Press "Enter" to skip to content

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Mektbhazırlıq qrupu

Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlığa qəbulla bağlı daha ətraflı bu link vasitəsilə sual-cavab faylından məlumat əldə edə bilərsiniz.

Son xəbərlər

  • 21:04 | “Bütün dünya sizinlə bacara bilmədi” – Sakindən İlham Əliyevə
  • 20:41 | Türkiyədəki zəlzələlərdə ölənlərin sayı 50 minə çatır
  • 20:28 | “Talış kəndində mindən çox insan yaşayacaq”
  • 20:13 | Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldıldı – Fotolar
  • 20:06 | Dumanlı hava nə vaxta kimi davam edəcək? – Rəsmi açıqlama
  • 19:59 | İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı – Fotolar
  • 19:54 | “Borcumuz idi bu torpaqları geri götürmək” – İlham Əliyevin sakinlərlə səmimi söhbəti
  • 19:49 | “Bakı Metropoliteni” bugünkü insidentlə bağlı məlumat yaydı
  • 19:36 | İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış oldu – Fotolar
  • 19:23 | Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu
  • 19:12 | Bakıda qadınları izləyib hücum edən şəxs tutuldu
  • 18:51 | Sabah görmə məsafəsi məhdudlaşacaq
  • 18:42 | Azərbaycanla Türkiyə arasında daha bir əməkdaşlığa dair protokol təsdiqləndi
  • 18:37 | Neftçilər prospekti bağlandı – Sürücülərin nəzərinə!
  • 18:35 | Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib
  • 18:18 | Abşeronda da Novruz şənliyi keçirildi – Fotolar
  • 18:06 | Bulvarda meyiti tapılan şəxsin 21 yaşı var imiş – Yenilənib
  • 18:00 | “Baku Electronics” “Qızıl Şans” aksiyasına start verib!
  • 17:40 | “Salamat Ramil” avtomatla tutuldu – Video
  • 17:31 | Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi
  • 17:27 | Füzuli şəhərinin Baş planı təsdiqləndi
  • 17:22 | Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq
  • 17:17 | Hərbi Prokurorluq işçiləri bayram ərəfəsində hərbi hissələrdə olub
  • 17:04 | Putin Azərbaycanla pensiya təminatına dair sənəd imzaladı
  • 16:51 | Astarada ər arvadını qətlə yetirdi
  • 16:32 | Güləşçimiz erməni rəqibinə qalib gəldi
  • 16:15 | Şirvanda Novruz bayramı qeyd olunub – Fotolar
  • 15:58 | Qaradağda bayram ərəfəsində şəhid ailələri ziyarət olundu – Fotolar
  • 15:33 | “Ermənistan indi özü üçün yeni ağa axtarışındadır”
  • 15:23 | “Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 15:11 | Çin yer müşahidə peykini orbitə buraxdı
  • 15:02 | NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırdı
  • 14:51 | Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi – Video
  • 14:45 | “İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu”
  • 14:22 | “Apple” valehedici sarı rəngli yeni iPhone 14 və iPhone 14 Plus modellərini təqdim edib – Fotolar
  • 14:08 | Dövlət qulluğuna qəbul imtahanı keçirildi
  • 13:43 | “Əfsuslar olsun ki, sözümüzə reaksiya verən qurum tapılmadı”
  • 13:32 | Heydər Əliyevin 100 illiyi ilə bağlı növbəti ağacəkmə aksiyası – Fotolar
  • 13:29 | Ağdamda ekskavator minaya düşdü
  • 13:27 | Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
  • 13:19 | Təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməciliyi yekunlaşdı – Fotolar+Yenilənib
  • 13:18 | “Azəriqaz” İB-də podratçılarla görüş keçirilib – Fotolar
  • 13:09 | Bazar günü hava necə olacaq?
  • 13:08 | “Üçüncü dəfədir ki, təbriklərimi Qarabağdan deyirəm”
  • 12:55 | “Qarabağ” Azərbaycan çempionatları tarixinin rekordunu təkrarladı
  • 12:44 | Yasamalda da Novruz şənliyi keçirilib
  • 12:40 | Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi – Açıqlama – Video
  • 12:39 | Gürcüstanda azərbaycanlı məhkumlara bayrama görə bağlamalar veriləcək
  • 12:30 | Gömrük generalları ev dustaqlığına buraxıldılar
  • 12:29 | Mehriban Əliyeva Talış kəndindən paylaşımlar etdi – Fotolar

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

“Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası” təsdiq edilib. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Qaydaya əsasən, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul oluna bilər.

Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur. Hər hansı bir ümumi təhsil müəssisəsində məktəbəhazırlıq təhsili almış uşaqlar həmin təhsil müəssisəsində birinci sinfə qəbul edilirlər. Yaranmış vəziyyətə görə, bir məktəbdə məktəbəhazırlıq təhsili almış uşağın digər məktəbdəki I sinfə qəbulundan imtina edilməsi yolverilməzdir.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. Qəbul üçün aşağıdakı sənədlər tələb edilir: məktəbin direktorunun adına ərizə; uşağın mübadilə vərəqəsi; uşağın doğum haqqında şəhadətnaməsinin surəti; uşağın 3×4 ölçüdə 2 ədəd fotoşəkli.

Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin il IV sinif aparan və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.

Məktəbəhazırlıq qrupunda işləyən müəllim növbəti dərs ilində əmək fəaliyyətini davam etdirə bilmədikdə həmin qrupdan formalaşmış birinci sinif Pedaqoji Şuranın qərarı ilə məktəbin digər ibtidai sinif müəlliminə verilə bilər.

Məktəbəhazırlıq qruplarında uşaqların minimum say həddi aşağıdakı kimi müəyyənləşdirilir: qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 10 uşaq; şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 15 uşaq; məktəbəhazırlıq qruplarında 1 (bir) məşğələnin müddəti 30 dəqiqədir.

Uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin (ərazi maliyyə hesablaşma mərkəzlərinin) razılığı əsasında yaradılır. Dərs ili ərzində yerdəyişmə ilə bağlı qrupda uşaqların sayının azalması məktəbəhazırlıq qrupunun fəaliyyətinin davam etməsinə təsir göstərmir.

Mektbhazırlıq qrupu

13:51 – 15 Avqust 2018

15 avqust, Fineko/abc.az. Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 3 sentyabr tarixdən başlayacaq, 28 sentyabrda başa çatacaq.

Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə ( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.