Press "Enter" to skip to content

Məhəmməd tağı sidqi məktəb hekayətləri

Məmmədəli Sidqinin pedaqoji hekayələrindən biri də “Mütaliə sevən Əhməd” adlanır. “Məktəb” jurnalının 12 dekabr 1914-cü il tarixli 19-cu sayında çıxmış bu əsərdə əsas obraz nümunəvi bir şagirddir. Müəllif Əhməd adlı bu məktəblinin timsalında uşaqları mütaliə vərdişlərinə yiyələndirmək kimi faydalı bir qayə izləyib. Yazıçı onu dərslərini yaxşı oxuyan, ədəb-ərkanlı, gözəl xasiyyətli, intizamlı, səliqəli bir şagird kimi xarakterizə edir, balaca oxuculara nümunə göstərir: “Əhməd çox nizamlı və səliqəli bir şagird idi. Mizin üstündə nizam ilə Əhmədin dərs kitabları, mürəkkəbi, təmiz-təmiz qələmləri və sair kitab və təlim şeyləri düzülü olardı. Mizin qabağında divara yapışıqlı, gözəl xətt ilə təmiz yazılmış dərs cədvəli, onun yanında divar təqvimi və qeyri Əhmədin xoşu gəldiyi şəkillər asılardı”.

Məhəmməd tağı sidqi məktəb hekayətləri

Ordubad mədrəsəsi XVIII əsrdə Nadir şahın göstərişi ilə Ordubad şəhərinin mərkəzində, qədim Şərq üslubunda inşa edilmişdir. Bina indiyədək qalmaqdadır. Onun fasadındakı kaşı üzərində yazılardan bəlli olur ki, hicri 1126, miladi 1724-cü ildə Ordubadda çoxlu savadlı adam olmuş, xüsusilə də tanınmış alim ordubadlı Məhəmməd İbrahim Nadir şahın diqqətini çəkmiş və burada dövlət üçün zabit kadrlar hazırlayan mədrəsə tikdirmişdir. Məktəb ikimərtəbəli olub, həyətindəki yeraltı hamam sonralar uçub-dağılmış, yerində başqa binalar tikilmişdir.

Mədrəsənin müdiri Məhəmməd İbrahim isə çox çəkmədən öz yetirmələri ilə birlikdə Nadir şahla səfərlərə çıxmışdır. Həmin yürüşlər zamanı beş qonşu dövləti birləşdirən böyük bir imperiya yaradılmışdır. Bu imperiya Hindistana qədər gedib çatmışdı. Axırda isə Nadir şahın qoşunları Dehli şəhərini işğal etmişdi. Yorucu yürüşlər və yoluxucu xəstəlik nəticəsində Məhəmməd İbrahim vəfat edir. Onu Ordubadın “Malik İbrahim” qəbiristanlığında dəfn edirlər. Qəbrinin daşını isə bütün kitabələrdən fərqli yaradırlar. O zaman gözəl sinədaşlarını əgər ikiqat işləmə ilə vermişdilərsə, onun qəbir daşını beşqat işləmə ilə oyma şəklində düzəltmişlər. Daşın yanında beş ölkənin birləşdirilməsinə dair sözlər yazılmış və onu alqışlamışlar. Axırda isə Nadir şahın Dehlidə olmasını yazıb həkk etmişlər.

Sözügedən mədrəsə Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra da öz fəaliyyətini davam etdirmiş, məktəbdə dini və təbiət elmlərinin öyrədilməsi həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 160 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Məhəmməd Tağı Sidqi də burada təhsil almış, ərəb-fars dillərini, Şərq ədəbiyyatını, tarixini və islam dinini öyrənərək bir müddət İranda yaşamış, sonra Ordubada qayıdaraq çayçı dükanı işlətmiş, həmyerlilərinin maliyyə köməyi ilə yeni tipli “Əxtər” (Ulduz) məktəbini bu mədrəsədə açmış, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Burada dərslər yüksək səviyyədə keçirildiyindən məzunlar da güclü yaradıcılıq qabiliyyətinə malik olmuşlar.

Belə məzunlardan Türkiyədə Azərbaycanın səfiri olmuş İbrahim Əbilovu, tarixi roman janrının əsasını qoyan Məmməd Səid Ordubadini və başqalarını misal göstərmək olar. Lakin Ordubadda XIX əsrin sonunda baş verən vəba, taun xəstəliyi Sidqinin təşkil etdiyi məktəbin fəaliyyətində bir sıra çətinliklər törədir. Müəllimlərin bir neçəsi xəstəliyə düçar olub vəfat edir. Tək qalan Məhəmməd Tağı Sidqi Naxçıvan şəhərində yeni məktəb açmaq üçün dəvət alır və o da burada “Məktəbi-tərbiyə”ni açır. Bu məktəbdə də bir çox alimlərin, şairlərin yetişməsində M.T.Sidqinin böyük rolu olur. Belə insanlardan biri də Hüseyn Cavid idi.

Hüseyn Cavid bu məktəb və müəllimi barəsində özünün xatirələrində qeyd etmiş, M.T.Sidqinin şəklini özünün ən əziz adamı kimi evində başı üzərindən asmış və həmişə ona hörmət və dəyər vermişdir. Hüseyn Cavid özünün poetik-romantik ruhlu şair olmasında Sidqinin xüsusi xidmətlərini dəfələrlə qeyd etmişdir, hətta indi də onun ev muzeyində M.T.Sidqinin şəkli yuxarı başda asılmışdır. Şair xatirələrində M.T.Sidqinin gözəl insan, görkəmli pedaqoq olmasını, millətə çoxlu fayda verdiyini dönə-dönə vurğulamışdır.

Təəssüf ki, M.T.Sidqi Naxçıvanda problemlərlə üzləşir. Dövrün cahilpərəstləri, köhnəfikirli adamları onu bu yurdda yola vermirlər. Son anda indiki Kəngərli rayonunun Qarabağlar kəndində cahil insanlar tərəfindən öyrədilmiş xain ermənilər onun yeməyinə zəhər qataraq bu dahi pedaqoqun həyatına son qoyurlar.

Beləliklə, M.T.Sidqinin açdığı məktəblər də bağlanır. Bütün bunlara baxmayaraq, görkəmli maarifçi-pedaqoq, xeyirxah insan, yenilikçi müəllim M.T.Sidqi xalqın qəlbində daim yaşayır.

Məhəmməd tağı sidqi məktəb hekayətləri

Qədim tarixə malik Naxçıvan ədəbi-mədəni mühitinin XX əsrdə yetirdiyi görkəmli şəxsiyyətlər sırasında Məmmədəli Sidqinin (1888-1956) adı özünəməxsus yer tutur. Məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğlu olan bu böyük ziyalının zəngin, çoxşaxəli yaradıcılığının bir istiqaməti də onun ədəbi əsərlərindən ibarətdir. Ədibin qələmindən çıxmış bədii nümunələr sırasında uşaqlar üçün yazıb “Məktəb” jurnalında dərc etdirdiyi pedaqoji hekayələr də vardır.

“Məktəb” jurnalının 22 fevral 1914-cü il tarixli 4-cü sayında onun “Məktəbə gec gələn şagird” adlı pedaqoji hekayəsi “Müəllim: M.Ə.Sidqi” imzasıyla verilib. Bu hekayəni qələmə almaqda müəllifin əsas məqsədi vaxtını düzgün bölə bilməyən, dərsə səhlənkar yanaşan, həmişə məktəbə gecikən, elmə maraq göstərməyən bəzi uşaqların yanlış yolda olduğunu anlatmaq, onların islahına çalışmaq, balaca oxucuları belələrinin təsirinə düşməməyə çağırmaq idi. Müəllif təhsilə laqeyd yana-şan belə şagirdlərin məktəbə könülsüz getməsini, dərsə gecikməsini də xarakterik detallarla canlandırır. Hekayənin sonunda yazıçı-pedaqoq uşaqları səylə çalışmağa, hər işə məsuliyyətlə yanaşmağa, hər dəqiqədən səmərəli istifadə etməyə səsləyir: “İmdi məlumunuz olsun ki, bu tövr vaxt keçirən və dərs itirən şagirdlər heç vaxt tə-rəqqi edə bilməzlər. Həmişə yoldaşlarından dala qalıb, bir sinifdən o biri sinfə keçə bilməzlər. İmdi məktəb şagirdlərinə lazım gəlir ki, hər gün vaxtında məktəbə gəlib, hər günün və hər saatın dərslərini və vəzifələrini öz vaxtında yerinə yetirsinlər ki, bu cür məktəbə gec gələn şagirdlər kimi, öz ata-analarının və müəllimlərinin nəzərlərində həqir olmasınlar”. Məmmədəli Sidqi “Məktəbə gec gələn şagird” hekayəsində atası, məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin “Nümuneyi-əxlaq” dərsliyindəki “Məktəbə gec gələn uşaq” adlı altıncı imladan da istifadə edib.

“Məktəb” jurnalının 15 may 1914-cü il tarixli 11-ci sayında ədibin “Bədnəfs uşaq” adlı başqa bir hekayəsi də “Müəllim: M. Ə. Sidqi” imzasıyla verilib. Həmin hekayədə müəllifin əsas məqsədi ziyanlı vərdişin utancverici mahiyyətini dərindən açıb əyani şəkildə şagirdlərə göstərmək və onları belə xasiyyətdən uzaqlaşmağa, düz yola qədəm qoymağa çağırmaqdır. Yazıçı bədnəfs uşağın bədii obrazını səciyyəvi detallar vasitəsi ilə məharətlə yarada bilmişdir. Müəllif nəzərə çatdırırdı ki, bu bədnəfslik uşağın məktəbdə, ailədə, bütövlükdə cəmiyyətdə layiqli yer tutmasını əngəlləyər. Yazıçı bildirir ki, yemək hərisi, qarınqulu olmaq insanı mənəvi cəhətdən rəzil vəziyyətə saldığı kimi, onun sağlamlığı üçün də ziyanlı və təhlükəlidir. Ona görə də müəllif şagirdləri belə pis vərdişlərdən uzaq durmağa, digərlərini də çəkindirməyə çağırır: “İndi ümidvaram ki, məktəb şagirdləri bədnəfs uşağın barəsində yazdıqlarımı diqqətlə oxuyub, bu tövr alçaq siqlətdən kənar olmağa çalışacaqlar. Və qeyri yoldaşlarını da bu cür pis xasiyyətdən çəkindirməyə səy edəcəklər. Çünki nəfsi bütünlük insanı ata-ananın, müəllimlərin və sair adamların yanında əziz və hörmətli eylər. İnsanın nəfsinin salamat olmağı bədəninin salamatlığına baisdir, -demişlər”.

Məmmədəli Sidqi bu əsəri yazarkən Məhəmməd Tağı Sidqinin “Nümuneyi-əxlaq” dərsliyindəki “Bədnəfs uşaq” adlı mətndən də istifadə edib. Məmmədəli Sidqinin “Məktəb” jurnalında növbəti hekayəsi 20 sentyabr 1914-cü il tarixli 13-cü nömrədə oxuculara çatdırılıb. “Çalışqan məktəb şagirdi dilindən” adlanan həmin bədii nümunədə müəllif öz çalışqanlığı, məsuliyyəti, elmə böyük həvəsi ilə seçilən bir məktəblinin timsalında digər şagirdləri də fəallığa, nümunəvi olmağa ruhlandırmaq məqsədini izləyib. Əsərin əvvəlində şagird sevinc içərisində olduğunu bildirir, çünki yay tətili sona çatıb, yeni dərs ili başlayıb. O, məktəbdə yenicə təhsilə başlayan balacalara öz yardımını əsirgəmir, onların qayğısına qalır. Belə məqamları diqqət mərkəzinə çəkməklə müəllif həm də uşaqlara xeyirxahlıq, biri-birinə qayğı göstərmək kimi müsbət keyfiyyətlər aşılamaq istəyib. Təhkiyənin davamında şagirdin yay tətilindən əvvəl imtahanları uğurla verib növbəti sinfə keçməsindən söz açılır. Sonra isə M.Ə.Sidqi hekayə qəhrəmanı olan çalışqan şagirdin dili ilə məktəblilərə təlqin edir ki, tətil günləri yalnız istirahət, gülüb-oynamaq, əylənmək üçün deyil. Bu müddətdə dəftər-kitabdan tamamilə uzaq-laşmaq düzgün sayılmaz. Vaxtdan səmərəli istifadə edib əvvəlki sinifdə keçilən mövzuları, öyrənilmiş bilikləri təkrarlamaqla yanaşı, həm də növbəti dərs ilinə hazırlaşmaq gərəkdir: “Keçən sinifdə bir ildə oxuduğum dərslərimi bu il yay fəsli bir də başdan ayağa qədər təkrar etmişəm. Hətta builki sinfimizdə oxunan dərs kitablarından da atama aldırıb, bir qədər dərslərdən hazırlamışam. Bundan əlavə, imlalar yazıb, çoxlu məsələlər həll etmişəm. Müxtəsər, mükəmməl surətdə hazırlaşıb, məktəbimizə gəlmişəm”.

Ədibin “Dərsə həvəsi olmayan şagird” hekayəsi “Məktəb” jurnalının 21 oktyabr 1914-cü il tarixli 15-ci nömrəsində verilib. Bu hekayədə isə əsas tənqid hədəfi məktəbdə baş girləyən, bilik qazanmaq əvəzinə, günlərini boş-boşuna keçirib dərslərin bitməsini gözləyən bəzi məsuliyyətsiz şagirdlərdir. Müxtəlif vaxtlarda cürbəcür bəhanələrlə məktəbdən yayınan, dərslərinə hazırlaşmayan məsuliyyətsiz şa-girdlərin hətta imtahanlara da səhlənkar münasibət bəsləməsini nəzərə çatdıran müəllifin obrazlı ifadələri də maraq doğurur. Məsələn, o, məktəbə həvəssiz gələn şagirdin tətilə buraxılmaq yaşantısını məhbəsdən azad olunan dustağa bənzədir: “Yay fəsli tətili üçün məktəbdən buraxıldıqda dustaqxanadan azad olan dustaqlar kimi, canı rahat olar. Guya məktəb bir zindan imiş?!” Belə şagirdlər tədris ili boyunca dərslərə hazırlaşmadıqları kimi, yay tətili dövründə də kitab üzü açmazlar. Heç başqa sahədə də bir faydalı iş görməzlər. Təhkiyə əsas qayənin təqdimi ilə tamamlanır: “İmdi ümidvar oluram ki, məktəbə, dərsə meyli və həvəsi artıq olan şagirdlər və elmin qədir və qiymətini anlayıb bilən balaca balalar bu tövr çirkin və alçaq sifətli şagirdlərdən uzaq olub, heç vaxt özlərini onlara oxşatmağa razı olma-yacaqlar. Yaşasın dərsə həvəs edən şagirdlər! Var olsun məktəbə meyli olan uşaqlar!”

Məmmədəli Sidqinin ədəbi portret yaratmaq qabiliyyəti “Məktəb” jurnalının 5 noyabr 1914-cü il tarixli 16-cı nömrəsində oxuculara çatdırılan “Bu da bir pis şagird” hekayəsində də özünü qabarıq şəkildə göstərir. Müəllif əsas diqqəti bəzi şa-girdlərin məktəbdən evə döndükdən sonrakı hərəkət və rəftarlarında yol verdikləri nöqsanlara yönəldir. Bu cür şagirdin evdə anasından yemək istəməsi də hay-küylə, çığır-bağırla baş verir. Fikri tələsik yemək yeyib küçəyə qaçmaq yanında olan bu uşağın qardaş-bacısına münasibəti də ədəb-ərkandan kənardır. Gün boyu küçələrdə dolaşıb boş-boşuna vaxt keçirən, ədəbsiz davranış sərgiləyən belə uşaq heç kitab üzü də açmır. Digər hekayələrində olduğu kimi, “Bu da bir pis şagird” əsərinin sonunda da müəllif mövqeyinin inam dolu ifadəsi əsərin əsas qayəsini ümumiləşdirir: “İmdi ümidvar oluram ki, “Məktəb” məcmuəsini oxuyan məktəb şagirdlərimiz bu tövr uşaqların tutduğu işlərini və ədəbsiz hərəkətlərini görüb, həmişə onlardan uzaq olacaqlar. Ata-analarını və müəllimlərini həmişə özlərindən razı salmaq üçün gözəl xasiyyətlər əxz edib, özlərini o tövr pis və çirkin uşaqlara oxşatmayacaqlar. Sağ olsun gözəl xasiyyətli uşaqlar! Utansın pis xasiyyətli şagirdlər!”

Məmmədəli Sidqinin pedaqoji hekayələrindən biri də “Mütaliə sevən Əhməd” adlanır. “Məktəb” jurnalının 12 dekabr 1914-cü il tarixli 19-cu sayında çıxmış bu əsərdə əsas obraz nümunəvi bir şagirddir. Müəllif Əhməd adlı bu məktəblinin timsalında uşaqları mütaliə vərdişlərinə yiyələndirmək kimi faydalı bir qayə izləyib. Yazıçı onu dərslərini yaxşı oxuyan, ədəb-ərkanlı, gözəl xasiyyətli, intizamlı, səliqəli bir şagird kimi xarakterizə edir, balaca oxuculara nümunə göstərir: “Əhməd çox nizamlı və səliqəli bir şagird idi. Mizin üstündə nizam ilə Əhmədin dərs kitabları, mürəkkəbi, təmiz-təmiz qələmləri və sair kitab və təlim şeyləri düzülü olardı. Mizin qabağında divara yapışıqlı, gözəl xətt ilə təmiz yazılmış dərs cədvəli, onun yanında divar təqvimi və qeyri Əhmədin xoşu gəldiyi şəkillər asılardı”.

Mütaliənin şagirdlərin dünyagörüşünün dərinləşməsində, zənginləşməsində, xarakterinin sağlam əsaslar üzərində formalaşmasında mühüm rol oynadığını dəyərləndirən müəllif təhkiyənin davamında nəzərə çatdırır ki, hekayə qəhrəmanı gündəlik dərslərini hazırlayandan sonra mütaliəyə də daima vaxt ayırır, yaşına uyğun faydalı kitabları böyük maraqla oxuyur: “Əhməd hər gün bu mizin başında oturub dərslərini hazırlayandan sonra kitab mütaliəsi ilə məşğul olardı. Kitab oxumağı o qədər dost tutardı ki, bir kitabı başlayanda onu qurtarmamış yarımçıq yerə qoymaq istəməzdi. Mütaliə etdikcə Əhməd daha artıq həvəslənərdi”.

Əhməd hətta valideynlərinin verdiyi xərcliyə qənaət edərək topladığı pullara kitab alır, məktəbli dostlarının da mütaliəsinə imkan daxilində köməklik göstərir .M.Ə.Sidqi Əhmədin timsalında balaca oxuculara kitabları səliqəli saxlamaq barədə də tövsiyələrini çatdırıb. Belə ki, Əhməd kitabları cildlədir və ayrıca bir dəftərdə sıra ilə onların qeydiyyatını aparır. Əhmədin mütaliəyə böyük marağını görən məktəb müəllimləri oxuması üçün ona yaşına uyğun digər kitablar da gətirirlər. Bu məktəbli oğlan mütaliəyə həm də yaradıcı münasibət bəsləyir, müəllimlərin verdiyi əlavə kitabları oxuduqdan sonra məzmununu nağıl edir, üstəlik oxuduğu hər kitabın müfəssəl məzmununu dəftərə yazır. Sistemli çalışmasının, geniş mütaliəsinin nəticəsidir ki, Əhməd hətta kiçik həcmli hekayələr yazmağa da səy göstərir, qələmə aldıqlarını müəllimlərinə verib onlardan faydalı məsləhətlər alır: “Müəllim də Əh-mədin bu həvəsini görür və onun xahişini məmnuniyyətlə əmələ gətirərdi. Əhməd aparıb o yazdığının səhihini yenə başqa bir dəftərə yazardı”.

Hekayə məntiqi sonluqla tamamlanır. Məktəb illəri boyunca bütün fənləri, üstəlik əlavə mütaliə materiallarını dərindən oxuyub öyrənməsi, öz üzərində səylə çalışması sayəsində Əhməd “məlumatlı, aqil və kamil bir insan olub, məktəbi bitirdi”. Oxucu bu qənaətə gəlir ki, Əhmədin sonrakı təhsili, fəaliyyəti də nümunəvi olacaq, o, vətənə, xalqa layiqli şəxsiyyət kimi böyüyəcək. Məmmədəli Sidqi digər hekayələri kimi, “Mütaliə sevən Əhməd” əsərini də mövzunun mahiyyəti ilə bilavasitə bağlı olan müvafiq tövsiyələrlə yekunlaşdırır: “İmdi ümidvar oluram ki, məktəb şagirdləri dərslərini hazırlayandan sonra dərs kitablarına kifayətlənməyib, gözəl və qiymətli vaxtlarını boş və bikar keçirməyəcəklər. Başqa münasib kitablar oxumağa səy edəcəklər. Kitabxanalardan və müəllimlərindən cürbəcür kitablar alıb, oxumağa rəğbət göstərəcəklər. Axırda Əhməd kimi onlar da məlumatlı və sevimli şagirdlərdən olacaqlar. Yaşasın mütaliə sevən şagirdlər! Var olsun məlumatlı uşaqlar!”

“Məktəb” jurnalının 1915-ci il yanvarın 7-də çıxmış sayında “Müəllim: M.Ə.Sidqi” imzalı “Cümə günləri” hekayəsi də ədəbi-tərbiyəvi əhəmiyyəti ilə diqqəti çəkir. Məmmədəli Sidqi bu əsərdə məktəblilərin istirahət günlərinin səmərəli təşkili barədə tövsiyələrini müvafiq təsvir və təhkiyənin imkanları vasitəsi ilə əks etdirib. Bəllidir ki, o dövrdə hər həftənin cümə günü istirahət üçün nəzərdə tutulurdu. O cümlədən həmin gün məktəblərdə də dərs olmurdu. “Cümə günləri” hekayəsinin əvvəlində Məmmədəli Sidqi istirahət gününün mahiyyətinə toxunaraq yazır: “. Bu istirahət dediyimiz də ondan ibarət deyildir ki, insan bu bir günü səhərdən axşama qədər boş və bikar gəzib, heç bir iş görməsin və bunun da adını istirahət qoysun. Xeyir! Bəlkə, iş günlərində macal edib görə bilmədiyi bir para işləri həmin bu tətil günündə görməlidir”.

Məmmədəli Sidqinin “Cümə günləri” hekayəsi iki hissədən ibarətdir. Birinci hissədə tənbəl, səhlənkar uşaqların istirahət gününə yanaşmasındakı qüsurlar özünün bədii ifadəsini tapmışdır. Hekayənin ikinci bölümündə müəllif diqqəti fəal, işgüzar, məsuliyyətli şagirdlərə yönəldir, onların davranışını təqdir edir, “Cümə günü şagirdlərin vəzifəsi nədir və nəyə məşğul olmalıdırlar?”- sualına cavabı Mahmud adlı nümunəvi bir məktəblinin istirahət gününü necə səmərəli keçirməsi timsalında təsvir sferasına gətirir. Mahmud hər gün səhər tezdən durduğu kimi, cümə günü də vaxtında yuxudan oyanar, əl-üzünü yuyub yemək yeyər, ev işlərində valideynlərinə köməklik göstərər, onların verdikləri tapşırıqları yerinə yetirər. Sonra saçını vurdurar, hamama gedər. Qayıdandan sonra ata-anasından izn alıb xəstə qohumlarına baş çəkən Mahmud sonra məktəb yoldaşları ilə şəhərin təmiz və salamat yerlərini gəzməyə çıxır. Bir qədər gəzəndən sonra bazardan özünə lazım olan şeyləri alıb, yoldaşları ilə xudahafizləşərək evə qayıdır. Müəllif vurğulayır ki, bütün çalışqan şagirdlər kimi, Mahmud da istirahət günü dərslərini oxumağı da unutmur: “Evlərinə qayıdıb, sabahın dərslərini hazırlamağa başlardı. Dərslərini hazırlayandan sonra qalan vaxtını boş və bikar keçirməyib, özgə bir ev işinə və ya kitab mütaliəsinə məşğul olardı”.

Beləliklə, müəllifin haqlı qənaətinə görə, əsl şagird istirahət günü təmizliyə də, ev işlərinə də, gəzməyə də, dincəlməyə də, dərslərə hazırlaşmağa da, əlavə müta-liəyə də vaxt ayırmalıdır: “İmdi ümidvar oluram ki, hamı məktəb şagirdləri Mahmuddan ibrət alıb, cümə gününün vəzifələrini yerinə yetirməyə çalışacaqdırlar. Beləliklə, ömürlərinin qədir və qiymətini anlayıb, vaxtlarını boş və bihudə yerə sərf etməyəcəkdirlər. Yaşasın çalışqan şagirdlər!”

Məmmədəli Sidqi pedaqoji hekayələrində geniş süjet qurmağa lüzum duy-mayıb, şagirdlərin təlim-tərbiyəsi ilə əlaqədar fikirlərini, oxuculara çatdırmaq istədiyi nəcib əxlaqi-didaktik tövsiyələri təsvir predmeti kimi seçdiyi hər hansı obrazın hərə-kət və davranışları timsalında ümumiləşdirməyə üstünlük verib, yaxşıları təqdir, pis-ləri tənqid edib, hər bir hekayənin sonunda əsas ideyanı məxsusi vurğulayıb.

Bu hekayələr indi də özünün tərbiyəvi əhəmiyyətini saxlamaqdadır.

Hüseyn Həşimli
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun direktor müavini,
Əməkdar elm xadimi, professor

Məhəmməd Tağı Sidqi

Sidqi (Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərovun təxəllüsü; 22.3.1854, Ordubad şəhəri – 09.12.1903, Şərur rayonunun Qarabağlar kəndi) ) – maarifçi, pedaqoq, şair, publisist. Mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin (“Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kəbb Nəsir” mənzum hekayətindən, “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə (“Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə “Tərbiyə” məktəbində A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, “Tərcüman” (Baxçasaray), “Əxtər” (İstanbul), “Həblülmətin” (Kəlkətə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında” 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə güşələrinin yaradılması, seçilmiş şerlərinin nəşr olunması və digər tadbirlər nəzərdə tutulmuşdur.

Məzarı Naxçıvan şəhərindədir

Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 11:13 AM .

Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023

Comments are closed, but trackbacks and pingbacks are open.