Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild
İlk cildinin nəşrindən keçən qırx ilə yaxın zaman ərzində ədəbi dilimizdə, özellikle, onun lüğət tərkibində xeyli dəyişikliklərin yaranması, müəyyən qram¬matik və üslubi təkrnilləşmənin olması tamamilə təbiidir. Şübhə yoxdur ki, bu dəyişikliklər lüğotin sözlüyüne və məqalələrinə də öz təsirini göstərmişdir və bu, öz növbəsində, dilimizin lüğət tərkibinə yenidən nəzər salmağa, lüğəti yeni yaran¬mış sözlərlə zəngirıləşdirməyə, lüğət məqalələrində müəyyən redaktə işləri apar-mağa ehtiyac doğurmuşdur. Bu sözlər gündəlik heyatımızdan alınıb, oxuculara təq¬dim olunan bu möhtəşəm lüğətə daxil edilməklə müasirleşdirilmiş, bugünkü oxucular üçün yararlı olmasına çalışılmışdır .
Azərbaycan dilində kitablar Bakıda
Bugün sizə lazım olan kitabı almaq çox asandır. Əgər siz bizim internet mağazamıza daxil olmusunuzsa, bəxtiniz gətirib, çünki bizim saytda sizə lazım olan Azərbaycan dilində kitablar çox geniş çeşiddə təqdim olunur. Saytda müxtəlif janrlarda olan kitabları münasib qiymətə əldə edə bilərsiniz. Artıq istədiyiniz kitabı axtarıb tapmaq üçün əlavə vaxta ehtiyac olmayacaq, sayt sizə axtardığınız kitabı vaxt sərf etmədən almağa şərait yaradacaq.
Azərbaycan kitabları ilə bol olan kitab mağazası – bizdə demək olar ki, istənilən kitabı ala bilərsiniz.
Kitablarla tanış olmaq üçün onlayn kataloqumuzu açmaq yetərlidir. Bakının hansı rayonunda yaşamanızdan asılı olmayaraq istənilən kitabı internet vasitəsi ilə əldə etmək olar. Azərbaycan dilində olan bütün kitabları evdən çıxmadan sifariş edə bilərsiniz. Çox qısa zamanda sifarişiniz sizə çatdırılacaq. Birinci sifarişi əldə etdikdən sonra bunun necə asan və rahat olduğunu özünüz də görəcəksiniz.
Azərbaycan və dünya klassik əsərləri – hamısı bir arada.
Əgər qiymətləri müqayisə etsəniz bir daha əmin olacaqsınız ki, bizim virtual mağazamızda təklif olunan kitablar daha məqsədəuyğun qiymətədir. Əgər diqqət etsəniz, virtual mağazamızda müxtəlif janrda yazılmış kitabların – azərbaycan klassik və dünya şöhrətli yazıçıların əsərlərinı görəcəksiniz. Müxtəlif növ rubrikaların olması, ürəyinizdən keçən kitabları seçməyə imkan yaradır. Təklif edilən virtual kataloqu təhlil etdikdə, müasir Azərbaycan ədəbiyyatına rast gələcəksiniz. Müasir texnologiyalar dövründə siz vaxt sərf etmədən, evinizdə oturaraq böyük kitab mağazalarını virtual olaraq ziyarət edə bilirsiniz. Bəyəndiyiniz kitabı seçdikdən sonra, çox rahatlıqda sifariş edib qisa zamanda əldə edə bilərsiniz. Əgər siz onlayn olaraq kitab əldə etmək istəmirsinizsə, o zaman bizim mağazalarımıza gəlib istədiyiniz kitabı əldə edə bilərsiniz.
Nadir kitablar hər zaman ideal hədiyyə olaraq qalacaq. İndiki zamanda isə, buna daha çox ehtiyac var, çünki hər kəs qiymətli nəşri əldə etmək imkanına malik deyildir. Digər tərəfdən isə belə bir hədiyyəni əldə etmək, nəfis bir zövqün, hörmətin əlamətidir.
Azərbaycan dilində çap etdirdiyimiz yeniliklərdən bəziləri – QIRMIZI SAÇLI QADIN və Başlanğıc kitablarıdı.
Əyər azərbaycan dilindən başqa kitab axtarırsanız, bizdə türk, ingilis və rus dillərində də kitabları ala bilərsəniz.
Bunun üçün bizim kitab internet mağazamız olan alinino.az saytından kitab sifariş etmək yetərlidir. Sifarişin edilməsi sizin dəyərli vaxtınızı da almayacaq, nəticə isə sizi ancaq məmnun edə bilər.
Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild
” Azərbaycan dilinin izahlı lüğəti” keçən əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqrafvə lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Aka¬demiyasının müxbir üzvü, f.e.d., professor Əliheydər Orucov tərtib etmişdi. Lüğotin redaktoru Əkrəm Cəfər idi. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Aka¬demiyasının akademikleri Məmməd Arif Dadaşzado və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxil idilər .
Lüğetin ikinci cildinin nəşri üçün 14 il vaxt lazım oldu. Bu cildin tərtibi ilə f.e.n. Bəhruz Abdullayev, f.e.d., professor Əlilıeydər Oruc ov, f.e.n. Nərgiz Rəhim¬zadə, f.e.n. Məmmədlıüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzade məşğul olmuş¬dular. Redaktoru Əliheydər Oruc ov idi. Üçüncü cildin nəşri çox çəkmədi. 3 il sonra oxucular izahlı lüğetin üçüncü cildini də əldə etdilər. Kitabın redaktoru yenə Əlilıeydər Orucov idi. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi .
Nəhayət, sonuncu – dördüncü cild oxuculara 1987-ci ildə təqdim edildi. Kita¬bın tertibçilori, redaktoru və redaksiya heyəti də dəyişməz qalmışdı .
Beləliklə, 60 illik tərtib, 21 illik çap ömrü olan nəhəng bir lüğət ölkənin həyatında böyük mədəni bir hadisə kimi qarşılanmışdı .
İlk cildinin nəşrindən keçən qırx ilə yaxın zaman ərzində ədəbi dilimizdə, özellikle, onun lüğət tərkibində xeyli dəyişikliklərin yaranması, müəyyən qram¬matik və üslubi təkrnilləşmənin olması tamamilə təbiidir. Şübhə yoxdur ki, bu dəyişikliklər lüğotin sözlüyüne və məqalələrinə də öz təsirini göstərmişdir və bu, öz növbəsində, dilimizin lüğət tərkibinə yenidən nəzər salmağa, lüğəti yeni yaran¬mış sözlərlə zəngirıləşdirməyə, lüğət məqalələrində müəyyən redaktə işləri apar-mağa ehtiyac doğurmuşdur. Bu sözlər gündəlik heyatımızdan alınıb, oxuculara təq¬dim olunan bu möhtəşəm lüğətə daxil edilməklə müasirleşdirilmiş, bugünkü oxucular üçün yararlı olmasına çalışılmışdır .
Lüğetin birinci cildino 150-dən artıq söz əlavə edilmişdir .
Lüğatin kiril əsaslı Azərbaycan elifbasından latın qrafıkalı Azərbaycan əlifba¬sına keçirilməsi, təbii olaraq, lüğotin quruluşunda, redaksiya heyətinin tərkibində, tortibçilerin kimliyində müəyyən dəyişikliklərə səbəb olmuşdur. Başqa sözlə, əvvəlki nəşrdə birinci cild A, B, V, Q, ikinci D, E, Ə, J, Z, İ, Y, üçüncü K, G, L, M, N, 0, Ö, P, R, dördüncü S, T, U, Ü, F, X, H, ç, C, Ş hərfləri ilə başlayan sözləri..
Azərbaycanın ərəblər tərəfindən işğalı
Ərəb tarixçisi Təbəri və başqaları VII əsrin 30-cu illərində ərəb sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. 639-cu ildə ərəb qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi. Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 639 -642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar. 646-cı ildə Arana hücum edən ərəb ordusu Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Bu şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini müqavilələr şəklində rəsmiləşdirirdilər.
VIII əsrin əvvəllərində ərəb ordularının Azərbaycan torpaqlarına yürüşləri daha geniş və intensiv xarakter aldı. Xilafət 705-ci ildə Albaniyada Mehrani sülaləsinin hakimiyyətinə son qoydu. Ərəblər VIII əsrin əvvəllərində Azərbaycanın işğalını başa çatdırdılar. VIII əsrin 20-30-cu illərində Azərbaycan torpaqlan uğrunda ərəb-xəzər savaşları da xilafətin qələbəsi ilə başa çatdı.
Azərbaycanda islam dininin yayılması
Dünyanın ən mütərəqqi dini olan İslam və onun əsas kitabı Quran Allahın buyruğu ilə Məhəmməd Peyğəmbər Əleyhüssəlam tərəfindən bəşəriyyətə bəxş edilmişdir. Məhəmməd Peyğəmbər (Ə) 610-cu ildən ərəblər arasında bu dini yaymağa başlamış və onun vasitəsilə ərəb qəbilələrini 630- cu ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi. Ərəblər işğal etdikləri ərazilərdə əhalini imana gətirmək üçün İslam dinini yayırdılar. İslamdan qabaq Azərbaycanın cənub torpaqlarında zərdüştlük, şimalında-Albaniyada isə xristianlıq və bütpərəstlik dinləri yayılmışdı. Azərbaycanın cənub bölgələrində və Muğanda islam dininin tez yayılmasının əsas səbəbini həmin bölgələrdə Sasanilərin zərdüştlük dinindən xalq! itaətdə saxlarnaq vasitəsi kimi istifadə etməsində axtarmaq lazımdır. Çünki hakimiyyət rəmzi olan zər düştlük xalqın gözündən düşmüşdü. Xalq islamı qəbul etməklə zərdüştlükdən uzaqlaşmaq və Sasani zülmündən qurtulmaq istəyirdi. Ərəblərin ilk vaxtlarda müsəlmanların bərabərliyi haqqındakı şüarları, Sasanilərə nisbətən əhali üzərinə az vergilər qoyması islamın Azərbaycanın cənubunda tez, cəmi bir əsr ərzində yayılmasına şərait yaratdı. Xilafətdə hakimiyyət 750-ci ildə Əməvilərdən Abbasilərə keçən vaxt Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında əhalinin müsəlmanlığı qəbul etməsi prosesi başa çatdı.
Ərəblər Tövrata, İncilə ibadət edən yəhudi və xristianların (Kitab əhli olanların) dininə toxunmur, onlardan cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. Ərəblər əslində Albaniyada xristian kilsəsinə və kitab əhli olan xristianlara toxunmamalı idilər. Ancaq maraqlıdır ki. Xilafət başqa xristian ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında-Albaniyada kilsəyə qarşı VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı. Daha çox siyasi mahiyyət daşıyan bu tədbirlər Alban feodallarının və kilsə xadimlərinin ərəblərə qarşı qəti düşmən mövqedə dayanması və öz din qardaşları olan Bizansa arxalanması ilə bağlı idi. Bunun nəticəsidir ki, Albaniyada vahid allaha tapınan bir dinin vahid allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması prosesi bir qədər uzun və ağrılı keçmişdir. Burada islam dininin «qılınc gücünə» yayılması göz qabağındadır. Alban katalikosunun və Alban çarının dul arvadının xəlifə Əbdülmalikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi reallığı açıq-aydın göstərir. Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən qriqoryan kilsəsinə tabe edildi. Bundan sonra kilsə işləri, ibadət və yazı Alban dilində deyil, qrabarda (qədim erməni dili) aparılmalı idi. Kim Alban kilsəsinin müstəqilliyinə çalışardısa, «qılıncla yox edilməli» idi. Alban yazısı 705-ci ildə qadağan olundu. Alban dilində olan səlnamə və qanun topluları məhv edildi. Alban əhalisinin böyük hissəsi zor gücünə islama gətirildi, bir hissəsi qonşu xristian ölkələrə qaçdı, bir qismi isə qriqoryanlığa keçdi. Görkəmli alimimiz akademik Ziya Bünyadovun araşdırmalarına görə. Alban kilsəsi erməni kilsəsinə tabe edilsə də, Albaniyanın Arsax adlanan ərazisi heç bir zaman erməni mədəniyyəti mərkəzinə çevrilməmişdir. Erməni kilsəsi tarix boyu yeni şəraitə və siyasi vəziyyətə uyğunlaşmağı bacarmış, əvvəllər Bizansa, Sasaniyə, Ərəb xəlifələrinə, monqollara və digərlərinə boyun əydikləri kimi, sonralar Səfəvilərə və Rusiya çarına qulluq göstərərək Albaniyanın mənəvi mədəniyyətini tarixdən silməyə çalışmışdır.
Tariximizin ana qaynaqlarından sayılan «Kitabi Dədə Qorqud» boylarında Əmən bəyin Ərəbistana gedib Peyğəmbərin gül üzünü görüb qayıtması, əsgi türk Tanrısının yerinə tez-tez Allah adının çəkilməsi, hardansa gəlmiş bir saqqalı uzun tat (ərəb) kişinin əzan verməsi, oğuzların müqəddəs kitab olan Qurana and içmələri, kafirlərə qarşı Məhəmməd dini yolunda döyüşlərə girmələri haqqında çox maraqlı məlumatlara rast gəlinir. Oğuz igidi Dəli Domrulun yaxşı igidlərin canını alan Əzraillə cəng etməsi və bu döyüşdə Əzrailin qalib gəlməsi rəmzi olaraq oğuz türklərinin islamı qəbul etməsinin göstəricisi sayıla bilər. Dədə Qorqud boyları ulu əcdadımız olan Oğuz türklərinin islamın yayılma çağında yaşadıqlarını tarixi baxımdan sənədləşdirmişdir.
Xilafətin inzibati idarəetmə sistemi və köçürmə siyasəti
Ərəblər işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda da canişinlik-əmirlik idarəetmə sistemindən istifadə edirdilər. Əməvilərə qədər ərəblər Azərbaycanı və Aranı əl-Cəzirə adlanan dördüncü əmirliyə, Əmə-vilərin vaxtında isə üçüncü əmirliyə daxil etmişdilər. Buradakı ərəb ordusunun başçısı olan əmir Dəbil (Dvin) şəhərində otururdu. Abbasilər dövründə əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü. «Alban tarixi» ndə bununla bağlı deyilir ki, Abbasilərin hakimiyyətə gəlməsi «Vətənimiz üçün böyük bədbəxtlik oldu, çünki ərəblər knyazlardan Albaniyanın paytaxtı Bərdəni aldılar və burada torpağımızın sərvətlərini soyub talamaq üçün öz iqamətgahlarını yaratdılar».
Çox böyük hərbi və mülki səlahiyyətlərə malik olan əmirin sərəncamı altında xüsusi tapşırıqları icra edən məmurlar çalışırdı. Belə məmurlardan biri mülki hakim olan amil vergi yığılması işinə, məhkəmə idarəsinin rəisi olan qazı isə vəqf işlərinə nəzarət edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında müntəzəm olaraq rabitəni təmin etmək üçün bərid (bəril) adlanan poçt xidməti yaradılmışdı. Poçt idarəsinin rəisləri yerli hakimiyyət orqanlarının fəaliyyətləri haqqında da mərkəzə məlumatlar ötürməklə, siyasi polis vəzifəsini də icra edirdilər.
Xilafətin Azərbaycanda, xüsusilə Aranda inzibati siyasətində şimal sərhədlərindəki əsas şəhərlərdə və məntəqələrdə ərəb qarnizonlarının -rahatların yaradılması mühüm yer tuturdu. Müxtəlif bölgələrdə hərbi məskənlər olan rahatların yaradılması və şəhərlərdə qarnizonlar yerləşdirilməsində əsas məqsəd qayda-qanunu və asayişi qoruyub saxlamaqdan, üsyan və çıxışları yatırmaqdan, sərhədlərdə isə Bizans və Xəzərlərin hücumlarının qarşısını almaqdan ibarət idi.
Ərəb ağalığı dövründə inzibati idarəetmə sisteminin quruluşu göstərir ki, Azərbaycan böyük ölkə olub, sərhədləri şimalda Dərbənddən cənubda Həmədana qədər uzanırdı. Ərəb müəllifi İbn Hövqəl Azərbaycan, Arran (Arazdan şimaldakı Azərbaycan torpaqları belə adlanırdı) və Ərməniyyənin (indiki Türkiyə ərazisindədir-Red.) ümumi xəritəsini yaratmış və maraqlıdır ki, çox düzgün olaraq onu «Azərbaycanın xəritəsi» adlandırmışdı.
Ərəblər ələ keçirdikləri Azərbaycan ərazilərində möhkəmlənmək, özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən çoxsaylı ərəb mühacirləri köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilirdi. Əməvi xəlifələri ərəb köçkünlərinə ən yaxşı torpaqları ayırmaqla onları oturaq həyata alışdırmaq, xəzinəni təqaüd xərclərindən azad etmək və əhalini islama gətirmək niyyətində idi. Azərbaycanda və Aranda çox münbit torpaqları ələ keçirən ərəblər böyük imtiyazlardan istifadə edir və yerli əhaliyə həqarətlə yanaşırdılar.
Köçürmə siyasətini davam etdirən Abbasi xəlifələri Azərbaycanın cənubunda daha çox Yəməndən gələn ərəbləri yerləşdirirdilər. Dərbənd və onun ətrafına daha çox ərəb köçürülmüşdü. Bunun bir səbəbini də xəzərlərin şimal sərhədlərimizə olan aramsız hücumlarının qarşısını almaq zərurəti təşkil edirdi.
VIII əsrin sonu-IX əsrin əvvəllərində ərəb qəbilələrinin Azərbaycana köçürülməsi prosesi dayansa da, artıq burada həddindən çox ərəb yaşayış məskəni var idi. Ümumiyyətlə, ərəblərin köçürmə siyasəti Azərbaycanda demoqrafik vəziyyətin kökündən dəyişdirilməsinə, əhalinin assimilyasiya edilərək ərəbləşdirilməsinə, bir sözlə Azərbaycanın bir ərəb yurduna çevrilməsinə yönəldilmişdi. Lakin son nəticədə bu siyasət öz məqsədinə çatmadı. İşğalçı ərəb köçkünləri oturaq həyata keçdikcə yerli xalqın məişət və adət-ənənələrini, hətta dilini qəbul edərək tədricən öz etnik mənsubiyyətlərini itirməyə başladılar. Azərbaycanda olan ərəblər XII əsrdə artıq xeyli dərəcədə öz dillərini unutmuş və Azərbaycan əhalisinə qaynayıb qanş- mışdılar. Hal-hazırda Şimali Azərbaycanda onlarla yer adlarının tərkibində «ərəb» sözü (məsələn: Ərəbuşağı, Ərəbşamlı, Ərəbbəsrə və s.) olsa da. ölkəmizdə ərəb dilində danışan bir kənd belə qalmamışdır.
Xilafətin torpaq və vergi siyasəti
Xilafət dövründə beş torpaq sahibliyi mövcud olmuşdur. 1. Divan (sultan) mülkləri, 2. İqta, 3. Mülk, 4.Vəqf, 5. İcma.
Ələ keçirilən ölkələrin torpaqları xərac torpaqları adlanırdı və mərkəzi divanda qeydə alınırdı. Həmin torpaqlardan gələn gəlir xəlifənin xəzinəsinə daxil olurdu.
Xilafətin sosial-iqtisadi quruluşunda iqta torpaqları çox mühüm rol oynayırdı. Çünki hakim zümrə, mülki və hərbi məmurlar, hərbi qulluqçular bu torpaqların gəlirləri hesabına saxlanılırdı. Xəlifə tərəfindən vəzifəyə qoyulan məmurlara verilən şəxsi iqtalar müvəqqəti olub, vəzifə müddəti bitdikdə geri alınırdı. Adətən hərbiçilərə verilən icarə iqtaları da eyni səciyyə daşıyırdı və bir qayda olaraq irsən keçmirdi. Xilafət qarşısında çox böyük xidmət göstərən şəxslərə verilən xüsusi (xass) iqtaların sahibləri çox böyük səlahiyyətlərə malik olurdular və bu iqta növü irsən ötürülə bilərdi. Belə iqtalar həm də ərazicə çox böyük olurdu. Xəlifə Mötəsim Babək hərəkatını yatırdığına görə türk sərkərdəsi Afşinə Azərbaycan, Aran və Ərməniyyəni iqta vermişdi.
Xilafətdə mülk torpaqları xəlifə iqtaları, bataqlıqların qurudularaq əkinə yararlı hala salınması və xəlifə mülklərinin (dövlət torpağı) satın alınması hesabına yaranırdı. Xilafətə qədər Azərbaycan əyanlarının ixtiyarında olan xüsusi torpaqlar da indi mülk adlanırdı. Mülk torpaqlarını alıb-satmaq, bağışlamaq və varislərə ötürmək olardı. Bu torpaq sahibliyinə görə hərbi xidmət göstərilməsi məcburi deyildi.
Xilafət dövründə Azərbaycanda geniş vəqf torpaqları mövcud idi. Vəqf torpaqlarının gəliri hesabına müqəddəs sayılan şəhərlər, müxtəlif dini müəssisələr (məscidlər, mədrəsələr və s.) saxlanılırdı. Azərbaycanda olan və qazı adlanan bəzi hərbi qüvvələrin əsgərlərinin xərci də vəqf torpaqlarının gəlirindən ödənilirdi. VIII -IX əsrlərdə Şirvanın (Bakının) neft və duz mədənləri Dərbənd əhalisinə, əslində buradakı ərəb qarnizonuna vəqf edilmişdi. Ümumiyyətlə, müsəlman ruhani idarəsinin ixtiyarında olan vəqf torpaqlarından xəzinə üçün heç bir xərac yığılmırdı. Vəqf torpaqlarının alqı-satqısı da qadağan idi.
Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, otlaq və biçənəklər icma torpaqları adlanırdı. Dövlətin nəzarətində olan bu torpaqlardan hökmən xəzinəyə xərac ödənilirdi.
Ərəblər Azərbaycanı işğal edəndən sonra ilk vaxtlar əvvəlki vergi sistemini saxlamışdılar. Əməvilərə qədər ərəblər Azərbaycanın ayrı-ayrı bölgələrində vergilərin ümumi miqdarını təyin edir, ancaq onun adambaşına bölgüsü işinə qarışmırdılar. Məhəmməd Peyğəmbərdən (Ə) sonra hakimiyyətdə olmuş və adı İslam dünyasında müqəddəs tutulan 4 xəlifədən biri Həzrəti Əli ərəb hakimlərindən birinə yazdığı məktubda «xərac toplanmasına deyil, torpağın becərilməsinə diqqət yetirilməsini)) əmr etmişdir. Əks halda, «ölkə var-yoxdan çıxar, xalq qırılıb tükənərdi)). Əməvilərə qədərki dövrün digər xüsusiyyəti vergilərin Sasani dövrünə nisbətən bir neçə dəfə az olmasındadır. Əsas torpaq vergisi xərac olsa da, Azərbaycanın Aran bölgəsinin xristian əhalisi xəracla yanaşı, cizyə vergisi də ödəyirdi. Müsəlmanlardan isə xərac vergisi ilə yanaşı, məhsulun onda bir hissəsini təşkil edən uşr da alınırdı. Qeyri-müsəlmanları dinə gətirmək üçün torpaq vergisi onlardan 2 dəfə çox alınırdı. Əməvilərin dövründə (661-750) vergi siyasətində əsaslı dəyişikliklər baş verdi. 725/26-cı ildə Azərbaycanda və Aranda əhali, torpaq, mal-qara və hər cür əmlak yenidən siyahıya alındı. Bu zaman daha çox xərac vergisinin yığılmasına diqqət yetirilsə də, əhali üzərinə sənətkarlıq məhsullarına, nigah bağlanmasına görə də vergilər qoyuldu. Əvvəlki dövrün vergilərindən olan novruz hədiyyəsi bərpa edildi, rahiblərin də üzərinə cizyə vergisi qoyuldu. Əməvilərin vergi siyasəti təkcə yoxsulları deyil, Aranın bir çox əyan və varlı adamlarını da dilənçi kökünə saldı və böyük fəlakətlərə səbəb oldu. Xalqımız ağır zülmdən inləyirdi və dözülməz fəlakətlərdən xilas yolu isə görünmürdü. M.Kalankatlının yazdığı kimi, vergi siyahıyaalması insanları və bütün ölkəni köləlik boyunduruğu altına salmış və 727-ci ildə dəhşətli aclıq baş vermişdi.
750-ci ildə Əməvilər sülaləsini yıxaraq siyasi səhnəyə çıxan Abbasilərin Azərbaycandakı sosial-iqtisadi siyasətində etdikləri əsas dəyişiklik mövliya adlanan yerli əyanlar zümrəsinə arxalanmağa başlanmasından ibarətdir. Abbasilər yerli əyanlara ərəblərlə eyni hüquq verməsələr də, əhalinin idarə edilməsində onlardan bir vasitə kimi istifadə edirdilər. Abbasilərin dövründə xərac torpağın əkilib-əkilməməsindən asılı olmayaraq sahəsinə görə nəqd pulla alınırdı. Vergilərin nəqd pulla tələb edilməsi Azərbaycanda gümüş və qızılı tamamilə tükəndirmişdi. Xəlifə əl Mənsur (754-755) hətta ölülərə görə də vergi tələb edirdi. Ona «pul atası» ləqəbini vermişdilər. Mənbələrə görə «o, pulu allahdan çox istəyirdi». Xəlifə Harun ər-Rəşidin dövründə (786-809) Azərbaycanın və Aranın əhalisindən alınan vergilərin miqdarı hədsiz dərəcədə artırıldı. Azərbaycandan (Cənub-Red.) ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi toplanılırdı. Vergi zülmündən qaçan və ya şəhərə köçənlərin mülkiyyəti ərəb və yerli əyanlar tərəfindən mənimsənilirdi. Bu dövrdə xəracı və digər vergiləri ödəyə bilməyənləri döyür, qızmar günəş altında saxlayır, başlarına yağ tökür, arvad-uşaqlarını qula çevirir, inəyini, davarını-ələ keçən nəyi var idisə, zorla alıb aparırdılar. Mənbələrdə vergilərin iltizama verilməsi, iltizamçıların lazımi məbləğdən artıq pul və vergi yığmaq üçün rəiyyətlə rəhimsiz rəftar etməsi haqqında da məlumatlara rast gəlinir.
Xilafət dövründə Azərbaycan əhalisi xüms və zəkat vergisi də ödəyirdi. Xüms yeni əmlakdan, neft, duz, filiz mədənlərindən və dəniz nemətlərindən ödənilirdi. Zəkat vergisi əmlakın onda birindən az hissəsini təşkil edirdi.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova
- Teqlər:
- ərəb işğalları
- , islam dininin yayılması
Comments are closed, but trackbacks and pingbacks are open.