Press "Enter" to skip to content

Məktəb hekayələri

Обратная связь

Məhəmməd Tağı Sidqi

Məhəmməd Tağı Sidqi (1854-1903) – Azərbaycan maarif xadimi.

A [ redaktə ]

  • Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
  • Ağıllı idarə olunan insan həyatı – ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]

B [ redaktə ]

  • Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
  • Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.

D [ redaktə ]

  • Dəliliyin ilk dərəcəsi özünü ağıllı bilməkdir.
  • Dili doğruçu olanın ağzının xətası az olar.
  • Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.
  • Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur.
  • Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
  • Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir.

F [ redaktə ]

  • Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
  • Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.

X [ redaktə ]

  • Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.
  • Xoşbəxtlik dörd şeydən ibarətdir, əsli pak, ürəyi pak, əli pak rəyi doğru.

İ [ redaktə ]

  • İnadın nəticəsi rüsvayçılıq, qəzəbin nəticəsi peşmançılıqdır.
  • İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
  • İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
  • İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə, yemək dirilikdən ötrü lazımdır.
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
  • İnsanın elmi çoxaldıqca cəhaləti azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir.
  • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. [2]
  • İnsanların yaxşısına pislik edən şəxsin əməli günəşə tüpürən adamın vəziyyətinə bənzər, yenə axırda öz üzünə düşər.
  • İşlək adama ən böyük cəza bekar qalmaqdır.

Q [ redaktə ]

  • Qədirbilməzlik ruzi verən əli yandırmaq kimi bir şeydir.

M [ redaktə ]

  • Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.

Ö [ redaktə ]

  • Öz-özünü bəyənən özünü heç kimsəyə bəyəndirə bilməz.

S [ redaktə ]

  • Səadət elə bir xəzinədir ki, səy və qeyrət onun açarıdır.
  • Səhhəti yerində olan adam ziqiymət xəzinə sahibidir.
  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir. [3]

T [ redaktə ]

  • Tənbəlliklə keçinən adam hər qüvvədən məhrum olur.
  • Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır.

V [ redaktə ]

  • Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.

Y [ redaktə ]

  • Yalançılıq – insanın vicudunda bir ensiz örtüyə bənzər. Çünki bir tərəfini örtsən də, bir tərəfi örtülməz, açıq qalar.

Mənbə [ redaktə ]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar [ redaktə ]

  1. ↑ Aforizmlər və hikmətli sözlər, Bakı,2005
  2. ↑Ziyəddin Məhərrəmov. “Bir bahar küləyi”, Bakı, “Nurlan”, 2012.
  3. ↑ Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. – səh. 522.
Vikimənbədə Müəllif:Məhəmməd Tağı Sidqi mövzusunda məlumatlar var.
  • Əlifba sırasına görə şəxslər
  • Azərbaycan pedaqoqları
  • Azərbaycanlı pedaqoqlar
  • Azərbaycan şairləri
  • Azərbaycanlı şairlər
  • Azərbaycan yazıçıları
  • Azərbaycanlı yazıçılar
  • 1854-cü ildə doğulanlar
  • 1903-cü ildə vəfat edənlər

Məktəb hekayələri

Kitabda görkəmli mütəfəkkir, maarifçi şair və pedaqoq Məhəmməd Tağı Sidqinin ədəbi, pedaqoji, elmi əsərləri və məktubları çap olunur.

Полная версия

Читать онлайн

Отзывы о книге Məktəb hekayələri

Нет отзывов

Добавить отзыв

Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться

  • Последние новинки библиотеки
  • Совет недели

Библиотека

  • Зарубежная фантастика
  • Русская фантастика
  • Cаморазвитие, личностный рост
  • Зарубежная психология
  • Попаданцы
  • Боевая фантастика
  • Героическое фэнтези
  • Еще жанры
    • Cовременные детективы
    • Любовное фэнтези
    • Личная эффективность
    • Зарубежные детективы
    • Cовременные любовные романы
    • Боевое фэнтези
    • Триллеры
    • Cовременная русская литература
    • Практическая психология
    • Зарубежная деловая литература
    • Космическая фантастика
    • Современная зарубежная литература
    • Л. Савенко «Путешествие в неизвестность»
    • Л. А. Савров «Оставаться собой»
    • Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
    • С. Кутузов «На рубежах тысячелетий»
    • О. Е. Пауллер «Псы войны. Противостояние»
    • Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
    • В. Тутенко «Бабочки улетают в рай»

    Обратная связь

    • F.A.Q.
    • Обратная связь
    • Политика приватности данных
    • Наша почта: [email protected]

    Məhəmməd Tağı Sidqi

    Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur.

    Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin (“Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kəbb Nəsir” mənzum hekayətindən, “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə (“Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə “Tərbiyə” məktəbində A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, “Tərcüman” (Baxçasaray), “Əxtər” (İstanbul), “Həblülmətin” (Kəlkətə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında” 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə güşələrinin yaradılması, seçilmiş şerlərinin nəşr olunması və digər tədbirlər nəzərdə tutulmuşdur.

    Məzarı Naxçıvan şəhərindədir.

Comments are closed, but trackbacks and pingbacks are open.