Press "Enter" to skip to content

Paltardakı hər növ ləkədən qurtulmaq üçün bunları edin

İstər ağ, istərsə de rəngli parça olsun, fərqi yoxdur, eger üzerine yumurta lekesi düşübse, onu tecili temizləmek lazımdır. Çünki bələ ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin ve 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Ayaqda sinir ağrısı müalicəsi

Ayaqda sinir ağrısı müalicəsi birinci növbədə mütəxəssisə müraciətdən başlamalıdır. Çünki ağrıların, eləcə də ayaqlarda istilik hissi kimi narahatlığın səbəbi həddindən artıq çoxdur. Ayaqların ağrımasına gətirib çıxaran ən geniş yayılmış amillər aşağıdakılardır:

  • Varikoz – damar genişlənməsi
  • Tromboflebit
  • Oturaq sinirinin iltihabı
  • Osteoporoz
  • Şəkərli diabet
  • Yastıpəncəlik
  • Artrit və s.

Ayaqda sinir ağrısı müalicəsi ev şəraitində bir çox üsullarla aparıla bilər. Lakin unutmayın ki, bu cəhdlər Sizi sadəcə simptomlardan azad edəcək, problem isə kökündən həll edilmədiyindən, bir müddətdən sonra yeni əlamətlərlə üzləşməli olacaqsınız.

Aşağı ətraflarda sinir ağrıları adətən bel və ya sağrı nahiyəsindən başlayaraq, ayaqlara yayılır. Bədənin bu hissəsindəki əzələ nevralgiyası əksər hallarda onurğanın bel nahiyəsinin patologiyası ilə əlaqədar baş verir. Həmçinin ağrılar ağırlıq qaldırma, soyuqdəymə, bəzən isə çanağın travması və oturaq sinirini sıxan şişlərlə bağlı meydana çıxa bilər.

Ayaqda sinir ağrısı nə ilə xarakterizə olunur?

  • Ağrılar adətən birtərəfli olur. Müşahidələrə əsasən qadınlarda çox zaman sağ, kişilərdə isə sol ayaq ağrayır;
  • Xəstəlik aşağı ətraflarda keyimə və paresteziyalar (hissiyyatın pozulması – ayaqda qarışqa gəzməsi, iynəbatırma hissi) ilə müşayiət olunur;
  • Ağrı belin aşağı hissəsi, sağrı nahiyəsi, bud və baldırın arxa tərəfi, daban və ayaq barmaqlarına yayılır.

İltihabi prosesə bəzən sinirin müəyyən bir hissəsi qoşulur. Bu halda zədələnmə sahəsinin ölçüləri dəyişir. Ayaqda sinir ağrısı daimi, yandırıcı və dartıcı xarakterli olub, kəskinləşmələrlə özünü büruzə verir. Ayağa qalxdıqda ağrı güclənir, uzandıqda isə zəifləyir.

Ağrı ilə yanaşı bəzi insanlarda oturaq sinirin iltihabının digər əlamətlərinə də rast gəlinir. Bunlara ayaqlarda şişkinlik, dabanın həddindən artıq tərləməsi və ya əksinə, tər ifrazının olmaması, dərinin qızarmasını misal göstərmək olar. Bir sıra hallarda ayaqlarda istilik hissi – yerli hərarətin yüksəlməsi və yaxud bu hissənin soyuması, sianoz (göyərmə) müşahidə edilir.

Ayaqda sinir ağrısı və varikoz

Bir çox insanlar ayaqda ağrı olduqda onu varikozla əlaqələndirirlər. Belə vəziyyətlərdə ağrının səbəbini üzə çıxarmaq üçün həkim müayinəsindən keçmək tövsiyə olunur. Əgər ağrı varikoz mənşəlidirsə damar həkimi – fleboloqa, əks halda isə travmatoloq və ya nevropatoloqa müraciət etmək lazımdır.

Ayaqda sinir ağrısı müalicəsi ilə nevroloqlar məşğul olur. Bu məqsədlə vitamin kompleksləri, spazmolitiklər, qeyri-steroid iltihab əleyhinə dərmanlar, qlükokortikosteroidlər və s. təyin olunur. Aşağı ətraflarda sinir ağrısı zamanı fizioterapiya da müsbət nəticə verir.

Paltardakı hər növ ləkədən qurtulmaq üçün bunları edin

Paltarları ləklənməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamile yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı yavaş-yavaş özünə hopdurur – buna görə də ləkənin dərhal yox olmasını gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsine həm altdan, həm də üstden “prisipka”, yaxud diş tozu səpin, hər iki tərəfi siqaret kağızı və ya suçəkən kağızla örtün ve qaynar ütü ile ütüləyin. Əgər ləkə çox böyükdürsə, tozu ve kağızı bir neçə dəfə təzələyin. Paltardakı yağ lekesi köhnedirse, onu benzinle isladıb bir-iki saat gözledikden sonra her iki terefden kağız qoyub qaynar ütü ile ütülemek lazımdır. Eger lekeni bu üsulla temizleye bilmirsinizse, onda skipidar, benzin, yaxud asetondan istifade etmək lazımdır. Parçanın ləkəli hissəsinə altdan suçeken kağız qoyun, sadalanan maddələrin birinde isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız ve pambıq çirkləndikce təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı yuyun. Yuyulmaq üçün nezerde tutulmayan paltarı ləkənin yeri quruduqdan sonra ütüləməklə kifayetlənmək olar.

Yağlı boya ləkəsi

İstənilən növ parçadan olan paltara düşən yağlı boya ləkəsini benzin ve aseton qarışığı ile temizləmək olar. Parça ve yaxud pambığı bu qarışıqda isladıb ləkə düşən hisseni temizləyin. Hereketin ancaq bir istiqametde olmasına diqqet yetirin. Eger leke tezedirse, onu evvelce asetonla islatmaq, sonra benzinle silmek lazımdır. Lekeni temiz kerosine batırılmış pambıqla da təmizləyə bilersiniz. Sonra bu hissəni naşatır spirti ile yenidən sürtün. Əgər ləkə köhnedirse, onu təmizləmək daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin. Bir neçə dəqiqəı gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin. Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ile silin. Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.

Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək. Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi lekenin intensivliyinden asılıdır. Adeten, bu mehlulu hazırlamaq üçün bir stekan suya 2 qramdan 20 qrama qeder turşu elave etmek lazımdır. Mehlul saxsı ve ya farfordan olan qabda hazırlanmalıdır. Hazır mehlulu isitdikden sonra parçanın lekeli hissesini çox qısa müddete onun içine salın. Sonra ise bol su ile yaxalayın. Eger leke tam temizlenmeyibse, prosesi tekrar edin.
Pas lekesi süni renglenmiş parçaya düşübse, bu üsuldan istifade etmek olmaz. Burada size eyni nisbetde qarışdırılmış qliserin, sürtkecden keçirilmiş sabun ve su qarışığı kömek ede biler. Parçanın lekeli hissesini bu mehlulla sürtün, bir sutkadan sonra mütleq adi qayda ile yuyun. Eger sizde adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama heddine qeder qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar. Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə etmək olmaz.

Giləmeyvə ve qırmızı şərab ləkəsi

Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox olana qeder üzərine qaynar su tökmek lazımdır. Əgər leke köhnədirse, hiposulfit, sulfit ve hidrosulfitli məhlullardan istifade etmek lazımdır. Bunun üçün bir stekan suya 3-5 qram turşu elave edin. Sonra pambığı bu mehlula batıraraq, lekeni kenarlarından ortaya doğru temizleyin. Unutmayın ki, bu mehlulu ancaq ağ parçalarda istifade etmek olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün parçanı bir neçə dəqiqəlik qaynar südün içine salın, sonra isə adi qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid ve naşatır spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər. Bu mehlulların istifadesinden sonra eşyanı əvvəlcə təmiz su ilə, sonra da adi qaydada yumaq lazımdır. Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta sarısı ve 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun.

Mürəkkəb ve adi boya ləkəsi

Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır spirti və yaxud çay sodası mehlulu (1 stekan suya 2-3 çay qaşığı soda) kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən sonra paltarı təmiz su ile yumaq kifayətdir. Ağ parçadan mürəkkəb ve boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram yuyucu toz elavə edin. Mehlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa qaba süzün ve istifadə edin. Bundan sonra parça əvvəlcə temiz, sonra isə sabunlu su ilə yuyulmalıdır. 1 stekan suda həll edilmiş 5-10 qram hidrosulfit mehlulunu 50-60 derece heddinde qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz. Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın ve təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.

His ve qurum ləkəsi

Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları adi şotka ile sürtərək, təmizləyə bilmemisinizsə, skipidarda isladılmış pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla təmiz olacağına əmin olun. Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə qarışdırılmış yumurta sarısı ve skipidar qarışığından istifadə edin. Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ile yüngülce sürtün ve təmiz ilıq su ilə yuyun.

İstər ağ, istərsə de rəngli parça olsun, fərqi yoxdur, eger üzerine yumurta lekesi düşübse, onu tecili temizləmek lazımdır. Çünki bələ ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin ve 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə ləkələri sabunlu suda isladılmış şotka ile təmizləmək olar. Bundan sonra isə oksalat turşusu məhlulundan istifade edin. Məhlulu sabunlu su ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun.

Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya naşatır spirti məhlulu əlave etsəniz, nəticə daha mükəmməl olar. Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar. Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır. Sirkə ile eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri aparmağa kömək edir.

Bitlərdən 1 günə belə qurtulun – Bunu hər bir ana bilməlidir!

Uşaqlar arasında bitlərə yoluxma (pedikulyoz) hallarına tez-tez təsadüf edilir. Bundan utanmaq lazım deyil.

Çoxdan sübut olunub ki, pedikulyozun gigiyenaya və təmizliyə heç bir aidiyyatı yoxdur. Bitlər hərəkət edir və bir insandan digərinə asanlıqla keçə bilir. Bu başqa insanın papağını, paltarını geyindikdə, başqa insanın darağından istifadə etdikdə mümkündür.

Saglamolun.az tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin pedikulyozun müalicəsi ilə bağlı olan tövsiyələrini sizə təqdim edir.

Həkimin sözlərinə görə, valideyn uşaqda bitləri aşkar etdikdə mütləq bu haqda məktəb və ya baxçaya məlumat verməlidir. Bu nə üçün vacibdir? Eyni sinifdə və ya bağça qrupunda olan digər uşaqlarda da pedikulyoz ola bilər və uşağınız müalicə aldıqdan bir müddət sonra yenə bitlərə yoluxa bilər.

Ümumdünya Səhiyyə Təşkilatı, müxtəlif ölkələrin Pediatr və İnfeksionistlər Assosiasiyaları pedikulyozun müalicəsində “permetrin” adlı dərmandan istifadə etməyi tövsiyə edirlər. Preparatın adı başqa da ola bilər – məsələn, “pedeks”, “pedikulen”, “nix”, lakin tərkibində permetrin olmalıdır. Əczaçı sizə bitlərə qarşı hər hansı darman təklif etdikdə onun tərkibinə mütləq fikir verin! Permetrin yoxdursa – almayın.

Pedikulyozun müalicəsi

Uşağın saçlarını qabaqcadan yuyun. Permetrini pambıq tamponun köməyi saçlara (xüsusilə saçların köklərinə) çəkin. Vasitə saçların bütün uzunluğu boyu çəkilməlidir. Fikir verin ki, permetrin uşağın gözlərinə və ağzına düşməsin! Daha sonra uşağın başına yaylıq bağlayın və 40 dəqiqədən sonra saçlarını yuyun və yaxşı darayın.

Bu preparat çox effektlidir və onun 1 dəfəlik istifadəsi bitlərdən tam qurtulmağa imkan verir. Lakin pediatrlar qeyd edir ki, müasir şampunların tərkibində olan bəzi maddələr, xüsusilə silikon permetrinin təsirini azaldır. Bu səbəbdən pediatrlar permetrini 9-10 gündən sonra təkrar istifadə etməyi tövsiyə edirlər.

Diqqət! Pediatrlar pedikulyozun müalicəsi zamanı uşağın saçlarını qırxmağı, ağ neft, sirkə və s. bu kimi vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmirlər.

Permetrin “profilaktik” məqsədlərlə istifadə olunmur. Bitlər aşkar olunubsa istifadə olunur, olunmayıbsa – yox.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.