Medeniyyet – Wikipedia
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası abidəsi memarlıq sənətinin nadir incilərindəndir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Friz xarakteri daşıyan “Bayıl daşları” vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində, o cümlədən də Bakıda toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlamışlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olmuşdur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq etmişlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına salmışlar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlamışdır. 1890-cı illərdən başlayaraq Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etmişdir. 1897-ci ildə Bakıda “Artistlər ittifaqı” yaradılmışdır. 1906-cı ildə Bakıda “Müsəlman dram artistləri” şirkəti yaradılmışdır. “Şirkət”ə məşhur teatr xadimi Cahangir Zeynalov rəhbərlik edirdi.
Medeniyyet tarixi ve nezeriyyesi
Just another WordPress.com site
Medeniyyet haqqinda umumi melumat
Posted on 22 April 2011 by ayanhuseynova12
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.
Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.
Medeniyyet – Wikipedia
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər.
Ənənəvi geyimləri və bəzək əşyaları ilə bir Türkmən qadını. Yurd adı verilən çadırın önündə, ənənəvi motivlərlə toxunmuş xalının üzərində qonar köçər mədəniyyətin motivlərini daşıyır.
“Mədəniyyət” anlayışının latın dilindən tərcüməsi “julture” — “becərmək”, “bəsləmək”, “yaxşılaşdırmaq” deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və “mədəniyyət” sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə.
Mədəniyyət sözü, həmçinin, ərəbcə “Mədinə” sözündədir və mənası “şəhərsalma” anlamına gəlir.
Məşhur rus dilşünası Vladimir Dal özünün “İzahatlı lüğət”ində yazır: “Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır”.
Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona “insan tərəfindən yaradılmış ikinci təbiə” adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır.
Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Mədəniyyət — insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir. Planetimizdə mədəniyyətlərin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir; buna, bəzən, inteqral mədəniyyət deyilir. İnsan mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir cəhəti olduğunu dərk edir.
Amerikalı yazıçı Ernest Heminquey “Zəng kimin üçün çalınır” əsərində yazmışdır: “Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəs… qitənin, torpağın bir hissəsidir; əgər dalğa bu sahildəki daş qayasını çırpıb aparsa, onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır”. [1]
Mündəricat
- 1 Mədəniyyət tarixinin mərhələləri
- 2 Mədəniyyət və təbiət
- 3 Mədəniyyət davranışın əsasıdır
- 4 Mədəniyyətdə dəyişikliklər
- 5 Mədəniyyətin tərkibi
- 6 Mədəniyyətin formaları
- 7 Mədəniyyətin funksiyaları
- 8 Həmçinin bax
- 9 Mənbə
- 10 İstinadlar
Mədəniyyət tarixinin mərhələləri
Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:
- İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );
- Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );
- Orta əsrlər ( V–XIV əsr.);
- İntibah Dövrü ( XIV–XVI əsr.);
- Yeni Dövr ( XVI ax.—XIX əsr.);
- Ən Yeni Dövr ( XIX ax. — h.h. dövr ).
Mədəniyyət və təbiət
Mədəniyyətşünaslığın əsas məsələlərindən biri də mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir. Müasir dövrdə bu münasibətlərin əhəmiyyəti çox aktualdır. Hər ikisi insan həyatının ayrılmaz hissəsidir. Mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır. Bu bir tərəfdən təbiəti nizamlasa da, digər tərəfdən təbiətin nizamlanmış qaydasına ciddi dəyişikliklərə aparıb çıxarır. Mədəniyyət “ikinci təbiət” də adlana bilər.
İnsanın təbiətlə əməkdaşlığı hər iki subyektə sərfəlidir. İnsan təbiətdən maddi sərvət götürür, ideyalar alır, ondan öyrənir. Bu düşünülmüş olduqda təbiəti daha da zənginlşdirir. Təbiətə ziyan vuran hərəkətlər isə ilk növbədə insanın özünə ciddi problem yaradır. Bu hərəkət mədəniyyət anlayışına zidd sayılır.
Mədəniyyətlə təbiət vahid təsəvvür edilməli, bir-birindən yararlanmalıdır. Bu baxımdan şəhər mədəniyyətinin heç də hamısı mədəniyyət hesab edilə bilməz. Bu fikir rus ziyalıları Nikolay Berdyayev və Nikolay Rerixin əsərlərində öz əksini tapmışdır. [2] .
Mədəniyyət davranışın əsasıdır
Hesab edilir ki, mədəniyyət aşağıdakı prinsiplərə söykənir:
- Həyat dəyərləridir;
- Davranış qaydalarıdır;
- Maddi əsərlərdir.
- Həyat dəyərləri həyatda insanın yaşadığı mühitdir və mədəniyyətin formalaşmasında böyük rol oynayır.
- Davranış qaydaları özünü ilk növbədə mənəviyyətdə göstərir. Mənəviyyət qaydaları dövlət tərəfindən məcburi elan edilərsə o qanun adlanır.
- Maddi əsərlər isə birinci və ikinci prinsiplərin müxtəlif kombinasiyalarından yaranır.
Mədəniyyətdə dəyişikliklər
Hesab edilir ki, mədəniyyətdə dəyişiklər üçün aşağıdakı iki şərt mütləq olmalıdır. Onlara bəzən aksiomlar da deyirlər:
- İstəilən dəyişikilikləri şərait tələb edir;
- Dəyişikliklər üçün müvafiq tərkib hissələri toplanmalıdır.
Həmçinin aşağıdakı faktorlar olmasa dəyişiliklər baş verə bilməz:
- Təbii ehtiyatlar
- Mədəniyyətlərin təması
- Bir-birindən dəyərlənmə
- İstehsalatda müvafiq texnologiyalar
- Müvafiq təşkilati strukturlar
- Düşüncələrdən keçmələr
- Rasionallıq
Mədəniyyətin tərkibi
Mədəniyyətin formaları
Elitar mədəniyyət: imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələri (zərif incəsənət, klassik musiqi və ədəbiyyat). “İncəsənət incəsənət üçündür” şüarı elitar mədəniyyətin devizidir. Mədəniyyətin bu formasını yaradanlar mədəniyyətin diktəedicisi hesab edilir. Ümumiyyətlə, elitaristlər belə hesab edirdilər ki, mədəniyyət xalq üçün deyil, yüksək cəmiyyət üçün nəzərdə tutulmuşdur.
Xalq mədəniyyəti — mənşəyinə görə bu forma həvəskar və ya kollektiv mədəniyyət forması adlanır. Xalq mədəniyyəti folklor ədəbiyyatı özündə birləşdirir (miflər, əfsanələr, dastan və nağıllar, nəğmə və rəqslər). Xalq mədəniyyəti konkret yerli ənənələrlə əlaqədardır.
Kütləvi mədəniyyət — yaşayış yerindən asılı olmayaraq bütövlükdə insanların təlabatı nəzərdə tutulur. Kütləvi mədəniyyət ilk növbədə ticarət-qazanc məqsədlərinə yönəldilir, onun daima fəaliyyətdə olması nəzərdə tutulur. Müəyyən sosial qruplar üçün arzuedilən əxlaq, davranış tərzi stereotiplərini kütlələrin şüuruna tətbiq etmək vasitəsi kimi də istifadə olunur.
İqtisadi mədəniyyət — cəmiyyətin iqtisadi mədəniyyəti ümumi mədəniyyətin maddi əsası, fəaliyyət növlərinin aparıcısıdır. İqtisadi mədəniyyət cəmiyyətin iqtisadi əsasının təkmilləşdirilməsinin ölçüsünün və səviyyəsinin göstəricisidir. Mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, fəal keyfiyyətli əmək, qabaqcıl təhlükəsizlik texnologiyası, işgüzar fəallıq, təsərrüfat fəaliyyətinin humanist istiqamətləndirilməsi, yenilik, iqtisadi əmək fəallığının mənəvi-hüquqi əsaslandırılması və gələcəyə yönəldilməsi və b. mədəniyyətin proeksiyaları kimi iqtisadiyyatın mühüm əlamətləri və proseslərini əks etdirirlər.
Siyasi mədəniyyət — siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və istiqamətlərin davranış modelləri sistemidir. Siyasi mədəniyyət, vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlərin, davranış qaydalarının, adət və ənənələrin məcmusunu ifadə edir.
Siyasi mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və idarəetmə problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət və hüquq, siyasət və iqtisadiyyat, siyasət və mənəviyyatın qarşılıqlı təsiri məsələlərinə toxunur.
Məqsəd və vəzifəsinə görə mədəniyyətin aşağıdakı formaları vardır: milli, regional, kənd və şəhər.
Mədəniyyətin funksiyaları
Əsas məqalə: Mədəniyyətin funksiyaları
Mədəniyyətin əsas funksiyası — humanist insani funksiyadır. İnsan mədəniyyət nümunələri yaradaraq bəşər tarixinə töhfələr verir, sonda onun yaratdığı mədəniyyət yenə də insanın, cəmiyyətin xidmətində durur.
İnformativ—kommunikativ (sosial təcrübənin ötürülməsi) — heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa adamların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir.
Mədəniyyətin mühüm funksiyalarından biri də idraki-qnoseoloji funksiyadır. İdraki funksiya xalq, ölkə haqqında bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət, fəlsəfə, təlim, tərbiyə və b. sahələrdə öz mənafelərini dərk edir, sosial təcrübənin ötürülməsi və digər xalqların mədəniyyətlərinin mənimsənilməsinə güclü təsir göstərir.
Mədəniyyətin normativ-requlyativ (nizamlayıcı-tənzimləyici) funksiyası. Bu funksiya insanların ictimai və şəxsi fəaliyyətinin müxtəlif növ və cəhətlərinin, davranışının nizamlanması ilə əlaqədardır. Mədəniyyət tənzimlənmiş davranış qaydaları, əxlaq və hüquq kimi normativ sistemlərə dayanır.
Semmiotik, yaxud işarələr funksiyası. Müəyyən işarələr sisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, əxz edilir. Məsələn, heroqliflərin Qədim Misir mədəniyyətinin tədqiqində müəyyən işarələr və simvolların, xalçaçılıq, rəssamlıq, qədim kitabələrin oxunmasında və s. böyük köməyi dəyir. Ümumiyyətlə, bu funksiya musiqi, rəssamlıq, heykəltəraşlıq, təbiət elmləri — fizika, riyaziyyat, kimya, biologiya kimi sahələrdə öz əksini tapır.
Mədəniyyətin aksioloji dəyər funksiyası. Dəyərlər sisteminin müəyyən edilməsi və mühafizəsi.
Dəyərlər ayrı-ayrı adamların, qrupların üstünlüklərini qoruyub saxlamağa kömək edir.
Mədəniyyətşünaslıq fənni bir-birilə əlaqədar aşağıdakı vəzifələri həll etməlidir:
— Mədəniyyətşünaslığın, onun mahiyyəti, məzmunu, əlamətləri, funksiyalarının kifayət qədər və dərindən, bütövlüklə izah edilməsi;
— Mədəniyyətin mənşəyinin, kulturoloji prfoseslərin dövrlərinin və mərhələlərinin öyrənilməsi, konkret xalqların, cəmiyyətlərin, regionların, kontinentlərin mədəniyyət tarixinin, mədəniyyət ənənələrinin varisliyinin araşdırılması və öyrənilməsi;
— Xüsusi və humanitar biliklərin harmonik əlaqələndirilməsi, peşə etikası və mənəviyyatın işlənilməsinə yardım göstərilməsi; müxtəlif milli-mədəni, etno-konfessional və digər platformaların tənqidi, yaradıcı qavrayışlarına imkan yaradılması;
— Mədəni irsdən istifadə və onun qorunub saxlanılması haqqında qanunçuluğun əsaslarının öyrənilməsi.
Həmçinin bax
- Şərq mədəniyyəti
- Mədəniyyət muzeyi (Kvebek)
- Mədəniyyət sənayesi
- Mədəniyyət şoku
- Mədəniyyətin funksiyaları
- Фуад Мамедов.Культура Управления.” Апостроф “,Баку,2009.
- f.e.n. Səbirə Nemətzadə
- İlqar Hüseynov, Nigar Əfəndiyeva. Qədim dünya mədəniyyəti (dərslik). Bakı, 2009.Arxivləşdirilib 2013-08-10 at the Wayback Machine
- Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, 2008.Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- Əsgər Əhməd. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyəti. Bakı-2012, “Elm”, 372 səh.
- С. Зенкин. Культурный релятивизм: К истории идеи // Зенкин С. Н. Французский романтизм и идея культуры. М.: РГГУ, 2001, с. 21–31.
- Коротаев А. В., Малков А. С., Халтурина Д. А.Законы истории. Математическое моделирование развития Мир-Системы. Демография, экономика, культура. 2-е изд. М.: УРСС, 2007.
- Этимология слова “культура”
- [1] Ионин Л. Г. История слова “культура”. Социология культуры. -М.: Логос, 1998. — с.9–12.
- [2] Сугай Л. А. Термины “культура”, “цивилизация” и “просвещение” в России XIX — начала XX века//Труды ГАСК. Выпуск II. Мир культуры.-М.:ГАСК, 2000.-с.39–53.
- [3]Чучин-Русов А. Е. Конвергенция культур.- М.:Магистр, 1997.
- Историческое развитие понятия “культура”
- Энциклопедия культур Deja Vu
- Культура в СССР = субкультура российской интеллигенции
- Вавилин Е. А., Фофанов В. П. Исторический материализм и категория культуры: Теоретико-методологический аспект. Новосибирск, 1993. [ölü keçid]
- Луков М. В. Культура повседневности
- Сборник новостей о культуреArxivləşdirilib 2011-06-01 at the Wayback Machine
- Статьи Николая Рериха о культуре [ölü keçid]
- Педагогика Культуры — освещение вопросов культуры и самосовершенствования
- Луков М. В. Культура повседневности
- Гуреев, М. В. Основные угрозы и опасности для культуры в XXI веке.
İstinadlar
- ↑”TƏBİİ VƏ MƏDƏNİ İRSİN MÜHAFİZƏSİNƏ QENDER YANAŞILMASI” (PDF) . 2021-08-31 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2010-05-26 .
- ↑ Статья “Боль планеты” из сборника “Твердыня пламенная” http://magister.msk.ru/library/roerich/roer252.htmArxivləşdirilib 2022-03-28 at the Wayback Machine
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Medeniyyet tarixi ve nezeriyyesi
Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır. Bakının yaxınlığındakı Qobustanda qayaüstü təsvirlər və petroqliflər sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər.
Həbib bəy Mahmudbəyovun teatr tuppası. 1888
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası abidəsi memarlıq sənətinin nadir incilərindəndir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Friz xarakteri daşıyan “Bayıl daşları” vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində, o cümlədən də Bakıda toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlamışlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olmuşdur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq etmişlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına salmışlar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlamışdır. 1890-cı illərdən başlayaraq Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etmişdir. 1897-ci ildə Bakıda “Artistlər ittifaqı” yaradılmışdır. 1906-cı ildə Bakıda “Müsəlman dram artistləri” şirkəti yaradılmışdır. “Şirkət”ə məşhur teatr xadimi Cahangir Zeynalov rəhbərlik edirdi.
“Leyli və Məcnun” operasının afişası. 1908
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera – Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. 1910-cu ildə “Səfa” adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradılmışdır. 1917-ci ildə Bakıda “Müsəlman artistləri ittifaqı” yaradılmışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Birləşmiş Dövlət Teatrı yaradıldı. Sovet hakimiyyəti illərində müxtəlif adlar daşıyan bu sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. 1923-cü ildə Bakı Teatr Texnikumu yaradıldı. 1928-ci ildə isə respublikada uşaq və gənclər üçün ilk teatr – Bakı Uşaq Teatrı fəaliyyətə başlamışdır. 1931-ci ildə Bakıda Kukla Teatrı yaradılmışdır. Teatr Texnikumunun əsasında 1945-ci ildə Azərbaycan Teatr İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradılmışdır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Bakıda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim Teatrında, Gənc Tamaşaçılar Teatrında və digər teatrlarda seyr etmək mümkündür. Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdi. Onun çəkdiyi xronika süjetləri “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. və bədii kinosüjeti isə “İlişdin” idi.
“O olmasın, bu olsun” filminin çəkilişi. 1956
1898-1935-ci illər Azərbaycan kinosunun səssiz dövrü olaraq həm sənədli, həm də bədii növlərin formalaşması ilə səciyyəvidir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakıda prokat kontorları yaradılmışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilmişdir. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi yaradılmışdır. Müxtəlif adlarla fəaliyyət göstərən bu qurum 1961-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır. Azərbaycan kinosunun 1935-1960-cı illər mərhələsi səsli kinonun yaranması və geniş inkişafı ilə bağlıdır. 1965-ci ildən Azərbaycan televiziyasında da cizgi filmləri istehsal olunmağa başlanmışdır. Sovetlər dövründə hər il “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində onlarla film Azərbaycan dilinə dublyaj olunmuşdur. “Azərbaycanfilm”in Dublyaj şöbəsi 1994-cü ildən “Dublyaj” studiyası kimi fəaliyyət göstərir. XX əsrin 60-70-ci illərini Azərbaycan kinosunun intibah dövrü adlandırmaq olar. Bu dövrdə çəkilmiş filmlərdə tarixə və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tutmuşdur. 1993-cü ildə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün Azərbaycan Dövlət Film Fondu yaradılmışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 25-dən artıq müstəqil kommersiya studiyası və kinoşirkət fəaliyyət göstərir. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini davam etdirir. Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına vermişdir. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” filmi multikulturalizmin Azərbaycan modeli barədə dünyada geniş təəssürat yaratmaq məqsədi ilə 6 xarici dilə tərcümə olunaraq yayılmışdır.
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyli müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyli H.Z.Tağıyevin teatrında tamaşaya qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu.
“Yeddi gözəl” baletindən səhnə
Opera və Balet Teatrının binası 1910-cu ildə məşhur memar N.Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır. 1922-ci ildə Bakıda nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə ilk Konservatoriya açılmışdır. XX əsrin 30-80-ci illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Müstəqillik illərində simfoniya və simfonik opera kimi simfonizmin böyük formaları ilə yanaşı, nisbətən kiçik formalı musiqi əsərləri də yaradılıb. Əsrin ötən dörddə biri ərzində bəstəkarlar opera və xor musiqi janrlarına tez-tez müraciət ediblər. V.Adıgözəlovun “Xan qızı Natəvan” və F.Əlizadənin “İntizar” operaları, R. Mustafayevin “Salatın”, V.Adıgözəlovun “Çanaqqala” xor əsərləri və s. həmin dövrdə yaradılıb. Azərbaycan bəstəkarları ölkənin həyatında baş verən mühüm sosial-siyasi hadisələrdən yan keçməmişlər. Qarabağ müharibəsi mövzusu əsas mövzulardandır. Bu mövzuya V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, T.Bakıxanovun “Qarabağ harayı” simfoniyası, F.Əlizadənin “Ana torpaq” odası, R.Mustafayevin “Haqq səninlədir” kantatası, S.İbrahimovanın “Vətən şəhidləri” kantatası və onun əsəri olan simli orkestr üçün “Sənin üçün darıxmışam, Şuşam” əsərləri həsr edilmişdir. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açılmışdır. 1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradılmışdır. Məşhur rəssamlar Tahir Salahovun, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun, Rasim Babayevin, Sənan Qurbanovun, Toğrul Nərimanbəyovun və bir çox istedadlı rəssamların əsərləri Azərbaycan rəssamlıq sənətinin zənginləşməsinə xidmət edir.
Milli İncəsənət Muzeyi
Azərbaycanda dövlət səviyyəsində ilk muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə yaradılmış İstiqlal Muzeyidir. 1919-cu ilin dekabrında Bakıda təşkil edilmiş bu muzey Cümhuriyyət Parlamentinin binasında (indiki Əlyazmalar İnstitutu) yerləşirdi. Həmin muzeyin mənəvi varisi kimi 1991-ci ildə Azərbaycan İstiqlal Muzeyi yaradılmışdır. Sovet hakimiyyəti illərində Bakıda Azərbaycan Təbiət Tarixi Muzeyi (1930), Azərbaycan Dövlət Teatr Muzeyi (1934) və Azərbaycan Dövlət İncəsənət Muzeyi (1936) yaradıldı. Dövlət Muzeyi 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi adlanır. 1939-cu ildə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi yaradılmışdır. Bakının müasir mənzərəsini gözəlləşdirən tikililərdən Heydər Əliyev Mərkəzini (memar Zaha Hadid, 2013), Muğam mərkəzini (2008), Xalça muzeyini (memar Frans Yants, 2014), Beynəlxalq avtovağzalı (2010), Beynəlxaq Hava Limanını (2014) və s. göstərmək olar. Şüşə və metal konstruksiyalardan qurulmuş bu tikililər şəhərə tamamilə yeni görkəm verir. Dənizkənarı bulvarda yerləşən Xalça muzeyinin binası yarımbükülmüş xalça örtüyü formasında qurulmuşdur. Müstəqillik illərində monumental heykəltəraşlıq yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Bakıda H. Cavidin, Ə.Nəvainin, A.S.Puşkinin, T.Şevçenkonun, Motsartın, N.Teslanın, şair X.Şirvaninin, rəssam Ə.Əzimzadənin, futbol hakimi T.Bəhramovun, bəstəkarlar Q.Qarayevin və F.Əmirovun abidələri ucaldılmışdır. Şəhərin mərkəzində oğuz eposunun abidəsi olan “Dədə Qorqud” etnoqrafik parkı salınmışdır.
Bakının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində həmin ilin martında Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb moda təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilmişdir. «Eurovision – 2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axını üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır. Heydər Əliyev Sarayının, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Dövlət Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.
Bakı şəhərində dövlətin mühafizəsində olan daşınmaz tarixi-mədəniyyət abidələri
(2020-ci ilin əvvəlinə)
Dünya əhəmiyyətli
Arxeoloji – 1
Memarlıq – 5
Ölkə əhəmiyyətli
Arxeoloji – 62
Memarlıq – 78
Bağ-park, monumental və xatirə abidələri- 44
Yerli əhəmiyyətli
Arxeoloji – 25
Memarlıq – 781
Bağ-park, monumental və xatirə abidələri – 18
Bakı şəhəri üzrə klubların sayı
Klubların sayı – 59
Tamaşaçı və mühazirə zallarında yerlərin sayı – 12809
Bakı şəhəri üzrə muzeylər
Muzeylərin sayı – 35
Bakı şəhəri üzrə mədəniyyət və istirahət parkları
Parkların sayı – 106
Bakı şəhəri üzrə kütləvi kitabxanalar
Kitabxanaların sayı – 98
Onlarda kitabxana fondu, min nüsxə – 9406,8
Comments are closed, but trackbacks and pingbacks are open.