Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq
Mirzə bəyin yanında gələn ikinci qonaq ictimai — siyasi xadim, 2 — ci Dövlət Dumasının üzvü idi. Zeynalov Zeynal Eynal oğlu 1876 — cı ildə Bakının Əmircan kəndində anadan olmuş, ev təhsili almışdır. Əmək fəaliyyətinə Murtuza Muxtarovun emalatxanalarında başlamışdır. Daha sonra Rotşildlərin Balaxanıdakı mədənlərində tornaçı, maşinist, mexanik və mədən müdiri işləmişdir. 1905 – 07 — ci illərdə “Hümmət“ təşkilatında, Neft Sənayesi Fəhlələri İttifaqında çalışmış, “Təkamül“ və “İrşad”qəzetləri ilə əməkdaşlıq etmişdir. 1907 ildə Bakı quberniyasından 2 — ci Dövlət Dumasına seçilən Zeynal Zeynalov dumada üç komissiyanın üzvü, müsəlman əmək fraksiyasının sədri olmuşdur. 1907 ci ilin aprel — may aylarında Q. Xasanovla birlikdə Peterburqda azərbaycan dilində “Duma“ qəzetini nəşr etdirmişdi. Qəzetdə onun Bakı fəhlələrinin vəziyyətinə dair yazıları dərc edilirdi. Duma buraxıldıqdan sonra 1917 — ci ilə qədər Bibiheybət, Bayıl, Balaxanı və Sabunçu mədənlərində işləmişdir.
Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq – FOTO
Aprelin 8-i saat 15:00-da Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasında yazıçı Məhbubə Hacıyevanın “Taclı Bəyim” və “9 Sevdalı” romanlarının imza günü keçiriləcək.
Day.Az xəbər verir ki, “Taclı Bəyim” romanı Səfəvilər dövlətinin yarandığı dövrdən və Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Əsər mənbələrə istinadən, o dövrün qaranlıq məqamlarına – Şah İsmayıl və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü və başqa məsələlərə aydınlıq gətirir.
“9 Sevdalı” adlı ikinci kitab isə 2016-cı ilin aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir.
Kitabların təqdimatı “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyinin ofisində, İstiqlaliyyət prospekti 57 ünvanında (“İçərişəhər” metro stansiyasının yaxınlığı, Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz “Ağ çiçəyim”in üst mərtəbəsi) baş tutacaq. Giriş sərbəstdir.
Qeyd edək ki, M.Hacıyeva “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri” və “Səadət”dən qopan qorxu” kitablarının müəllifidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq
Aprelin 8-i “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”nda yazıçı Məhbubə Hacıyevanın “Taclı Bəyim” və “9 Sevdalı” romanlarının təqdimatı və imza günü keçiriləcək.
Yeniavaz.com -a daxil olan məlumata görə, tarixi keçmişimizi öz romanlarında əks etdirən M.Hacıyevanın “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri” və “Səadət”dən qopan qorxu” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
“Taclı Bəyim” romanı XVI əsrdə Səfəvilər dövlətinin yarandığı dövrdən və Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Əsər mənbələrə istinadən o dövrün qaranlıq məqamlarına aydınlıq gətirir.
Şah İsmayıl Xətai və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü, Şah Təhmasib Mirzənin gənclik illəri, Taclı Bəyimin Səfəvi dövlətindəki nüfuzu, onun sürgün olunması və ölümü haqqında oxucu maraqlı məlumatlar əldə edə bilər.
“9 Sevdalı” adlı ikinci kitab isə 2016-cı ilin aprel döyüşlərində bizim cəsur Xüsusi Təyinatlı Qüvvələrimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir. Kəşfiyyat məqsədilə düşmən tərəfə keçib diversiya törədən 9 igidimiz mətinlə vuruşaraq ermənilərin təxribat planlarını pozurlar. Romanda əsir düşmüş qız-gəlinlərimizin acı taleyi də əks olunub.
Birinci Qarabağ savaşında və Aprel döyüşlərində həlak olmuş bir çox qəhrəmanlarımız haqqında, eləcə də bu məkrli işğalçılıq planını hazırlayan əsas terrorçular barəsində də məlumat verilir. Kitabın əsas süjet xətti vətənpərvərlik, qəhrəmanlıq və pak sevgidir.
Kitabların təqdimatı “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” ictimai birliyinin ofisində, İstiqlaliyyət prospekti 57 ünvanında (“İçərişəhər” metro stansiyasının yaxınlığı, Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz “Ağ çiçəyim”in üst mərtəbəsi) saat 15:00-da baş tutacaq. Giriş sərbəstdir.
Zeynal Zeynalov haqda xatirələr Məhbubə Hacıyevanın ”SƏADƏT”DƏN QOPAN QORXU” kitabinda
Ana babam Zeynalov Zeynal Eynal oğlu İkinci Rus Çar Dumasının Bakı Quberniyasından üzvü olub. Anam bizi babamın xalqına və vətəninə xidməti ilə bağlı xarilərə üzərində böyüdüb. Babam Zeynal Gmircan və yaxın kəndlərin savadsız əhalisinə pulsuz hüquqi yardım göstərib. Kasıblara maddi yardım edib. Əmircanda onun adına küçə var.
Zeynal Zeynalov haqda xatirələrə əmircanlı yazar Məhbubə Hacıyeva ”SƏADƏT”DƏN QOPAN QORXU”romanında yer verib. Oxucularımıza həmin romandan bir parçanı təqdim edirik.
Məhbubə Hacıyevanın ”SƏADƏT”DƏN QOPAN QORXU” romanından bir parça:
“… Ağa Murtuza və Liza xanım salonda oturub söhbət edirdilər ki, qulluqçu müsafirlərin gəldiyini söylədi.
Ağa Murtuza təəcüblə:
— Bu axşam vaxtı gələnlər kimlərdir? Mən bu gün kimsəyə dəvət göndərməmişəm.
— Ağa, Mirzə bəylə, Zeynal bəy gəlib.
— Hə, onlara sözüm yoxdur. Hər ikisi mənim can qardaşlarım, həmkəndlilərimdir.
Onlar mehribanlıqla görüşüb çay süfrəsi arxasında söhbətə başladılar. Son günlərin cansıxıcı hadisələrindən, ölkənin siyasi durumundan başlayıb ailə məsələlərinə qədər maraqlı müzakirələr etdilər.
— Yaxşı, ay Mirzə, gələn idin elə xanımını da gətirəydin də. Axı o da bizim xanımın həmyerlisidir? Bir az oturub vətənlərini yada salardılar, — deyə sahibkar yarızarafat, yarı ciddi dedi.
— Qalsın gələn dəfəyə. Söz verirəm, mütləq Tamara xanımı da özümlə gətirərəm.
— Yaxşı, qulağıma bir söhbət də çatıb. Mirzə, eşitdim Mariya Petrovnanı məhkəməyə vermisən?
— Doğru xəbərdir. Atamın bütün varidatını – pulunu, donanmasını, şirkətlərini, hamısını keçirdib öz adına. Ağa Şəmsinin var – dövlətindən cəmi 3% -ni bizə, 80%-i özünə götürüb, qalan hissəni də xeyriyyə işlərinə bağışlayıb. Rusun tamahına bax da. O vaxt atası çar ailəsinə yaxın senator idi, ona görə də qılıncının dalı da kəsirdi, qabağı da. İndi nə çar qalıb, nə də senator. Düzdür, məhkəmədə uduzdum, amma mən bu işi belə qoymayacağam. O necə ola bilir ki, atamın bu boyda külfətinə 3%, amma bu rus qarısına 80 % düşsün. Bu məsələni bir də qaldıracağam. Öz torpağımızın qazancını itə — qurda yedirdəndə axırı da belə olur.
Lakin biz bu gün başqa məsələləri müzakirə etmək üçün gəlmişik.
Ağa Murtuza böyük maraqla dilləndi:
— Buyurun, sizi dinləyirəm. Əgər mən tərəfdən bir köməyə ehtiyacınız varsa canla – başla hazıram. Təki bir yardımım toxunsun.
Mirzə bəyin yanında gələn ikinci qonaq ictimai — siyasi xadim, 2 — ci Dövlət Dumasının üzvü idi. Zeynalov Zeynal Eynal oğlu 1876 — cı ildə Bakının Əmircan kəndində anadan olmuş, ev təhsili almışdır. Əmək fəaliyyətinə Murtuza Muxtarovun emalatxanalarında başlamışdır. Daha sonra Rotşildlərin Balaxanıdakı mədənlərində tornaçı, maşinist, mexanik və mədən müdiri işləmişdir. 1905 – 07 — ci illərdə “Hümmət“ təşkilatında, Neft Sənayesi Fəhlələri İttifaqında çalışmış, “Təkamül“ və “İrşad”qəzetləri ilə əməkdaşlıq etmişdir. 1907 ildə Bakı quberniyasından 2 — ci Dövlət Dumasına seçilən Zeynal Zeynalov dumada üç komissiyanın üzvü, müsəlman əmək fraksiyasının sədri olmuşdur. 1907 ci ilin aprel — may aylarında Q. Xasanovla birlikdə Peterburqda azərbaycan dilində “Duma“ qəzetini nəşr etdirmişdi. Qəzetdə onun Bakı fəhlələrinin vəziyyətinə dair yazıları dərc edilirdi. Duma buraxıldıqdan sonra 1917 — ci ilə qədər Bibiheybət, Bayıl, Balaxanı və Sabunçu mədənlərində işləmişdir.
Zeynal Zeynalov 1918 – 20 — ci illərdə “Hümmət“ təşkilatının Əmircandakı liderlərindən biri olmuşdur. 1920 — ci ildə torpaq məsələri üzrə komissarlıqda işləmiş, Buzovna, Qala, Mərdəkan kəndləri üzrə idarə rəisi, Bakı quberniyası su təchizatı komissiyasının rəisi olmuşdur.
Şəkildə: Zeynal Zeynalov yuxarı cərgədə, soldan dördüncü.
— Ağa, siz onsuz da əlinizdən gələn köməyi əsirgəmirsiniz. Həm maddi, həm mənəvi dəstəyiniz həmişə göz qabağında olub. Elə mənim özümün bu mərtəbəyə qalxmağımda sizin əməyiniz az olmayıb.
— Qeyrətli oğullarımız üçün nə etsək azdır. Vətənimiz bu gün yaralıdır. Düşmən amansızcasına qılıncını sinəsinə çəkib qanını sovurmaq istəyir. Türklərdən başqa imdadımıza çatan yoxdur. Yaxşı ki, mütərəqqi fikirli, cəsur, açıq gözlü gənclərimiz yetişir. Mirzə, elə götürək sənin qardaşın Əlini. O ki, “Dikaya Diviziya” məsələsindən sonra məhkəmədə çixiş edib və silahları erməni – rus bolşeviklərindən ala bildi, daha sözüm yoxdur. Halal olsun. İndi bütün ümidimiz gənclərimizədir. Lakin bilmirəm onlar nəsə edə biləcək, ya yox. Əlimiz, qolumuz hər tərəfdən bağlıdır.
— Ağa Murtuza, bizim gənclər sizin kimi, Hacı Zeynalabdin kimi, Ağa Şəmsi kimi, Ağa Musa kimi, Hacı Hacıağa kimi, Teymur bəy kimi vətənsevərlərdən örnək götürür. Sizin etdiklərinizin yanında bu cavanların gördüyü iş dəryada bir damlaya bənzəyir. Əsas bünövrəni qoyan sizsiniz. Məsələn, Hacı Zeynalabdin olmasaydı, Azərbaycan Cümhuriyyətinin iqtisadi bünövrəsi olmayacaqdı. Cümhuriyyətin baniləri — xüsusən Məhəmməd Əmin Rəsulzadə Hacının yaxın adamı olub. Hacının var — dövləti Müsavat Partiyasına xərclənib. Yəni, Hacı Zeynalabdin Tağıyev müstəqil Azərbaycan Cümhuriyyətini yaradanlardan biridir. Bu partiya indi «İsmailiyyə» binasında yerləşərək fəaliyyət göstərir.
Və yaxud, bilmirəm bu nə qədər doğrudur, amma eşitmişəm ki, türklərin Bakıya gəlməsinin xərcinin hamısını Ağa Musa çəkibmiş. Məhəmməd Əmin Rəsulzadənin Naxçıvana, oradan da Türkiyəyə getməsinə də yenə Ağa Musa kömək edibmiş . Bundan ötrü xüsusi parovoz da gətirdibmiş . Bu millətə gün ağlayanlardan biri elə Məhəmməd Əmin olacaq. Çox istedadlı və bəşəri ideyaları güclü olan şəxsdir.
Şəkildə: Zeynal Zeynalov yuxarıda sağdan ikinci
— Həqiqətən də belə mütərəqqi düşüncəli cavanlara bu gün çox ehtiyacımız var. O, əvvəllər mənim təsis etdiyim “Tərəqqi” qəzetində də cəsarətli yazılarla çıxış edirdi. Hətta Hacıyla da onun barəsində bir neçə dəfə söhbətimiz olub. Onun kimi, eləcə də sizin kimi oğullara bu gün Vətənin çox ehtiyacı var. Sevinirəm ki,bu zaman mərhələsində onlarla millətsevər övladlarımız yetişib…”
По данной теме есть следующие сообщения
- Bir daha Bakının tarixi haqda
- Heydər Əliyev haqda onun keçmiş qorumasının dedikləri
- Lahıc nağıllı dünyam
- Haqverdiyev magik realizmin banisi kimi
- Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
- Azərbaycanın ilk xeyriyyəçi qadını
- Əsrimizin imamı Həzrəti Məhdi(ə.f)nin mübarək mövludu
Comments are closed, but trackbacks and pingbacks are open.