vaxtda və istiqamətdə deyil, Dnepr istiqamətindən gecə yarısı körpüdən keçərək şəhərə daxil olublar. Almanlar üçün gözlənilməz olan bu taktika düşməni çaşdırıb, Xəlil Məmmədov öz taboru ilə şiddəli döyüşlərdən sonra şəhəri xilas ediblər. Sovet qoşunları komandanlığı azərbaycanlı balasının düşünülmüş və məntiqli bu döyüş əməliyyatını yüksək qiymətləndirərək Xəlil Məmmədovu “Aleksandr Nevski” ordeni ilə təltif ediblər.

Ukraynanın işğaldan azad edilməsində ən ağır döyüşlərdə iştirak edən Xəlil Məmmədovun sonrakı döyüş yolları Macarıstan, Yuqoslaviya, Çexoslovakiya, Rumıniyadan keçib. Komandiri olduğu tank taboru ən ağır hərbi əməliyyatlarda, ən çətin döyüşlərdə uğurlar qazanıb, düşmənin hərbi texnikasısının və canlı qüvvəsinin məhv edilməsində ən yüksək göstəricilərlə öncüllər sırasında dayanıb.

Xəlil Məmmədov Rumıniyanın Tırqu Frumos şəhərinin işğalçılardan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Taborun dəqiq zərbələri nəticəsində düşmən böyük itkilər verib. Daha sonra Xəlil Məmmədov öz taboru ilə xüsusi əməliyyat keçirərək 3 dəmiryolu eşalonunundan 4 minə yaxın alman əsgəri və zabitini əsir götürüblər. Xəlil Məmmədov bu əməliyyatda da yaralanmasına baxmayaraq döyüşləri davam etdirib. Cəmisi 15 gün ərzində Məmmədovun taboru Rumaniya torpaqlarında düşmənin 4 tankını, 64 topunu, 191 müxtəlif təyinatlı avtomobilini, 108 pulemyotunu, 1375 alman əsgəri və zabitini məhv edib.

Bu uğurlu əməliyyat Moskvada, SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahında da müzakirə olunub.

Xəlil Məmmədovun taboru Macarıstanda qərarlaşıb növbəti əməliyyatlara hazırlaşanda səhra poçtalyonu ona xüsusi zərf təqdim edib. Zərfin “məxfi” möhürlü olmamasını görən komandir məktubu müavininə yönləndirib. Zərfdə isə SSRİ Ali Sovetinin Xəlil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı fərmanı olub.

Böyük Vətən Müharibəsindən sonra ehtiyatda olan mayor Xəlil Məmmədov partiya orqanlarında çalışıb. O, 1946-cı ildə Bakının Əzizbəyov rayon Partiya Komitəsinin 1-ci katibi olub. 1955-ci ildə Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib.

Xəlil Məmmədov 1957-ci ildə əvvəlcə daxili işlər nazirnin müavini, daha sonra 1-ci müavin, 1960-cı ildə isə daxili işlər naziri vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. (həmin ərəfədə Daxili İşlər Nazirliyi İctimai Asayişin Mühafizəsi nazirliyi adlandırılıb)

1965-cı ildən Xəlil Məmmədov Nazirlər Sovetinin sovet orqanları şöbəsinə rəhbərlik edib, 1971-1974-cü illərdə isə Azərbaycan İdman və Bədən Tərbiyəsi Dövlət Komitəsinin sədri vəzifəsində işləyib.

Xəlil Məmmədov harada işləməsindən asılı olmayaraq, həmişə böyük hörmətə, nüfuza malik olub. Sövet məkanının yüksək hərbi dairələrində onun haqqında həmişə yüksək fikirlər söyləyiblər.

Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Xəlil Məmmədov 21 fevral 1989-cu ildə vəfat edib.

Mədətov q azərbaycan böyük vətən müharibəsi dövründə

Qaraş Əli oğlu Mədətov 1928-ci il fevral ayının 12-də Naxçıvan MR-nın Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyasını

müdafiə etmiş, 1969- cu ildə professor elmi adı almış, 1983- cü ildə isə Azərbaycan EA-nın (indi AMEA) müxbir üzvü seçilmişdir. Q.Ə.Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək “Azərbaycanın müasir dövr tarixi” şöbəsinə rəhbərlik etmişdir. Q.Ə.Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə

yönəltmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən “Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması”, “Azərbaycan Böyük Vətən müharibəsində (1941- 1945-ci illərdə)” və b. Monoqrafiyaların müəllifidir. 3 cildlik “Azərbaycan tarixi” və “Azərbaycan Kommunist Partiyası

tarixinin oçerkləri” kitablarında “Azərbaycan Böyük Vətən müharibəsində” bölməsinin də müəllifidir.

Onun rəhbərliyi və iştirakı ilə “Azərbaycan Böyük Vətən müharibəsi dövründə” (2 cildlik), Azərbaycanın Qırmızı Ulduzları”, “Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır” və “Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri” (3 cildlik) və digər əsərlər nəşr olunmuşdur. Onun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilmişdir. Q.Ə.Mədətov 1980-ci ildə “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Şərəf Nişanı” ordeni, müxtəlif medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. 1993-cü il iyul ayının 1-də Bakıda

vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib

I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.

Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.

Muzeyə Qarabağ şəhidinin materialları daxil olub

II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.

Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib

MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.

Muzeydə Lütfi Zadə irsi təbliğ edilir

Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.

Hörmətli izləyicilər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.

Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.

AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.

Comments are closed, but trackbacks and pingbacks are open.